Anisi Manli Severin Boesi (lat. Anicius Manlius Severinus Boethius; təq. 480[…], Roma – 524, Paviya) — neoplatonçu filosof, Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi.
Boesi | |
---|---|
lat. Anicius Manlius Torquatus Severinus Boethius lat. Boetius | |
Doğum adı | Anicius Manlius Severinus Boethius |
Doğum tarixi | təq. 480[…] |
Doğum yeri | |
Vəfat tarixi | 524 |
Vəfat yeri | |
Vəfat səbəbi | baş kəsmə |
Dəfn yeri |
|
Elm sahəsi | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən xristianlıq |
Yunandilli apologetika: Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika: Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar: |
Xristian ehkamlarının formalaşması Rəsmi kilsəyə qarşı duran təriqətlər: Rəsmi kilsə tərəfdarları: Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər: |
Latın qərbində Kilsə Ataları Boesius • Kassiodor • Avqustin Avrelius |
Həyatı
Boesi Roma imperiyasının süqutundan sonra Şimali İtaliyada yaranan Ostqotlar krallığında yaşayıb, yaratmışdır. O Romanın patrisi ailəsində anadan olmuşdu və ostqot kralı Teodorikusun (latınca Theodoricus) dövründə, yüksək dövlət vəzifələrini tutmuşdu. Lakin sonra, Boesini Ostqot dövlətinin mövcudluğuna son qoyulması məqsədilə bizanslılarla məxfi danışıqların aparılmasında ittiham etmişdilər. Dövlətə qarşı xəyanətdə ittihamlandırılan Boesi zindana atılmış və orada bir müddət saxlandıqdan sonra edam edilmişdi. Boetsiyə "sonuncu romalı" ləqəbi vermişdilər.
Fəlsəfəsi
Boesi tərcüməçi və filosof kimi tanınmışdı. O yunan dilindən latın dilinə bəzi riyazi əsərləri, məsələn Evklidesin (Eukleides) "Başlanğıclar" əsərini tərcümə etmişdi. Daha sonra o Aristotelin "Kateqoriyalar" əsərlərini tərcümə və şərh etmişdir.
Boesi bir neçə ilahiyyat risaləsinin də müəllifi olmuşdur. Lakin bəzi tarixçilər onların müəllifinin həqiqətən Boesi olduğuna şübhə edirlər. Bu əsərlərdən ən tanınmışı "De Trinitate" (Müqəddəs Üçlük haqqında) risaləsidir. Bu əsərdə Boesi Xristianlığın əsas ehkamlarından olan "Üçlüyü", əqli nöqteyi-nəzərdən əsaslandırmağa çalışmışdır. Bunun üçün müəllif "birlik", "eynilik", "fərq" kimi anlayışların mahiyyətini, sonra isə, fərqlərin və eyniliyin cinsi, substansial, aksidensial növlərini təyin etmişdir.
Maddi şeylər üçün xas olan bu fərqlər, mütləq olan İlahi mahiyyətə aid edilə bilməz. Buradan Tanrının birliyi haqqında nəticə çıxarılır. Lakin burada Tanrı birliyinin Onun üç siması ilə necə uyğunlaşdırılmalı sualı yaranır. Bu suala cavab verməyə cəhd edən Boesi Aristotelin on (kateqoriyasına) müraciət edir. Yeni platonçuları təkrarlayaraq o, bu kateqoriyaların Tanrıya aid edilməsinin mümkünsüz olduğunu iddia edirdi. Məsələn, Tanrıya "böyük" yaxud "mərhəmətli" deyəndə insanlar onları başqa mənada işlədirlər, çünki insan anlayışları Tanrıya aid edilə bilməz. Tanrı hər şeyin əvvəli olduğuna görə, substansiyadır. Eyni zamanda o, substansiyadan da uca olan bir varlıqdır, çünki insan anlayışında substansiya həm də əhəmiyyətsiz şeylərin (aksidensiyaların) daşıyıcısıdır. Tanrıda isə, aksidensiyalar ola bilməz.
Aristotelin kateqoriyalarını təhlil edən Boesi "münasibət" kateqoriyasına xüsusi nəzər yetirir. Onun fikrincə, bu kateqoriya Tanrının mahiyyətini daha da məqsədəuyğun şəkildə səciyyələndirir. Bu münasibətlərdə bir şey haqqında xəbər verən anlayış (peridikat) nisbi ola bilər və buna görə də o şeyin mahiyyəti dəyişə bilməz. Buna misal olaraq, Boesi ağanın öz quluna olan münasibətini göstərir. Qul ölsə, insan ağalıqdan məhrum olur. Lakin onun təbiəti, yaxud mahiyyəti, dəyişmir. Bu fikirləri Tanrıya aid edən Boesi Ata, Oğul, Müqəddəs Ruh üçlüyündə də fərqlərin nisbi olduğunu və Tanrının öz substansial mahiyyətində bir olduğunu iddia edirdi.
Boesinin daha bir tanınmış əsəri "Consolatio Philosophiae". (Fəlsəfədən təsəlli tapmaq) adlanır. Bu əsəri o, zindanda, öz edamından bir qədər öncə yazmışdı.
Bu əsərdə qadın obrazını almış və simalaşdırılmış Fəlsəfə ilə Boesinin arasında dialoq baş verir. Öz edamını gözləyən Boesi artıq ədalətə inamını itirib, özü üçün ölüm arzulayır. Bu anda onun qarşısına bir əzəmətli xanımın simasında Fəlsəfə gəlir və onunla dərin mənalı söhbətlər apararaq ona təsəlli verir. Fəlsəfə Boesiyə onun dünyanın ədalətsiz olması və hər yerdə şərin hökm sürdüyü haqqında fikirlərinin yanlış olduğunu bildirir. Məsələ bundadır ki, bu dünya ədalətli olan Tanrı tərəfindən yaradılıb, idarə edilir. Tanrı isə, insanı ölməzlik üçün yaradıb. Onun əsl vətəni yer deyil, göylərdir. Bu cür fikirlərlə təsəlli tapmış Boesi ölümünü laqeydliklə qarşılamağa hazır olduğunu bildirir.
Əsərin ikinci və üçüncü hissələrində insan xoşbəxtliyinin var-dövlətdən, hakimiyyətdən, duyğular vasitəsilə həzz almadan və ümumiyyətlə bu dünyadan asılı olmaması haqqında bəhs edilir. Səadət və xoşbəxtlik yalnız Tanrıya doğru mənəvi yüksəlmədədir. Buna görə də Boesi Tanrının mövcud olması haqqında fikirlərinə çoxlu yer verir. Boesinin fikrincə, Tanrının ən kamil varlıq olduğu ideyasından, Onun tərəfindən intizamlı və ahəngli dünyanın yaradılması fikri yaranır. Dünyanın yaranması haqqında yazan Boesi bir çox hallarda Platonun "Timeus" (Timaeus) əsərində olan fikirləri təkrar edirdi. İnsan əsl səadətə, öz iradəsini və əməllərini könüllü olaraq Tanrıya tabe edəndən sonra, çata bilər.
Əsərin dördüncü hissəsi teodiseya probleminə həsr olunmuşdur. Tanrıya dünyada olan şərin mövcud olmasına görə bəraət qazandırması 2 variantda gedir: biri stoiklərin fəlsəfəsindən məlum olan estetik, digəri isə Platonun "Qorqi" (Gorgias) əsərində olan etik variantlardır.
Estetik teoditesiyasında (Tanrıya dünyada şərin mövcud olduğuna görə bəraət qazandırmaqdır) Boesi insana şər kimi görsənən bir şeyin, əslində özünə məxsus şəkildə xeyrə və gözəlliyə qulluq etdiyini iddia edirdi. Şərin mövcud olmasına görə Tanrını günahkar bilən insan, öz düşüncəsinin məhdudluğundan kənara çıxa bilmir.
Etik teodiseyasında Boesi əxlaqsızlığın, qüsurun mütləq cəzalanacağına şübhə etmirdi. Əslində əxlaqsız olmaq, artıq cəzadır, çünki mənəvi əxlaqsızlıq insanın ən böyük sərvətinə – onun ruhuna xələl gətirir.
Xeyirli və şər insanlar xoşbəxtliyə çatmaq istəyindədirlər. Lakin xoşbəxtliyə yalnız xeyirli insanlar çata bilərlər, çünki xeyir əməllərin edilməsi Xeyirə qovuşmaq deməkdir. Xeyrə qovuşmaq isə xoşbəxtlikdir. Bununla da Tanrının ədaləti təmin olur.
"Consolatio Philosophiae" kitabının beşinci hissəsində taleyin insan iradəsi ilə hansı şəkildə uyğunlaşması məsələsinə baxılır. Burada Boesi Tanrı (Providentia) və tale (fatum) arasında fərqlər qoyur. Qəzavü-qədər əbədiliyə, tale isə zamana aid edilir. Əbədilik üçün "öncə" və "sonra" anlayışları yoxdur. O həmişə indiki zamanda olur. Buna görə də Tanrı, hər bir şeyə ümumi nəzər yetirir. Zaman isə həmişə keçmişdən gələcəyə hərəkət edir. O indiki zamanda yalnız bir an olur. Buna görə, zaman mürəkkəb bir şey olduğu halda, əbədilik sadə və bölünməzdir.
İlahi tale Tanrı iradəsini əks etdirən bir mərkəzdir. Tale isə, hər bir şeyin daxili qanunu olaraq, onun hərəkətini, Tanrı qanununa uyğun olaraq, zamanda və məkanda təmin edir. Buna görə taledən asılılıq, zaman və məkandan asılılıq deməkdir. İnsan mərkəzdən nə qədər uzaqlaşarsa, o qədər də o, onu arxasınca aparan çərxi-fələyin hərəkətini duyur. Əksinə, insan nə qədər çox Tanrıya yaxınlaşırsa, o qədər sabit və azad olur. Deməli tale insan azadlığı üçün maneə deyil, çünki onun təsiri altından əbədiliyə yönəlməklə çıxmaq olar.
Daha sonra Boesi insan azadlığı və İlahi biliyin bir-biri ilə hansı münasibətdə olduğu haqqında söhbət açır. Məsələ bundadır ki, əgər Tanrı əvvəlcədən hər şeyi bilirsə, onda bu bilik insan azadlığının heçə enməsi problemini ortaya çıxarır. Bu cür suallara cavab verən xanım Fəlsəfə deyir ki, heç bir bilik azadlığa zidd ola bilməz. Keçmişdə baş verən hadisələrin bilinməsi, artıq baş verən hadisələrə təsir edə bilməz. İndiki zaman haqqında bilik də azadlığa mane olmur. Yəni, məsələn, atlını müşahidə etmək, onu idarə etmək deyil. Gələcək haqqında bilik isə, yalnız Tanrıya məxsusdur. O hadisələri indiki zamandakı kimi görür, çünki əbədilikdə keçmiş və gələcək anlayışları yoxdur. Deməli Tanrının əvvəlcədən hər şeyi bilməsi sadəcə olaraq müşahidənin nəticəsidir, ona görə də bu bilik insan azadlığının məhdudlaşdırıması demək deyil. İlahi qəzavü-qədərin olması insanın azad hərəkət etməsi üçün maneə deyil. İnsan gələcəyini seçir, Tanrı üçün isə gələcək yoxdur.
"Consolatio Philosophiae" kitabının ən maraqlı cəhətlərindən biri, bu əsərdə bir dəfə də olsun Bibliyaya, xristian klassiklərinə, İsanın kəlamlarına istinad edilməməsidir. Digər tərəfdən isə, bu əsərdə stoitsizmin və platoçuluğun güclü təsiri hiss olunur. Buna görə də "Consolatio Philosophiae" əsərinin həqiqətən xristian olan Boesiyə məxsus olması şübhələr doğururdu və bu günə qədər bu məsələ mübahisəlidir. Digər tərəfdən belə fikirlər də vardır ki, həyatının sonunda Boesi xristian dinindən imtina etmişdir və bütpərəst fəlsəfəsində təsəlli taparaq "Consolatio Philosophiae" əsərini yazmışdır. Bütün bu şübhələrə baxmayaraq katolik kilsə Boesi ölümündən sonra müqəddəs şəxsiyyət elan etmişdir.
Mənbə
- Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 116-120. ISBN . 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
- Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 116-120. ISBN . 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
- Boethius. His life, thought and influence. (Ed.) Margaret Gibson. — Oxford: Basil Blackwell, 1981. .
- The Cambridge Companion to Boethius. (Ed.) John Marenbon. — Cambridge: Cambridge University Press, 2009. ,
- Chadwick, Henry. Boethius. The Consolations of Music, Logic, Theology, and Philosophy. — Oxford: Oxford University Press, 1981.
- A Companion to Boethius in the Middle Ages. (Eds.) N. H. Kaylor, Ph. E. Phillips. — Leiden: Brill, 2012. — 662 p.
- Marenbon J. Boethius. — Oxford; N. Y.: Oxford University Press, 2003. — 272 p.
- Майоров Г. Г. Формирование средневековой философии. — М.: Мысль, 1979.
- Майоров Г. Г. Северин Боэций и его роль в истории западноевропейской культуры // Вопросы философии, 1981, № 4.
- Майоров Г. Г. Судьба и дело Боэция // Боэций. "Утешение Философией" и другие трактаты. — М.: Наука, 1990.
İstinadlar
- Leonardi C. BOEZIO, Anicio Manlio Torquato Severino // Dizionario Biografico degli Italiani (it.). 1969. Vol. 11.
- ALCUIN (alm.).
- https://www.bartleby.com/library/bios/index2.html.
- Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- http://www.ccel.org/ccel/boethius/tracts.html.
- Майоров Г.Г. Судьба и дело Боэция // Боэций. "Утешение Философией" и другие трактаты [ölü keçid]. — М.: Наука, 1990.
- Антология средневековой мысли 2018-07-11 at the Wayback Machine. СПб.: Изд-во Русского христианского гуманитарного института, 2001.
- Боэций // Новая философская энциклопедия: В 4 тт. 2016-08-11 at the Wayback Machine М.: Мысль. Под редакцией В. С. Стёпина. 2001.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Anisi Manli Severin Boesi lat Anicius Manlius Severinus Boethius teq 480 Roma 524 Paviya neoplatoncu filosof Roma dovlet xadimi xristian ilahiyyatcisi ve muqeddesi Boesilat Anicius Manlius Torquatus Severinus Boethius lat BoetiusDogum adi Anicius Manlius Severinus BoethiusDogum tarixi teq 480 Dogum yeri RomaVefat tarixi 524Vefat yeri PaviyaVefat sebebi bas kesmeDefn yeri Cel d Oro d Elm sahesi felsefe Vikianbarda elaqeli mediafayllarErken xristianliqXristianligin yaranmasiPatristikaApologetika Yunandilli apologetika Yustin Tatian Afinoqor Teofil Latindilli apologetika Minusius Feliks Arnobius Laktansius Tertullian Qnostiklere qarsi olanlar Irineus Lionlu Ippolit Romali Iskenderiyye ilahiyyat mektebi Klement OrigenXristian ehkamlarinin formalasmasi Resmi kilseye qarsi duran teriqetler Arianliq Donatizm Resmi kilse terefdarlari Atanasius Ioann Xrisostom Saxta Dionisius Kappadokiyali kilse atalari Basil Qeyseriyyeli Qriqor Nazianzen Nissali Qriqori Xristoloji mubahiseler sebebile ayrilan teriqetler Nestorianliq Monofizitizm Monofelitlik Ikonomaxiya Ekumenik Kilse Meclisleri Latin qerbinde Kilse Atalari Boesius Kassiodor Avqustin Avrelius Iyeronim Stridonlu Ilarius PiktaviyaliXristian mistisizmi Xristian rahibliyi IsihazmSerq ve Qerb kilselerinin aralanmasiXristian simvolikasiHeyatiBoesi Roma imperiyasinin suqutundan sonra Simali Italiyada yaranan Ostqotlar kralliginda yasayib yaratmisdir O Romanin patrisi ailesinde anadan olmusdu ve ostqot krali Teodorikusun latinca Theodoricus dovrunde yuksek dovlet vezifelerini tutmusdu Lakin sonra Boesini Ostqot dovletinin movcudluguna son qoyulmasi meqsedile bizanslilarla mexfi danisiqlarin aparilmasinda ittiham etmisdiler Dovlete qarsi xeyanetde ittihamlandirilan Boesi zindana atilmis ve orada bir muddet saxlandiqdan sonra edam edilmisdi Boetsiye sonuncu romali leqebi vermisdiler FelsefesiBoesi tercumeci ve filosof kimi taninmisdi O yunan dilinden latin diline bezi riyazi eserleri meselen Evklidesin Eukleides Baslangiclar eserini tercume etmisdi Daha sonra o Aristotelin Kateqoriyalar eserlerini tercume ve serh etmisdir Boesi bir nece ilahiyyat risalesinin de muellifi olmusdur Lakin bezi tarixciler onlarin muellifinin heqiqeten Boesi olduguna subhe edirler Bu eserlerden en taninmisi De Trinitate Muqeddes Ucluk haqqinda risalesidir Bu eserde Boesi Xristianligin esas ehkamlarindan olan Ucluyu eqli noqteyi nezerden esaslandirmaga calismisdir Bunun ucun muellif birlik eynilik ferq kimi anlayislarin mahiyyetini sonra ise ferqlerin ve eyniliyin cinsi substansial aksidensial novlerini teyin etmisdir Maddi seyler ucun xas olan bu ferqler mutleq olan Ilahi mahiyyete aid edile bilmez Buradan Tanrinin birliyi haqqinda netice cixarilir Lakin burada Tanri birliyinin Onun uc simasi ile nece uygunlasdirilmali suali yaranir Bu suala cavab vermeye cehd eden Boesi Aristotelin on kateqoriyasina muraciet edir Yeni platonculari tekrarlayaraq o bu kateqoriyalarin Tanriya aid edilmesinin mumkunsuz oldugunu iddia edirdi Meselen Tanriya boyuk yaxud merhemetli deyende insanlar onlari basqa menada isledirler cunki insan anlayislari Tanriya aid edile bilmez Tanri her seyin evveli olduguna gore substansiyadir Eyni zamanda o substansiyadan da uca olan bir varliqdir cunki insan anlayisinda substansiya hem de ehemiyyetsiz seylerin aksidensiyalarin dasiyicisidir Tanrida ise aksidensiyalar ola bilmez Aristotelin kateqoriyalarini tehlil eden Boesi munasibet kateqoriyasina xususi nezer yetirir Onun fikrince bu kateqoriya Tanrinin mahiyyetini daha da meqsedeuygun sekilde seciyyelendirir Bu munasibetlerde bir sey haqqinda xeber veren anlayis peridikat nisbi ola biler ve buna gore de o seyin mahiyyeti deyise bilmez Buna misal olaraq Boesi aganin oz quluna olan munasibetini gosterir Qul olse insan agaliqdan mehrum olur Lakin onun tebieti yaxud mahiyyeti deyismir Bu fikirleri Tanriya aid eden Boesi Ata Ogul Muqeddes Ruh ucluyunde de ferqlerin nisbi oldugunu ve Tanrinin oz substansial mahiyyetinde bir oldugunu iddia edirdi Boesinin daha bir taninmis eseri Consolatio Philosophiae Felsefeden teselli tapmaq adlanir Bu eseri o zindanda oz edamindan bir qeder once yazmisdi Bu eserde qadin obrazini almis ve simalasdirilmis Felsefe ile Boesinin arasinda dialoq bas verir Oz edamini gozleyen Boesi artiq edalete inamini itirib ozu ucun olum arzulayir Bu anda onun qarsisina bir ezemetli xanimin simasinda Felsefe gelir ve onunla derin menali sohbetler apararaq ona teselli verir Felsefe Boesiye onun dunyanin edaletsiz olmasi ve her yerde serin hokm surduyu haqqinda fikirlerinin yanlis oldugunu bildirir Mesele bundadir ki bu dunya edaletli olan Tanri terefinden yaradilib idare edilir Tanri ise insani olmezlik ucun yaradib Onun esl veteni yer deyil goylerdir Bu cur fikirlerle teselli tapmis Boesi olumunu laqeydlikle qarsilamaga hazir oldugunu bildirir Eserin ikinci ve ucuncu hisselerinde insan xosbextliyinin var dovletden hakimiyyetden duygular vasitesile hezz almadan ve umumiyyetle bu dunyadan asili olmamasi haqqinda behs edilir Seadet ve xosbextlik yalniz Tanriya dogru menevi yukselmededir Buna gore de Boesi Tanrinin movcud olmasi haqqinda fikirlerine coxlu yer verir Boesinin fikrince Tanrinin en kamil varliq oldugu ideyasindan Onun terefinden intizamli ve ahengli dunyanin yaradilmasi fikri yaranir Dunyanin yaranmasi haqqinda yazan Boesi bir cox hallarda Platonun Timeus Timaeus eserinde olan fikirleri tekrar edirdi Insan esl seadete oz iradesini ve emellerini konullu olaraq Tanriya tabe edenden sonra cata biler Eserin dorduncu hissesi teodiseya problemine hesr olunmusdur Tanriya dunyada olan serin movcud olmasina gore beraet qazandirmasi 2 variantda gedir biri stoiklerin felsefesinden melum olan estetik digeri ise Platonun Qorqi Gorgias eserinde olan etik variantlardir Estetik teoditesiyasinda Tanriya dunyada serin movcud olduguna gore beraet qazandirmaqdir Boesi insana ser kimi gorsenen bir seyin eslinde ozune mexsus sekilde xeyre ve gozelliye qulluq etdiyini iddia edirdi Serin movcud olmasina gore Tanrini gunahkar bilen insan oz dusuncesinin mehdudlugundan kenara cixa bilmir Etik teodiseyasinda Boesi exlaqsizligin qusurun mutleq cezalanacagina subhe etmirdi Eslinde exlaqsiz olmaq artiq cezadir cunki menevi exlaqsizliq insanin en boyuk servetine onun ruhuna xelel getirir Xeyirli ve ser insanlar xosbextliye catmaq isteyindedirler Lakin xosbextliye yalniz xeyirli insanlar cata bilerler cunki xeyir emellerin edilmesi Xeyire qovusmaq demekdir Xeyre qovusmaq ise xosbextlikdir Bununla da Tanrinin edaleti temin olur Consolatio Philosophiae kitabinin besinci hissesinde taleyin insan iradesi ile hansi sekilde uygunlasmasi meselesine baxilir Burada Boesi Tanri Providentia ve tale fatum arasinda ferqler qoyur Qezavu qeder ebediliye tale ise zamana aid edilir Ebedilik ucun once ve sonra anlayislari yoxdur O hemise indiki zamanda olur Buna gore de Tanri her bir seye umumi nezer yetirir Zaman ise hemise kecmisden geleceye hereket edir O indiki zamanda yalniz bir an olur Buna gore zaman murekkeb bir sey oldugu halda ebedilik sade ve bolunmezdir Ilahi tale Tanri iradesini eks etdiren bir merkezdir Tale ise her bir seyin daxili qanunu olaraq onun hereketini Tanri qanununa uygun olaraq zamanda ve mekanda temin edir Buna gore taleden asililiq zaman ve mekandan asililiq demekdir Insan merkezden ne qeder uzaqlasarsa o qeder de o onu arxasinca aparan cerxi feleyin hereketini duyur Eksine insan ne qeder cox Tanriya yaxinlasirsa o qeder sabit ve azad olur Demeli tale insan azadligi ucun manee deyil cunki onun tesiri altindan ebediliye yonelmekle cixmaq olar Daha sonra Boesi insan azadligi ve Ilahi biliyin bir biri ile hansi munasibetde oldugu haqqinda sohbet acir Mesele bundadir ki eger Tanri evvelceden her seyi bilirse onda bu bilik insan azadliginin hece enmesi problemini ortaya cixarir Bu cur suallara cavab veren xanim Felsefe deyir ki hec bir bilik azadliga zidd ola bilmez Kecmisde bas veren hadiselerin bilinmesi artiq bas veren hadiselere tesir ede bilmez Indiki zaman haqqinda bilik de azadliga mane olmur Yeni meselen atlini musahide etmek onu idare etmek deyil Gelecek haqqinda bilik ise yalniz Tanriya mexsusdur O hadiseleri indiki zamandaki kimi gorur cunki ebedilikde kecmis ve gelecek anlayislari yoxdur Demeli Tanrinin evvelceden her seyi bilmesi sadece olaraq musahidenin neticesidir ona gore de bu bilik insan azadliginin mehdudlasdirimasi demek deyil Ilahi qezavu qederin olmasi insanin azad hereket etmesi ucun manee deyil Insan geleceyini secir Tanri ucun ise gelecek yoxdur Consolatio Philosophiae kitabinin en maraqli cehetlerinden biri bu eserde bir defe de olsun Bibliyaya xristian klassiklerine Isanin kelamlarina istinad edilmemesidir Diger terefden ise bu eserde stoitsizmin ve platoculugun guclu tesiri hiss olunur Buna gore de Consolatio Philosophiae eserinin heqiqeten xristian olan Boesiye mexsus olmasi subheler dogururdu ve bu gune qeder bu mesele mubahiselidir Diger terefden bele fikirler de vardir ki heyatinin sonunda Boesi xristian dininden imtina etmisdir ve butperest felsefesinde teselli taparaq Consolatio Philosophiae eserini yazmisdir Butun bu subhelere baxmayaraq katolik kilse Boesi olumunden sonra muqeddes sexsiyyet elan etmisdir MenbeAydin Elizade PDF Baki Ebilov Zeynalov ve qardaslar 2007 s 116 120 ISBN 5 87459 013 7 2016 08 22 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2016 08 16 EdebiyyatDialectica 1547Aydin Elizade PDF Baki Ebilov Zeynalov ve qardaslar 2007 s 116 120 ISBN 5 87459 013 7 2016 08 22 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2016 08 16 Boethius His life thought and influence Ed Margaret Gibson Oxford Basil Blackwell 1981 ISBN 0 631 11141 7 The Cambridge Companion to Boethius Ed John Marenbon Cambridge Cambridge University Press 2009 ISBN 978 0 521 87266 9 ISBN 978 0 521 69425 4 Chadwick Henry Boethius The Consolations of Music Logic Theology and Philosophy Oxford Oxford University Press 1981 A Companion to Boethius in the Middle Ages Eds N H Kaylor Ph E Phillips Leiden Brill 2012 662 p Marenbon J Boethius Oxford N Y Oxford University Press 2003 272 p Majorov G G Formirovanie srednevekovoj filosofii M Mysl 1979 Majorov G G Severin Boecij i ego rol v istorii zapadnoevropejskoj kultury Voprosy filosofii 1981 4 Majorov G G Sudba i delo Boeciya Boecij Uteshenie Filosofiej i drugie traktaty M Nauka 1990 ISBN 5 02 007954 5IstinadlarLeonardi C BOEZIO Anicio Manlio Torquato Severino Dizionario Biografico degli Italiani it 1969 Vol 11 ALCUIN alm https www bartleby com library bios index2 html Maktutor riyaziyyat tarixi arxivi 1994 http www ccel org ccel boethius tracts html Majorov G G Sudba i delo Boeciya Boecij Uteshenie Filosofiej i drugie traktaty olu kecid M Nauka 1990 Antologiya srednevekovoj mysli 2018 07 11 at the Wayback Machine SPb Izd vo Russkogo hristianskogo gumanitarnogo instituta 2001 Boecij Novaya filosofskaya enciklopediya V 4 tt 2016 08 11 at the Wayback Machine M Mysl Pod redakciej V S Styopina 2001 Vikianbarda Boesi ile elaqeli mediafayllar var