Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
I. Mustafa ((Osmanlı türkcəsi: مصطفى الأول 24 iyun 1591, Konstantinopol – 20 yanvar 1639, Konstantinopol) — 15. Osmanlı padşahı və 94. İslam xəlifəsidir.
I Mustafa | |
---|---|
مصطفى الأول Divanə | |
22 noyabr 1617 – 26 fevral 1618 | |
Əvvəlki | I Əhməd |
Sonrakı | II Osman |
İkinci səltənət dövrü | |
19 may 1622 – 10 sentyabr 1623 | |
Əvvəlki | II Osman |
Sonrakı | IV Murad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 iyun 1591 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1639(47 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | III Mehmed |
Anası | Həlimə Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Sultan III Mehmeddir. I. Mustafanın Qafqaz əsilli anasının adı bilinməsə də, bəzi qaynaqlarda Həlimə Sultan olaraq göstərilir. Osmanlı tarixində ilk dəfə padşahlığın atadan oğula keçməsi qanunu pozuldu və şahzadə Mustafa qardaşı I. Əhmədin 22 noyabr 1617 tarixində vəfat etməsi ilə taxta oturdu. Müxtəlif illərdə 2 dəfə hakimiyyətdə olmuşdur.
Həyatı
Uşaqlıq illəri
Atası Şahzadə Mehmedin (III Mehmed) Manisa sancaqbəyliyi dönəmində dünyaya gələn Şahzadə Mustafanın abxaziya əsilli anasının adı bilinməsə də, bir çox qaynaqlarda Həlimə Sultan olduğu qeyd edilir. 1595-ci ildə atası taxta oturmuş, Şahzadə Mustafa da digər qardaşları ilə birlikdə İstanbula gətirilmişdir. İlk təhsilini sarayda alan Şahzadə Mustafa özündən 1 yaş böyük qardaşı Şahzadə Əhmədin taxta çıxmasıyla Osmanlı sülaləsinə mənsub yeganə şəxs oldu. I. Əhmədin çox kiçik yaşda taxta oturması və ailədə başqa şahzadənin olmaması səbəbilə Şahzadə Mustafaya toxunulmamışdır. Daha sonra padşahın oğul övladları olsa da, hələ o illərdə yaranan əql-i zəifliyi səbəbilə toxunulmamışdır. Bəzi əcnəbi qaynaqlar I Əhmədin onu bir neçə dəfə öldürmək istədiyini, ancaq sonradan peşman olub imtina etdiyini yazır. Venesiya elçisi Kontarini 1612-ci ilə aid qeydlərində bu təşəbbüslərdən birincisinə padşahın anidən xəstələnməsi, ikincisinə isə güclü bir fırtınanın mane olduğunu qeyd edir. Bu dönəmdə Şahzadə Mustafanın sarayda çox sərt nəzarət altında saxlanılması onun psixoloji vəziyyətini daha da pisləşdirmiş, əqli-zəifliyini artırmışdır.
İlk səltənəti
I Əhmədin gözlənilmədən gənc yaşda vəfatı isə Şahzadə Mustafaya taxt yolunu açdı. Şeyxülislam Xocazadə Əsad Əfəndinin və sədarət naibi Sofu Mehmed Paşanın irəli sürdüyü yeni vərasət sisteminə əsasən I Əhmədin böyük oğlu Şahzadə Osmanın 13 yaşında olması səbəbilə Şahzadə Mustafa taxta çıxmışdır.
22 noyabr 1617 tarixində Çərşənbə günü taxta oturan I Mustafanın cülus mərasimi cümə günü Əyyub Sultan məscidində keçirildi. Xəzinədən 100 kisə qızıl həcmində cülus bəxşişi paylanıldı.
Onun 26 fevral 1618 tarixinədək davam edən birinci səltənəti haqqında çox məlumat yoxdur. Saray işçilərindən Əbdülqadir Əfəndi yeni sultanın tez-tez ova çıxdığını, silah, tüfəng, ox- kaman kimi döyüş sursatları ilə maraqlandığını qeyd edir. Dönəmin tarixçilərindən Həsənbəyzadə Əhməd yeni sultanın əqlən zəif olduğunu, ancaq sonra düzələr ümidiylə taxta çıxardıldığını qeyd edir. Buna baxmayaraq bir çox mənbələrdə taxtdan salınmasının səbəbləri açıq şəkildə qeyd olunur. Tez-tez dəniz səyahətinə çıxması, dənizdəki balıqları qızıl sikkələrlə yemləməsi, divan məclisindəki vəzirlərin başındakı çalmaları açmaq və s. Bütün bu səbəblərə görə, Qızlar ağası Hacı Mustafa ağa vəziyyəti Sofu Mehmed Paşaya və Şeyxülislam Xocazadə Əsad Əfəndiyə vəziyyətin pis olduğunu, divanə padşahın hər an saraydakı şahzadələri edam etdirə biləcəyini bildirdi.
Sofu Mehmed Paşa və Şeyxülislam Əsad Əfəndi dövrün validə sultanı Həlimə Sultanla məsləhətləşərək padşahın əqlən zəif olduğu və bu vəziyyətdə taxtda çox qala bilməyəcəyi qərarını verdi. I Mustafa hərəmxanadakı otaqlardan birinə həbs olundu və ardından I Əhmədin böyük oğlu Şahzadə Osman taxta çıxdı (26 fevral 1618). II Osman vaxtilə onu yox, əmisini taxta çıxardan Sofu Mehmed Paşanı paytaxtdan uzaqlaşdırdı və şeyxülislamın səlahiyyətlərini məhdudlaşdırdı.
İkinci səltənəti
Qardaşı oğlunun səltənəti illərində Sultan Mustafa həbs olunduğu otaqda nəzarət altında yaşadı. II Osman Hotin səfərinə çıxarkən qardaşı Şahzadə Mehmedi edam etdirsə də, əmisinə toxunmamış, buna səbəb isə onun əqlən zəif olması olmuşdur. Bir müddət sonra əmisini də edam etdirmək fikrinə düşən II Osman gecikdi. Çünki artıq II Osmanın taxtı təhlükə altında idi. II Osmanı taxtdan endirmək istəyən yeniçəri və sipahilər istədiklərini etdirmək üçün I Mustafanı taxta çıxartmaq istəyirdilər. Üsyan qaldıran yeniçərilər 19 may 1622 tarixində saraya soxuldular. Saray ağalarından biri divanə padşahın həbs olunduğu otağı göstərmiş, ancaq qapıları aça bilməyən yeniçərilər otağın günbəzini sındırmış və 3 nəfər yeniçəri iplə otağa girərək Sultan Mustafanı azad etmişdir. Əsgərləri görən kimi "Siz beni isterseniz ben de sizi isterim" deyərək onlara qoşulan Sultan Mustafa sarayda olan şeyxülislamın atına minərək saraydan çıxmaq istəsə də, atın üstündə dayana bilməmiş, bu səbəblə yeni padşah saraydakı (Ərz otağına) aparılmışdır. Bu əsnada üləmadan bəzi şəxslər və Şeyxülislam Əsad Əfəndi üsyançılara məsləhət verərək bu işdən əl çəkmələrini desə də, onlara heç kəs qulaq asmamış, əksinə məcbur qalıb divanə padşaha təzim etmişlər. (Ərz otağında) pərişan vəziyyətdə olan I Mustafa ardından yanındakı kənizləri ilə birlikdə anasının yanına — Köhnə Saraya yollanmaq üçün hazırlandı. Bu əsnada əmisinin yenidən sultan elan edildiyini eşidən II Osman saraydan güclüklə çıxa bilmişdir. Sultan Mustafanı Köhnə Saraya aparmaq istəyən üsyançı yeniçərilər II Osmanın divanə padşahı ələ keçirmək üçün əmr verdiyini eşitdilər və Sultan Mustafanın təhlükəsizliyi səbəbilə onu Orta Məscidə apardılar. Hadisələri öz gözüylə izləyən İbrahim Peçevi bu əsnada böyük bir xalq kütləsinin toplandığını, hamının arabada gedən sultanı və anasını görməyə çalışdığını, hətta bəzilərinin sarıq və paltarlarından kəsdikləri parçaları arabaya atmağa çalışdığını və bu parçaları validə Həlimə Sultanın topladığını qeyd edir.
Axşam saatlarında məscidə gələn Sultan Mustafanın yanında anası, kənizləri və saraydan çıxarkən onunla birlikdə arabaya minən saray xidmətçilərindən Dərviş ağa (sonradan yeniçəri ağası seçildi) var idi. Üsyançılar onu Topqapı Sarayına aparmaq istəsələr də, Sultan Mustafa II Osman ələ keçirilmədən saraya getməyəcəyini bildirdi. Bu əsnada Sultan Mustafa məscidin mehrabında oturaraq II Osmanın gətirilməsini gözləmişdir. Orada iştirak edən bir yeniçərinin dediklərini nəql edən İbrahim Peçevi məscidə gətirilən II Osmanın "Bakın görün, kimi sultan ediyorsunuz" dediyi, ancaq bu əsnada validə Həlimə Sultanın üsyan başçısı yeniçərilərin qulağına nələrsə pıçıldadığını qeyd edir.
O illəri özünün Müsibətnamə əsərində qeyd edən Hüseyn Tugi isə məsələni başqa cür nəql edir. Onun yazdıqlarına görə, axşam namazı vaxtı Sultan Mustafa əllərini qaldıraraq orada olan hər kəsi duaya çağırmış, II Osman bura gəlmədən burdan çıxmayacağını qeyd edir. Və yenə Tugiyə görə, bir gün sonra II Osman Orta Məscidə gəlmiş, ancaq Sultan Mustafa ilə heç görüşməmişdir. Bir çox qaynaqların təsdiqlədiyi digər məlumat isə bütün bunlar olarkən, Həlimə Sultanın kürəkəni Davud Paşanı sədrəzəm etmək üçün üsyançılarla razılaşdığı, ardından isə II Osmana qarşı bir neçə dəfə sui-qəsd tərtib etdiyidir. Həm Davud Paşanın sədarət əmri, həm də üsyançıların tələb etdiyi bəzi təyin əmrləri isə Həlimə Sultanın adından Qara Əhməd ağa adlı bir çavuş tərəfindən yazılmışdır.
20 may 1622 — cümə günü günorta saatlarında Topqapı Sarayına gələn Sultan Mustafa üçün xüsusi cülus mərasimi keçirildi və adına xütbələr oxundu. Onun ikinci səltənət dönəmi tamamilə II Osman hadisəsinin kölgəsi altında keçdi. II Osmanın faciəvi qətli isə istər İstanbul, istərsə də bölgələrdə xalq arasında yeniçərilərə və sipahilərə qarşı böyük bir nifrət qazandırdı. II Osmanın qatillərinin tapılması və cəzalandırılması məsələsindəki təzyiqlər səbəbilə 13 iyun tarixində Davud Paşa vəzifədən alınaraq həbs edildi, yerinə Mere Hüseyn Paşanın gətirilməsi və yeniçəri-sipahi çəkişmələri isə vəziyyəti daha da gərginləşdirdi. Mere Hüseyn Paşanı vəzifədən uzaqlaşdıraraq Biləcikli Mustafa Paşanı sədarətə gətirən üsyançılar 10 iyul tarixli divan məclisinin ardından paytaxtda padşahın istənilmədiyi şayəsini yaymağa başladılar.
Taxtdan endirilişi
Nəhayət, sədrəzəm Kəmankeş Əli Paşa şeyxülislam və şəhər qazısı ilə görüşərək razılığa gəldi. Yeniçərilərlə də görüşərək cülus bəxşişi istəməmək şərtilə padşahı taxtdan endirməyə razı saldılar. Daha sonra validə Həlimə Sultanla görüşüldü və oğlunun əqlən zəif olması səbəbilə taxtdan endiriləcəyi bildirildi. O əsnada anasıyla birlikdə Davud Paşa köşkündə olan Sultan Mustafa bir gün sonra baş tutacaq divan məclisi bəhanəsiylə saraya dəvət edildi və ertəsi gün (10 sentyabr 1623) əvvəllər də həbs olunduğu otağa həbs olundu. Yerinə qardaşı I Əhmədin kiçik oğlu Şahzadə Murad taxta çıxardıldı.
İlk səltənəti 96 gün, ikinci səltənəti isə 1 il 3 ay 22 gün davam edən Sultan Mustafa taxtdan endirildikdən sonra həbs olunduğu otaqda 15 il daha yaşadı. 20 yanvar 1639 tarixində öz əcəliylə vəfat edən Sultan Mustafanın cənazəsi bir çox mənbələrə görə, bir müddət ortada qaldı. Dəfn olunması üçün yer tapılmayan Sultan Mustafa daha sonra Aya Sofya məscidinin əvvəllər vəftizxana olan binasında dəfn olundu. Əqli zəifliyi səbəbilə heç bir qadını özünə yaxınlaşdırmamış, bu səbəblə də övladı olmamışdır.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Deutsche Nationalbibliothek Record #1017599777 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- "Arxivlənmiş surət". 2023-07-23 tarixində . İstifadə tarixi: 2017-06-06.
- Börekçi, Gunhan (2010) İnkırâzın Eşiğinde Bir Hanedan: III. Mehmed, I. Ahmed, I. Mustafa ve 17. Yüzyıl Osmanlı Siyasi Krizi, Ohio State Üniversitesi Ph.D. Doktora tezi Türkçe özeti makale Sayfa:80
Xarici keçidlər
I Mustafa Doğum: 17 oktyabr 1591 Vəfat: 20 yanvar 1639 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri I Əhməd | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 22 noyabr 1617-26 fevral 1618 | Xələfləri II Osman |
Sələfləri II Osman | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 19 may 1622-10 sentyabr 1623 | Xələfləri IV Murad |
Sünni İslam titulları | ||
Sələfləri I Əhməd | İslam Xəlifəsi (خلافة إسلامية) | Xələfləri II Osman |
Sələfləri II Osman | İslam Xəlifəsi (خلافة إسلامية) | Xələfləri IV Murad |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin I Mustafa Osmanli turkcesi مصطفى الأول 24 iyun 1591 Konstantinopol 20 yanvar 1639 Konstantinopol 15 Osmanli padsahi ve 94 Islam xelifesidir I Mustafaمصطفى الأول Divane15 ci Osmanli Sultani Padsah 22 noyabr 1617 26 fevral 1618EvvelkiI EhmedSonrakiII OsmanIkinci seltenet dovru19 may 1622 10 sentyabr 1623EvvelkiII OsmanSonrakiIV MuradSexsi melumatlarDogum tarixi 24 iyun 1591 1591 06 24 Dogum yeri KonstantinopolVefat tarixi 20 yanvar 1639 1639 01 20 47 yasinda Vefat yeri Konstantinopol Osmanli imperiyasiDefn yeri Aya SofyaFealiyyeti rehber d Atasi III MehmedAnasi Helime SultanAilesi Osmanli xanedaniDini Sunni Islam Vikianbarda elaqeli mediafayllar Atasi Sultan III Mehmeddir I Mustafanin Qafqaz esilli anasinin adi bilinmese de bezi qaynaqlarda Helime Sultan olaraq gosterilir Osmanli tarixinde ilk defe padsahligin atadan ogula kecmesi qanunu pozuldu ve sahzade Mustafa qardasi I Ehmedin 22 noyabr 1617 tarixinde vefat etmesi ile taxta oturdu Muxtelif illerde 2 defe hakimiyyetde olmusdur HeyatiUsaqliq illeri Atasi Sahzade Mehmedin III Mehmed Manisa sancaqbeyliyi doneminde dunyaya gelen Sahzade Mustafanin abxaziya esilli anasinin adi bilinmese de bir cox qaynaqlarda Helime Sultan oldugu qeyd edilir 1595 ci ilde atasi taxta oturmus Sahzade Mustafa da diger qardaslari ile birlikde Istanbula getirilmisdir Ilk tehsilini sarayda alan Sahzade Mustafa ozunden 1 yas boyuk qardasi Sahzade Ehmedin taxta cixmasiyla Osmanli sulalesine mensub yegane sexs oldu I Ehmedin cox kicik yasda taxta oturmasi ve ailede basqa sahzadenin olmamasi sebebile Sahzade Mustafaya toxunulmamisdir Daha sonra padsahin ogul ovladlari olsa da hele o illerde yaranan eql i zeifliyi sebebile toxunulmamisdir Bezi ecnebi qaynaqlar I Ehmedin onu bir nece defe oldurmek istediyini ancaq sonradan pesman olub imtina etdiyini yazir Venesiya elcisi Kontarini 1612 ci ile aid qeydlerinde bu tesebbuslerden birincisine padsahin aniden xestelenmesi ikincisine ise guclu bir firtinanin mane oldugunu qeyd edir Bu donemde Sahzade Mustafanin sarayda cox sert nezaret altinda saxlanilmasi onun psixoloji veziyyetini daha da pislesdirmis eqli zeifliyini artirmisdir Ilk selteneti I Ehmedin gozlenilmeden genc yasda vefati ise Sahzade Mustafaya taxt yolunu acdi Seyxulislam Xocazade Esad Efendinin ve sedaret naibi Sofu Mehmed Pasanin ireli surduyu yeni veraset sistemine esasen I Ehmedin boyuk oglu Sahzade Osmanin 13 yasinda olmasi sebebile Sahzade Mustafa taxta cixmisdir 22 noyabr 1617 tarixinde Cersenbe gunu taxta oturan I Mustafanin culus merasimi cume gunu Eyyub Sultan mescidinde kecirildi Xezineden 100 kise qizil hecminde culus bexsisi paylanildi Onun 26 fevral 1618 tarixinedek davam eden birinci selteneti haqqinda cox melumat yoxdur Saray iscilerinden Ebdulqadir Efendi yeni sultanin tez tez ova cixdigini silah tufeng ox kaman kimi doyus sursatlari ile maraqlandigini qeyd edir Donemin tarixcilerinden Hesenbeyzade Ehmed yeni sultanin eqlen zeif oldugunu ancaq sonra duzeler umidiyle taxta cixardildigini qeyd edir Buna baxmayaraq bir cox menbelerde taxtdan salinmasinin sebebleri aciq sekilde qeyd olunur Tez tez deniz seyahetine cixmasi denizdeki baliqlari qizil sikkelerle yemlemesi divan meclisindeki vezirlerin basindaki calmalari acmaq ve s Butun bu sebeblere gore Qizlar agasi Haci Mustafa aga veziyyeti Sofu Mehmed Pasaya ve Seyxulislam Xocazade Esad Efendiye veziyyetin pis oldugunu divane padsahin her an saraydaki sahzadeleri edam etdire bileceyini bildirdi Sofu Mehmed Pasa ve Seyxulislam Esad Efendi dovrun valide sultani Helime Sultanla meslehetleserek padsahin eqlen zeif oldugu ve bu veziyyetde taxtda cox qala bilmeyeceyi qerarini verdi I Mustafa heremxanadaki otaqlardan birine hebs olundu ve ardindan I Ehmedin boyuk oglu Sahzade Osman taxta cixdi 26 fevral 1618 II Osman vaxtile onu yox emisini taxta cixardan Sofu Mehmed Pasani paytaxtdan uzaqlasdirdi ve seyxulislamin selahiyyetlerini mehdudlasdirdi Ikinci selteneti Qardasi oglunun selteneti illerinde Sultan Mustafa hebs olundugu otaqda nezaret altinda yasadi II Osman Hotin seferine cixarken qardasi Sahzade Mehmedi edam etdirse de emisine toxunmamis buna sebeb ise onun eqlen zeif olmasi olmusdur Bir muddet sonra emisini de edam etdirmek fikrine dusen II Osman gecikdi Cunki artiq II Osmanin taxti tehluke altinda idi II Osmani taxtdan endirmek isteyen yeniceri ve sipahiler istediklerini etdirmek ucun I Mustafani taxta cixartmaq isteyirdiler Usyan qaldiran yeniceriler 19 may 1622 tarixinde saraya soxuldular Saray agalarindan biri divane padsahin hebs olundugu otagi gostermis ancaq qapilari aca bilmeyen yeniceriler otagin gunbezini sindirmis ve 3 nefer yeniceri iple otaga girerek Sultan Mustafani azad etmisdir Esgerleri goren kimi Siz beni isterseniz ben de sizi isterim deyerek onlara qosulan Sultan Mustafa sarayda olan seyxulislamin atina minerek saraydan cixmaq istese de atin ustunde dayana bilmemis bu sebeble yeni padsah saraydaki Erz otagina aparilmisdir Bu esnada ulemadan bezi sexsler ve Seyxulislam Esad Efendi usyancilara meslehet vererek bu isden el cekmelerini dese de onlara hec kes qulaq asmamis eksine mecbur qalib divane padsaha tezim etmisler Erz otaginda perisan veziyyetde olan I Mustafa ardindan yanindaki kenizleri ile birlikde anasinin yanina Kohne Saraya yollanmaq ucun hazirlandi Bu esnada emisinin yeniden sultan elan edildiyini esiden II Osman saraydan guclukle cixa bilmisdir Sultan Mustafani Kohne Saraya aparmaq isteyen usyanci yeniceriler II Osmanin divane padsahi ele kecirmek ucun emr verdiyini esitdiler ve Sultan Mustafanin tehlukesizliyi sebebile onu Orta Mescide apardilar Hadiseleri oz gozuyle izleyen Ibrahim Pecevi bu esnada boyuk bir xalq kutlesinin toplandigini haminin arabada geden sultani ve anasini gormeye calisdigini hetta bezilerinin sariq ve paltarlarindan kesdikleri parcalari arabaya atmaga calisdigini ve bu parcalari valide Helime Sultanin topladigini qeyd edir Axsam saatlarinda mescide gelen Sultan Mustafanin yaninda anasi kenizleri ve saraydan cixarken onunla birlikde arabaya minen saray xidmetcilerinden Dervis aga sonradan yeniceri agasi secildi var idi Usyancilar onu Topqapi Sarayina aparmaq isteseler de Sultan Mustafa II Osman ele kecirilmeden saraya getmeyeceyini bildirdi Bu esnada Sultan Mustafa mescidin mehrabinda oturaraq II Osmanin getirilmesini gozlemisdir Orada istirak eden bir yenicerinin dediklerini neql eden Ibrahim Pecevi mescide getirilen II Osmanin Bakin gorun kimi sultan ediyorsunuz dediyi ancaq bu esnada valide Helime Sultanin usyan bascisi yenicerilerin qulagina nelerse picildadigini qeyd edir O illeri ozunun Musibetname eserinde qeyd eden Huseyn Tugi ise meseleni basqa cur neql edir Onun yazdiqlarina gore axsam namazi vaxti Sultan Mustafa ellerini qaldiraraq orada olan her kesi duaya cagirmis II Osman bura gelmeden burdan cixmayacagini qeyd edir Ve yene Tugiye gore bir gun sonra II Osman Orta Mescide gelmis ancaq Sultan Mustafa ile hec gorusmemisdir Bir cox qaynaqlarin tesdiqlediyi diger melumat ise butun bunlar olarken Helime Sultanin kurekeni Davud Pasani sedrezem etmek ucun usyancilarla razilasdigi ardindan ise II Osmana qarsi bir nece defe sui qesd tertib etdiyidir Hem Davud Pasanin sedaret emri hem de usyancilarin teleb etdiyi bezi teyin emrleri ise Helime Sultanin adindan Qara Ehmed aga adli bir cavus terefinden yazilmisdir 20 may 1622 cume gunu gunorta saatlarinda Topqapi Sarayina gelen Sultan Mustafa ucun xususi culus merasimi kecirildi ve adina xutbeler oxundu Onun ikinci seltenet donemi tamamile II Osman hadisesinin kolgesi altinda kecdi II Osmanin facievi qetli ise ister Istanbul isterse de bolgelerde xalq arasinda yenicerilere ve sipahilere qarsi boyuk bir nifret qazandirdi II Osmanin qatillerinin tapilmasi ve cezalandirilmasi meselesindeki tezyiqler sebebile 13 iyun tarixinde Davud Pasa vezifeden alinaraq hebs edildi yerine Mere Huseyn Pasanin getirilmesi ve yeniceri sipahi cekismeleri ise veziyyeti daha da gerginlesdirdi Mere Huseyn Pasani vezifeden uzaqlasdiraraq Bilecikli Mustafa Pasani sedarete getiren usyancilar 10 iyul tarixli divan meclisinin ardindan paytaxtda padsahin istenilmediyi sayesini yaymaga basladilar Taxtdan endirilisi Nehayet sedrezem Kemankes Eli Pasa seyxulislam ve seher qazisi ile goruserek raziliga geldi Yenicerilerle de goruserek culus bexsisi istememek sertile padsahi taxtdan endirmeye razi saldilar Daha sonra valide Helime Sultanla gorusuldu ve oglunun eqlen zeif olmasi sebebile taxtdan endirileceyi bildirildi O esnada anasiyla birlikde Davud Pasa koskunde olan Sultan Mustafa bir gun sonra bas tutacaq divan meclisi behanesiyle saraya devet edildi ve ertesi gun 10 sentyabr 1623 evveller de hebs olundugu otaga hebs olundu Yerine qardasi I Ehmedin kicik oglu Sahzade Murad taxta cixardildi Ilk selteneti 96 gun ikinci selteneti ise 1 il 3 ay 22 gun davam eden Sultan Mustafa taxtdan endirildikden sonra hebs olundugu otaqda 15 il daha yasadi 20 yanvar 1639 tarixinde oz eceliyle vefat eden Sultan Mustafanin cenazesi bir cox menbelere gore bir muddet ortada qaldi Defn olunmasi ucun yer tapilmayan Sultan Mustafa daha sonra Aya Sofya mescidinin evveller veftizxana olan binasinda defn olundu Eqli zeifliyi sebebile hec bir qadini ozune yaxinlasdirmamis bu sebeble de ovladi olmamisdir IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Deutsche Nationalbibliothek Record 1017599777 Umumi tenzimleme nezareti GND alm 2012 2016 Arxivlenmis suret 2023 07 23 tarixinde Istifade tarixi 2017 06 06 Borekci Gunhan 2010 Inkirazin Esiginde Bir Hanedan III Mehmed I Ahmed I Mustafa ve 17 Yuzyil Osmanli Siyasi Krizi Ohio State Universitesi Ph D Doktora tezi Turkce ozeti makale Sayfa 80Xarici kecidlerI MustafaOsmanli sulalesiDogum 17 oktyabr 1591 Vefat 20 yanvar 1639Hakimiyyet titullariSelefleri I Ehmed Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 22 noyabr 1617 26 fevral 1618 Xelefleri II OsmanSelefleri II Osman Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 19 may 1622 10 sentyabr 1623 Xelefleri IV MuradSunni Islam titullariSelefleri I Ehmed Islam Xelifesi خلافة إسلامية Xelefleri II OsmanSelefleri II Osman Islam Xelifesi خلافة إسلامية Xelefleri IV Murad