Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Ədirnə hadisələri (Türkcə: Edirne Vak‘ası) — 1703-cü ildə Şeyxülislam Feyzullah Əfəndinin ölümü, II Mustafanın taxtdan endirilməsi və III Əhmədin cülusu ilə nəticələnən ayaqlanma. İstanbuldan hərəkət edən inqilabi ordunun Ədirnədəki II Mustafanı taxtdan endirməsi ilə nəticələnən bu hadisə Osmanlı tarixində Ədirnə hadisələri adlanır. Ancaq hadisələrin baş qəhrəmanı hesab olunan Feyzullah Əfəndi səbəbi ilə bu hadisələr Feyzullah Əfəndi hadisələri də adlanır.
Üsyanın səbəbləri
Vyana mühasirəsindəki məğlubiyyətin ardından Osmanlıların düşdüyü siyasi, iqtisadi və sosial çalxantıların da təsiriylə meydana gələn bu hadisənin əsas səbəbi, dövrün padşahı II Mustafa üzərində olduqca güclü təsiri olan Şeyxülislam Seyid Feyzullah Əfəndinin dövlət işlərinə olan müdaxiləsi olmuşdur. Xüsusilə dövlət strukturundakı yüksək mövqelərə öz adamlarını gətirən Feyzullah Əfəndinin əleyhdarları getdikcə artmaqda idi. Bu müxalif qrupun başında isə illərdir sədarət növbəsini gözləyən ikinci vəzir Kürəkən Həsən Paşa ilə Zöhrablı Əhməd Paşa, Qaçaq Həsən Paşa və yeniçəri ağası Çalıq Əhməd ağa dayanırdı. Üsyann arxa planında isə həmişəki kimi üləma zümrəsi yer alırdı. Buna səbəb isə İstanbul qazılığı ilə Rumeli və Anadolu başqazılığı vəzifələrinin şeyxülislamın oğlanları tərəfindən zəbt olunması və bu səbəbdən vəzifə təyinatlarının gecikdirilməsi idi. Feyzullah Əfəndinin Darüssəadə ağalığı, silahdarlıq, Ədirnə saray ağası kimi önəmli vəzifələrə də öz adamlarını yerləşdirməsi saray daxilində də ona qarşı fikirləri alovlandırmışdı.
Üsyanın gedişi
O əsnada Sultan II Mustafanın Ədirnə və yaxınlığında ova çıxması və uzun müddətdir ki, dövlət idarəsinin Ədirnəyə köçürülməsi iqtisadi çalxantının da təsiriylə İstanbul əhalisi də narazı qrupa qatıldı. Padşaha qarşı ilk çevriliş cəhdi 1702-ci ildə Sədrəzəm Hüseyn Paşanın da qohumu olan miraxur Əli bəy tərəfindən həyata keçirildi. Məqsəd padşahın doğma qardaşı Şahzadə Əhmədi taxta çıxarmaq olsa da, çevriliş baş tutmadı və Əli bəy öldürüldü. Bu hadisənin ardından ağır xəstəliyə tutulan Hüseyn Paşa vəzifəsindən alındı. Feyzullah Əfəndinin tövsiyəsilə sədarətə gətirilən Daldaban Mustafa Paşa şeyxülislama qarşı olan mənfi fikirləri azaltmağa çalışsa da, ömrü vəfa etmədi. (Yanvar 1703) Eyni şəkildə şeyxülislamın tövsiyəsilə sədarətə gətirilən Rami Mehmed Paşanın da ilk hədəfi məhz Feyzullah Əfəndi oldu. Hazırladığı plana görə tərtib olunan ayaqlanma sadəcə şeyxülislam və ətrafındakılara qarşı yönəlməli idi. Ancaq yüksələn üsyan alovu Ədirnədəki iqtidarı və padşahı da hədəf aldı. Sədrəzəm Rami Mehmed Paşa və Kürəkən Həsən Paşanın hazırladıqları plana görə, əvvəlcə cəbəcibaşı Boşnaq İbrahim ağanın təhriki ilə hərəkətə keçən cəbəcilər gecikmiş ülufələrini tələb edərək ayaqlandılar. (17 iyul 1703) Qısa müddət ərzində yeniçərilərin, seyidlərin və mədrəsə tələbələrinin də qatılmasıyla böyük bir üsyana çevrilən ayaqlanma daha sonra tacirlərin də iştirakı və məhbusların buraxılması ilə bütün İstanbula yayıldı. Bu əsnada üsyanı yatırmaq istəyən Murtuz ağa öldürülmüş, Feyzullah Əfəndi və oğlanlarının, həmçinin bəzi dövlət adamlarının da evləri yağmalandı. Bostancıbaşı Mehmed ağanın müqavimət yerinə üsyana qatılması isə ayaqlanmanın saraya da sıçramasına yol açdı.
Yüksək dərəcəli dövlət vəzifələrinə yeni təyinatlar edib, sədarətə Nişançı Əhməd Paşanı, şeyxülislamlığa isə İmam Mehmed Əfəndini gətirən üsyançılar istəklərini üləmadan ibarət bir heyətlə Ədirnəyə bildirmək istəsələr də, bu heyət Feyzullah Əfəndinin əmriylə həbs olundu. Başlanğıcda heç nədən xəbəri olmayan II Mustafa, sonradan bostancıbaşının göndərdiyi gizli məktubla hər şeyi öyrəndi. Üsyançıların göndəridiyi heyətin həbs olunmasına hirslənən II Mustafa öncə şeyxülislam və oğlanlarını vəzifədən alaraq Ərzuruma sürgün etdi. Daha sonra isə İstanbuldakı əleyhdarları ilə razılığa gəlməyə çalışdı.
Yeniçərilər, cəbəcilər, bostancılar və əhalidən ibarət 60 minlik üsyançı dəstə Ədirnəyə doğru irəliləməyə başladı. II Mustafa isə Ədirnədə bir tərəfdən müdafiə tədbirləri alır, bir tərəfdən də yeni hökumət təşkil edirdi. İstanbuldan yola çıxanlar Silivriyə çatanda II Mustafanın kiçik qardaşı Şahzadə Əhmədi taxta keçirmək istədiklərini bildirdilər. Buna görə də II Mustafa Ədirnədəki birlikləri Həsən Paşa idarəsində Çorluya göndərdi. Ancaq Həsən Paşa İstanbuldan gələn dəstələrlə mübarizə aparmaqdan çəkindi. Sərdar təyin olunan Sədrəzəm Rami Mehmed Paşa isə Ədirnə ətrafında müdafiə tədbirləri görürdü. Daha sonra əsgəri həvəsləndirmək üçün II Mustafa da sədrəzəmin yanına getdi. Beləliklə, Osmanlı ordusu İstanbul və Ədirnə qüvvələri olaraq iki hissəyə ayrıldı. Ancaq qısa müddət sonra Ədirnə qüvvələrinin də İstanbuldan gələn üsyançılara qoşulması ilə bu vəziyyət sona çatdı. II Mustafa qardaşı Şahzadə Əhmədin lehinə taxtdan çəkildi. Bunun ardından başda Sədrəzəm Rami Mehmed Paşa olmaqla, digər hökumət adamları da qaçaraq gizləndilər.
Bu əsnada qaçmağa çalışan Feyzullah Əfəndi indiki Bolqarıstan sərhəddində ələ keçirilərək yarı-çılpaq şəkildə Ədirnəyə gətirildi. Təhqir edilərək işgəncə edildi və öldürüldü. Oğlu Fətullah Əfəndi də İstanbulda qətlə yetirildi. Digər övladları və qohumları bir müddət Yeddiqüllə zindanlarında saxlanıldı, ardından Kipr adasına sürgün edildilər.
Bu hadisədən sonra Ədirnədə taxta çıxan III Əhməd İstanbula dönmüş və bundan sonra heç bir Osmanlı padşahı İstanbulu tərk edərək uzun müddətli Ədirnədə yaşamamışdır. Yeni padşahın ilk illərində üsyançılar söz sahibi olsalar da, daha sonra müqavimətləri qırıldı.
Mənbə
- BA, KK, Başmuhasebe Defteri, nr. 2322, s. 85-91;
- Şefik Mehmed, Şefiknâme, İstanbul 1282;
- Naîmâ, Târih, VI, 2-58;
- Silâhdar, Nusretnâme, II, 140 vd.;
- D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 304-316, 493-496;
- Şeyhî, Vekayiu’l-fuzalâ, II-III, bk. İndeks; Râşid, Târih, II, 571-575;
- Ahmed Hasîb Efendi, Ravzatü’l-küberâ, İÜ Ktp., TY, nr. 85;
- Anonim Osmanlı Tarihi, Berlin Devlet Kütüphanesi, nr. Hs. 216, vr. 234b vd.;
- Hammer, HEO, XIII, 112 vd.;
- Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 15-45;
- Danişmend, Kronoloji, III, 487-489;
- Edirne Vak’ası: Das Ereignis von Edirne (nşr. H. Baum), Freiburg 1970;
- Abdülkadir Özcan, Defterdar Sarı Mehmed Paşa-Zübde-i Vekayiât Tahlil ve Metin (doktora tezi, 1979), İÜ Ed.Fak., Tarih Seminer Kitaplığı, nr. 3276, tür.yer.;
- a.mlf., “Defterdar Sarı Mehmed Paşa’nın Mâlî Bazı Görüş ve Faaliyetleri”, GDAAD, sy. 10-11 (1983), s. 245-248;
- Ömer Aziz, Edirne Vak’ası (lisans tezi, 1930), İÜ Ed.Fak. Ktp., nr. 938;
- Rifa‘at Ali Abou-el-Haj, The 1703 Rebellion and the Structure of Ottoman Politics, İstanbul 1984;
- Hrand D. Andreasyan, “Balatlı Georg’a Göre Edirne Vak‘ası”, TD (1960), sy. 15, s. 47-64;
- Orhan F. Köprülü, “Feyzullah Efendi”, İA, IV, 595-600; TA, XIV, 356-358.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Edirne hadiseleri Turkce Edirne Vak asi 1703 cu ilde Seyxulislam Feyzullah Efendinin olumu II Mustafanin taxtdan endirilmesi ve III Ehmedin culusu ile neticelenen ayaqlanma Istanbuldan hereket eden inqilabi ordunun Edirnedeki II Mustafani taxtdan endirmesi ile neticelenen bu hadise Osmanli tarixinde Edirne hadiseleri adlanir Ancaq hadiselerin bas qehremani hesab olunan Feyzullah Efendi sebebi ile bu hadiseler Feyzullah Efendi hadiseleri de adlanir Edirne hadiseleri sonunda taxtdan endirilen II MustafaUsyanin sebebleriVyana muhasiresindeki meglubiyyetin ardindan Osmanlilarin dusduyu siyasi iqtisadi ve sosial calxantilarin da tesiriyle meydana gelen bu hadisenin esas sebebi dovrun padsahi II Mustafa uzerinde olduqca guclu tesiri olan Seyxulislam Seyid Feyzullah Efendinin dovlet islerine olan mudaxilesi olmusdur Xususile dovlet strukturundaki yuksek movqelere oz adamlarini getiren Feyzullah Efendinin eleyhdarlari getdikce artmaqda idi Bu muxalif qrupun basinda ise illerdir sedaret novbesini gozleyen ikinci vezir Kureken Hesen Pasa ile Zohrabli Ehmed Pasa Qacaq Hesen Pasa ve yeniceri agasi Caliq Ehmed aga dayanirdi Usyann arxa planinda ise hemiseki kimi ulema zumresi yer alirdi Buna sebeb ise Istanbul qaziligi ile Rumeli ve Anadolu basqaziligi vezifelerinin seyxulislamin oglanlari terefinden zebt olunmasi ve bu sebebden vezife teyinatlarinin gecikdirilmesi idi Feyzullah Efendinin Darusseade agaligi silahdarliq Edirne saray agasi kimi onemli vezifelere de oz adamlarini yerlesdirmesi saray daxilinde de ona qarsi fikirleri alovlandirmisdi Usyanin gedisiO esnada Sultan II Mustafanin Edirne ve yaxinliginda ova cixmasi ve uzun muddetdir ki dovlet idaresinin Edirneye kocurulmesi iqtisadi calxantinin da tesiriyle Istanbul ehalisi de narazi qrupa qatildi Padsaha qarsi ilk cevrilis cehdi 1702 ci ilde Sedrezem Huseyn Pasanin da qohumu olan miraxur Eli bey terefinden heyata kecirildi Meqsed padsahin dogma qardasi Sahzade Ehmedi taxta cixarmaq olsa da cevrilis bas tutmadi ve Eli bey olduruldu Bu hadisenin ardindan agir xesteliye tutulan Huseyn Pasa vezifesinden alindi Feyzullah Efendinin tovsiyesile sedarete getirilen Daldaban Mustafa Pasa seyxulislama qarsi olan menfi fikirleri azaltmaga calissa da omru vefa etmedi Yanvar 1703 Eyni sekilde seyxulislamin tovsiyesile sedarete getirilen Rami Mehmed Pasanin da ilk hedefi mehz Feyzullah Efendi oldu Hazirladigi plana gore tertib olunan ayaqlanma sadece seyxulislam ve etrafindakilara qarsi yonelmeli idi Ancaq yukselen usyan alovu Edirnedeki iqtidari ve padsahi da hedef aldi Sedrezem Rami Mehmed Pasa ve Kureken Hesen Pasanin hazirladiqlari plana gore evvelce cebecibasi Bosnaq Ibrahim aganin tehriki ile herekete kecen cebeciler gecikmis ulufelerini teleb ederek ayaqlandilar 17 iyul 1703 Qisa muddet erzinde yenicerilerin seyidlerin ve medrese telebelerinin de qatilmasiyla boyuk bir usyana cevrilen ayaqlanma daha sonra tacirlerin de istiraki ve mehbuslarin buraxilmasi ile butun Istanbula yayildi Bu esnada usyani yatirmaq isteyen Murtuz aga oldurulmus Feyzullah Efendi ve oglanlarinin hemcinin bezi dovlet adamlarinin da evleri yagmalandi Bostancibasi Mehmed aganin muqavimet yerine usyana qatilmasi ise ayaqlanmanin saraya da sicramasina yol acdi Yuksek dereceli dovlet vezifelerine yeni teyinatlar edib sedarete Nisanci Ehmed Pasani seyxulislamliga ise Imam Mehmed Efendini getiren usyancilar isteklerini ulemadan ibaret bir heyetle Edirneye bildirmek isteseler de bu heyet Feyzullah Efendinin emriyle hebs olundu Baslangicda hec neden xeberi olmayan II Mustafa sonradan bostancibasinin gonderdiyi gizli mektubla her seyi oyrendi Usyancilarin gonderidiyi heyetin hebs olunmasina hirslenen II Mustafa once seyxulislam ve oglanlarini vezifeden alaraq Erzuruma surgun etdi Daha sonra ise Istanbuldaki eleyhdarlari ile raziliga gelmeye calisdi Edirne hadiseleri sonunda taxta cixan III Ehmed Yeniceriler cebeciler bostancilar ve ehaliden ibaret 60 minlik usyanci deste Edirneye dogru irelilemeye basladi II Mustafa ise Edirnede bir terefden mudafie tedbirleri alir bir terefden de yeni hokumet teskil edirdi Istanbuldan yola cixanlar Silivriye catanda II Mustafanin kicik qardasi Sahzade Ehmedi taxta kecirmek istediklerini bildirdiler Buna gore de II Mustafa Edirnedeki birlikleri Hesen Pasa idaresinde Corluya gonderdi Ancaq Hesen Pasa Istanbuldan gelen destelerle mubarize aparmaqdan cekindi Serdar teyin olunan Sedrezem Rami Mehmed Pasa ise Edirne etrafinda mudafie tedbirleri gorurdu Daha sonra esgeri heveslendirmek ucun II Mustafa da sedrezemin yanina getdi Belelikle Osmanli ordusu Istanbul ve Edirne quvveleri olaraq iki hisseye ayrildi Ancaq qisa muddet sonra Edirne quvvelerinin de Istanbuldan gelen usyancilara qosulmasi ile bu veziyyet sona catdi II Mustafa qardasi Sahzade Ehmedin lehine taxtdan cekildi Bunun ardindan basda Sedrezem Rami Mehmed Pasa olmaqla diger hokumet adamlari da qacaraq gizlendiler Bu esnada qacmaga calisan Feyzullah Efendi indiki Bolqaristan serheddinde ele kecirilerek yari cilpaq sekilde Edirneye getirildi Tehqir edilerek isgence edildi ve olduruldu Oglu Fetullah Efendi de Istanbulda qetle yetirildi Diger ovladlari ve qohumlari bir muddet Yeddiqulle zindanlarinda saxlanildi ardindan Kipr adasina surgun edildiler Bu hadiseden sonra Edirnede taxta cixan III Ehmed Istanbula donmus ve bundan sonra hec bir Osmanli padsahi Istanbulu terk ederek uzun muddetli Edirnede yasamamisdir Yeni padsahin ilk illerinde usyancilar soz sahibi olsalar da daha sonra muqavimetleri qirildi MenbeBA KK Basmuhasebe Defteri nr 2322 s 85 91 Sefik Mehmed Sefikname Istanbul 1282 Naima Tarih VI 2 58 Silahdar Nusretname II 140 vd D Kantemir Osmanli Imparatorlugunun Yukselis ve Cokus Tarihi trc Ozdemir Cobanoglu Ankara 1980 III 304 316 493 496 Seyhi Vekayiu l fuzala II III bk Indeks Rasid Tarih II 571 575 Ahmed Hasib Efendi Ravzatu l kubera IU Ktp TY nr 85 Anonim Osmanli Tarihi Berlin Devlet Kutuphanesi nr Hs 216 vr 234b vd Hammer HEO XIII 112 vd Uzuncarsili Osmanli Tarihi IV 1 s 15 45 Danismend Kronoloji III 487 489 Edirne Vak asi Das Ereignis von Edirne nsr H Baum Freiburg 1970 Abdulkadir Ozcan Defterdar Sari Mehmed Pasa Zubde i Vekayiat Tahlil ve Metin doktora tezi 1979 IU Ed Fak Tarih Seminer Kitapligi nr 3276 tur yer a mlf Defterdar Sari Mehmed Pasa nin Mali Bazi Gorus ve Faaliyetleri GDAAD sy 10 11 1983 s 245 248 Omer Aziz Edirne Vak asi lisans tezi 1930 IU Ed Fak Ktp nr 938 Rifa at Ali Abou el Haj The 1703 Rebellion and the Structure of Ottoman Politics Istanbul 1984 Hrand D Andreasyan Balatli Georg a Gore Edirne Vak asi TD 1960 sy 15 s 47 64 Orhan F Koprulu Feyzullah Efendi IA IV 595 600 TA XIV 356 358