III Əhməd (Osmanlı türkcəsi: أحمدي ساليس بن محمد — Aḥmed-i sālis) (30 dekabr 1673, Dobriç[d], Silistrə əyaləti, Osmanlı imperiyası – 1 iyul 1736, Topqapı sarayı, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı və 102-ci İslam xəlifəsi. Məşhur Lalə dövrünün sultanıdır.
III Əhməd | |
---|---|
أحمدي ساليس بن محمد | |
23 avqust 1703 – 1 oktyabr 1730 | |
Əvvəlki | II Mustafa |
Sonrakı | I Mahmud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Validə Turhan Sultan türbəsi, İstanbul |
Fəaliyyəti | rəhbər[d], şair, siyasətçi |
Atası | IV Mehmed |
Anası | Əmətullah Rabiyə Gülnuş Sultan |
Həyat yoldaşları | Əminə Mihrişah Sultan Rabiyə Şərmi Sultan Xürrəm Qadınəfəndi |
Uşaqları | III Mustafa Şahzadə Numan I Əbdülhəmid Fatma Sultan Zeynəb Sultan Əsma Sultan Saliha Sultan Ümmügülsüm Sultan Zübeydə Sultan Xədicə Sultan Atikə Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
30 dekabr 1673-cü ildə bazar günü dünyaya gəlmişdir. Atası Sultan IV Mehmed, anası isə Rabiyə Əmətullah Gülnuş Sultandır. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Mustafayla birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. İlk dərslərini sultan şeyxi Mehmed Əfəndidən aldı, daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. 14 yaşında ikən əmisi Sultan Süleyman taxta çıxmış, bu səbəblə atası və qardaşı Şahzadə Mustafa ilə birlikdə Şimşirlik otağına həbs olunmuşdur. Daha sonra Ədirnəyə aparıldı və əmiləri Sultan Süleyman, Sultan Əhməd və qardaşı Sultan Mustafanın səltənətlərində burada qalmışdır. Nəhayət 1703-cü ildə baş verən Ədirnə hadisəsində, üsyançı cəbəcilər şeyxülislam seçdikləri Mehmed Əfəndinin təkidiylə onun taxta çıxarılmasını tələb etdi və 18 avqust 1703 tarixində Sultan Əhməd adına Çorluda xütbə oxundu.
22 avqustda, yeni sədrəzəm Nişançı Əhməd Paşa tərəfindən Ədirnə sarayından alındı və ertəsi gün taxta cülus etdi. Sultan Əhməd ilk iş olaraq qardaşı Sultan Mustafa və övladlarının Ədirnə sarayına həbs olunması haqqında fərman yazdı və Darüssəadə ağası Nəzir ağanı vəzifədən uzaqlaşdırdı. Bu əsnada Nişançı Əhməd Paşanın sədrəzəmliyini və İmam Mehmed Əfəndinin şeyxülislamlığını təsdiqlədi və üsyançı cəbəcilərdən Çalıq Əhməd ağanı vəzirlik rütbəsiylə yeniçəri ağalığına yüksəltdi. Ədirnədəki Bəyazid məscidində adına oxunan xütbəni dinlədikdən sonra əsgərə paylanacaq cülus bəxşişi problemini həll etdi. Sabiq şeyxülislam Feyzullah Əfəndinin edamı, övladlarının və kürəkənlərinin həbs edilməsi və bəzi dövlət adamlarının vəzifədən alınmasından sonra İstanbula qayıtdı. 16 sentyabrda paytaxta çatan Sultan Əhməd dərhal Əyyub Sultan məscidinə getdi və burada ənənəvi olaraq qılınc qurşandı. Taxta çıxdıqdan sonra İstanbulda qarşılaşdığı ilk çətinlik cəbəciləri örnək alan yeniçəri və bostancıların ayaqlanması oldu. Ancaq bu hadisə tezliklə yatırıldı. Bu əsnada keçmiş şeyxülislama sadiq olan bəzi dövlət adamlarını uzaqlaşdıran Sultan Əhməd, daha sonra bacısı Xədicə Sultanla əri Həsən Paşanın köməyilə Ədirnə hadisəsinə adı qarışan Çalıq Əhməd Paşa, sədrəzəm Nişançı Əhməd Paşa və şeyxülislam İmam Mehmed Əfəndini vəzifədən aldı. Beləliklə, dövlət idarəsini əsl mənada ələ alan sultan, dövrün önəmli üləmalarını və vəzirlərini ətrafında topladı. Sədarətə gətirdiyi ilk 3 sədrəzəmin (Kürəkən Həsən Paşa, Hacı Əhməd Paşa və Baltaçı Mehmed Paşa) dövründə daxili məsələləri həll etdi.
Səltənət illəri
XVIII əsrin əvvəllərindən etibarən Avropanı bürüyən vərasət müharibələri, xüsusilə də Reç Pospolitanın bölüşdürülməsi uğrunda gedən müharibələrə qarışmaq istəməyən Sultan Əhməd, şərqdə də Səfəvilərlə sülhü təmin etmişdi. Ancaq Çar Pyotrun məğlub etdiyi İsveç kralı XII Karlın sultandan xəbərsiz olaraq sədrəzəm Çorlulu Kürəkən Əli Paşanın vasitəsiylə Osmanlıya siyasi mühacir olaraq alınması Rusiyanın Osmanlı imperiyasına müharibə elan etməsinə səbəb oldu. Çar Pyotrun 1700-cü ildə imzalanan İstanbul sülhünü pozması və Krım xanı Dövlət Gərayın təşviq və təhriki nəticəsində Sultan Əhməd Rusiyaya müharibə elan etdi. Beləliklə, 9 aprel 1711 tarixində Osmanlı ordusunun İstanbuldan ayrılması ilə Osmanlı-Rusiya müharibəsi başladı. Baltaçı Mehmed Paşanın rəhbərlik etdiyi Osmanlı ordusu Krım qüvvələri ilə birləşdikdən sonra, Prut çayı sahilində rusları məğlub etdi. Ancaq rusların 23 iyul 1711-ci ildə bağlanan Prut sülhünə tabe olmaması, Baltaçı Mehmed Paşanın sədarətdən alınmasına və Sultan Əhmədin yeni bir orduyla Ədirnəyə qədər irəliləməsinə səbəb oldu. Ancaq İngiltərə və Hollandiya səfirlərinin vasitəçiliyi ilə bu səfər dayandırıldı. İsveç kralı XII Karlın Osmanlı imperiyasındakı siyasi fəaliyyəti vaxtaşırı olaraq Rusiya ilə münasibətləri təhlükəyə atsa da, Silahdar Əli Paşanın sədarəti dövründə Ədirnədə bağlanan müqaviləylə (24 iyun 1713) iki tərəf arasında müvəqqəti də olsa sülh təmin edildi.
Beləliklə, Rusiyadan Azov və ətraf bölgələrini geri alan Osmanlı imperiyası, Karlovitsa sülhü ilə Venesiyaya tərk etdiyi Moreya yarımadasını da geri alamağa ümidləndi və uyğun şərait gözləməyə başladı. Bu əsnada albanların venesiyalıların təhriki ilə üsyan etməsi və 1714-cü ildə bölgəyə göndərilən Numan Paşanın bir nəticə əldə etməməsi 2 ölkə arasındakı münasibətləri gərginləşdirdi. Nəticədə Sultan Əhməd sədrəzəm Əli Paşanı Moreya yarımadası ilə Aralıq dənizindəki digər adaları almaqla vəzifələndirdi və kaptan-ı dərya Osmanlı donanması ilə bölgəyə yolladı. Şəxsən sultanla Ədirnəyə qədər müşayət olunan Osmanlı ordusu sədrəzəmin rəhbərliyində Moreya yarımadasındakı şəhərləri fəth etməyə başladı. Bəzi Osmanlı qalaları geri alınmış, hətta bir neçə Venesiya qlası da ələ keçirilmişdi. Bu qələbənin ardından Sultan Əhməd 23 noyabr 1715-ci ildə İstanbula qayıtdı və paytaxtda mərasimlə qarşılandı. Ancaq 1716-cı ildə başlayan Korfu səfəri Avstriyanın müdaxiləsi və Osmanlı rodusunun 2 cəbhəyə ayrılması səbəbilə uğurlu olmadı. Sədrəzəm Əli Paşanın şəhid düşməsi Osmanlı ordusunun parçalanmasına və Sultan Əhmədin Korfu mühasirəsini qaldırmasına səbəb oldu. Ard-arda sədarətə gətirilən Hacı Xəlil Paşa və da Avstriya üzərində qələbə qazana bilmədi. Sultan Əhməd bütün bu səfərlər əsnasında orduyla birlikdə Ədirnəyə və Sofiyaya qədər gedir, qışı isə İstanbulda keçirirdi. Nəhayət, Avstriya ordusunun Niş qalasına qədər gəlməsinin ardından sədrəzəm Nevşəhərli İbrahim paşanın sədarətində Pojevatski sülhü bağlandı (21 iyul 1718). Beləliklə, Osmanlının artan torpaq itkisi dayanmış, Osmanlı-Venesiya münasibətləri durulmuşdur. Nəticədə sədrəzəm Nevşəhərli İbrahim paşanın səyləriylə qərb cəbhəsində sülh təmin edildi.
Şərqdə Səfəvi və əfqanlarla olan münasibətlər son illərində Sultan Əhmədi ən çox məşğul edən məsələ oldu. Rusların Xəzər sahillərini ələ keçirməsi, Şirvan və Dağıstandakı əhalinin rus zülmünə qarşı Osmanlı sultanındn yardım tələb etməsi və Səfəvilərdə baş verən daxili çəkişmələr Osmanlı ordusunun bölgəyə hərəkət etməsinə bəhanə oldu. Hətta Dərbənd və Bakı üzərində hakimiyyət mübarizəsi Osmanlı və rus ordularına qarşı-qarşıya gətirmiş, ancaq fransız səfiri Marquis de Bonnakın vastəçiliyi ilə 23 iyun 1724 tarixində iki tərəf arasında sülh təmin edildi. Belə ki, bəzi İran şəhərləri iki dövlət arasında bölüşdürüldü. Sülhə uyğun olaraq, Osmanlı ordusu Gəncə, Naxçıvan, Xoy, İrəvan, Mərənd, Səlmas, Kirmanşah, Nəhavənd və Həmədanı ələ keçirdi. Bu məğlubiyyətlərin ardından Səfəvi şahı II Təhmasib İstanbul sülhünün şərtlərini qəbul etməyə məcbur oldu. Ancaq çox keçmədən əfqanlar bölgədə üsyan edərək hakimiyyəti ələ aldı və bu sülhün şərtlərini tanımadıqlarını elan etdilər. Əfqan şahı Əşrəf xan Qərbi İran şəhərlərinin onlara təslim edilməsini istəyirdi. Nəticədə 1726-cı ilin noyabrında Nəhavənd yaxınlığında Osmanlı ordusu ilə əfqanlar qarşı-qarşıya gəldilər və Osmanlılar məğlub edildilər. Əşrəf xanla imzalanan 4 oktyabr 1727 tarixli Həmədan sülhü Osmanlıların lehinə nəticələndi.
Şərq cəbhəsində uzun illərdir davam edən qanlı müharibələr Sultan Əhmədə və xüsusilə də, kürəkəni Nevşəhərli İbrahim paşaya qarşı nifrət yaratmışdı. O əsnada II Təhmasibin himayəsində güclənən Nadir xan Əfşar Osmanlıların ələ keçirdiyi bəzi İran şəhərlərini azad etmiş və buradakı Osmanlı əsgərlərini qılıncdan keçirmişdi. Bu isə paytaxtdakı Sultan Əhməd əleyhdarlarını daha da hiddətləndirmişdi. Bundan başqa səfərlər səbəbilə yeni vergilərin qoyulması, əyalətlərdəki özbaşınalıqlar, bu səbəblə əhalinin paytaxta axın etməsi və nəticədə yaranan işsizlik bütün bu narazılıqları artırırdı. Belə çətin vəziyyətdə sultanın və vəzirlərinin paytaxtın müxtəlif saraylarında keçirilən şənliklərdə əylənməsi əhalini ayaqlandırdı. Nəticədə 1730-cu ildə Patrona Xəlil üsyanı baş verdi. Hadisə əsnasında Sultan Əhməd bacısı Xədicə Sultanın Üsküdardakı sarayında idi. Baş verən ayaqlanmanı eşidən kimi, 28 sentyabr gecəsi gizlicə Topqapı sarayına gəldi. Sultan Əhməd üsyanı yatıra bilməyəcəyini başa düşdü və ertəsi gün istəklərini qəbul etdi. İlk iş olaraq sədrəzəm Nevşəhərli İbrahim paşanı və kürəkənləri sədarət kəndxudası Mehmed Paşa və kaptan-ı dərya Qaymaq Mustafa Paşanı edam edərək üsyançılara təslim etdi. Bir gün sonra isə öz taxtından əl çəkməyə məcbur oldu və yerinə qardaşı oğlu Sultan Mahmud taxta çıxarıldı. 1 oktyabr günü övladları Şahzadə Mustafa və Şahzadə Əbdülhəmidlə birlikdə Topqapı sarayına həbs olundu. Həyatının son 6 ilini burada keçirən Sultan Əhməd 1 iyul 1736 tarixində 62 yaşında vəfat etdi. Cənazəsi Yeni məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn olundu.
Lalə dövrü yenilikləri
Sultan Əhməd 27 illik səltənətində, xüsusilə də kürəkəni Nevşəhərli İbrahim paşanın sədarəti dövründə iqtisadi və sosial məsələlərə önəm verdi. Yenilikçilik siyasətinin ən önəmli nümunəsi isə Çələbi Mehmed Əfəndinin oğlu Mehmed Səid Əfəndi və İbrahim Mütəfərrikanın səyləri ilə 1727-ci ildə qurulan mətbəədir. Fransız zabiti olan və Osmanlı hökumətinə sığınan de Rochefort bəzi hərbi reformasiyalar aparmağa cəhd etsə də, yeniçərilərin hədə-qorxusu ilə bu proses yarım qaldı. Əslən fransız olan bir digər reformist isə Davud ağa idi. Onun səyləri ilə Şahzadəbaşı səmtində ilk yanğınsöndürmə qurumu olan Tulumbaçılar ocağı qurulmuş, İstanbul boğazının təhlükəsizliyi məqsədilə Qız qalasına fanar yerləşdirilmişdir. Bu əsnada donanma tərsanəsi yenidən qurulmuş, ilk dəfə 3 anbarlı gəmilərin inşasına başlanılmışdır. Seyid Vehbi və Mehmed Hazinin əsərlərində təsvir olunan, dövrün toy əyləncələrində istifadə edilmiş və içərisində 5–6 nəfərin yerləşdiyi timsah şəkilli sualtı gəmilər bu dövrdə texnoloji yeniliklərin də olduğunu sübut edir. İncəsənətvə ədəbiyyat sevən sədrəzəm İbrahim Paşa dövrün məşhur şairlərini, musiqişünaslarını və sənətkarlarını ətrafında toplamış, əlyazma kitabların ölkə xaricinə aparılmasını qadağan etmişdir. Ən önəmli məsələ isə rəsmi tərcümə heyətinin qurularaq şərq və qərb ədəbiyyatından önəmli əsərlərin Osmanlı türkcəsinə çevrilməsidir.
Ədəbi həyatın da inkişaf etdiyi 12 illik bu dövrdə bir çox əsərlər yazılmışdır. Dövrün saray tarixçilərinin yazdığı əsərlərlə yanaşı, Seyid Vehbinin dövrün əyləncə həyatından bəhs edən "Surnamə" və Pojarevatsk sülhü ilə bağlı yazdığı "Sülhiyyə" əsərləri, Osmanzadə Əhməd Taib, Səfai, Səlim və İsmayıl Bəliğ kimi müəlliflərin yazdığı tərcümələr dövrün ən önəmli əsərləridir. Hətta bəzi əsərlər bu dövrdə fransız dilinə tərcümə edilmişdir. Bundan başqa Topqapı sarayında, Yeni məsciddə və İbrahim Paşanın Şahzadəbaşı səmtindəki külliyəsində kitabxanalar qurulmuş, Təkfur sarayında qurulan kiçik çini emalatxanasında bu sənət sahəsi inkişaf etdirilmiş, İznik və Kütahyaemalatxanaları bərpa edilmiş, kirəmit istehsalına başlanılmışdır.
Belqrad meşəsindəki şirin su qaynaqlarının İstanbula daşınması üçün su bəndləri çəkilmiş, şəhərin bir neçə yerində çeşmələr, bulaqlar inşa edilmişdir. Bu dövrdə inşa edilən çeşmələrdən ən önəmlisi isə (Bab-ı Hümayun) önündəki III Əhməd çeşməsidir. İstanbulda yeni yollar çəkilmiş, yeni limanlar qurulmuşdur. Başda tibb sahəsi olmaqla, bir çox sahə ilə bağlı əsərlər qələmə alınmışdır. Belə ki, İstanbuldakı ingilis elçisinin xanımı Lady Montekyünün yazdığına görə, bu dövrdə İstanbulda bir çox xəstəliklərə, xüsusilə də çiçək xəstəliyinə qarşı peyvəndlər vurulurdu. Boğaziçi və Haliç sahilləri köşk və qəsrlərlə bəzədilmişdir. İyirmisəkkiz Çələbi Mehmed Əfəndinin Fransadan gətirtdiyi planlar üzrə inşa olunan bu binalarda Avropa memarlığının təsiri hiss edilmiş, bu binaların daxili interyeri məhz avropalı sənətkarlar tərəfindən bəzədilmişdir. Bu köşklər arasında ən önəmlisi İbrahim Paşanın səyləri nəticəsində 2 ay ərzində tamamlanan Kağıthane səmtindəki Sədabad qəsridir. Dövlət adamları bu səmtə axın etmiş, səmtin hər iki tərəfi ağ rəngli köşklərlə bəzənmişdi.
İbrahim Paşa, III Əhməd üçün eyş-işrətli və əyləncəli mərasimlər təşkil etmiş, bu mənada bütün bu şənliklərin simvolu lalə olmuşdur. Bu dövrdə lalənin 839 sortu yetişdirilmiş, lalə soğanlarının qiyməti bahalaşdığı üçün 1722-ci ilin oktyabrında bu qiymətləri tənzimləyən bir dövlət fərmanı qəbul edilmişdir. 8 may 1710-cu ildə qardaşı Sultan Mustafanın qızı Safiyə Sultanı Mərzifonlu Mustafa Paşanın oğlu Əli Paşayla evləndirmişdir. 1720-ci ildə oğulları Şahzadə Süleyman, Şahzadə Mehmed, Şahzadə Mustafa və Şahzadə Bəyazid üçün möhtəşəm bir sünnət mərasimi keçirmişdir. 15 gün davam edən mərasimin ardından 3 qızını və mərhum qardaşı Sultan Mustafanın qızları Ayşə Sultan və Əmətullah Sultanı evləndirmişdir. 21 fevral 1724-cü ildə qızları Ümmügülsüm Sultan, Xədicə Sultan və Atikə Sultanın toy mərasimi baş tutmuşdur.
Xüsusilə yay aylarında gecə əyləncələri olduqca dəbdəbəli keçmişdir. Tısbağaların belinə bağlanan şamlar və lalə kollarına bağlanan çıraqlarla keçirilən bu şənliklərə çox vaxt xarici ölkələrin elçiləri də qatılmışdır. Bu elçilər şənliklərə çox vaxt rəssamlarla gəlmiş, bu rəssamlardan ən məşhuru olan Jean Baptiste van Mour xüsusilə dövrün libas və yaşayış tərzi ilə əlaqədar əsərlər rəsm etmişdir. Yerli əsərlərin ən önəmliləri isə dövrün məşhur miniatur ustası olan Levniyə aiddir. Lalə mövsümü bitib qış ayları başlayanda Sultan Əhməd və vəzirləri qapalı məkanları isidərək (indiki istixana sistemi ilə) burada lalə və qərənfil yetişdirir, digər yandan halva ziyafətləri və söhbətləri keçirirdilər. Osmanlı sülaləsindən olanların sünnət və toy mərasimləri isə günlərlə, bəzən həftələrlə davam edirdi.
Ailəsi
Hərəmxanası
- Əmətullah Qadınəfəndi (ö. 1739) — Əyyub Sultan məscidi məzarlığında dəfn edilib.
- Ruqiyə Qadınəfəndi
- Əminə Mihrişah Sultan
- Rabiyə Şərmi Sultan
- Ümmügülsüm Qadınəfəndi (ö. 1768) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
- Xədicə Qadınəfəndi (ö. 1712) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
- Fatma Hümaşah Qadınəfəndi (ö. 1742) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
- Əminə Qadınəfəndi (ö. 1757) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
- Hənifə Qadınəfəndi (ö. 1750) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
- Musli Qadınəfəndi (ö. 1749)
- Hatəm Qadınəfəndi (ö. 1772)
- Hüsnüşah Qadınəfəndi (ö. 1734)
- Xürrəm Qadınəfəndi
- Şahin Qadınəfəndi (ö. 1732)
- Zeynəb Qadınəfəndi (ö. 1757) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
Oğlan uşaqları
- Şahzadə Mehmed (d. 1 mart 1697 — ö. 3 iyun 1703)
- Şahzadə İsa (d. 23 fevral 1706 — ö. 25 may 1706) — Xürrəm Qadınəfəndidən doğulub.
- Şahzadə Əli (d. 18 iyun 1706 — ö. 12 sentyabr 1706)
- Şahzadə Səlim (d. 6 sentyabr 1707 — ö. 4 may 1708) — Hatəm Qadınəfəndidən doğulub.
- Şahzadə Murad (d. 4 fevral 1708 — ö. 1 aprel 1708)
- Şahzadə Əbdülməlik (d. 12 dekabr 1709 — ö. 23 mart 1711)
- Şahzadə Süleyman (d. 25 avqust 1710 — ö. 11 dekabr 1732) — Əminə Mihrişah Sultandan doğulub.
- Şahzadə Həmzə (d. 1715 — ö. fevral 1718)
- Şahzadə Orxan (d. 1 yanvar 1717 — ö. 22 dekabr 1756) — Xürrəm Qadınəfəndidən doğulub.
- III Mustafa
- Şahzadə Bəyazid (d. 4 oktyabr 1718 — ö. 25 yanvar 1771) — Əminə Mihrişah Sultandan doğulub.
- Şahzadə Abdullah (d. 18 dekabr 1719) — Xürrəm Qadınəfəndidən doğulub. 1 sutka sonra vəfat etmişdir.
- Şahzadə Numan (d. 22 fevral 1723 — ö. 29 dekabr 1764)
- I Əbdülhəmid
- Şahzadə Seyfəddin (d. 3 fevral 1728 — ö. 1732)
- Şahzadə Hüseyn (d. 2 yanvar 1729 — ö. 1730)
Qız uşaqları
- Fatma Sultan
- Xədicə Sultan (d. 21 yanvar 1707 — ö. yanvar 1708) — Ruqiyə Qadınəfəndidən doğulub.
- Ruqiyə Sultan (d. 3 may 1707 — ö. 29 avqust 1707) — Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edilib.
- Zeynəb Sultan (d. 1708 — ö. 5 oktyabr 1708)
- Ümmügülsüm Sultan
- Zeynəb Sultan (d. 5 yanvar 1710 — ö. 1 avqust 1710)
- Xədicə Sultan
- Atikə Sultan
- Ayşə Sultan
- Saliha Sultan
- Zeynəb Sultan
- Rabiyə Sultan (d. 19 noyabr 1719 — ö. 1721)
- Əmətullah Sultan (d. 23 dekabr 1719 — ö. 5 fevral 1720)
- Ümmüsələmə Sultan (ö. 1732)
- Əminə Sultan (ö. 1732)
- Nailə Sultan (d. 15 fevral 1725 — ö. 10 dekabr 1726)
- Nəzifə Sultan (d. may 1725 — ö. 19 dekabr 1764)
- Əsma Sultan
- Sabiha Sultan (d. 26 noyabr 1726 — ö. 3 dekabr 1726)
- Rabiyə Sultan (d. 4 avqust 1727 — ö. 4 aprel 1728)
- Zübeydə Sultan
Həmçinin bax
İstinadlar
- Ahmed III // Encyclopædia Britannica (ing.).
- Ahmet III // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Ahmed (Ahmed III.) // Brockhauz Ensiklopediyası (alm.).
- Mehmet İpşirli, "Lâle Devrinde Teşkil Edilen Tercüme Heyetine Dair Bazı Gözlemler", Osmanlı İlmî ve Meslekî Cemiyetleri, İstanbul 1987, s. 33–42
- M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 65–66, 79–80, 83–95
- M. Lucille Shay, The Ottoman Empire from 1720–1734 as Revealed in Despatches of Venetian Baili, Urbana 1944, s. 20–22
- Münir Aktepe, Patrona İsyanı 1730, İstanbul 1958, tür.yer.
- Ayvansarâyî, Hadîkatü’l-cevâmî‘, I, 20, 148, 300–303
Mənbə
- Naîmâ, Târih, VI, 21-22;
- Silâhdar, Târih, I, 631;
- a.mlf., Nusretnâme, İÜ Ktp., TY, nr. 5983;
- Râşid, Târih, I, 356; III, tür.yer.;
- Sâlim, Tezkire, İstanbul 1315, s. 52 vd.;
- Küçük Çelebizâde Âsım, Târih, İstanbul 1282, tür.yer.;
- Müstakimzâde, Tuhfe, s. 76-78, 99, 301, 436, 465;
- Hüseyin Kâmî Hanyavî, Girid Târihi, İstanbul 1288, I, 42;
- Habîb, Hat ve Hattâtân, İstanbul 1305, s. 94;
- Mehmed Râif, Mir’ât-ı İstanbul, İstanbul 1314, tür.yer.;
- Ahmed Refik, Lâle Devri (1130-1143), İstanbul 1331, s. 34-35;
- İzzet Kumbaracılar, İstanbul Sebilleri, İstanbul 1938, s. 35;
- İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1943, I, 134;
- İstanbul 1945, II, 42-47, 302, 322-324, 492;
- Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, tür. yer.;
- Enver Ziya Karal, “Ahmed III”, İA, I, 165-168;
- Semavi Eyice, “İstanbul”, İA, V/2, s. 1214/111-113;
- H. Bowen, “Ahmad III”, EI² (İng.), I, 268-271
Xarici keçidlər
III Əhməd Doğum: 31 dekabr 1673 Vəfat: 6 dekabr 1736 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri II Mustafa | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 23 avqust 1703-1 oktyabr 1730 | Xələfləri I Mahmud |
Sünni İslam titulları | ||
Sələfləri II Mustafa | İslam Xəlifəsi (خلافة إسلامية) | Xələfləri I Mahmud |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
III Ehmed Osmanli turkcesi أحمدي ساليس بن محمد Aḥmed i salis 30 dekabr 1673 Dobric d Silistre eyaleti Osmanli imperiyasi 1 iyul 1736 Topqapi sarayi Konstantinopol Rumeli eyaleti Osmanli imperiyasi 23 cu Osmanli sultani ve 102 ci Islam xelifesi Meshur Lale dovrunun sultanidir III Ehmedأحمدي ساليس بن محمد23 cu Osmanli sultani Padsah 23 avqust 1703 1 oktyabr 1730EvvelkiII MustafaSonrakiI MahmudSexsi melumatlarDogum tarixi 30 dekabr 1673Dogum yeri Istanbul Osmanli imperiyasiVefat tarixi 1 iyul 1736 62 yasinda Vefat yeri Topqapi sarayi Istanbul Osmanli imperiyasiDefn yeri Valide Turhan Sultan turbesi IstanbulFealiyyeti rehber d sair siyasetciAtasi IV MehmedAnasi Emetullah Rabiye Gulnus SultanHeyat yoldaslari Emine Mihrisah Sultan Rabiye Sermi Sultan Xurrem QadinefendiUsaqlari III Mustafa Sahzade Numan I Ebdulhemid Fatma Sultan Zeyneb Sultan Esma Sultan Saliha Sultan Ummugulsum Sultan Zubeyde Sultan Xedice Sultan Atike SultanAilesi Osmanli xanedaniDini Sunni Islam Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri 30 dekabr 1673 cu ilde bazar gunu dunyaya gelmisdir Atasi Sultan IV Mehmed anasi ise Rabiye Emetullah Gulnus Sultandir 26 may 1675 ci ilde Edirnede qardasi Sahzade Mustafayla birlikde mohtesem bir merasimle sunnet edildi Bu merasim esnasinda bacilari Xedice Sultan ve Gulsum Sultanlar da evlendirilmisdir Ilk derslerini sultan seyxi Mehmed Efendiden aldi daha sonra Seyid Feyzullah Efendinin telebesi oldu 14 yasinda iken emisi Sultan Suleyman taxta cixmis bu sebeble atasi ve qardasi Sahzade Mustafa ile birlikde Simsirlik otagina hebs olunmusdur Daha sonra Edirneye aparildi ve emileri Sultan Suleyman Sultan Ehmed ve qardasi Sultan Mustafanin seltenetlerinde burada qalmisdir Nehayet 1703 cu ilde bas veren Edirne hadisesinde usyanci cebeciler seyxulislam secdikleri Mehmed Efendinin tekidiyle onun taxta cixarilmasini teleb etdi ve 18 avqust 1703 tarixinde Sultan Ehmed adina Corluda xutbe oxundu 22 avqustda yeni sedrezem Nisanci Ehmed Pasa terefinden Edirne sarayindan alindi ve ertesi gun taxta culus etdi Sultan Ehmed ilk is olaraq qardasi Sultan Mustafa ve ovladlarinin Edirne sarayina hebs olunmasi haqqinda ferman yazdi ve Darusseade agasi Nezir agani vezifeden uzaqlasdirdi Bu esnada Nisanci Ehmed Pasanin sedrezemliyini ve Imam Mehmed Efendinin seyxulislamligini tesdiqledi ve usyanci cebecilerden Caliq Ehmed agani vezirlik rutbesiyle yeniceri agaligina yukseltdi Edirnedeki Beyazid mescidinde adina oxunan xutbeni dinledikden sonra esgere paylanacaq culus bexsisi problemini hell etdi Sabiq seyxulislam Feyzullah Efendinin edami ovladlarinin ve kurekenlerinin hebs edilmesi ve bezi dovlet adamlarinin vezifeden alinmasindan sonra Istanbula qayitdi 16 sentyabrda paytaxta catan Sultan Ehmed derhal Eyyub Sultan mescidine getdi ve burada enenevi olaraq qilinc qursandi Taxta cixdiqdan sonra Istanbulda qarsilasdigi ilk cetinlik cebecileri ornek alan yeniceri ve bostancilarin ayaqlanmasi oldu Ancaq bu hadise tezlikle yatirildi Bu esnada kecmis seyxulislama sadiq olan bezi dovlet adamlarini uzaqlasdiran Sultan Ehmed daha sonra bacisi Xedice Sultanla eri Hesen Pasanin komeyile Edirne hadisesine adi qarisan Caliq Ehmed Pasa sedrezem Nisanci Ehmed Pasa ve seyxulislam Imam Mehmed Efendini vezifeden aldi Belelikle dovlet idaresini esl menada ele alan sultan dovrun onemli ulemalarini ve vezirlerini etrafinda topladi Sedarete getirdiyi ilk 3 sedrezemin Kureken Hesen Pasa Haci Ehmed Pasa ve Baltaci Mehmed Pasa dovrunde daxili meseleleri hell etdi Seltenet illeri XVIII esrin evvellerinden etibaren Avropani buruyen veraset muharibeleri xususile de Rec Pospolitanin bolusdurulmesi ugrunda geden muharibelere qarismaq istemeyen Sultan Ehmed serqde de Sefevilerle sulhu temin etmisdi Ancaq Car Pyotrun meglub etdiyi Isvec krali XII Karlin sultandan xebersiz olaraq sedrezem Corlulu Kureken Eli Pasanin vasitesiyle Osmanliya siyasi muhacir olaraq alinmasi Rusiyanin Osmanli imperiyasina muharibe elan etmesine sebeb oldu Car Pyotrun 1700 cu ilde imzalanan Istanbul sulhunu pozmasi ve Krim xani Dovlet Gerayin tesviq ve tehriki neticesinde Sultan Ehmed Rusiyaya muharibe elan etdi Belelikle 9 aprel 1711 tarixinde Osmanli ordusunun Istanbuldan ayrilmasi ile Osmanli Rusiya muharibesi basladi Baltaci Mehmed Pasanin rehberlik etdiyi Osmanli ordusu Krim quvveleri ile birlesdikden sonra Prut cayi sahilinde ruslari meglub etdi Ancaq ruslarin 23 iyul 1711 ci ilde baglanan Prut sulhune tabe olmamasi Baltaci Mehmed Pasanin sedaretden alinmasina ve Sultan Ehmedin yeni bir orduyla Edirneye qeder irelilemesine sebeb oldu Ancaq Ingiltere ve Hollandiya sefirlerinin vasiteciliyi ile bu sefer dayandirildi Isvec krali XII Karlin Osmanli imperiyasindaki siyasi fealiyyeti vaxtasiri olaraq Rusiya ile munasibetleri tehlukeye atsa da Silahdar Eli Pasanin sedareti dovrunde Edirnede baglanan muqavileyle 24 iyun 1713 iki teref arasinda muveqqeti de olsa sulh temin edildi Belelikle Rusiyadan Azov ve etraf bolgelerini geri alan Osmanli imperiyasi Karlovitsa sulhu ile Venesiyaya terk etdiyi Moreya yarimadasini da geri alamaga umidlendi ve uygun serait gozlemeye basladi Bu esnada albanlarin venesiyalilarin tehriki ile usyan etmesi ve 1714 cu ilde bolgeye gonderilen Numan Pasanin bir netice elde etmemesi 2 olke arasindaki munasibetleri gerginlesdirdi Neticede Sultan Ehmed sedrezem Eli Pasani Moreya yarimadasi ile Araliq denizindeki diger adalari almaqla vezifelendirdi ve kaptan i derya Osmanli donanmasi ile bolgeye yolladi Sexsen sultanla Edirneye qeder musayet olunan Osmanli ordusu sedrezemin rehberliyinde Moreya yarimadasindaki seherleri feth etmeye basladi Bezi Osmanli qalalari geri alinmis hetta bir nece Venesiya qlasi da ele kecirilmisdi Bu qelebenin ardindan Sultan Ehmed 23 noyabr 1715 ci ilde Istanbula qayitdi ve paytaxtda merasimle qarsilandi Ancaq 1716 ci ilde baslayan Korfu seferi Avstriyanin mudaxilesi ve Osmanli rodusunun 2 cebheye ayrilmasi sebebile ugurlu olmadi Sedrezem Eli Pasanin sehid dusmesi Osmanli ordusunun parcalanmasina ve Sultan Ehmedin Korfu muhasiresini qaldirmasina sebeb oldu Ard arda sedarete getirilen Haci Xelil Pasa ve da Avstriya uzerinde qelebe qazana bilmedi Sultan Ehmed butun bu seferler esnasinda orduyla birlikde Edirneye ve Sofiyaya qeder gedir qisi ise Istanbulda kecirirdi Nehayet Avstriya ordusunun Nis qalasina qeder gelmesinin ardindan sedrezem Nevseherli Ibrahim pasanin sedaretinde Pojevatski sulhu baglandi 21 iyul 1718 Belelikle Osmanlinin artan torpaq itkisi dayanmis Osmanli Venesiya munasibetleri durulmusdur Neticede sedrezem Nevseherli Ibrahim pasanin seyleriyle qerb cebhesinde sulh temin edildi Serqde Sefevi ve efqanlarla olan munasibetler son illerinde Sultan Ehmedi en cox mesgul eden mesele oldu Ruslarin Xezer sahillerini ele kecirmesi Sirvan ve Dagistandaki ehalinin rus zulmune qarsi Osmanli sultanindn yardim teleb etmesi ve Sefevilerde bas veren daxili cekismeler Osmanli ordusunun bolgeye hereket etmesine behane oldu Hetta Derbend ve Baki uzerinde hakimiyyet mubarizesi Osmanli ve rus ordularina qarsi qarsiya getirmis ancaq fransiz sefiri Marquis de Bonnakin vasteciliyi ile 23 iyun 1724 tarixinde iki teref arasinda sulh temin edildi Bele ki bezi Iran seherleri iki dovlet arasinda bolusduruldu Sulhe uygun olaraq Osmanli ordusu Gence Naxcivan Xoy Irevan Merend Selmas Kirmansah Nehavend ve Hemedani ele kecirdi Bu meglubiyyetlerin ardindan Sefevi sahi II Tehmasib Istanbul sulhunun sertlerini qebul etmeye mecbur oldu Ancaq cox kecmeden efqanlar bolgede usyan ederek hakimiyyeti ele aldi ve bu sulhun sertlerini tanimadiqlarini elan etdiler Efqan sahi Esref xan Qerbi Iran seherlerinin onlara teslim edilmesini isteyirdi Neticede 1726 ci ilin noyabrinda Nehavend yaxinliginda Osmanli ordusu ile efqanlar qarsi qarsiya geldiler ve Osmanlilar meglub edildiler Esref xanla imzalanan 4 oktyabr 1727 tarixli Hemedan sulhu Osmanlilarin lehine neticelendi Serq cebhesinde uzun illerdir davam eden qanli muharibeler Sultan Ehmede ve xususile de kurekeni Nevseherli Ibrahim pasaya qarsi nifret yaratmisdi O esnada II Tehmasibin himayesinde guclenen Nadir xan Efsar Osmanlilarin ele kecirdiyi bezi Iran seherlerini azad etmis ve buradaki Osmanli esgerlerini qilincdan kecirmisdi Bu ise paytaxtdaki Sultan Ehmed eleyhdarlarini daha da hiddetlendirmisdi Bundan basqa seferler sebebile yeni vergilerin qoyulmasi eyaletlerdeki ozbasinaliqlar bu sebeble ehalinin paytaxta axin etmesi ve neticede yaranan issizlik butun bu naraziliqlari artirirdi Bele cetin veziyyetde sultanin ve vezirlerinin paytaxtin muxtelif saraylarinda kecirilen senliklerde eylenmesi ehalini ayaqlandirdi Neticede 1730 cu ilde Patrona Xelil usyani bas verdi Hadise esnasinda Sultan Ehmed bacisi Xedice Sultanin Uskudardaki sarayinda idi Bas veren ayaqlanmani esiden kimi 28 sentyabr gecesi gizlice Topqapi sarayina geldi Sultan Ehmed usyani yatira bilmeyeceyini basa dusdu ve ertesi gun isteklerini qebul etdi Ilk is olaraq sedrezem Nevseherli Ibrahim pasani ve kurekenleri sedaret kendxudasi Mehmed Pasa ve kaptan i derya Qaymaq Mustafa Pasani edam ederek usyancilara teslim etdi Bir gun sonra ise oz taxtindan el cekmeye mecbur oldu ve yerine qardasi oglu Sultan Mahmud taxta cixarildi 1 oktyabr gunu ovladlari Sahzade Mustafa ve Sahzade Ebdulhemidle birlikde Topqapi sarayina hebs olundu Heyatinin son 6 ilini burada keciren Sultan Ehmed 1 iyul 1736 tarixinde 62 yasinda vefat etdi Cenazesi Yeni mesciddeki Valide Turhan Sultan turbesine defn olundu Lale dovru yenilikleriSultan Ehmed 27 illik seltenetinde xususile de kurekeni Nevseherli Ibrahim pasanin sedareti dovrunde iqtisadi ve sosial meselelere onem verdi Yenilikcilik siyasetinin en onemli numunesi ise Celebi Mehmed Efendinin oglu Mehmed Seid Efendi ve Ibrahim Muteferrikanin seyleri ile 1727 ci ilde qurulan metbeedir Fransiz zabiti olan ve Osmanli hokumetine siginan de Rochefort bezi herbi reformasiyalar aparmaga cehd etse de yenicerilerin hede qorxusu ile bu proses yarim qaldi Eslen fransiz olan bir diger reformist ise Davud aga idi Onun seyleri ile Sahzadebasi semtinde ilk yanginsondurme qurumu olan Tulumbacilar ocagi qurulmus Istanbul bogazinin tehlukesizliyi meqsedile Qiz qalasina fanar yerlesdirilmisdir Bu esnada donanma tersanesi yeniden qurulmus ilk defe 3 anbarli gemilerin insasina baslanilmisdir Seyid Vehbi ve Mehmed Hazinin eserlerinde tesvir olunan dovrun toy eylencelerinde istifade edilmis ve icerisinde 5 6 neferin yerlesdiyi timsah sekilli sualti gemiler bu dovrde texnoloji yeniliklerin de oldugunu subut edir Incesenetve edebiyyat seven sedrezem Ibrahim Pasa dovrun meshur sairlerini musiqisunaslarini ve senetkarlarini etrafinda toplamis elyazma kitablarin olke xaricine aparilmasini qadagan etmisdir En onemli mesele ise resmi tercume heyetinin qurularaq serq ve qerb edebiyyatindan onemli eserlerin Osmanli turkcesine cevrilmesidir Edebi heyatin da inkisaf etdiyi 12 illik bu dovrde bir cox eserler yazilmisdir Dovrun saray tarixcilerinin yazdigi eserlerle yanasi Seyid Vehbinin dovrun eylence heyatindan behs eden Surname ve Pojarevatsk sulhu ile bagli yazdigi Sulhiyye eserleri Osmanzade Ehmed Taib Sefai Selim ve Ismayil Belig kimi muelliflerin yazdigi tercumeler dovrun en onemli eserleridir Hetta bezi eserler bu dovrde fransiz diline tercume edilmisdir Bundan basqa Topqapi sarayinda Yeni mescidde ve Ibrahim Pasanin Sahzadebasi semtindeki kulliyesinde kitabxanalar qurulmus Tekfur sarayinda qurulan kicik cini emalatxanasinda bu senet sahesi inkisaf etdirilmis Iznik ve Kutahyaemalatxanalari berpa edilmis kiremit istehsalina baslanilmisdir Belqrad mesesindeki sirin su qaynaqlarinin Istanbula dasinmasi ucun su bendleri cekilmis seherin bir nece yerinde cesmeler bulaqlar insa edilmisdir Bu dovrde insa edilen cesmelerden en onemlisi ise Bab i Humayun onundeki III Ehmed cesmesidir Istanbulda yeni yollar cekilmis yeni limanlar qurulmusdur Basda tibb sahesi olmaqla bir cox sahe ile bagli eserler qeleme alinmisdir Bele ki Istanbuldaki ingilis elcisinin xanimi Lady Montekyunun yazdigina gore bu dovrde Istanbulda bir cox xesteliklere xususile de cicek xesteliyine qarsi peyvendler vurulurdu Bogazici ve Halic sahilleri kosk ve qesrlerle bezedilmisdir Iyirmisekkiz Celebi Mehmed Efendinin Fransadan getirtdiyi planlar uzre insa olunan bu binalarda Avropa memarliginin tesiri hiss edilmis bu binalarin daxili interyeri mehz avropali senetkarlar terefinden bezedilmisdir Bu koskler arasinda en onemlisi Ibrahim Pasanin seyleri neticesinde 2 ay erzinde tamamlanan Kagithane semtindeki Sedabad qesridir Dovlet adamlari bu semte axin etmis semtin her iki terefi ag rengli kosklerle bezenmisdi Ibrahim Pasa III Ehmed ucun eys isretli ve eylenceli merasimler teskil etmis bu menada butun bu senliklerin simvolu lale olmusdur Bu dovrde lalenin 839 sortu yetisdirilmis lale soganlarinin qiymeti bahalasdigi ucun 1722 ci ilin oktyabrinda bu qiymetleri tenzimleyen bir dovlet fermani qebul edilmisdir 8 may 1710 cu ilde qardasi Sultan Mustafanin qizi Safiye Sultani Merzifonlu Mustafa Pasanin oglu Eli Pasayla evlendirmisdir 1720 ci ilde ogullari Sahzade Suleyman Sahzade Mehmed Sahzade Mustafa ve Sahzade Beyazid ucun mohtesem bir sunnet merasimi kecirmisdir 15 gun davam eden merasimin ardindan 3 qizini ve merhum qardasi Sultan Mustafanin qizlari Ayse Sultan ve Emetullah Sultani evlendirmisdir 21 fevral 1724 cu ilde qizlari Ummugulsum Sultan Xedice Sultan ve Atike Sultanin toy merasimi bas tutmusdur Xususile yay aylarinda gece eylenceleri olduqca debdebeli kecmisdir Tisbagalarin beline baglanan samlar ve lale kollarina baglanan ciraqlarla kecirilen bu senliklere cox vaxt xarici olkelerin elcileri de qatilmisdir Bu elciler senliklere cox vaxt ressamlarla gelmis bu ressamlardan en meshuru olan Jean Baptiste van Mour xususile dovrun libas ve yasayis terzi ile elaqedar eserler resm etmisdir Yerli eserlerin en onemlileri ise dovrun meshur miniatur ustasi olan Levniye aiddir Lale movsumu bitib qis aylari baslayanda Sultan Ehmed ve vezirleri qapali mekanlari isiderek indiki istixana sistemi ile burada lale ve qerenfil yetisdirir diger yandan halva ziyafetleri ve sohbetleri kecirirdiler Osmanli sulalesinden olanlarin sunnet ve toy merasimleri ise gunlerle bezen heftelerle davam edirdi AilesiHeremxanasi Emetullah Qadinefendi o 1739 Eyyub Sultan mescidi mezarliginda defn edilib Ruqiye Qadinefendi Emine Mihrisah Sultan Rabiye Sermi Sultan Ummugulsum Qadinefendi o 1768 Yeni Mesciddeki Valide Turhan Sultan turbesine defn edilib Xedice Qadinefendi o 1712 Yeni Mesciddeki Valide Turhan Sultan turbesine defn edilib Fatma Humasah Qadinefendi o 1742 Yeni Mesciddeki Valide Turhan Sultan turbesine defn edilib Emine Qadinefendi o 1757 Yeni Mesciddeki Valide Turhan Sultan turbesine defn edilib Henife Qadinefendi o 1750 Yeni Mesciddeki Valide Turhan Sultan turbesine defn edilib Musli Qadinefendi o 1749 Hatem Qadinefendi o 1772 Husnusah Qadinefendi o 1734 Xurrem Qadinefendi Sahin Qadinefendi o 1732 Zeyneb Qadinefendi o 1757 Yeni Mesciddeki Valide Turhan Sultan turbesine defn edilib Oglan usaqlari Sahzade Mehmed d 1 mart 1697 o 3 iyun 1703 Sahzade Isa d 23 fevral 1706 o 25 may 1706 Xurrem Qadinefendiden dogulub Sahzade Eli d 18 iyun 1706 o 12 sentyabr 1706 Sahzade Selim d 6 sentyabr 1707 o 4 may 1708 Hatem Qadinefendiden dogulub Sahzade Murad d 4 fevral 1708 o 1 aprel 1708 Sahzade Ebdulmelik d 12 dekabr 1709 o 23 mart 1711 Sahzade Suleyman d 25 avqust 1710 o 11 dekabr 1732 Emine Mihrisah Sultandan dogulub Sahzade Hemze d 1715 o fevral 1718 Sahzade Orxan d 1 yanvar 1717 o 22 dekabr 1756 Xurrem Qadinefendiden dogulub III Mustafa Sahzade Beyazid d 4 oktyabr 1718 o 25 yanvar 1771 Emine Mihrisah Sultandan dogulub Sahzade Abdullah d 18 dekabr 1719 Xurrem Qadinefendiden dogulub 1 sutka sonra vefat etmisdir Sahzade Numan d 22 fevral 1723 o 29 dekabr 1764 I Ebdulhemid Sahzade Seyfeddin d 3 fevral 1728 o 1732 Sahzade Huseyn d 2 yanvar 1729 o 1730 Qiz usaqlari Fatma Sultan Xedice Sultan d 21 yanvar 1707 o yanvar 1708 Ruqiye Qadinefendiden dogulub Ruqiye Sultan d 3 may 1707 o 29 avqust 1707 Yeni Mesciddeki Valide Turhan Sultan turbesine defn edilib Zeyneb Sultan d 1708 o 5 oktyabr 1708 Ummugulsum Sultan Zeyneb Sultan d 5 yanvar 1710 o 1 avqust 1710 Xedice Sultan Atike Sultan Ayse Sultan Saliha Sultan Zeyneb Sultan Rabiye Sultan d 19 noyabr 1719 o 1721 Emetullah Sultan d 23 dekabr 1719 o 5 fevral 1720 Ummuseleme Sultan o 1732 Emine Sultan o 1732 Naile Sultan d 15 fevral 1725 o 10 dekabr 1726 Nezife Sultan d may 1725 o 19 dekabr 1764 Esma Sultan Sabiha Sultan d 26 noyabr 1726 o 3 dekabr 1726 Rabiye Sultan d 4 avqust 1727 o 4 aprel 1728 Zubeyde SultanHemcinin baxLale Dovru Patrona Xelil usyaniIstinadlarAhmed III Encyclopaedia Britannica ing Ahmet III Gran Enciclopedia Catalana kat Grup Enciclopedia 1968 Ahmed Ahmed III Brockhauz Ensiklopediyasi alm Mehmet Ipsirli Lale Devrinde Teskil Edilen Tercume Heyetine Dair Bazi Gozlemler Osmanli Ilmi ve Mesleki Cemiyetleri Istanbul 1987 s 33 42 M Cagatay Ulucay Padisahlarin Kadinlari ve Kizlari Ankara 1980 s 65 66 79 80 83 95 M Lucille Shay The Ottoman Empire from 1720 1734 as Revealed in Despatches of Venetian Baili Urbana 1944 s 20 22 Munir Aktepe Patrona Isyani 1730 Istanbul 1958 tur yer Ayvansarayi Hadikatu l cevami I 20 148 300 303MenbeNaima Tarih VI 21 22 Silahdar Tarih I 631 a mlf Nusretname IU Ktp TY nr 5983 Rasid Tarih I 356 III tur yer Salim Tezkire Istanbul 1315 s 52 vd Kucuk Celebizade Asim Tarih Istanbul 1282 tur yer Mustakimzade Tuhfe s 76 78 99 301 436 465 Huseyin Kami Hanyavi Girid Tarihi Istanbul 1288 I 42 Habib Hat ve Hattatan Istanbul 1305 s 94 Mehmed Raif Mir at i Istanbul Istanbul 1314 tur yer Ahmed Refik Lale Devri 1130 1143 Istanbul 1331 s 34 35 Izzet Kumbaracilar Istanbul Sebilleri Istanbul 1938 s 35 Ibrahim Hilmi Tanisik Istanbul Cesmeleri Istanbul 1943 I 134 Istanbul 1945 II 42 47 302 322 324 492 Uzuncarsili Osmanli Tarihi IV 1 tur yer Enver Ziya Karal Ahmed III IA I 165 168 Semavi Eyice Istanbul IA V 2 s 1214 111 113 H Bowen Ahmad III EI Ing I 268 271Xarici kecidlerIII EhmedOsmanli sulalesiDogum 31 dekabr 1673 Vefat 6 dekabr 1736Hakimiyyet titullariSelefleri II Mustafa Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 23 avqust 1703 1 oktyabr 1730 Xelefleri I MahmudSunni Islam titullariSelefleri II Mustafa Islam Xelifesi خلافة إسلامية Xelefleri I Mahmud