Difai partiyası, Difai firqəsi (az-əbcəd. دیفاعی فرقهسی) və ya sadəcə Difai (az-əbcəd. دیفاعی) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat.
Difai firqəsi دیفاعی فرقهسی | |
---|---|
Qurucu | Əhməd bəy Ağaoğlu |
Quruluş tarixi | 1905 |
Xələfi | Müsavat Partiyası Müdafiə Partiyası Qarabağ Birlik Məclisi |
Baş qərargah | Bakı |
Şüar | Heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik![] |
Haqqında
1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı.
Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər.
Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi.
Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.
1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan Difai Partiyasına məxsus Bəyannamədə deyilir:
"Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnaksütun Partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik." |
Beləliklə, Difai Partiyası bu Bəyannaməsi ilə, Hüseyn Baykaranın qeyd etdiyi kimi, Azərbaycan türklərinin, eləcə də, Qafqaz müsəlmanlarının "ölüm-qalım" mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu.
Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. İlk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış millətçilərlə görüşərək orada Difai təşkilatını yaratdı.
Bu minvalla Azərbaycanın ermənilər hücum edən vilayətlərində də yaradılan Difai təşkilatının yerli şöbələri erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı. Partiyanın fəaliyyəti və rəhbərliyi barədə Tiflisdəki quberniya jandarm idarəsinə vaxtaşırı donoslar gedirdi.
Fəaliyyəti
1905–1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı "Difai" sözün əsl mənasında "Qafqazı qanlı səhnə halına salmaq" barədə verdiyi vədə əməl etdi. Gəncədə yerləşən "Cəmiyyəti-Xeyriyyə" və "Nəşri-Maarif" cəmiyyətlərinin binası qərərgaha çevrilmiş və hərəkata rəhbər seçilmişdi. Hüseyn Baykara yazır:
"Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücuma keçiləcəkdi. Bu hərəkatda əli silah tuta bilən bütün şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında hücuma keçdilər. Ermənilər törətdikləri vəhşiliklərin əvəzini gördülər..." |
Nağı bəy Şeyxzamanlı xatirələrində yazır:
"Bu hadisələrdən sonra rus idarəçiləri qorxu içində hər hərəkətlərini ölçüb-biçərək addım atırdılar, digər tərəfdən Difai Firqəsinin kimlər tərəfindən idarə olunduğunu bilmək istəyirdilər. Amma əziyyətləri boşa çıxırdı, xalqımızdan bir şey öyrənə bilməzdilər, çünki, xalq bir şey bilmirdi, bilsə də söyləməzdi. Hökumət ara-sıra axtarışlar aparırdı. Lakin, nəticə alınmırdı. Difai Firqəsinin heç bir yerdə qeydi yox idi, ancaq bir möhürü var idi. Bu möhürün kimdə olduğunu, firqəni idarə edənləri bilmirdilər. Rus idarəsi Difai Firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50 min rubl vəd etmişdi. Buna baxmayaraq, heç bir dəyişiklik olmadı, lakin rusların etdikləri zülmlər artırdı və bu səbəbdən firqə fəaliyyətini müəyyən bir vaxt üçün dayandırmaq məcburiyyətində qaldı." |
Bu barədə Rəfael Hüseynovun "Rəfibəylilər" kitabında o günlərin və hadisələrin şahidi olmuş N. Keykurunun rus idarəsinin Difai Firqəsinin bir üzvünü tapıb xəbər verənə yaxud möhürünü əldə edənə 50000 qızıl rubl vəd etdiyini, lakin vəziyyətdə heç bir dəyişiklik olmadığını söylədiyi yazılmışdır.
Difainin rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü Azərbaycan Türklərinin əlinə keçdi. Rus İmperiyasının yerli çinovnikləri artıq silahın ucunun onlara tərəf çevrildiyinin fərqinə vararaq gürcü əsilzadələrinin əli ilə müvəqqəti də olsa barışıq yarada bildilər. Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, ancaq erməniləri türklər əleyhinə təhrik ədən çar idarəsinin fitnələri davam etməkdə idi. Difai bunun da əlacını tapır: "Difai Partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər – erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları aradan götürüləcəkdi. Bu, Difai Partiyasının qərarı idi…".
Difai Firqəsinin ilk "nəhəng" qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. Gəncə qubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün Difai Partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca öldürülür. Qətlin ertəsi gününün gecəsi "Difai" firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Bu rus məmurlarında böyük qorxu yaradır. Nağı bəy Şeyxzamanlı xatirələrində yazır:
"Rus idarəsinin hər təşkilatında Difainin adamları var idi, xüsusilə də Rus Milli Təhlükəsizliyində tərcüməçi və katib Sədrəddin adında çox qiymətli bir qardaş var idi. Bir gün o qardaş Difai Firqəsinin üzvü olduğunu təxminən bilən birisinə xəbər verir ki, Molla Hadı adında bir nəfər gizli olaraq Rus Milli Təhlükəsizlik Komitəsinə gəlib və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişini otağına aparır, zənnimcə, erməni Molla Hadıya tərcüməçilik edir, xeyli qalırlar və söhbət edirlər. Difai toplantılarına ara verir, ancaq bütün qüvvələri ilə rusların nəyi təqib etdiklərini öyrənməyə çalışırlar. Digər tərəfdən Sədrəddin bəyə məsələ ilə maraqlanmasını məsləhət görürlər. Molla Hadı pusqu altına alınır. Təhqiqat nəticəsində Molla Hadının ruslara satıldığı öyrənilir. Molla Hadının qohumları araşdırılır, haradan və nə zaman Gəncəyə gəldiyi anlaşılmır. Ancaq öyrənilir ki, Molla Hadını mülki paltar geyinmiş bir polis nəfəri hər axşam evinə qədər mühafizlik edir. Gündüz vaxtı da həmin polis nəfəri onu təqib edir. Difai Firqəsi Molla Hadının qətlinə qərar verir və bir gün sonra o, öldürülür. Polislər cənazəni götürmürlər, bütün gün evində qalır. Mollalardan heç kəs cənazə namazını qılıb dəfn etməyə cəsarət göstərmirlər. Nəhayət, Molla Musa adında bir nəfər Difainin üzvü təxmin etdiyi birisinə yanaşır və deyir, "cənazə evdə qalıb. Sən izin ver, gedib namaz qılıb, dəfn etdirim". Həmin kəs hirslənərək mollaya cavab verir: "Mənə nə, niyə məndən soruşursan, kim sənə bir şey edər?!" Molla Musa bunu Difai tərəfindən izin sayaraq Molla Hadını dəfn etdirir." |
Beləliklə, Gəncədə həbsxananın imamı olan müsəlman mollası Molla Atakişi (Molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək Difainin bir nəçə üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə öldürülür. Onun cənazəsini polislər qaldırırlar, cəsədi bütün gün evində qalır. Mollalardan heç kim cənazə namazını qılıb onu dəfn eləməyə cürət etmirdi.
Difai Partiyası aqrar məsələdə mülkədar torpaqlarının əvəzsiz olaraq kəndlilərə paylanmasını nəzərdə tuturdu. Proqramda daha geniş inzibati özünüidarə, xüsusilə din və məhkəmə işlərində, gələcəkdə isə Qafqazın və Zaqafqaziyanın müsəlmanlarına muxtariyyət verilməsi məsələləri təbliğ olunurdu. Partiya təhsilin yaxşılaşdırılmasını əsas vəzifə hesab edirdi.
Difainin Mərkəzi Komitəsi Bakıda yerləşirdi. 1917-ci inqilabından sonra Kerenskinin müvəqqəti hökumətinin sərəncamına görə, hər yerdə, eləcə də Gəncədə icra komitəsinin təşkili işinə başlanılır. Difai ilk dəfə olaraq burada üzə çıxır. Nağı bəy Şeyxzamanlı yazırdı:
"Növbə siyasi partiyalara gəlmişdi… Dörd saat davam edən müzakirə sona çatmaqda idi. Bu vaxt bir erməni yerindən qalxaraq dedi: "Vətəndaşlar, bilirsinizmi ki, ermənilərin iki əsas siyasi partiyaları var – biri Daşnak, digəri Qnçak. O, Qnçak partiyasının tarixini söylədi və dedi ki, bu partiyanın məqsədi qanun və sülh içərisində yaşamaqdır (Bu təklifdən əvvəl, Azərbaycan türklərindən Türk Ədəmi-Mərkəziyyət Partiyasının nümayəndəsi, ermənilərdən isə bir nəfər Daşnak nümayəndəsinin namizədliyi qəbul edilmişdi. Ermənilər Qnçakdan da bir nəfərin icra komitəsində təmsil olunmasına çalışırdılar. Məclisə bu partiyadan da bir nəfər üzv alınsa, türklər heç bir şey itirməzlər. Hamı susurdu. Mən dördüncü cərgədə əyləşmişdim. Qabaqdakı bir yoldaşa dedim ki, sən də qalx, belə bir təklif irəli sür. Məşhur Difai Firqəsindən də bir üzv alınmasını istə və namizəd olaraq firqəni idarə edən Nağını təklif elə. O, sözümü dinlədi və dediklərimi etdi. Mən qalxdım, adımı çəkdim, ünvanım yazıldı. Yazıldı, amma erməni və türklərin gözləri məndə idi. On il çar idarəsini dəhşət və qorxu içində saxlayan gizli Difai Firqəsinin nümayəndəsini görürdülər". Təkliflər keçir. Bir həftədən sonra Kerenskidən teleqram gəlir. O, Difainin tarixini, nizamnaməsi ilə maraqlanır. Lazımi sənədlər ona göndərilir və Difai Firqəsi olaraq açıq fəaliyyətə başlanılır: "İlk iş olaraq gənclərdən ibarət şəhərin hər bir məhəlləsində Difai ocağı qurduq. Hərbi təlim və tərbiyə aparılmaqda idi. İki ay keçmədən bir hərbi qüvvə halına gələn Difai təşkilatının köməyi ilə Gəncə milli komitəsi rusların 218-ci və 219-cu ehtiyat alaylarının silahlarını alaraq əsgərlərini şəhərdən dəmir yolu vasitəsi ilə çıxartdı. Difai Firqəsi təşkilatının hərbi təlim və tərbiyələri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu" |
Şuşada ermənilər qırğın törətdikləri zaman onlara köməklik edən general Qoloşanov çarın naibi, eyni zamanda, çarın əmisi Qrandük Nikolay Nikolayeviçə raport vermək üçün Tiflisə gedir. Bu xəbəri əldə edən Difai Partiyasının Şuşadakı təşkilatı tərəfindən Hüsü adlı birisinə Tiflisdə Qoloşanovun öldürülməsi tapşırılır. Bir həftə keçməmiş bu əmr Tiflisdə yerinə yetirilir. Difaiçilər Hüsünün təhlükəsizliyini qorumaq niyyətilə onun İrana qaçmasına köməklik edirlər. Şeyxzamanlı Tiflisdə baş vermiş başqa bir qətlin tarixçəsi barədə öz "xatirələri"ndə yazır:ədə öz "xatirələri"ndə yazır:
"Bir həftə sonra Difai Firqəsi Bilal adında bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tiflisə göndərir. Həmin Kalasçapov ki, Qarabağda diviziya komandiri olaraq, diviziyada olan erməni əsgərlərinə mülki paltar geyindirərək türkləri güllələtmişdir. Bunun üçün Tiflisə göndərilən Bilal 2 gün sonra generalı küçədə öldürmüşdü və bu xəbər rus idarəçilərini narahat edirdi. Hətta Difai Firqəsinin əmri olmadan hər tərəfdə belə qətl hadisələri baş verirdi. Ancaq Difai Firqəsi qərar verdiyi ölümlərə bəraət verirdi. Difai bəyannamə yayırdı." |
Şöbələr
Gəncə
Difai Partiyasının Gəncə təşkilatının ilk sədri Məhəmmədəli Pişnamazzadə, müavini isə Ələkbər bəy Rəfibəyli idi. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Məhəmmədəli Pişnamazzadə, Yusif bəy Yusifbəyli və oğlu Həmid bəy Yusifbəyli, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan Difai Təşkilat Komitəsinin üzvləri idilər.
Difai Partiyası Gəncə təşkilatının rəhbəri Məhəmmədəli Pişnamazzadə fəaliyyətinə görə Kazan şəhərinə sürgünə göndərilir. Bundan sonra təşkilata Ələkbər bəy Rəfibəyli sədrlik edir.
Qaryagin
Qaryagin qəzasının dəftərxana rəisinin Yelizavetpol (Gəncə) qubernatoru İ. V. Mitskeviçə göndərdiyi məktubda bu partiyanın fəaliyyəti haqqında belə bir məlumat verilir ki, "Difai Partiyası öz fəaliyyətində az və ya çox dərəcədə müvəffəqiyyət qazanmış və öz mövcudluğunu bir sıra terror aktları ilə, o cümlədən, Yelizavetpol qubernatorluğunun valisi Kleşinskinin öldürülməsi və general Qoloşanova sui-qəsdlə qeyd etmişdir: bu partiyanın öz komitələri, kassası, proqramı və əhali arasında nüfuzu vardır. Bu partiya siyasi çalarına görə demokratikdir. Partiyanın tərkibinə əsasən tacirlər, kəndlilər, tələbələr və qismən də həkimlər, vəkillər daxildir. Xan və bəylər üçün partiyanın qapıları bağlı idi".
Qaryagin qəzasında "Difai" təşkilatının üzvüləri:
- A. Vəzirov
- M. Axundov
- Mirzə Əli Axundov
- Hacı Muxtar Sadıqov
- Məşədi Camal bəy Vəzirov
- Mirzə Camal Yusifzadə
- Məmmədqulu xan Cavanşir
Şuşa
Şuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ərmənilərə kömək etdiyi üçün Difainin Şuşa Komitəsinin qərarı ilə qətlə yetirilir. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə öldürülür. Sonralar Difai Partiyasının üzvlərindən bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə Türküstana sürgün edilirlər (1908).
Qarabağda (Şuşada) Difai Komitəsinin üzvləri Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqaları olmuşdur.
1907-ci ildə Difai Partiyasının qanadı Qarabağ Birlik Məclisinin fəalları kütləvi həbsə məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimovu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyovu və Məmmədcəfər Muxtarovu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarov Iran təəbəsi olduğundan onu İrana yolladılar.
Şuşa təşkilatının üzvüləri:
- Kərim bəy Mehmandarov (sədr)
- Cahangir xan Nuribəyov (sədrin köməkçisi)
- Xuduş Quliyev (katib)
- (hərbi təşkilatın rəisi)
- Muxtar bəy Muradov
- Əfrasiyab Əzimov
- İsmayıl bəy Axundov
- Mirzə Hüseyn bəy Münşizadə
- Zülfüqar bəy Haqverdiyev
- Məşədi Yusif Mirsiyabov
- Məmmədcəfər Muxtarov
- Hacı Sadıq Məmmədov
- Süleyman Əsgərov
Tərtər
Tərtərdə partiya şöbəsinə Məşədi Alim İsmayılov, Məşədi Dadaş Muradxanov, Məşədi Fərhad Vəlibəyov, Məşədi Muxtar Kərbəlayı İbad oğlu başçılıq edirdi. Şöbənin təbliğatçıları Məşədi Muxtar Zeynalov, Hacı İbrahim İsmayılov, Kərbəlayı Mahmud İsmayılov, Məşədi Rüstəm Muradxanov, Məşədi Əli Dadaşov idi.
Difai təşkilatının üzvüləri:
- Məşədi Dadaş Muradxanov
- Məşədi Şükür bəy Muradxanov
- Məşədi Rüstəm bəy Muradxanov
Möhürü
Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən Difai hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. Difainin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm mələyinin simasına dönmüşdü. "Ancaq bir həqiqət vardı ki, rus idarəsinin ən qəddar işçilərinin gözləri əməlli başlı qorxmuşdu. Beləcə rus idarəsi ilə "Difai" mücadiləsi 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımız da, "Difai" firqəsi də əmin olmuşdur ki, artıq rus idarəçiləri hər vasitə ilə özlərini xalqımıza sevdirməyə çalışırlar. Bu vaxt mən gizli təşkilatda çalışırdım. Yığıncaqlarımızın birində dostlarımızdan biri soruşdu: "Artıq "Difai" fəaliyyətini dayandırıb. Möhür saxlanırmı, yoxsa yox edilib?" Mirzə Məhəmməd dedi: "Onu yox etmərik. O möhür gələcək Azərbaycan muzeyində saxlanacaq". Beləliklə, möhürün Mirzə Məhəmməddə olduğu anlaşılır" Nağı bəy Şeyxzamanlı |
Möhürün sonrakı taleyi ilə bağlı Nağı bəy Şeyxzamanlı öz "xatirələri"ndə geniş məlumat verir. Belə ki, Sosialist İnqilabçılar Partiyasının nümayəndəsi olan Kruçkovun həbsi zamanı Mirzə Məhəmməd də tutulur və evində aparılan axtarışlar zamanı Difainin möhürü də götürülür. Axtarışa və Mirzə Məhəmmədin həbsinə səbəb Kruçkovun onunla yaxın münasibətlərdə olması idi. Mirzə rus solçusuna Azərbaycan türkcəsindən ruscaya tərcümə işlərində kömək edirdi.
Evdə axtarışın aparılması və rus milli təhlükəsizlik şöbəsi əməkdaşlarının naməlum möhür tapmaları, Difaiçiləri ciddi təhlükə altına qoyurdu. Bu zaman köməyə Təhlükəsizlik Şöbəsinin katibi, difaiçi Sədrəddin gəlir. Şeyxzamanlı və Sədrəddinin birgə qurduqları plan müvəffəqiyyətlə həyata keçirilir. Sədrəddin elə həmin gecənin səhəri Şeyxzamanlının ona verdiyi inqilabi sosialist partiyasının möhürü ilə seyfdə saxlanılan Difainin möhürünü dəyişir, izi itirmək məqsədilə möhürü sobaya atıb məhv edir. İstintaq zamanı təhlükəsizlik şöbəsinin seyfindən çıxan möhürün və sənədlərin isə Kruçkova məxsus olduğu sonuncunun özü tərəfindən təsdiqləndiyindən, Difai bu vəziyyəti öz lehinə çevirir. Mirzə Məhəmməd isə sosialist firqəsinin nümayəndəsi ilə əlaqədə olduğu üçün beş illik sürgünə göndərilir. Onun sürgün edilməsi ilə əlaqədar Gəncə gimnaziyasında boşalan müəllimlik yerinə maarif cəmiyyətindən namizədliyi irəli sürülmüş Mirzə Hüseyni rus maarif müdiri işə qəbul etmək istəməsə də, Ələkbər bəy Rəfibəylinin müdaxiləsi və Difainin təzyiqi ilə geri çəkilməli olur: "Rəfibəyli klubda maarif müdirindən gimnaziyaya Mirzə Hüseynin təyin olunmamasının səbəbini soruşmuş və tələbələrin himayədarlarının bu şəxsin təyin olunması üçün israr etdiklərini söyləmiş və demişdir ki, "Qorxuram ki, bir siyasi məsələ çıxa bilər. "Difai" firqəsi isə müdafiə edərək Mirzə Hüseynin təyin olunmasını tələb edir. Bu səbəbdən xoşagəlməz bir hadisə baş verə bilər. Siz buna mane olmalısınız, yəni Mirzə Hüseyni təyin etməlisiniz". Maarif müdiri bir müddət fikirləşdikdən sonra başqa çıxış yolu olmadığından əvvəlki fikrindən və qərarından vaz keçərək Gəncə gimnaziyasına Mirzə Hüseyni müəllim təyin edir".
Davamçıları
Difainin fəaliyyəti tezliklə Azərbaycanda yəni radikal-milliyyətçi ruhlu təşkilatların meydana gəlməsinə təkan verdi. O zaman Bakıda yaradılıb Şuşada fəaliyyət göstərən Müsəlman Xeyriyyə Cəmiyyəti və Qarabağ Birlik Məclisi təşkilatlarını buna misal göstərmək olar. Qarabağ Məclisinin başlıca komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Mehmandarov idi. Məclis yaxşı silahlanmış 400 gəncdən ibarət döyüş drujinası təşkil etmişdi. Bu təşkilatın proqramının əsas məqsədi hökumət idarələrinin boykot edilməsi, aqrar məsələ, partiyanın tələblərinə tabe olmayanların cəzalandırılmasından ibarət idi. Qarabağ Birlik Məclisi Partiyasını yaratmaqda başlıca məqsəd isə şübhəsiz ki, gələcəkdə ermənilərlə toqquşmalarda onlara layiq olduqları cavabı verməkdi. Bu partiya əhali arasında baş vermiş cinayət işlərini araşdırır, günahkarı ya cərimə edir, ya da cəzalandırırdı. Bu isə cinayət hadisələrinin və oğurluğun nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdu. 1907-ci il sentyabrın sonunda Məclisin fəaliyyəti dayandırılır. 1908-ci ildə onun Şuşa komitəsinin üzvləri həbs edilir və hökumət əleyhinə yaradılmış müsəlman partiyasında fəaliyyət göstərdiklərinə görə Həştərxana sürgün olunurlar.
1907-ci ilin may ayında korpus topoqrafı polkovnik İbrahim Vəkilov tərəfindən Tiflisdə yaradılan Müdafiə Partiyası isə Yelizavetpol quberniyasının qərb hissəsində, Borçalı və Qazaxda xeyli nüfuza malik idi. Bu partiya da Difainin proqramını qəbul etmişdi. Müdafiə kəndlilərin məişət və mədəniyyəti, onların mülkədarlara verdikləri bəhrə vergisindən azad olunması, mövcud dövlət quruluşunun devrilməsi kimi vəzifələri qarşısına məqsəd qoymuşdu. Partiyanın mərkəzi Vladiqafqazda yerləşirdi. Təşkilatın liderləri kimi tarixi sənədlərdə Ağabəy Qiyasbəyovun, İsmayıl Xan Ziyadxanovun və Cəfər Axundovun adları göstərilir. Partiyanın əsas mübarizə vasitələri maariflənmək və qüvvə tətbiq etmək idi. Bu partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdı.
Mənbə
- İlk addımlar: Gəncənin Kəpəz televiziyasında rejissoru Çinarə Əliyeva olan "Difai" və "Difai hamisi" adlı sənədli-bədii və tarixi araşdırma filmi istehsal olunub // Azərbaycan.- 2012.- 6 aprel.- S. 6.
- Azərbaycan Milli Kimliyi, Bakı-2014, "Difai partiyası: antiterror mübarizədən Cümhuriyyətə gedən yol" səh. 142–158
- Eldar Əzizov. Difai. Bakı, 2009. 2012-10-15 at the Wayback Machine
- "Difai" sənədli filmi… Rədd olsun xalqın və millətin düşmənləri.
- "Difai hamisi" sənədli filmi…Axund Molla Məhəmməd Pişnamazzadə
İstinadlar
- Hüseyn Baykara, Azərbaycan İstiqlal Mübarizəsi Tarixi, B., 1992, səh. 124
- N. Şeyxzamanlı. Azərbaycan İstiqlal Mücadiləsi xatirələri, B., 1997, səh.21
- N. Şeyxzamanlı. Azərbaycan İstiqlal Mücadiləsi xatirələri, B., 1997, səh. 26
- N. Şeyxzamanlı. Azərbaycan İstiqlal Mücadiləsi xatirələri, B., 1997, səh.27
- N. Şeyxzamanlı. Azərbaycan İstiqlal Mücadiləsi xatirələri, B., 1997, səh. 20
- N. Şeyxzamanlı. Azərbaycan İstiqlal Mücadiləsi xatirələri, B., 1997, səh.20
- N. Şeyxzamanlı. Azərbaycan İstiqlal Mücadiləsi xatirələri, B., 1997, səh.24
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Difai partiyasi Difai firqesi az ebced دیفاعی فرقهسی ve ya sadece Difai az ebced دیفاعی 1905 ci ilde Bakida ve Gencede Dasnaksutun partiyasinin terrorizmine ve car istibdadina qarsi mubarize aparmaq ucun yaradilan siyasi teskilat Difai firqesi دیفاعی فرقهسیQurucu Ehmed bey AgaogluQurulus tarixi 1905Xelefi Musavat Partiyasi Mudafie Partiyasi Qarabag Birlik MeclisiBas qerargah BakiSuar Hec bir vaxt biz oz milletimizin bedbextliyi uzerinde ermeni milletinin seadet ve xosbextlik qurmasina yol vermerik menbe gosterin HaqqindaBaki kucesinde oldurulmus azerbaycanli 7 oktyabr 1905 ci il 1905 ci ilde bas veren Birinci Rus Inqilabi neticesinde Rusiyanin erazisinde milliyetci herekatlar feallasmisdi Inqilab Qafqaza da tesir gostermisdi Dumada qurulmus Muselman fraksiyasini esasen azerbaycan turk menseli siyasi xadimler temsil edir Rusiya muselmanlarinin problemlerini gundeme qaldirirdi Rusiya ermeni dasnaklarini silahlandirir ve onlari Azerbaycan turk ehaliye qarsi yoneldirdi Dasnaklar Irevan Naxcivan Ordubad Qarabag Gence Baki ve Sirvanda yasayan silahsiz dinc Azerbaycan turklerine hucum edir vehsilikler toredir ve onlarin mal mulkunu qaret edirdiler Azerbaycan ziyalilari dasnaklarla mubarize aparmaq ucun cemiyyetler qururdular Bele cemiyyetlerden birini 1905 ci ilde Baki seherinde Ehmed bey Agaoglu yaratmisdi Fedai adlanan bu teskilat gizli fealiyyet gosterirdi Huseyn Baykara Fedai cemiyyetinin fealiyyeti neticesinde ermenilerin turklere qarsi toretdikleri qirginin qarsisi mueyyen derecede ve muxtelif vasitelerle alindigini yazirdi 1912 ci il 16 mart tarixinde Qafqaz canisinliyinin arxivinden tapilmis ve hal hazirda Bakida yerlesen arxivde muhafize edilmekde olan Difai Partiyasina mexsus Beyannamede deyilir Mutesekkil herbi quvveye malik eyni zamanda yeni silahlarla hetta toplarla techiz edilmis Dasnaksutun Partiyasi bir terefden silah gucune butun ermenileri diger terefden de Qafqaz hokumetini ozune tabe edib en umde meqsedlerine nail olmaga calisir Onlarin esas meqsedleri Qafqazda yasayan butun muselmanlari qirdiqdan sonra onlarin torpaqlarini isgal etmekdir Ermeniler meqsedlerine nail olduqdan sonra fikirleri Qafqazda ermeni xalqi ucun milli musteqil bir dovlet yaratmaqdir Bizim Partiyamizin esas meqsedi Qafqazda yasayan butun xalqlar arasinda semimi qardasliq ve birlik yaratmaqdir Hergah Dasnak Partiyasi namus ve semimiyyetle oz hereket ve fealiyyetlerinin heqiqi proqramini askar soylerse eger bu proqram Qafqazda yasayan butun milletlerin azadliq ve musteqilliyine xelel getirmirse o zaman biz oz birlik elimizi hemise ona uzatmaga haziriq Eksine evveller oldugu kimi muselmanlarin uzerine xain ve qeddarcasina hucumlar ederse bizden layiqli cavab alar ve Qafqaz basdan basa bitmez tukenmez bir qanli sehne haline duser Dasnak partiyasi emin olsun ki hec bir vaxt biz oz milletimizin bedbextliyi uzerinde ermeni milletinin seadet ve xosbextlik qurmasina yol vermerik Belelikle Difai Partiyasi bu Beyannamesi ile Huseyn Baykaranin qeyd etdiyi kimi Azerbaycan turklerinin elece de Qafqaz muselmanlarinin olum qalim mubarizesini aciqca ortaya qoyaraq oz siyasi platformasini elan etmis oldu Ehmed bey Azerbaycanin vilayetlerini dolasmaga basladi Ilk olaraq o Azerbaycanin ikinci paytaxti sayilan Genceye yola dusdu Gencede taninmis milletcilerle goruserek orada Difai teskilatini yaratdi Bu minvalla Azerbaycanin ermeniler hucum eden vilayetlerinde de yaradilan Difai teskilatinin yerli sobeleri ermeni silahli destelerine qarsi mubarizeye basladi Partiyanin fealiyyeti ve rehberliyi barede Tiflisdeki quberniya jandarm idaresine vaxtasiri donoslar gedirdi Fealiyyeti1905 1906 ci illerde Gencede bas vermis ermeni turk qarsidurmasi zamani Difai sozun esl menasinda Qafqazi qanli sehne halina salmaq barede verdiyi vede emel etdi Gencede yerlesen Cemiyyeti Xeyriyye ve Nesri Maarif cemiyyetlerinin binasi qerergaha cevrilmis ve herekata rehber secilmisdi Huseyn Baykara yazir Eks hucum gece qaranliq dusenden sonra baslayacaqdi ermeni kendleri ve mehelleleri dagliq terefden ehateye alinaraq hucuma kecilecekdi Bu herekatda eli silah tuta bilen butun seher camaati ve daglardan enerek komeye gelen Deli Alinin silahli destesi Elekber beyin rehberliyi altinda hucuma kecdiler Ermeniler toretdikleri vehsiliklerin evezini gorduler Nagi bey Seyxzamanli xatirelerinde yazir Bu hadiselerden sonra rus idarecileri qorxu icinde her hereketlerini olcub bicerek addim atirdilar diger terefden Difai Firqesinin kimler terefinden idare olundugunu bilmek isteyirdiler Amma eziyyetleri bosa cixirdi xalqimizdan bir sey oyrene bilmezdiler cunki xalq bir sey bilmirdi bilse de soylemezdi Hokumet ara sira axtarislar aparirdi Lakin netice alinmirdi Difai Firqesinin hec bir yerde qeydi yox idi ancaq bir mohuru var idi Bu mohurun kimde oldugunu firqeni idare edenleri bilmirdiler Rus idaresi Difai Firqesinin bir uzvunu tapib xeber verene ve yaxud mohuru elde edene 50 min rubl ved etmisdi Buna baxmayaraq hec bir deyisiklik olmadi lakin ruslarin etdikleri zulmler artirdi ve bu sebebden firqe fealiyyetini mueyyen bir vaxt ucun dayandirmaq mecburiyyetinde qaldi Bu barede Refael Huseynovun Refibeyliler kitabinda o gunlerin ve hadiselerin sahidi olmus N Keykurunun rus idaresinin Difai Firqesinin bir uzvunu tapib xeber verene yaxud mohurunu elde edene 50000 qizil rubl ved etdiyini lakin veziyyetde hec bir deyisiklik olmadigini soylediyi yazilmisdir Difainin rehberliyi altinda aparilan emeliyyatlar neticesinde Qarabag Baki ve Samaxi vilayetlerinde de doyus tesebbusu Azerbaycan Turklerinin eline kecdi Rus Imperiyasinin yerli cinovnikleri artiq silahin ucunun onlara teref cevrildiyinin ferqine vararaq gurcu esilzadelerinin eli ile muveqqeti de olsa barisiq yarada bildiler Her iki terefde nisbi sakitlik yarandi Lakin 1905 ci il inqilabinin getirdiyi heyecanlar davam edirdi Artiq ermenilerle turkler arasinda barisiq emele gelmisdi ancaq ermenileri turkler eleyhine tehrik eden car idaresinin fitneleri davam etmekde idi Difai bunun da elacini tapir Difai Partiyasinin rehberleri bu meseleni de muzakire etdiler ermenileri turklere qarsi tehrik eden rus idaresinin yuksek vezifeli memurlari aradan goturulecekdi Bu Difai Partiyasinin qerari idi Difai Firqesinin ilk neheng qurbani Gence qubernatorunun musaviri Krescinski olur Gence qubernatorunun musaviri Krescinski Susada oldugu zaman ermenilere komeklik etmisdi Krescinskini oldurmek ucun Difai Partiyasi Gence teskilatinin uzvleri oz aralarinda pusk atirlar ve pusk Gencenin Topalhesen kendinin sakini Semede dusur Krescinski cox kecmir ki Gencede ele oz evinin qabagindaca oldurulur Qetlin ertesi gununun gecesi Difai firqesinin mohuruyle divarlara beyannameler yapisdirilir Bu rus memurlarinda boyuk qorxu yaradir Nagi bey Seyxzamanli xatirelerinde yazir Rus idaresinin her teskilatinda Difainin adamlari var idi xususile de Rus Milli Tehlukesizliyinde tercumeci ve katib Sedreddin adinda cox qiymetli bir qardas var idi Bir gun o qardas Difai Firqesinin uzvu oldugunu texminen bilen birisine xeber verir ki Molla Hadi adinda bir nefer gizli olaraq Rus Milli Tehlukesizlik Komitesine gelib ve bes deqiqe sonra tanimadigim bir ermeni mufettisini otagina aparir zennimce ermeni Molla Hadiya tercumecilik edir xeyli qalirlar ve sohbet edirler Difai toplantilarina ara verir ancaq butun quvveleri ile ruslarin neyi teqib etdiklerini oyrenmeye calisirlar Diger terefden Sedreddin beye mesele ile maraqlanmasini meslehet gorurler Molla Hadi pusqu altina alinir Tehqiqat neticesinde Molla Hadinin ruslara satildigi oyrenilir Molla Hadinin qohumlari arasdirilir haradan ve ne zaman Genceye geldiyi anlasilmir Ancaq oyrenilir ki Molla Hadini mulki paltar geyinmis bir polis neferi her axsam evine qeder muhafizlik edir Gunduz vaxti da hemin polis neferi onu teqib edir Difai Firqesi Molla Hadinin qetline qerar verir ve bir gun sonra o oldurulur Polisler cenazeni goturmurler butun gun evinde qalir Mollalardan hec kes cenaze namazini qilib defn etmeye cesaret gostermirler Nehayet Molla Musa adinda bir nefer Difainin uzvu texmin etdiyi birisine yanasir ve deyir cenaze evde qalib Sen izin ver gedib namaz qilib defn etdirim Hemin kes hirslenerek mollaya cavab verir Mene ne niye menden sorusursan kim sene bir sey eder Molla Musa bunu Difai terefinden izin sayaraq Molla Hadini defn etdirir Belelikle Gencede hebsxananin imami olan muselman mollasi Molla Atakisi Molla Hedi rus gizli polisine xefiyyecilik ederek Difainin bir nece uzvunu ele verdiyi ucun partiyanin qerari ile oldurulur Onun cenazesini polisler qaldirirlar cesedi butun gun evinde qalir Mollalardan hec kim cenaze namazini qilib onu defn elemeye curet etmirdi Difai firqesinin Naxcivan qezasinin reisi polkovnik Engelin oldurulmesi haqqinda yaydigi bildiris vereqesi 1906 Difai Partiyasi aqrar meselede mulkedar torpaqlarinin evezsiz olaraq kendlilere paylanmasini nezerde tuturdu Proqramda daha genis inzibati ozunuidare xususile din ve mehkeme islerinde gelecekde ise Qafqazin ve Zaqafqaziyanin muselmanlarina muxtariyyet verilmesi meseleleri teblig olunurdu Partiya tehsilin yaxsilasdirilmasini esas vezife hesab edirdi Difainin Merkezi Komitesi Bakida yerlesirdi 1917 ci inqilabindan sonra Kerenskinin muveqqeti hokumetinin serencamina gore her yerde elece de Gencede icra komitesinin teskili isine baslanilir Difai ilk defe olaraq burada uze cixir Nagi bey Seyxzamanli yazirdi Novbe siyasi partiyalara gelmisdi Dord saat davam eden muzakire sona catmaqda idi Bu vaxt bir ermeni yerinden qalxaraq dedi Vetendaslar bilirsinizmi ki ermenilerin iki esas siyasi partiyalari var biri Dasnak digeri Qncak O Qncak partiyasinin tarixini soyledi ve dedi ki bu partiyanin meqsedi qanun ve sulh icerisinde yasamaqdir Bu teklifden evvel Azerbaycan turklerinden Turk Edemi Merkeziyyet Partiyasinin numayendesi ermenilerden ise bir nefer Dasnak numayendesinin namizedliyi qebul edilmisdi Ermeniler Qncakdan da bir neferin icra komitesinde temsil olunmasina calisirdilar Meclise bu partiyadan da bir nefer uzv alinsa turkler hec bir sey itirmezler Hami susurdu Men dorduncu cergede eylesmisdim Qabaqdaki bir yoldasa dedim ki sen de qalx bele bir teklif ireli sur Meshur Difai Firqesinden de bir uzv alinmasini iste ve namized olaraq firqeni idare eden Nagini teklif ele O sozumu dinledi ve dediklerimi etdi Men qalxdim adimi cekdim unvanim yazildi Yazildi amma ermeni ve turklerin gozleri mende idi On il car idaresini dehset ve qorxu icinde saxlayan gizli Difai Firqesinin numayendesini gorurduler Teklifler kecir Bir hefteden sonra Kerenskiden teleqram gelir O Difainin tarixini nizamnamesi ile maraqlanir Lazimi senedler ona gonderilir ve Difai Firqesi olaraq aciq fealiyyete baslanilir Ilk is olaraq genclerden ibaret seherin her bir mehellesinde Difai ocagi qurduq Herbi telim ve terbiye aparilmaqda idi Iki ay kecmeden bir herbi quvve halina gelen Difai teskilatinin komeyi ile Gence milli komitesi ruslarin 218 ci ve 219 cu ehtiyat alaylarinin silahlarini alaraq esgerlerini seherden demir yolu vasitesi ile cixartdi Difai Firqesi teskilatinin herbi telim ve terbiyeleri rus esgerlerini hetta ermenileri de qorxudurdu Susada ermeniler qirgin toretdikleri zaman onlara komeklik eden general Qolosanov carin naibi eyni zamanda carin emisi Qranduk Nikolay Nikolayevice raport vermek ucun Tiflise gedir Bu xeberi elde eden Difai Partiyasinin Susadaki teskilati terefinden Husu adli birisine Tiflisde Qolosanovun oldurulmesi tapsirilir Bir hefte kecmemis bu emr Tiflisde yerine yetirilir Difaiciler Husunun tehlukesizliyini qorumaq niyyetile onun Irana qacmasina komeklik edirler Seyxzamanli Tiflisde bas vermis basqa bir qetlin tarixcesi barede oz xatireleri nde yazir ede oz xatireleri nde yazir Bir hefte sonra Difai Firqesi Bilal adinda bir qarabaglini general Kalascapovu oldurmek ucun Tiflise gonderir Hemin Kalascapov ki Qarabagda diviziya komandiri olaraq diviziyada olan ermeni esgerlerine mulki paltar geyindirerek turkleri gulleletmisdir Bunun ucun Tiflise gonderilen Bilal 2 gun sonra generali kucede oldurmusdu ve bu xeber rus idarecilerini narahat edirdi Hetta Difai Firqesinin emri olmadan her terefde bele qetl hadiseleri bas verirdi Ancaq Difai Firqesi qerar verdiyi olumlere beraet verirdi Difai beyanname yayirdi SobelerGence Difai Partiyasinin Gence teskilatinin ilk sedri Mehemmedeli Pisnamazzade muavini ise Elekber bey Refibeyli idi Elekber bey Xasmemmedov ve qardasi Elesger bey Xasmemmedov doktor Hesen bey Agayev Elekber bey Refibeyli Seyxulislam Mehemmedeli Pisnamazzade Yusif bey Yusifbeyli ve oglu Hemid bey Yusifbeyli gimnaziyada din muellimi isleyen Mirze Mehemmed Axundzade muellim Mirze Cavad genc muellimlerden Idris Axundzade ve basqalari Gencede tesis olunan Difai Teskilat Komitesinin uzvleri idiler Difai Partiyasi Gence teskilatinin rehberi Mehemmedeli Pisnamazzade fealiyyetine gore Kazan seherine surgune gonderilir Bundan sonra teskilata Elekber bey Refibeyli sedrlik edir Qaryagin Qaryagin qezasinin defterxana reisinin Yelizavetpol Gence qubernatoru I V Mitskevice gonderdiyi mektubda bu partiyanin fealiyyeti haqqinda bele bir melumat verilir ki Difai Partiyasi oz fealiyyetinde az ve ya cox derecede muveffeqiyyet qazanmis ve oz movcudlugunu bir sira terror aktlari ile o cumleden Yelizavetpol qubernatorlugunun valisi Klesinskinin oldurulmesi ve general Qolosanova sui qesdle qeyd etmisdir bu partiyanin oz komiteleri kassasi proqrami ve ehali arasinda nufuzu vardir Bu partiya siyasi calarina gore demokratikdir Partiyanin terkibine esasen tacirler kendliler telebeler ve qismen de hekimler vekiller daxildir Xan ve beyler ucun partiyanin qapilari bagli idi Qaryagin qezasinda Difai teskilatinin uzvuleri A Vezirov M Axundov Mirze Eli Axundov Haci Muxtar Sadiqov Mesedi Camal bey Vezirov Mirze Camal Yusifzade Memmedqulu xan CavansirSusa Susada xalq arasinda deli sudya adi ile taninan rus herbi mehkemesinin prokuroru Lunyakin ermenilere komek etdiyi ucun Difainin Susa Komitesinin qerari ile qetle yetirilir Gencedeki polis reisi Bannikov Terterdeki polis reisi Felikinski de eyni sebebden partiyanin qerari ile oldurulur Sonralar Difai Partiyasinin uzvlerinden bezileri Stolipinin irtica illerinde hebs olunur bezileri ise Turkustana surgun edilirler 1908 Qarabagda Susada Difai Komitesinin uzvleri Necefqulu aga Cavansir Mircabbar aga Agamirov Seyid Miris Agamirov Efrasiyab Ezimov Ali kisi Isfendiyar Alpouti Zerger Memis ve basqalari olmusdur 1907 ci ilde Difai Partiyasinin qanadi Qarabag Birlik Meclisinin feallari kutlevi hebse meruz qaldilar Martin 23 ve 24 de Huseyn Munsiyevi Efrasiyab Ezimovu Mesedi Samil Haciyevi Zulfuqar bey Haqverdiyevi Xudus Quliyevi Kazim bey Kazimbeyovu ve Memmedcefer Muxtarovu Susa hebsxanasina saldilar Tutulanlarin hamisini Hesterxan quberniyasina surgun etdiler Memmedcefer Muxtarov Iran teebesi oldugundan onu Irana yolladilar Susa teskilatinin uzvuleri Kerim bey Mehmandarov sedr Cahangir xan Nuribeyov sedrin komekcisi Xudus Quliyev katib herbi teskilatin reisi Muxtar bey Muradov Efrasiyab Ezimov Ismayil bey Axundov Mirze Huseyn bey Munsizade Zulfuqar bey Haqverdiyev Mesedi Yusif Mirsiyabov Memmedcefer Muxtarov Haci Sadiq Memmedov Suleyman EsgerovTerter Terterde partiya sobesine Mesedi Alim Ismayilov Mesedi Dadas Muradxanov Mesedi Ferhad Velibeyov Mesedi Muxtar Kerbelayi Ibad oglu basciliq edirdi Sobenin tebligatcilari Mesedi Muxtar Zeynalov Haci Ibrahim Ismayilov Kerbelayi Mahmud Ismayilov Mesedi Rustem Muradxanov Mesedi Eli Dadasov idi Difai teskilatinin uzvuleri Mesedi Dadas Muradxanov Mesedi Sukur bey Muradxanov Mesedi Rustem bey MuradxanovMohuruAzerbaycan turklerine dusmen kesilmis memurlarin oldurulmesini birbasa uzerine goturen Difai her bele qetlden sonra mesuliyyeti oz uzerine goturmekle yanasi oz mohuru ile beyannamede yayirdi Difainin mohuru Azerbaycan turku ucun bir intiqam gunesine bu milletin qanini icmeye hazir olan yadelli memurlar ucun ise olum meleyinin simasina donmusdu Ancaq bir heqiqet vardi ki rus idaresinin en qeddar iscilerinin gozleri emelli basli qorxmusdu Belece rus idaresi ile Difai mucadilesi 1906 ci ilden 1909 cu ilin ortalarina qeder davam etdi Xalqimiz da Difai firqesi de emin olmusdur ki artiq rus idarecileri her vasite ile ozlerini xalqimiza sevdirmeye calisirlar Bu vaxt men gizli teskilatda calisirdim Yigincaqlarimizin birinde dostlarimizdan biri sorusdu Artiq Difai fealiyyetini dayandirib Mohur saxlanirmi yoxsa yox edilib Mirze Mehemmed dedi Onu yox etmerik O mohur gelecek Azerbaycan muzeyinde saxlanacaq Belelikle mohurun Mirze Mehemmedde oldugu anlasilir Nagi bey Seyxzamanli Mohurun sonraki taleyi ile bagli Nagi bey Seyxzamanli oz xatireleri nde genis melumat verir Bele ki Sosialist Inqilabcilar Partiyasinin numayendesi olan Kruckovun hebsi zamani Mirze Mehemmed de tutulur ve evinde aparilan axtarislar zamani Difainin mohuru de goturulur Axtarisa ve Mirze Mehemmedin hebsine sebeb Kruckovun onunla yaxin munasibetlerde olmasi idi Mirze rus solcusuna Azerbaycan turkcesinden ruscaya tercume islerinde komek edirdi Evde axtarisin aparilmasi ve rus milli tehlukesizlik sobesi emekdaslarinin namelum mohur tapmalari Difaicileri ciddi tehluke altina qoyurdu Bu zaman komeye Tehlukesizlik Sobesinin katibi difaici Sedreddin gelir Seyxzamanli ve Sedreddinin birge qurduqlari plan muveffeqiyyetle heyata kecirilir Sedreddin ele hemin gecenin seheri Seyxzamanlinin ona verdiyi inqilabi sosialist partiyasinin mohuru ile seyfde saxlanilan Difainin mohurunu deyisir izi itirmek meqsedile mohuru sobaya atib mehv edir Istintaq zamani tehlukesizlik sobesinin seyfinden cixan mohurun ve senedlerin ise Kruckova mexsus oldugu sonuncunun ozu terefinden tesdiqlendiyinden Difai bu veziyyeti oz lehine cevirir Mirze Mehemmed ise sosialist firqesinin numayendesi ile elaqede oldugu ucun bes illik surgune gonderilir Onun surgun edilmesi ile elaqedar Gence gimnaziyasinda bosalan muellimlik yerine maarif cemiyyetinden namizedliyi ireli surulmus Mirze Huseyni rus maarif mudiri ise qebul etmek istemese de Elekber bey Refibeylinin mudaxilesi ve Difainin tezyiqi ile geri cekilmeli olur Refibeyli klubda maarif mudirinden gimnaziyaya Mirze Huseynin teyin olunmamasinin sebebini sorusmus ve telebelerin himayedarlarinin bu sexsin teyin olunmasi ucun israr etdiklerini soylemis ve demisdir ki Qorxuram ki bir siyasi mesele cixa biler Difai firqesi ise mudafie ederek Mirze Huseynin teyin olunmasini teleb edir Bu sebebden xosagelmez bir hadise bas vere biler Siz buna mane olmalisiniz yeni Mirze Huseyni teyin etmelisiniz Maarif mudiri bir muddet fikirlesdikden sonra basqa cixis yolu olmadigindan evvelki fikrinden ve qerarindan vaz kecerek Gence gimnaziyasina Mirze Huseyni muellim teyin edir DavamcilariEsas meqaleler Mudafie Partiyasi ve Qarabag Birlik Meclisi Partiyasi Difainin fealiyyeti tezlikle Azerbaycanda yeni radikal milliyyetci ruhlu teskilatlarin meydana gelmesine tekan verdi O zaman Bakida yaradilib Susada fealiyyet gosteren Muselman Xeyriyye Cemiyyeti ve Qarabag Birlik Meclisi teskilatlarini buna misal gostermek olar Qarabag Meclisinin baslica komitesi Susada yerlesirdi Onun sedri Kerim bey Mehmandarov idi Meclis yaxsi silahlanmis 400 gencden ibaret doyus drujinasi teskil etmisdi Bu teskilatin proqraminin esas meqsedi hokumet idarelerinin boykot edilmesi aqrar mesele partiyanin teleblerine tabe olmayanlarin cezalandirilmasindan ibaret idi Qarabag Birlik Meclisi Partiyasini yaratmaqda baslica meqsed ise subhesiz ki gelecekde ermenilerle toqqusmalarda onlara layiq olduqlari cavabi vermekdi Bu partiya ehali arasinda bas vermis cinayet islerini arasdirir gunahkari ya cerime edir ya da cezalandirirdi Bu ise cinayet hadiselerinin ve ogurlugun nezerecarpacaq derecede azalmasina sebeb olmusdu 1907 ci il sentyabrin sonunda Meclisin fealiyyeti dayandirilir 1908 ci ilde onun Susa komitesinin uzvleri hebs edilir ve hokumet eleyhine yaradilmis muselman partiyasinda fealiyyet gosterdiklerine gore Hesterxana surgun olunurlar 1907 ci ilin may ayinda korpus topoqrafi polkovnik Ibrahim Vekilov terefinden Tiflisde yaradilan Mudafie Partiyasi ise Yelizavetpol quberniyasinin qerb hissesinde Borcali ve Qazaxda xeyli nufuza malik idi Bu partiya da Difainin proqramini qebul etmisdi Mudafie kendlilerin meiset ve medeniyyeti onlarin mulkedarlara verdikleri behre vergisinden azad olunmasi movcud dovlet qurulusunun devrilmesi kimi vezifeleri qarsisina meqsed qoymusdu Partiyanin merkezi Vladiqafqazda yerlesirdi Teskilatin liderleri kimi tarixi senedlerde Agabey Qiyasbeyovun Ismayil Xan Ziyadxanovun ve Cefer Axundovun adlari gosterilir Partiyanin esas mubarize vasiteleri maariflenmek ve quvve tetbiq etmek idi Bu partiya oz fealiyyetini 1909 cu ilde dayandirmisdi MenbeIlk addimlar Gencenin Kepez televiziyasinda rejissoru Cinare Eliyeva olan Difai ve Difai hamisi adli senedli bedii ve tarixi arasdirma filmi istehsal olunub Azerbaycan 2012 6 aprel S 6 Azerbaycan Milli Kimliyi Baki 2014 Difai partiyasi antiterror mubarizeden Cumhuriyyete geden yol seh 142 158 Eldar Ezizov Difai Baki 2009 2012 10 15 at the Wayback Machine Difai senedli filmi Redd olsun xalqin ve milletin dusmenleri Difai hamisi senedli filmi Axund Molla Mehemmed PisnamazzadeIstinadlar Huseyn Baykara Azerbaycan Istiqlal Mubarizesi Tarixi B 1992 seh 124 N Seyxzamanli Azerbaycan Istiqlal Mucadilesi xatireleri B 1997 seh 21 N Seyxzamanli Azerbaycan Istiqlal Mucadilesi xatireleri B 1997 seh 26 N Seyxzamanli Azerbaycan Istiqlal Mucadilesi xatireleri B 1997 seh 27 N Seyxzamanli Azerbaycan Istiqlal Mucadilesi xatireleri B 1997 seh 20 N Seyxzamanli Azerbaycan Istiqlal Mucadilesi xatireleri B 1997 seh 20 N Seyxzamanli Azerbaycan Istiqlal Mucadilesi xatireleri B 1997 seh 24Hemcinin baxMudafie Partiyasi Ermeni azerbaycanli qirginlari 1905 1906