Belarus — Şərqi Avropada dövlət. Şimalda Latviya, şm.-qərbdə Litva, qərbdə Polşa, cənubda Ukrayna, şərqdə və şm.-şərqdə Rusiya ilə həmsərhəddir. Sahəsi 207,6 min km². Əhalisi 9800 min (2009). Paytaxtı Minsk şəhəridir. Rəsmi dillər belarus və rus dilləri, pul vahidi Belarus rubludur. İnzibati cəhətdən 6 vilayətə bölünür; Minsk şəhəri də vilayət statusuna malikdir.
Belarus coğrafiyası | |
---|---|
Qitə | Avropa |
Region | Şərqi Avropa |
Koordinatlar | 50°00'ş.e, 28°00'ş.u. |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 0 km |
Sərhədlər | 2 969 km |
Ən yüksək nöqtə | 346 m (Dzerjinski dağı) |
Ən alçaq nöqtə | 80 m () |
Ən böyük çay | Dnepr (700 km) |
Ən böyük göl | Naroç gölü (79,6 km²) |
Vikianbarda əlaqəli mediafayllar |
Geoloji quruluşu və faydalı qazıntıları
Belarusun ərazisi qədim Şərqi Avropa platformasının qərb hissəsində yerləşir. Ölkənin mərkəzi hissəsini geniş Belarus anteklizi tutur. Antekliz hüdudlarında bünövrənin dərinliyi 20–100 metrdir; yamaclar Paleozoyun çöküntülərindən təşkil olunmuşdur. Belarus anteklizi şimalda Perm-Mezozoyun Polşa-Litva sineklizi ilə birləşir. Cənubda enlik istiqamətində uzanan, Orta Devonda təməli qoyulmuş və Üst Devonun, əsasən, duz çöküntüləri ilə dolmuş qrabenvarı Pripyat çökəyi, şimal-şərqdə Üst Proterozoyun və vulkan çöküntü komplekslərindən təşkil olunmuş Orşa çökəkliyi, ucqar qərbdə Üst Paleozoy və Mezozoy çöküntülərindən ibarət Brest çökəyi yerləşir. Çökək və çökəkliklərdə çökmə örtüyünün qalınlığı 1000–5000 m-ə çatır. Belarusun bütün ərazisində Dördüncü dövrün buzlaq və çay-göl çöküntüləri yayılmışdır.
Faydalı qazıntıları
Ölkə ərazisində kalium duzu və daşduz, neft, torf, təbii tikinti materialları (tikinti və üzlük daşları, mergel, təbaşir, oda davamlı gillər və s.), dəmir filizi, fosforit, qonur kömür, yanar şist, mineral sular və s. geniş yayılmışdır.
Relyefi
Belarusun relyefi, əsasən, düzənlikdir; qədim buzlaşmanın izlərinə rast gəlinir. Ölkənin şimal -qərb hissəsini Valday buzlaşmasının moren tirələri tutur. Mərkəzi hissədə cənub -qərbindən şimal -şərqə doğru ayrı-ayrı yüksəkliklərdən (Qrodno, Volkovısk, Novoqrudsk, Minsk, Vitebsk, Orşa və s.) ibarət geniş Belarus tirəsi uzanır. Dəniz səviyyəsindən maksimal hündürlüyü (346 m, Dzerjinskaya d.) Minsk yüksəkliyindədir. Şərqdə Smolensk yüksəkliyinin kənar hissəsi, Belarus tirəsindən şimalda Polotsk ovalığı, cənubda geniş və Dneprboyu ovalıq yerləşir. Ölkənin qərbi təpəlik, şərqi dalğalı-uvallı relyefə malikdir.
İqlimi
İqlimi mülayim kontinental və rütubətlidir. Qışı yumşaq keçir, uzunmüddətli (şimal -şərqdə 25 gündən cənub -qərbdə 50 günədək) istiləşmələrlə müşayiət olunur. Yayı yağışlıdır, yazda və payızda havalar dəyişkən olur. Orta temperatur yanvarda – 4,5 °C-dən (cənub -qərbdə) –8,4 °C-yə -dək (şimal -şərqdə), iyulda 17,2 °C-dən (şimalda) 19,7 °C-yədək (cənubda) olur. Mütləq maksimum temperatur 37 °C (Brest, Qomel), mütləq minimum – 41 °C-dir (Vitebsk). İllik yağıntı şimal -şərqdə 650 mm, mərkəzi hissənin yüksəkliklərində 700–750 mm, cənub -qərb və cənub -şərqdə 500–550 mm-dir.
Yanvar ayının orta temperaturu | İyul ayının orta temperaturu | Yanvar ayı üçün orta aylıq yağıntı | İyul ayı üçün orta aylıq yağıntı |
Daxili suları
Belarusda ümumi uzunluğu 90,6 min km-dən çox təqribən 30 min iri və xırda çay var. Çaylar Qara dəniz (57%) və Baltika dənizi (43%) hövzələrinə aiddir. Əksər çayların uzunluğu 100 km-dən azdır. Əsas çayları Dnepr (qolları Pripyat, Berezina, Soj ilə), Neman, Qərbi Dvinadır. Çaylar, əsasən, qar suları ilə qidalanır; yazda daşqınlar olur. Polesyedə çayların çoxunu kanallar birləşdirir. Çaylardan ağac axıdılmasında, əsas çaylardan isə gəmiçilikdə və energetikada istifadə edilir.
Ölkə ərazisinin 12%-ini bataqlıqlar təşkil edir. Belarusda ümumi sahəsi 1,6 min km² olan 10 mindən çox göl var. Əksər göllər Dnepr və Pripyat çaylarının subasarlarındadır. İri gölləri Naroç (79,6 km²) və Osveya (52,8 km²) buzlaq mənşəlidir. 150-dən çox su anbarı var.
Torpaqları, bitki örtüyü və heyvanat aləmi
Ölkə ərazisinin təqribən 1/2-ini tutan təbii landşaftlar kənd təsərrüfatı yerləridir. Belarus ərazisinin 35%-indən çoxunu meşələr tutur. Şimali və Mərkəzi Belarus ərazisinin çox hissəsində çimli-podzol torpaqlarda bitən küknar, palıd-küknar və vələs-palıd-küknar meşələrindən ibarət qarışıq meşə landşaftı yayılmışdır. Müxtəlif dərəcədə qleyləşmiş çimli-podzol torpaqlarda bitən ziyilli tozağacı, titrək qovaq və boz qızılağacdan ibarət şamlıqlar və xırda yarpaqlı ikincili meşələr çoxdur. Cənubda, enliyarpaqlı meşələr zonasında çimli-podzol və çimli-açıq sarı-podzol torpaqlarda boyaq nazı, rus sarıkolu və s. növlərdən ibarət meşəaltısı olan palıd, bəzən vələs-palıd, palıd-şam meşələri bitir.
Geniş ovalıqlarda bataqlaşmış çimli podzol torpaqlarda bitən şam, palıd-şam meşələri, tüklü tozağacından və qara qızılağacdan ibarət yerli və xırdayarpaqlı ikincili meşələr yayılmışdır. Subasar palıdlıqları səciyyəvidir. Müxtəlif tipli bataqlıqlar (yuxarıda kolcuqlu-tüklücəli-sfaqnumlu, seyrək şamlıqlı keçiddə kolcuqlu-otlu-cilli, düzənlikdə müxtəlifotlu dənli, hipnolu-cilli və qara qızılağaclı-otlu-cilli) geniş yayılmışdır. Belarus meşələrində nadir və relikt flora növləri – ağ şamağacı, sarı rododendron, Dortman firəngotu, orxidkimilər (üçkəsikli mərcangülü və s.), su hövzələrində su fındığına rast gəlinir.
Tülkü, dovşan, qaban, qonur ayı, sığır, cüyür, nəcib maral, meşə dələsi, norka, sincab, qara safsar və s. yaşayır. Avropa zubrunun əvvəlki sayı bərpa edilmişdir. Su və bataqlıq quşları çoxdur: boz durna, böyük dan quşu, fısıldayan qu quşu və s. Çaylarda durnabalığı, külmə, çil qızılbalıq, xarius, çökə balığı və s. yaşayır. Poozeryenin, Berezina, Soj, Dnepr və b. çay dərələrinin mənzərəli landşaftı rekreasiya üçün istifadə edilir. Mineral sular bazasında balneoloji kurortlar (Bobruysk, Jdanoviçi) təşkil edilmişdir. Belarusda ümumi sahəsi 864,2 min ha olan 57 mühafizə edilən təbii ərazi, o cümlədən Berezina biosfer qoruğu, Çernobıl təsir zonasındakı Polesye radiasiya-ekoloji qoruğu, Braslav Gölləri və Belovejskaya Puşça (Ümum dünya irsi siyahısına daxil edilmişdir) milli parkları vardır.
Mənbə
Belarus // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 350–351. ISBN .
Həmçinin bax
Xarici keçidlər
- [1]
- Проект 100 дорог — первый интерактивный мультимедийный атлас Беларуси 2009-04-14 at the Wayback Machine, В апреле экспедиционная команда проекта «100 дорог» посетит первые 20 районов 2019-04-28 at the Wayback Machine
- Карта данных гидрологических постов Беларуси на сайте POGODA.BY
- Карты Беларуси
- Карта Беларуси 2018-04-12 at the Wayback Machine
İstinadlar
- Геология Беларуси / А. С. Махнач, Р. Г. Гарецкий, А. В. Матвеев и др. — Мн.: Институт геологических наук НАН Беларуси, 2001. — 815 с.
- Геоморфология Беларуси: учеб. пособие для студ. геогр. фак. /О. Ф. Якушко, Л. В. Марьина, Ю. Н. Емельянов; под ред. О. Ф Якушко. Мн., 2000. 172 с.
- Клімат // Беларуская энцыклапедыя. — Т. 18, ч. 2: Беларусь. — Мн.: Беларуская энцыклапедыя, 2004. — С. 41.
- Клімат // Беларуская энцыклапедыя. — Т. 18, ч. 2: Беларусь. — Мн.: Беларуская энцыклапедыя, 2004. — С. 43.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Belarus Serqi Avropada dovlet Simalda Latviya sm qerbde Litva qerbde Polsa cenubda Ukrayna serqde ve sm serqde Rusiya ile hemserheddir Sahesi 207 6 min km Ehalisi 9800 min 2009 Paytaxti Minsk seheridir Resmi diller belarus ve rus dilleri pul vahidi Belarus rubludur Inzibati cehetden 6 vilayete bolunur Minsk seheri de vilayet statusuna malikdir Belarus cografiyasiQite AvropaRegion Serqi AvropaKoordinatlar 50 00 s e 28 00 s u Sahe 84 sahesine gore yeri 207 600 de yure 100 su 0 Sahil xettinin uzunlugu 0 kmSerhedler 2 969 km Rusiya 990 km Ukrayna 975 km Latviya 143 km Litva 462 km Polsa 399 kmEn yuksek noqte 346 m Dzerjinski dagi En alcaq noqte 80 m En boyuk cay Dnepr 700 km En boyuk gol Naroc golu 79 6 km Vikianbarda elaqeli mediafayllarGeoloji qurulusu ve faydali qazintilariBelarusun erazisi qedim Serqi Avropa platformasinin qerb hissesinde yerlesir Olkenin merkezi hissesini genis Belarus anteklizi tutur Antekliz hududlarinda bunovrenin derinliyi 20 100 metrdir yamaclar Paleozoyun cokuntulerinden teskil olunmusdur Belarus anteklizi simalda Perm Mezozoyun Polsa Litva sineklizi ile birlesir Cenubda enlik istiqametinde uzanan Orta Devonda temeli qoyulmus ve Ust Devonun esasen duz cokuntuleri ile dolmus qrabenvari Pripyat cokeyi simal serqde Ust Proterozoyun ve vulkan cokuntu komplekslerinden teskil olunmus Orsa cokekliyi ucqar qerbde Ust Paleozoy ve Mezozoy cokuntulerinden ibaret Brest cokeyi yerlesir Cokek ve cokekliklerde cokme ortuyunun qalinligi 1000 5000 m e catir Belarusun butun erazisinde Dorduncu dovrun buzlaq ve cay gol cokuntuleri yayilmisdir Faydali qazintilari Olke erazisinde kalium duzu ve dasduz neft torf tebii tikinti materiallari tikinti ve uzluk daslari mergel tebasir oda davamli giller ve s demir filizi fosforit qonur komur yanar sist mineral sular ve s genis yayilmisdir RelyefiMinsk yuksekliyi Belarusun relyefi esasen duzenlikdir qedim buzlasmanin izlerine rast gelinir Olkenin simal qerb hissesini Valday buzlasmasinin moren tireleri tutur Merkezi hissede cenub qerbinden simal serqe dogru ayri ayri yuksekliklerden Qrodno Volkovisk Novoqrudsk Minsk Vitebsk Orsa ve s ibaret genis Belarus tiresi uzanir Deniz seviyyesinden maksimal hundurluyu 346 m Dzerjinskaya d Minsk yuksekliyindedir Serqde Smolensk yuksekliyinin kenar hissesi Belarus tiresinden simalda Polotsk ovaligi cenubda genis ve Dneprboyu ovaliq yerlesir Olkenin qerbi tepelik serqi dalgali uvalli relyefe malikdir IqlimiIqlimi mulayim kontinental ve rutubetlidir Qisi yumsaq kecir uzunmuddetli simal serqde 25 gunden cenub qerbde 50 gunedek istilesmelerle musayiet olunur Yayi yagislidir yazda ve payizda havalar deyisken olur Orta temperatur yanvarda 4 5 C den cenub qerbde 8 4 C ye dek simal serqde iyulda 17 2 C den simalda 19 7 C yedek cenubda olur Mutleq maksimum temperatur 37 C Brest Qomel mutleq minimum 41 C dir Vitebsk Illik yaginti simal serqde 650 mm merkezi hissenin yuksekliklerinde 700 750 mm cenub qerb ve cenub serqde 500 550 mm dir Yanvar ayinin orta temperaturu Iyul ayinin orta temperaturu Yanvar ayi ucun orta ayliq yaginti Iyul ayi ucun orta ayliq yagintiDaxili sulariBelarusda umumi uzunlugu 90 6 min km den cox teqriben 30 min iri ve xirda cay var Caylar Qara deniz 57 ve Baltika denizi 43 hovzelerine aiddir Ekser caylarin uzunlugu 100 km den azdir Esas caylari Dnepr qollari Pripyat Berezina Soj ile Neman Qerbi Dvinadir Caylar esasen qar sulari ile qidalanir yazda dasqinlar olur Polesyede caylarin coxunu kanallar birlesdirir Caylardan agac axidilmasinda esas caylardan ise gemicilikde ve energetikada istifade edilir Olke erazisinin 12 ini bataqliqlar teskil edir Belarusda umumi sahesi 1 6 min km olan 10 minden cox gol var Ekser goller Dnepr ve Pripyat caylarinin subasarlarindadir Iri golleri Naroc 79 6 km ve Osveya 52 8 km buzlaq menselidir 150 den cox su anbari var Torpaqlari bitki ortuyu ve heyvanat alemiZubr Belovejskaya Pusca Milli Parki Olke erazisinin teqriben 1 2 ini tutan tebii landsaftlar kend teserrufati yerleridir Belarus erazisinin 35 inden coxunu meseler tutur Simali ve Merkezi Belarus erazisinin cox hissesinde cimli podzol torpaqlarda biten kuknar palid kuknar ve veles palid kuknar meselerinden ibaret qarisiq mese landsafti yayilmisdir Muxtelif derecede qleylesmis cimli podzol torpaqlarda biten ziyilli tozagaci titrek qovaq ve boz qizilagacdan ibaret samliqlar ve xirda yarpaqli ikincili meseler coxdur Cenubda enliyarpaqli meseler zonasinda cimli podzol ve cimli aciq sari podzol torpaqlarda boyaq nazi rus sarikolu ve s novlerden ibaret mesealtisi olan palid bezen veles palid palid sam meseleri bitir Genis ovaliqlarda bataqlasmis cimli podzol torpaqlarda biten sam palid sam meseleri tuklu tozagacindan ve qara qizilagacdan ibaret yerli ve xirdayarpaqli ikincili meseler yayilmisdir Subasar palidliqlari seciyyevidir Muxtelif tipli bataqliqlar yuxarida kolcuqlu tukluceli sfaqnumlu seyrek samliqli kecidde kolcuqlu otlu cilli duzenlikde muxtelifotlu denli hipnolu cilli ve qara qizilagacli otlu cilli genis yayilmisdir Belarus meselerinde nadir ve relikt flora novleri ag samagaci sari rododendron Dortman firengotu orxidkimiler uckesikli mercangulu ve s su hovzelerinde su findigina rast gelinir Tulku dovsan qaban qonur ayi sigir cuyur necib maral mese delesi norka sincab qara safsar ve s yasayir Avropa zubrunun evvelki sayi berpa edilmisdir Su ve bataqliq quslari coxdur boz durna boyuk dan qusu fisildayan qu qusu ve s Caylarda durnabaligi kulme cil qizilbaliq xarius coke baligi ve s yasayir Poozeryenin Berezina Soj Dnepr ve b cay derelerinin menzereli landsafti rekreasiya ucun istifade edilir Mineral sular bazasinda balneoloji kurortlar Bobruysk Jdanovici teskil edilmisdir Belarusda umumi sahesi 864 2 min ha olan 57 muhafize edilen tebii erazi o cumleden Berezina biosfer qorugu Cernobil tesir zonasindaki Polesye radiasiya ekoloji qorugu Braslav Golleri ve Belovejskaya Pusca Umum dunya irsi siyahisina daxil edilmisdir milli parklari vardir Menbe Belarus Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 3 cu cild Babilistan Bezirxana 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2011 seh 350 351 ISBN 978 9952 441 07 9 Hemcinin baxBelarusXarici kecidler 1 Proekt 100 dorog pervyj interaktivnyj multimedijnyj atlas Belarusi 2009 04 14 at the Wayback Machine V aprele ekspedicionnaya komanda proekta 100 dorog posetit pervye 20 rajonov 2019 04 28 at the Wayback Machine Karta dannyh gidrologicheskih postov Belarusi na sajte POGODA BY Karty Belarusi Karta Belarusi 2018 04 12 at the Wayback MachineIstinadlarGeologiya Belarusi A S Mahnach R G Gareckij A V Matveev i dr Mn Institut geologicheskih nauk NAN Belarusi 2001 815 s ISBN 986 6117 56 9 Geomorfologiya Belarusi ucheb posobie dlya stud geogr fak O F Yakushko L V Marina Yu N Emelyanov pod red O F Yakushko Mn 2000 172 s Klimat Belaruskaya encyklapedyya T 18 ch 2 Belarus Mn Belaruskaya encyklapedyya 2004 S 41 Klimat Belaruskaya encyklapedyya T 18 ch 2 Belarus Mn Belaruskaya encyklapedyya 2004 S 43