Əxi Evrən (dekabr 1169, Xoy, Qərbi Azərbaycan ostanı – 1 aprel 1261, Kırşəhər) – Mənşəcə Ələvi Türk sufisi olan, əxilik təriqətinə mənsub sufi alim. Güney Azərbaycanın Xoy şəhərində anadan olan Əxi Evrən, uzun bir səfərdən sonra Xorasandan Anadoluya gələrək Hacı Bektaş Vəlinin Ələvi-Bektaşi, sufi türkmən məzhəbinə bağlanmış, öz adını daşıyan Əxilik təşkilatının qurucusu olmuşdur. O, dabbaqların ələvi türkmən ustadı və şeyxi, 32 növ tacir və sənətkarın lideri idi.
Əxi Evrən | |
---|---|
Şeyx Nəsrəddin Mahmud | |
Doğum tarixi | |
Doğum yeri | Xoy |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | Öldürülüb |
Vətəndaşlığı | Səlcuq imperiyası |
Milliyyəti | Türk |
Dini | İslam (Ələvi-Bəktaşi) |
Fəaliyyəti | vaiz[d] |
Adının etimologiyası
Əxi Evrən bu günə qədər gəlib çıxan əsərlərinin heç birində öz adını tam çəkməmişdir. O şəxsindən “bu zəif”, “bu kasıb” kimi ifadələrlə bəhs etmiş, buna baxmayaraq bəzi əsərlərində kəlamçı olduğunu və adının Mahmud olduğunu örtülü bir formada söyləmişdir. Mənbələrin verdiyi məlumata əsasən onun tam adı Şeyx Nəsrəddin Əbül Haqayiq Mahmud ibn Əhməd əl-Xoyidir. Ölümündən bir müddət sonra təxminən XV əsrin ortalarında qarşımıza Əxi Evrən adı ilə çıxır. Lakin bu adın “Evrən”, “Evran” yoxsa “Örən ” olduğu mübahisəlidir. Mənaqıbnamə mətnlərində Evrən sözü ilan, əjdaha mənasında işlənir. Professor Mikayıl Bayram, Əli Əfəndi, Aşıq Paşazadə və Dədə Qorqudda işlənmə formasına görə Evrən tələffüzünə üstünlük verir. Fransız alim Taeschner də onun kimi Evrən tələffüzündən istifadə edib. Bir digər türk tarixçi Cavad Haqqı Tarım isə Evran adını ön plana çəkir. Örən tələffüzünə isə Fuad Körpülünün tədqiqatlarında rast gəlmək mümkündür.
Həyatı
Şeyx Nəsirəddin Əbül Haqayiq Mahmud bin Əhməd əl-Xoyi hicri 566/ miladi 1171-ci ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. Atasının adı Əhməddir. Anasından öz əsərlərində “Qadın ana” kimi bəhs etdiyi üçün əsl adı tam dəqiq bilinmir. Onun Cənubi Azərbaycanın Xoy şəhərində anadan olması tarixşünaslıqda etnik mənasubluğu ilə bağlı bəzi mübahisələr doğursa da, Xoy şəhəri Səlcuqlu sultanı Toğrul zamanından Türkmənlərin yaşayış məntəqələrindən biri olduğu üçün əslən türk olması qəbul edilən faktlardandır. Əxi Evrənin doğum ili ilə bağlı da bir sıra iddialar irəli sürülmüşdür. Belə ki, onun doğum ili bəzi mənbələrdə 1171 bəzi mənbələrdə isə 1236-cı il kimi qarşımıza çıxır. Lakin yaxın dostu Sədrəddin Konəviyə yazdığı bir məktubda 1199-cu ildə Heratda Fəxrəddin ər-Razinin xidmətində çalışdığını bildirməsi bu məsələ ilə bağlı mübahisələri sonlandırmışdır.
Əxi Evrənin uşaqlığı doğulduğu Azərbaycanda, Xoy şəhərində keçib. İlk təhsilini Əhməd Yəsəvinin Xorasan və Mavəraünnəhr ətrafındakı tələbələrindən alıb. Daha sonra həcc ziyarəti zamanı Əvhədüddin Kirmani ilə tanış olur. Kirmani də Əhməd Yəsəvi kimi türkcə danışan, Anadolu türkmənləri və dərvişləri üzərində dərin iz buraxan bir şəxs idi. Bu cəhəti ilə Əxi Evrənə də təsir etmiş, hətta onu qızı Fatma Bacı ilə evləndirmişdir.
Əxi Evrən 1204-cü ildə Bağdada gəlir. Burada bir sıra elm adamları ilə yanaşı Fəxrəddin ər-Razi ilə tanış olur. Bağdadda olarkən 34-cü Abbasi xəlifəsi Nasir li-Dinillahın qurduğu Fütüvvət təşkilatına qoşulur. Əsərlərindən də məlum olur ki, Əxi Evrən Bağdadda öz təhsilini geniş inkişaf etdirərək, təfsir, hədis, kəlam, fiqh, təsəvvüf, fəlsəfə və tibb sahəsində əsərlər qələmə almışdır. O həmçinin, İhvanüs-Səfanın, Fərabinin, İbn Sinanın , Fəxrəddin ər-Razinin əsərlərini oxumuş bəzilərini isə tərcümə etmişdir.
Kayseriyə gəlişi və Əxilik təşkilatı
Əxi Evrən 1205-ci ildə müəllimi Kirmani ilə birlikdə Anadoluya, daha sonra isə Türkiyənin Kayseri şəhərinə gəlir. Hacı Bektaş Vəlinin Vəlayətnamə əsərində Əxi Evrən ilə bağlı belə bir qeyd var
“Həzrəti Hükar Hacı Bektaş Vəli Xorasan diyarından Ruma gəlib suluyca Qarauyuqda qərar qıldıqdan sonra, Əxi Evrən sultan Konya şəhərindən Kayseriyə oradan Kırşəhərə gəlmişdir. ”
Vəlayətnamənin başqa bir bölməsində isə Əxi Evrənin Kayseridə bir dabbaqxanası olduğu və burada işlənilmiş dəri satdığından bəhs olunur.
Burada o, yerli əhalisi ermənilərdən, yunanlardan və çox az sayda xristian türklərdən və sonradan buraya köçən müsəlman türkmənlərdən ibarət bir Kayseri ilə qarşılaşmış, Ədməd Vəhbi Əcərin qeyd etdiyi kimi özünü etnik və etnik cəhətdən tək hiss etmişdir. Mərkəzi Asiyadan köçüb Kayseridə məskunlaşan türklər arasında Əhməd Yəsəvi dərvişləri, alimlərlə yanaşı , tacir və sənətkarlar da var idi. Yerli erməni və yunan (Bizans) həmkarları ilə rəqabət aparmaq, peşə və ticarətlərini möhkəm saxlamaq üçün onlara birlik və həmrəylik lazım idi. Bu ehtiyacı çox yaxşı təsbit edən Əxi Evrən əvvəlcə Kayserili əsnaf və sənətkarları bir ittifaq altında toplayaraq, sənət və ticarət etikasını və maraqlarını təmin etmək məqsədilə Əxilik qurumunu yaratdı. Daha sonra dövlətin himayəsi və dəstəyi ilə sənətkarların sənətlərini icra etmələri üçün bir sənaye şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edən Əxi Evrən bu şəbəkənin mərkəzindəki məscid və xanəgahda təşkilat mənsublarına dini və dünyəvi təhsil verməyə başlayır. Əxilik zaman ilə elə bir məqama çatır ki, əsrlər boyu tacir və sənətkarlara istiqamət göstərərək, Hacı Bektaş adət-ənənələri ilə birlikdə yeniçəriliyin yaranmasında da mühüm amil olur. Hətta dövlət adamları da bu təşkilata qoşulmağı şərəf hesab edirdilər. I Əlaəddin Keyqubadın Əxilik institutuna himayədarlığı nəticəsində bu şəbəkə bütün Anadoluya yayıldı. Bundan əlavə, Əxi Evrən Bəktaşilər arasında “Qadın Ana” kimi tanınan Kirmaninin qızı, həyat yoldaşı Fatma Xatun vasitəsilə Kayseridə Baciyan-ı Rum (Anadolu Bacıları) təşkilatını qurmuşdur.
Əxi Evrənin 1227-1228 (h. 625) ildən sonra Konyada məskunlaşdığı və sənəti ilə məşğul olduğu, həmçinin müdərrislik etdiyi bilinir. II Qiyasəddin əxilərin hamisi atası Sultan I Əlaəddin Keyqubad (miladi 1237) öldürərək onun yerinə keçir. Sultan və vəziri Sadəddin Köpək əxilərə qarşı çıxırlar. Nəricədə Əxi Evrən və bir çox əxilər həbs edib cəzalandırılır. Bu hadisələr əxilərin və türkmənlərin üsyanına səbəb oldu. Bu vaxt monqol ordusu Anadoluya girərək Səlcuq ordusunu məğlub etdi. Əxilər monqollara müqavimət göstərsələr də, şəhərə daxil olan monqollar Əxi Evrənin həyat yoldaşı Fatma Bacı da daxil olmaqla bir çox şəxsi qılıncdan keçirib, bəzilərini əsir götürürlər. Bu hadisələrdən sonra Əxi və Bacı təşkilatı dağıldı.
Kırşəhərə gəlişi
Qiyasəddin Keyxosrovun vəfatından sonra azadlığa çıxan Əxi Evrən, təxminən bir il Dənizlidə qaldıqdan qısa müddət sonra Şəms-i Təbrizinin qətlində əməkdaşlıq etdiyi, Mövlananın oğlu Əlaəddin Çələbi ilə Kırşehərdə məskunlaşır. Evrən həyatının təqribən 14-15 ilini burada yaşayır.
Əxi Evrənin Kırşəhərdə məskunlaşması ilə əxi təşkilatı (əvvəlki qədər olmasa da) güclənir. Lakin əxilərin və türkmənlərin monqollara qarşı dəstəklədiyi vəzir Qadı İzzəddinin məğlubiyyəti ilə onlar daha bir ağır zərbə alırlar. Monqol tərəfdarı olan IV Rüknüddin Qılıncarslan Konyada taxta çıxdıqdan sonra Əxi Evrən və əxilərə qarşı mübarizəyə başlayır.
Mövlana Cəlaləddin Rumi ilə ixtilafı
Əxi Evrən və ətrafı ilə Mövlana Cəlaləddin Rumi və ətrafı arasında baş verən qarşıdurmanın kökləri çox qədim dövrlərə gedib çıxır . Bu qarşıdurmalar Əxi Evrənin müəllimi, təfsirçi-ilahiyyatçı Fəxrəddin ər- Razi ilə Mövlananın atası Bahaəddin Vələd arasındakı ixtilafın Anadolu uzantısıdır. Bu ixtilaf və mübahisə nəticəsində Xarəzm sultanı Məhəmməd şah Fəxrəddin ər -Razini dəstəkləyincə, Bəhaəddin Vələd mühacirət edir və Anadoluya gəlir. Əslində, istər Mövlanə, istərsə də Şəmsi Təbrizi əsərlərində ər-Razini tənqid edirdi.
Bu iki şəxs arasında ixtilafın digər bir səbəbi isə məzhəb və məşrəbləri arasındakı fərqlər idi. Bunların üzərinə siyasi qarşıdurmanın əlavə olunması düşmənçiliyin pik həddə çatmasına səbəb oldu. Bu siyasi qarşıdurmalardan birincisi Əxi Evrən və Türkmənlər II Qiyasəddin Keyxosrova müxalif olduğu halda, Mövlanə və onun çevrəsinin dost olması idi. Ancaq Əxi Evrən ilə Mövlana Cəlaləddin Rumi arasında siyasi qarşıdurma monqolların Anadoluya hücumu ilə başladı. Əxilər və türkmənlər monqollarla döyüşərkən, Mövlana və çevrəsi monqolları dəstəkləyir. Əcər yazır:
O, Çingiz xanın ilahi şəxsiyyət olduğunu iddia edərək, monqolların oruc tutduqlarını, hətta atlarının da oruc tutduqlarını söyləyirdi. Mövlana və Şəms-i Təbrizi söhbət məclislərində monqolların zülmündən bəhs edənlərə qəzəblənir və monqol zülmünü yumşatmağa çalışırdılar.
Ölümü
Əxi Evrənin doğum tarixi kimi, ölüm tarixində də dəqiqlik yoxdur. Bununla belə, Mikayıl Bayram bildirir ki, onun dostlarına yazdığı məktubların tarixləri və əsərləri əsasında Əxi Evrənin miladi 1257 (miladi 655) və 1262 (miladi 660) illəri arasında öldüyü, hətta öldürüldüyü demək olar ki, dəqiqdir. Buna baxmayaraü Əxi Evrənin vəqfiyyəsi hicri 1307-ci ildə (hicri 706) tərtib edilmişdir. Mikayıl Bayram da 1277 (hicri 676) və 1307-ci (hicri 706) illəri Əxi Evrənin vəqfiyyəsinin hazırlanma tarixi kimi verir. Bu halda Əxi Evrənin 1307 (706) ildə sağ olduğu düşünülür. Yenə də mövcud mənbələrdəki bəzi qeydlərə əsasən, Əxi Evrənin öldürüldüyü iddia edilsə də, bu məsələdə dəqiqlik yoxdur. Lakin Keramat-i Əxi Evrən adlı əsərə və bəzi Əxi şəcərələrinə əsasən , onun 93 il yaşadığı qəbul edilən faktlardandır.
Əsərləri
Əxi Evrənin əsərləri ilə bağlı tədqiqatlar aparan Mikayıl Bayram aşağıdakı siyahını təqdim edir:
- Mətali ül-İman (ilahiyyata dair)
- Tabsıratü-l Mübtıdu və Təzkiratül- Müntəhi (təsəvvüf fəlsəfəsi haqqında)
- Mənacihi Seyfi (Şafi məzhəbi haqqında)
- Lətaif-i Qiyasiyyə (4 cildlik əsər, ilk cilddə fəlsəfə, ikinci cilddə əxlaq və siyasət, üçüncü cilddə fiqh, sonuncu cilddə isə dua və ibadətlərdən bəhs olunur.
- Lətaif-i Hikmət (siyasətnamə janrında əsər)
- Ağaz u Əncüm (vəsiyətnamə)
- Mürşidül Kifayə
- Tuhfətüş - Şəkür (itmiş əsərlərindən biri)
- Ulam-ı Həqiqi (itmiş əsərlərindən biri)
- Elmüt- Təşrih (tibbə və anatomiyaya dair əsər)
- Yezdan- Şinaht (fəlsəfi mahiyyətli əsər)
- Müariul Musari (Şəhristaninin İbn Sinanı rəddiyəsinə rəddiyə)
- Məth-i Fəqr u Zəmm-i Dünya (Sührəverdi əl- Maqtulun Vəsiyyəsinin tərcüməsi)
- Tərcümə-i Əlvahul-İmadiyyə (tərcümə)
- Tərcümə-i Nəfsün-Natiqə (İbn Sinadan tərcümə)
- Tərcümə-i Kitabül-Hamsin fi-Usulid-din (Fəxrəddin ər-Razidən tərcümə)
- Tərcümə-i ət-Təvəccühül-Ətəmm Nahvəl-Həqq (Sədrəddin Konəvidən tərcümə)
- Tərcümə-i Miftahul-Qeyb (Sədrəddin Konəvidən tərcümə)
İstinadlar
- M. Bayram – Ahi Evren, tasavvufi düşüncenin esasları, Ankara, 1995
- Uçma, 2003. səh. 66
- Uçma, 2003. səh. 67
- Ecer, 2007. səh. 48
- Ecer, 2007. səh. 50
- Əcər, 2001. səh. 11
- Uçma, 2003. səh. 53
- Uçma, 2003
- Ülgen, 2021. səh. 452
- Ecer, 2007. səh. 54
- Ülgen, 2021. səh. 454
- Çağatay, 1982. səh. 45
- Ülgen, 2021. səh. 453
- Bayram, 1991. səh. 232
Mənbə
- Neşet Çağatay. Anadoluda Ahilik ve Bunun Kurucusu Ahi Evren. XLVI. Ankara: TTK Basımevi. Belleten. 1982.
- Mikail Bayram. Ahi Evren ve Ahilik Teşkilatının Kuruluşu. Damla Matbaacılık. 1991.
- Ahmet Vehbi Ecer. AHMED YESEVİ DERVİŞİ AHİ EVREN ve KAYSERİíDE AHİLİK. 1. Dergipark. 2001. 47–64.
- Erol Ülgen. Esnaf ve Sanatkârların Pîri Ahi Evran ve Geçmişten Günümüze Ahilik. 61. Türk Dili ve Edebiyatı Dergisi. 2021. 447–469.
- İsmet Uçma. Bir Sosyal Siyaset Kurumu Olarak Ahilik. İstanbul: T.C İSTANBUL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ÜNSTİTÜSÜ ÇALIŞMA EKONİMİSİ VE ENDÜSTRİ İLİŞKİLERİ ANABİLİM DALI. 2003.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Exi Evren dekabr 1169 Xoy Qerbi Azerbaycan ostani 1 aprel 1261 Kirseher Mensece Elevi Turk sufisi olan exilik teriqetine mensub sufi alim Guney Azerbaycanin Xoy seherinde anadan olan Exi Evren uzun bir seferden sonra Xorasandan Anadoluya gelerek Haci Bektas Velinin Elevi Bektasi sufi turkmen mezhebine baglanmis oz adini dasiyan Exilik teskilatinin qurucusu olmusdur O dabbaqlarin elevi turkmen ustadi ve seyxi 32 nov tacir ve senetkarin lideri idi Exi EvrenSeyx Nesreddin MahmudDogum tarixi 1171Dogum yeri XoyVefat tarixi 1262Vefat yeriVefat sebebi OldurulubVetendasligi Selcuq imperiyasiMilliyyeti TurkDini Islam Elevi Bektasi Fealiyyeti vaiz d Adinin etimologiyasiExi Evren bu gune qeder gelib cixan eserlerinin hec birinde oz adini tam cekmemisdir O sexsinden bu zeif bu kasib kimi ifadelerle behs etmis buna baxmayaraq bezi eserlerinde kelamci oldugunu ve adinin Mahmud oldugunu ortulu bir formada soylemisdir Menbelerin verdiyi melumata esasen onun tam adi Seyx Nesreddin Ebul Haqayiq Mahmud ibn Ehmed el Xoyidir Olumunden bir muddet sonra texminen XV esrin ortalarinda qarsimiza Exi Evren adi ile cixir Lakin bu adin Evren Evran yoxsa Oren oldugu mubahiselidir Menaqibname metnlerinde Evren sozu ilan ejdaha menasinda islenir Professor Mikayil Bayram Eli Efendi Asiq Pasazade ve Dede Qorqudda islenme formasina gore Evren teleffuzune ustunluk verir Fransiz alim Taeschner de onun kimi Evren teleffuzunden istifade edib Bir diger turk tarixci Cavad Haqqi Tarim ise Evran adini on plana cekir Oren teleffuzune ise Fuad Korpulunun tedqiqatlarinda rast gelmek mumkundur HeyatiSeyx Nesireddin Ebul Haqayiq Mahmud bin Ehmed el Xoyi hicri 566 miladi 1171 ci ilde Cenubi Azerbaycanin Xoy seherinde anadan olmusdur Atasinin adi Ehmeddir Anasindan oz eserlerinde Qadin ana kimi behs etdiyi ucun esl adi tam deqiq bilinmir Onun Cenubi Azerbaycanin Xoy seherinde anadan olmasi tarixsunasliqda etnik menasublugu ile bagli bezi mubahiseler dogursa da Xoy seheri Selcuqlu sultani Togrul zamanindan Turkmenlerin yasayis menteqelerinden biri oldugu ucun eslen turk olmasi qebul edilen faktlardandir Exi Evrenin dogum ili ile bagli da bir sira iddialar ireli surulmusdur Bele ki onun dogum ili bezi menbelerde 1171 bezi menbelerde ise 1236 ci il kimi qarsimiza cixir Lakin yaxin dostu Sedreddin Koneviye yazdigi bir mektubda 1199 cu ilde Heratda Fexreddin er Razinin xidmetinde calisdigini bildirmesi bu mesele ile bagli mubahiseleri sonlandirmisdir Exi Evrenin usaqligi doguldugu Azerbaycanda Xoy seherinde kecib Ilk tehsilini Ehmed Yesevinin Xorasan ve Maveraunnehr etrafindaki telebelerinden alib Daha sonra hecc ziyareti zamani Evheduddin Kirmani ile tanis olur Kirmani de Ehmed Yesevi kimi turkce danisan Anadolu turkmenleri ve dervisleri uzerinde derin iz buraxan bir sexs idi Bu ceheti ile Exi Evrene de tesir etmis hetta onu qizi Fatma Baci ile evlendirmisdir Exi Evren 1204 cu ilde Bagdada gelir Burada bir sira elm adamlari ile yanasi Fexreddin er Razi ile tanis olur Bagdadda olarken 34 cu Abbasi xelifesi Nasir li Dinillahin qurdugu Futuvvet teskilatina qosulur Eserlerinden de melum olur ki Exi Evren Bagdadda oz tehsilini genis inkisaf etdirerek tefsir hedis kelam fiqh tesevvuf felsefe ve tibb sahesinde eserler qeleme almisdir O hemcinin Ihvanus Sefanin Ferabinin Ibn Sinanin Fexreddin er Razinin eserlerini oxumus bezilerini ise tercume etmisdir Kayseriye gelisi ve Exilik teskilati Exi Evren 1205 ci ilde muellimi Kirmani ile birlikde Anadoluya daha sonra ise Turkiyenin Kayseri seherine gelir Haci Bektas Velinin Velayetname eserinde Exi Evren ile bagli bele bir qeyd var Hezreti Hukar Haci Bektas Veli Xorasan diyarindan Ruma gelib suluyca Qarauyuqda qerar qildiqdan sonra Exi Evren sultan Konya seherinden Kayseriye oradan Kirsehere gelmisdir Velayetnamenin basqa bir bolmesinde ise Exi Evrenin Kayseride bir dabbaqxanasi oldugu ve burada islenilmis deri satdigindan behs olunur Burada o yerli ehalisi ermenilerden yunanlardan ve cox az sayda xristian turklerden ve sonradan buraya kocen muselman turkmenlerden ibaret bir Kayseri ile qarsilasmis Edmed Vehbi Ecerin qeyd etdiyi kimi ozunu etnik ve etnik cehetden tek hiss etmisdir Merkezi Asiyadan kocub Kayseride meskunlasan turkler arasinda Ehmed Yesevi dervisleri alimlerle yanasi tacir ve senetkarlar da var idi Yerli ermeni ve yunan Bizans hemkarlari ile reqabet aparmaq pese ve ticaretlerini mohkem saxlamaq ucun onlara birlik ve hemreylik lazim idi Bu ehtiyaci cox yaxsi tesbit eden Exi Evren evvelce Kayserili esnaf ve senetkarlari bir ittifaq altinda toplayaraq senet ve ticaret etikasini ve maraqlarini temin etmek meqsedile Exilik qurumunu yaratdi Daha sonra dovletin himayesi ve desteyi ile senetkarlarin senetlerini icra etmeleri ucun bir senaye sebekesinin yaradilmasi tesebbusu ile cixis eden Exi Evren bu sebekenin merkezindeki mescid ve xanegahda teskilat mensublarina dini ve dunyevi tehsil vermeye baslayir Exilik zaman ile ele bir meqama catir ki esrler boyu tacir ve senetkarlara istiqamet gostererek Haci Bektas adet eneneleri ile birlikde yeniceriliyin yaranmasinda da muhum amil olur Hetta dovlet adamlari da bu teskilata qosulmagi seref hesab edirdiler I Elaeddin Keyqubadin Exilik institutuna himayedarligi neticesinde bu sebeke butun Anadoluya yayildi Bundan elave Exi Evren Bektasiler arasinda Qadin Ana kimi taninan Kirmaninin qizi heyat yoldasi Fatma Xatun vasitesile Kayseride Baciyan i Rum Anadolu Bacilari teskilatini qurmusdur Exi Evrenin 1227 1228 h 625 ilden sonra Konyada meskunlasdigi ve seneti ile mesgul oldugu hemcinin muderrislik etdiyi bilinir II Qiyaseddin exilerin hamisi atasi Sultan I Elaeddin Keyqubad miladi 1237 oldurerek onun yerine kecir Sultan ve veziri Sadeddin Kopek exilere qarsi cixirlar Nericede Exi Evren ve bir cox exiler hebs edib cezalandirilir Bu hadiseler exilerin ve turkmenlerin usyanina sebeb oldu Bu vaxt monqol ordusu Anadoluya girerek Selcuq ordusunu meglub etdi Exiler monqollara muqavimet gosterseler de sehere daxil olan monqollar Exi Evrenin heyat yoldasi Fatma Baci da daxil olmaqla bir cox sexsi qilincdan kecirib bezilerini esir gotururler Bu hadiselerden sonra Exi ve Baci teskilati dagildi Kirsehere gelisi Qiyaseddin Keyxosrovun vefatindan sonra azadliga cixan Exi Evren texminen bir il Denizlide qaldiqdan qisa muddet sonra Sems i Tebrizinin qetlinde emekdasliq etdiyi Movlananin oglu Elaeddin Celebi ile Kirseherde meskunlasir Evren heyatinin teqriben 14 15 ilini burada yasayir Exi Evrenin Kirseherde meskunlasmasi ile exi teskilati evvelki qeder olmasa da guclenir Lakin exilerin ve turkmenlerin monqollara qarsi desteklediyi vezir Qadi Izzeddinin meglubiyyeti ile onlar daha bir agir zerbe alirlar Monqol terefdari olan IV Ruknuddin Qilincarslan Konyada taxta cixdiqdan sonra Exi Evren ve exilere qarsi mubarizeye baslayir Movlana Celaleddin Rumi ile ixtilafi Exi Evren ve etrafi ile Movlana Celaleddin Rumi ve etrafi arasinda bas veren qarsidurmanin kokleri cox qedim dovrlere gedib cixir Bu qarsidurmalar Exi Evrenin muellimi tefsirci ilahiyyatci Fexreddin er Razi ile Movlananin atasi Bahaeddin Veled arasindaki ixtilafin Anadolu uzantisidir Bu ixtilaf ve mubahise neticesinde Xarezm sultani Mehemmed sah Fexreddin er Razini destekleyince Behaeddin Veled muhaciret edir ve Anadoluya gelir Eslinde ister Movlane isterse de Semsi Tebrizi eserlerinde er Razini tenqid edirdi Bu iki sexs arasinda ixtilafin diger bir sebebi ise mezheb ve mesrebleri arasindaki ferqler idi Bunlarin uzerine siyasi qarsidurmanin elave olunmasi dusmenciliyin pik hedde catmasina sebeb oldu Bu siyasi qarsidurmalardan birincisi Exi Evren ve Turkmenler II Qiyaseddin Keyxosrova muxalif oldugu halda Movlane ve onun cevresinin dost olmasi idi Ancaq Exi Evren ile Movlana Celaleddin Rumi arasinda siyasi qarsidurma monqollarin Anadoluya hucumu ile basladi Exiler ve turkmenler monqollarla doyuserken Movlana ve cevresi monqollari destekleyir Ecer yazir O Cingiz xanin ilahi sexsiyyet oldugunu iddia ederek monqollarin oruc tutduqlarini hetta atlarinin da oruc tutduqlarini soyleyirdi Movlana ve Sems i Tebrizi sohbet meclislerinde monqollarin zulmunden behs edenlere qezeblenir ve monqol zulmunu yumsatmaga calisirdilar Olumu Exi Evrenin dogum tarixi kimi olum tarixinde de deqiqlik yoxdur Bununla bele Mikayil Bayram bildirir ki onun dostlarina yazdigi mektublarin tarixleri ve eserleri esasinda Exi Evrenin miladi 1257 miladi 655 ve 1262 miladi 660 illeri arasinda olduyu hetta oldurulduyu demek olar ki deqiqdir Buna baxmayarau Exi Evrenin veqfiyyesi hicri 1307 ci ilde hicri 706 tertib edilmisdir Mikayil Bayram da 1277 hicri 676 ve 1307 ci hicri 706 illeri Exi Evrenin veqfiyyesinin hazirlanma tarixi kimi verir Bu halda Exi Evrenin 1307 706 ilde sag oldugu dusunulur Yene de movcud menbelerdeki bezi qeydlere esasen Exi Evrenin oldurulduyu iddia edilse de bu meselede deqiqlik yoxdur Lakin Keramat i Exi Evren adli esere ve bezi Exi secerelerine esasen onun 93 il yasadigi qebul edilen faktlardandir EserleriExi Evrenin eserleri ile bagli tedqiqatlar aparan Mikayil Bayram asagidaki siyahini teqdim edir Metali ul Iman ilahiyyata dair Tabsiratu l Mubtidu ve Tezkiratul Muntehi tesevvuf felsefesi haqqinda Menacihi Seyfi Safi mezhebi haqqinda Letaif i Qiyasiyye 4 cildlik eser ilk cildde felsefe ikinci cildde exlaq ve siyaset ucuncu cildde fiqh sonuncu cildde ise dua ve ibadetlerden behs olunur Letaif i Hikmet siyasetname janrinda eser Agaz u Encum vesiyetname Mursidul Kifaye Tuhfetus Sekur itmis eserlerinden biri Ulam i Heqiqi itmis eserlerinden biri Elmut Tesrih tibbe ve anatomiyaya dair eser Yezdan Sinaht felsefi mahiyyetli eser Muariul Musari Sehristaninin Ibn Sinani reddiyesine reddiye Meth i Feqr u Zemm i Dunya Suhreverdi el Maqtulun Vesiyyesinin tercumesi Tercume i Elvahul Imadiyye tercume Tercume i Nefsun Natiqe Ibn Sinadan tercume Tercume i Kitabul Hamsin fi Usulid din Fexreddin er Raziden tercume Tercume i et Teveccuhul Etemm Nahvel Heqq Sedreddin Koneviden tercume Tercume i Miftahul Qeyb Sedreddin Koneviden tercume IstinadlarM Bayram Ahi Evren tasavvufi dusuncenin esaslari Ankara 1995 Ucma 2003 seh 66 Ucma 2003 seh 67 Ecer 2007 seh 48 Ecer 2007 seh 50 Ecer 2001 seh 11 Ucma 2003 seh 53 Ucma 2003 Ulgen 2021 seh 452 Ecer 2007 seh 54 Ulgen 2021 seh 454 Cagatay 1982 seh 45 Ulgen 2021 seh 453 Bayram 1991 seh 232MenbeNeset Cagatay Anadoluda Ahilik ve Bunun Kurucusu Ahi Evren XLVI Ankara TTK Basimevi Belleten 1982 Mikail Bayram Ahi Evren ve Ahilik Teskilatinin Kurulusu Damla Matbaacilik 1991 Ahmet Vehbi Ecer AHMED YESEVI DERVISI AHI EVREN ve KAYSERIiDE AHILIK 1 Dergipark 2001 47 64 Erol Ulgen Esnaf ve Sanatkarlarin Piri Ahi Evran ve Gecmisten Gunumuze Ahilik 61 Turk Dili ve Edebiyati Dergisi 2021 447 469 Ismet Ucma Bir Sosyal Siyaset Kurumu Olarak Ahilik Istanbul T C ISTANBUL UNIVERSITESI SOSYAL BILIMLER UNSTITUSU CALISMA EKONIMISI VE ENDUSTRI ILISKILERI ANABILIM DALI 2003