Bu məqalə Azərbaycanlı şair, publisist haqqındadır. Teymuri sultanı və şair üçün Sultan Hüseyn Bayqara səhifəsinə baxın. |
Hüseyn Baykara (azərb. Qara Hüseynbəyli; d. 1904 Rusiya İmperiyası, Yelizavetpol quberniyası, Şuşa - ö. 1 iyul 1984, Türkiyə, Kayseri) — Azərbaycanlı araşdırmaçı-tədqiqatçı publisist, şair.
Qara Hüseynbəyli | |
---|---|
Digər adı | Hüseyn Baykara |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Türkiyə, Kayseri |
Dəfn yeri | İstanbul |
Uşaqları | Orxan, Surxay Şirinbəyov, Mina, Gülkent Şirinbəyova |
Atası | Nəsir bəy Şirinbəyov |
Anası | Mina Şirinbəyova |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | ədəbiyyat nəzəriyyəsi |
Həyatı
Qаrа Hüseynbəyli 1904-cü ildə Şuşada məşhur ailəsində anadan olub. Anası Mina xanım Həsən bəy Şirinbəyovun qızı, atası Hüseyn bəy Hüseynbəyovun oğlu olub. Ulu babası isə Şirin bəy Ənnağıoğlu olub. 1830-cu ildə rus mənbələrə əsasən, Şuşada 56 bəy ailəsi olub, bunlardan biri də Şirinbəyovlar və ya Kavalerli Şirinbəyovlar idi. Nəsir bəy Hüseynbəyovun 3 oğlu, 5 qızı olub. Böyük oğlu Bahadur 1918-ci ildə rus-türk müharibəsində türklər tərəfdə vuruşaraq həlak olub. İkinci oğlu Surxay filoloq olub, Qazax seminariyasında işləyib. Qızlarının adları Firəngiz, Uruh, Texu, Rəna, Sərəncam olub.
Təhsili
Məhəmməd Əmin Rəsulzadənin baş redaktoru olduğu və İstanbulda yayımlanan "Odlar Yurdu" jurnalının 19-cu sayında "Bu il məzun olanlar" başlıqlı xəbər yayımlanıb. Xəbərdə 1930-cu ildə Türkiyədə təhsil alan tələbələr haqqında qısa məlumat verilib:
Bu il azərbaycanlı gənclərdən Baykara Hüseyn bəy Ankara Hüquq fakültəsindən, Rüstəmbəyli Şükrü, Tofiq Rahim bəylər İstanbul oğlan liseyindən və Zeynalzadə Hakimə xanım İstanbul qız liseyindən məzun olublar. Məzunlardan Baykara bəy Diyarbəkir vilayəti Osmaniyyə qəzası prokurorluğuna təyin edilib. Şükrü bəy də yaxınlarda təhsil üçün Avropaya gedəcək. Hakimə xanımın hökumət hesabına Avropaya göndərilicəyi söylənməkdədir. Məzun vətəndaşlarımızı bu münasibətlə təbrik edir, müvəffəqiyyətlər diləyirik. |
Hüseyn Baykara 1927-ci ildə mühacirətə getdiyi ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyurdu.
Fəaliyyəti
1923-cü il
Hüseyn Baykara bolşeviklər əleyhinə mübarizəyə gənclik illərindən başlamışdır. O, 1923-cü ilin sonlarında həbs edilmiş və həbsxanada şair Əhməd Cavadla məhbəs yoldaşı olmuşdur:
Şeirlərini oxuduğum və sevdiyim bu şairi "ÇeKa" tərəfindən tutulduğum 1923-cü ilin sonunda Bakının Staro-Politseyski küçəsində yerləşən həbsxanada tanıdım. O da həbs edilmişdi. Onuna bir neçə ay hücrə dostu oldum. Orada bizə kitab, dəftər, qələm vermirdilər. Necə oldusa, mənim əlimə üç sm. ölçüsündə bir karandaşın ucu keçdi. Bu qələmlə Ə.Cavadın "ÇeKa" şeirlərini divara yazır, əzbərləyirdim. Bir gün nəzarətçi Nikolay məni pəncərənin deşiyindən güdmüş, divara nəsə yazdığımı görmüşdü. Bir də gördük ki, qapını açdı, divara yazılan yazıları bir taxta parçasıyla sildi. Cavadın 4-5 şeiri beləcə unuduldu, itdi. Bu hadisədən sonra yazdığı iki şeirini əzbərlədim. Bu şeirlər "Ay ellər" və "Neyləyim" başlıqlı idi. |
Qara Hüseynbəylinin həbsi haqqında məlumat mühacirətdə çap olunan "Yeni Kafkasya" jurnalında da qeyd olunmuşdur. Jurnalın 45-ci sayında yayımlanan "Azərbaycan həbsləri haqqında yeni təfsilat" adlı xəbərdə həbs olunanlar siyahısında onun da adı var.
Həbs hadisəsindən bir neçə il sonra Hüseyn Baykara dostlarına mühacirətə getməyi təklif etmiş, lakin bu təklif etrazla qarşılanmışdır. Bu hadisəylə bağlı o, kitabında yazır:
Bu həbsdən sonra Əhməd Cavad Azərbaycan kommunistlərinin müdaxiləsi ilə, mən isə bir təsadüf nəticəsində qurtuldum. (Ə.Cavadın çıxarılmasına kömək edən kommunistlər sonradan Stalin tərəfindən güllələndi). Mən bəzən onu evində ziyarət edirdim. Bir gün təsadüfən Ə.Cavadla, gizli milli istiqlal komitəsinin rəhbəri Dadaş Həsənzadə və liderlərdən Rəhim bəy Vəkili ilə görüşdük. Uzun söhbətdən sonra mən gizli komitənin tanınmış üzvlərindən bir qisminin Azərbaycanın xaricinə çıxmasını təklif etdim. Azərbaycan istiqlal mücadiləsinin hər üç lideri də mənim bu təklifimə qarşı çıxdılar və dedilər: "Mən xarici ölkəyə gedim, sən get, o biri də getsin, bəs bu bədbəxt və talesiz günləri bu millətlə kim paylaşsın? |
Mühacirətdə olduğu illər
Hüseyn Baykaranın tələbələr qarşısında tez-tez Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çıxış etməsi bolşeviklərin xoşuna gəlməmiş və o, təqiblərə məruz qalmışdı. 1927-ci ildə dostlarından biri Hüseyn Baykaraya universitet tələbələrinin Novruz bayramı ilə keçiriləcək tədbirdə bolşevik casuslarının onu tutacaqlarını xəbər vermiş, H.Baykara da NKVD-çilərin əlinə keçməmək üçün 1927-ci ildə əvvəlcə İrana, sonra isə Türkiyəyə gеtmişdir.
Hüseyn Baykaranın qardaşı Surxay Şirinbəyov da fəal mübarizlərdən olmuşdur. Surxay Şirinbəyov o zamanki Azərbaycan Pedaqoji İnstitutunu bitirmiş və Qazax gimnaziyasında dərs demişdir. Siyasi düşüncələrinə görə o, 10 illiyə "SLON"a (Slovetsk xüsusi təyinatlı düşərgəsi) göndərilir. Solovetsk düşərgəsindən dönəndən sonra Surxay Şirinbəyova Bakıda məskunlaşmağa icazə verilmədiyindən Qazaxıstana köçür. O, dəfələrlə qardaşını tapmağa cəhd etmiş, lakin alınmamışdır. Surxay Şirinbəyov 1956-cı ildə yük maşının altında qalaraq vəfat etmişdir. O, Almatıda dəfn edilmişdir.
İstabula gələn Qara Hüseynbəyli burada Hüseyn Baykara adı ilə yaşamış və İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra bir müddət Elazığda hakim işləmiş, İstanbula döndükdən sonra isə burada prokuror vəzifəsində çalışmışdır.
Ədəbi fəaliyyəti
Mühacirətdə olduğu illərdə hüquqşünaslıqla yanaşı, ədəbi fəaliyyətini də dayandırmamış, mətbuatda elmi, publisistik məqalələrlə çıxış etmişdir. Onun "Azərbaycanda erməni basqısı və Naxçıvan məsələsi", "Azərbaycan istiqlalının 50 illiyi dolayısı ilə", "Azərbaycan cümhuriyyətinin iki hərbi zəfəri", "Azərbaycan renessansını yapanlardan Abbasqulu Ağa Bakıxanov", "Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli", "Dədə Qorqud kitabı üzərinə notlar" və s. kimi yazılarında ölkə və xalqın vəziyyəti əks olunmuşdur.
Hüseyn Baykara İstanbulda Rəsulzadənin çap etdiyi "Yeni Kafkasya" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Yeni Kafkasya"da "Ailə faciələri", "Doktor Dadaş Həsənzadə" adlı yazıları çap olunmuşdur. Baykara Dadaş Həsənzadə ilə bağlı yazdığı məqaləsində onun tərcümeyi-halını, onunla bağlı xatirələrini qeyd etmişdir. O, həmçinin "Azəri-Türk", "Odlu Yurd" və b. qəzet-jurnallarda Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyati və onun ziyalıları ilə bağlı elmi-publisistik məqalələr dərc etdirmişdir.
Hüseyn Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını "ümmətçilik"dən "millətçiliy"ə yönəldən, onları "türkçülük-millətçilik", "Azərbaycan" ideyası ətrafında birləşdirən və "Açıq söz" qəzetində bunu təbliğ edən "Müsavat"ın lideri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. O qeyd edir ki, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalışmış Məhəmməd Əmin Rəsulzadə 1911-1913-cü illərdə Ş.C.Əfqaninin yazılarının təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur:
Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir. |
Baykara mühacirətdə "Odlu yurd", "Azərbaycan", "Türk kültürü" jurnalları ilə əməkdaşlıq edib, Azərbaycanla bağlı müxtəlif yazılar yazmışdır. "Türk kültürü" jurnalının Azərbaycan həsr edilmiş xüsusi buraxılışında Baykaranın "Çar Rusiyasının Azərbaycanda apardığı istila savaşları" adlı yazısı dərc edilmişdir.
İrsi
Hüseyn Baykaranın mühacirətdə üç kitabı çap olunmuşdur. "Azərbaycanda yeniləşmə hərəkatı. XIX əsr" Ankarada 1966-cı ildə, "Azərbaycan istiqlal mübarizәsi tarixi" adlı kitabı İstanbulda 1975-ci ildə və üçünücü kitabı "İran inqilabı və azadlıq hərəkatları" adlı kitabı isə 1978-ci ildə İstanbulda nəşr edilmişdir. "İran inqilabı və azadlıq hərəkatları" kitabında Güney Azərbaycanda baş verən Səttarxan və Xiyabani inqilablarından bəhs olunur. Kitabın girişində yazılmışdır:
Bu kitabımı İran inqilabı və azadlıq hərəkatları uğrunda canlarını verən, adları bilinən və bilinməyən əziz şəhidlərə və indi İranda şahların şahı Məhəmməd Rzanın zindanlarında inləyən azadlıq savaşçılarına ithaf edirəm. |
Hüseyn Baykara yazılarında Azərbaycanın milli azadlıq hərəkatına xüsusi yer vermişdir. O, yazırdı ki, "Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır.
Ailəsi
Hüseyn Baykaranın dörd övladı olub: Orxan, Surxay, Mina, Gülqənd. Orxan jurnalist, Surxay inşaatçı-mühəndis, Mina uşaq həkimi, Gülqənd isə mühəndis olmuşdur.
Vəfatı
Hüseyn Baykara 1984-cü il iyulun 1-də Kayseridə vəfat etmiş, nəşi İstanbula gətirələrək iyulun 4-də Qaraca Əhməd məzarlığında dəfn edilmişdir.
Mənbə
- "Odlu yurt" jurnalı, 19-cu say, 1930
- Салиха АЛИЕВА. "Он всем сердцем верил, что Азербайджан восстановит свою независимость". Каспiй. www.anl.az. 2017. İstifadə tarixi: 2019-09-19.
- Baykara H. "Azerbaycan istiklal mücadelesi tarihi". İstanbul, 1975, səh. 198-199
- "Yeni Kafkasya. 1924-1925", İstanbul, 2018, səh. 336
- "Yeni Kafkasya. 1924-1925", İstanbul, 2018, səh. 199-200
- Salmanlı R. Mühacir-yazar. "Azərbaycan" qəzeti, 21 iyul 2017
- "Yeni Kafkasya. 1924-1925", İstanbul, 2018, səh. 393
- "Türk kültürü" jurnalı, 19-cu say, səh. 17-25
- Milli istiqlal nәzәriyyәçisi Hüseyn Baykara: müqәddimә /İsa Həbibbəyli // Hüseyn Baykara. İran inqilabı vә azadlıq hәrәkatları.- Bakı: MMC, 2018.- S.5-7.
İstinadlar
- "Arxivlənmiş surət". 2023-12-30 tarixində . İstifadə tarixi: 2023-12-30.
- Dilqəm Əhməd. "Bir ildən yüz ilə". Bakı: "TEAS Press". 2018. səh. 107-112. ISBN .
- Ənvər Çingizoğlu, Şirinbəyovlar, "Soy" elmi-kütləvi dərgi, 2007, №3, səh. 26-37
- Ülviyyə Tahirqızı. ""Məni burda sanmayın, mən hər gün Qafqasdayam… Mühacir aydınlarımızdan biri də Hüseyn Baykaradır"" (azərb. ). anl.az. 26 iyul 2014. 17 aprel 2019 tarixində .
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan istiqlal savaşının ideoloqu və onun "Azərbaycanda yeniləşmə hərəkatı" əsəri - Cavanşir YUSİFLİ yazır
- Вышла в свет книга Гусейна Байкары "История борьбы за независимость"
- Azərbaycan tarixində "Qaçaqçılıq" hərəkatı
- Салиха АЛИЕВА, Азбука освободительной борьбы, Каспiй.-2018.- 25 мая.- С.12.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Azerbaycanli sair publisist haqqindadir Teymuri sultani ve sair ucun Sultan Huseyn Bayqara sehifesine baxin Huseyn Baykara azerb Qara Huseynbeyli d 1904 Rusiya Imperiyasi Yelizavetpol quberniyasi Susa o 1 iyul 1984 Turkiye Kayseri Azerbaycanli arasdirmaci tedqiqatci publisist sair Qara HuseynbeyliDiger adi Huseyn BaykaraDogum tarixi 1904Dogum yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1 iyul 1984Vefat yeri Turkiye KayseriDefn yeri IstanbulUsaqlari Orxan Surxay Sirinbeyov Mina Gulkent SirinbeyovaAtasi Nesir bey SirinbeyovAnasi Mina SirinbeyovaMilliyyeti azerbaycanliTehsili Baki Dovlet UniversitetiFealiyyeti edebiyyat nezeriyyesiHeyatiQara Huseynbeyli 1904 cu ilde Susada meshur ailesinde anadan olub Anasi Mina xanim Hesen bey Sirinbeyovun qizi atasi Huseyn bey Huseynbeyovun oglu olub Ulu babasi ise Sirin bey Ennagioglu olub 1830 cu ilde rus menbelere esasen Susada 56 bey ailesi olub bunlardan biri de Sirinbeyovlar ve ya Kavalerli Sirinbeyovlar idi Nesir bey Huseynbeyovun 3 oglu 5 qizi olub Boyuk oglu Bahadur 1918 ci ilde rus turk muharibesinde turkler terefde vurusaraq helak olub Ikinci oglu Surxay filoloq olub Qazax seminariyasinda isleyib Qizlarinin adlari Firengiz Uruh Texu Rena Serencam olub Tehsili Mehemmed Emin Resulzadenin bas redaktoru oldugu ve Istanbulda yayimlanan Odlar Yurdu jurnalinin 19 cu sayinda Bu il mezun olanlar basliqli xeber yayimlanib Xeberde 1930 cu ilde Turkiyede tehsil alan telebeler haqqinda qisa melumat verilib Bu il azerbaycanli genclerden Baykara Huseyn bey Ankara Huquq fakultesinden Rustembeyli Sukru Tofiq Rahim beyler Istanbul oglan liseyinden ve Zeynalzade Hakime xanim Istanbul qiz liseyinden mezun olublar Mezunlardan Baykara bey Diyarbekir vilayeti Osmaniyye qezasi prokurorluguna teyin edilib Sukru bey de yaxinlarda tehsil ucun Avropaya gedecek Hakime xanimin hokumet hesabina Avropaya gonderiliceyi soylenmekdedir Mezun vetendaslarimizi bu munasibetle tebrik edir muveffeqiyyetler dileyirik Huseyn Baykara 1927 ci ilde muhacirete getdiyi ilde Baki Dovlet Universitetinin Tarix fakultesinde oxuyurdu Fealiyyeti1923 cu il Huseyn Baykara bolsevikler eleyhine mubarizeye genclik illerinden baslamisdir O 1923 cu ilin sonlarinda hebs edilmis ve hebsxanada sair Ehmed Cavadla mehbes yoldasi olmusdur Seirlerini oxudugum ve sevdiyim bu sairi CeKa terefinden tutuldugum 1923 cu ilin sonunda Bakinin Staro Politseyski kucesinde yerlesen hebsxanada tanidim O da hebs edilmisdi Onuna bir nece ay hucre dostu oldum Orada bize kitab defter qelem vermirdiler Nece oldusa menim elime uc sm olcusunde bir karandasin ucu kecdi Bu qelemle E Cavadin CeKa seirlerini divara yazir ezberleyirdim Bir gun nezaretci Nikolay meni pencerenin desiyinden gudmus divara nese yazdigimi gormusdu Bir de gorduk ki qapini acdi divara yazilan yazilari bir taxta parcasiyla sildi Cavadin 4 5 seiri belece unuduldu itdi Bu hadiseden sonra yazdigi iki seirini ezberledim Bu seirler Ay eller ve Neyleyim basliqli idi Qara Huseynbeylinin hebsi haqqinda melumat muhaciretde cap olunan Yeni Kafkasya jurnalinda da qeyd olunmusdur Jurnalin 45 ci sayinda yayimlanan Azerbaycan hebsleri haqqinda yeni tefsilat adli xeberde hebs olunanlar siyahisinda onun da adi var Hebs hadisesinden bir nece il sonra Huseyn Baykara dostlarina muhacirete getmeyi teklif etmis lakin bu teklif etrazla qarsilanmisdir Bu hadiseyle bagli o kitabinda yazir Bu hebsden sonra Ehmed Cavad Azerbaycan kommunistlerinin mudaxilesi ile men ise bir tesaduf neticesinde qurtuldum E Cavadin cixarilmasina komek eden kommunistler sonradan Stalin terefinden gullelendi Men bezen onu evinde ziyaret edirdim Bir gun tesadufen E Cavadla gizli milli istiqlal komitesinin rehberi Dadas Hesenzade ve liderlerden Rehim bey Vekili ile gorusduk Uzun sohbetden sonra men gizli komitenin taninmis uzvlerinden bir qisminin Azerbaycanin xaricine cixmasini teklif etdim Azerbaycan istiqlal mucadilesinin her uc lideri de menim bu teklifime qarsi cixdilar ve dediler Men xarici olkeye gedim sen get o biri de getsin bes bu bedbext ve talesiz gunleri bu milletle kim paylassin Muhaciretde oldugu iller Huseyn Baykaranin telebeler qarsisinda tez tez Azerbaycanin musteqilliyi ve azadligi ugrunda cixis etmesi bolseviklerin xosuna gelmemis ve o teqiblere meruz qalmisdi 1927 ci ilde dostlarindan biri Huseyn Baykaraya universitet telebelerinin Novruz bayrami ile kecirilecek tedbirde bolsevik casuslarinin onu tutacaqlarini xeber vermis H Baykara da NKVD cilerin eline kecmemek ucun 1927 ci ilde evvelce Irana sonra ise Turkiyeye getmisdir Huseyn Baykaranin qardasi Surxay Sirinbeyov da feal mubarizlerden olmusdur Surxay Sirinbeyov o zamanki Azerbaycan Pedaqoji Institutunu bitirmis ve Qazax gimnaziyasinda ders demisdir Siyasi dusuncelerine gore o 10 illiye SLON a Slovetsk xususi teyinatli dusergesi gonderilir Solovetsk dusergesinden donenden sonra Surxay Sirinbeyova Bakida meskunlasmaga icaze verilmediyinden Qazaxistana kocur O defelerle qardasini tapmaga cehd etmis lakin alinmamisdir Surxay Sirinbeyov 1956 ci ilde yuk masinin altinda qalaraq vefat etmisdir O Almatida defn edilmisdir Istabula gelen Qara Huseynbeyli burada Huseyn Baykara adi ile yasamis ve Istanbul Universitetinin Huquq fakultesini bitirmisdir Universiteti bitirdikden sonra bir muddet Elazigda hakim islemis Istanbula dondukden sonra ise burada prokuror vezifesinde calismisdir Edebi fealiyyeti Muhaciretde oldugu illerde huquqsunasliqla yanasi edebi fealiyyetini de dayandirmamis metbuatda elmi publisistik meqalelerle cixis etmisdir Onun Azerbaycanda ermeni basqisi ve Naxcivan meselesi Azerbaycan istiqlalinin 50 illiyi dolayisi ile Azerbaycan cumhuriyyetinin iki herbi zeferi Azerbaycan renessansini yapanlardan Abbasqulu Aga Bakixanov Azerbaycan istiqlal mucadilesinin iqtisadi temeli Dede Qorqud kitabi uzerine notlar ve s kimi yazilarinda olke ve xalqin veziyyeti eks olunmusdur Huseyn Baykara Istanbulda Resulzadenin cap etdiyi Yeni Kafkasya jurnali ile emekdasliq etmisdir Onun Yeni Kafkasya da Aile facieleri Doktor Dadas Hesenzade adli yazilari cap olunmusdur Baykara Dadas Hesenzade ile bagli yazdigi meqalesinde onun tercumeyi halini onunla bagli xatirelerini qeyd etmisdir O hemcinin Azeri Turk Odlu Yurd ve b qezet jurnallarda Azerbaycan xalqinin medeniyyeti edebiyyati ve onun ziyalilari ile bagli elmi publisistik meqaleler derc etdirmisdir Huseyn Baykaranin fikrince Qafqaz muselmanlarini ummetcilik den milletciliy e yonelden onlari turkculuk milletcilik Azerbaycan ideyasi etrafinda birlesdiren ve Aciq soz qezetinde bunu teblig eden Musavat in lideri Mehemmed Emin Resulzade olmusdur O qeyd edir ki ilk dovrlerde sosial demokratlarla eyni cebhede calismis Mehemmed Emin Resulzade 1911 1913 cu illerde S C Efqaninin yazilarinin tesiri altinda turkculuk herekatina qosulmus ve Azerbaycanda bu ideyanin esas ideoloqu olmusdur Mehemmed Emin Resulzadenin Azerbaycan istiqlalinin elaninda ve Azerbaycan dovletinin yaradilmasinda xidmetleri evezsizdir Baykara muhaciretde Odlu yurd Azerbaycan Turk kulturu jurnallari ile emekdasliq edib Azerbaycanla bagli muxtelif yazilar yazmisdir Turk kulturu jurnalinin Azerbaycan hesr edilmis xususi buraxilisinda Baykaranin Car Rusiyasinin Azerbaycanda apardigi istila savaslari adli yazisi derc edilmisdir IrsiHuseyn Baykaranin muhaciretde uc kitabi cap olunmusdur Azerbaycanda yenilesme herekati XIX esr Ankarada 1966 ci ilde Azerbaycan istiqlal mubarizәsi tarixi adli kitabi Istanbulda 1975 ci ilde ve ucunucu kitabi Iran inqilabi ve azadliq herekatlari adli kitabi ise 1978 ci ilde Istanbulda nesr edilmisdir Iran inqilabi ve azadliq herekatlari kitabinda Guney Azerbaycanda bas veren Settarxan ve Xiyabani inqilablarindan behs olunur Kitabin girisinde yazilmisdir Bu kitabimi Iran inqilabi ve azadliq herekatlari ugrunda canlarini veren adlari bilinen ve bilinmeyen eziz sehidlere ve indi Iranda sahlarin sahi Mehemmed Rzanin zindanlarinda inleyen azadliq savascilarina ithaf edirem Huseyn Baykara yazilarinda Azerbaycanin milli azadliq herekatina xususi yer vermisdir O yazirdi ki Azerbaycan medeniyyeti tarixi ile Azerbaycan istiqlal mubarizesi tarixi kitablari Azerbaycanin azadliq mubarizesinin elifbasidir AilesiHuseyn Baykaranin dord ovladi olub Orxan Surxay Mina Gulqend Orxan jurnalist Surxay insaatci muhendis Mina usaq hekimi Gulqend ise muhendis olmusdur VefatiHuseyn Baykara 1984 cu il iyulun 1 de Kayseride vefat etmis nesi Istanbula getirelerek iyulun 4 de Qaraca Ehmed mezarliginda defn edilmisdir Vikianbarda Huseyn Baykara ile elaqeli mediafayllar var Menbe Odlu yurt jurnali 19 cu say 1930 Saliha ALIEVA On vsem serdcem veril chto Azerbajdzhan vosstanovit svoyu nezavisimost Kaspij www anl az 2017 Istifade tarixi 2019 09 19 Baykara H Azerbaycan istiklal mucadelesi tarihi Istanbul 1975 seh 198 199 Yeni Kafkasya 1924 1925 Istanbul 2018 seh 336 Yeni Kafkasya 1924 1925 Istanbul 2018 seh 199 200 Salmanli R Muhacir yazar Azerbaycan qezeti 21 iyul 2017 Yeni Kafkasya 1924 1925 Istanbul 2018 seh 393 Turk kulturu jurnali 19 cu say seh 17 25 Milli istiqlal nәzәriyyәcisi Huseyn Baykara muqәddimә Isa Hebibbeyli Huseyn Baykara Iran inqilabi vә azadliq hәrәkatlari Baki MMC 2018 S 5 7 Istinadlar Arxivlenmis suret 2023 12 30 tarixinde Istifade tarixi 2023 12 30 Dilqem Ehmed Bir ilden yuz ile Baki TEAS Press 2018 seh 107 112 ISBN 978 9952 310 47 4 Enver Cingizoglu Sirinbeyovlar Soy elmi kutlevi dergi 2007 3 seh 26 37 Ulviyye Tahirqizi Meni burda sanmayin men her gun Qafqasdayam Muhacir aydinlarimizdan biri de Huseyn Baykaradir azerb anl az 26 iyul 2014 17 aprel 2019 tarixinde Hemcinin baxAzerbaycanda Yenilesme Herekati Azәrbaycan istiqlal mubarizәsi tarixi Iran inqilabi ve azadliq herekatlariXarici kecidlerAzerbaycan istiqlal savasinin ideoloqu ve onun Azerbaycanda yenilesme herekati eseri Cavansir YUSIFLI yazir Vyshla v svet kniga Gusejna Bajkary Istoriya borby za nezavisimost Azerbaycan tarixinde Qacaqciliq herekati Saliha ALIEVA Azbuka osvoboditelnoj borby Kaspij 2018 25 maya S 12