Araz Türk Cümhuriyyəti — 1918-ci ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə mərkəzi İğdır olmaq şərtilə yaradılmış tanınmayan dövlət.
Tarixi dövlət | |||
Araz Türk Cümhuriyyəti | |||
---|---|---|---|
| |||
| |||
Paytaxt | İğdır, Naxçıvan | ||
Ən böyük şəhər | Naxçıvan, İğdır, Ordubad | ||
Dilləri | Azərbaycan dili | ||
Rəsmi dilləri | Azərbaycan dili | ||
Dövlət dini | İslam | ||
Əhalisi | 1 milyon nəfər | ||
İdarəetmə forması | Parlamentli respublika | ||
Nazirlər Şurasının sədri | |||
• Noyabr 1918– Yaz 1919 | Əmir bəy Nərimanbəyov | ||
Davamiyyət | |||
→ | |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Zəmin
1826–1828-ci illərdə Rusiya imperiyası ilə Qacarlar arasında gedən müharibə Türkmənçay müqaviləsi ilə başa çatdı. İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən işğal edilir. 1828-ci ilin martın 21-də Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində Qacar dövləti və Osmanlıdan köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı. Bu müqavilənin 15-ci bəndi əsas gətirilərək Qacarlar dövlətindən 10652 nəfər erməni köçürülür. 1830-cu ilin siyahıyaalınmasına əsasən bölgədə 13369 erməni vardı, halbuki bölgənin müsəlman əhalisi 17.138 nəfər təşkil edirdi. 1840-cı ildə Erməni vilayəti ləğv edilir. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir.
1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bayazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır.
1918-ci ildə İrəvan quberniyası Azərbaycanın bir hissəsi olsa da, Andranik Ozanyan 1918-ci il 4 iyun Batum müqaviləsini tanımır və bölgənin istilasına çalışır. Zəngəzurun işğalı burda yaşayan Azərbaycanlıların qırğını ilə nəticələnir. İyulda daşnaklar Naxçıvanın Yaycı kəndini talan edirlər.
Quruluşu
Cümhuriyyətin qurulmasının iki başlıca səbəbi var idi:
- Erməni-daşnakların bölgəyə dair əsassız ərazi iddialarını gerçəkləşdirmələrinə, burada öz hakimiyyətlərini yaratmalarına, yerli türk-müsəlman əhalisinin soyqırımına imkan verməmək.
- Qafqazda gedən proseslər və baş verən hadisələrlə əlaqədar Azərbaycandan müvəqqəti olaraq ayrı düşən Naxçıvan mahalının tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə qatılmasına nail olmaq. 1918-ci il noyabrında yerli əhali Qafqazda altıncı olan Araz Cümhuriyyətinin müvəqqəti müstəqilliyini elan etdi. Bu Cümhuriyyət bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə bütün əhalisinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi.
3 noyabr 1918-ci il tarixində Əmir bəy rəhbərliyində Nazirlər Şurası təşkil olundu.
Cənub-Qərbi Qafqaz
Qars Bələdiyyə Başçısı olan Fəxrəddin bəy mütəsərrif Hilmi bəylə razılaşaraq 5 noyabr 1918-ci ildə Əli Rza Ataman, Qarslı Sari Xəlil oğlu Muhlis, Orenburqlu Tevhüddin Mamil (Mamlıoğlu) və Emin ağa Acalov kimi şəxslərlə bir araya gələrək özünün başçılığında Qars İslam Şurasını çağırmışdır. Bu şuranım təməlini usə 1917-ci ildə qurulmuş Qars Gizli İslam Komitəsi təşkil etmişdir. Şura elə həmin gün iki vacib qərar almışdır. Birincisi, Vudro Vilsonun 14 maddəsinə ədasən bölgədəki türk-islam ünsürlərinin bir siyasi iradə birliyi altında toplamaq üçün çalışmalar aparmaq, ikincisi isə Qars və ətraf bölgələrdə yaşayan təmsilçilərin Qars Konqresinə dəvət etmək.
14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olundu. Konqresdə həmçinin Batumdan Ordubada qədər bütün türk bölgələrindən nümayəndələrin iştirakıyla daha geniş konqresin keçirilməsi üçün dəvət telqrafları və telefonları edildi.
30 noyabr — 2 dekabr 1918-ci illərdə keçirilən İkinci Qars Konqresinə ilk gün 60 xalq təmsilçisi qatıldı. Növbəti günlərdə bu say 70-ə çatdı. Səsverməylə yekdilliliklə İbrahim bəy Cahangirzadə konqresin sədri seçildi. Burada alınan qərarla mərkəzi Qars olmaqla Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçılığına İbrahim bəy, başçı müavinliyinə isə Emin ağa Acalov seçildi. Daha öncə qurulan Axıska Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti və Batum Milli Şurası bu hökumətə qoşulmuşdur. Konqresdə Türk bayrağının istifadəsinə, idari işlərdə Osmanlı qanunlarının keçərli qəbul olunmasına və ordu qurulmasına qərar verilmişdir. Həmçinin Oltu, Ardahan, Kağızman və Naxçıvanda 5 nəfərlik milli şuraların qurulması da qərarlaşdırıldı.
İkinci Qars Konqresinin ardınca, 3 yanvar 1919-cu il tarixində Ənvər paşanın dayısı Xəlil (Qut) Paşa, Kaymakam Xalid bəy, Hamşioğlu Rasim və Əbülhindili Cəfər bəyin təşkilatçılığı ilə Birinci Ardahan Konqresi toplandı. Konqres Axısqadan Ardahana geri çəkilən Xalid bəyin rəhbərliyində, Doktor Haqqı Cənab, Doktor Abidin, Ağacıqoğlu Doktor Fuad, Filibeli Hilmi, Baytar Kaymakam Arif və Ardahan əşrafından Əbülhindili Köseoğlunun daxil olduğu səkkiz nəfərlik heyət tərəfindən həyata keçrilmişdir. Xəlid bəyin açılış çıxışını etdiyi konqresdə Mondros mütarəkəsinin tanınmadığı, əldəki silahların təslim olunmayacağı, Üç Sancaq və qonşu şuralarla birgə vətənin qurtuluşu üçün mübarizə aparacağı qərara alınmışdır. Həmçinin, komqresdə Milli Şura Hökumətinə daxil bölgələrdən gələcək nümayəndələrlə ikinci konqresin təşkili qəratlaşdırılmışdır. 5 yanvar tarixində konqres sona çatmışdır.
7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldırdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olur bölgəsindən Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza Ataman, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresə rəhbərlik üçün IX Ordu komandanı Yaqub Şevki Paşaya müraciət olunsa da, o gözlərindəki problem üçün İstanbula getməli olduğunu bildirmişdir. Konqres Hamşioğlu Rasim bəyin evində keçirilmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.
Mütasarrıf Hilmi (Uran) bəy 9 yanvar 1918-ci ildə Qarsı məcburi şəkildə tərk etmiş, Milli Şura tərəfindən Şura rəisi İbrahim bəy Cahangirzadə Qars valisi təyin olunmuşdur. 11 yanvar tarixindən İbrahim bəy xəstələndiyi üçün onun yerinə müvəqqəti olaraq bu vəzifəni Fəxrəddin bəy Piroğlu icra etmişdir.
13 yanvar tarixində General Beach və hərbi vali Temperlay Qarsa gələrək erməni Karqanovun hərbi vali təyin etdiklərini açıqlasa da, Milli Şura valini qəbul etməmiş, ingilislərə ermənilərin Qarsı tərk edərkən qətliam törətdikləri ilə bağlı nota təqdim etmişdir. İngilis general hökumət üzvlərini razı sala bilməmiş və Gümrüyə geri qayıtmışdır.
17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Üçüncü və ya Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində bugünkü Qars Valiliyi İqamətgahında topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti elan olunmuş və rəhbəri İbrahim bəy Cahangirzadə seçilmişdir. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir.
25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur.
Bunlara baxmayaraq paralale olaraq Araz Türk Cümhuriyyəti öz fəaliyyətini göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələr
Araz Türk Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış və ona qatılmaq üçün yollar aramışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən də müvafıq işlər görülmüşdü. "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsisi haqqında qanun"da Azərbaycan Parlamentinə Naxçıvan, Şərur və Ordubaddan üç nəfər üzvün seçilməsi nəzərdə tutulmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 7 dekabr 1918-ci il tarixli təntənəli iclasında Araz Türk Cümhuriyyətinin rəsmi nümayəndəsi Paşa Əliyev də iştirak etmişdi. O, diplomatik nümayəndələrin lojasında polkovnik Kokerel, Bakıdakı Qacar hökumətinin general-konsulu M. Səüdəl-Vəzara, maliyyə agenti Vəkil-əl-Mülk, Dağlı hökumətinin nümayəndəsi Tapa Çermoyev, Dağlılar Respublikasının diplomatik nümayəndəsi Əlixan Qantəmir və Gürcüstan Demokratik Respublikasının diplomatik nümayəndəsi İ. N. Karsivadze ilə yanaşı oturmuşdu.
Araz-Türk Cümhuriyyətinin əhalisi Azərbaycan Parlamentinin açılışı haqqında xəbəri böyük ruh yüksəkliyi ilə qarşıladı. O günlərdə özlərinin səlahiyyətli müvəkkili A. Hacıyevin imzası ilə Ordubad rayonunun əhalisi Azərbaycan Parlamentinə təbrik teleqramı göndərmiş, qarşıdakı çətin işdə ona müvəfəqiyyət arzulamış, onun "Qafqaz müsəlmanlarının arzularını doğruldacağına, öz fəaliyyəti ilə bizim də müstəqil yaşamağa layiq və öz taleyimizi həll etmək və hüquqlarımızı müdafiə etmək iqtidarında olduğumuzu bütün dünyaya sübut edəcəyinə" əmin olduqlarını bildirirdilər. Diqqətəlayiqdir ki, ordubadlılar bu Parlamenti "öz parlamenti" adlandırır və məlumat verirdilər ki, "onun yaradıcı işinə hər cür yardım etməyə hazırdırlar".
Ordubad Milli Komitəsinin sədri Mir Hidayət bəy Seyidovun Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə göndərdiyi 1918-ci il 22 dekabr tarixli bəyanatından bəlli olur ki, bölgədə siyasi birliyin — Araz Respublikasının yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmişlər və onların təklifi ilə bu prosesə ordubadlılar da qoşulmuşlar. Mir Hidayət Seyidov bu mühüm təşəbbüsü dəstəkləmələrini aşağıdakılarla əsaslandırmışdı:
- Tiflisə və Gəncəyə yolların bağlanması;
- Türklərin Ordubaddan getmələri ilə əlaqədar olaraq şəhərə yardım — ərzaq gətirilməsinin dayandırılması;
- Bir sıra əngəllərin təşkilatı (Milli Komitəni) zəiflətməsi və kimə tabe olmağın, kimdən göstəriş almağın bilinməməsi;
- Naxçıvan və Şərur müsəlmanlarının da bu cür vəziyyətə düçar olmaları və müsəlman — Araz dövlətini yaratmaq qərarına gəlinməsi;
- Araz hökumətinin də Gəncə Hökuməti (Azərbaycan Xalq Cümhuriyyəti) ilə yaxınlaşmaq istəməsi.
Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri Məmməd Yusif Cəfərovun hökumətin Baş naziri Nəsib bəy Yusifbəyliyə ünvanladığı 1919-cu il 17 iyun tarixli məktubundan isə aydın olur ki, Osmanlı qoşunları Azərbaycandan getdikdən sonra Naxçıvan bölgəsinin Ermənistan tərəfindən işğal olunmaq təhlükəsi mahalın yerli əhalisinin Araz Cümhuriyyətini yaratmaqla, özünün müvəqqəti (yəni Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşənədək) müstəqilliyini elan etməsiylə nəticələnmişdir.
Osmanlı dövlətinin Araz Türk Cümhuriyyəti hökuməti yanındakı daimi hərbi müşaviri Xəlil bəy, Kəlbalı xan, Cəfərqulu xan, Abbasqulu xan və başqaları da Cümhuriyyətin fəaliyyətinə yaxından yardım göstərənlərin sırasında idilər.
Araz Türk Cümhuriyyəti Bakıda fəaliyyət göstərən bir sıra ictimai siyasi qurumlarla da sıx əlaqələrə malik olmuşdur. Onun nümayəndəsi P. Bayrambəyov İrəvan quberniyası ictimai xadimlərinin 1919-cu il yanvarın 2-də keçirilən müşavirəsində iştirak və çıxış etmişdir. P. Bayrambəyov öz çıxışında keçmiş İrəvan mahalı müsəlmanlarının faciəli durumu və Araz Cümhuriyyətinin yaranması tarixi barədə ətraflı məlumat vermişdi. Həmin müşavirənin qərarında Ermənistan Respublikasında türk-müsəlman əhaliyə qarşı yeridilən soyqırımı siyasətinə son qoyulması üçün tədbirlər görülməsi, bu məqsədlə də bölgəyə qarışıq tərkibli komissiya göndərilməsi, Bakıdakı ingilis general-qubernatoru Tomsonla müzakirələr aparılması, müvafıq qurumlara memorandumlar verilməsi və s. nəzərdə tutulurdu.
Keçmiş İrəvan quberniyası müsəlmanlarının yenicə yaradılan "Həmyerlilər" cəmiyyətinin toplantısında (1919-cu il, 6 yanvar) isə Mirabbas Mirbağırovun xüsusi səlahiyyətlərlə bölgəyə ezam olunması və P. Bayrambəyovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski ilə görüşünün keçirilməsi razılaşdırıldı. Qaçqınlara ayrılan bir milyon manat vəsaitdən 900000 manat Naxçıvana aparılmaq üçün P. Bayrambəyova verilmişdi.
Araz Türk Cümhuriyyətinin geniş səlahiyyətlərə malik olan və Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə ezam edilən xüsusi nümayəndə heyəti 1919-cu il martın 8-də Naxçıvandan Bakıya gəlmişdi. Tərkibinə şair və dramaturq Hüseyn Cavidin də daxil olduğu həmin nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi ilə müəyyən məsləhətləşmələr aparmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu ilə aid dövlət büdcəsində yalnız Ələt-Culfa dəmiryolunun tikintisinə 100.026.000 çervon vəsait ayırmışdı.
Süqutu
İrəvan Quberniyası Müsəlmanları "Həmyerlilər" Cəmiyyətinin 1919-cu ilin yanvar-fevralında bölgəyə göndərdiyi Mirabbas Mirbağırovun öz səfəri barədəki məruzəsindən məlum olur ki, birincisi, ermənilərin Qəmərliyə hücumu zamanı Araz Türk Cümhuriyyəti dağılmışdı, ikincisi, Kəlbalı xan 400 nəfərədək olan Naxçıvan dəstəsini toplayıb Şərur əhalisinin köməyinə getmiş, erməniləri darmadağın etdikdən sonra bölgədə Cəfərqulu xan, Kəlbalı xan və Kərim xan İrəvanskidən ibarət diktatura hökuməti yaranmışdı. Araz Türk Cümhuriyyətinin yaradılması və qısamüddətli fəaliyyəti böyük tarixi əhəmiyyətə malik idi. Bu Cümhuriyyət Şimali Azərbaycan üçün çox ağır və gərgin bir dövrdə Naxçıvan bölgəsi və çevrəsinin türk-müsəlman əhalisinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında mühüm rol oynadı. Ən başlıcası isə, bu ərazilərin erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyü təmin edildi.
Ərazisi
Araz Türk Cumhuriyyətinin ərazisi 8696 km² təşkil edirdi. Cumhuriyyətin mərkəzi bəzi mənbələrə görə Iğdır şəhəri , bəzi mənbələrə görə isə Qəmərli qəsəbədi olmuşdur, lakin hər iki yerdə nəzarətin itirilməsi səbəbi ilə mərkəz Naxçıvan şəhərinə kömürülmüşdür.
Cümhuriyyətin ərazisində Naxçıvan, Şərur – Dərələyəz və Ordubad mahallarını, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. bölgələr daxil idi.
İdarəetmə
Nazirlər Şurası
Vəzifə | Ad və soyad | Başlama müddəti | Bitmə müddəti |
---|---|---|---|
Nazirlər Şurasının sədri | Əmir bəy Nərimanbəyov | 3 noyabr 1918 | |
Hərbi nazir | İbrahim bəy Cahangirzadə | ||
İnzibati nazir | Bağır bəy Rzayev | ||
Maliyyə naziri | Qənbərəli bəy Bənəniyarski | ||
Ədliyyə naziri | Məmməd Bəyzadə | ||
Xarici işlər naziri | Həsənağa Şəfizadə |
Nazirlər Şurasına həmçinin Mirzə Hüseyn Mirzə Həsənzadə və Müfti Xoca Ekit Əfəndi daxil idilər. Aşirət rəisi və fəxri üzv olaraq isə general Əli Əşrəf bəy hökumətə seçilmişdi.
Parlament
Parlament yaradılsa da fəaliyyət göstərə bilməmişdir. Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski və Məhəmməd Məhərrəmov məlum olan üzvlərdəndir.
Ordusu
Araz Türk Cümhuriyyətinin hərbi naziri İbrahim bəy Cahangirzadənin rəhbərliyi ilə qısa müddətdə silahlı qüvvələr yaradılmışdı. Bu hərbi hissələr — könüllü xalq dəstələri 20 tabordan (batalyondan) ibarət idi. Həmin taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, digərləri isə Ordubad, Vedibasar, Qəmərli və s. ərazilərdə yerləşdirilmişdi. Tabor komandirlərindən Kəblə Muxtar (Nehrəm), Kəblə Kərim (Cəhri), İbrahimxəlil Axundov (Ordubad), Həsən Şahverdioğlu (Şərur-Dərələyəz) və b. Araz Türk Cümhuriyyəti ərazilərinin erməni quldur dəstələrinin silahlı basqınlarından müdafiəsində xüsusilə fərqlənmişdilər. Araz Türk Cümhuriyyətinin hərbi hissələrinin yaradılmasında və onların fəaliyyətinin təşkilində Osmanlı dövlətinin 9-cu ordusunun komandanı Yaqub Şevqi paşa və 9-cu diviziya komandiri polkovnik Rüştü bəyin böyük əməyi olmuşdu.
Qeydlər
- Mirzə Bağır Əliyev xatirələrində müstəqillik aktında bu postun hərbi diktator adlandırdıldığını qeyd edib. Həmçinin hərbi diktator Əmir bəy Nərimanbəyov (Zamanbəyzadə), hərbi nazir İbrahim bəy Cahangirzadə (Qarslı), inzibati nazir Bağır bəy Rzayev, maliyyə naziri Qəmbər Əli bəy Bənəniyari, ədliyyə naziri Məhəmməd bəy Məhəmmədbəyov, xarici işlər naziri Həsən bəy Səfiyev, kürdlərin başçısı Əli Əşrəf bəy olaraq qeyd olunub.
- Mənbələrdə soyadı Vəzirov, Nərimanbəyov, Zamanbəyov və Ələkbərov kimi müxtəlif formalarda işlənib.
- Hərbi nazir İbrahim bəy xatirələrində Bağır bəyin maliyyə naziri olduğunu qeyd edib.
Mənbə
Ədəbiyyat
- Fəxrəddin Ərdoğan. Türk ellərində xatiratlarım. Ankara. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi. 1998. ISBN .
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 134-136. ISBN .
- İsmayıl Hacıyev. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. Naxçıvan: Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi. 2010. 384.
- Richard G. Hovannisian. The Republic of Armenia, Volume I: 1918-1919. London: University of California Press. 1971. 547. ISBN .
- İsmayıl Musayev. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər) (2-ci nəşr). Bakı: Bakı universitetinin nəşriyyatı. 1998. 385.
İstinadlar
- "Dil". axc.preslib.az. 2019-01-27 tarixində . İstifadə tarixi: 2020-06-27.
- "Фарид Алекберли. История государственного языка в Азербайджане". "Elm". History & Heritage Website. 2021-08-03 tarixində . İstifadə tarixi: 2020-06-27.
- Полное собрание законов Российской империи (ПСЗРИ). Собр. второе, т. III, 1828, СПб., 1830, с. 272–273
- Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri. Bakı, 1998, səh. 25–32
- Vaqif Arzumanlı, Nazim Mustafa, Tarixin qara səhifələri. Bakı, 1998, səh. 18–24
- Naxçıvan qədimdən bu günümüzə qədər. (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu). Bakı, 2014, s.190
- Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 1, iş 215, v. 9 – 9 arx.
- Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy. 10, iş 178, v. 7.
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 53
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 55156
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 56
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 57
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 58
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 59
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 59-60
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 63
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 63-64
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 64
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 64-65
- Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 65
- "Arxivlənmiş surət". 2021-08-23 tarixində . İstifadə tarixi: 2021-08-23.
- "Azərbaycan" qəzeti, 10 dekabr 1918.
- AXCE, I cild,, 2004. səh. 134-136
- İsmayıl Hacıyev. Araz- Türk Respublikası. Naxçıvan:"Əcəmi" NPB, 2019,136s
- Onk, Nizamettin (1996). Kafkasya'dan Anadolu'ya Iğdır Tarihi. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı. s. 22.
- Г. Мадатов. Победа Советской власти в Нахичевани и образеование Нахичеванской АССР . Баку, 1968, c. 55
Xarici keçidlər
- Araz-Türk Respublikası
- Hacıyev A. Qars və Araz-Türk respublikalarının tarixində. Bakı, 1994
- Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. Naxçıvan-2010.
- AMEA Naxçıvan Bölməsinin sədri, akademik 2017-11-09 at the Wayback Machine İsmayıl HACIYEV- Araz-Türk Respublikası Naxçıvanın erməni işğalından qorunmasında mühüm rol oynamışdır 2017-11-09 at the Wayback Machine (şərq qapısı qəzeti .26.01.2013)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Araz Turk Cumhuriyyeti 1918 ci ilin noyabr ayinda Azerbaycan Xalq Cumhuriyyeti ve Osmanli Imperiyasinin desteyi ile merkezi Igdir olmaq sertile yaradilmis taninmayan dovlet Tarixi dovletAraz Turk CumhuriyyetiBayraq 1918 26 iyun 1919Paytaxt Igdir NaxcivanEn boyuk seher Naxcivan Igdir OrdubadDilleri Azerbaycan diliResmi dilleri Azerbaycan diliDovlet dini IslamEhalisi 1 milyon neferIdareetme formasi Parlamentli respublikaNazirler Surasinin sedri Noyabr 1918 Yaz 1919 Emir bey NerimanbeyovDavamiyyetAzerbaycan Turkiye Ermenistan Vikianbarda elaqeli mediafayllarTarixiZemin 1826 1828 ci illerde Rusiya imperiyasi ile Qacarlar arasinda geden muharibe Turkmencay muqavilesi ile basa catdi Irevan ve Naxcivan xanliqlari Rusiya terefinden isgal edilir 1828 ci ilin martin 21 de Azerbaycanin Irevan ve Naxcivan xanliqlari legv edildi ve bu xanliqlarin erazisinde Qacar dovleti ve Osmanlidan kocurulmekde olan ermeniler ucun qondarma Ermeni vilayeti yaradildi Bu muqavilenin 15 ci bendi esas getirilerek Qacarlar dovletinden 10652 nefer ermeni kocurulur 1830 cu ilin siyahiyaalinmasina esasen bolgede 13369 ermeni vardi halbuki bolgenin muselman ehalisi 17 138 nefer teskil edirdi 1840 ci ilde Ermeni vilayeti legv edilir Evezinde teskil edilen Irevan qezasi Gurcu Imereti quberniyasinin terkibine daxil edilir 1849 cu ilde Irevan Aleksandropol Naxcivan Ordubad ve Yeni Bayazid qezalarindan ibaret Irevan quberniyasi teskil edilir ve 1917 ci ile qeder bu struktur deyismez qalmisdir 1918 ci ilde Irevan quberniyasi Azerbaycanin bir hissesi olsa da Andranik Ozanyan 1918 ci il 4 iyun Batum muqavilesini tanimir ve bolgenin istilasina calisir Zengezurun isgali burda yasayan Azerbaycanlilarin qirgini ile neticelenir Iyulda dasnaklar Naxcivanin Yayci kendini talan edirler Qurulusu Cumhuriyyetin qurulmasinin iki baslica sebebi var idi Ermeni dasnaklarin bolgeye dair esassiz erazi iddialarini gerceklesdirmelerine burada oz hakimiyyetlerini yaratmalarina yerli turk muselman ehalisinin soyqirimina imkan vermemek Qafqazda geden prosesler ve bas veren hadiselerle elaqedar Azerbaycandan muveqqeti olaraq ayri dusen Naxcivan mahalinin tezlikle Azerbaycan Xalq Cumhuriyyetine qatilmasina nail olmaq 1918 ci il noyabrinda yerli ehali Qafqazda altinci olan Araz Cumhuriyyetinin muveqqeti musteqilliyini elan etdi Bu Cumhuriyyet bir terefden ermeni iddialarini def etmeye diger terefden ise butun ehalisinin hem din hem de dil cehetden can atdigi Azerbaycanla birlesmeni hazirlamaga cehd edirdi 3 noyabr 1918 ci il tarixinde Emir bey rehberliyinde Nazirler Surasi teskil olundu Cenub Qerbi Qafqaz Qars Belediyye Bascisi olan Fexreddin bey muteserrif Hilmi beyle razilasaraq 5 noyabr 1918 ci ilde Eli Rza Ataman Qarsli Sari Xelil oglu Muhlis Orenburqlu Tevhuddin Mamil Mamlioglu ve Emin aga Acalov kimi sexslerle bir araya gelerek ozunun basciliginda Qars Islam Surasini cagirmisdir Bu suranim temelini use 1917 ci ilde qurulmus Qars Gizli Islam Komitesi teskil etmisdir Sura ele hemin gun iki vacib qerar almisdir Birincisi Vudro Vilsonun 14 maddesine edasen bolgedeki turk islam unsurlerinin bir siyasi irade birliyi altinda toplamaq ucun calismalar aparmaq ikincisi ise Qars ve etraf bolgelerde yasayan temsilcilerin Qars Konqresine devet etmek 14 noyabr 1918 ci ilde Qarsda indiki Ataturk prospektinde yerlesen belediyye binasinin altindaki kecmis Sehiyye Idaresinin binasinda Birinci Qars Konqresi toplandi Konqresde Fexreddin bey Piroglu basciliginda 8 neferlik Muveqqeti Heyet Emin aga Acalovun rehberliyinde ise Milli Islam Surasi Umumi Merkezi qurulmusdur Suranin rehber muavinliyine Fexreddin bey teyin olundu Konqresde hemcinin Batumdan Ordubada qeder butun turk bolgelerinden numayendelerin istirakiyla daha genis konqresin kecirilmesi ucun devet telqraflari ve telefonlari edildi 30 noyabr 2 dekabr 1918 ci illerde kecirilen Ikinci Qars Konqresine ilk gun 60 xalq temsilcisi qatildi Novbeti gunlerde bu say 70 e catdi Sesvermeyle yekdillilikle Ibrahim bey Cahangirzade konqresin sedri secildi Burada alinan qerarla merkezi Qars olmaqla Milli Islam Surasi Hokumeti quruldu Hokumetin basciligina Ibrahim bey basci muavinliyine ise Emin aga Acalov secildi Daha once qurulan Axiska Muveqqeti Hokumeti Araz Turk Cumhuriyyeti ve Batum Milli Surasi bu hokumete qosulmusdur Konqresde Turk bayraginin istifadesine idari islerde Osmanli qanunlarinin kecerli qebul olunmasina ve ordu qurulmasina qerar verilmisdir Hemcinin Oltu Ardahan Kagizman ve Naxcivanda 5 neferlik milli suralarin qurulmasi da qerarlasdirildi Ikinci Qars Konqresinin ardinca 3 yanvar 1919 cu il tarixinde Enver pasanin dayisi Xelil Qut Pasa Kaymakam Xalid bey Hamsioglu Rasim ve Ebulhindili Cefer beyin teskilatciligi ile Birinci Ardahan Konqresi toplandi Konqres Axisqadan Ardahana geri cekilen Xalid beyin rehberliyinde Doktor Haqqi Cenab Doktor Abidin Agaciqoglu Doktor Fuad Filibeli Hilmi Baytar Kaymakam Arif ve Ardahan esrafindan Ebulhindili Koseoglunun daxil oldugu sekkiz neferlik heyet terefinden heyata kecrilmisdir Xelid beyin acilis cixisini etdiyi konqresde Mondros mutarekesinin taninmadigi eldeki silahlarin teslim olunmayacagi Uc Sancaq ve qonsu suralarla birge vetenin qurtulusu ucun mubarize aparacagi qerara alinmisdir Hemcinin komqresde Milli Sura Hokumetine daxil bolgelerden gelecek numayendelerle ikinci konqresin teskili qeratlasdirilmisdir 5 yanvar tarixinde konqres sona catmisdir 7 yanvar 1919 cu ilde ise Ikinci Ardahan Konqresi kecirilmisdir Bu konqresi kecmis konqresin 8 neferlik heyeti ile yanasi Milli Sura Hokumetinin 12 temsilci numayendesi Axalkelekden Mehmed Eli bey Cildirdan Doktor Esed bey Qarsdan Ibrahim bey Cahangirzade ve Hesen bey Cahangirov Oltudan Yusif Ziya bey Ehmed bey Sakiroglu Mehmet Ramiz bey Olur bolgesinden Rustem bey Hamsioglu Kagizmandan Eli Rza Ataman Soreyelden Agbabali Haciabbasoglu ve Kerbelayi Memmed bey de qatilmisdir Konqrese rehberlik ucun IX Ordu komandani Yaqub Sevki Pasaya muraciet olunsa da o gozlerindeki problem ucun Istanbula getmeli oldugunu bildirmisdir Konqres Hamsioglu Rasim beyin evinde kecirilmisdir Konqresde Cenub Qerbi Qafqaz Muveqqeti Milli Hokumetini qurmaq ucun buyuk konqres teskil etmek ermeni gurcu birlesmelerine qarsi vurusma Batumda yayimlanan Seda yi Millet Trabzondaki Istiqbal Erzurumdaki Albayraq qezetleri vasitesile melumatlandirma ve bir nee basqa qerar alinmisdir Mutasarrif Hilmi Uran bey 9 yanvar 1918 ci ilde Qarsi mecburi sekilde terk etmis Milli Sura terefinden Sura reisi Ibrahim bey Cahangirzade Qars valisi teyin olunmusdur 11 yanvar tarixinden Ibrahim bey xestelendiyi ucun onun yerine muveqqeti olaraq bu vezifeni Fexreddin bey Piroglu icra etmisdir 13 yanvar tarixinde General Beach ve herbi vali Temperlay Qarsa gelerek ermeni Karqanovun herbi vali teyin etdiklerini aciqlasa da Milli Sura valini qebul etmemis ingilislere ermenilerin Qarsi terk ederken qetliam toretdikleri ile bagli nota teqdim etmisdir Ingilis general hokumet uzvlerini razi sala bilmemis ve Gumruye geri qayitmisdir 17 yanvar 1919 cu il tarixinde 131 numayendenin istiraki ile Ucuncu ve ya Boyuk Qars Konqresi teskil olundu Konqres Doktor Esed beyin rehberliyinde bugunku Qars Valiliyi Iqametgahinda topanmisdir Konqrese Qars Erdehan Batum Naxcivan Ordubad Culfa Axisqa Axalkelekden numayendeler gelmisdir Konqresde Cenub Qerbi Qafqaz Cumhuriyyeti elan olunmus ve rehberi Ibrahim bey Cahangirzade secilmisdir 18 yanvar tarixinde Batumdan gelen Ucaksa vekilleri de hokumete birlesmisdir 25 mart 1919 tarixinde hokumetin adi Cenub Qerbi Qafqaz Cumhuriyyeti adini almisdir Hemin vaxtdan Cumhuriyyetin Parlamenti olan Sura ise baslamisdir 27 mart tarixinde parlament hokumeti tesdiq etmis hokumetin bascisi Ibrahim bey Cahangirzade secilmisdir 10 nazirlik ve 4 idare teskil olunmusdur Bunlara baxmayaraq paralale olaraq Araz Turk Cumhuriyyeti oz fealiyyetini gostermisdir Azerbaycan Xalq Cumhuriyyeti ile elaqeler Araz Turk Cumhuriyyeti Azerbaycan Xalq Cumhuriyyeti ile six elaqeler yaratmaga calismis ve ona qatilmaq ucun yollar aramisdir Azerbaycan Xalq Cumhuriyyeti hokumeti terefinden de muvafiq isler gorulmusdu Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin tesisi haqqinda qanun da Azerbaycan Parlamentine Naxcivan Serur ve Ordubaddan uc nefer uzvun secilmesi nezerde tutulmusdu Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin 7 dekabr 1918 ci il tarixli tenteneli iclasinda Araz Turk Cumhuriyyetinin resmi numayendesi Pasa Eliyev de istirak etmisdi O diplomatik numayendelerin lojasinda polkovnik Kokerel Bakidaki Qacar hokumetinin general konsulu M Seudel Vezara maliyye agenti Vekil el Mulk Dagli hokumetinin numayendesi Tapa Cermoyev Daglilar Respublikasinin diplomatik numayendesi Elixan Qantemir ve Gurcustan Demokratik Respublikasinin diplomatik numayendesi I N Karsivadze ile yanasi oturmusdu Araz Turk Cumhuriyyetinin ehalisi Azerbaycan Parlamentinin acilisi haqqinda xeberi boyuk ruh yuksekliyi ile qarsiladi O gunlerde ozlerinin selahiyyetli muvekkili A Haciyevin imzasi ile Ordubad rayonunun ehalisi Azerbaycan Parlamentine tebrik teleqrami gondermis qarsidaki cetin isde ona muvefeqiyyet arzulamis onun Qafqaz muselmanlarinin arzularini dogruldacagina oz fealiyyeti ile bizim de musteqil yasamaga layiq ve oz taleyimizi hell etmek ve huquqlarimizi mudafie etmek iqtidarinda oldugumuzu butun dunyaya subut edeceyine emin olduqlarini bildirirdiler Diqqetelayiqdir ki ordubadlilar bu Parlamenti oz parlamenti adlandirir ve melumat verirdiler ki onun yaradici isine her cur yardim etmeye hazirdirlar Ordubad Milli Komitesinin sedri Mir Hidayet bey Seyidovun Azerbaycan Xalq Cumhuriyyetinin Nazirler Surasinin sedri Feteli xan Xoyskiye gonderdiyi 1918 ci il 22 dekabr tarixli beyanatindan belli olur ki bolgede siyasi birliyin Araz Respublikasinin yaradilmasi tesebbusu ile Naxcivan Serur muselmanlari cixis etmisler ve onlarin teklifi ile bu prosese ordubadlilar da qosulmuslar Mir Hidayet Seyidov bu muhum tesebbusu desteklemelerini asagidakilarla esaslandirmisdi Tiflise ve Genceye yollarin baglanmasi Turklerin Ordubaddan getmeleri ile elaqedar olaraq sehere yardim erzaq getirilmesinin dayandirilmasi Bir sira engellerin teskilati Milli Komiteni zeifletmesi ve kime tabe olmagin kimden gosteris almagin bilinmemesi Naxcivan ve Serur muselmanlarinin da bu cur veziyyete ducar olmalari ve muselman Araz dovletini yaratmaq qerarina gelinmesi Araz hokumetinin de Gence Hokumeti Azerbaycan Xalq Cumhuriyyeti ile yaxinlasmaq istemesi Azerbaycan Xalq Cumhuriyyeti xarici isler naziri Memmed Yusif Ceferovun hokumetin Bas naziri Nesib bey Yusifbeyliye unvanladigi 1919 cu il 17 iyun tarixli mektubundan ise aydin olur ki Osmanli qosunlari Azerbaycandan getdikden sonra Naxcivan bolgesinin Ermenistan terefinden isgal olunmaq tehlukesi mahalin yerli ehalisinin Araz Cumhuriyyetini yaratmaqla ozunun muveqqeti yeni Azerbaycan Xalq Cumhuriyyeti ile birlesenedek musteqilliyini elan etmesiyle neticelenmisdir Osmanli dovletinin Araz Turk Cumhuriyyeti hokumeti yanindaki daimi herbi musaviri Xelil bey Kelbali xan Ceferqulu xan Abbasqulu xan ve basqalari da Cumhuriyyetin fealiyyetine yaxindan yardim gosterenlerin sirasinda idiler Araz Turk Cumhuriyyeti Bakida fealiyyet gosteren bir sira ictimai siyasi qurumlarla da six elaqelere malik olmusdur Onun numayendesi P Bayrambeyov Irevan quberniyasi ictimai xadimlerinin 1919 cu il yanvarin 2 de kecirilen musaviresinde istirak ve cixis etmisdir P Bayrambeyov oz cixisinda kecmis Irevan mahali muselmanlarinin facieli durumu ve Araz Cumhuriyyetinin yaranmasi tarixi barede etrafli melumat vermisdi Hemin musavirenin qerarinda Ermenistan Respublikasinda turk muselman ehaliye qarsi yeridilen soyqirimi siyasetine son qoyulmasi ucun tedbirler gorulmesi bu meqsedle de bolgeye qarisiq terkibli komissiya gonderilmesi Bakidaki ingilis general qubernatoru Tomsonla muzakireler aparilmasi muvafiq qurumlara memorandumlar verilmesi ve s nezerde tutulurdu Kecmis Irevan quberniyasi muselmanlarinin yenice yaradilan Hemyerliler cemiyyetinin toplantisinda 1919 cu il 6 yanvar ise Mirabbas Mirbagirovun xususi selahiyyetlerle bolgeye ezam olunmasi ve P Bayrambeyovun Azerbaycan Cumhuriyyeti Nazirler Surasinin sedri Feteli xan Xoyski ile gorusunun kecirilmesi razilasdirildi Qacqinlara ayrilan bir milyon manat vesaitden 900000 manat Naxcivana aparilmaq ucun P Bayrambeyova verilmisdi Araz Turk Cumhuriyyetinin genis selahiyyetlere malik olan ve Azerbaycan Xalq Cumhuriyyeti Hokumetine ezam edilen xususi numayende heyeti 1919 cu il martin 8 de Naxcivandan Bakiya gelmisdi Terkibine sair ve dramaturq Huseyn Cavidin de daxil oldugu hemin numayende heyeti Azerbaycan Xalq Cumhuriyyeti rehberliyi ile mueyyen meslehetlesmeler aparmisdi Azerbaycan Xalq Cumhuriyyeti Hokumeti 1919 cu ile aid dovlet budcesinde yalniz Elet Culfa demiryolunun tikintisine 100 026 000 cervon vesait ayirmisdi Suqutu Irevan Quberniyasi Muselmanlari Hemyerliler Cemiyyetinin 1919 cu ilin yanvar fevralinda bolgeye gonderdiyi Mirabbas Mirbagirovun oz seferi baredeki meruzesinden melum olur ki birincisi ermenilerin Qemerliye hucumu zamani Araz Turk Cumhuriyyeti dagilmisdi ikincisi Kelbali xan 400 neferedek olan Naxcivan destesini toplayib Serur ehalisinin komeyine getmis ermenileri darmadagin etdikden sonra bolgede Ceferqulu xan Kelbali xan ve Kerim xan Irevanskiden ibaret diktatura hokumeti yaranmisdi Araz Turk Cumhuriyyetinin yaradilmasi ve qisamuddetli fealiyyeti boyuk tarixi ehemiyyete malik idi Bu Cumhuriyyet Simali Azerbaycan ucun cox agir ve gergin bir dovrde Naxcivan bolgesi ve cevresinin turk muselman ehalisinin ermeni isgalcilarina qarsi mubarizeye seferberliye alinmasinda muhum rol oynadi En baslicasi ise bu erazilerin ermeni dasnaklarinin eline kecmesine imkan vermemekle Azerbaycan Cumhuriyyetinin erazi butovluyu temin edildi ErazisiAraz Turk Cumhuriyyetinin erazisi 8696 km teskil edirdi Cumhuriyyetin merkezi bezi menbelere gore Igdir seheri bezi menbelere gore ise Qemerli qesebedi olmusdur lakin her iki yerde nezaretin itirilmesi sebebi ile merkez Naxcivan seherine komurulmusdur Cumhuriyyetin erazisinde Naxcivan Serur Dereleyez ve Ordubad mahallarini Serdarabad Uluxanli Vedibasar Qemerli Mehri ve s bolgeler daxil idi IdareetmeNazirler Surasi Vezife Ad ve soyad Baslama muddeti Bitme muddetiNazirler Surasinin sedri Emir bey Nerimanbeyov 3 noyabr 1918Herbi nazir Ibrahim bey CahangirzadeInzibati nazir Bagir bey RzayevMaliyye naziri Qenbereli bey BeneniyarskiEdliyye naziri Memmed BeyzadeXarici isler naziri Hesenaga Sefizade Nazirler Surasina hemcinin Mirze Huseyn Mirze Hesenzade ve Mufti Xoca Ekit Efendi daxil idiler Asiret reisi ve fexri uzv olaraq ise general Eli Esref bey hokumete secilmisdi Parlament Parlament yaradilsa da fealiyyet gostere bilmemisdir Ekber aga Seyxulislamov Teymur bey Makinski ve Mehemmed Meherremov melum olan uzvlerdendir OrdusuAraz Turk Cumhuriyyetinin herbi naziri Ibrahim bey Cahangirzadenin rehberliyi ile qisa muddetde silahli quvveler yaradilmisdi Bu herbi hisseler konullu xalq desteleri 20 tabordan batalyondan ibaret idi Hemin taborlardan 4 u Naxcivanda 3 u Serur Dereleyezde digerleri ise Ordubad Vedibasar Qemerli ve s erazilerde yerlesdirilmisdi Tabor komandirlerinden Keble Muxtar Nehrem Keble Kerim Cehri Ibrahimxelil Axundov Ordubad Hesen Sahverdioglu Serur Dereleyez ve b Araz Turk Cumhuriyyeti erazilerinin ermeni quldur destelerinin silahli basqinlarindan mudafiesinde xususile ferqlenmisdiler Araz Turk Cumhuriyyetinin herbi hisselerinin yaradilmasinda ve onlarin fealiyyetinin teskilinde Osmanli dovletinin 9 cu ordusunun komandani Yaqub Sevqi pasa ve 9 cu diviziya komandiri polkovnik Rustu beyin boyuk emeyi olmusdu QeydlerMirze Bagir Eliyev xatirelerinde musteqillik aktinda bu postun herbi diktator adlandirdildigini qeyd edib Hemcinin herbi diktator Emir bey Nerimanbeyov Zamanbeyzade herbi nazir Ibrahim bey Cahangirzade Qarsli inzibati nazir Bagir bey Rzayev maliyye naziri Qember Eli bey Beneniyari edliyye naziri Mehemmed bey Mehemmedbeyov xarici isler naziri Hesen bey Sefiyev kurdlerin bascisi Eli Esref bey olaraq qeyd olunub Menbelerde soyadi Vezirov Nerimanbeyov Zamanbeyov ve Elekberov kimi muxtelif formalarda islenib Herbi nazir Ibrahim bey xatirelerinde Bagir beyin maliyye naziri oldugunu qeyd edib MenbeEdebiyyat Fexreddin Erdogan Turk ellerinde xatiratlarim Ankara Turkiye Cumhuriyyeti Medeniyyet ve Turizm Nazirliyi 1998 ISBN 975 17 2029 X Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 134 136 ISBN 9952 417 14 2 Ismayil Haciyev Azerbaycan Xalq Cumhuriyyeti ve Naxcivan Naxcivan Ecemi Nesriyyat Poliqrafiya Birliyi 2010 384 Richard G Hovannisian The Republic of Armenia Volume I 1918 1919 London University of California Press 1971 547 ISBN 0 520 01805 2 Ismayil Musayev Azerbaycanin Naxcivan ve Zengezur bolgelerinde siyasi veziyyet ve xarici dovletlerin siyaseti 1917 1921 ci iller 2 ci nesr Baki Baki universitetinin nesriyyati 1998 385 Istinadlar Dil axc preslib az 2019 01 27 tarixinde Istifade tarixi 2020 06 27 Farid Alekberli Istoriya gosudarstvennogo yazyka v Azerbajdzhane Elm History amp Heritage Website 2021 08 03 tarixinde Istifade tarixi 2020 06 27 Polnoe sobranie zakonov Rossijskoj imperii PSZRI Sobr vtoroe t III 1828 SPb 1830 s 272 273 Vaqif Arzumanli Nazim Mustafa Tarixin qara sehifeleri Baki 1998 seh 25 32 Vaqif Arzumanli Nazim Mustafa Tarixin qara sehifeleri Baki 1998 seh 18 24 Naxcivan qedimden bu gunumuze qeder Naxcivan Muxtar Respublikasinin 90 illiyine hesr olunmus meqaleler toplusu Baki 2014 s 190 Azerbaycan Respublikasi MDEYTA f 970 siy 1 is 215 v 9 9 arx Azerbaycan Respublikasi MDEYTA f 894 siy 10 is 178 v 7 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 53 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 55156 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 56 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 57 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 58 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 59 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 59 60 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 63 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 63 64 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 64 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 64 65 Cenubi Garbi Kafkas Cumhuriyeti nden Ilk Meclise 2017 seh 65 Arxivlenmis suret 2021 08 23 tarixinde Istifade tarixi 2021 08 23 Azerbaycan qezeti 10 dekabr 1918 AXCE I cild 2004 seh 134 136 Ismayil Haciyev Araz Turk Respublikasi Naxcivan Ecemi NPB 2019 136s Onk Nizamettin 1996 Kafkasya dan Anadolu ya Igdir Tarihi Istanbul Turk Dunyasi Arastirmalari Vakfi s 22 G Madatov Pobeda Sovetskoj vlasti v Nahichevani i obrazeovanie Nahichevanskoj ASSR Baku 1968 c 55Xarici kecidlerAraz Turk Respublikasi Haciyev A Qars ve Araz Turk respublikalarinin tarixinde Baki 1994 Azerbaycan Xalq Cumhuriyyeti ve Naxcivan Naxcivan 2010 AMEA Naxcivan Bolmesinin sedri akademik 2017 11 09 at the Wayback Machine Ismayil HACIYEV Araz Turk Respublikasi Naxcivanin ermeni isgalindan qorunmasinda muhum rol oynamisdir 2017 11 09 at the Wayback Machine serq qapisi qezeti 26 01 2013 Hemcinin baxNaxcivan General Qubernatorlugu Cenub Qerbi Qafqaz Demokratik Cumhuriyyeti