Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi.
II Osman | |
---|---|
عثمان ثالث | |
26 fevral 1618 – 10 may 1622 | |
Əvvəlki | I Mustafa |
Sonrakı | I Mustafa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (17 yaşında) |
Vəfat yeri | Yeddiqüllə zindanları, İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d], şair |
Atası | I Əhməd |
Anası | Mahfiruz Xədicə Sultan |
Həyat yoldaşı | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şahzadəlik illəri
3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür. Venesiya tarixi mənbələrində, Kösəm Sultanın Şahzadə Osman və Mehmedlə birlikdə bəzi vaxtlar şəhərdə arabayla gəzdiyi, ancaq sonralar bunun Sultan Əhməd tərəfindən qadağan edildiyi qeyd edilir. Eyni zamanda Kösəm Sultanın 1616-cı ildə şahzadəylə görüşməsinin Sultan Əhməd tərəfindən qadağan edildiyi də yerli Osmanlı mənbələrində qeyd olunur. Buna baxmayaraq Şahzadə Osmanın Kösəm Sultana bağlılığı, səltənəti illərində Köhnə saraya gələrək ögey anasını ziyarət etməsindən məlum olur.
Səltənət illəri
Taxta çıxışı
Atası Sultan Əhmədin vəfatının ardından (22 noyabr 1617) sultanın ən böyük oğlu olmasına baxmayaraq Osmanlı səltənət sistemi dəyişdirilmiş və əmisi Sultan Mustafa taxta çıxarılmışdır. Ancaq əmisi əqli zəifliyi səbəbilə 3 ay sonra taxtdan endirilmiş və nəticədə 26 fevral 1618 günü taxta çıxmışdır. Ertəsi gün Əyyubsultan məscidində qılınc qurşandı və 14 yaşlı Sultan Osman babalarının türbələrini ziyarət etdikdən sonra saraya döndü. Cülus münasibətilə orduya yenidən bəxşiş paylandı. Bəzi Osmanlı tarixçilərinə görə, ard-arda paylanan bu 2 cülus bəxşişi nəticəsində dövlət xəzinəsi azalmış, hətta pulunu ala bilməyən bəzi əsgərlər ayaqlanaraq sədarət naibi Sofu Mehmed Paşanın edamını tələb etmişdi. Sultan Osmanın taxta çıxışından sonra gördüyü ilk iş isə bu məsələni həll etmək və çıxan qarışıqlıq əsnasında Yeddiqüllə zindanlarından qaçan Mehmed Gərayı ələ keçirmək oldu.
Sultan Osmanın, vaxtilə onun yerinə əmisi Sultan Mustafanın taxta çıxmasını dəstəkləyən Sofu Mehmed Paşa və şeyxülislam Əsad Əfəndi ilə münasibətləri pis idi. Əlbəttə ki, bunda lələsi Ömər Əfəndinin də təsiri böyük idi. Nəticədə əvvəlcə Səfəvi cəbhəsindəki Sofu Mehmed Paşanı vəzifədən aldı və yerinə Öküz Mehmed Paşa sədarət naibi təyin edildi (iyul 1618). Şeyxülislam Əsad Əfəndinin səlahiyyətləri məhdudlaşdırıldı və fətva vermə xaricindəki bütün vəzifələri lələ Ömər Əfəndiyə verildi. Bütün bu işlərdə sultanın ən yaxın adamları olan Ömər Əfəndi və Darüssəadə ağası Mustafa ağanın mühüm rolu oldu. Bu əsnada sədrəzəm Xəlil Paşa orduyla birlikdə Səfəvilər üzərinə yeni bir səfərə çıxmış, Şah Abbasın tərk etdiyi Təbriz şəhərini ələ keçirdi və Ərdəbilə doğru irəlilədi. Ancaq Pul-i Şikəstə bölgəsində Səfəvilərin tərtib etdiyi tələyə düşən Osmanlı ordusu böyük itkilər verdi və Xəlil Paşa Səfəvilərlə Sərab sülhü bağlamağa məcbur oldu. Bütün bu hadisələrin nəticəsində Sultan Osman 18 yanvar 1619 tarixində Xəlil Paşanı vəzifəsindən azad etdi və yerinə Öküz Mehmed Paşa sədarətə gətirildi.
Səltənətinin ilk ilinə aid saray qeydlərində görülür ki, Sultan Osman daha çox ordunu nizama salmaqla məşğul olmuş, əsgərlərin toplaşdığı yerlərə tez-tez basqın tərtibləyərək ələ keçirilənləri cəzalandırmışdı. 1619-cu ilin oktyabrında maliyyə tədbiri olaraq yeni sikkələr kəsdirmiş, nəticədə ölkənin maliyyə vəziyyəti yaxşılaşmışdır.
Bir müddət sonra səfərdən qayıdan kaptan-ı dərya Əli Paşa səfərdə xristian quldurlara məxsus 6 gəmini ələ keçirmiş, ələ keçirilən 200 əsirin hər birinin boynundan gümüş pul dolu bir kisə asdıraraq sultanın hüzuruna çıxmışdı. Sultan Osman isə paşanın bu hərəkətini çox bəyənmiş, onu qızıl zəncir və qızıl işləməli xalatla mükafatlandırmışdır. Ancaq sədrəzəm Mehmed Paşa Venesiya ilə bağlanan sülhün pozulmasından qorxaraq məsələni divanda müzakirə etdi. Bundan başqa Əli Paşanın əldə etdiyi qənimətin bir qismini mənimsədiyi haqqında şayələr də divan məclisində dilə gətirildi. Ancaq Əli Paşa daha böyük qənimətlər vəd edərək sultana yeni hədiyyələr təqdim etdi. Beləliklə, 23 dekabr 1619 tarixində Öküz Mehmed Paşa sədarətdən alındı və yerinə Əli Paşa sədrəzəm təyin olundu. Əli Paşanın gənc sultan üzərindəki təsiri o qədər böyük idi ki, özünə rəqib olaraq gördüyü Darüssəadə ağası Mustafa ağanı Misirə sürgün etmiş, lələ Ömər Əfəndini isə sultandan uzaqlaşdırmışdı. Sədarətə gəldikdən sonra Əli Paşa bəzi dövlət adamlarının və varlı tacirlərin mallarını müsadirə edərək xəzinəni doldurmağa başladı. Bu dövlət adamları arasında keçmiş sədrəzəm Mehmed Paşa, dəftərdar Baki Paşa və Darüssəadə ağası Mustafa ağa da vardı.
Hotin səfəri
Sabiq sədrəzəmi Əli Paşanın təşviqiylə səfər hazırlığına başlayan Sultan Osman hədəf olaraq illik vergisini verməkdən imtina edən Lehistanı seçdi. Səfər əmrinin verilməsinin ardından Sultan Osman qardaşı Şahzadə Mehmedi edam etdirdi (12 yanvar 1621). Bu edamda Darüssəadə ağası Süleyman ağanın rolu böyük oldu. Belə ki, qardaşının qətli üçün şeyxülislamdan fətva ala bilməyən Sultan Osman, Süleyman ağanın təklifi ilə istədiyi fətvanı Rumeli başqazısı Daşkörpülüzadə Kəmaləddin Əfəndidən aldı. Səfər hazırlığı davam edərkən olduqca sərt qış yaşanmış, hətta İstanbul boğazı donmuş, bu səbəblə paytaxtın ərzaqla təmin edilməməsi nəticəsində bahalıq və qıtlıq yaşanmışdır.
Əli Paşanın 9 mart 1621-ci ildə vəfat etməsinin ardından Lələ Ömər Əfəndinin saraydakı nüfuzu yenidən artdı. Onun təklifi ilə sədarətə Ohrili Hüseyn Paşa təyin edildi. O illərdə müdərris olan Qaraçələbizadə Əbdüləziz Əfəndiyə görə, Sultan Osmanın lələsindən uzaqlaşmasındakı səbəblərdən biri də onun üləmaya olan sərt rəftarı idi. Səfərin baş memarı hesab edilən Əli Paşanın vəfatına baxmayaraq Sultan Osman fikrindən dönmədi və 29 aprel tarixində Lehistan səfəri üçün Davudpaşa səhrasında sultan çadırı quruldu.
Ordunun başında Ədirnəyə gələn Sultan Osman burada əsgərə və üləmaya verilən maaşları yarıya endirdi. Ordu sayımıyla bağlı qərar qəbul edən Sultan Osman, səfər əsnasındakı sərt tutumu səbəbilə əsgərin və üləmanın narazılığını qazandı. Buna baxmayaraq sultan bölgəyə gələnə qədər Özi bəylərbəyi İskəndər Paşa idarəsindəki qoşunlar Prut çayı sahilində polyakları darmadağın etmişdi (20 sentyabr 1620). Hotin qalası önündə məskunlaşan Osmanlı ordusu isə ard-arda edilən hücumlara baxmayaraq uğur qazana bilmirdi. Paşalar arasındakı rəqabət, siyasi çəkişmələr və əsgərin istəksizliyi bu uğursuzluğun başlıca səbəbləri arasında idi. Nəticədə bütün təqsir sədrəzəm və sərdar-ı əkrəm olan Hüseyn Paşanın boynuna düşdü və sədarətdən alınaraq yerinə Dilavər Paşa gətirildi (17 sentyabr 1621). Ancaq qəti qələbə qazanılmadı və qarşı tərəfdən sülh təklifinin gəlməsiylə səfər başa çatdı. Hotin qalası Osmanlı tabeliyindəki Boğdan çarlığına verildi. Sultan Osman orduyla birlikdə 9 oktyabrda Hotin qalasından ayrılaraq İstanbula yola düşdü. Qəti qələbə qazanılmasa da, ordu böyük bir coşğuyla qarşılandı. Ədirnəyə çatanda bir oğlunun olduğu xəbərini alan Sultan Osman dərhal nikahlı xanımı Ayşə Sultanın və yenicə doğulan Şahzadə Ömərin yanına gətirilməsini buyurdu. Burada ikən 4 gün davam edən ordu sayımı və Dilavər Paşanın yeniçəri ocağındakı əsgərlərin bəzilərini ordudan uzaqlaşdırması gənc sultana olan etibarın daha da azalmasına səbəb oldu.
Yenilikçi islahatları
Ordu İstanbula gəldikdən sonra Hotin zəfərinin qeyd edildiyi mərasimlərdən birində silahdan çıxan atəşlə körpə Şahzadə Ömər həlak oldu (fevral 1622). Çox keçmədən Sultan Osman Pərtəv Paşanın qızı Ayşə xanımla və ardından şeyxülislam Əsad Əfəndinin qızı Aqilə xanımla evləndi. Venesiya mənbələrinə görə, gənc sultan İslam qanunlarına riayət edərək 4 azad qadınla evlənmək niyyətində idi. Beləliklə, ənənəvi Osmanlı hərəm sistemi dəyişəcəkdi. Xüsusilə də, Aqilə xanımla olan nikahında üləmanı öz tərəfinə çəkmək istəyirdi. Ancaq öncəki sultanların heç biri hərəmdən kənar bir qadınla nikah bağlamamış, şeyxülislam Əsad Əfəndi bu səbəblə nikaha qarşı çıxmışdır.
Dövrün Osmanlı tarixçilərinin qeydlərinə görə, Sultan Osman İstanbula döndükdən 5 ay sonra həcc ziyarətinə çıxmaq niyətinə düşdü. Belə ki, Anadoluya keçən gənc sultan həm Livan bölgəsində üsyan edən Manoğlu Fəxrəddin bəyi məğlub edəcək, həm də Anadolu, Şam və Misirdən topladığı əsgərlərlə üsyankar yeniçəriləri aradan qaldırmağı planlaşdırırdı. Üsyandan əvvəlki cümə günü namaz qılmaq üçün Sultan Səlim məscidinə getmiş, bununla da özünü Misir sərdarı ulu babası Yavuz Sultan Səlimə bənzətmək istəmişdi.
Bu hazırlıq işləri barədə xəbərlər qısa zamanda İstanbulda yayıldı. Bir Osmanlı sultanının həccə getmək istəməsi isə xüsusilə, üləma tərəfindən xoş qarşılanmadı. Venesiya elçisinin qeydlərinə görə, sultanın qaynatası olan şeyxülislam Əsad Əfəndi bu həcc ziyarətinin qarşısını almaq üçün Sultan Osmana öz adına bir məscid inşa etdirməyi təklif etmiş, ancaq bu da sultanı fikrindən daşındıra bilməmişdir.
Taxtdan endirilməsi və öldürülməsi
Edilən hörmətsizlik və təzyiqlərdən bezən üləma təbəqəsi ocaqlarının qaldırılmasından qorxan yeniçərilərlə birləşdi. Əvvəlcə Sultan Osmanı bütün bu işlərə təşviq edən Darüssəadə ağası Süleyman ağa və lələ Ömər Əfəndinin edamı tələb olundu. Bundan başqa sədrəzəm Dilavər Paşa, Nişançı Əhməd Paşa, dəftərdar Baki Paşa və sekbanbaşı Nasuh ağa da üsyançıların hədəfində idi. Sultan Osman isə bu istəkləri qəbul etməməklə birlikdə, saraydakı bostançıları silahlandırdı. Nəticədə 19 may 1622 tarixində üsyan başladı. Gənc sultan təcrübəsizliklə bir müddət müqavimət göstərdi. Ancaq saraya girən üsyançıların əmisi Sultan Mustafanı taxta keçirməsinin ardından çarəsiz qalan Sultan Osman, sədrəzəm Dilavər Paşa və Darüssəadə ağası Süleyman ağanı onlara təslim etdi. Üsyançılar hər ikisini saray qapıları önündə qətlə yetirdi. Şeyxülislam Əsad Əfəndi bu əsnada araya girərək istəkləri yerinə yetirilən üsyançıların geri çəkilməsini və Sultan Mustafanın həbs tutulduğu yerə qaytarılmasını istədi. Ancaq heç bir nəticə vermədi. Çünki üləmanın da böyük bir qismi Sultan Mustafanın səltənətini qəbul etdi. Sultan Osman əmisinin saraydan çıxarılmasının ardından, Hüseyn Paşanın təklifi ilə gecə yarısı saraydan qaçdı və yeniçəri ağası Əli ağanın köşkünə gələrək ondan yeniçəriləri yola gətirməyi tələb etdi. Ancaq bu da çarə etmədi və Əli ağa üsyançılar tərəfindən qətlə yetirildi. Üsyanın ikinci günü ələ keçirilən Sultan Osman eşşək arabasına mindirildi və təhqiramiz şəkildə Sultan Mustafanın saxlanıldığı Orta məscidə aparıldı. Burada üsyançılar tərəfindən sədrəzəm seçilən Qara Davud Paşa Sultan Osmanı öldürmək istəmiş, istədiyini burda edə bilməyəcəyini anlayaraq onu Yeddiqüllə zindanlarına aparmışdır. Burada təhqiramiz şəkildə qətlə yetirilmiş və cəsədi gizlicə Topqapı sarayına gətirilmişdir. Səhər saatlarında qılınan cənazə namazının ardından Sultan Osman atası Sultan Əhmədin türbəsinə dəfn edilmişdir. Rəvayətə görə, qətlinin sübutu olaraq burnu və qulağı kəsilərək Sultan Mustafanın validəsinə göndərilmişdir.
Osmanlı tarixində o günədək görülməmiş bir şəkildə qətlə yetirilən Sultan Osman gənc və təcrübəsizliyi səbəbilə ətrafındakıların təlkinlərinə uymuş, bu səbəblə əhali, ordu və üləma arasında sevilməyən bir sultan obrazına bürünmüşdür. "Farisi" təxəllüsü ilə yazdığı şeirləri vardır.
Ailəsi
Hərəmxanası
- Meylişah xanım – Pərtəv Paşanın qızı
- Ayşə xanım – Şahzadə Ömərin anası
- Aqilə xanım – Şahzadə Mustafa ve Zeynəb Sultanın anası.
Övladları
- Şahzadə Ömər (20 oktyabr 1621 — fevral 1622)
- Şahzadə Mustafa (noyabr 1622 — 1623)
- Zeynəb Sultan (noyabr 1622 — ?)
İstinadlar
- Osman II // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
Mənbə
- Vak‘a-i Sultan Osman Han, Süleymaniye Ktp., Hâlet Efendi, nr. 611;
- a.e.: II. Osman’ın Şahadeti (nşr. Orhan Şaik Gökyay, Atsız Armağanı içinde), İstanbul 1976, s. 187-256;
- Mehmed b. Mehmed er-Rûmî (Edirneli)’nin Nuhbetü’t-tevârîh ve’l-ahbâr’ı ve Târîh-i Âl-i Osmân’ı (haz. Abdurrahman Sağırlı, doktora tezi, 2000), İÜ Sosyal Bilimler Enstitüsü, s. 16-18;
- Topçular Kâtibi Abdülkadir (Kadri) Efendi Tarihi (haz. Ziya Yılmazer), Ankara 2003, II, 671-763;
- Peçuylu İbrâhim, Târih, II, 362-388;
- Kâtib Çelebi, Fezleke, I, 390-412;
- Solakzâde, Târih, s. 699-760;
- Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr, Bulak 1248, s. 534-549;
- Naîmâ, Târih, II, 162-234;
- The Negotiations of Sir Thomas Roe in his Embasay to the Ottoman Porte, From the Year 1621 to 1628, London 1740, s. 45-52;
- Hammer (Atâ Bey), IX, 174-229;
- Zinkeisen, Geschichte, III, 730-753;
- Danon, “Genç Osman Vak’asına Ait Monografiler”, Batı Dillerinde Osmanlı Tarihleri (Danişmend, Kronoloji2 içinde), VI, 263-328;
- Danişmend, Kronoloji2, III, 273-312;
- L. Peirce, Harem-i Hümayun: Osmanlı İmparatorluğunda Hükümranlık ve Kadınlar (trc. Ayşe Berktay), İstanbul 1996, s. 133-135, 142-143, 244, 310-311;
- Tufan Gündüz, “II. Osman’ın Hotin Seferi (1621)”, Osmanlı, Ankara 1999, I, 465-471;
- Baki Tezcan, “II. Osman Örneğinde İlerlemeci Tarih ve Osmanlı Tarih Yazıcılığı”, a.e., VII, 658-668;
- a.mlf., “Zafername Müellifi Halisi’nin Bilinmeyen Bir Eseri Münasebetiyle”, Osm.Ar., XIX (1999), s. 83-98;
- G. Piterberg, Osmanlı Trajedisi: Tarih Yazımının Tarihle Oyunu (trc. Uygar Abacı), İstanbul 2005, tür.yer.;
- Şevket Rado, “Nihadî Tarihine Göre Genç Osman Faciası”, Hayat Tarih Mecmuası, XIII/147, İstanbul 1977, s. 4-7;
- Şinasi Altundağ, “Osman II”, İA, IX, 443-448;
- J. H. Kramers, “ʿOthmān II”, EI2 (İng.), VIII, 182.
Xarici keçidlər
II Osman Doğum: 3 noyabr 1604 Vəfat: 20 may 1622 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri I Mustafa | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 26 fevral 1618-10 may 1622 | Xələfləri I Mustafa |
Sünni İslam titulları | ||
Sələfləri I Mustafa | İslam Xəlifəsi (خلافة إسلامية) | Xələfləri I Mustafa |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Genc Osman bura istiqametlendirir Genc Osman dastani ile sehv salmayin Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin II Osman ve ya Genc Osman osman عثمان ثالث Osman i sani divan edebiyyatindaki leqebi ile Farisi 3 noyabr 1604 Konstantinopol 20 may 1622 Konstantinopol 16 ci Osmanli sultani ve 95 ci Islam xelifesi II Osmanعثمان ثالث16 ci Osmanli Sultani Padsah 26 fevral 1618 10 may 1622EvvelkiI MustafaSonrakiI MustafaSexsi melumatlarDogum tarixi 3 noyabr 1604Dogum yeri Topqapi sarayi Istanbul Osmanli imperiyasiVefat tarixi 20 may 1622 17 yasinda Vefat yeri Yeddiqulle zindanlari Istanbul Osmanli imperiyasiDefn yeri KonstantinopolFealiyyeti rehber d sairAtasi I EhmedAnasi Mahfiruz Xedice SultanHeyat yoldasi Aqile XanimAilesi Osmanli xanedaniDini islam Vikianbarda elaqeli mediafayllarHeyatiSahzadelik illeri 3 noyabr 1604 cu ilde cersenbe gunu Istanbulda dunyaya gelmisdir Atasi Osmanli sultani I Ehmed anasi Mahfiruze Sultandir Sultan Ehmedin dunyaya gelen ilk oglu olmasi sebebile sahzadeye sulalenin banisi Osman Qazinin adi verilmis bu munasibetle paytaxtda yeddi gun yeddi gece senlikler kecirilmisdir Sonraki illerde yasayan tarixciler terefinden Genc Osman olaraq anilmisdir Sahzadelik illeri haqqinda yeterli melumat yoxdur Sultan Ehmed dovrunun tarixcilerinden Safi Mustafa Efendiye gore 8 mart 1605 ci ilde dunyaya gelen qardasi Sahzade Mehmedle birlikde boyumus lele Omer Efendi her ikisine sarayda ders vermisdir Bezi menbelerde mukemmel tehsil aldigi ereb ve fars dilleriyle yanasi latin yunan ve italyan dillerini de bildiyi qeyd edilir Anasi Mahfiruze Sultanin saraydan cixarilib Kohne saraya gonderilmesi ile ogey anasi Kosem Sultanin himayesinde boyumusdur Venesiya tarixi menbelerinde Kosem Sultanin Sahzade Osman ve Mehmedle birlikde bezi vaxtlar seherde arabayla gezdiyi ancaq sonralar bunun Sultan Ehmed terefinden qadagan edildiyi qeyd edilir Eyni zamanda Kosem Sultanin 1616 ci ilde sahzadeyle gorusmesinin Sultan Ehmed terefinden qadagan edildiyi de yerli Osmanli menbelerinde qeyd olunur Buna baxmayaraq Sahzade Osmanin Kosem Sultana bagliligi selteneti illerinde Kohne saraya gelerek ogey anasini ziyaret etmesinden melum olur Seltenet illeri Taxta cixisi Atasi Sultan Ehmedin vefatinin ardindan 22 noyabr 1617 sultanin en boyuk oglu olmasina baxmayaraq Osmanli seltenet sistemi deyisdirilmis ve emisi Sultan Mustafa taxta cixarilmisdir Ancaq emisi eqli zeifliyi sebebile 3 ay sonra taxtdan endirilmis ve neticede 26 fevral 1618 gunu taxta cixmisdir Ertesi gun Eyyubsultan mescidinde qilinc qursandi ve 14 yasli Sultan Osman babalarinin turbelerini ziyaret etdikden sonra saraya dondu Culus munasibetile orduya yeniden bexsis paylandi Bezi Osmanli tarixcilerine gore ard arda paylanan bu 2 culus bexsisi neticesinde dovlet xezinesi azalmis hetta pulunu ala bilmeyen bezi esgerler ayaqlanaraq sedaret naibi Sofu Mehmed Pasanin edamini teleb etmisdi Sultan Osmanin taxta cixisindan sonra gorduyu ilk is ise bu meseleni hell etmek ve cixan qarisiqliq esnasinda Yeddiqulle zindanlarindan qacan Mehmed Gerayi ele kecirmek oldu Sultan Osmanin vaxtile onun yerine emisi Sultan Mustafanin taxta cixmasini destekleyen Sofu Mehmed Pasa ve seyxulislam Esad Efendi ile munasibetleri pis idi Elbette ki bunda lelesi Omer Efendinin de tesiri boyuk idi Neticede evvelce Sefevi cebhesindeki Sofu Mehmed Pasani vezifeden aldi ve yerine Okuz Mehmed Pasa sedaret naibi teyin edildi iyul 1618 Seyxulislam Esad Efendinin selahiyyetleri mehdudlasdirildi ve fetva verme xaricindeki butun vezifeleri lele Omer Efendiye verildi Butun bu islerde sultanin en yaxin adamlari olan Omer Efendi ve Darusseade agasi Mustafa aganin muhum rolu oldu Bu esnada sedrezem Xelil Pasa orduyla birlikde Sefeviler uzerine yeni bir sefere cixmis Sah Abbasin terk etdiyi Tebriz seherini ele kecirdi ve Erdebile dogru ireliledi Ancaq Pul i Sikeste bolgesinde Sefevilerin tertib etdiyi teleye dusen Osmanli ordusu boyuk itkiler verdi ve Xelil Pasa Sefevilerle Serab sulhu baglamaga mecbur oldu Butun bu hadiselerin neticesinde Sultan Osman 18 yanvar 1619 tarixinde Xelil Pasani vezifesinden azad etdi ve yerine Okuz Mehmed Pasa sedarete getirildi Seltenetinin ilk iline aid saray qeydlerinde gorulur ki Sultan Osman daha cox ordunu nizama salmaqla mesgul olmus esgerlerin toplasdigi yerlere tez tez basqin tertibleyerek ele kecirilenleri cezalandirmisdi 1619 cu ilin oktyabrinda maliyye tedbiri olaraq yeni sikkeler kesdirmis neticede olkenin maliyye veziyyeti yaxsilasmisdir Bir muddet sonra seferden qayidan kaptan i derya Eli Pasa seferde xristian quldurlara mexsus 6 gemini ele kecirmis ele kecirilen 200 esirin her birinin boynundan gumus pul dolu bir kise asdiraraq sultanin huzuruna cixmisdi Sultan Osman ise pasanin bu hereketini cox beyenmis onu qizil zencir ve qizil islemeli xalatla mukafatlandirmisdir Ancaq sedrezem Mehmed Pasa Venesiya ile baglanan sulhun pozulmasindan qorxaraq meseleni divanda muzakire etdi Bundan basqa Eli Pasanin elde etdiyi qenimetin bir qismini menimsediyi haqqinda sayeler de divan meclisinde dile getirildi Ancaq Eli Pasa daha boyuk qenimetler ved ederek sultana yeni hediyyeler teqdim etdi Belelikle 23 dekabr 1619 tarixinde Okuz Mehmed Pasa sedaretden alindi ve yerine Eli Pasa sedrezem teyin olundu Eli Pasanin genc sultan uzerindeki tesiri o qeder boyuk idi ki ozune reqib olaraq gorduyu Darusseade agasi Mustafa agani Misire surgun etmis lele Omer Efendini ise sultandan uzaqlasdirmisdi Sedarete geldikden sonra Eli Pasa bezi dovlet adamlarinin ve varli tacirlerin mallarini musadire ederek xezineni doldurmaga basladi Bu dovlet adamlari arasinda kecmis sedrezem Mehmed Pasa defterdar Baki Pasa ve Darusseade agasi Mustafa aga da vardi Hotin seferi Sabiq sedrezemi Eli Pasanin tesviqiyle sefer hazirligina baslayan Sultan Osman hedef olaraq illik vergisini vermekden imtina eden Lehistani secdi Sefer emrinin verilmesinin ardindan Sultan Osman qardasi Sahzade Mehmedi edam etdirdi 12 yanvar 1621 Bu edamda Darusseade agasi Suleyman aganin rolu boyuk oldu Bele ki qardasinin qetli ucun seyxulislamdan fetva ala bilmeyen Sultan Osman Suleyman aganin teklifi ile istediyi fetvani Rumeli basqazisi Daskorpuluzade Kemaleddin Efendiden aldi Sefer hazirligi davam ederken olduqca sert qis yasanmis hetta Istanbul bogazi donmus bu sebeble paytaxtin erzaqla temin edilmemesi neticesinde bahaliq ve qitliq yasanmisdir Eli Pasanin 9 mart 1621 ci ilde vefat etmesinin ardindan Lele Omer Efendinin saraydaki nufuzu yeniden artdi Onun teklifi ile sedarete Ohrili Huseyn Pasa teyin edildi O illerde muderris olan Qaracelebizade Ebduleziz Efendiye gore Sultan Osmanin lelesinden uzaqlasmasindaki sebeblerden biri de onun ulemaya olan sert reftari idi Seferin bas memari hesab edilen Eli Pasanin vefatina baxmayaraq Sultan Osman fikrinden donmedi ve 29 aprel tarixinde Lehistan seferi ucun Davudpasa sehrasinda sultan cadiri quruldu Ordunun basinda Edirneye gelen Sultan Osman burada esgere ve ulemaya verilen maaslari yariya endirdi Ordu sayimiyla bagli qerar qebul eden Sultan Osman sefer esnasindaki sert tutumu sebebile esgerin ve ulemanin naraziligini qazandi Buna baxmayaraq sultan bolgeye gelene qeder Ozi beylerbeyi Iskender Pasa idaresindeki qosunlar Prut cayi sahilinde polyaklari darmadagin etmisdi 20 sentyabr 1620 Hotin qalasi onunde meskunlasan Osmanli ordusu ise ard arda edilen hucumlara baxmayaraq ugur qazana bilmirdi Pasalar arasindaki reqabet siyasi cekismeler ve esgerin isteksizliyi bu ugursuzlugun baslica sebebleri arasinda idi Neticede butun teqsir sedrezem ve serdar i ekrem olan Huseyn Pasanin boynuna dusdu ve sedaretden alinaraq yerine Dilaver Pasa getirildi 17 sentyabr 1621 Ancaq qeti qelebe qazanilmadi ve qarsi terefden sulh teklifinin gelmesiyle sefer basa catdi Hotin qalasi Osmanli tabeliyindeki Bogdan carligina verildi Sultan Osman orduyla birlikde 9 oktyabrda Hotin qalasindan ayrilaraq Istanbula yola dusdu Qeti qelebe qazanilmasa da ordu boyuk bir cosguyla qarsilandi Edirneye catanda bir oglunun oldugu xeberini alan Sultan Osman derhal nikahli xanimi Ayse Sultanin ve yenice dogulan Sahzade Omerin yanina getirilmesini buyurdu Burada iken 4 gun davam eden ordu sayimi ve Dilaver Pasanin yeniceri ocagindaki esgerlerin bezilerini ordudan uzaqlasdirmasi genc sultana olan etibarin daha da azalmasina sebeb oldu Yenilikci islahatlari Ordu Istanbula geldikden sonra Hotin zeferinin qeyd edildiyi merasimlerden birinde silahdan cixan atesle korpe Sahzade Omer helak oldu fevral 1622 Cox kecmeden Sultan Osman Pertev Pasanin qizi Ayse xanimla ve ardindan seyxulislam Esad Efendinin qizi Aqile xanimla evlendi Venesiya menbelerine gore genc sultan Islam qanunlarina riayet ederek 4 azad qadinla evlenmek niyyetinde idi Belelikle enenevi Osmanli herem sistemi deyisecekdi Xususile de Aqile xanimla olan nikahinda ulemani oz terefine cekmek isteyirdi Ancaq onceki sultanlarin hec biri heremden kenar bir qadinla nikah baglamamis seyxulislam Esad Efendi bu sebeble nikaha qarsi cixmisdir Dovrun Osmanli tarixcilerinin qeydlerine gore Sultan Osman Istanbula dondukden 5 ay sonra hecc ziyaretine cixmaq niyetine dusdu Bele ki Anadoluya kecen genc sultan hem Livan bolgesinde usyan eden Manoglu Fexreddin beyi meglub edecek hem de Anadolu Sam ve Misirden topladigi esgerlerle usyankar yenicerileri aradan qaldirmagi planlasdirirdi Usyandan evvelki cume gunu namaz qilmaq ucun Sultan Selim mescidine getmis bununla da ozunu Misir serdari ulu babasi Yavuz Sultan Selime benzetmek istemisdi Bu hazirliq isleri barede xeberler qisa zamanda Istanbulda yayildi Bir Osmanli sultaninin hecce getmek istemesi ise xususile ulema terefinden xos qarsilanmadi Venesiya elcisinin qeydlerine gore sultanin qaynatasi olan seyxulislam Esad Efendi bu hecc ziyaretinin qarsisini almaq ucun Sultan Osmana oz adina bir mescid insa etdirmeyi teklif etmis ancaq bu da sultani fikrinden dasindira bilmemisdir Taxtdan endirilmesi ve oldurulmesi Edilen hormetsizlik ve tezyiqlerden bezen ulema tebeqesi ocaqlarinin qaldirilmasindan qorxan yenicerilerle birlesdi Evvelce Sultan Osmani butun bu islere tesviq eden Darusseade agasi Suleyman aga ve lele Omer Efendinin edami teleb olundu Bundan basqa sedrezem Dilaver Pasa Nisanci Ehmed Pasa defterdar Baki Pasa ve sekbanbasi Nasuh aga da usyancilarin hedefinde idi Sultan Osman ise bu istekleri qebul etmemekle birlikde saraydaki bostancilari silahlandirdi Neticede 19 may 1622 tarixinde usyan basladi Genc sultan tecrubesizlikle bir muddet muqavimet gosterdi Ancaq saraya giren usyancilarin emisi Sultan Mustafani taxta kecirmesinin ardindan caresiz qalan Sultan Osman sedrezem Dilaver Pasa ve Darusseade agasi Suleyman agani onlara teslim etdi Usyancilar her ikisini saray qapilari onunde qetle yetirdi Seyxulislam Esad Efendi bu esnada araya girerek istekleri yerine yetirilen usyancilarin geri cekilmesini ve Sultan Mustafanin hebs tutuldugu yere qaytarilmasini istedi Ancaq hec bir netice vermedi Cunki ulemanin da boyuk bir qismi Sultan Mustafanin seltenetini qebul etdi Sultan Osman emisinin saraydan cixarilmasinin ardindan Huseyn Pasanin teklifi ile gece yarisi saraydan qacdi ve yeniceri agasi Eli aganin koskune gelerek ondan yenicerileri yola getirmeyi teleb etdi Ancaq bu da care etmedi ve Eli aga usyancilar terefinden qetle yetirildi Usyanin ikinci gunu ele kecirilen Sultan Osman essek arabasina mindirildi ve tehqiramiz sekilde Sultan Mustafanin saxlanildigi Orta mescide aparildi Burada usyancilar terefinden sedrezem secilen Qara Davud Pasa Sultan Osmani oldurmek istemis istediyini burda ede bilmeyeceyini anlayaraq onu Yeddiqulle zindanlarina aparmisdir Burada tehqiramiz sekilde qetle yetirilmis ve cesedi gizlice Topqapi sarayina getirilmisdir Seher saatlarinda qilinan cenaze namazinin ardindan Sultan Osman atasi Sultan Ehmedin turbesine defn edilmisdir Revayete gore qetlinin subutu olaraq burnu ve qulagi kesilerek Sultan Mustafanin validesine gonderilmisdir Osmanli tarixinde o gunedek gorulmemis bir sekilde qetle yetirilen Sultan Osman genc ve tecrubesizliyi sebebile etrafindakilarin telkinlerine uymus bu sebeble ehali ordu ve ulema arasinda sevilmeyen bir sultan obrazina burunmusdur Farisi texellusu ile yazdigi seirleri vardir AilesiHeremxanasi Meylisah xanim Pertev Pasanin qizi Ayse xanim Sahzade Omerin anasi Aqile xanim Sahzade Mustafa ve Zeyneb Sultanin anasi Ovladlari Sahzade Omer 20 oktyabr 1621 fevral 1622 Sahzade Mustafa noyabr 1622 1623 Zeyneb Sultan noyabr 1622 IstinadlarOsman II Gran Enciclopedia Catalana kat Grup Enciclopedia 1968 MenbeVak a i Sultan Osman Han Suleymaniye Ktp Halet Efendi nr 611 a e II Osman in Sahadeti nsr Orhan Saik Gokyay Atsiz Armagani icinde Istanbul 1976 s 187 256 Mehmed b Mehmed er Rumi Edirneli nin Nuhbetu t tevarih ve l ahbar i ve Tarih i Al i Osman i haz Abdurrahman Sagirli doktora tezi 2000 IU Sosyal Bilimler Enstitusu s 16 18 Topcular Katibi Abdulkadir Kadri Efendi Tarihi haz Ziya Yilmazer Ankara 2003 II 671 763 Pecuylu Ibrahim Tarih II 362 388 Katib Celebi Fezleke I 390 412 Solakzade Tarih s 699 760 Karacelebizade Abdulaziz Efendi Ravzatu l ebrar Bulak 1248 s 534 549 Naima Tarih II 162 234 The Negotiations of Sir Thomas Roe in his Embasay to the Ottoman Porte From the Year 1621 to 1628 London 1740 s 45 52 Hammer Ata Bey IX 174 229 Zinkeisen Geschichte III 730 753 Danon Genc Osman Vak asina Ait Monografiler Bati Dillerinde Osmanli Tarihleri Danismend Kronoloji2 icinde VI 263 328 Danismend Kronoloji2 III 273 312 L Peirce Harem i Humayun Osmanli Imparatorlugunda Hukumranlik ve Kadinlar trc Ayse Berktay Istanbul 1996 s 133 135 142 143 244 310 311 Tufan Gunduz II Osman in Hotin Seferi 1621 Osmanli Ankara 1999 I 465 471 Baki Tezcan II Osman Orneginde Ilerlemeci Tarih ve Osmanli Tarih Yaziciligi a e VII 658 668 a mlf Zafername Muellifi Halisi nin Bilinmeyen Bir Eseri Munasebetiyle Osm Ar XIX 1999 s 83 98 G Piterberg Osmanli Trajedisi Tarih Yaziminin Tarihle Oyunu trc Uygar Abaci Istanbul 2005 tur yer Sevket Rado Nihadi Tarihine Gore Genc Osman Faciasi Hayat Tarih Mecmuasi XIII 147 Istanbul 1977 s 4 7 Sinasi Altundag Osman II IA IX 443 448 J H Kramers ʿOthman II EI2 Ing VIII 182 Xarici kecidlerII OsmanOsmanli sulalesiDogum 3 noyabr 1604 Vefat 20 may 1622Hakimiyyet titullariSelefleri I Mustafa Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 26 fevral 1618 10 may 1622 Xelefleri I MustafaSunni Islam titullariSelefleri I Mustafa Islam Xelifesi خلافة إسلامية Xelefleri I Mustafa