Həmid bəy Yusif bəy oğlu Yusifbəyli (Yusifbəyov, Usubbəyov; 1878, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1942, bilinmir) — Difai Partiyası, Türk Sosial-Federativ İnqilabi Qeyrət Partiyası və Türk Ədəmi-Mərkəziyyət Partiyasının yaradıcılarından biri. Nəsib bəy Yusifbəylinin böyük qardaşı.
Həmid bəy Yusifbəyli | |
---|---|
Həmid bəy Yusif bəy oğlu Yusifbəyli | |
1905 – 1911 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Vəfat yeri |
|
Fəaliyyəti | maarifçi, siyasətçi |
Atası | Yusif bəy Yusifbəyli |
Həyat yoldaşı | Səriyyə xanım Şeyxzamanlı |
Uşaqları | Ənvər bəy Yusifbəyli |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Həmid bəy Yusifbəyli 1878-ci ildə Gəncə şəhərində anadan olub. 1895-ci ildə şəhərdəki klassik gimnaziyanı bitirdikdən sonra 1898-ci ildən etibarən "Məktəbi-xeyriyyə"də müəllim işləməyə başlayıb. Bu həmin illərdi ki, onun atası Yusif bəy siyasi proseslərin içində fəallardan biri sayılırdı. Gənc Həmid bəy də atası ilə bərabər bu işlərə cəlb olunmuş, Azərbaycanın muxtariyyət statusu alması üçün mübarizə aparmışdır.
Həmid bəy Yusifbəyli 18 dekabr 1899-cu ildə siyasi fəaliyyətinə görə həbs edilərək Tiflis şəhərinə aparılmışdır. 14 ay Metex həbsxanasında saxlanılmışdır. 1904-cü ilin dekabrınadək Türkistana sürgündə olmuşdur.
1905-ci ildə Gəncədə Türk Sosial-Federalist İnqilabi Komitəsi adlı təşkilatın yaradılmasında iştirak etmişdir. Bu təşkilat Azərbaycana Muxtariyyət və Rusiyanın Federativ şəkildə qurulması ideyalarını ortaya qoyan ilk siyasi qüvvəydi. Məhz bu komitənin əsasında daha sonra "Qeyrət" partiyası yaranmışdır. Sənədlərdə Türk Sosial-Federativ İnqilabi Partiyası adlanan təşkilatın rəhbərliyinə Ələkbər bəy Rəfibəyli, Ələkbər bəy Xasməmmədov, Yusif bəy Yusifbəyli və Həmid bəy Yusifbəyli daxil idilər. Bəzi mənbələrdə partiyaya sədrliyin Ələkbər bəy Rəfibəylinin təklifi ilə Həmid bəyə həvalə olunduğu qeyd olunub.
Yusif bəy Yusifbəyli və iki oğlu Həmid bəy və Nəsib bəy Yusifbəylilər "Qeyrət"dən daha sonra yaradılan "Difai" partiyasının sıralarına qatılmış və ən fəal üzvlərindən idilər. Hətta "Difai" partiyasının bir iclası Yusif bəy Yusifbəyli Gəncədəki evində, o biri isə Hacıkənddə Ləmsə bulağının yanındakı malikanəsində keçirilmişdir. 1907-ci ildə Həmid bəyin evində Çar hökuməti tərəfindən axtarış aparılır və 24 ədəd siyasi kitab tapılaraq ona xəbərdarlıq edilir.
Həmid bəy 1908-ci ildən 1910-cu ilədək ruhani məktəbində dərs deyib və orada da geniş təbliğat işləri aparıb. 1909-cu ildə o, ruhani məktəbində dərs deyən zaman Nağı bəy Şeyxzamanlının əmisi qızı Səriyyə xanım Şeyxzamanlı ailə qurub və üstündən heç bir il keçmədən o, yenidən həbs olunub.
1910-cu ildə Qafqaz canişini Vorontsovun hökmü ilə Həmid bəy Qafqazdan 5 illik müddətinə Krıma, Bağçasaraya sürgün edilmiş və orada bir müddət qardaşı Nəsib bəy Yusifbəylinin qayınatası İsmayıl Qaspıralının evində yaşadıqdan sonra İstanbula müraciət etmişdir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar II Nikolayın sərəncamına görə Həmid bəy əfv olunur və İstanbuldan Gəncəyə qayıdır. 1913-cü ildən 1917-ci ilədək daimi nəzarət altında saxlanılır.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra siyasi fəaliyyətini dayandırır.
Sonrakı dövrdə Həmid bəy 1921-ci ildən 1930-cu ilədək Mirzə Fətəli Axundov adına Gəncə Türk Pedaqoji Texnikumunda (indi Gəncə Dövlət Universiteti) dərs deyib.
Həmid bəy Azərbaycan və rus ədəbiyyatının mahir bilicisi olub. Ötən əsrin 30-cu illərinin əvvəllərində o, "Türkan" adlı bir pyes yazır və əsər Gəncə Dram Teatrının səhnəsində tamaşaya qoyulur. 27 fevral 1931-ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsinin 5 nömrəli orderi ilə 28 fevral 1931-ci ildə dayısı Yusif bəy Xanbudaqovun iştirakı ilə evində axtarış aparılmışdı, heç bir şey tapılmadığına baxmayaraq, iki nəfər qonşusu üzünə durduğuna görə antisovet təbliğatı aparması bəhanəsi ilə həbs edilmişdir. Həmid bəyin yazılı izahatında "aparın məni edam edin, mənə qarşı sürülən iddianı qəbul etmirəm" demişdir. Bir il DTK-da saxlanıldıqdan sonra azadlığa buraxılır. Otuzuncu illərdə Azərbaycan Kommunist Partiyasında sıralarında yüksək vəzifələrdə işləyən qohumu Məmməd Cuvarlinskiyə görə, bir müddət ona dəymirlər. 1932-ci ilin sentyabrında Kirovabad Sənaye Politexnikumuna işə düzəlir və bununla bərabər Gəncədə 15 nömrəli məktəbdə dərs deyir.
Ölümü
Həmid bəy Yusifbəyli Dövlət Təhlükəsizliyi Xalq Kommisarlığı (DTX-nin Arxivi, PR-28879 saylı iş) tərəfindən antisovet element, qatı türkçü və rus xalqının ünvanına böhtanlar yağdırdığına və "Müsavat" partiyasının üzvü olduğuna görə 16 iyulun 1941-ci ildə 213 saylı orderə əsasən həbs edilmişdir. 8 dekabr 1941-ci ildə yekun ittihamnaməsi hazırlanmışdır. İttihamnamədə göstərilir ki, o bəy nəslindədir, atası məhkəmə pristavı işləyib, böyük mülkiyyəti olub. "Müsavat" partiyasının üzvü olmuşdur. Qardaşı Nəsib bəy "Müsavat dövründə" Nazirlər Şurasının sədri olmuşdur. Antisovet təbliğat aparmış, rus xalqının əleyhinə danışmış və Türkiyəni təbliğ etmişdir. Və nəhayət, Həmid bəy Yusifbəylinin qocalığını nəzərə alaraq onun 5 il müddətinə sürgünə göndərilməsi təklif edilmişdir. 11 fevral 1942-ci ildə SSRİ XDİK yanında Xüsusi Müşavirə Ziyalov və Qriqoryanın təklifini nəzərə alıb, Həmid bəyi 5 il müddətinə sürgünə göndərılməsi qərara alındı. Həmid bəyin sonrakı taleyi barədə məlumat verilmir. Bu, onun sonuncu "səfəri" oldu. Dəfərlərlə çar və sovet imperiyasının caynağına keçmiş, lakin sağ-salamt vətənə dönən Həmid bəyi "qırmızı imperiya"nın həbsxanalarının birində dünyasını dəyişmişdir.
31 dekabr 1957-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyası Həmid bəy Yusifbəyliyə işində cinayət tərkibi olmadığına görə bəraət vermişdir. Məhkəmənin qərarı 9 yanvar 1958-ci ildə Həmid bəyin oğlu Ənvərə bildirilmişdir.
Kitabxanası
Həmid bəy 1898-ci ildə Gəncədə öz evində Puşkin kitabxanası yaratmışdı. Həmin kitabxana 1899-cu ildə Puşkinin 100 illik yubileyi münasibətilə Gəncə Tatlar Məscidinə köçürülür. Kitabxananın zənginləşməsində Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizasdə, Kərim bəy Mehmandarov, S.A.Rüstəmbəyli, Ş.S.Şahmalıyev, Hacı Mirzə Rəfiyev, İ.L.Səyad, Y.İ.Sizenskaya və başqaları köməklik göstərmişlər. Qısa bir zamanda kitabların sayı 700-ü ötüb. Oxucuların sayı 1203 nəfər olmuş və onlardan 283 nəfəri azərbaycanlı idi. Burada həmçinin Karamzinin "Rus dövlətinin tarixi", Belinskinin, Dobrolyubovun, Uşinskinin, Piroqovun, F.Şillerin və başqalarının əsərləri var idi.
Həmid bəyin yaşadığı evdə də 1950-ci ilə kimi zəngin kitabxana vardı. Orada 2000-dən artıq kitab qorunurdu. Bunların içərisində İsmayıl bəy Qaspıralı rus dilinə tərcümə etdiyi "Qurani-Kərim" də vardı. Həmid bəyin kiçik qardaşı Eyyub bəy Yusifbəyli və bacıları Dilşad xanımın uşaqları Gülnar xanım və Rasim bəy Xasməmmədovlar 1949-cu ildə Sibirdə sürgündə olduqda onlara kömək məqsədi ilə həmin kitabxana Azərbaycan SSR Elmlər Akademiyasının Gəncə Elmi Tədqiqat Mərkəzinə satılıb. Həmid bəyin kitabxanasındakı kitabların əksəriyyəti Elmlər Akademiyanın Gəncədə olan bazası ləğv ediləndən sonra itdi. Az bir hissəsi, yəni 120-dən artıq nüsxə sonralar tapılıb. Gəncədəki Şahsevənlər məscidində yaradılmış "Xəzinə" adlı kitabxanaya verilmişdi.
Əsərləri
- Elmi və nəzəri müfəssəl elmi-hesab. Gəncə: Əsgər Hacı Həsənzadə mətbəəsi, 1908 (İsmayıl Faiq ilə birgə);
- Mübtədillər üçün iki qisimli hesab məsələləri. Birinci nəşri. Gəncə: Haqverdiyevin şirkət mətbəəsi, 1908;
- Gəncədə "Mədrəsə" kitabxansı. Əsamiül-kütub. Bağçasaray: "Tərcüman" qəzetəsinin elektrik basmaxanası, 1912;
- Mübtədillər üçün hesab məsələləri. İkinci təb. Bağçasaray: "Tərcüman" qəzetəsinin mətbəəsi, 1914.
Ailəsi
- Ulu babası — Usub bəy Gəncə xanlığının vəziri. Usub bəy Cavad xanın vəziri olmuşdur. Usub bəyin bacısı Şükufə xanım Cavad xanın həyat yoldaşı idi. Nəsib bəyin ulu babası Usub bəy Cavad xanın dəftərxanasında ilk məktəb açmışdır. Bütün həyatı boyu həmvətənlərinin elmli, təhsilli olması naminə çalışmış və onun əməllərinin şöləsi bütün nəslin yolunu işıqlandırmışdır.
- 1915-ci ildə oğlu Ənvər bəy Yusifbəyli dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra soyadını məcburiyyət qarşısında dəyişərək, Yusifbəyli etmişdir. 1933-cü ildə Tiflis Rabitə Elektrotexniki İnstitutuna daxil olub. Həmin institutu bitirdikdən sonra təqiblərlə üzləşməmək üçün Rusiyanın İrkutsk şəhərinə üz tutub, 1938–1939-cu illərdə orada böyük mühəndis vəzifəsində işləyib. 1939–1941-ci illərdə Ənvər bəy Tacikistanın Stalinabad şəhərində Rabitə İdarəsində baş mühəndis vəzifəsində çalışmışdır. 1941-ci ildə SSRİ-nin Almaniya ilə başladığı müharibəyə çağırılmış və orada diviziya ilə bərabər əsir düşmüşdür. 1945-ci ildə əsirlikdən sonra həbs edilib. Ənvər bəy 1956-cı ildə bəraət aldı, 1989-cu ildə vəfat etdi. Gəncə şəhərində Yusifbəylilər sərdabəsində dəfn edildi. Ənvər bəy bu barədə öz xatirələrində yazır:
Mənə bir neçə ay işgəncələr verdilər və hətta ayaqüstü kabinaya yerləşdirib saatlarla başıma su damcıları buraxırdılar. Sonra məni məhkəməyə aparıb 15 il iş kəsərək siyasi məhbus kimi Sibir həbsxanalarına göndərdilər. Gəncliyimin 10 ili orada keçdi. 1954-cü ildə səhər saat 5-6 radələrində radio ilə eşitdik ki, Lavrenti Beriyanı həbs ediblər. Onun laqerin ortasında heykəli ucalırdı, dustaqlar həmin heykəli yıxmaq istədikdə vışkadan onları gülləbarana tutdular, bir neçə nəfərin meyiti yerdə qaldı. Üstündən bir neçə saat keçdikdən sonra laqerin rəhbərliyi xəbər tutdu ki, həqiqətən də Beriyanı həbs ediblər |
- Anası Cəmilə xanım Xanbudaqovlar nəslindəndir.
- Babası Böyük bəy Xanbudaqov 1840-cı illərdə Şəkidən Borsunlu kəndinə gəlmiş və orada məskunlaşmışdır. Onlar Mirzə Fətəli Axundovun anasının yaxın qohumları idilər.
- Dayısı Yusif bəy Xanbudaqov Qori seminariyasını bitirdikdən sonra Gürcüstanda yaşamışdır. 1910-cu illərdə o, Qafqazın Tiflisdəki sərdarı Vorontsov-Daşkovun dəftərxanasının müdiri vəzifəsində işləmişdir. 1918-ci ildə Gəncəyə qayıdıb. 1940-cı ildə vəfat edib.
- Dayısı oğlu Eyyub Xanbudaqov 1920-ci illərdə Azərbaycan Fövqəladə Komissiyasının sədri olub. Sonralar o, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin katibi işləyib. 1937-ci il oktyabr ayının 12-dən 13-nə keçən gecə Əhməd Cavadla bərabər güllələnmişdir.
- Bacısı övladının qaynı Məhəmməd Cuvarlinski Azərbaycan Kommunist (bolşeviklər) Partiyasında müxtəlif vəzifələrdə, həmçinin Azərbaycan SSR Xalq Maarifi Komissarı olaraq çalışmışdır.
Şəkillər
- Tiflis quberniyası jandarm idarəsinin hazırladığı Həmid bəy Yusifbəylinin şəkli olan sənəd, 1909-1910-cu illər
- Həmid bəy Yusifbəyli bacısı Dilşad xanımın uşaqları ilə
- Həmid bəy Yusifbəyli Krımda
Xatirələrdə
Cavad bəy Rəfibəylinin xatirələrindən:
Mən, görkəmli akademik, fəxrimiz Çingiz Çuvarlının kirvəsiyəm. Yusifbəylilər nəslində Həmid bəylə çox yaxın idim. O, olduqca savadlı və ensiklopedik biliyə malik bir insan idi. Bilmədiyimizi ondan soruşardıq. Həmid bəy Azərbaycan və rus ədəbiyyatını mükəmməl bilirdi. Gəncədə atası Yusif bəylə ilk kitab dükanı açmışdı. O, "Türkan" (Analıq) adlı bir pyes yazmışdı. Həmin dram əsəri Gəncə Dram Teatrının səhnəsində tamaşaya qoyulub uğur qazanmışdı. Əsər 31-ci ildə Həmid bəyin evində yoxlanış aparılan zaman DTK tərəfindən müsadirə edildi və əsərin taleyi barədə məlumat verən olmadı. |
İstinadlar
- "Böyük nəslin böyük faciəsi: Yusifbəylilərin daha bir repressiya qurbanı". "Azadlıq"ın Araşdırmaçı Jurnalistlər Qrupu. 2022-11-23 tarixində . İstifadə tarixi: 2 oktyabr 2012.
- İradə Əliyeva. "Uydurulmuş cinayətin amansız cəzası". "Azərbaycan" jurnalı. 2020-08-14 tarixində . İstifadə tarixi: 16 sentyabr 2012.
- İradə Əliyeva. "Uydurulmuş cinayətin amansız cəzası - Məmməd Cuvarlinski niyə öldürüldü?". publika.az. 2022-11-23 tarixində . İstifadə tarixi: 5 mart 2017.
- Elşad Qoca. Sibir dərsi. Bakı: Şuşa. 2000. səh. 83-86.
- Xəlil bəy Xasməmmədovun qardaşı Nağı bəy Xasməmmədovun övladları
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hemid bey Yusif bey oglu Yusifbeyli Yusifbeyov Usubbeyov 1878 Yelizavetpol Yelizavetpol qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasi 1942 bilinmir Difai Partiyasi Turk Sosial Federativ Inqilabi Qeyret Partiyasi ve Turk Edemi Merkeziyyet Partiyasinin yaradicilarindan biri Nesib bey Yusifbeylinin boyuk qardasi Hemid bey YusifbeyliHemid bey Yusif bey oglu YusifbeyliTurk Sosialist Federativ Inqilabi Partiyasi ve ya Qeyret Partiyasinin sedri1905 1911Sexsi melumatlarDogum tarixi 1878Dogum yeri Yelizavetpol Yelizavetpol qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1942Vefat yeri bilinmirFealiyyeti maarifci siyasetciAtasi Yusif bey YusifbeyliHeyat yoldasi Seriyye xanim SeyxzamanliUsaqlari Enver bey Yusifbeyli Vikianbarda elaqeli mediafayllarHeyatiHemid bey Yusifbeyli 1878 ci ilde Gence seherinde anadan olub 1895 ci ilde seherdeki klassik gimnaziyani bitirdikden sonra 1898 ci ilden etibaren Mektebi xeyriyye de muellim islemeye baslayib Bu hemin illerdi ki onun atasi Yusif bey siyasi proseslerin icinde feallardan biri sayilirdi Genc Hemid bey de atasi ile beraber bu islere celb olunmus Azerbaycanin muxtariyyet statusu almasi ucun mubarize aparmisdir Hemid bey Yusifbeyli 18 dekabr 1899 cu ilde siyasi fealiyyetine gore hebs edilerek Tiflis seherine aparilmisdir 14 ay Metex hebsxanasinda saxlanilmisdir 1904 cu ilin dekabrinadek Turkistana surgunde olmusdur 1905 ci ilde Gencede Turk Sosial Federalist Inqilabi Komitesi adli teskilatin yaradilmasinda istirak etmisdir Bu teskilat Azerbaycana Muxtariyyet ve Rusiyanin Federativ sekilde qurulmasi ideyalarini ortaya qoyan ilk siyasi quvveydi Mehz bu komitenin esasinda daha sonra Qeyret partiyasi yaranmisdir Senedlerde Turk Sosial Federativ Inqilabi Partiyasi adlanan teskilatin rehberliyine Elekber bey Refibeyli Elekber bey Xasmemmedov Yusif bey Yusifbeyli ve Hemid bey Yusifbeyli daxil idiler Bezi menbelerde partiyaya sedrliyin Elekber bey Refibeylinin teklifi ile Hemid beye hevale olundugu qeyd olunub Yusif bey Yusifbeyli ve iki oglu Hemid bey ve Nesib bey Yusifbeyliler Qeyret den daha sonra yaradilan Difai partiyasinin siralarina qatilmis ve en feal uzvlerinden idiler Hetta Difai partiyasinin bir iclasi Yusif bey Yusifbeyli Gencedeki evinde o biri ise Hacikendde Lemse bulaginin yanindaki malikanesinde kecirilmisdir 1907 ci ilde Hemid beyin evinde Car hokumeti terefinden axtaris aparilir ve 24 eded siyasi kitab tapilaraq ona xeberdarliq edilir Hemid bey 1908 ci ilden 1910 cu iledek ruhani mektebinde ders deyib ve orada da genis tebligat isleri aparib 1909 cu ilde o ruhani mektebinde ders deyen zaman Nagi bey Seyxzamanlinin emisi qizi Seriyye xanim Seyxzamanli aile qurub ve ustunden hec bir il kecmeden o yeniden hebs olunub 1910 cu ilde Qafqaz canisini Vorontsovun hokmu ile Hemid bey Qafqazdan 5 illik muddetine Krima Bagcasaraya surgun edilmis ve orada bir muddet qardasi Nesib bey Yusifbeylinin qayinatasi Ismayil Qaspiralinin evinde yasadiqdan sonra Istanbula muraciet etmisdir 1913 cu ilde Romanovlar sulalesinin 300 illiyi ile elaqedar II Nikolayin serencamina gore Hemid bey efv olunur ve Istanbuldan Genceye qayidir 1913 cu ilden 1917 ci iledek daimi nezaret altinda saxlanilir 1918 ci ilde Azerbaycan Xalq Cumhuriyyeti qurulandan sonra siyasi fealiyyetini dayandirir Sonraki dovrde Hemid bey 1921 ci ilden 1930 cu iledek Mirze Feteli Axundov adina Gence Turk Pedaqoji Texnikumunda indi Gence Dovlet Universiteti ders deyib Hemid bey Azerbaycan ve rus edebiyyatinin mahir bilicisi olub Oten esrin 30 cu illerinin evvellerinde o Turkan adli bir pyes yazir ve eser Gence Dram Teatrinin sehnesinde tamasaya qoyulur 27 fevral 1931 ci ilde Azerbaycan Dovlet Siyasi Idaresinin 5 nomreli orderi ile 28 fevral 1931 ci ilde dayisi Yusif bey Xanbudaqovun istiraki ile evinde axtaris aparilmisdi hec bir sey tapilmadigina baxmayaraq iki nefer qonsusu uzune durduguna gore antisovet tebligati aparmasi behanesi ile hebs edilmisdir Hemid beyin yazili izahatinda aparin meni edam edin mene qarsi surulen iddiani qebul etmirem demisdir Bir il DTK da saxlanildiqdan sonra azadliga buraxilir Otuzuncu illerde Azerbaycan Kommunist Partiyasinda siralarinda yuksek vezifelerde isleyen qohumu Memmed Cuvarlinskiye gore bir muddet ona deymirler 1932 ci ilin sentyabrinda Kirovabad Senaye Politexnikumuna ise duzelir ve bununla beraber Gencede 15 nomreli mektebde ders deyir Olumu Hemid bey Yusifbeyli Dovlet Tehlukesizliyi Xalq Kommisarligi DTX nin Arxivi PR 28879 sayli is terefinden antisovet element qati turkcu ve rus xalqinin unvanina bohtanlar yagdirdigina ve Musavat partiyasinin uzvu olduguna gore 16 iyulun 1941 ci ilde 213 sayli ordere esasen hebs edilmisdir 8 dekabr 1941 ci ilde yekun ittihamnamesi hazirlanmisdir Ittihamnamede gosterilir ki o bey neslindedir atasi mehkeme pristavi isleyib boyuk mulkiyyeti olub Musavat partiyasinin uzvu olmusdur Qardasi Nesib bey Musavat dovrunde Nazirler Surasinin sedri olmusdur Antisovet tebligat aparmis rus xalqinin eleyhine danismis ve Turkiyeni teblig etmisdir Ve nehayet Hemid bey Yusifbeylinin qocaligini nezere alaraq onun 5 il muddetine surgune gonderilmesi teklif edilmisdir 11 fevral 1942 ci ilde SSRI XDIK yaninda Xususi Musavire Ziyalov ve Qriqoryanin teklifini nezere alib Hemid beyi 5 il muddetine surgune gonderilmesi qerara alindi Hemid beyin sonraki taleyi barede melumat verilmir Bu onun sonuncu seferi oldu Deferlerle car ve sovet imperiyasinin caynagina kecmis lakin sag salamt vetene donen Hemid beyi qirmizi imperiya nin hebsxanalarinin birinde dunyasini deyismisdir 31 dekabr 1957 ci ilde Azerbaycan SSR Ali Mehkemesinin Cinayet Isleri uzre mehkeme kollegiyasi Hemid bey Yusifbeyliye isinde cinayet terkibi olmadigina gore beraet vermisdir Mehkemenin qerari 9 yanvar 1958 ci ilde Hemid beyin oglu Envere bildirilmisdir KitabxanasiGencede Medrese Kitabxanasinin mohuru Hemid bey 1898 ci ilde Gencede oz evinde Puskin kitabxanasi yaratmisdi Hemin kitabxana 1899 cu ilde Puskinin 100 illik yubileyi munasibetile Gence Tatlar Mescidine kocurulur Kitabxananin zenginlesmesinde Ebdurrehim bey Haqverdiyev Sultan Mecid Qenizasde Kerim bey Mehmandarov S A Rustembeyli S S Sahmaliyev Haci Mirze Refiyev I L Seyad Y I Sizenskaya ve basqalari komeklik gostermisler Qisa bir zamanda kitablarin sayi 700 u otub Oxucularin sayi 1203 nefer olmus ve onlardan 283 neferi azerbaycanli idi Burada hemcinin Karamzinin Rus dovletinin tarixi Belinskinin Dobrolyubovun Usinskinin Piroqovun F Sillerin ve basqalarinin eserleri var idi Hemid beyin yasadigi evde de 1950 ci ile kimi zengin kitabxana vardi Orada 2000 den artiq kitab qorunurdu Bunlarin icerisinde Ismayil bey Qaspirali rus diline tercume etdiyi Qurani Kerim de vardi Hemid beyin kicik qardasi Eyyub bey Yusifbeyli ve bacilari Dilsad xanimin usaqlari Gulnar xanim ve Rasim bey Xasmemmedovlar 1949 cu ilde Sibirde surgunde olduqda onlara komek meqsedi ile hemin kitabxana Azerbaycan SSR Elmler Akademiyasinin Gence Elmi Tedqiqat Merkezine satilib Hemid beyin kitabxanasindaki kitablarin ekseriyyeti Elmler Akademiyanin Gencede olan bazasi legv edilenden sonra itdi Az bir hissesi yeni 120 den artiq nusxe sonralar tapilib Gencedeki Sahsevenler mescidinde yaradilmis Xezine adli kitabxanaya verilmisdi EserleriElmi ve nezeri mufessel elmi hesab Gence Esger Haci Hesenzade metbeesi 1908 Ismayil Faiq ile birge Mubtediller ucun iki qisimli hesab meseleleri Birinci nesri Gence Haqverdiyevin sirket metbeesi 1908 Gencede Medrese kitabxansi Esamiul kutub Bagcasaray Tercuman qezetesinin elektrik basmaxanasi 1912 Mubtediller ucun hesab meseleleri Ikinci teb Bagcasaray Tercuman qezetesinin metbeesi 1914 AilesiUlu babasi Usub bey Gence xanliginin veziri Usub bey Cavad xanin veziri olmusdur Usub beyin bacisi Sukufe xanim Cavad xanin heyat yoldasi idi Nesib beyin ulu babasi Usub bey Cavad xanin defterxanasinda ilk mekteb acmisdir Butun heyati boyu hemvetenlerinin elmli tehsilli olmasi namine calismis ve onun emellerinin solesi butun neslin yolunu isiqlandirmisdir 1915 ci ilde oglu Enver bey Yusifbeyli dunyaya goz acib Orta mektebi bitirdikden sonra soyadini mecburiyyet qarsisinda deyiserek Yusifbeyli etmisdir 1933 cu ilde Tiflis Rabite Elektrotexniki Institutuna daxil olub Hemin institutu bitirdikden sonra teqiblerle uzlesmemek ucun Rusiyanin Irkutsk seherine uz tutub 1938 1939 cu illerde orada boyuk muhendis vezifesinde isleyib 1939 1941 ci illerde Enver bey Tacikistanin Stalinabad seherinde Rabite Idaresinde bas muhendis vezifesinde calismisdir 1941 ci ilde SSRI nin Almaniya ile basladigi muharibeye cagirilmis ve orada diviziya ile beraber esir dusmusdur 1945 ci ilde esirlikden sonra hebs edilib Enver bey 1956 ci ilde beraet aldi 1989 cu ilde vefat etdi Gence seherinde Yusifbeyliler serdabesinde defn edildi Enver bey bu barede oz xatirelerinde yazir Mene bir nece ay isgenceler verdiler ve hetta ayaqustu kabinaya yerlesdirib saatlarla basima su damcilari buraxirdilar Sonra meni mehkemeye aparib 15 il is keserek siyasi mehbus kimi Sibir hebsxanalarina gonderdiler Gencliyimin 10 ili orada kecdi 1954 cu ilde seher saat 5 6 radelerinde radio ile esitdik ki Lavrenti Beriyani hebs edibler Onun laqerin ortasinda heykeli ucalirdi dustaqlar hemin heykeli yixmaq istedikde viskadan onlari gullebarana tutdular bir nece neferin meyiti yerde qaldi Ustunden bir nece saat kecdikden sonra laqerin rehberliyi xeber tutdu ki heqiqeten de Beriyani hebs ediblerAnasi Cemile xanim Xanbudaqovlar neslindendir Babasi Boyuk bey Xanbudaqov 1840 ci illerde Sekiden Borsunlu kendine gelmis ve orada meskunlasmisdir Onlar Mirze Feteli Axundovun anasinin yaxin qohumlari idiler Dayisi Yusif bey Xanbudaqov Qori seminariyasini bitirdikden sonra Gurcustanda yasamisdir 1910 cu illerde o Qafqazin Tiflisdeki serdari Vorontsov Daskovun defterxanasinin mudiri vezifesinde islemisdir 1918 ci ilde Genceye qayidib 1940 ci ilde vefat edib Dayisi oglu Eyyub Xanbudaqov 1920 ci illerde Azerbaycan Fovqelade Komissiyasinin sedri olub Sonralar o Azerbaycan Kommunist bolsevikler Partiyasinin Merkezi Komitesinin katibi isleyib 1937 ci il oktyabr ayinin 12 den 13 ne kecen gece Ehmed Cavadla beraber gullelenmisdir Bacisi ovladinin qayni Mehemmed Cuvarlinski Azerbaycan Kommunist bolsevikler Partiyasinda muxtelif vezifelerde hemcinin Azerbaycan SSR Xalq Maarifi Komissari olaraq calismisdir SekillerTiflis quberniyasi jandarm idaresinin hazirladigi Hemid bey Yusifbeylinin sekli olan sened 1909 1910 cu iller Hemid bey Yusifbeyli bacisi Dilsad xanimin usaqlari ile Hemid bey Yusifbeyli KrimdaXatirelerdeCavad bey Refibeylinin xatirelerinden Men gorkemli akademik fexrimiz Cingiz Cuvarlinin kirvesiyem Yusifbeyliler neslinde Hemid beyle cox yaxin idim O olduqca savadli ve ensiklopedik biliye malik bir insan idi Bilmediyimizi ondan sorusardiq Hemid bey Azerbaycan ve rus edebiyyatini mukemmel bilirdi Gencede atasi Yusif beyle ilk kitab dukani acmisdi O Turkan Analiq adli bir pyes yazmisdi Hemin dram eseri Gence Dram Teatrinin sehnesinde tamasaya qoyulub ugur qazanmisdi Eser 31 ci ilde Hemid beyin evinde yoxlanis aparilan zaman DTK terefinden musadire edildi ve eserin taleyi barede melumat veren olmadi Istinadlar Boyuk neslin boyuk faciesi Yusifbeylilerin daha bir repressiya qurbani Azadliq in Arasdirmaci Jurnalistler Qrupu 2022 11 23 tarixinde Istifade tarixi 2 oktyabr 2012 Irade Eliyeva Uydurulmus cinayetin amansiz cezasi Azerbaycan jurnali 2020 08 14 tarixinde Istifade tarixi 16 sentyabr 2012 Irade Eliyeva Uydurulmus cinayetin amansiz cezasi Memmed Cuvarlinski niye olduruldu publika az 2022 11 23 tarixinde Istifade tarixi 5 mart 2017 Elsad Qoca Sibir dersi Baki Susa 2000 seh 83 86 Xelil bey Xasmemmedovun qardasi Nagi bey Xasmemmedovun ovladlariHemcinin baxYusifbeyliler