Ələkbər Seyfulla oğlu Seyfi (19 mart 1901, Tiflis – 8 dekabr 1977, Kirovabad) — Azərbaycan teatr aktyoru və inzibatçısı, tərcüməçi, Azərbaycan SSR xalq artisti (1961).
Ələkbər Seyfi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | aktyor, tərcüməçi |
Fəaliyyət illəri | 1914-cü ildən |
Teatr | Kirovabad Dövlət Dram Teatrı, Bakı Türk İşçi Teatrı, Tiflis Azərbaycan Teatrı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olmuşdur. Ailəsinin imkanı olmadığı üçün müəyyən imtiyazlar əsasında təşkil olunmuş və fars dilində tədris olunan "İttifaq" məktəbinə verilmişdir. Mustafa Mərdanov ilə yaxın yaşayan Ələkbər Seyfi həvəskar tamaşaları izləyərək teatrla tanış olmuşdur. Səhnəyə isə ilk dəfə 13 yaşında, 1914-cü ilin əvvəllərində Tiflisə qastrola gəlmiş Hüseyn Ərəblinski və Əbülfət Vəlinin də iştirakı ilə səhnəyə qoyulmuş Şəmsəddin Saminin "Dəmirçi Gavə" tamaşasında Bəhram rolunda çıxmışdır.
1918-ci ilədək səhnə fəaliyyəti dram dərnəklərində çıxış etməkdən ibarət olan Ələkbər Seyfi Tiflisdə "İbrət" dram cəmiyyətinin yaradılmasında yaxından iştirak etmiş, oranın həvəskar aktyoru kimi komik rollarda çıxış etmişdir. "İttihad" və "İbrət" cəmiyyətlərinin birləşməsindən sonra yeni truppada idarə heyətinə Əlimirzə Nərimanov, İsmayıl Həqqi və Ələkbər Seyfi daxil edilirlər. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflis Dövlət Türk Dram Teatrı açılmış, Ələkbər Seyfi bu teatrın tərkibinə daxil edilərək 1922-ci ildə Türkiyədə, 1926-cı ildə isə Orta Asiyada qastrol səfərlərində olmuşdur. Ələkbər Seyfi aktyorluqla yanaşı, 1922–1929-cu illərdə Tiflis Teatrında müdir müavini də işləmiş, "Yeni fikir" qəzetində həm şöbə müdiri, həm də tərcüməçi, "Dan ulduzu" jurnalında isə tərcüməçi vəzifələrində çalışmış, 1928-ci ildə yeni Azərbaycan əlifbası komitəsinə üzv seçilmiş və bu səbəbdən bir neçə aylıq teatrdan ayrılmışdır.
1929-cu ilin əvvəllərində Məmmədsadıq Əfəndiyev və Mustafa Quliyev tərəfindən Bakı Türk İşçi Teatrına dəvət edilmiş Ələkbər Seyfi həmin ilin iyununda Bakıya köçərək aktyor kimi işə başlamış, bir ay sonra ədəbi hissə müdiri, bir neçə ay sonra isə bədii hissə üzrə direktor müavini olmuşdur. 1930–1931-ci il mövsümündən başlayaraq o, teatrın direktoru vəzifəsini icra etmişdir. 1932-ci ildə Bakı İşçi Teatrı Gəncəyə köçürüldükdə Ələkbər Seyfi də truppa ilə birlikdə ora gedərək yaradıcılığını davam etdirmiş, 1938-ci ilin fevralınadək bu teatrın direktoru olmuşdur.
Ələkbər Seyfi 1938-ci ilin fevral ayında həbs edilərək Sibirə sürgün edilmiş, 1956-cı ildə bəraət alaraq yenidən Gəncə Dövlət Dram Teatrına qayıtmışdır. O, burada 1956–1962-ci illərdə aktyor, 1962–1965-ci illərdə isə direktor kimi fəaliyyət göstərmişdir.
Ələkbər Seyfi aktyorluqla yanaşı, teatr üçün bir sıra tərcümələrin müəllifi olmuşdur. O, Rabindranat Taqorun "Fəlakət" romanı üzrə səhnələşdirilmiş "Qanq qızı", Lope de Veqanın "Kələkbaz sevgili", Gilyerme Fiqeyredonun "Tülkü və üzüm", Fridrix Şillerin "Qaçaqlar" və "Məkr və məhəbbət", Aleksandr Yujinin "Qızıl quş və qarğa", Vasili Şkvarkinin "Özgə uşağı", Arkadi Vasilyevin "Uzadılmış ezamiyyət", Hüseyn Muxtarovun "Şeytan nəsli", Viktor Rozovun "Sabahın xeyir", Bertolt Brextin "Üç qəpiklik opera", Georgi Mdivaninin "Konsulu oğurlayırlar" və başqa pyesləri Azərbaycan dilinə tərcümə etmiş və həmin əsərlər səhnəyə qoyulmuşdur.
Teatr fəaliyyəti ilə tanınan aktyor bir neçə ekran obrazları da ifa etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasında "Səhər" (mürəttib), "Qanun naminə" (qoca kəndli), "Uşaqlığın son gecəsi" (İsmayıl dayı), "Mən ki gözəl deyildim" (hesabdar) filmlərində çəkilib.
Ələkbər Seyfi 8 dekabr 1977-ci ildə Kirovabadda (hazırkı Gəncə) vəfat etmişdir. Gəncənin Bağbanlar məhəlləsindəki fəxri xiyabanda dəfn olunmuşdur.
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 14 dekabr 1961
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 20 may 1958
İfa etdiyi əsas rollar
Ələkbər Seyfinin teatr fəaliyyəti ərzində ifa etdiyi əsas rollar:
- Tiflis teatrında
- "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov — Əşrəf bəy
- "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Mahmud bəy
- "Məşədi İbad", Üzeyir Hacıbəyov — Hambal
- "Qaçaq Kərəm", Vano Mçedaşvili — Feyzulla
- "Nadir şah", Nəriman Nərimanov — Rzaqulu xan
- "Dəmirçi Gavə", Şəmsəddin Sami — Bəhram
- "Topal Teymur", Hüseyn Cavid — Cücə
- "Şeyx Sənan", Hüseyn Cavid — Şeyx Abuzər
- "Maral", Hüseyn Cavid — Cəmil bəy
- "Müfəttiş", Nikolay Qoqol — Pyotr İvanoviç
- "Hacı Qara", Mirzə Fətəli Axundov — Kərəməli
- "Sevil", Cəfər Cabbarlı — Əbdüləli bəy
- Gəncə teatrında
- "Hacı Qara", Mirzə Fətəli Axundov — Naçalnik
- "Şeyx Sənan", Hüseyn Cavid — Şeyx Kəbir
- "Səyavuş", Hüseyn Cavid — Piran
- "Ölülər", Cəlil Məmmədquluzadə — Şeyx Əhməd
- "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev — Mirzə Qoşunəli
- "Almaz", Cəfər Cabbarlı — Ocaqqulu
- "Nəsrəddin şah", Cəfər Cabbarlı — Mirzə Sadıq xan
- "Həmyerlilər", Altay Məmmədov — Dəllək Yaqub
- "Qaçaq Nəbi", Süleyman Rüstəm — Alı kişi
- "Mirzə Fətəli", Şəfaət Mehdiyev — Həsən bəy Zərdabi
- "Kələkbaz sevgili", Lope de Veqa — Kapitan Bernardo
- "Aygül diyarı", Mustay Kərim — Karlo Pikkio
- "Tülkü və üzüm", Gilyerme Fiqeyredo — Ksanf
- "Otello", Vilyam Şekspir — Qratsiano
- "Qanq qızı", Rabindranat Taqor — Onnada Babu
- "Qatarlar səhər gedir", Raymond Kauqvern — Müfəttiş
- "İki qardaş", Mixail Lermontov — Dmitri Petroviç
Qalereya
- "Nəsrəddin şah", Cəfər Cabbarlı — Mirzə Sadıq xan
- "Kələkbaz sevgili", Lope de Veqa — Kapitan Bernardo
- "Qanq qızı", Rabindranat Taqor — Onnada Babu
- "Səyavuş", Hüseyn Cavid — Piran
- Gəncədəki xatirə lövhəsi (1989)
- Gəncədəki xatirə lövhəsi (2020)
İstinadlar
- Мәммәдов, А; Ағамиров, А. Әләкбәр Сејфи — 75. Бакы: «Ишыг» нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1976. С. 5–19.
- Әләкбәр Сејфи. Бакы: «Ишыг» нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1974. С. 8.
- Seyfi, Alekper Seyfullaogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 552.
- İlham Rəhimli. Ələkbər Seyfi // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 339–340. ISBN .
- Сейфи, Алекпер Сейфулла оглы // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 4. Нежин — Сярев. М.: Советская энциклопедия. 1965. стб. 894. 40 500 экз.
- Әләкбәр Сејфи. Бакы: Азәрбајҹан Театр Ҹәмијјәтинин нәшри. 1962. С. 3–9.
- Ә. С. Сејфи // Коммунист. № 287 (16722). 10 декабр 1977-ҹи ил. С. 4.
- Сејфи̇ Әләкбәр Сејфулла оғлу // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 332.
- İlham Rəhimli. Ələkbər Seyfi // Azərbaycan teatr tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 362–363.
Xarici keçidlər
- "Сейфи Алекпер Сейфулла оглы - народный артист Азербайджанской ССР". ourbaku.com (rus). 11 oktyabr 2021 tarixində . İstifadə tarixi: 11 oktyabr 2021.
- "Сейфи Алекпер… Тогда, в тридцать восьмом…". ourbaku.com (rus). 11 oktyabr 2021 tarixində . İstifadə tarixi: 11 oktyabr 2021.
- "Мамедов Алтай. Бомба". ourbaku.com (rus). 11 oktyabr 2021 tarixində . İstifadə tarixi: 11 oktyabr 2021.
- "Мамедов Алтай. Бомба (окончание)". ourbaku.com (rus). 11 oktyabr 2021 tarixində . İstifadə tarixi: 11 oktyabr 2021.
- "Алекпер Сейфи". kino-teatr.ru (rus). 11 oktyabr 2021 tarixində . İstifadə tarixi: 11 oktyabr 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elekber Seyfulla oglu Seyfi 19 mart 1901 Tiflis 8 dekabr 1977 Kirovabad Azerbaycan teatr aktyoru ve inzibatcisi tercumeci Azerbaycan SSR xalq artisti 1961 Elekber SeyfiDogum tarixi 19 mart 1901Dogum yeri Tiflis Tiflis quberniyasi Rusiya imperiyasiVefat tarixi 8 dekabr 1977 76 yasinda Vefat yeri Kirovabad Azerbaycan SSR SSRIFealiyyeti aktyor tercumeciFealiyyet illeri 1914 cu ildenTeatr Kirovabad Dovlet Dram Teatri Baki Turk Isci Teatri Tiflis Azerbaycan TeatriMukafatlari 1961 Vikianbarda elaqeli mediafayllarHeyatiElekber Seyfulla oglu Seyfi 19 mart 1901 ci ilde Tiflisde anadan olmusdur Ailesinin imkani olmadigi ucun mueyyen imtiyazlar esasinda teskil olunmus ve fars dilinde tedris olunan Ittifaq mektebine verilmisdir Mustafa Merdanov ile yaxin yasayan Elekber Seyfi heveskar tamasalari izleyerek teatrla tanis olmusdur Sehneye ise ilk defe 13 yasinda 1914 cu ilin evvellerinde Tiflise qastrola gelmis Huseyn Ereblinski ve Ebulfet Velinin de istiraki ile sehneye qoyulmus Semseddin Saminin Demirci Gave tamasasinda Behram rolunda cixmisdir 1918 ci iledek sehne fealiyyeti dram derneklerinde cixis etmekden ibaret olan Elekber Seyfi Tiflisde Ibret dram cemiyyetinin yaradilmasinda yaxindan istirak etmis oranin heveskar aktyoru kimi komik rollarda cixis etmisdir Ittihad ve Ibret cemiyyetlerinin birlesmesinden sonra yeni truppada idare heyetine Elimirze Ne rimanov Ismayil Heqqi ve Elekber Seyfi daxil edilirler 1921 ci ilde Gurcustanda Sovet hakimiyyeti qurulduqdan sonra Tiflis Dovlet Turk Dram Teatri acilmis Elekber Seyfi bu teatrin terkibine daxil edilerek 1922 ci ilde Turkiyede 1926 ci ilde ise Orta Asiyada qastrol seferlerinde olmusdur Elekber Seyfi aktyorluqla yanasi 1922 1929 cu illerde Tiflis Teatrinda mudir muavini de islemis Yeni fikir qezetinde hem sobe mudiri hem de tercumeci Dan ulduzu jurnalinda ise tercumeci vezifelerinde calismis 1928 ci ilde yeni Azerbaycan elifbasi komitesine uzv secilmis ve bu sebebden bir nece ayliq teatrdan ayrilmisdir 1929 cu ilin evvellerinde Memmedsadiq Efendiyev ve Mustafa Quliyev terefinden Baki Turk Isci Teatrina devet edilmis Elekber Seyfi hemin ilin iyununda Bakiya kocerek aktyor kimi ise baslamis bir ay sonra edebi hisse mudiri bir nece ay sonra ise bedii hisse uzre direktor muavini olmusdur 1930 1931 ci il movsumunden baslayaraq o teatrin direktoru vezifesini icra etmisdir 1932 ci ilde Baki Isci Teatri Genceye kocuruldukde Elekber Seyfi de truppa ile birlikde ora gederek yaradiciligini davam etdirmis 1938 ci ilin fevralinadek bu teatrin direktoru olmusdur Elekber Seyfi 1938 ci ilin fevral ayinda hebs edilerek Sibire surgun edilmis 1956 ci ilde beraet alaraq yeniden Gence Dovlet Dram Teatrina qayitmisdir O burada 1956 1962 ci illerde aktyor 1962 1965 ci illerde ise direktor kimi fealiyyet gostermisdir Elekber Seyfi aktyorluqla yanasi teatr ucun bir sira tercumelerin muellifi olmusdur O Rabindranat Taqorun Felaket romani uzre sehnelesdirilmis Qanq qizi Lope de Veqanin Kelekbaz sevgili Gilyerme Fiqeyredonun Tulku ve uzum Fridrix Sillerin Qacaqlar ve Mekr ve mehebbet Aleksandr Yujinin Qizil qus ve qarga Vasili Skvarkinin Ozge usagi Arkadi Vasilyevin Uzadilmis ezamiyyet Huseyn Muxtarovun Seytan nesli Viktor Rozovun Sabahin xeyir Bertolt Brextin Uc qepiklik opera Georgi Mdivaninin Konsulu ogurlayirlar ve basqa pyesleri Azerbaycan diline tercume etmis ve hemin eserler sehneye qoyulmusdur Teatr fealiyyeti ile taninan aktyor bir nece ekran obrazlari da ifa etmisdir O Azerbaycanfilm kinostudiyasinda Seher murettib Qanun namine qoca kendli Usaqligin son gecesi Ismayil dayi Men ki gozel deyildim hesabdar filmlerinde cekilib Elekber Seyfi 8 dekabr 1977 ci ilde Kirovabadda hazirki Gence vefat etmisdir Gencenin Bagbanlar mehellesindeki fexri xiyabanda defn olunmusdur Teltif ve mukafatlari Azerbaycan SSR xalq artisti fexri adi 14 dekabr 1961 Azerbaycan SSR emekdar artisti fexri adi 20 may 1958 Ifa etdiyi esas rollarElekber Seyfinin teatr fealiyyeti erzinde ifa etdiyi esas rollar Tiflis teatrinda Haci Qember Necef bey Vezirov Esref bey Musibeti Fexreddin Necef bey Vezirov Mahmud bey Mesedi Ibad Uzeyir Hacibeyov Hambal Qacaq Kerem Vano Mcedasvili Feyzulla Nadir sah Neriman Nerimanov Rzaqulu xan Demirci Gave Semseddin Sami Behram Topal Teymur Huseyn Cavid Cuce Seyx Senan Huseyn Cavid Seyx Abuzer Maral Huseyn Cavid Cemil bey Mufettis Nikolay Qoqol Pyotr Ivanovic Haci Qara Mirze Feteli Axundov Keremeli Sevil Cefer Cabbarli Ebduleli bey Gence teatrinda Haci Qara Mirze Feteli Axundov Nacalnik Seyx Senan Huseyn Cavid Seyx Kebir Seyavus Huseyn Cavid Piran Oluler Celil Memmedquluzade Seyx Ehmed Bextsiz cavan Ebdurrehim bey Haqverdiyev Mirze Qosuneli Almaz Cefer Cabbarli Ocaqqulu Nesreddin sah Cefer Cabbarli Mirze Sadiq xan Hemyerliler Altay Memmedov Dellek Yaqub Qacaq Nebi Suleyman Rustem Ali kisi Mirze Feteli Sefaet Mehdiyev Hesen bey Zerdabi Kelekbaz sevgili Lope de Veqa Kapitan Bernardo Aygul diyari Mustay Kerim Karlo Pikkio Tulku ve uzum Gilyerme Fiqeyredo Ksanf Otello Vilyam Sekspir Qratsiano Qanq qizi Rabindranat Taqor Onnada Babu Qatarlar seher gedir Raymond Kauqvern Mufettis Iki qardas Mixail Lermontov Dmitri PetrovicQalereya Nesreddin sah Cefer Cabbarli Mirze Sadiq xan Kelekbaz sevgili Lope de Veqa Kapitan Bernardo Qanq qizi Rabindranat Taqor Onnada Babu Seyavus Huseyn Cavid Piran Gencedeki xatire lovhesi 1989 Gencedeki xatire lovhesi 2020 IstinadlarMәmmәdov A Agamirov A Әlәkbәr Seјfi 75 Baky Ishyg nәshriјјaty Azәrbaјҹan Teatr Ҹәmiјјәti 1976 S 5 19 Әlәkbәr Seјfi Baky Ishyg nәshriјјaty Azәrbaјҹan Teatr Ҹәmiјјәti 1974 S 8 Seyfi Alekper Seyfullaogly Prominent personalities in the USSR ingilis Metuchen New Jersey Scarecrow Press 1968 seh 552 Ilham Rehimli Elekber Seyfi Azerbaycan Teatr Ensiklopediyasi 3 cildde 1 ci cild Baki Azernesr 2016 seh 339 340 ISBN 978 9952 8306 3 7 Sejfi Alekper Sejfulla ogly Teatralnaya enciklopediya v 6 t gl red P A Markov T 4 Nezhin Syarev M Sovetskaya enciklopediya 1965 stb 894 40 500 ekz Әlәkbәr Seјfi Baky Azәrbaјҹan Teatr Ҹәmiјјәtinin nәshri 1962 S 3 9 Ә S Seјfi Kommunist 287 16722 10 dekabr 1977 ҹi il S 4 Seјfi Әlәkbәr Seјfulla oglu Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә VIII ҹild Prado Sprint Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1984 S 332 Ilham Rehimli Elekber Seyfi Azerbaycan teatr tarixi derslik Baki Casioglu 2005 seh 362 363 Xarici kecidler Sejfi Alekper Sejfulla ogly narodnyj artist Azerbajdzhanskoj SSR ourbaku com rus 11 oktyabr 2021 tarixinde Istifade tarixi 11 oktyabr 2021 Sejfi Alekper Togda v tridcat vosmom ourbaku com rus 11 oktyabr 2021 tarixinde Istifade tarixi 11 oktyabr 2021 Mamedov Altaj Bomba ourbaku com rus 11 oktyabr 2021 tarixinde Istifade tarixi 11 oktyabr 2021 Mamedov Altaj Bomba okonchanie ourbaku com rus 11 oktyabr 2021 tarixinde Istifade tarixi 11 oktyabr 2021 Alekper Sejfi kino teatr ru rus 11 oktyabr 2021 tarixinde Istifade tarixi 11 oktyabr 2021