Stolıpin aqrar islahatı — Pyotr Stolıpinin başçılığı altında Rusiyada kənd təsərrüfatı və aqrar sahədə həyata keçirilən islahat.
Zəmin
Birinci rus inqilabının qarşısında duran əsas məsələlərdən biri də aqrar məsələnin həll olunması problemi idi. İnqilabın yatırılmasından sonra çarizm bu problemi islahatlar yolu ilə həll etməyə, yəni hakimiyyəti və torpaqları mülkədarların əlində saxlayaraq aqrar böhranın səbəblərini aradan qaldırmağa çalışırdı. Birinci rus inqilabı məğlubiyyətlə nəticələnsə də inqilabi hərəkatların geniş vüsət alması onu göstərdi ki, kəndlərdə, milli ucqarlarda hökumətin sosial dayağı yoxdur.
1905-1907-ci illər inqilabı Rusiyada aqrar məsələsini onun burjua inkişafının milli xüsusiyyəti olduğunu tamamilə təsdiq edərək, bunu başlıca məsələ kimi bütün kəskinliyi ilə irəli sürdü. İslahatdan sonrakı bütün inkişaf sübut etdi ki, həm mülkədar, həm də kəndli təsərrüfatı, feodalizmin saysız-hesabsız qalıqları ilə buxovlansa da, kapitalizm yolu ilə inkişaf edir. 1905-1907-ci illər inqilabı dövründə kəndli hərəkatından qorxuya düşmüş hökumət kəndlilərin torpaq uğrunda mübarizəsini dayandıra bilən tədbirlər görmək qərarına gəldilər. 1905-ci il noyabrın 3-də çar hökuməti mülkədarlardan torpağı satın alıb kəndlilərə satan Kəndli torpaq bankının fəaliyyətini genişləndirmək haqqında fərman verdi. Torpaq məsələsi ilə əlaqədar daha geniş tədbirlər işləyib hazırlamaq məqsədi ilə hökumət 1906-cı il yanvarın 6-da kəndlilərin pay torpaqlarına malik olmaq hüququna aid qanunların ilkin qaydada işlənib hazırlanması üçün “xüsusi müşavirə” adlanan bir müşavirə çağırdı. Müşavirə zadəganlara məxsus torpaq fondunun toxunulmazlığını saxlamaq barədə mülkədarların və onların siyasi partiyası olan “Birləşmiş zadəganlar şurası”nın xüsusi sifarişini yerinə yetirdi. Müşavirə mülkədar torpaqlarının onlardan hətta qismən alınmasına dair bütün təklifləri rədd etdi və 1906-cı il yanvarın 25-də kəndlilərin öz icma torpaqlarından istifadə etməsində dəyişiklik haqqında yekdilliklə qərar çıxardı. Bu qərarda deyilirdi ki, icma torpağını yenidən dövraşırı bölüşdürməmiş cəmiyyətdə onun üzvü olan hər bir kəndlinin özünə məxsus icma torpaq payını xüsusi mülkiyyətə çevirməyi tələb etməyə ixtiyarı vardı.
Bir müddətdən sonra həmin qərar hökumət tərəfindən bəyənildi və o, Stolıpinin aqrar siyasətinin təməlini qoydu. Bu tədbirdə kəndli icma torpaq sahibliyini ləğv etmək və kəndliləri öz pay torpaqlarının xüsusi sahiblərinə çevirmək nəzərdə tutulurdu. 1906-cı il martın 4-də çar hökuməti yer quruluşu adlanan komissiyalar yaratmaq qərarına gəldi. Bu komissiyalar kəndli torpaq sahibliyinin ehtiyaclarını aydınlaşdırmaqla məşğul olmalı, Kəndli bankının əməliyyatlarında ona kömək etməli, kəndlilərin bir yerdən başqa yerə köçürülməsini asanlaşdırmalı, dövlət torpaqlarını icarəyə götürməkdə kəndlilərə yardım göstərməli idi. Komissiyalar pay torpaqlarından istifadə edilməsinin ən yaxşı üsuluna və kənd icmalarının daha xırda təsərrüfat vahidlərinə bölünməsinə dair təkliflər verə bilərdilər.
Komissiyalar quberniyalarda və qəzalarda yaradılırdı. Komissiyalara quberniyalarda qubernatorlar, qəzalarda isə zadəganların seçilmiş nümayəndələri başçılıq edirdilər. Bu komissiyaların üzvlərinin əksəriyyəti hökumət orqanları tərəfindən təyin olunurdu. Beləliklə, hökumət icma kəndli torpaq sahibliyinin ləğv edilməsini öz nəzarəti altına alırdı və kəndlilərin özlərinə məxsus torpaqları bölüşdürməsinə imkan vermirdi.
İslahat haqqında qanunlar
1906-cı il iyunun əvvəlində çar hökuməti kəndli icmasının ləğv edilməsi və icma torpaqlarının kəndlilərin şəxsi mülkiyyətinə çevrilməsi barədə öz təkliflərini baxılmaq üçün birinci Dövlət dumasının müzakirəsinə verdi. Əslində isə o, istəmirdi ki, Duma onun təklifini müzakirə etsin. Tezliklə I Duma buraxıldı və icma kəndli torpaq sahibliyindən xüsusi torpaq sahibliyinə keçmək haqqında fərman 1906-cı il noyabrın 9-da Dövlət duması tərəfindən təsdiq edilmədən elan olundu. Bu fərmana əsasən, icma torpağına sahib olan hər bir kəndliyə icma torpağından ona düşən payı xüsusi mülkiyyət kimi almaq hüququ verilirdi. Fərman mülkiyyətçi kəndlilərə köhnə yerdə yaşamaqda davam etmək, yaxud onlara mülkiyyət kimi ayrılmış torpaq sahəsinə keçmək hüququ verirdi. Birinci halda kəndlilər otrub, ikinci halda isə xutor sahibləri adlanırdılar. 1910-cu il iyunun 14-də II Nikolay Dumanın və Dövlət şurasının qəbul etdiyi "kəndli torpaq sahibliyinə dair" qanun layihəsini təsdiq etdi. Yeni aqrar qanunu 1906-cı il 9 noyabr fərmanının prinsiplərini bərqərar edir və icma torpaq sahibliyinin ləğv edilməsi üçün daha böyük imkanlar yaradırdı. 1910-cu il qanunu ilə artıq məcburi qaydada bütün icmaçı kəndlilər, əgər onların yaşadığı icmalarda ödəncə keçildiyi vaxtdan icma torpağı yenidən dövraşırı bölünməyibsə, xüsusi mülkiyyətçilər vəziyyətinə keçirilirdilər. 1911-ci il 29 may qanununa görə kəndlilərin icmadan çıxması üçün kəndli yığıncağının razılığını almaq işi də xeyli asanlaşırdı. İndi bu iş kəndli yığıncağında səslərin üçdə iki hissəsinə əsasən deyil, sadəcə olaraq səs çoxluğuna əsasən mümkün idi.
Nəticəsi
Hökumət yer quruluşu komissiyalarından istifadə edərək, məcburi qaydada icma kəndli torpaq sahibliyini dağıtmağa və kəndliləri torpaqdan yeni “azad etmə” işinə başladı. 1906-1916-cı illər ərzində hökumət 16 milyon kəndli həyətindən yalnız 2,1-2,3 milyon həyəti, yəni bu həyətlərin hamısının təqribən 14,4 faizini icma sahibliyindən xüsusi mülkiyyətə keçirə bildi. Lakin, icmadan ayrılmış kəndlilərin az olmasına baxmayaraq, onların bir çoxu tamamilə var-yoxdan çıxdı və öz torpağını itrdi. Kəndlilər çar aqrar qanununa qarşı qətiyyətlə mübarizə aparırdılar. Onlar öz nümayəndələrini yer quruluşu komissiyalarına göndərməkdən imtina edir, kəndlilərin icmadan ayrılması üçün cəmiyyətin razılığını vermir, torpağın öz xüsusi mülkiyyətinə keçirilməsi barədə ərizə verən kəndliləri təqib edir və onları öz ərizələrindən imtina etməyə məcbur edirdilər. Hökumət öz siyasətindən əl çəkmək istəmir, kəndlilər isə buna kütləvi etirazla cavab verdilər. Kəndli hərəkatı yenidən yüksəlməyə başladı. Çar hökuməti kəndlilərin mübarizəsini zəiflətmək və müəyyən mənada məhdudlaşdırmaq məqsədilə Stolıpin aqrar qanunun qüvvəsini yalnız bir sıra mərkəzi quberniyalar ilıə məhdudlaşdırıb, qeyri rus quberniyalarının əksəriyyətini, o cümlədən Qafqazı, Orta Asiyanı və Volqaboyunun bir sıra bölgələrini bu qanunun qüvvəsi dairəsindən çıxardı. Çar hökuməti bu rayonlarda öz aqrar siyasətini köhnə torpaq münasibətləri əsasında yeritməkdə davam edərək, rus kəndlilərini milli rayonların kəndlilərindən ayırmağa çalışırdı. Lakin çar hökumətinin bu tədbiri müvəffəqiyyət qazanmadı.
Rusiyanın ucqarlarında Stolıpinin aqrar islahatı yarımçıq və məhdud şəkildə həyata keçirilirdi. Orta Asiyada kənd icmalarının dağılması nəticəsində torpaqlar kəndlilərə xüsusi mülkiyyət kimi deyil, yalnız müvəqqəti istifadəyə veriliridi. Kəndli icmanın dağılmasından sonra torpağın sahibi hesab edilsə də, xüsusi mülkiyyətçi kimi heç bir sənəd almırdı. O, öz torpağını yalnız dövlət torpaqları üzərində hüququ olan şəxsə verə bilərdi. Orta Asiya, Sibir və digər milli rayonların kəndliləri mərkəzi quberniyaların kəndlilərinə nisbətən daha məhdud hüquqlar əldə etdiklərinə görə dəfələrlə mərkəzi hökumətə şikayət ərizələri və tələblər göndərmişdilər. Türk xalqları regionlarının əksəriyyətinin kəndliləri də onlara ruslarla eyni hüquqların verilməsini tələb edirdilər.
Stolıpin aqrar islahatı Volqaboyu, Sibir və Krımda müvəffəqiyyət qazana bilmədi. O, ucqarlarda natamam şəkildə həyata keçirilmişdi. Məhdudiyyətlər Sibirdə daha çox nəzərə çarpırdı. Sibir torpaqları, o cümlədən türklərin yaşadıqları ərazilər, yenə də əvvəlki kimi Dövlətin mülkiyyəti olaraq qalırdı. Volqaboyu ərazilərdə islahat məcburi şəkildə həyata keçirilirdi. Burada islahatdan boyun qaçıran və ona qarşı çıxan hər bir şəxs üç ay müddətinə həbs edilməli və ya cərimə olunmalı idi. Aqrar islahatın həyata keçirilməsi nəticəsində Krımda pay torpaqları daha çox azalmışdı. Bu isə bir tərəfdən yoxsul təsərrüfatların sayının artmasına, digər tərəfdən isə muzdlu əməkdən istifadə edən iri qolçomaq təsərrüfatlarının çoxalmasına səbəb olurdu. İnqilabdan əvvəlki dövrə nisbətən çar hökumətinin köçürmə siyasəti də dəyişikliyə uğradı. Hökumət, köçürməni məhdudlaşdırmaq siyasətindən kəndlilərin kütləvi surətdə Orta Asiya, Sibir və başqa yerlərə köçürülməsi siyasətinə keçdi. Kəndlilərin köçürülməsi Stolıpin aqrar islahatının tərkib hissəsini təşkil edirdi. Köçürmə siyasətində məqsəd, Rusiyanın mərkəzi quberniyalarında torpaq çatışmamazlığını aradan qaldırmaq, inqilabi əhval-ruhiyyədə olan kəndliləri mərkəzdən uzaqlaşdıraraq Sibir və Qazaxıstana göndərmək, milli ucqarlarda ruslaşdırma siyasəti yeritmək və qeyri-rus xalqları millimüstəmləkə zülmü altında saxlamaq üçün köçürülən ruslardan bir vasitə kimi istifadə etmək idi. Orta Asiya, Sibir və digər bölgələrə köçürülən kəndlilər yerli əhalidən alınmış torpaqla təmin edilirdi. Çar hökumətinin köçürmə siyasətini həyata keçirən məmurlar ən münbit torpaqları yerli əhalidən alaraq onları qeyri-münbit torpaqları çəkilməyə məcbur edirdilər. Bu isə bölgələrdə yerli əhalinin üsyanlarına səbəb olurdu. Bu dövrdə Rusiyanın mərkəzi quberniyalarında kəndli çıxışları zəiflədiyi halda, Orta Asiyada bu hərəkat güclənməkdə idi.
Çarizmin köçürmə siyasəti də onun özünə qarşı çevrildi. Çar hökuməti bu siyasət nəticəsində “həm Rusiyada, həm də ucqarlarda kəndlilərin narazılığının artmasına və onların vəziyyətinin daha da ağırlaşması”na nail oldu. Köçürülənlərin sayı 1905-ci ildə 39 min, 1906-cı ildə 141 min, 1907-ci ildə 427 min, 1908-ci ildə 665 min nəfər idi. Sonra, köçürülənlərin sayı xeyli azalmağa başladı. 1909-cu ildə köçürülənlərin sayı 619 min, 1910-cu ildə 316 min və 1911-ci ildə 183 min nəfər idi. Bununla bərabər, 1910-cu ildən etibarən geri qayıdanların sayı sürətlə artdı. Bu, çar hökumətinin köçürmə siyasətinə bağladığı bütün ümidlərin boşa çıxması demək idi. Bu siyasətin müvəffəqiyyətsizliyinin iki başlıca səbəbi var idi. Birinci səbəb ondan ibarət idi ki, köçürülənlər əsasən yoxsullar idi. Onlar Orta Asiyaya, Sibirə və başqa yerlərə öz vəziyyətlərini yaxşılaşdırmaq ümidi ilə köçürdülər. Onlar satdıqları torpaqdan və əmlakdan əldə etdikləri az məbləğə və dövlətdən aldıqları azacıq pulu yola xərclədiklərindən, köçürüldükləri yeni yerdə özlərinə təsərrüfat düzəltmək üçün vəsaitləri qalmırdı. Aldanıb var-yoxdan çıxanların bir hissəsi köçürüldükləri yerdə varlıların əsarəti altına düşür, köçürülənlərin çox hissəsi isə peşmançılıqla öz köhnə yurdlarına qayıdırdı. İkinci səbəb, köçürmə işinin düzgün təşkil edilməməsindən ibarət idi. Köçürülənlərdən ötrü çox zaman təsərrüfat üçün yararlı torpaq ayırıb vermirdilər. Kifayət qədər borc verilmirdi. Köçürmə siyasəti qarşısında sırf siyasi məqsədlər qoyan çar hökuməti onun iqtisadi nəticələri barəsində düşünmürdü. Köçürülənlərə kömək göstərilməsinin təşkili üçün geniş tədbirlər əsla görülmürdü. Nəticə etibarı ilə köçürülmə siyasəti kütləvi köçürülmə rayonlarında iqtisadi və siyasi vəziyyətin kəskinləşməsinə səbəb oldu.
Kəndli bankının fəaliyyəti də müvəffəqiyyətsizliyə uğradı. 1906-cı ildən 1916-cı ilədək Kəndli bankı 6,5 milyon desyatin torpaq almış və kəndlilərə, başlıca olaraq qolçomaqlara təqribən 4,1 milyon desyatin torpaq satmışdı. Bu müddət içərisində Bank torpaqlarında və Kəndli bankının yardımı ilə alınan torpaqlarda 280 minədək otrub və xutor təsərrüfatı yaradılmışdı. Kəndli torpaq bankı torpaqların satışı ilə yanaşı onları icarəyə də verirdi. İcarəyə verilmiş torpaqların haqqı ya pulla, ya da natura şəklində ödənilirdi. Kazan quberniyasında pulla icarə üstünlük təşkil etmişdi.
Çar hökuməti müsəlman dininə etiqad edən xalqları təhlükəli hesab edirdi, çünki Stolıpinin yazdığı kimi, “gərgin günlərdə qiyamçı Zaqafqaziyanın, zahirən sakit görünən Volqaboyunun və narahat Türküstanın özgə xalqları inqilab cəbhəsində olacaqlar”. Çarizm müsəlman əhali arasında inqilabi hərəkatın qarşısını almaq üçün bütöv tədbirlər sistemi işləyib hazırladı. Bu tədbirlərdən ən başlıcası “müsəlmanların xristianlaşdırılması” deyilən tədbir idi. Hökumət bu məqsədlə Kazanda ruhani akademiyası nəzdində xüsusi olaraq missionerlik şöbəsi açdı ki, bu şöbə çox keçmədən öz məzunlarının böyük bir qrupunu müsəlman rayonlarına göndərdi. Çar missionerləri bir çox rayonlarda polis orqanlarının köməyi ilə xristianlığı yayırdılar. Stolıpin aqrar islahatı kənd təsərrüfatında kapitalizmin inkişafını gücləndirdi. Lakin aqrar islahatlar bütövlükdə hökumətin və mülkədarların gözlədikləri nəticələri vermədi. Mülkədarlarla kəndlilər arasında torpaq uğrunda mübarizə Stolıpinin aqrar siyasəti nəticəsində nəinki zəifləmədi, əksinə gücləndi. Çar hökuməti iqtisadi inkişafın və sinfi mübarizənin gedişində qarşıya qoyulmuş vəzifəni yerinə yetirə bilmədi. Stolıpin islahatı kəndli məsələsini gündəlikdən həll edib çıxarmadı. İslahat bütün çətinlikləri və qüsurlarına baxmayaraq türk xalqları yaşayan bölgələrdə kapitalizmin inkişafı, bank və maliyyə sisteminin yaranması, yeni sənaye sahələrinin meydana gəlməsi, burjuaziya və fəhlələrin təşəkkülünə səbəb olmuşdu.
Mənbə
- Ramin Qurbanov. Türk xalqlarının tarixi. Ali məktəblərin Azərbaycan bölmələri üçün dərs vəsaiti. Bakı: ”İqtisad Universiteti” Nəşriyyatı, 2011. - səh 95-101.
Ədəbiyyat
- Statistik nəşrlər
- Статистический ежегодник России. 1913 г. / Изд. Центрального Статистического Комитета М.В.Д. — СПб., 1914. — 650 с.
- Статистический ежегодник на 1912 год / Совет съездов представителей промышленности и торговли. Под ред. В.И.Шараго. — СПб., 1912. — 747 с.
- Статистический ежегодник на 1913 год / Совет съездов представителей промышленности и торговли. Под ред. В.И.Шараго. — СПб., 1913. — 747 с.
- Статистика землевладения 1905 г. Свод данных по 50-ти губерниям Европейской России / Центральный Статистический Комитет М.В.Д.. — СПб.: Тип.-лит-я М.Я.Минкова, 1907. — С. 272.
- Сборник статистико-экономических сведений по сельскому хозяйству России и некоторых иностранных государств / Г.У.З.и З. (затем Министерство Земледелия). Отдел сельской экономии и сельскохозяйственной статистики. Годы первый - десятый. — СПб.: Тип. В.О.Киршбаума, 1907—1917., год 1-й (1907), год 2-й (1908), год 3-й (1909), год 4-й (1910), год 5-й (1912), год 6-й (1913), год 7-й (1914), год 8-й (1915), год 9-й (1916), год 10-й (1917)
- Рубакин Н.А. Россия в цифрах. Страна. Народ. Сословия. Классы. — СПб.: Вестник знания, 1912.
- Русский календарь на 1905 год А.Суворина. Год 34-й. — СПб.: Тип. А.С.Суворина, 1905. — 748 с.
- Qanunvericilik
- Александровский Ю.В. Закон 14 июня 1910 г. об изменении и дополнении некоторых постановлений о крестьянском землевладении: Законодательные мотивы, разъяснения правительства, практика Правительствующего сената, циркуляры мин-ва внутренних дел, финансов, юстиции и главн. упр.землеустройства и земледелия. — СПб.: Т-во по изданию новых законов, 1911. — 608 с.
- Архангельский П.Г. Очерки по истории земельного строя России. — Казань: Госиздат, 1921. — 328 с.
- Memuarlar
- Гурко В.И. Черты и силуэты прошлого. Правительство и общественность в царствовании Николая II в изображении современника. — М.: Новое Литературное Обозрение, 2000. — ISBN 5-86793-109-9.
- P.A.Stolıpinin fəaliyyəti
- П.А.Столыпин. Программа реформ. Документы и материалы / в 2х тт.. — М.: РОССПЭН, 2003. (том 1), (том 2).
- Столыпин П.А. Нам нужна великая Россия. Полное собрание речей в Государственной думе и Государственном совете (1906-1911). — М.: Молодая гвардия, 1991. — 416 с. — ISBN 5-235-01576-2.
- Изгоев А. П.А.Столыпин. Очерк жизни и деятельности. — М.: Кн-во К.Ф.Некрасова, 1912. — 133 с.
- Kənd təsərrüfatı iqtisadiyyatı və aqrar məsələ
- Витте С.Ю. Записка по крестьянскому делу. — СПб.: Тип. В.Ф.Киршбаума, 1904. — 101 с.
- Горемыкин М.И. Аграрный вопрос. Некоторые данные к обсуждению его в Государственной Думе. — СПб.: Тип. В.Ф.Киршбаума, 1907. — 171 с.
- Никольский А.П. Земля, община и труд. Особенности крестьянского правопорядка, их происхождение и значение. — СПб.: Тип. А.Суворина, 1902. — 195 с.
- Прокопович С.Н. Аграрный вопрос в цифрах. — СПб., 1907. — 126 с.
- Челинцев А. Н. Русское сельское хозяйство перед революцией. — М.: «Новый агроном», 1928. — 239 с.
- Общий обзор трудов местных комитетов / Высочайше учрежденное особое совещание о нуждах сельскохозяйственной промышленности. Сост. С.И.Шидловский.. — СПб.: Тип. В.Ф.Киршбаума, 1905. — 421 с.
- Kənd təsərrüfatı krediti
- Батуринский Д.А. Аграрная политика царского правительства и Крестьянский поземельный банк. — М.: «Новая деревня», 1925. — 144 с.
- Зак А.Н. Крестьянский поземельный банк. 1883-1910. — М., 1911. — 607 с.
- Yer quruluşu
- Кофод А.А. Хуторское расселение. — СПб., 1907. — 72 с.
- Комитет по землеустроительным делам. Краткий очерк за десятилетие 1906-1916 / По распоряжению министра земледелия. — СПб.: Т-во Р.Голике и А.Вильборг, 1916. — 100 с.
- Kəndli həyəcanları, inqilabi hərəkat
- Крестьянское движение в России в 1901-1904 годах. Сборник документов / Отв. ред. Анфимов А.М.. — М.: «Наука», 1998. — 368 с. — ISBN 5-02-008626-6.
- Крестьянское движение в России. Июнь 1907 - Июнь 1914. Сборник документов / Ред. Шапкарин А.В.. — М.-Л.: «Наука», 1966. — 676 с.
- Байрау Д. Янус в лаптях: крестьяне в русской революции, 1905—1917 гг. — Вопросы истории. — 1992. — № 1. — С. 19-31.
- Müasir tarixi tədqiqatlar
- Анфимов А.М. Крестьянское хозяйство Европейской России. 1881-1904. — М.: Наука, 1980. — 238 с.
- Зырянов П.Н. Крестьянская община Европейской России в 1907-1914 гг. — М.: Наука, 1992. — 256 с. — ISBN 5-02-008627-4.
- Грегори П. Экономический рост Российской империи (конец XIX - начало XX вв.). Новые подсчёты и оценки / Пер. с англ.. — М.: РОССПЭН, 2003. — 254 с. — ISBN 5-8243-0291-X.
- Коцонис Я. Как крестьян делали отсталыми. — М.: «Новое литературное обозрение», 2006. — 320 с. — ISBN 5-86793-440-3.
- Сидельников С.М. Аграрная реформа Столыпина. — М.: Изд-во МГУ, 1973. — 335 с.
- Тюкавкин В.Г. Великорусское крестьянство и столыпинская аграрная реформа. — М.: Памятники исторической мысли, 2001. — 304 с. — ISBN 5-88451-103-5.
- Шанин Т. Революция как момент истины. 1905-1907 → 1917-1922 гг. / Пер. с англ.. — М.: «Весь мир», 1997. — 560 с. — ISBN 5-7777-0039-X.
- Энциклопедия "П. А. Столыпин". Фонд изучения наследия П. А. Столыпина. Проверено 28 мая 2011. Архивировано 21 августа 2011 года.
- Пахомчик С. А., Петуховский С. Л. Столыпинская аграрная реформа и развитие производительных сил Сибири: Монография. Омск: ФГБОУ ВПО ОмГАУ им. П. А. Столыпина, 2012. — 328 с., ил., 500 экз., ISBN 978-5-9658-0092-6
Avropa tarixşünaslığı
- Bartlett, Roger (ed.). Land Commune and Peasant Community in Russia: Communal Forms in Imperial and Early Soviet Society. New York: St. Martin's Press, 1990.
- Pallot, Judith. Land Reform in Russia, 1906–1917: Peasant Responses to Stolypin's Project of Rural Transformation. Oxford and New York: Clarendon Press, 1999. ISBN
- Riasanovsky, Nicholas V. A History of Russia. Sixth edition. Oxford: Oxford University Press, 2000. ISBN
- Thompson, John M. A Vision Unfulfilled: Russia and the Soviet Union in the Twentieth Century. Lexington, MA: D.C. Heath and Company, 1996. ISBN
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Stolipin aqrar islahati Pyotr Stolipinin basciligi altinda Rusiyada kend teserrufati ve aqrar sahede heyata kecirilen islahat Pyotr Stolipin Ilya Repin terefinden cekilmis portreti 1910 ZeminBirinci rus inqilabinin qarsisinda duran esas meselelerden biri de aqrar meselenin hell olunmasi problemi idi Inqilabin yatirilmasindan sonra carizm bu problemi islahatlar yolu ile hell etmeye yeni hakimiyyeti ve torpaqlari mulkedarlarin elinde saxlayaraq aqrar bohranin sebeblerini aradan qaldirmaga calisirdi Birinci rus inqilabi meglubiyyetle neticelense de inqilabi herekatlarin genis vuset almasi onu gosterdi ki kendlerde milli ucqarlarda hokumetin sosial dayagi yoxdur 1905 1907 ci iller inqilabi Rusiyada aqrar meselesini onun burjua inkisafinin milli xususiyyeti oldugunu tamamile tesdiq ederek bunu baslica mesele kimi butun keskinliyi ile ireli surdu Islahatdan sonraki butun inkisaf subut etdi ki hem mulkedar hem de kendli teserrufati feodalizmin saysiz hesabsiz qaliqlari ile buxovlansa da kapitalizm yolu ile inkisaf edir 1905 1907 ci iller inqilabi dovrunde kendli herekatindan qorxuya dusmus hokumet kendlilerin torpaq ugrunda mubarizesini dayandira bilen tedbirler gormek qerarina geldiler 1905 ci il noyabrin 3 de car hokumeti mulkedarlardan torpagi satin alib kendlilere satan Kendli torpaq bankinin fealiyyetini genislendirmek haqqinda ferman verdi Torpaq meselesi ile elaqedar daha genis tedbirler isleyib hazirlamaq meqsedi ile hokumet 1906 ci il yanvarin 6 da kendlilerin pay torpaqlarina malik olmaq huququna aid qanunlarin ilkin qaydada islenib hazirlanmasi ucun xususi musavire adlanan bir musavire cagirdi Musavire zadeganlara mexsus torpaq fondunun toxunulmazligini saxlamaq barede mulkedarlarin ve onlarin siyasi partiyasi olan Birlesmis zadeganlar surasi nin xususi sifarisini yerine yetirdi Musavire mulkedar torpaqlarinin onlardan hetta qismen alinmasina dair butun teklifleri redd etdi ve 1906 ci il yanvarin 25 de kendlilerin oz icma torpaqlarindan istifade etmesinde deyisiklik haqqinda yekdillikle qerar cixardi Bu qerarda deyilirdi ki icma torpagini yeniden dovrasiri bolusdurmemis cemiyyetde onun uzvu olan her bir kendlinin ozune mexsus icma torpaq payini xususi mulkiyyete cevirmeyi teleb etmeye ixtiyari vardi Bir muddetden sonra hemin qerar hokumet terefinden beyenildi ve o Stolipinin aqrar siyasetinin temelini qoydu Bu tedbirde kendli icma torpaq sahibliyini legv etmek ve kendlileri oz pay torpaqlarinin xususi sahiblerine cevirmek nezerde tutulurdu 1906 ci il martin 4 de car hokumeti yer qurulusu adlanan komissiyalar yaratmaq qerarina geldi Bu komissiyalar kendli torpaq sahibliyinin ehtiyaclarini aydinlasdirmaqla mesgul olmali Kendli bankinin emeliyyatlarinda ona komek etmeli kendlilerin bir yerden basqa yere kocurulmesini asanlasdirmali dovlet torpaqlarini icareye goturmekde kendlilere yardim gostermeli idi Komissiyalar pay torpaqlarindan istifade edilmesinin en yaxsi usuluna ve kend icmalarinin daha xirda teserrufat vahidlerine bolunmesine dair teklifler vere bilerdiler Komissiyalar quberniyalarda ve qezalarda yaradilirdi Komissiyalara quberniyalarda qubernatorlar qezalarda ise zadeganlarin secilmis numayendeleri basciliq edirdiler Bu komissiyalarin uzvlerinin ekseriyyeti hokumet orqanlari terefinden teyin olunurdu Belelikle hokumet icma kendli torpaq sahibliyinin legv edilmesini oz nezareti altina alirdi ve kendlilerin ozlerine mexsus torpaqlari bolusdurmesine imkan vermirdi Islahat haqqinda qanunlar1906 ci il iyunun evvelinde car hokumeti kendli icmasinin legv edilmesi ve icma torpaqlarinin kendlilerin sexsi mulkiyyetine cevrilmesi barede oz tekliflerini baxilmaq ucun birinci Dovlet dumasinin muzakiresine verdi Eslinde ise o istemirdi ki Duma onun teklifini muzakire etsin Tezlikle I Duma buraxildi ve icma kendli torpaq sahibliyinden xususi torpaq sahibliyine kecmek haqqinda ferman 1906 ci il noyabrin 9 da Dovlet dumasi terefinden tesdiq edilmeden elan olundu Bu fermana esasen icma torpagina sahib olan her bir kendliye icma torpagindan ona dusen payi xususi mulkiyyet kimi almaq huququ verilirdi Ferman mulkiyyetci kendlilere kohne yerde yasamaqda davam etmek yaxud onlara mulkiyyet kimi ayrilmis torpaq sahesine kecmek huququ verirdi Birinci halda kendliler otrub ikinci halda ise xutor sahibleri adlanirdilar 1910 cu il iyunun 14 de II Nikolay Dumanin ve Dovlet surasinin qebul etdiyi kendli torpaq sahibliyine dair qanun layihesini tesdiq etdi Yeni aqrar qanunu 1906 ci il 9 noyabr fermaninin prinsiplerini berqerar edir ve icma torpaq sahibliyinin legv edilmesi ucun daha boyuk imkanlar yaradirdi 1910 cu il qanunu ile artiq mecburi qaydada butun icmaci kendliler eger onlarin yasadigi icmalarda odence kecildiyi vaxtdan icma torpagi yeniden dovrasiri bolunmeyibse xususi mulkiyyetciler veziyyetine kecirilirdiler 1911 ci il 29 may qanununa gore kendlilerin icmadan cixmasi ucun kendli yigincaginin raziligini almaq isi de xeyli asanlasirdi Indi bu is kendli yigincaginda seslerin ucde iki hissesine esasen deyil sadece olaraq ses coxluguna esasen mumkun idi NeticesiHokumet yer qurulusu komissiyalarindan istifade ederek mecburi qaydada icma kendli torpaq sahibliyini dagitmaga ve kendlileri torpaqdan yeni azad etme isine basladi 1906 1916 ci iller erzinde hokumet 16 milyon kendli heyetinden yalniz 2 1 2 3 milyon heyeti yeni bu heyetlerin hamisinin teqriben 14 4 faizini icma sahibliyinden xususi mulkiyyete kecire bildi Lakin icmadan ayrilmis kendlilerin az olmasina baxmayaraq onlarin bir coxu tamamile var yoxdan cixdi ve oz torpagini itrdi Kendliler car aqrar qanununa qarsi qetiyyetle mubarize aparirdilar Onlar oz numayendelerini yer qurulusu komissiyalarina gondermekden imtina edir kendlilerin icmadan ayrilmasi ucun cemiyyetin raziligini vermir torpagin oz xususi mulkiyyetine kecirilmesi barede erize veren kendlileri teqib edir ve onlari oz erizelerinden imtina etmeye mecbur edirdiler Hokumet oz siyasetinden el cekmek istemir kendliler ise buna kutlevi etirazla cavab verdiler Kendli herekati yeniden yukselmeye basladi Car hokumeti kendlilerin mubarizesini zeifletmek ve mueyyen menada mehdudlasdirmaq meqsedile Stolipin aqrar qanunun quvvesini yalniz bir sira merkezi quberniyalar ilie mehdudlasdirib qeyri rus quberniyalarinin ekseriyyetini o cumleden Qafqazi Orta Asiyani ve Volqaboyunun bir sira bolgelerini bu qanunun quvvesi dairesinden cixardi Car hokumeti bu rayonlarda oz aqrar siyasetini kohne torpaq munasibetleri esasinda yeritmekde davam ederek rus kendlilerini milli rayonlarin kendlilerinden ayirmaga calisirdi Lakin car hokumetinin bu tedbiri muveffeqiyyet qazanmadi Rusiyanin ucqarlarinda Stolipinin aqrar islahati yarimciq ve mehdud sekilde heyata kecirilirdi Orta Asiyada kend icmalarinin dagilmasi neticesinde torpaqlar kendlilere xususi mulkiyyet kimi deyil yalniz muveqqeti istifadeye veriliridi Kendli icmanin dagilmasindan sonra torpagin sahibi hesab edilse de xususi mulkiyyetci kimi hec bir sened almirdi O oz torpagini yalniz dovlet torpaqlari uzerinde huququ olan sexse vere bilerdi Orta Asiya Sibir ve diger milli rayonlarin kendlileri merkezi quberniyalarin kendlilerine nisbeten daha mehdud huquqlar elde etdiklerine gore defelerle merkezi hokumete sikayet erizeleri ve telebler gondermisdiler Turk xalqlari regionlarinin ekseriyyetinin kendlileri de onlara ruslarla eyni huquqlarin verilmesini teleb edirdiler Stolipin aqrar islahati Volqaboyu Sibir ve Krimda muveffeqiyyet qazana bilmedi O ucqarlarda natamam sekilde heyata kecirilmisdi Mehdudiyyetler Sibirde daha cox nezere carpirdi Sibir torpaqlari o cumleden turklerin yasadiqlari eraziler yene de evvelki kimi Dovletin mulkiyyeti olaraq qalirdi Volqaboyu erazilerde islahat mecburi sekilde heyata kecirilirdi Burada islahatdan boyun qaciran ve ona qarsi cixan her bir sexs uc ay muddetine hebs edilmeli ve ya cerime olunmali idi Aqrar islahatin heyata kecirilmesi neticesinde Krimda pay torpaqlari daha cox azalmisdi Bu ise bir terefden yoxsul teserrufatlarin sayinin artmasina diger terefden ise muzdlu emekden istifade eden iri qolcomaq teserrufatlarinin coxalmasina sebeb olurdu Inqilabdan evvelki dovre nisbeten car hokumetinin kocurme siyaseti de deyisikliye ugradi Hokumet kocurmeni mehdudlasdirmaq siyasetinden kendlilerin kutlevi suretde Orta Asiya Sibir ve basqa yerlere kocurulmesi siyasetine kecdi Kendlilerin kocurulmesi Stolipin aqrar islahatinin terkib hissesini teskil edirdi Kocurme siyasetinde meqsed Rusiyanin merkezi quberniyalarinda torpaq catismamazligini aradan qaldirmaq inqilabi ehval ruhiyyede olan kendlileri merkezden uzaqlasdiraraq Sibir ve Qazaxistana gondermek milli ucqarlarda ruslasdirma siyaseti yeritmek ve qeyri rus xalqlari millimustemleke zulmu altinda saxlamaq ucun kocurulen ruslardan bir vasite kimi istifade etmek idi Orta Asiya Sibir ve diger bolgelere kocurulen kendliler yerli ehaliden alinmis torpaqla temin edilirdi Car hokumetinin kocurme siyasetini heyata keciren memurlar en munbit torpaqlari yerli ehaliden alaraq onlari qeyri munbit torpaqlari cekilmeye mecbur edirdiler Bu ise bolgelerde yerli ehalinin usyanlarina sebeb olurdu Bu dovrde Rusiyanin merkezi quberniyalarinda kendli cixislari zeiflediyi halda Orta Asiyada bu herekat guclenmekde idi Carizmin kocurme siyaseti de onun ozune qarsi cevrildi Car hokumeti bu siyaset neticesinde hem Rusiyada hem de ucqarlarda kendlilerin naraziliginin artmasina ve onlarin veziyyetinin daha da agirlasmasi na nail oldu Kocurulenlerin sayi 1905 ci ilde 39 min 1906 ci ilde 141 min 1907 ci ilde 427 min 1908 ci ilde 665 min nefer idi Sonra kocurulenlerin sayi xeyli azalmaga basladi 1909 cu ilde kocurulenlerin sayi 619 min 1910 cu ilde 316 min ve 1911 ci ilde 183 min nefer idi Bununla beraber 1910 cu ilden etibaren geri qayidanlarin sayi suretle artdi Bu car hokumetinin kocurme siyasetine bagladigi butun umidlerin bosa cixmasi demek idi Bu siyasetin muveffeqiyyetsizliyinin iki baslica sebebi var idi Birinci sebeb ondan ibaret idi ki kocurulenler esasen yoxsullar idi Onlar Orta Asiyaya Sibire ve basqa yerlere oz veziyyetlerini yaxsilasdirmaq umidi ile kocurduler Onlar satdiqlari torpaqdan ve emlakdan elde etdikleri az meblege ve dovletden aldiqlari azaciq pulu yola xerclediklerinden kocuruldukleri yeni yerde ozlerine teserrufat duzeltmek ucun vesaitleri qalmirdi Aldanib var yoxdan cixanlarin bir hissesi kocuruldukleri yerde varlilarin esareti altina dusur kocurulenlerin cox hissesi ise pesmanciliqla oz kohne yurdlarina qayidirdi Ikinci sebeb kocurme isinin duzgun teskil edilmemesinden ibaret idi Kocurulenlerden otru cox zaman teserrufat ucun yararli torpaq ayirib vermirdiler Kifayet qeder borc verilmirdi Kocurme siyaseti qarsisinda sirf siyasi meqsedler qoyan car hokumeti onun iqtisadi neticeleri baresinde dusunmurdu Kocurulenlere komek gosterilmesinin teskili ucun genis tedbirler esla gorulmurdu Netice etibari ile kocurulme siyaseti kutlevi kocurulme rayonlarinda iqtisadi ve siyasi veziyyetin keskinlesmesine sebeb oldu Kendli bankinin fealiyyeti de muveffeqiyyetsizliye ugradi 1906 ci ilden 1916 ci iledek Kendli banki 6 5 milyon desyatin torpaq almis ve kendlilere baslica olaraq qolcomaqlara teqriben 4 1 milyon desyatin torpaq satmisdi Bu muddet icerisinde Bank torpaqlarinda ve Kendli bankinin yardimi ile alinan torpaqlarda 280 minedek otrub ve xutor teserrufati yaradilmisdi Kendli torpaq banki torpaqlarin satisi ile yanasi onlari icareye de verirdi Icareye verilmis torpaqlarin haqqi ya pulla ya da natura seklinde odenilirdi Kazan quberniyasinda pulla icare ustunluk teskil etmisdi Car hokumeti muselman dinine etiqad eden xalqlari tehlukeli hesab edirdi cunki Stolipinin yazdigi kimi gergin gunlerde qiyamci Zaqafqaziyanin zahiren sakit gorunen Volqaboyunun ve narahat Turkustanin ozge xalqlari inqilab cebhesinde olacaqlar Carizm muselman ehali arasinda inqilabi herekatin qarsisini almaq ucun butov tedbirler sistemi isleyib hazirladi Bu tedbirlerden en baslicasi muselmanlarin xristianlasdirilmasi deyilen tedbir idi Hokumet bu meqsedle Kazanda ruhani akademiyasi nezdinde xususi olaraq missionerlik sobesi acdi ki bu sobe cox kecmeden oz mezunlarinin boyuk bir qrupunu muselman rayonlarina gonderdi Car missionerleri bir cox rayonlarda polis orqanlarinin komeyi ile xristianligi yayirdilar Stolipin aqrar islahati kend teserrufatinda kapitalizmin inkisafini guclendirdi Lakin aqrar islahatlar butovlukde hokumetin ve mulkedarlarin gozledikleri neticeleri vermedi Mulkedarlarla kendliler arasinda torpaq ugrunda mubarize Stolipinin aqrar siyaseti neticesinde neinki zeiflemedi eksine guclendi Car hokumeti iqtisadi inkisafin ve sinfi mubarizenin gedisinde qarsiya qoyulmus vezifeni yerine yetire bilmedi Stolipin islahati kendli meselesini gundelikden hell edib cixarmadi Islahat butun cetinlikleri ve qusurlarina baxmayaraq turk xalqlari yasayan bolgelerde kapitalizmin inkisafi bank ve maliyye sisteminin yaranmasi yeni senaye sahelerinin meydana gelmesi burjuaziya ve fehlelerin tesekkulune sebeb olmusdu MenbeRamin Qurbanov Turk xalqlarinin tarixi Ali mekteblerin Azerbaycan bolmeleri ucun ders vesaiti Baki Iqtisad Universiteti Nesriyyati 2011 seh 95 101 EdebiyyatStatistik nesrlerStatisticheskij ezhegodnik Rossii 1913 g Izd Centralnogo Statisticheskogo Komiteta M V D SPb 1914 650 s Statisticheskij ezhegodnik na 1912 god Sovet sezdov predstavitelej promyshlennosti i torgovli Pod red V I Sharago SPb 1912 747 s Statisticheskij ezhegodnik na 1913 god Sovet sezdov predstavitelej promyshlennosti i torgovli Pod red V I Sharago SPb 1913 747 s Statistika zemlevladeniya 1905 g Svod dannyh po 50 ti guberniyam Evropejskoj Rossii Centralnyj Statisticheskij Komitet M V D SPb Tip lit ya M Ya Minkova 1907 S 272 Sbornik statistiko ekonomicheskih svedenij po selskomu hozyajstvu Rossii i nekotoryh inostrannyh gosudarstv G U Z i Z zatem Ministerstvo Zemledeliya Otdel selskoj ekonomii i selskohozyajstvennoj statistiki Gody pervyj desyatyj SPb Tip V O Kirshbauma 1907 1917 god 1 j 1907 god 2 j 1908 god 3 j 1909 god 4 j 1910 god 5 j 1912 god 6 j 1913 god 7 j 1914 god 8 j 1915 god 9 j 1916 god 10 j 1917 Rubakin N A Rossiya v cifrah Strana Narod Sosloviya Klassy SPb Vestnik znaniya 1912 Russkij kalendar na 1905 god A Suvorina God 34 j SPb Tip A S Suvorina 1905 748 s QanunvericilikAleksandrovskij Yu V Zakon 14 iyunya 1910 g ob izmenenii i dopolnenii nekotoryh postanovlenij o krestyanskom zemlevladenii Zakonodatelnye motivy razyasneniya pravitelstva praktika Pravitelstvuyushego senata cirkulyary min va vnutrennih del finansov yusticii i glavn upr zemleustrojstva i zemledeliya SPb T vo po izdaniyu novyh zakonov 1911 608 s Arhangelskij P G Ocherki po istorii zemelnogo stroya Rossii Kazan Gosizdat 1921 328 s MemuarlarGurko V I Cherty i siluety proshlogo Pravitelstvo i obshestvennost v carstvovanii Nikolaya II v izobrazhenii sovremennika M Novoe Literaturnoe Obozrenie 2000 ISBN 5 86793 109 9 P A Stolipinin fealiyyetiP A Stolypin Programma reform Dokumenty i materialy v 2h tt M ROSSPEN 2003 tom 1 tom 2 Stolypin P A Nam nuzhna velikaya Rossiya Polnoe sobranie rechej v Gosudarstvennoj dume i Gosudarstvennom sovete 1906 1911 M Molodaya gvardiya 1991 416 s ISBN 5 235 01576 2 Izgoev A P A Stolypin Ocherk zhizni i deyatelnosti M Kn vo K F Nekrasova 1912 133 s Kend teserrufati iqtisadiyyati ve aqrar meseleVitte S Yu Zapiska po krestyanskomu delu SPb Tip V F Kirshbauma 1904 101 s Goremykin M I Agrarnyj vopros Nekotorye dannye k obsuzhdeniyu ego v Gosudarstvennoj Dume SPb Tip V F Kirshbauma 1907 171 s Nikolskij A P Zemlya obshina i trud Osobennosti krestyanskogo pravoporyadka ih proishozhdenie i znachenie SPb Tip A Suvorina 1902 195 s Prokopovich S N Agrarnyj vopros v cifrah SPb 1907 126 s Chelincev A N Russkoe selskoe hozyajstvo pered revolyuciej M Novyj agronom 1928 239 s Obshij obzor trudov mestnyh komitetov Vysochajshe uchrezhdennoe osoboe soveshanie o nuzhdah selskohozyajstvennoj promyshlennosti Sost S I Shidlovskij SPb Tip V F Kirshbauma 1905 421 s Kend teserrufati kreditiBaturinskij D A Agrarnaya politika carskogo pravitelstva i Krestyanskij pozemelnyj bank M Novaya derevnya 1925 144 s Zak A N Krestyanskij pozemelnyj bank 1883 1910 M 1911 607 s Yer qurulusuKofod A A Hutorskoe rasselenie SPb 1907 72 s Komitet po zemleustroitelnym delam Kratkij ocherk za desyatiletie 1906 1916 Po rasporyazheniyu ministra zemledeliya SPb T vo R Golike i A Vilborg 1916 100 s Kendli heyecanlari inqilabi herekatKrestyanskoe dvizhenie v Rossii v 1901 1904 godah Sbornik dokumentov Otv red Anfimov A M M Nauka 1998 368 s ISBN 5 02 008626 6 Krestyanskoe dvizhenie v Rossii Iyun 1907 Iyun 1914 Sbornik dokumentov Red Shapkarin A V M L Nauka 1966 676 s Bajrau D Yanus v laptyah krestyane v russkoj revolyucii 1905 1917 gg Voprosy istorii 1992 1 S 19 31 Muasir tarixi tedqiqatlarAnfimov A M Krestyanskoe hozyajstvo Evropejskoj Rossii 1881 1904 M Nauka 1980 238 s Zyryanov P N Krestyanskaya obshina Evropejskoj Rossii v 1907 1914 gg M Nauka 1992 256 s ISBN 5 02 008627 4 Gregori P Ekonomicheskij rost Rossijskoj imperii konec XIX nachalo XX vv Novye podschyoty i ocenki Per s angl M ROSSPEN 2003 254 s ISBN 5 8243 0291 X Koconis Ya Kak krestyan delali otstalymi M Novoe literaturnoe obozrenie 2006 320 s ISBN 5 86793 440 3 Sidelnikov S M Agrarnaya reforma Stolypina M Izd vo MGU 1973 335 s Tyukavkin V G Velikorusskoe krestyanstvo i stolypinskaya agrarnaya reforma M Pamyatniki istoricheskoj mysli 2001 304 s ISBN 5 88451 103 5 Shanin T Revolyuciya kak moment istiny 1905 1907 1917 1922 gg Per s angl M Ves mir 1997 560 s ISBN 5 7777 0039 X Enciklopediya P A Stolypin Fond izucheniya naslediya P A Stolypina Provereno 28 maya 2011 Arhivirovano 21 avgusta 2011 goda Pahomchik S A Petuhovskij S L Stolypinskaya agrarnaya reforma i razvitie proizvoditelnyh sil Sibiri Monografiya Omsk FGBOU VPO OmGAU im P A Stolypina 2012 328 s il 500 ekz ISBN 978 5 9658 0092 6Avropa tarixsunasligi Bartlett Roger ed Land Commune and Peasant Community in Russia Communal Forms in Imperial and Early Soviet Society New York St Martin s Press 1990 Pallot Judith Land Reform in Russia 1906 1917 Peasant Responses to Stolypin s Project of Rural Transformation Oxford and New York Clarendon Press 1999 ISBN 0 19 820656 9 Riasanovsky Nicholas V A History of Russia Sixth edition Oxford Oxford University Press 2000 ISBN 0 19 512179 1 Thompson John M A Vision Unfulfilled Russia and the Soviet Union in the Twentieth Century Lexington MA D C Heath and Company 1996 ISBN 0 669 28291 XHemcinin baxPyotr Stolipin 1912 1913 cu iller aqrar qanunlari