Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
"Füyuzat" — ictimai jurnal. Bir il ərzində 32 sayı işıq üzü görüb.
Füyuzat | |
---|---|
فوضات | |
Baş redaktor | Əli bəy Hüseynzadə |
Növ | ictimai jurnal |
Təsisçi | Əli bəy Hüseynzadə |
Təsis tarixi | 1 noyabr 1906 |
Nəşrini dayandırıb | 1 (14) noyabr 1907 |
Ölkə | |
Qərargah | Bakı şəhəri |
Dil | Osmanlı dili (İstanbul ləhcəsi) |
fuyuzat.az |
"Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, sözlük mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir.
"Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi.
XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
"Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.
Tolstoy, Höte, Russo, Monteskye kimi görkəmli simalar haqqında nisbətən ətrafılı və dəqiq məlumatı Azərbaycan oxucuları ilə ilk dəfə bu jurnalda çap olunan məqalə və tərcümələrdən almışdılar.
Ə.Hüseynzadənin başçılıq etdiyi "Füyuzat" jurnalı və eyni adlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir. Ayrı-ayrı ədəbi-ictimai problemlərə münasibətlərində, xüsusən dil məsələsində "Füyuzat" və Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbləri arasında ciddi fikir ayrılığı vardı. Lakin, füyuzatçılar da xalqı maarifləndirmək, onda öz tarixinə, çağdaş durumuna gözüaçıq münasibət oyatmaq, mədəniyyəti və elmi yaymaq sahəsində geniş fəaliyyət göstərmişlər.
Adı
Jurnalın ilk sayında məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə "Həyat və meyli-füyuzat" məqaləsində füyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı:
Məcmuəmizə "Füyuzat" adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor... "Füyuzat" ləfzon "feyz"in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır. |
"Füyuzat" kəlməsi ərəbcə "feyz" sözündən olub lüğəvi mənası bolluq, bərəkət, nemət, müvəffəqiyyət, xeyir fayda, ləzzət, həzz, həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, zövq, feyz almaq, feyzyab olmaqdır.
Haqqında
"Həyat" qəzetinin 1906-cı il sentyabr ayının 3-də çıxan sonuncu sayında belə bir elan vardı:
Həyat qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə Fyuzat namı ilə ədəbi, fənni, ictimai, siyasi bir həftəlik məcmuə intişara başlayacaqdır. |
"Füyuzat" Əli bəy Hüseynzadənin baş redaktorluğu, maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabr ayının 1-dən Bakıda nəşr olunmağa başladı. "Ədəbi, fənni, siyasi, ictimai, müsəvvər həftəlik türkcə məcmuəyi-islamiyyə" olan Füyuzat redaksiyası Nikolayevski küçəsində Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşirdi. İllik abunə haqqı 6 manat, 6 aylıq isə 3 manat 50 qəpik idi.
"Füyuzat" Ə.Hüseynzadənin "Həyat" qəzetinin sonuncu sayında "Vidanamə" başlıqlı məqaləsində göstərdiyi kimi "qüdrətli, ədəbi qələm sahiblərinin cəm" olduğu nəşr kimi diqqəti çəkdi. Bəzi tədqiqatçılar, ədəbiyyatşünaslar 1905-1910-cu illər arasında Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü "Əli bəy və "Füyuzat" dövrü adlandırırlar. Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq "Füyuzat"ı "islam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı" kimi dəyərləndirirdi. Mətbuat və ədəbiyyat tarixinin araşdırıcısı, MEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov XX əsrin əvvəllərində yaranan ictimai, siyasi və mədəni hərəkatı öyrənmək zərurətini lakonik şəkildə belə ifadə edir:
XX əsr ədəbiyyatını nəinki Molla Nəsrəddinsiz, habelə “Fyuzat”sız təsəvvür etmək çətindir. |
"Füyuzat" məcmuəsi XX əsrin 30-cu illərinədək Cəlil Məmmədquluzadə, M.Hadi, A.Şaiq, M.S.Ordubadi kimi böyük ədiblər tərəfindən yüksək qiymətləndirilmişdi. Lakin 1930-cu illərdən 1990-cı illərədək mətbuat və ədəbiyyat tariximizə həsr olunan elmi tədqiqatlarda, publisistik yazılarda "mürtəce mətbu orqan" kimi təqdim olunmuşdur. 1990-cı illərdən sonra professor Şamil Vəliyev, filologiya elmləri namizədi Ofelya Bayramlı, Rasim Kazımoğlu və b. Füyuzat irsini öyrənmiş, elmi monoqrafiyalar, tədqiqat əsərləri çap etmişlər. O.Bayramlı tərəfindən “Füyuzat”ın çap olunduğu 32 sayı ərəb qrafikasından transleterasiya edilib 492 səhifə həcmində nəşr olunmuşdur.
Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur. “Füyuzat”da Əli bəy Hüseynzadənin yazdığı məqalələrdən birində deyilirdi:
Bizə fədai lazımdır! Türki hissiyyatlı, İslam etiqadlı, Avropa (müasir) qiyafəli fədai! |
Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Təzə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” və s. mətbuat orqanları tərəfindən “türkləşmək, islamlaşmaq, müasirləşmək bərabərdir azərbaycançılıq” şəklində formulə edilərək təbliğ olundu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. "Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.
Çar Rusiyasının monarxizmi və müstəmləkəçilik əleyhinə mübarizə aparan "Füyuzat"çılar rus inqilabçı-demokratları, türk tənzimatçıları, İran məşrutəçiləri və başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə edir, Azərbaycanda demokratizmin qələbəsinə çalışır, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə islahatların-reformaların aparılmasını məqsəd bilirdi.
Bu mənada "Füyuzat" və füyuzatçıların məşğul olduğu əsas problemləri qısa şəkildə belə təsnif etmək olar: türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək), azərbaycançılıq; demokratik axtarışlar; neoromantik ədəbiyyatın yaradılması; füyuzatçı jurnalistika məktəbinin təsisi; dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılması. "İttihad və tərəqqi" ideyasını yürütmək və Turançılığı təbliğ etmək, ictimai-siyasi şüurda reformaların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması, yenilikçilik hərəkatını gücləndirmək, söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək və s.
"Füyuzat" və füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri sırasında qeyd etmək vacibdir ki, onlar ənənəvi epiqon-birtipli düşüncə tipindən imtina edir, yalnız "köhnə müsəlman" (M. Ə. Sabir) olaraq qalmır, Şərq və Qərb elmi-nəzəri fikri, ədəbiyyat və mədəniyyətləri arasında sərhədlər çəkmir, əksinə, onların dialoquna meydan açırdılar. Bu və digər səbəblərdəndir ki, Ə.Hüseynzadənin irsi və onun formalaşdırdığı füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir.
Ə. Hüseynzadənin hələ "Füyuzat"ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi "türklük, müsəlmanlıq və avropaçılıq" şüarı, mahiyyət etibarilə bu gün ictimai həyatımızda özünə yer tapan "azərbaycançılıq, müsəlmançılıq və müasirlik" doktrinasının yaranmasında mühüm rol oynadı. Ə.Hüseynzadənin başçılıq etdiyi "Füyuzat" jurnalı və eyni adlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir.
Əks olunan mövzular
Dövrün ədəbi, siyasi qüvvələri məhz bu dərginin ətrafında toplanaraq XX əsrin ilk onilliyində milli şüurun, milli özünüdərk prosesinin aparıcılarına çevrildilər və füyuzatçılıq adlı siyasi, ədəbi cərəyanın intişarına xidmət etdilər. Füyuzatçılıq ilk növbədə çarizmə, əsarətə, istibdada qarşı çevrilmiş və türk xalqlarının mənəvi birliyinin təcəssümü olan turançılıq ideologiyasının daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmırdı, tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurdu.
Bu ideologiyanın məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu "türkləşmək, islamlaşmaq, avropalaşmaq" istiqamətində oyatmaq, inkişaf etdirməkdən ibarət idi. Füyuzatçılıq, həmçinin ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə farslaşma və ruslaşmaya qarşı türkçülük ideologiyasının təbliği demək idi.
Əli bəy Hüseynzadə jurnalda bu ideologiyanı elmi-nəzəri cəhətdən əsaslandırır, "Turani", “Füyuzat”ı, “Həyat”ı, "Şair Naim", "Dəli Şair" imzaları ilə dərc etdiyi yazılarda füyuzatçılığın başında dayanırdı. Azərbaycanda yaranan bu məfkurənin ideoloqu kimi Əli bəy Hüseynzadə "dünyanın bütün ümum və fünunun hər növünü ədəbiyyat və sənayeyi-nəfisənin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər" idi.
Ə.Hüseynzadə tərəqqi proqramına islamlaşmaq və avropalaşmaq məramlarını daxil etmişdi. İslamlaşmaq onun ortaya qoyduğu tərəqqi proqramının ideya-nəzəri əsaslarından biri idi. Mütəfəkkirin aydın nəzəri proqramına görə məzhəb və dinlər türkləri bir-birlərindən ayırmamalıdır, əgər onların elm və mədəniyyətləri tənəzzül etsə, türklər yalnız "dini-islam ilə müqəddəyin, ərəb elmi ilə mütəllim, ərəb mədəniyyəti ilə mütəməddin olduqları halda əsla ərəbləşməyib, yenə "türk oğlu türk kimi" qalmalıdırlar.
İslama ehkam kimi yanaşmayan Ə.Hüseynzadə milli intibahı dini intibahla bir arada götürürdü. Əgər türkləşmək məramı ilə türk dilini, tarixini, ədəbiyyatını öyrənməyini tələb edirdisə, islamlaşmaq məramı ilə islam dininin ümumbəşəri, ali, mənəvi-əxlaqi dəyərlərinin öyrənilməsini istəyirdi. Bu baxımdan o, islamlaşmağı milli tərəqqi proqramına daxil etmişdi. Ciddi şəkildə dini islahatların aparılmasının lazımlılığını önə çəkən Ə.Hüseynzadəyə görə, ilkin islama qayıdılmalı, tərəqqiyə doğru addım atılmalıydı. Əks təqdirdə əsl dini həqiqətləri, hikmətləri ortaya çıxarıb bərpa etmək mümkün olmayacaqdı. Ona görə də bu cür islahat islamın əsl mahiyyətini ortaya qoyacaq, müxtəlif şərhlərdən, təhriflərdən islam xilas olacaqdı.
Avropalaşmaq Ə.Hüseynzadənin milli tərəqqi proqramına daxil edilmiş əsas məramlardan, ideoloji istiqamətlərdən biri idi. O, xalqa bu ideyanı təbliğ etməklə Avropa elm və texnikasını, sənayesini öyrənmək və öz həyati işlərində tətbiqini nəzərdə tutur və yazırdı:
Tərəqqi və təməddün həvəsində olan hər bir millət öz milli üdəba və üləmasının əsərlərilə kifayətləndikcə çox da irəliyə doğru gedə bilməz... Bir ingilis, bir fransız, bir alman, bir italyan ibn Rüşdün, Əbu Əli Sinanın, Fərabinin, Firdovsinin, Sədinin, Mollayi-Ruminin, İmam Təzaminin asarından feyzyab olmağa, bu kimi üləmaya-tərcümə, şərh və təfsirlər vasitəsilə öz millətlərinə mal edilməyə çalışdıqları halda bizə də lazımdır ki, onların Laplasları, Laviazi yerləri, Russoları, Pastorları, Nyutonları, Spenserləri, Edissonları, Rentgenləri, Marksları, Ginnesləri vasitəsilə öz maarifimizi, öz ana dilimizdə olan kitabxanaları təzyiqə çalışalım. Cəhalətin, təəssübün kökünü ancaq bu vasitə ilə qurutmaq, söküb atmaq olar. Başqa yol yoxdur. |
“Füyuzat”ın səhifələrində avropa şair və yazıçılarının əsərlərinin tərcüməsinin çapı da bu məqsədə xidmət edir. Tolstoy, Höte, Russo, Monteskye kimi görkəmli simalar haqqında nisbətən ətrafılı və dəqiq məlumatı Azərbaycan oxucuları ilk dəfə bu jurnalda çap olunan məqalə və tərcümələrdən almışdılar. Hötenin “Faust”u, Şeksprin "Yuli Sezar"ı Azərbaycan türkcəsinə tərcümə olunur, Avropa mədəniyyəti təbliğ edilirdi. Ə.Hüseynzadə onu "avropalaşalım" şüarında günahlandıranlara cavab verərək yazırdı:
İndi bizə derlər ki, madam ingilislər, firənglər, filanlar böylə imişlər nə üçün siz də ... "Fyuzat"ımızda ingilislərə, firənglərə müraciət ediyorsunuz. Ortaya gah Hötenin "Faustu"nu, gah Şeksprin "Yuli Sezar"ını, gah nə bilim hanki avropalının hanki əsərini çıxarıyorsunuz? Avropalaşalım, firəngləşəlim diyorsunuz? Lakin ey qare! Müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ülum və maariflərinə kəşfiyyat və ixtiraatlarına müraciət etmək istiyoruz, özlərinə deyil. Biz istiyoruz ki, islam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istiyoruz ki, ölkəmiz onların beyinlərini həzm etsin. |
Bunlardan əlavə bir çox Türkiyə və Rusiya ədiblərinin əsərləri tərcümə və iqtibas olunurdu. Məcmuədə bir çox rəsmlər və görünüşlər dərc olunurdu.
"Füyuzat" türk xalqları arasında dil, din birliyini təşkil etməklə, Avropanın elmi yeniliklərini həzm etməklə tərəqqiyə, milli yüksəlişə nail olmağın salnaməsini yaratdı. Bütün təhdid, təzyiqlərə baxmadan “Füyuzat”çılıq ideyasını cəmiyyətə sirayət etdi.
İlk sayı
"İcmal" məqaləsində Əli bəy Hüseynzadə öz ömrünü başa vurub yerini "Füyuzat"a vermiş "Həyat" qəzetini xatırlayır və "Həyat"ın "yoxluğundan keçən" iki aya qədər bir vaxtda baş verən ictimai-siyasi hadisələri diqqətə gətirirdi. Avropada, İranda, Osmanlı dövlətində və Qafqazdakı siyasi vəziyyətə toxunan müəllif yazırdı:
İnqilabçılar qüvvətlərini, hökumət isə niyyətlərini gizlətməyə qeyrət ediyorlar... Gizli, fəqət şiddətli bir mübarizənin əlami meydanıdır. |
Birinci nömrədə Əli bəy Hüseynzadə "Tolstoyluq nədir?" məqaləsini də dərc etdirmişdi.
2-ci sayı
"Füyuzat"ın 2-ci sayında "Vəqayeyi aləmə bir nəzər" məqaləsində inqilabın silahlı mübarizə yolunu qəbul etməyərək yazırdı:
Həqiqi vətənpərvərlər heç nədən çəkinməməlidirlər. Əldə qan tökməyəcək çarələr var ikən xunrizanə vəsaitə müraciət etmək əbəsdir. |
Həmçinin 2-ci nömrədə Həsən Səbri "Həyat" qəzetəsinin bağlanması və Füyuzatın intişarı ətrafında bir məqalə dərc edərək Füyuzatın yol azanlara yol göstərəcəyinə ümid ediyordu.
3-cü sayı
Jurnalın 3-cü sayında dərc etdirdiyi "Şüunat" məqaləsində türk xalqlarının azadlıq yolunu təkamüldə görürdü:
Bu yolda biz hürriyyət, ədalət, müsavat deyə-deyə, fəryad edə-edə qanuni-əsasiyə doğru yüksələrək tərəqqi edəcəyik. |
Bu ideyanın daşıyıcısı olduğuna görə "inqilabın qızğın çağında" xalqı mübarizələrdən çəkindirdiyi ittihamı ilə Ə.Hüseynzadəyə basqılar olurdu. Ə.Hüseynzadə bu təzyiqlərə davam gətirir, düşüncələrini belə izah edirdi:
Kim deyir bitərəf olmalı? Xeyr. Əsla bitərəf olmamalı! Bitərəflik ayaq altda qalmaqdır. Su belə yerdə sabit və rakid durmaqdan qorxur. Qorxur, çünki qoxuyar, kiflənər, yosun bağlar. Təmis və salim olmaq üçün su bir lərəfə axmalı, cərəyan etməli, ya heç olmazsa, dərya kimi ləpələnməlidir. |
7-ci sayı
"Füyuzat" yalnız ədəbi orqan kimi nəşr olunmamış, dünyada baş verən proseslərə siyasi münasibət bildirmişdi. İlk dəfə Qafqazda yaşayan türklərin istiqlal bəyannaməsi məcmuənin 7-ci sayında elan olunmuşdur:
Biz qafqazlıyız - Qafqaz əhlinin öz ümumi idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb edirik. |
Bu, Azərbaycanın istiqlalına gedən yolun başlanğıcını müəyyənləşdirən tezis idi. Ədəbi məcmuə olmaqdan daha çox "Füyuzat" türk xalqlarının həmrəyliyini, milli ideologiya ətrafında birliyini, siyasi hüquqlarını müdafiə edən mətbu orqan idi. Ona görə də ilk sayını müxtəlif coğrafiyada yaşayan türklər sevinclə qarşılayır, arzu və istəklərini redaksiyaya göndərirdilər. Məsələn, Tatarıstandan Həsən Səbri Ayvazov yazırdı:
Qafqas qitəyi-mübarəkəsi heç mücahidsiz qalırmı? Cahanın on qaranlıq, aləmi-bəşəriyyətin ən vəhşi zamanlarında belə Qafqas əqtari-ərzə nur saçıyordu. Millətimin bugünkü gündə bəlkə yüz dərəcədə cahil bulunan bir zamanında Rusiya müsəlmanları arasında mətbəəyi-islamiyyə ilk Qafqasda açılmışdı. "Əkinçi"lər, “Kəşkül”çülər Qafqas övladları, Qafqas qəhrəmanlarıdır. |
"Füyuzat"ın 7-ci sayında dərc olunan başqa bir məqalədə isə Türkiyədən yazırdılar:
"Füyuzat" meydani-intişara qopuldu. Bizə bu lazım idi. "Füyuzat" mənbəyi-feyz və kəmalatdır. “Füyuzat”ın yolu ilə Asiya qövmünün və Rusiya müsəlmanlarının məsud və bəxtiyar olmalarını təfaül edəriz. |
Milli məsələlərin mətbuatda təbliğinə mane olmağa çalışan çarizmin Azərbaycandakı hakim qüvvələri jurnalın ideya-siyasi istiqamətindən qorxuya düşürdü. Çünki məcmuənin ideoloqu, Ə.Hüseynzadə "İttihada doğru tərəqqi" proqramını irəli sürür, türk xalqlarının ictimai-siyasi fikir tarixində yeni bir səhifə açırdı. "İttihad və tərəqqi" məramı və bu iki anlayış Əli bəy Hüseynzadənin milli-azadlıq uğrunda apardığı mübarizənin qayələri idi.
Bu mərama sadiqlik Əli bəyin 1889-cu ildə Türkiyədə təşkil edilən "İttihad və tərəqqi" Cəmiyyətinin qarşıya qoyduğu ideyalardan doğurdu. Türk xalqlarının ilk siyasi təşkilatı kimi formalaşan "İttihadi- Tərəqqi"nin formalaşmasında, cəmiyyətin aparıcı siyasi strukturuna çevrilməsində Ə.Hüseynzadənin böyük xidmətləri olmuşdu və onun 39 yaşında Türkiyədən Bakıya dönməsi bu ideyanın Azərbaycan cəmiyyətinə aşılanması məqsədini daşıyırdı. 1907-ci ildə "Füyuzat"ın 7-ci sayında Ə.Hüseynzadə təşkilatın məram və məqsədlərinə bir neçə anlayış daxil edir, problemi "Maarif, ittihad, hürriyyət" şəklində qoyur və yazırdı:
Bəşəriyyətin kəşf etdiyi hürriyyətə və kamil ədalətə nail olmağın yolu budur. |
Tərəqqinin mahiyyətinə varan və bu anlayışın siyasi-sosial məzmununu açıqlayan müəllif siyasi-publisistik məqaləsində sual verirdi:
Biz deyiriz ki, tərəqqi edəlim, əvvələn bir millətin tərəqqisi nədən ibarətdir? Məqsəd və qayəsi nədir? Daha doğrusu, nə olmalıdır? |
Ə.Hüseynzadə verdiyi bu suallara tərəqqinin aktuallığından, mahiyyətindən çıxış edərək cavab verir və yazırdı:
Bu suallara hər kəs öz elm və vüqufu ələlxüsus öz mənfəəti dairəsində bir növ cavab verə bilir. |
Dövrün əksər ziyalıları tərəqqini azadlıq məsələsindən tamamən ayrı götürürdü və Ə.Hüseynzadənin düşüncələri ilə ziddiyyət təşkil edirdi. Böyük mütəfəkkir "Füyuzat"da toxunduğu bu məsələyə konkret cavab verirdi:
Tərəqqinin məqsədi, qayəsi ümumi rifaha və səadətə nail olmaqdır. |
O halda bu rifah və səadətin nədən ibarət olduğunu təyin etmək lazımdır. Rifah və səadət bir məmləkətdə əsla ac və möhtac bulunmayıb, hər kəsin hər xüsusda bir bolluq içində yaşaması, sərvətin əhali arasında bərabər və ədalət üzrə bölünməsidir. Tərəqqinin mahiyyətinə uyğun olan bu məqsəd inqilabçı- demokratların da yaradıcılığının əsasını təşkil edirdi. Lakin bu məqsədin həyata keçirilməsində ziyalılar arasında ciddi fikir ayrılıqları vardı. Ə.Hüseynzadə tərəqqi anlayışı ilə hürriyyət və maarif anlayışlarını vəhdətdə görürdü və deyirdi:
Tərəqqi bir millətin, bir camaatın arasında hürriyyət və maarifin təzayid və intişar etməsindən ibarətdir və hansı millət arasında hürriyyət və maarif nemətlərindən daha çox əfrad və bəhrayab isə o millət daha mütərəqqidir. |
Müəllifin "hürriyyət və maarifi" vəhdətdə götürməsi onun bu məsələdə tutduğu siyasi mövqedən doğurdu. Çünki Ə.Hüseynzadə mövcud quruluşun inqilabi yolla deyil, təkamül yolu ilə dəyişdirilməsinin, inkişafının və tərəqqisinin tərəfdarı idi.
8-ci sayı
"Füyuzat" məcmuəsinin 8 -ci nömrəsində “Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabinin də "hifz-səhhətə" dair elmi, fənni bir məqaləsi var idi. Lakin bu məqalə yarımçıq qalmışdı.
Əməkdaşlar
Jurnalın ətrafında dövrün görkəmli ədəbiyyat xadimləri, publisistləri toplaşmışdı. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Hüseyn Cavid, Axund Yusif Ziya Talıbzadə, Abdulla Şaiq, Məhəmməd Əmin Rəsulzadə, Abdulla Sur, Əhməd Kamal, Əhməd Raiq, Abbas Səhhət, Həsən Səbri Ayvazov, İbrahim Tahir, Sabir Tahirzadə, Əli Ağa Həsənov, Səid Səlmasi, Ə.Səbur, Mirzə Ələkbər Sabir, Ə.Hamidin, A.Cövdətin, Səid Səlmasi, Abdulla Şaiq, Tofiq Fikrət kimi qələm sahiblərinin müxtəlif mövzulu yazıları dərc edilirdi.
Jurnalın əsas müəllifləri: Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, .
"Molla Nəsrəddin" və "Füyuzat"ın müqayisəsi
XX yüzilin əvvəlində Azərbaycan ziyalıları iki mətbuat ətrafında birləşmişdilər : 1."Molla Nəsrəddin". 2."Füyuzat". Lakin bu iki mətbuat orqanı arasında süni ayrılıq, hətta düşmənçilik yaradılmış və onlar əkscəbhəli jurnallar kimi səciyyələndirilmişdir. Əslində, onların hər biri özünün məqbul hesab etdiyi yolla xalqa xidmət etmişdir. XX yüzilin əvvəlində Azərbaycan mədəniyyətinin yetişdirdiyi böyük şəxsiyyətlərin – Əli bəylə Mirzə Cəlilin məqsədi eyni, üslubu isə müxtəlif idi.
“Füyuzat”çılarla "Molla Nəsrəddin"çilər arasında ideya baxımından fərqliliklər olsa da, oxşarlıqlar da yox deyildi. Azərbaycan xalqının maarifə, tərəqqi yoluna və çar rejiminin iztirablarına qarşı mübarizəyə çağırışında fərqliliklər yoxdur. Sadəcə, Cəlil Məmmədquluzadə inqilabçı-demokratizmin, Ə.Hüseynzadə isə təkamül yolu ilə inkişafın, dəyişikliklərin tərəfdarı idi. "Molla Nəsrəddin" realistlərin məfkurə, sənət dünyasının təşəkkülündə hansı işləri görmüşsə də, "Füyuzat" Azərbaycan ədəbiyyatında, bədii-estetik fikrində romantizmin əsasını qoymuş, M.Hadi, H.Cavid, A.Şaiq, A.Səhhət kimi qüdrətli ədiblərin yetişməsində əvəzsiz xidmət etmişdir.
Dil məsələsi
"Füyuzat" bir çox ədəbiyyata, tarixə, siyasətə, ictimaiyyətə, dinə aid, lisanə aid məqalələr ilə dolu idi və tamamilə Osmanlı türkcəsini əsas tutaraq demək olar ki, dil xüsusunda bir "tovhidlisan" siyasətini yürüdürdüsə də, lakin əsas dil olaraq osmanlıcayı qəbul etdiyi üçün o dili bilməyən, ancaq tərəqqi etmək istəyən yenilər arasında belə iki cərəyanın oyanmasına səbəb olmuşdur.
XX yüzilin əvvəlində dilə münasibətdə iki istiqamət var idi, Azərbaycan ədəbi dili ümumxalq dili və klassik üslubun, türk ədəbi dilinin təsiri ilə "ziyalı dili" -"lisani ədəb" yönlərində inkişaf edirdi. "Füyuzat"ın dili son dərəcə ədəbi idi. Çağdaş mədəniyyətə yiyələnmək üçün mübarizə nəticəsində meydana gələn "dil birliyi" ideyası ilk dəfə proqram şəklində "Füyuzat" jurnalında irəli sürülmüşdür. "Füyuzat" jurnalı Azərbaycan mətbuat üslubuna elmi-fəlsəfi xarakter gətirmişdi.
Bağlanması
"Füyuzat" 1907 - ci ilin 1 noyabrına qədər davam etmiş və bu müddət ərzində 32 nömrəsi çıxmışdır. Axırıncı 32-ci nömrədə "Pərdə eniyor" adlı son məqaləsi ilə oxucularına "əlvida!" demiş, sonuncu nömrənin üz qabığının arxasında verilmiş belə bir elanla mətbuat aləmini tərk etmişdir:
"Bəzi əsbaba məbnu "Füyuzat" müvəqqəti olaraq bu gündən etibarən tətil ediləcəkdir. 32 nömrəyi təkmil almış olanlar on gündə bir nömrü hesabilə bir sənəlik abunələrini təkmil almış olurlar. Abunə bədəllərini tadiyə edib də 32-dən əksik nüsxə almış olanların abunə bədəllərindən idarədə qalmış olan haqları tələb və ixtiyarlarına görə ya özlərinə iadə olunacaq, yaxud o haqlarına müqabil "Tazə həyat" və "Kaspi" göndəriləcəkdir. |
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- "Аzərbaycan mətbuatı tarixi" (PDF) (az.). anl.az. 5 March 2016 tarixində (PDF). İstifadə tarixi: 7 may 2021.
- ""Füyuzət" jurnalı və dil problemləri" (PDF) (az.). anl.az. 8 March 2022 tarixində (PDF). İstifadə tarixi: 7 may 2021.
- "Füyuzat – 110 illiyi" (PDF) (az.). goychay.cls.az. 8 March 2022 tarixində (PDF). İstifadə tarixi: 7 may 2021.
- "Əli bəy Hüseynzadə və füyuzatçılıq]" (az.). azerbaijan-news.az. 11 May 2021 tarixində . İstifadə tarixi: 7 may 2021.
Mənbə
- Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875-1920), Bakı "Elm və Təhsil", 2009 – 76-81 səh.
Xarici keçidlər
- Füyuzat jurnalı (rəsmi sayt)
- MİMTA-da FÜYUZAT
- "Füyuzat" jurnalı – Uşaq Bilik Portalı
- Tarixin “Füyuzat” həqiqəti
- Füyuzat jurnalı Senet.az səhifələrində
- FÜYUZAT HAQQINDA ƏLİ BƏY HÜSEYNZADƏNİN QIZI FEYZAVƏR XANIM
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki ve ya bolmedeki melumatlar kohnedir Sehifeye yenilenmis melumatlar elave etmekle Vikipediyani zenginlesdirmeye komek ede bilersiniz Fuyuzat ictimai jurnal Bir il erzinde 32 sayi isiq uzu gorub FuyuzatفوضاتBas redaktor Eli bey HuseynzadeNov ictimai jurnalTesisci Eli bey HuseynzadeTesis tarixi 1 noyabr 1906Nesrini dayandirib 1 14 noyabr 1907Olke Rusiya imperiyasiQerargah Baki seheriDil Osmanli dili Istanbul lehcesi fuyuzat az Fuyuzat kelmesi mensece ereb sozu olub sozluk menasi heyat gerceklerini duymaq derk etmek onlardan hezz almaq feyzyab olmaq demekdir Fuyuzat jurnalinin 1 ci nomresi 1906 ci il noyabrin 1 de nesr olunub Jurnalin sponsoru maarifperver milyoncu mesenat Haci Zeynalabdin Tagiyev idi Jurnalin sehifelerinde onun bas redaktoru Eli bey Huseynzade ile birge Mehemmed Hadi Mirze Elekber Sabir Huseyn Cavid Seid Selmasi Abdulla Saiq Ehmed Kamal Ehmed Raiq ve basqa muelliflerin muxtelif movzulu yazilari derc edilirdi XX esrin evvellerinde ictimai siyasi fikrin teskili ve tenzimlenmesinde informasiya muhitinin formalasmasinda milli metbuat numuneleri ehemiyyetli rol oynayib Jurnalistikanin ictimai fikir tribunasina cevrilmesi de hemin tarixi merhelenin mehsuludur Fuyuzat jurnali ve onun redaksiya heyetinin xidmetleri bu menada diqqetelayiqdir Cunki onlar yalniz bir jurnal numunesi nesr etmekle mehdudlasmadilar fuyuzatciliq xetti herekatini Fuyuzat jurnalistikasi mektebini yaratmaqla tarix sehifelerine oz imzalarini hekk etdiler Fuyuzat jurnali fuyuzatciliq jurnalistika mektebinden elave Azerbaycanda musteqil dovletcilik ideyasini konstitusiyali azad vetendas cemiyyetini yaratmaqda muhum rol oynadi Tolstoy Hote Russo Monteskye kimi gorkemli simalar haqqinda nisbeten etrafili ve deqiq melumati Azerbaycan oxuculari ile ilk defe bu jurnalda cap olunan meqale ve tercumelerden almisdilar E Huseynzadenin basciliq etdiyi Fuyuzat jurnali ve eyni adli edebi cereyan esrimizin evvellerinde Azerbaycan edebiyyati ve medeniyyetinin inkisafinda ciddi xidmetler gostermisdir Ayri ayri edebi ictimai problemlere munasibetlerinde xususen dil meselesinde Fuyuzat ve Celil Memmedquluzadenin basciliq etdiyi Molla Nesreddin edebi mektebleri arasinda ciddi fikir ayriligi vardi Lakin fuyuzatcilar da xalqi maariflendirmek onda oz tarixine cagdas durumuna gozuaciq munasibet oyatmaq medeniyyeti ve elmi yaymaq sahesinde genis fealiyyet gostermisler AdiJurnalin ilk sayinda meram ve meqsedlerini aciqlayan Eli bey Huseynzade Heyat ve meyli fuyuzat meqalesinde fuyuzat kelmesinin menasini aciqlayaraq yazirdi Mecmuemize Fuyuzat adi tesadufi verilmiyor bu nam heyatdan tebii olaraq tevellud ediyor Fuyuzat lefzon feyz in cemil cemi olub rifah ve berekete bolluga maddi ve menevi nemetlerin bolluguna tereqqiyyat ve kemalatin senieyyi tecellisine delalet ederse de feqet esl mefhumu seadet ve elelxusus seadeti meneviyyedir heqiqi zovq ve sefalerden ibaret bir seadeti meneviyyedir Heyat ise menayi batinisile daimi bir meyli seadet bir meyli fuyuzatdir Fuyuzat kelmesi erebce feyz sozunden olub lugevi menasi bolluq bereket nemet muveffeqiyyet xeyir fayda lezzet hezz heyat gerceklerini duymaq derk etmek onlardan hezz almaq zovq feyz almaq feyzyab olmaqdir Haqqinda Heyat qezetinin 1906 ci il sentyabr ayinin 3 de cixan sonuncu sayinda bele bir elan vardi Heyat qezetesi bu gunden etibaren tetil etdiyi ucun yerine Fyuzat nami ile edebi fenni ictimai siyasi bir heftelik mecmue intisara baslayacaqdir Fuyuzat Eli bey Huseynzadenin bas redaktorlugu maarifperver milyoncu mesenat Haci Zeynalabdin Tagiyevin maddi vesaiti hesabina 1906 ci ilin noyabr ayinin 1 den Bakida nesr olunmaga basladi Edebi fenni siyasi ictimai musevver heftelik turkce mecmueyi islamiyye olan Fuyuzat redaksiyasi Nikolayevski kucesinde Haci Zeynalabdin Tagiyevin mulkunde yerlesirdi Illik abune haqqi 6 manat 6 ayliq ise 3 manat 50 qepik idi Fuyuzat E Huseynzadenin Heyat qezetinin sonuncu sayinda Vidaname basliqli meqalesinde gosterdiyi kimi qudretli edebi qelem sahiblerinin cem oldugu nesr kimi diqqeti cekdi Bezi tedqiqatcilar edebiyyatsunaslar 1905 1910 cu iller arasinda Azerbaycan edebiyyati baresindeki fikirlerini cemlesdirerek bu dovru Eli bey ve Fuyuzat dovru adlandirirlar Jurnalist yaradici heyetine daxil olan Abdulla Saiq Fuyuzat i islam aleminde gorunmemis en mohtesem metbuat orqani kimi deyerlendirirdi Metbuat ve edebiyyat tarixinin arasdiricisi MEA nin muxbir uzvu professor Eziz Mirehmedov XX esrin evvellerinde yaranan ictimai siyasi ve medeni herekati oyrenmek zeruretini lakonik sekilde bele ifade edir XX esr edebiyyatini neinki Molla Nesreddinsiz habele Fyuzat siz tesevvur etmek cetindir Fuyuzat mecmuesi XX esrin 30 cu illerinedek Celil Memmedquluzade M Hadi A Saiq M S Ordubadi kimi boyuk edibler terefinden yuksek qiymetlendirilmisdi Lakin 1930 cu illerden 1990 ci illeredek metbuat ve edebiyyat tariximize hesr olunan elmi tedqiqatlarda publisistik yazilarda murtece metbu orqan kimi teqdim olunmusdur 1990 ci illerden sonra professor Samil Veliyev filologiya elmleri namizedi Ofelya Bayramli Rasim Kazimoglu ve b Fuyuzat irsini oyrenmis elmi monoqrafiyalar tedqiqat eserleri cap etmisler O Bayramli terefinden Fuyuzat in cap olundugu 32 sayi ereb qrafikasindan transleterasiya edilib 492 sehife hecminde nesr olunmusdur Jurnal Azerbaycanda neoromantizmi yaradan metbuat orqani kimi xarakterize olunur Fuyuzat da Eli bey Huseynzadenin yazdigi meqalelerden birinde deyilirdi Bize fedai lazimdir Turki hissiyyatli Islam etiqadli Avropa muasir qiyafeli fedai Bu fikir fuyuzatci metbuat orqanlari terefinden tekmillesdirildi ve Teze heyat Irsad Yeni fuyuzat Heqiqet Tereqqi Iqbal Sedayi heqq Aciq soz Besiret Qurtulus Dirilik Azerbaycan Ovraqi nefise ve s metbuat orqanlari terefinden turklesmek islamlasmaq muasirlesmek beraberdir azerbaycanciliq seklinde formule edilerek teblig olundu Azerbaycan Xalq Cumhuriyyeti dovrunde dovlet bayraginda uc rengle mavi qirmizi yasil simvollasan Azerbaycan vetendasinin ideya menevi deyerleri Eli bey Huseynzadenin hemin tezisi ve fuyuzatcilarin tarixi xidmetleri ile baglidir Fuyuzat jurnali fuyuzatciliq jurnalistika mektebinden elave Azerbaycanda musteqil dovletcilik ideyasini konstitusiyali azad vetendas cemiyyetini yaratmaqda muhum rol oynadi Car Rusiyasinin monarxizmi ve mustemlekecilik eleyhine mubarize aparan Fuyuzat cilar rus inqilabci demokratlari turk tenzimatcilari Iran mesrutecileri ve basqalarinin yeni cemiyyet quruculugu tecrubesinden istifade edir Azerbaycanda demokratizmin qelebesine calisir ictimai heyatda milli edebiyyat ve medeniyyetde islahatlarin reformalarin aparilmasini meqsed bilirdi Bu menada Fuyuzat ve fuyuzatcilarin mesgul oldugu esas problemleri qisa sekilde bele tesnif etmek olar turklesmek islamlasmaq avropalasmaq muasirlesmek azerbaycanciliq demokratik axtarislar neoromantik edebiyyatin yaradilmasi fuyuzatci jurnalistika mektebinin tesisi dilde fikirde isde birlik konsepsiyasina esaslanan ortaq turk dili edebiyyati ve medeniyyetinin yaradilmasi Ittihad ve tereqqi ideyasini yurutmek ve Turanciligi teblig etmek ictimai siyasi suurda reformalarin aparilmasi parlament ve konstitusiya esasinda ozunuidare formasinin yaradilmasi yenilikcilik herekatini guclendirmek soz ve metbuat azadligini musteqil dovlet sivil cemiyyet ve butov veten ideyasina paralel sekilde inkisaf etdirmek ve s Fuyuzat ve fuyuzatcilarin milli tarixi ve ictimai siyasi xidmetleri sirasinda qeyd etmek vacibdir ki onlar enenevi epiqon birtipli dusunce tipinden imtina edir yalniz kohne muselman M E Sabir olaraq qalmir Serq ve Qerb elmi nezeri fikri edebiyyat ve medeniyyetleri arasinda serhedler cekmir eksine onlarin dialoquna meydan acirdilar Bu ve diger sebeblerdendir ki E Huseynzadenin irsi ve onun formalasdirdigi fuyuzatciliq herekatinin tarixi tecrubesi indiki dunyaya inteqrasiya zamaninda muhum aktualliq kesb edir E Huseynzadenin hele Fuyuzat in nesrinden evvel teblig ve serh etdiyi turkluk muselmanliq ve avropaciliq suari mahiyyet etibarile bu gun ictimai heyatimizda ozune yer tapan azerbaycanciliq muselmanciliq ve muasirlik doktrinasinin yaranmasinda muhum rol oynadi E Huseynzadenin basciliq etdiyi Fuyuzat jurnali ve eyni adli edebi cereyan esrimizin evvellerinde Azerbaycan edebiyyati ve medeniyyetinin inkisafinda ciddi xidmetler gostermisdir Eks olunan movzularDovrun edebi siyasi quvveleri mehz bu derginin etrafinda toplanaraq XX esrin ilk onilliyinde milli suurun milli ozunuderk prosesinin aparicilarina cevrildiler ve fuyuzatciliq adli siyasi edebi cereyanin intisarina xidmet etdiler Fuyuzatciliq ilk novbede carizme esarete istibdada qarsi cevrilmis ve turk xalqlarinin menevi birliyinin tecessumu olan turanciliq ideologiyasinin dasiyicisidir Bu ideologiya utopik dusuncelerden fikirlerden qaynaqlanmirdi tarixin realliqlarindan milli ozunuderk prosesinden dogurdu Bu ideologiyanin meqsedi milli istiqlal ugrunda mubarize aparan turk xalqlarinin milli suurunu turklesmek islamlasmaq avropalasmaq istiqametinde oyatmaq inkisaf etdirmekden ibaret idi Fuyuzatciliq hemcinin edebiyyatda romantizmin ortaq turk dilinin umumi edebi dil siyasetinin islamciligin milli meselelerde farslasma ve ruslasmaya qarsi turkculuk ideologiyasinin tebligi demek idi Eli bey Huseynzade jurnalda bu ideologiyani elmi nezeri cehetden esaslandirir Turani Fuyuzat i Heyat i Sair Naim Deli Sair imzalari ile derc etdiyi yazilarda fuyuzatciligin basinda dayanirdi Azerbaycanda yaranan bu mefkurenin ideoloqu kimi Eli bey Huseynzade dunyanin butun umum ve fununun her novunu edebiyyat ve senayeyi nefisenin her sobesini tamamen ehate etmis ve tetbiqe muveffeq olmus fovqelbeser idi E Huseynzade tereqqi proqramina islamlasmaq ve avropalasmaq meramlarini daxil etmisdi Islamlasmaq onun ortaya qoydugu tereqqi proqraminin ideya nezeri esaslarindan biri idi Mutefekkirin aydin nezeri proqramina gore mezheb ve dinler turkleri bir birlerinden ayirmamalidir eger onlarin elm ve medeniyyetleri tenezzul etse turkler yalniz dini islam ile muqeddeyin ereb elmi ile mutellim ereb medeniyyeti ile mutemeddin olduqlari halda esla ereblesmeyib yene turk oglu turk kimi qalmalidirlar Islama ehkam kimi yanasmayan E Huseynzade milli intibahi dini intibahla bir arada gotururdu Eger turklesmek merami ile turk dilini tarixini edebiyyatini oyrenmeyini teleb edirdise islamlasmaq merami ile islam dininin umumbeseri ali menevi exlaqi deyerlerinin oyrenilmesini isteyirdi Bu baximdan o islamlasmagi milli tereqqi proqramina daxil etmisdi Ciddi sekilde dini islahatlarin aparilmasinin lazimliligini one ceken E Huseynzadeye gore ilkin islama qayidilmali tereqqiye dogru addim atilmaliydi Eks teqdirde esl dini heqiqetleri hikmetleri ortaya cixarib berpa etmek mumkun olmayacaqdi Ona gore de bu cur islahat islamin esl mahiyyetini ortaya qoyacaq muxtelif serhlerden tehriflerden islam xilas olacaqdi Avropalasmaq E Huseynzadenin milli tereqqi proqramina daxil edilmis esas meramlardan ideoloji istiqametlerden biri idi O xalqa bu ideyani teblig etmekle Avropa elm ve texnikasini senayesini oyrenmek ve oz heyati islerinde tetbiqini nezerde tutur ve yazirdi Tereqqi ve temeddun hevesinde olan her bir millet oz milli udeba ve ulemasinin eserlerile kifayetlendikce cox da ireliye dogru gede bilmez Bir ingilis bir fransiz bir alman bir italyan ibn Rusdun Ebu Eli Sinanin Ferabinin Firdovsinin Sedinin Mollayi Ruminin Imam Tezaminin asarindan feyzyab olmaga bu kimi ulemaya tercume serh ve tefsirler vasitesile oz milletlerine mal edilmeye calisdiqlari halda bize de lazimdir ki onlarin Laplaslari Laviazi yerleri Russolari Pastorlari Nyutonlari Spenserleri Edissonlari Rentgenleri Markslari Ginnesleri vasitesile oz maarifimizi oz ana dilimizde olan kitabxanalari tezyiqe calisalim Cehaletin teessubun kokunu ancaq bu vasite ile qurutmaq sokub atmaq olar Basqa yol yoxdur Fuyuzat in sehifelerinde avropa sair ve yazicilarinin eserlerinin tercumesinin capi da bu meqsede xidmet edir Tolstoy Hote Russo Monteskye kimi gorkemli simalar haqqinda nisbeten etrafili ve deqiq melumati Azerbaycan oxuculari ilk defe bu jurnalda cap olunan meqale ve tercumelerden almisdilar Hotenin Faust u Seksprin Yuli Sezar i Azerbaycan turkcesine tercume olunur Avropa medeniyyeti teblig edilirdi E Huseynzade onu avropalasalim suarinda gunahlandiranlara cavab vererek yazirdi Indi bize derler ki madam ingilisler firengler filanlar boyle imisler ne ucun siz de Fyuzat imizda ingilislere firenglere muraciet ediyorsunuz Ortaya gah Hotenin Faustu nu gah Seksprin Yuli Sezar ini gah ne bilim hanki avropalinin hanki eserini cixariyorsunuz Avropalasalim firengleselim diyorsunuz Lakin ey qare Muracietden muraciete ferq vardir Biz avropalilarin edebiyyatina senayelerine ulum ve maariflerine kesfiyyat ve ixtiraatlarina muraciet etmek istiyoruz ozlerine deyil Biz istiyoruz ki islam olkesine onlarin beyinleri dimaglari girsin bogazlari medeleri girmesin Biz istiyoruz ki olkemiz onlarin beyinlerini hezm etsin Bunlardan elave bir cox Turkiye ve Rusiya ediblerinin eserleri tercume ve iqtibas olunurdu Mecmuede bir cox resmler ve gorunusler derc olunurdu Fuyuzat turk xalqlari arasinda dil din birliyini teskil etmekle Avropanin elmi yeniliklerini hezm etmekle tereqqiye milli yukselise nail olmagin salnamesini yaratdi Butun tehdid tezyiqlere baxmadan Fuyuzat ciliq ideyasini cemiyyete sirayet etdi Ilk sayi Icmal meqalesinde Eli bey Huseynzade oz omrunu basa vurub yerini Fuyuzat a vermis Heyat qezetini xatirlayir ve Heyat in yoxlugundan kecen iki aya qeder bir vaxtda bas veren ictimai siyasi hadiseleri diqqete getirirdi Avropada Iranda Osmanli dovletinde ve Qafqazdaki siyasi veziyyete toxunan muellif yazirdi Inqilabcilar quvvetlerini hokumet ise niyyetlerini gizletmeye qeyret ediyorlar Gizli feqet siddetli bir mubarizenin elami meydanidir Birinci nomrede Eli bey Huseynzade Tolstoyluq nedir meqalesini de derc etdirmisdi 2 ci sayi Fuyuzat in 2 ci sayinda Veqayeyi aleme bir nezer meqalesinde inqilabin silahli mubarize yolunu qebul etmeyerek yazirdi Heqiqi vetenperverler hec neden cekinmemelidirler Elde qan tokmeyecek careler var iken xunrizane vesaite muraciet etmek ebesdir Hemcinin 2 ci nomrede Hesen Sebri Heyat qezetesinin baglanmasi ve Fuyuzatin intisari etrafinda bir meqale derc ederek Fuyuzatin yol azanlara yol gostereceyine umid ediyordu 3 cu sayi Jurnalin 3 cu sayinda derc etdirdiyi Suunat meqalesinde turk xalqlarinin azadliq yolunu tekamulde gorurdu Bu yolda biz hurriyyet edalet musavat deye deye feryad ede ede qanuni esasiye dogru yukselerek tereqqi edeceyik Bu ideyanin dasiyicisi olduguna gore inqilabin qizgin caginda xalqi mubarizelerden cekindirdiyi ittihami ile E Huseynzadeye basqilar olurdu E Huseynzade bu tezyiqlere davam getirir dusuncelerini bele izah edirdi Kim deyir biteref olmali Xeyr Esla biteref olmamali Bitereflik ayaq altda qalmaqdir Su bele yerde sabit ve rakid durmaqdan qorxur Qorxur cunki qoxuyar kiflener yosun baglar Temis ve salim olmaq ucun su bir lerefe axmali cereyan etmeli ya hec olmazsa derya kimi lepelenmelidir 7 ci sayi Fuyuzat yalniz edebi orqan kimi nesr olunmamis dunyada bas veren proseslere siyasi munasibet bildirmisdi Ilk defe Qafqazda yasayan turklerin istiqlal beyannamesi mecmuenin 7 ci sayinda elan olunmusdur Biz qafqazliyiz Qafqaz ehlinin oz umumi idaresine ozu baxa bilmek ucun lazim gelen muxtariyyet teleb edirik Bu Azerbaycanin istiqlalina geden yolun baslangicini mueyyenlesdiren tezis idi Edebi mecmue olmaqdan daha cox Fuyuzat turk xalqlarinin hemreyliyini milli ideologiya etrafinda birliyini siyasi huquqlarini mudafie eden metbu orqan idi Ona gore de ilk sayini muxtelif cografiyada yasayan turkler sevincle qarsilayir arzu ve isteklerini redaksiyaya gonderirdiler Meselen Tataristandan Hesen Sebri Ayvazov yazirdi Qafqas qiteyi mubarekesi hec mucahidsiz qalirmi Cahanin on qaranliq alemi beseriyyetin en vehsi zamanlarinda bele Qafqas eqtari erze nur saciyordu Milletimin bugunku gunde belke yuz derecede cahil bulunan bir zamaninda Rusiya muselmanlari arasinda metbeeyi islamiyye ilk Qafqasda acilmisdi Ekinci ler Keskul culer Qafqas ovladlari Qafqas qehremanlaridir Fuyuzat in 7 ci sayinda derc olunan basqa bir meqalede ise Turkiyeden yazirdilar Fuyuzat meydani intisara qopuldu Bize bu lazim idi Fuyuzat menbeyi feyz ve kemalatdir Fuyuzat in yolu ile Asiya qovmunun ve Rusiya muselmanlarinin mesud ve bextiyar olmalarini tefaul ederiz Milli meselelerin metbuatda tebligine mane olmaga calisan carizmin Azerbaycandaki hakim quvveleri jurnalin ideya siyasi istiqametinden qorxuya dusurdu Cunki mecmuenin ideoloqu E Huseynzade Ittihada dogru tereqqi proqramini ireli surur turk xalqlarinin ictimai siyasi fikir tarixinde yeni bir sehife acirdi Ittihad ve tereqqi merami ve bu iki anlayis Eli bey Huseynzadenin milli azadliq ugrunda apardigi mubarizenin qayeleri idi Bu merama sadiqlik Eli beyin 1889 cu ilde Turkiyede teskil edilen Ittihad ve tereqqi Cemiyyetinin qarsiya qoydugu ideyalardan dogurdu Turk xalqlarinin ilk siyasi teskilati kimi formalasan Ittihadi Tereqqi nin formalasmasinda cemiyyetin aparici siyasi strukturuna cevrilmesinde E Huseynzadenin boyuk xidmetleri olmusdu ve onun 39 yasinda Turkiyeden Bakiya donmesi bu ideyanin Azerbaycan cemiyyetine asilanmasi meqsedini dasiyirdi 1907 ci ilde Fuyuzat in 7 ci sayinda E Huseynzade teskilatin meram ve meqsedlerine bir nece anlayis daxil edir problemi Maarif ittihad hurriyyet seklinde qoyur ve yazirdi Beseriyyetin kesf etdiyi hurriyyete ve kamil edalete nail olmagin yolu budur Tereqqinin mahiyyetine varan ve bu anlayisin siyasi sosial mezmununu aciqlayan muellif siyasi publisistik meqalesinde sual verirdi Biz deyiriz ki tereqqi edelim evvelen bir milletin tereqqisi neden ibaretdir Meqsed ve qayesi nedir Daha dogrusu ne olmalidir E Huseynzade verdiyi bu suallara tereqqinin aktualligindan mahiyyetinden cixis ederek cavab verir ve yazirdi Bu suallara her kes oz elm ve vuqufu elelxusus oz menfeeti dairesinde bir nov cavab vere bilir Dovrun ekser ziyalilari tereqqini azadliq meselesinden tamamen ayri gotururdu ve E Huseynzadenin dusunceleri ile ziddiyyet teskil edirdi Boyuk mutefekkir Fuyuzat da toxundugu bu meseleye konkret cavab verirdi Tereqqinin meqsedi qayesi umumi rifaha ve seadete nail olmaqdir O halda bu rifah ve seadetin neden ibaret oldugunu teyin etmek lazimdir Rifah ve seadet bir memleketde esla ac ve mohtac bulunmayib her kesin her xususda bir bolluq icinde yasamasi servetin ehali arasinda beraber ve edalet uzre bolunmesidir Tereqqinin mahiyyetine uygun olan bu meqsed inqilabci demokratlarin da yaradiciliginin esasini teskil edirdi Lakin bu meqsedin heyata kecirilmesinde ziyalilar arasinda ciddi fikir ayriliqlari vardi E Huseynzade tereqqi anlayisi ile hurriyyet ve maarif anlayislarini vehdetde gorurdu ve deyirdi Tereqqi bir milletin bir camaatin arasinda hurriyyet ve maarifin tezayid ve intisar etmesinden ibaretdir ve hansi millet arasinda hurriyyet ve maarif nemetlerinden daha cox efrad ve behrayab ise o millet daha mutereqqidir Muellifin hurriyyet ve maarifi vehdetde goturmesi onun bu meselede tutdugu siyasi movqeden dogurdu Cunki E Huseynzade movcud qurulusun inqilabi yolla deyil tekamul yolu ile deyisdirilmesinin inkisafinin ve tereqqisinin terefdari idi 8 ci sayi Fuyuzat mecmuesinin 8 ci nomresinde Ekinci qezetinin tesiscisi Hesen bey Zerdabinin de hifz sehhete dair elmi fenni bir meqalesi var idi Lakin bu meqale yarimciq qalmisdi EmekdaslarJurnalin etrafinda dovrun gorkemli edebiyyat xadimleri publisistleri toplasmisdi Jurnalin sehifelerinde onun bas redaktoru Eli bey Huseynzade ile birge Mehemmed Hadi Huseyn Cavid Axund Yusif Ziya Talibzade Abdulla Saiq Mehemmed Emin Resulzade Abdulla Sur Ehmed Kamal Ehmed Raiq Abbas Sehhet Hesen Sebri Ayvazov Ibrahim Tahir Sabir Tahirzade Eli Aga Hesenov Seid Selmasi E Sebur Mirze Elekber Sabir E Hamidin A Covdetin Seid Selmasi Abdulla Saiq Tofiq Fikret kimi qelem sahiblerinin muxtelif movzulu yazilari derc edilirdi Jurnalin esas muellifleri Eli bey Huseynzade Mehemmed Hadi Mirze Elekber Sabir Huseyn Cavid Seid Selmasi Abdulla Saiq Ehmed Kamal Molla Nesreddin ve Fuyuzat in muqayisesiXX yuzilin evvelinde Azerbaycan ziyalilari iki metbuat etrafinda birlesmisdiler 1 Molla Nesreddin 2 Fuyuzat Lakin bu iki metbuat orqani arasinda suni ayriliq hetta dusmencilik yaradilmis ve onlar ekscebheli jurnallar kimi seciyyelendirilmisdir Eslinde onlarin her biri ozunun meqbul hesab etdiyi yolla xalqa xidmet etmisdir XX yuzilin evvelinde Azerbaycan medeniyyetinin yetisdirdiyi boyuk sexsiyyetlerin Eli beyle Mirze Celilin meqsedi eyni uslubu ise muxtelif idi Fuyuzat cilarla Molla Nesreddin ciler arasinda ideya baximindan ferqlilikler olsa da oxsarliqlar da yox deyildi Azerbaycan xalqinin maarife tereqqi yoluna ve car rejiminin iztirablarina qarsi mubarizeye cagirisinda ferqlilikler yoxdur Sadece Celil Memmedquluzade inqilabci demokratizmin E Huseynzade ise tekamul yolu ile inkisafin deyisikliklerin terefdari idi Molla Nesreddin realistlerin mefkure senet dunyasinin tesekkulunde hansi isleri gormusse de Fuyuzat Azerbaycan edebiyyatinda bedii estetik fikrinde romantizmin esasini qoymus M Hadi H Cavid A Saiq A Sehhet kimi qudretli ediblerin yetismesinde evezsiz xidmet etmisdir Dil meselesi Fuyuzat bir cox edebiyyata tarixe siyasete ictimaiyyete dine aid lisane aid meqaleler ile dolu idi ve tamamile Osmanli turkcesini esas tutaraq demek olar ki dil xususunda bir tovhidlisan siyasetini yurudurduse de lakin esas dil olaraq osmanlicayi qebul etdiyi ucun o dili bilmeyen ancaq tereqqi etmek isteyen yeniler arasinda bele iki cereyanin oyanmasina sebeb olmusdur XX yuzilin evvelinde dile munasibetde iki istiqamet var idi Azerbaycan edebi dili umumxalq dili ve klassik uslubun turk edebi dilinin tesiri ile ziyali dili lisani edeb yonlerinde inkisaf edirdi Fuyuzat in dili son derece edebi idi Cagdas medeniyyete yiyelenmek ucun mubarize neticesinde meydana gelen dil birliyi ideyasi ilk defe proqram seklinde Fuyuzat jurnalinda ireli surulmusdur Fuyuzat jurnali Azerbaycan metbuat uslubuna elmi felsefi xarakter getirmisdi Baglanmasi Fuyuzat 1907 ci ilin 1 noyabrina qeder davam etmis ve bu muddet erzinde 32 nomresi cixmisdir Axirinci 32 ci nomrede Perde eniyor adli son meqalesi ile oxucularina elvida demis sonuncu nomrenin uz qabiginin arxasinda verilmis bele bir elanla metbuat alemini terk etmisdir Bezi esbaba mebnu Fuyuzat muveqqeti olaraq bu gunden etibaren tetil edilecekdir 32 nomreyi tekmil almis olanlar on gunde bir nomru hesabile bir senelik abunelerini tekmil almis olurlar Abune bedellerini tadiye edib de 32 den eksik nusxe almis olanlarin abune bedellerinden idarede qalmis olan haqlari teleb ve ixtiyarlarina gore ya ozlerine iade olunacaq yaxud o haqlarina muqabil Taze heyat ve Kaspi gonderilecekdir IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Azerbaycan metbuati tarixi PDF az anl az 5 March 2016 tarixinde PDF Istifade tarixi 7 may 2021 Fuyuzet jurnali ve dil problemleri PDF az anl az 8 March 2022 tarixinde PDF Istifade tarixi 7 may 2021 Fuyuzat 110 illiyi PDF az goychay cls az 8 March 2022 tarixinde PDF Istifade tarixi 7 may 2021 Eli bey Huseynzade ve fuyuzatciliq az azerbaijan news az 11 May 2021 tarixinde Istifade tarixi 7 may 2021 MenbeVeliyev Akif Abdulezim oglu Asirli Azerbaycan metbuati tarixi 1875 1920 Baki Elm ve Tehsil 2009 76 81 seh Xarici kecidlerFuyuzat jurnali resmi sayt MIMTA da FUYUZAT Fuyuzat jurnali Usaq Bilik Portali Tarixin Fuyuzat heqiqeti Fuyuzat jurnali Senet az sehifelerinde FUYUZAT HAQQINDA ELI BEY HUSEYNZADENIN QIZI FEYZAVER XANIM