Kür-Araz mədəniyyəti — Erkən Tunc dövrünə (e.ə. IV minilliyin sonu – III minillik) aid mədəniyyət. Azərbaycan ərazisindən başlanğıcını götürən bu mədəniyyət Şimali Qafqazdan Mesopotomiyaya, Şərqi Anadoludan Orta Asiyaya qədər geniş bir ərazini əhatə etmişdir. İlk dəfə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlandığından Kür-Araz mədəniyyəti adlandırılmışdır.
Xüsusiyyətləri
İlk Tunc dövründə, az qala, bütün Azərbaycanın və Cənubi Qafqaz ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar qəbilələr tərəfindən tutulur, mənimsənilir. Bu dövrdə Mərkəzi və Şərqi Cənubi Qafqazın, Şimal-şərqi Qafqazın, həm də Cənubi Azərbaycanın və əsas əraziləri elmdə Kür-Araz mədəniyyəti adı altında tanınmış vahid maddi-mədəni irsə sahib qəbilələr tərəfindən məskunlaşır. Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-Araz mədəniyyətini eneolitə aid edirdilər. Sonralar aydın oldu ki, bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.
Eneolit dövründən ilk tunc Kür-Araz mədəniyyətinə keçidi bilavasitə əks etdirən abidələr demək olar ki, hələ məlum deyildir. Ancaq bəzi abidələrdə onları bir tərəfdən Kür-Araz mədəniyyətinə, digər tərəfdən eneolit mədəniyyətinə bağlayan materiallara rast gəlinir.
Kür-Araz mədəniyyəti yayılan ərazidə müxtəlif etnik birləşmələr yaşayırdı. Bu mədəniyyəti bir sıra qədim etnoslara, o cümlədən qədim İkiçayarasının şimalında yaşamış hurri tayfalarına mənsub olduğunu qeyd etmişlər. Eyni zamanda Kür-Araz mədəniyyəti ərazisində ən qədim türk dillərində danışan etnik birləşmələrin da yaşaması ehtimalı irəli sürülmüşdür.
Azərbaycanda Kür-Araz mədəniyyəti qəbilələri eneolit dövründə tərk edilmiş bəzi yaşayış yerləri ərazisində məskunlaşır. Naxçıvanda I Kültəpə (Babək), Ovçular təpəsi, Qazax rayonunda Babadərviş, Cənubi Azərbaycanda Göytəpə və belə yerlərdəndir. Azərbaycanın digər ilk tunc dövrü yaşayış yerləri yeni ərazilərdə bina olunur. Bunlardan Qobustan və Mingəçevir, Füzuli rayonunda Qaraköpəktəpə və Günəştpə, Beyləqan rayonunda , Cəlilabad rayonunda Mişarçay, Xaçmaz rayonunda , Şabran rayonunda Sərkərtəpə, Ağcabədi rayonunda , Bərdə rayonunda , Ağdam rayonunda və s. yaşayış yerlərini göstərmək olar.
Azərbaycanda bu dövrün bir sıra dəfn abidələri Xankəndi yaxınlığında və Göygöldə, Mingəçevirdə, Mil düzündə, Daşkəsən rayonunda, Şəmkir rayonunda , Tərtər rayonunda Borsunluda, Astara rayonunda Telmankənddə tədqiq edilmişdir.
Cənubi Qafqazın Kür-Araz mədəniyyəti yaşayış yerləri orta hesabla 1–2 ha sahəni tutur (Babadərviş, Qaraköpəktəpə, Mişarçay, Cüttəpə və s.), lakin bəzi Kür-Araz mədəniyyəti yaşayış yerlərinin sahəsi çox böyükdür. Belə ki, Cənubi Azərbaycanda Yanıqtəpə 9 ha sahəni tutur, bu isə İlk Tunc dövrünün bəzi yaşayış yerlərində hövük əhali kütləsinin cəmləşməsini və bir çox əsrlər ərzində arasıkəsilməz həyat tərzini əks etdirir. Yaşayış yerlərində qalın mədəni təbəqələrin yaranması uzun müddətli həyat tərzi ilə bağlıdır. I Kültəpədə mədəni təbəqənin qalınlığı 8 m, Qaraköpəktəpədə 7 m, Mişarçayda 4 m-dən artıq, Urmiya gölünün qərbində Göytəpədə 9 m-dir.
Kür-Araz mədəniyyəti yaşayış yerlərinin, o cümlədən Azərbaycan abidələrinin memarlığında, eneolit dövründə olduğu kimi, ən çox dairəvi planlı evlər inşa edilirdi, lakin bəzi yaşayış yerlərində düzbucaqlı formalı evlərə də rast gəlinir. Belə kərpic evlər Göytəpədə aşkar olunmuşdur. Yanıqtəpədə belə evlər dairəvi planlı tikililəri əvəz edir və burada uzun müddət inşaatda vahid forma olaraq qalır. Eyni vəziyyət Qaraköpəktəpə yaşayış yerində də qeydə alınmışdır. Dairəvi planlı evlərin diametri bəzən 13 m-ə çatır, adətən onların diametri 3 m-dən 5 m-ə qədər, divarların qalınlığı isə təqribən 0,5 m-dir.
İnşaatda adi formalı kərpiclər işlədilirdi. Kültəpə, Yanıqtəpə və Mişarçay evlərində kərpiclərin düzülüş texnikası maraq doğurur. Bir cərgədə kərpiclər cüt-cüt divar boyu uzununa, o biri cərgə isə divarın eninə düzülmüşdür.
Dairəvi planlı evlərdə damları örtmə konstruksiyası, görünür, konik formalı olub, dirəklər üzərində qurulmuşdu.
Babadərvişdə evlərdən birinin mərkəzi hissəsində dirək çalası, döşəməyə basdırılmış gil manqal və möhrədən düzəldilmiş kürsünün varlığı aşkar olunmuşdur.
Evlərin divarları və döşəmələri adətən gillə suvanırdı. Qaraköpəktəpənin ilk tunc dövrü təbəqəsində, ötən dövrün bəzi yaşayış yerlərində olduğu kimi, evlərdə gillə suvanmış döşəmələrə qırmızı şirə çəkilməsi halları qeydə alınmışdır.
Adətən yaşayış otaqlarının mərkəzi hissəsində gil manqallar yerləşdirilirdi. Kültəpə və Yanıqtəpə yaşayış yerlərinin bəzi evlərində divar dibində qurulmuş sobaların varlığı maraq doğurur. Onların iç hissəsində istiliyi çox saxlayan qum qatı və alovun cərəyan etdiyi kanallar vardır.
Yanıqtəpə yaşayış yerində ikimərtəbəli evlərin aşkar olunması, şəksiz, böyük əhəmiyyət kəsb edir. Orada xüsusi məqsəd daşıyan yataq səkiləri, taxçalar və taxıl kəndisi olmuşdur. Evlərin divarlarında asılmış gön və dərilərin izləri qalmışdır. Bütün bunlar Yanıqtəpə əhalisinin məişət mədəniyyətinin nisbətən yüksək inkişafına dəlalət edir.
Təsərrüfat
Kür-Araz mədəniyyəti qəbilələrinin iribuynuzlu heyvanları qoşquda istifadə etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil fiqurlar, bəzən oxla birlikdə tapılan təkər modelləridir.
Azərbaycanda Kür-Araz mədəniyyəti yaşayış yerlərindən suvarma şəraitində becərilən dən qalıqları əldə edilmişdir. Süni suvarma bəsit şəkildə olsa da, bu ərazinin eneolit dövrü əhalisində də məlum idi. Azərbaycanda süni suvarma ilə yanaşı, xüsusən dağlıq rayonlarda dəmyə əkinçiliyi əsas yer tuturdu.
Kür-Araz mədəniyyəti qəbilələri buğda və arpa, darı və kətan, paxlalı bitkilərdən noxud (nut) becərirdilər. Noxud Kültəpə və Babadərvişdən tapılmışdır.
Sənətkarlıq
Kür-Araz dövrü yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Azərbaycanda zəngin Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis mədənləri məlumdur. Kür-Araz mədəniyyəti abidələrində ayrı-ayrı külçə əridilən obyektlərin aşkar olunması İlk Tunc dövründə Zaqafqaziyada mis-mədən yataqlarının istismarını aydın sübuta yetirir.
Azərbaycanın bir çox yaşayış yerlərindən metal istehsalı ilə bağlı olan müxtəlif əşyalar geniş şəkildə təmsil olunmuşdur. Onlar başlıca olaraq mis-mərgmüş qatışığından ibarət tuncdan hazırlanırdı, ancaq tək-tək məmulatların tərkibində qalay qatışığı vardır.
Qafqazda mis-tunc metallurgiyasının yaranmasında və inkişafında Ön Asiya ölkələrinin, görünür, müəyyən təsiri olmuşdur, lakin Kür-Araz mədəniyyəti dövründə Qafqaz Avrasiyada müstəqil və mühüm metal istehsalı mərkəzlərindən birinə çevrilir.
Metal əşyaların spektral tədqiqi, onların əksər halda mis-mərgmüş tərkibli olduğunu göstərmişdir. Qədim ustalar şüurlu surətdə əşyaların daşıyacağı məqsəddən asılı olaraq, onların tərkibinə müxtəlif miqdarda mərgmüş qatırdılar. İş burasındadır ki, misin əridilməsi üçün yüksək (1083°) istilik tələb olunur, başqa metalın (mərgmüş, qalay, nikel və s.) qatışığı olduqda ərimə dərəcəsi azalır, metalişləmə ilə əlaqədar görülən işlər bir qədər yüngülləşir. Qədim ustalar bu biliyi mənimsədikdən sonra tuncun başqa xassəsini də müəyyənləşdirirlər. Yəni tunc misdən bərkdir və az istilikdə (700°) əriyir. Eyni zamanda müəyyən olunur ki, tərkibinə çox mərgmüş qatılmış əşyalar kövrək olur. Kənd təsərrüfatında istifadə məqsədilə hazırlanan metal alətlərdə, həm də İlk Tunc dövrü abidələrindəki silahlarda az (4–5 faizə qədər) qatışığının olması məhz bununla izah olunur.
Sənətkarlıq sahələrindən arxeoloji materiallarla daha zəngin dulusçuluq təmsil olunmuşdur. Zaqafqaziyanın İlk Tunc dövrü saxsı məmulatı o qədər mənalı və özünə məxsus əlamətlərə malikdir ki, o, Kür-Araz mədəniyyətini müəyyənləşdirən əsas amil rolunu oynayır. O, Eneolit dövrünün saxsı məmulatından keyfiyyətinə, texniki işlənməsinə və formaların müxtəlifliyinə görə fərqlənir. İlk Tunc dövrü abidələrində sözün əsil mənasında hələ gil qabların hazırlanması ilə əlaqədar istehsal ocaqları aşkar olunmamışdır. Çox güman ki, dulusçuluq emalatxanaları yaşayış yerlərindən kənarda yerləşmişdir. Mişarçay yaşayış yerində hələlik yeganə bir dulus kürəsi qalıqlarının abidənin qənşərində yerləşməsi bunu sübuta yetirir. Kürədə gildən sapand daşlarının bişirilməsi prosesi nə səbəbdən isə başa çatmamış, kürə bərk dağıdılmışdır. Kürədən qalan hissədə çoxlu yarıbişmiş gil sapand daşları və sönmüş sobanın qırmızı rəng almış divarından parçalar vardır.
Kür-Araz mədəniyyətinin qab-qacağı bir qayda olaraq, əksər halda, qum qatışıqlı yaxşı yoğrulmuş gildən hazırlanırdı.
Kür-Araz mədəniyyəti abidələrinin saxsı məmulatında ornament xüsusi maraq doğurur. Burada qabarıq, basma və cızma üsulu ilə verilmiş cüt spirallara, konsentrik dairələrə, rombvari, üçbucaqvari naxışlara, sxematik quş və heyvan rəsmlərinə və s. təsadüf olunur. Zəngin ornamentik naxışlara malik qab-qacaq Babadərviş və Yanıqtəpə yaşayış yerlərindən əldə edilmişdir. Babadərvişdə demək olar ki, Kür-Araz saxsı məmulatında tətbiq olunan bütün bəzək vurma üsullarına və motivlərinə rast gəlinir. Yanıqtəpə qablarında isə naxışlar bütünlüklə çərtmə üsulla yerinə yetirilnişdir. Burada, Kür-Araz mədəniyyətinin başqa yaşayış yerlərində olduğu kimi, qabların yuxarı hissəsi, bəzən də boğazları naxışla bəzənirdi.
Dulusçuluq sənətinin inkişaf səviyyəsi müxtəlif formalı kiçik miniatür camlardan tutmuş taxıl saxlanan iri qablaradək özünü əyani surətdə göstərmir. Səciyyəvi formalar çölmək, bardaq, xeyrə, parç, qazança və sairədən ibarətdir. Həmin vaxtda yarımkürə qulplu gil qapaqların geniş istehsalı başlanır və Kür-Araz mədəniyyətinin səciyyəvi əlamətlərindən birini təşkil edir.
Manqalların, müxtəlif sacayaqların hazırlanması da İlk Tunc dövrünün saxsı məmulatı istehsalında xüsusi yer tutur. Bir çox başqa səciyyəvi əşyalar kimi onlar da bu mədəniyyətin tənəzzülü ilə istifadədən çıxır.
Kür-Araz mədəniyyəti qəbilələrinin inkişaf etmiş sənət sahələrindən biri də toxuculuq olmuşdur. Ona görə təəccüblü deyil ki, iribuynuzlu heyvanların sümüyündən kəsilmiş və ortasından deşik açılmış iy başlıqlarına hər bir Kür-Araz mədəniyyəti yaşayış yerində təsadüf olunur. İy başlıqlarını (iyrəcək) bəzən gildən və daşdan düzəldirdilər. İlk tunc dövründə ipəyirmə sənətində iy başlıqları əsas alət olmuşdur. Dövrün qablarında dəfələrlə parça izlərinə rast gəlinmişdir.
Ayinlər və adətlər
Azərbaycanda və ümumiyyətlə, Zaqafqaziyada ilk tunc dövrü ayin, adət və sairədə yeni xüsusiyyətlərin yaranması ilə səciyyələnir. Məhsuldar qüvvələrin inkişafı ona gətirib çıxarır ki, təsərrüfat-məişət həyatında qadının mövqeyi xeyli zəifləyir, maddi varidata sahib olan, ailə və nəslə başçılıq edən kişinin cəmiyyətdə mövqeyi xeyli artır, qadına pərəstişi doğuran zəmin sarsılır. Bununla əlaqədar kişi cinsinə aid heykəllər yaranır.
Kişiyə pərəstiş oda pərəstişlə əlaqələndirilir. Məhsuldarlıq rəmzi kimi gil manqalların və sacayaqların kişi əlamətini əks etdirən təsvirlərlə hazırlanması halları məlumdur. Dəfn adətlərində kişiyə pərəstiş aydın müşahidə edilir. Qəbilə başçıları axirət aləminə çox təmtəraqlı mərasimlə müşayiət olunur. Onların qəbirləri üzərində böyük kurqanlar qurulur.
İlk tunc dövründə dəfn adətində də dəyişikliklər baş verir: ölülər heç yerdə yaşayış yeri ərazisində basdırılmır, onlar xüsusi seçilmiş yerlərə aparılırdı. Belə qəbiristanlarda ayrı-ayrı ailə və nəslə aid dəfn abidələri tikilirdi. Belə abidələr, görünür, ailə üzvlərinin ölümdən sonra da yaşamasına inamla əlaqədardır.
Xankəndinin qarşısında tədqiq olunan kurqanların hərəsində 40–50 ölü basdırılmışdır. Bu kurqanların qəbirlərində ətrafı kiçik xəndəklə əhatələnmiş, diametri 4,5 m-ə çatan dairəvi meydançalar olmuşdur. Orada bükülü, oturaq və arxası üstdə uzadılmış ölülərə təsadüf olunmuşdur. Bir çox hallarda ölülərin başı altına gil camlar və ya daş qoyulmuşdur.
Dəfn olunanlar sağlığında istifadə etdiyi əşyalarla, o cümlədən daşdan, metaldan və sümükdən əmək aləti, eləcə də qızıl və başqa bəzək əşyaları, içərisinə azuqə qoyulmuş qab-qacaqla basdırılmışlar. Burada keçi skeletinə də rast gəlinmişdir. Xankəndi kurqanlarının birinin tədqiqi Azərbaycanın İlk Tunc dövründə bu rayonda yaşamış əhalinin dəfn adətlərinin və dini təsəvvürlərinin maraqlı xüsusiyyətlərini aşkar etdi. Qəbir meydançasının bir yarısında ölülər sadəcə basdırıldığı halda, o biri yarısında ölülər yandırılmışdır. Bu dövrdə ölüyandırma adəti Gəncəçay hövzəsi abidələrindən də məlumdur. Orada kurqan qəbirlərinin dairəvi meydançası xəndəklə əhatə olunmuşdur. Xəndəklərin birində 22 dirəkdən istifadə edərək meydança ətrafına divar çəkmişlər. Başqa bir kurqanda qəbirin divarı daşla hörülmüşdür. Bu kurqanlann qəbirlərində ölüyandırma adəti müşahidə edilmişdir. Gəncə şəhəri yaxınlığındakı bir kurqan qəbrində insan sümükləri, ağac kömürü, kül, qab parçaları, daşlar və başqa qalıqlar güclü yanmadan bərkimiş kütlə əmələ gətirmişdir.
Göygöl rayonunda bir kurqanda isə ölüyandırma sal daş üzərində aparılmışdır, orada çoxlu ağac kömürü, kül və yanmış insan sümükləri qalmışdır. Ölüyandırma adəti Azərbaycanda Oğuz və Qəbələ rayonlarında da qeydə alınmışdır. Qəbələ yaxınlığında tədqiq edilən iki kurqanın qəbirlərində kömür və kül qalıqlarının olmaması ölülərin yandırılmasında yağdan və ya neftdən istifadə olunduğunu söyləməyə əsas verir. İki qəbirdə 26 ölü yandırılmışdır. Qəbirlərin birinin şərq hissəsində, çox güman ki, dəfn mərasimi ilə əlaqədar daş səki qurulmuşdur.
Maraqlıdır ki, Qafqazın başqa rayonlarında o dövrdə belə dəfn adəti yayılmamışdı. İraqı çıxmaq şərtilə, Qədim Şərq ölkələrində də bu adət məlum deyil. Mesopotamiyanın tarixində ilk dəfə, ölüyandırma adəti Şimali İraqda Xalaf mədəniyyətinə aid yaşayış yerində müşahidə olunmuşdur. Azərbaycanda ölüyandırma ölübasdırma adəti ilə yanaşı, sonrakı dövrlərdə də tətbiq olunur. Ölüyandırma həm də tək ölü basdırılan qəbirlərdə də, məsələn, İlk Tunc dövrü bir Xoşbulaq kurqanlarında müşahidə edilmişdir. Ölülərin kütləvi yandırılması Şəmkirçayın Kürə töküldüyü Osmanbozu adlı yerdə, həm də Tərtər rayonunun Borsunlu kəndi yaxınlığındakı kurqanlarda aşkar edilmişdir. adətinə Azərbaycanın Böyük və Kiçik Qafqaz sahəsi arasında eramızdan əvvəl III minillikdə geniş ərazidə məskunlaşmış Azərbaycan əhalisinin möhkəm etnik əlamətlərindən biri kimi baxılmalıdır. İlk tunc dövrü əhalisinin həyatında bir sıra etiqadlar və dini adətlər möhkəmlənir. Belə ki, Babadərviş yaşayış yerində bir quyu yanmış öküz sümükləri ilə dolu idi. Ehtimal etmək olar ki, öküz qurban ayini ilə əlaqədar mərasimdə yandırılmışdır.
Kür-Araz mədəniyyəti yaşayış yerlərində ev heyvanlarının, xüsusən çox əhəmiyyət verilən öküzün gildən hazırlanmış fiqurlarına dəfələrlə rast gəlinmişdir. Orijinal formalı iki öküz fiquru Babadərviş evlərinin birində ocaq kənarında tapılmışdır. Başqa bir evdə ocaq kənarında öküz buynuzlarını təqlid edən gil sacayaqlara rast gəlinmişdir. Buynuzvari sacayaqların və öküz fiqurlarının tez-tez tapılması öküzə pərəstişin Zaqafqaziyada geniş yayıldığını göstərir.
Eramızdan əvvəl III minilliyin son rübündə Kür-Araz mədəniyyətinin süqutu ilə əlaqədar Azərbaycanın və ona həmsərhəd olan ölkələrin tarixində yeni mərhələ başlandı.
Əlaqələr
Kür-Araz mədəniyyətini şöhrətləndirən maddi varidatda bir çox formaların, nümunələrin yeknəsəq olması heyrət doğurur. Buna qəbilələrarası daimi və fəal əlaqələr imkan yaratmışdı. Bu prosesdə yarımköçəri maldarlıqla məşğul olan qəbilələr böyük rol oynamışdır. Özlərinin həyat tərzi sayəsində onlar texnika və mədəniyyətdə baş verən yenilikləri yaymalı olurdu. Mübadilə müntəzəm səciyyə alır. Əkinçilik və maldarlıq təsərrüfatından əldə edilən izafi məhsul əsas mübadilə vasitəsi olur. Əkinçilər mübadiləni əsasən taxıl, həm də sənətkarlıq məmulatı ilə aparırdılar. Əvəzində mal-qara, yun, süd məmulatı və mis külçəsi alırdılar.
Tunc metallurgiyasının inkişafı dəvəgözünü təsərrüfat və məişətdən sıxışdırdı, qəbilələrarası mübadilədə öz əhəmiyyətini itirdi. Qafqazda tunc sənayesinin inkişafının başlanğıc mərhələsi Ön Asiya ilə təmasda keçir. İlk Tunc dövründə Qafqaza müxtəlif biçimli, xüsusən metal əşyalar daxil olur və yaxud onların formaları mənimsənilir. Buna görə təəccüblü deyildir ki, Qafqazın bir sıra əsas tunc əşya tipləri nəinki öz aralarında bir-birinə bənzəyir, həm də bu ərazidən kənarda olan abidələrin materialları ilə yaxın oxşarlıq tapır. Bu dövrdə Qafqazda dəstəkli nizə ucluqları geniş yayılır. Belə ucluqlar Ön Asiyanın bir çox vilayətlərindən məlumdur və orada onlar nəinki tuncdan, həm də qızıl və gümüşdən hazırlanırdı. Azərbaycanda Lənkəran düzənliyindən Şimali Qafqazda Prikuban vilayətinə qədər, tipoloji cəhətdən Ön Asiyanın İlk Tunc dövrü nümunələri ilə oxşar yastı iskənəvari baltalar yayılmışdı. Astara rayonunun kurqanlarından birində dəstəkli nizə ucluğu ilə birlikdə iki iskənəvari formalı balta tapılmışdır. Bu kurqanın metal əşyaları mərgmüşlü tuncdan hazırlanmışdır, lakin bəzi nümunələrdə mərgmüşdən əlavə az miqdarda qalay da var. Məlum olduğu kimi, Qafqazda və ona qonşu rayonlarda qalay yataqları yoxdur. Ona görə Qafqazda tapılan qalay qatışıqlı əşyaları buraya qalayın, bəlkə də bəzi qalay qatışıqlı tunc məmulatın xaricdən gəlməsi ilə izah etmək olar. Babadərviş yaşayış yerindən qarmaqvari tunc əşyanın, Dağlıq Qarabağ kurqanlarının birində tapılmış tunc xəncər tiyəsinin tərkibində qalay qatışığı olması onların və ya qatışığın gətirilmə məmulata aidiyyətini göstərir.
Kültəpədən tapılmış dördtilli, tərkibində nikel və mərgmüş qatışığı olan biz diqqəti cəlb edir. Nikel qatışıqlı əşyalar Şimali Qafqazda Maykop mədəniyyəti abidələrindən məlumdur. Ancaq qalay kimi nikel də Qafqazın mədən yataqlarında yoxdur.
Qafqazın İlk Tunc dövrü abidələrində rast gəlinən mis-nikel qatışıqlı əşyalar, yəqin ki, Ön Asiya ilə bağlıdır. Onlar ola bilsin ki, Omanda hasil edilmiş metaldan hazırlanmışdır.
Yerli qəbilələrin cənubla sıx əlaqəsi qiymətli metaldan hazırlanmış əşyalarda özünü əks etdirir. Azərbaycanda onlar dəfn abidələrindən əldə edilmişdir. Xankəndi qənşərində bir kurqanda üzərinə qızıldan qabıq çəkilmiş yuvarlaq formalı üç pasta muncuq tapılmışdır. Orada başqa bir kurqanda, ölünün başı altında, öz formasına görə Cənubi Mesopotamiyada Ur qəbirlərindəki asmaları xatırladan, qızıl lövhədən hazırlanmış sırğa tapılmışdır. Dağlıq Qarabağda Xaçınçay sahilindəki kurqanda basma naxışlı qızıl boru va məftildən spiralvari burulmuş qızıl bəzək vardır. Xoşbulaqda İlk Tunc dövrü kurqanında ölünün gicgah sümükləri ilə yanaşı, bir-birinə keçirilmiş nazik məftildən iki cüt sırğaya rast gəlinmişdir. Onlardan biri qızıldan, üçü isə qızıl qatışıqlı gümüşdən hazırlanmışdır.
Bu dövrdə Azərbaycan və Zaqafqaziya qəbilələrinin Şimali Qafqazla qarşılıqlı əlaqələri möhkəmlənir. Böyük Qafqazın cənub ətəklərində Kaxetiyadan Şirvana qədər ərazinin bir çox abidələrində qırmızı oxralı qab-qacağın tapılması Şimali və Cənubi Qafqaz qəbilələri arasında geniş qarşılıqlı əlaqələrin olduğunu təsdiq edir. Maykop mədəniyyəti əşyalarının kimyəvi tərkibinin öyrənilməsi də həmin nəticəyə gətirir. Məlum olmuşdur ki, Maykop mədəniyyəti tunc əşyalarının əsas hissəsi öz mənşəyi ilə Zaqafqaziyaya bağlıdır. Şimah Qafqaz qəbilələri Zaqafqaziya ilə sıx təmasda olaraq, yaratdığı əlaqə yolları ilə aldığı metalın müəyyən hissəsini Şərqi Avropa düzənliyi qonşularına da çatdırırdı.
Görünür, yaranmış belə yollar vasitəsi ilə Şimali Qafqaza parlaq zərgərlik sənəti məhsulu olan çoxlu miqdarda məmulat, Mesopotamiyadan qızıl və gümüş əşyalar, İrandan əqiq muncuqlar daxil olurdu. Bu işdə Zaqafqaziya, o cümlədən həm də Azərbaycan, yəqin ki, Şimali Qafqaz ilə Ön Asiya vilayətləri arasında vasitəçi kimi iştirak edirdi.
Mənbə
- Bünyadov, Z. və Yusifov, Y. (1994) "Azərbacan Tarixi (ən qədim zamanlardan XX əsrədək)", Azərnəşr, Bakı, I cild, səh. 59–60.
- Azərbaycan Tarixi (yeddi cilddə), Bakı, 2007, I cild.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kur Araz medeniyyeti Erken Tunc dovrune e e IV minilliyin sonu III minillik aid medeniyyet Azerbaycan erazisinden baslangicini goturen bu medeniyyet Simali Qafqazdan Mesopotomiyaya Serqi Anadoludan Orta Asiyaya qeder genis bir erazini ehate etmisdir Ilk defe Azerbaycanda aparilan arxeoloji qazintilar zamani askarlandigindan Kur Araz medeniyyeti adlandirilmisdir XususiyyetleriIlk Tunc dovrunde az qala butun Azerbaycanin ve Cenubi Qafqaz erazisinin duzen ve dagliq rayonlari ekinci maldar qebileler terefinden tutulur menimsenilir Bu dovrde Merkezi ve Serqi Cenubi Qafqazin Simal serqi Qafqazin hem de Cenubi Azerbaycanin ve esas erazileri elmde Kur Araz medeniyyeti adi altinda taninmis vahid maddi medeni irse sahib qebileler terefinden meskunlasir Bu medeniyyet ilk defe 1940 ci illerde Kur Araz caylari arasindaki erazilerde tapilmis materiallar esasinda mueyyenlesdirilmisdir O vaxt Kur Araz medeniyyetini eneolite aid edirdiler Sonralar aydin oldu ki bu medeniyyetin hududlari Kur Araz caylari arasindan cox genisdir abideleri ise e e IV minilliyin ortalarindan III minilliyin son rubunedek xronoloji cerciveni ehate eden ilk tunc dovrune aiddir Eneolit dovrunden ilk tunc Kur Araz medeniyyetine kecidi bilavasite eks etdiren abideler demek olar ki hele melum deyildir Ancaq bezi abidelerde onlari bir terefden Kur Araz medeniyyetine diger terefden eneolit medeniyyetine baglayan materiallara rast gelinir Kur Araz medeniyyeti yayilan erazide muxtelif etnik birlesmeler yasayirdi Bu medeniyyeti bir sira qedim etnoslara o cumleden qedim Ikicayarasinin simalinda yasamis hurri tayfalarina mensub oldugunu qeyd etmisler Eyni zamanda Kur Araz medeniyyeti erazisinde en qedim turk dillerinde danisan etnik birlesmelerin da yasamasi ehtimali ireli surulmusdur Azerbaycanda Kur Araz medeniyyeti qebileleri eneolit dovrunde terk edilmis bezi yasayis yerleri erazisinde meskunlasir Naxcivanda I Kultepe Babek Ovcular tepesi Qazax rayonunda Babadervis Cenubi Azerbaycanda Goytepe ve bele yerlerdendir Azerbaycanin diger ilk tunc dovru yasayis yerleri yeni erazilerde bina olunur Bunlardan Qobustan ve Mingecevir Fuzuli rayonunda Qarakopektepe ve Gunestpe Beyleqan rayonunda Celilabad rayonunda Misarcay Xacmaz rayonunda Sabran rayonunda Serkertepe Agcabedi rayonunda Berde rayonunda Agdam rayonunda ve s yasayis yerlerini gostermek olar Azerbaycanda bu dovrun bir sira defn abideleri Xankendi yaxinliginda ve Goygolde Mingecevirde Mil duzunde Daskesen rayonunda Semkir rayonunda Terter rayonunda Borsunluda Astara rayonunda Telmankendde tedqiq edilmisdir Cenubi Qafqazin Kur Araz medeniyyeti yasayis yerleri orta hesabla 1 2 ha saheni tutur Babadervis Qarakopektepe Misarcay Cuttepe ve s lakin bezi Kur Araz medeniyyeti yasayis yerlerinin sahesi cox boyukdur Bele ki Cenubi Azerbaycanda Yaniqtepe 9 ha saheni tutur bu ise Ilk Tunc dovrunun bezi yasayis yerlerinde hovuk ehali kutlesinin cemlesmesini ve bir cox esrler erzinde arasikesilmez heyat terzini eks etdirir Yasayis yerlerinde qalin medeni tebeqelerin yaranmasi uzun muddetli heyat terzi ile baglidir I Kultepede medeni tebeqenin qalinligi 8 m Qarakopektepede 7 m Misarcayda 4 m den artiq Urmiya golunun qerbinde Goytepede 9 m dir Xeritede boz rengli erazi Kur Araz medeniyyetinin yayildigi qara rengli erazi ise Urartu dovletinin ehate etdiyi erazidir Kur Araz medeniyyeti yasayis yerlerinin o cumleden Azerbaycan abidelerinin memarliginda eneolit dovrunde oldugu kimi en cox dairevi planli evler insa edilirdi lakin bezi yasayis yerlerinde duzbucaqli formali evlere de rast gelinir Bele kerpic evler Goytepede askar olunmusdur Yaniqtepede bele evler dairevi planli tikilileri evez edir ve burada uzun muddet insaatda vahid forma olaraq qalir Eyni veziyyet Qarakopektepe yasayis yerinde de qeyde alinmisdir Dairevi planli evlerin diametri bezen 13 m e catir adeten onlarin diametri 3 m den 5 m e qeder divarlarin qalinligi ise teqriben 0 5 m dir Insaatda adi formali kerpicler isledilirdi Kultepe Yaniqtepe ve Misarcay evlerinde kerpiclerin duzulus texnikasi maraq dogurur Bir cergede kerpicler cut cut divar boyu uzununa o biri cerge ise divarin enine duzulmusdur Dairevi planli evlerde damlari ortme konstruksiyasi gorunur konik formali olub direkler uzerinde qurulmusdu Babadervisde evlerden birinin merkezi hissesinde direk calasi dosemeye basdirilmis gil manqal ve mohreden duzeldilmis kursunun varligi askar olunmusdur Evlerin divarlari ve dosemeleri adeten gille suvanirdi Qarakopektepenin ilk tunc dovru tebeqesinde oten dovrun bezi yasayis yerlerinde oldugu kimi evlerde gille suvanmis dosemelere qirmizi sire cekilmesi hallari qeyde alinmisdir Adeten yasayis otaqlarinin merkezi hissesinde gil manqallar yerlesdirilirdi Kultepe ve Yaniqtepe yasayis yerlerinin bezi evlerinde divar dibinde qurulmus sobalarin varligi maraq dogurur Onlarin ic hissesinde istiliyi cox saxlayan qum qati ve alovun cereyan etdiyi kanallar vardir Yaniqtepe yasayis yerinde ikimertebeli evlerin askar olunmasi seksiz boyuk ehemiyyet kesb edir Orada xususi meqsed dasiyan yataq sekileri taxcalar ve taxil kendisi olmusdur Evlerin divarlarinda asilmis gon ve derilerin izleri qalmisdir Butun bunlar Yaniqtepe ehalisinin meiset medeniyyetinin nisbeten yuksek inkisafina delalet edir TeserrufatKur Araz medeniyyeti qebilelerinin iribuynuzlu heyvanlari qosquda istifade etmesi bir sira faktlarla tesdiq edilmisdir Bele faktlar okuzleri qosquda teqlid eden gil fiqurlar bezen oxla birlikde tapilan teker modelleridir Azerbaycanda Kur Araz medeniyyeti yasayis yerlerinden suvarma seraitinde becerilen den qaliqlari elde edilmisdir Suni suvarma besit sekilde olsa da bu erazinin eneolit dovru ehalisinde de melum idi Azerbaycanda suni suvarma ile yanasi xususen dagliq rayonlarda demye ekinciliyi esas yer tuturdu Kur Araz medeniyyeti qebileleri bugda ve arpa dari ve ketan paxlali bitkilerden noxud nut becerirdiler Noxud Kultepe ve Babadervisden tapilmisdir SenetkarliqKur Araz dovru yerli filiz yataqlarinin genis istifadesi ve metalisleme senetinin yuksek inkisaf seviyyesi ile xarakterize olunur Azerbaycanda zengin Gedebey Dagliq Qarabag ve Balaken mis medenleri melumdur Kur Araz medeniyyeti abidelerinde ayri ayri kulce eridilen obyektlerin askar olunmasi Ilk Tunc dovrunde Zaqafqaziyada mis meden yataqlarinin istismarini aydin subuta yetirir Azerbaycanin bir cox yasayis yerlerinden metal istehsali ile bagli olan muxtelif esyalar genis sekilde temsil olunmusdur Onlar baslica olaraq mis mergmus qatisigindan ibaret tuncdan hazirlanirdi ancaq tek tek memulatlarin terkibinde qalay qatisigi vardir Qafqazda mis tunc metallurgiyasinin yaranmasinda ve inkisafinda On Asiya olkelerinin gorunur mueyyen tesiri olmusdur lakin Kur Araz medeniyyeti dovrunde Qafqaz Avrasiyada musteqil ve muhum metal istehsali merkezlerinden birine cevrilir Metal esyalarin spektral tedqiqi onlarin ekser halda mis mergmus terkibli oldugunu gostermisdir Qedim ustalar suurlu suretde esyalarin dasiyacagi meqsedden asili olaraq onlarin terkibine muxtelif miqdarda mergmus qatirdilar Is burasindadir ki misin eridilmesi ucun yuksek 1083 istilik teleb olunur basqa metalin mergmus qalay nikel ve s qatisigi olduqda erime derecesi azalir metalisleme ile elaqedar gorulen isler bir qeder yungullesir Qedim ustalar bu biliyi menimsedikden sonra tuncun basqa xassesini de mueyyenlesdirirler Yeni tunc misden berkdir ve az istilikde 700 eriyir Eyni zamanda mueyyen olunur ki terkibine cox mergmus qatilmis esyalar kovrek olur Kend teserrufatinda istifade meqsedile hazirlanan metal aletlerde hem de Ilk Tunc dovru abidelerindeki silahlarda az 4 5 faize qeder qatisiginin olmasi mehz bununla izah olunur Senetkarliq sahelerinden arxeoloji materiallarla daha zengin dulusculuq temsil olunmusdur Zaqafqaziyanin Ilk Tunc dovru saxsi memulati o qeder menali ve ozune mexsus elametlere malikdir ki o Kur Araz medeniyyetini mueyyenlesdiren esas amil rolunu oynayir O Eneolit dovrunun saxsi memulatindan keyfiyyetine texniki islenmesine ve formalarin muxtelifliyine gore ferqlenir Ilk Tunc dovru abidelerinde sozun esil menasinda hele gil qablarin hazirlanmasi ile elaqedar istehsal ocaqlari askar olunmamisdir Cox guman ki dulusculuq emalatxanalari yasayis yerlerinden kenarda yerlesmisdir Misarcay yasayis yerinde helelik yegane bir dulus kuresi qaliqlarinin abidenin qenserinde yerlesmesi bunu subuta yetirir Kurede gilden sapand daslarinin bisirilmesi prosesi ne sebebden ise basa catmamis kure berk dagidilmisdir Kureden qalan hissede coxlu yaribismis gil sapand daslari ve sonmus sobanin qirmizi reng almis divarindan parcalar vardir Kur Araz medeniyyetinin qab qacagi bir qayda olaraq ekser halda qum qatisiqli yaxsi yogrulmus gilden hazirlanirdi Kur Araz medeniyyeti abidelerinin saxsi memulatinda ornament xususi maraq dogurur Burada qabariq basma ve cizma usulu ile verilmis cut spirallara konsentrik dairelere rombvari ucbucaqvari naxislara sxematik qus ve heyvan resmlerine ve s tesaduf olunur Zengin ornamentik naxislara malik qab qacaq Babadervis ve Yaniqtepe yasayis yerlerinden elde edilmisdir Babadervisde demek olar ki Kur Araz saxsi memulatinda tetbiq olunan butun bezek vurma usullarina ve motivlerine rast gelinir Yaniqtepe qablarinda ise naxislar butunlukle certme usulla yerine yetirilnisdir Burada Kur Araz medeniyyetinin basqa yasayis yerlerinde oldugu kimi qablarin yuxari hissesi bezen de bogazlari naxisla bezenirdi Dulusculuq senetinin inkisaf seviyyesi muxtelif formali kicik miniatur camlardan tutmus taxil saxlanan iri qablaradek ozunu eyani suretde gostermir Seciyyevi formalar colmek bardaq xeyre parc qazanca ve saireden ibaretdir Hemin vaxtda yarimkure qulplu gil qapaqlarin genis istehsali baslanir ve Kur Araz medeniyyetinin seciyyevi elametlerinden birini teskil edir Manqallarin muxtelif sacayaqlarin hazirlanmasi da Ilk Tunc dovrunun saxsi memulati istehsalinda xususi yer tutur Bir cox basqa seciyyevi esyalar kimi onlar da bu medeniyyetin tenezzulu ile istifadeden cixir Kur Araz medeniyyeti qebilelerinin inkisaf etmis senet sahelerinden biri de toxuculuq olmusdur Ona gore teeccublu deyil ki iribuynuzlu heyvanlarin sumuyunden kesilmis ve ortasindan desik acilmis iy basliqlarina her bir Kur Araz medeniyyeti yasayis yerinde tesaduf olunur Iy basliqlarini iyrecek bezen gilden ve dasdan duzeldirdiler Ilk tunc dovrunde ipeyirme senetinde iy basliqlari esas alet olmusdur Dovrun qablarinda defelerle parca izlerine rast gelinmisdir Ayinler ve adetlerAzerbaycanda ve umumiyyetle Zaqafqaziyada ilk tunc dovru ayin adet ve sairede yeni xususiyyetlerin yaranmasi ile seciyyelenir Mehsuldar quvvelerin inkisafi ona getirib cixarir ki teserrufat meiset heyatinda qadinin movqeyi xeyli zeifleyir maddi varidata sahib olan aile ve nesle basciliq eden kisinin cemiyyetde movqeyi xeyli artir qadina perestisi doguran zemin sarsilir Bununla elaqedar kisi cinsine aid heykeller yaranir Kisiye perestis oda perestisle elaqelendirilir Mehsuldarliq remzi kimi gil manqallarin ve sacayaqlarin kisi elametini eks etdiren tesvirlerle hazirlanmasi hallari melumdur Defn adetlerinde kisiye perestis aydin musahide edilir Qebile bascilari axiret alemine cox temteraqli merasimle musayiet olunur Onlarin qebirleri uzerinde boyuk kurqanlar qurulur Ilk tunc dovrunde defn adetinde de deyisiklikler bas verir oluler hec yerde yasayis yeri erazisinde basdirilmir onlar xususi secilmis yerlere aparilirdi Bele qebiristanlarda ayri ayri aile ve nesle aid defn abideleri tikilirdi Bele abideler gorunur aile uzvlerinin olumden sonra da yasamasina inamla elaqedardir Xankendinin qarsisinda tedqiq olunan kurqanlarin heresinde 40 50 olu basdirilmisdir Bu kurqanlarin qebirlerinde etrafi kicik xendekle ehatelenmis diametri 4 5 m e catan dairevi meydancalar olmusdur Orada bukulu oturaq ve arxasi ustde uzadilmis olulere tesaduf olunmusdur Bir cox hallarda olulerin basi altina gil camlar ve ya das qoyulmusdur Defn olunanlar sagliginda istifade etdiyi esyalarla o cumleden dasdan metaldan ve sumukden emek aleti elece de qizil ve basqa bezek esyalari icerisine azuqe qoyulmus qab qacaqla basdirilmislar Burada keci skeletine de rast gelinmisdir Xankendi kurqanlarinin birinin tedqiqi Azerbaycanin Ilk Tunc dovrunde bu rayonda yasamis ehalinin defn adetlerinin ve dini tesevvurlerinin maraqli xususiyyetlerini askar etdi Qebir meydancasinin bir yarisinda oluler sadece basdirildigi halda o biri yarisinda oluler yandirilmisdir Bu dovrde oluyandirma adeti Gencecay hovzesi abidelerinden de melumdur Orada kurqan qebirlerinin dairevi meydancasi xendekle ehate olunmusdur Xendeklerin birinde 22 direkden istifade ederek meydanca etrafina divar cekmisler Basqa bir kurqanda qebirin divari dasla horulmusdur Bu kurqanlann qebirlerinde oluyandirma adeti musahide edilmisdir Gence seheri yaxinligindaki bir kurqan qebrinde insan sumukleri agac komuru kul qab parcalari daslar ve basqa qaliqlar guclu yanmadan berkimis kutle emele getirmisdir Goygol rayonunda bir kurqanda ise oluyandirma sal das uzerinde aparilmisdir orada coxlu agac komuru kul ve yanmis insan sumukleri qalmisdir Oluyandirma adeti Azerbaycanda Oguz ve Qebele rayonlarinda da qeyde alinmisdir Qebele yaxinliginda tedqiq edilen iki kurqanin qebirlerinde komur ve kul qaliqlarinin olmamasi olulerin yandirilmasinda yagdan ve ya neftden istifade olundugunu soylemeye esas verir Iki qebirde 26 olu yandirilmisdir Qebirlerin birinin serq hissesinde cox guman ki defn merasimi ile elaqedar das seki qurulmusdur Maraqlidir ki Qafqazin basqa rayonlarinda o dovrde bele defn adeti yayilmamisdi Iraqi cixmaq sertile Qedim Serq olkelerinde de bu adet melum deyil Mesopotamiyanin tarixinde ilk defe oluyandirma adeti Simali Iraqda Xalaf medeniyyetine aid yasayis yerinde musahide olunmusdur Azerbaycanda oluyandirma olubasdirma adeti ile yanasi sonraki dovrlerde de tetbiq olunur Oluyandirma hem de tek olu basdirilan qebirlerde de meselen Ilk Tunc dovru bir Xosbulaq kurqanlarinda musahide edilmisdir Olulerin kutlevi yandirilmasi Semkircayin Kure tokulduyu Osmanbozu adli yerde hem de Terter rayonunun Borsunlu kendi yaxinligindaki kurqanlarda askar edilmisdir adetine Azerbaycanin Boyuk ve Kicik Qafqaz sahesi arasinda eramizdan evvel III minillikde genis erazide meskunlasmis Azerbaycan ehalisinin mohkem etnik elametlerinden biri kimi baxilmalidir Ilk tunc dovru ehalisinin heyatinda bir sira etiqadlar ve dini adetler mohkemlenir Bele ki Babadervis yasayis yerinde bir quyu yanmis okuz sumukleri ile dolu idi Ehtimal etmek olar ki okuz qurban ayini ile elaqedar merasimde yandirilmisdir Kur Araz medeniyyeti yasayis yerlerinde ev heyvanlarinin xususen cox ehemiyyet verilen okuzun gilden hazirlanmis fiqurlarina defelerle rast gelinmisdir Orijinal formali iki okuz fiquru Babadervis evlerinin birinde ocaq kenarinda tapilmisdir Basqa bir evde ocaq kenarinda okuz buynuzlarini teqlid eden gil sacayaqlara rast gelinmisdir Buynuzvari sacayaqlarin ve okuz fiqurlarinin tez tez tapilmasi okuze perestisin Zaqafqaziyada genis yayildigini gosterir Eramizdan evvel III minilliyin son rubunde Kur Araz medeniyyetinin suqutu ile elaqedar Azerbaycanin ve ona hemserhed olan olkelerin tarixinde yeni merhele baslandi ElaqelerKur Araz medeniyyetini sohretlendiren maddi varidatda bir cox formalarin numunelerin yekneseq olmasi heyret dogurur Buna qebilelerarasi daimi ve feal elaqeler imkan yaratmisdi Bu prosesde yarimkoceri maldarliqla mesgul olan qebileler boyuk rol oynamisdir Ozlerinin heyat terzi sayesinde onlar texnika ve medeniyyetde bas veren yenilikleri yaymali olurdu Mubadile muntezem seciyye alir Ekincilik ve maldarliq teserrufatindan elde edilen izafi mehsul esas mubadile vasitesi olur Ekinciler mubadileni esasen taxil hem de senetkarliq memulati ile aparirdilar Evezinde mal qara yun sud memulati ve mis kulcesi alirdilar Tunc metallurgiyasinin inkisafi devegozunu teserrufat ve meisetden sixisdirdi qebilelerarasi mubadilede oz ehemiyyetini itirdi Qafqazda tunc senayesinin inkisafinin baslangic merhelesi On Asiya ile temasda kecir Ilk Tunc dovrunde Qafqaza muxtelif bicimli xususen metal esyalar daxil olur ve yaxud onlarin formalari menimsenilir Buna gore teeccublu deyildir ki Qafqazin bir sira esas tunc esya tipleri neinki oz aralarinda bir birine benzeyir hem de bu eraziden kenarda olan abidelerin materiallari ile yaxin oxsarliq tapir Bu dovrde Qafqazda destekli nize ucluqlari genis yayilir Bele ucluqlar On Asiyanin bir cox vilayetlerinden melumdur ve orada onlar neinki tuncdan hem de qizil ve gumusden hazirlanirdi Azerbaycanda Lenkeran duzenliyinden Simali Qafqazda Prikuban vilayetine qeder tipoloji cehetden On Asiyanin Ilk Tunc dovru numuneleri ile oxsar yasti iskenevari baltalar yayilmisdi Astara rayonunun kurqanlarindan birinde destekli nize uclugu ile birlikde iki iskenevari formali balta tapilmisdir Bu kurqanin metal esyalari mergmuslu tuncdan hazirlanmisdir lakin bezi numunelerde mergmusden elave az miqdarda qalay da var Melum oldugu kimi Qafqazda ve ona qonsu rayonlarda qalay yataqlari yoxdur Ona gore Qafqazda tapilan qalay qatisiqli esyalari buraya qalayin belke de bezi qalay qatisiqli tunc memulatin xaricden gelmesi ile izah etmek olar Babadervis yasayis yerinden qarmaqvari tunc esyanin Dagliq Qarabag kurqanlarinin birinde tapilmis tunc xencer tiyesinin terkibinde qalay qatisigi olmasi onlarin ve ya qatisigin getirilme memulata aidiyyetini gosterir Kultepeden tapilmis dordtilli terkibinde nikel ve mergmus qatisigi olan biz diqqeti celb edir Nikel qatisiqli esyalar Simali Qafqazda Maykop medeniyyeti abidelerinden melumdur Ancaq qalay kimi nikel de Qafqazin meden yataqlarinda yoxdur Qafqazin Ilk Tunc dovru abidelerinde rast gelinen mis nikel qatisiqli esyalar yeqin ki On Asiya ile baglidir Onlar ola bilsin ki Omanda hasil edilmis metaldan hazirlanmisdir Yerli qebilelerin cenubla six elaqesi qiymetli metaldan hazirlanmis esyalarda ozunu eks etdirir Azerbaycanda onlar defn abidelerinden elde edilmisdir Xankendi qenserinde bir kurqanda uzerine qizildan qabiq cekilmis yuvarlaq formali uc pasta muncuq tapilmisdir Orada basqa bir kurqanda olunun basi altinda oz formasina gore Cenubi Mesopotamiyada Ur qebirlerindeki asmalari xatirladan qizil lovheden hazirlanmis sirga tapilmisdir Dagliq Qarabagda Xacincay sahilindeki kurqanda basma naxisli qizil boru va meftilden spiralvari burulmus qizil bezek vardir Xosbulaqda Ilk Tunc dovru kurqaninda olunun gicgah sumukleri ile yanasi bir birine kecirilmis nazik meftilden iki cut sirgaya rast gelinmisdir Onlardan biri qizildan ucu ise qizil qatisiqli gumusden hazirlanmisdir Bu dovrde Azerbaycan ve Zaqafqaziya qebilelerinin Simali Qafqazla qarsiliqli elaqeleri mohkemlenir Boyuk Qafqazin cenub eteklerinde Kaxetiyadan Sirvana qeder erazinin bir cox abidelerinde qirmizi oxrali qab qacagin tapilmasi Simali ve Cenubi Qafqaz qebileleri arasinda genis qarsiliqli elaqelerin oldugunu tesdiq edir Maykop medeniyyeti esyalarinin kimyevi terkibinin oyrenilmesi de hemin neticeye getirir Melum olmusdur ki Maykop medeniyyeti tunc esyalarinin esas hissesi oz menseyi ile Zaqafqaziyaya baglidir Simah Qafqaz qebileleri Zaqafqaziya ile six temasda olaraq yaratdigi elaqe yollari ile aldigi metalin mueyyen hissesini Serqi Avropa duzenliyi qonsularina da catdirirdi Gorunur yaranmis bele yollar vasitesi ile Simali Qafqaza parlaq zergerlik seneti mehsulu olan coxlu miqdarda memulat Mesopotamiyadan qizil ve gumus esyalar Irandan eqiq muncuqlar daxil olurdu Bu isde Zaqafqaziya o cumleden hem de Azerbaycan yeqin ki Simali Qafqaz ile On Asiya vilayetleri arasinda vasiteci kimi istirak edirdi MenbeBunyadov Z ve Yusifov Y 1994 Azerbacan Tarixi en qedim zamanlardan XX esredek Azernesr Baki I cild seh 59 60 Azerbaycan Tarixi yeddi cildde Baki 2007 I cild Hemcinin baxXocali Gedebey medeniyyeti Leylatepe medeniyyeti Talis Mugan medeniyyeti