II Süleyman (15 aprel 1642[…], Konstantinopol – 22 iyun 1691, Ədirnə) — 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir.
II Süleyman | |
---|---|
osman. سليمان ثانى osman. Süleymân-ı sânî | |
8 noyabr 1687 – 22 iyun 1691 | |
Əvvəlki | IV Mehmed |
Sonrakı | II Əhməd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 aprel 1642[…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyun 1691 (49 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | I İbrahim |
Anası | Saliha Dilaşub Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Taxta çıxışı
15 aprel 1642 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Saliha Dilaşub Sultandır. Sünnət mərasimi o əsnada taxtda olan qardaşı Sultan Mehmedlə birlikdə 21 oktyabr 1649 tarixində baş tutdu. Sultan Mehmed dövrünün ilk illərində böyük validə Kösəm Sultanla kiçik validə Turhan Sultan arasında gedən mübarizədə adı taxt namizədi olaraq çəkildi və bundan sonra digər qardaşlarıyla birlikdə sarayın Şimşirlik adlanan hissəsində ciddi nəzarət altında yaşadı. Tez-tez Sultan Mehmedin çıxdığı səfərlərə və ov mərasimlərinə qatılır, çox vaxt Ədirnə sarayına aparılırdı.1683 tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Mənbələrdə, təxminən 40 ildir ki, Şimşirlikdə qalan Şahzadə Süleymanın öldürülməkdən qorxaraq "İzâlemiz emrolunduysa söyle, iki rek‘at namaz kılayım. Kırk yıldır her gün ölmektense bir gün evvel ölmek yeğdir" ("Hökmümüz əmr edilibsə deyin, iki rükət namazımı qılım. Qırx ildir hər gün ölməkdənsə, bir dəfə ölərəm.") dediyi və otağından çıxmadığı qeyd olunur. Nəhayət, kiçik qardaşı Şahzadə Əhmədin də köməyilə razı salınan Şahzadə Süleyman əvvəlcə hovuz başındakı taxta oturduldu, ardından səhər saatlarında Osmanlı ənənəsinə uyğun olaraq (Babüssəadə qapısı) önündəki səltənət taxtına əyləşdi (8 noyabr 1687). O əsnada cülus mərasimində naqibüləşrəf (Hz Məhəmmədin ailəsindən olanların hüquqlarını qoruyan dövlət məmuru), İstanbul naibi, nişançı vəzir, başqazılar, şeyxülislam, yüksək rütbəli üləma və ordu rəhbərləri iştirak edirdi.
Səltənət illəri
Sultan Süleymanın taxta çıxdıqdan sonra qarşılaşdığı ilk məsələ əsgərə paylanmalı olan cülus bəxşişi oldu. Bu əsnada Əndərun məktəbinin bəzi sinifləri ləğv edilərək bu sinifin nümayəndələri saraydan uzaqlaşdırıldı. Onların gördükləri saray işləri isə qapı ağasının səlahiyyətlərinə daxil edildi. XVI əsrdən bəri dəyişdirilən saray ağaları və zülüflü baltaçıların libasları əvvəlki formaya gətirildi. Yeddi ildir ki, boş qalan has odabaşı vəzifəsi Misirli Hacı Mustafa ağaya verildi. Sədarət naibi Körpülü Mustafa Paşanın vasitəçiliyi ilə Süleymaniyyə məscidinin hafizi olan Ərəbzadə Əbdülvəhab Əfəndi padşahın müəllimi təyin edildi və hər gün padşaha dərs deməsi müəyyənləşdirildi. Yeniçəri ağalarının təzyiqi ilə İstanbula gələrək Sancağ-ı Şərifi yeni padşaha təslim edən Abxaz Siyavuş Paşa sədarətdə saxlanıldı və üsyançıların üzərinə göndərildi. Belə ki, o əsnada paytaxtda Əhməd çavuş və Kiçik Mehmed adlı iki şəxsin rəhbərliyindəki dəstələr quldurluqla məşğul olurdular. Digər yandan Atmeydanında toplanan sipahilər gecikmiş ülufələrinin ödənilməsini istəyirdilər. Ancaq ödənilməli olan məbləğ xəzinədə olmadığından Əndərun xəzinəsindəki gümüş və qızıl qab-qacaq, qılınclar vəs . Əşyalar zərbxanaya təslim edildi və yeni sikkələr zərb olundu. Ancaq bu da bəs etmədi və bəzi dövlət adamlarından "imdadiye" adlı vergi yığılması qərarlaşdırıldı. Yeni padşah 27 noyabr 1687 tarixində Əyyub Sultan məscidində şeyxülislam Dabbaqzadə Mehmed Əfəndi və yeniçəri ağası Mustafa ağanın əlindən qılınc qurşandı, ertəsi gün isə ilk cümə salamlığına çıxdı. Bu əsnada ülufə və cülus bəxşişi məsələsi səbəbilə qapıqulları yenidən ayaqlandı. Çünki Misirdən gələn xəzinəylə toplanan "imdadiye" vergisi də kifayət etməmişdi. Nəhayət, ödənişlər çətinliklə də olsa, tamamlandı və 22 dekabrda ilk normal divan məclisi toplandı.
Bütün bunlar olarkən, digər yandan da səfər hazırlıqları davam edirdi. 22 yanvar 1688 tarixində səfər elan ediləndə isə yeni bir iğtişaş baş verdi. Yeniçəri ağası Harputlu Süleyman ağanın, sədrəzəmin əmrinə zidd olaraq şəhərdəki qoçuları cəzalandırması və Əhməd Çavuşu öldürməsinin ardından Hacı Əli ağanın təşviqi ilə ayaqlanan üsyançılar yeniçəri ağasını öldürdükdən sonra sədrəzəmdən sədarət möhürünü tələb etdilər. ancaq Abxaz Siyavuş Paşa möhürü yalnız padşaha təslim edəcəyini deyərək köşkünə sığındı və burada müdafiə tədbirləri gördü. Sədarət möhürünü isə şeyxülislam Seyid Feyzullah Əfəndiyə təslim etdi. Nəhayət üsyançılar padşaha gedərək Abxaz Siyavuş Paşanın vəzifədən alınmasına razı saldılar və ertəsi gün köşkünə hücum edərək paşanı qətlə yetirib mallarını yağmaladılar.
İstanbul əhalisi isə bu vəziyyətdən narahat idi. 1 martda vəziyyətin sakitləşdiyini görən tacirlər dükanlarını açdılar ancaq quldurların bura hücum etməsi ilə dükanlar yenidən bağlandı. Ardından tacirlər və böyük əhali kütləsi birləşərək saraya getdi və quldurların cəzalandırılmasını istədi. İrəvan köşkündə keçirilən məşvərət məclisindən sonra Sancağ-I Şərif (Babüssəlam qapısının) iki qülləsi arasına asıldı. Elan edilən fərmanla müsəlman olan hər kəsin bu sancağın altında toplanması deyildi. Sancaq hadisəsi adlanan bu hadisənın sonunda yeniçəri ocağındakı nüfuzlu şəxslər padşaha itaət etdiklərini bildirdi. Çaşbaş qalan üsyançılar isə Sultan Süleymanı taxtdan endirib, qardaşı Şahzadə Əhmədi və ya qardaşı oğlu Şahzadə Mustafanı taxta çıxarmaq istədilər. Hətta bunlardan bəziləri bütün Osmanlı sülaləsinin aradan qaldırılaraq taxta Krım xanının dəvət olunmasını təklif etdi. Əhalinin təkidiylə sədarət naibi Nişançı İsmayıl Paşa sədarətə, Dabbaqzadə isə şeyxülislamlığa gətirildi. Bu əsnada möhürü təslim edən sabiq şeyxülislam Seyid Feyzullah Əfəndi Sultan Mehmed tərəfdarı olaraq görüldü və Ərzuruma sürgün edildi. Xalqın təmsilçisi olan Osman Fəzli Əfəndinin tövsiyəsilə Bosniyalı Həsən ağanın yeniçəri ağası olması əhalini sakitləşdirdi. Ertəsi gün saray ətrafına toplana əhali bü dəfə də hərbi dəstə rəhbərlərinin dəyişdirilməsini istədi. Nəhayət üsyançı dəstə rəhbərlərinin də zərərsizləşdirilməsinin ardından Sultan Süleymanın taxta çıxışından bəri 4 aydır ki, davam edən iğtişaşlı dövr başa çatdı.
İstanbulda bu hadisələr baş verərkən sərhəd bölgələrindən qalaların bir-bir əldən çıxması xəbərləri gəlirdi. Osmanlının Avropadakı torpaqları Avstriyalıların və Venesiyalıların əlində bölüşdürülmüşdü. Digər yandan paşalığa gətirilən erməsi əsilli üsyançı Osman Paşa İstanbula yaxın bir ərazidə öz ordusu ilə toplanmış, paytaxtdakı üsyançılara dəstək verirdi. Mərkəzdən uzaqlaşdırılması üçün əvvəlcə Rumeli bəylərbəyi olaraq Belqradın mühafizəsi ilə vəzifələndirildi, ardından Macarıstan sərdarı təyin olundu. Bu təyində yeni sədrəzəmin səfərə getmək istəməməsi böyük rol oynadı. Ancaq getdiyi hər yerdə əhalini xərac verməyə zorlayan Osman Paşa sancağ-ı şəriflə birlikdə sədarət möhürünü istəyərək kəndxudasının da Qaraman bəylərbəyliyinə gətirilməsini tələb etdi. Sərdarlıqdan alınan Osman Paşanın ələ keçirilməsi üzrə əhalidən əsgər toplandı və sərdarlığa xəzinədar Həsən Paşa gətirildi. Sədrəzəm Nişançı İsmayıl Paşa isə əyalətlərdəki üsyançıların gizlicə qətlə yetirilməsi üçün əyalət rəhbərlərinə fərmanlar yollamış, bu səbəblə padşahın müəllimi və Darüssəadə ağasının da tövsiyəsilə vəzifədən alınmışdı (2 may 1688). Yeni sədrəzəm Bəkri Mustafa Paşa isə üsyançıların sülhlə aradan qaldırılması üçün onlara əyalətlərdə vəzifələr verdi. Osman Paşa isə bağışlanaraq Bosniyaya göndərildi. Ancaq vəzifə yerinə getməyən Osman Paşa Belqraddakı Macarıstan sərdarı Həsən Paşanın üzərinə hücum edərək özünü sərdar təyin etdi (9 iyul 1688) və mərkəzi hökumət bununla razılaşdı.
Bəkri Mustafa Paşanın sədarəti dövründə Avstriya və müttəfiqləri ilə sülh bağlanmasına qərar verilmişdi. Sülh danışıqlar üçün divan katiblərindən Zülfiqar Əfəndi Vyanaya elçi olaraq göndərildi. Elçiyə dəstək olaraq Ədirnəyə qədər onunla gedən Sultan Süleyman burada səfər elan etdi (25 iyul 1688). Ancaq xəzinədə səfər üçün lazım olan pul məbləği yox idi. Çünki Osmanlı xəzinəsi Avropadakı torpaqların əldən çıxmasıyla buradakı qeyri-müsəlman əhalidən alınan vergilərdən məhrum olmuşdu. Digər yandan Anadoludakı üsyanlar buradan vergi yığılmasına da mane olurdu. Xəzinənin doldurulması üçün dəftərdar Mehmed Paşanın səyləri ilə yeni vergilər təyin olundu. Ancaq aparılan maliyyə islahatları əhalini çətin vəziyyətə saldı. Ən ağırı isə misdən kəsilən və "mangır" adlanan pul vahidinin dövriyyəyə buraxılması ilə başlayan inflyasiya oldu. Bu pul vahidi ilə ticarət aparmaq istəməyən tacirlər isə İstanbula mal göndərməyi dayandırmış, bu səbəblə paytaxtda qiymətlər bahalaşmışdı. Maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlər, vergi toplanması üçün şərabxanaların yenidən açılması, tütünə gömrük vergisinin tədbiq edilməsi və s. tədbirlər də çarə olmadı.
Bu əsnada Osman Paşa məktub göndərərək Avstriyalılarla gedən döyüşlərdə məğlub olduğunu və əlavə hərbi dəstək istədiyini bildirmişdi. Belqrad qalasının mühasirəyə alınması ilə şəhər əhalisi qayıqlar vasitəsilə şəhərdən qaçmağa başlamışdı. Ardından Sultan Süleyman 11 sentyabr 1688 tarixində Ədirnəyə gəldi. Osman Paşaya göndərilən məktubla bölgənin mühafizə edilməsi əmr edildi. Padşah Ədirnənin Havsa bölgəsinə gələndə isə Belqradın itirildiyi xəbərini aldı və ağlayaraq "Emir Allah’ındır" ("Əmr Allahındır") dedi. Bir ay yarım Ədirnə yaylağında qalan padşah havaların soyuması ilə saraya çəkildi və orduun Ədirnədə qışlamasına qərar verdi. 6 ay davam edən bu dövr ərzində həm daxildəki üsyançılar yatırılmağa çalışıldı, həm də bahardakı səfər üçün orduya əsgər toplandı. Ancaq əsas üsyançı rəhbəri olan Osman Paşa hələ də fəaliyyətinə davam edirdi. Sofiya şəhərinə çəkilən Osman Paşa burada qaldığı bölgəyə adına uyğun olaraq Yeğenabad adını vermişdi. Topladığı qanunsuz vergilərlə yanaşı, padşahın əmrlərinə də riayət etmirdi. Buna cavab olaraq əvvəlcə sərdarlıqdan alındı və yerinə Ərəb Rəcəb Paşa Macarıstan sərdarı təyin olundu. Bir müddət təqib edilən Osman Paşa ələ keçirilərək edam olundu. Onun Anadoludakı müttəfiqləri olan Gədik Mehmed Paşa və Çorum sancaqbəyi Cəridoğlu da aradan qaldırıldı. Macarıstan səfərinə çıxmazdan öncə rusların böyük bir orduyla Krıma yaxınlaşması xəbəri gəldi və buna görə Səlim Gəray dərhal ordusunu toplayaraq vətəninə döndü. Burada rusları məğlub edərək (30 may 1689) yenidən Ədirnəyə dönən Səlim Gəray padşah tərəfindən mükafatlandırıldı.
Bir müddət öncə Vyanaya göndərilən Zülfiqar Əfəndinin sülh müzakirələri aparmaq əvəzinə həbs edilməsinin ardından padşah Macarıstana yeni bir səfərə çıxamağa qərar verdi. Bu əsnada Anadolu və Rumelindən toplanan əsgərlər də əsas orduya qoşuldu. O günlərdə isə orduda padşahın xəstə olması barədə şayələr yayıldı. Sultan Süleyman həqiqətən xəstə idi və kəcavəylə yola çıxmışdı. Şiddətlə yağan yağışlar səbəbilə daşan çay sularının altında qalan Ədirnədən keçən Osmanlı ordusu 26 iyun 1689 tarixində Sofiyaya çatdı və padşahın burada qalmasına qərar verildi. Macarıstan sərdarı Rəcəb Paşaya Belqradın geri alınması əmri verildi. Bu əsnada sərhəd bölgələrindən qələbə xəbərləri gəlirdi. Bosniya sərhəddində mühasirəyə alınan Vişeqrad qalası mühasirədən azad olmuş, Banaluka və Dupniçaya edilən hücumların qarşısı alınmış, Valievo, Berçka və İzvornik qalaları düşməndən azad edilmiş, Temeşvar qalasına gedən yol açılmışdı. Bundan başqa Dunay çayında üzən Avstriya donanması və quruya çıxarılan ordusu məğlub edilmişdi. Venesiya cəbhəsində isə Rodos sahillərində gedən dəniz döyüşlərində qələbə qazanılmışdı. Ancaq sərdar Ərəb Rəcəb Paşanın fəaliyyəti elə də, parlaq deyildi. Xidmətindəki münəcciminin də təsiriylə yavaş hərəkət edən və idarəsindəki ordunu nizamlaya bilməyən Rəcəb Paşa 20 minlik süvari qoşunla Belqrad və Səməndirə ərazilərinə hücumlar edirdi. Yavaş irəliləməsi və idarəsindəki əsgərlərin ona olan etimadsızlığı isə qələbə qazanmasına mane olurdu. Nəticədə Batoniçada Rəcəb Paşa Avstriyalılara məğlub oldu və ordunun döyüş sursatı düşmən əlinə keçdi. Xəbəri alan Sultan Süleymanın isə ağlayaraq xainlərə qarğış etdiyi rəvayət olunur.
Bunun ardından Osmanlıların çox önəm verdiyi Niş qalasının itirildiyi (25 sentyabr) və Valaxiyanın işğal olunduğu xəbəri gəldi. Sədrəzəm Bəkri Mustafa Paşanın, orduya sərdar təyin edərək padşahla birlikdə Plovdivə dönmə təklifi isə saray ağalarının təsirində olan padşah tərəfindən qəbul edilmədi. 29 sentyabrda Sofiyadan ayrılan padşah bu əsnada sədrəzəmin vəzifədən alınması ilə bağlı saray ağalarının təklifini qəbul etmədi və 5 gün Plovdivdə qalaraq Ədirnəyə qayıtdı (25 oktyabr). Sərdar təyin edilən Bəkri Mustafa Paşa şəhərin ətrafında xəndəklər qazdıraraq 200 əsgərlə şəhəri müdafiəyə başladı. Özü isə Ədirnəyə qayıtdı. Bu əsnada məğlubiyyətdə təqsirkar gördüyü Ərəb Rəcəb Paşanı padşahdan icazə almadan edam etdirdi və yerinə Qoca Xəlil Paşanı Macarıstan sərdarı təyin etdi. O əsnada Kosovaya qədər irəliləyən Avstriyalılar Krım qüvvələrinin köməyilə məğlub edildi. Ədirnədə gedən müzakirələrdə şeyxülislam Dabbaqzadə Mehmed Əfəndinin tövsiyəsilə Körpülü Fazil Mustafa Paşa sədarətə gətirildi.
8 noyabrda Ədirnəyə gələrək fəaliyyətə başlayan Mustafa Paşa ilk iş olaraq illərdir davam edən səfərlərin səbəb olduğu qıtlıqdan və vergi yükündən əziyyət çəkən əhalinin vəziyyətini yaxşılaşdırdı. Haqsız yerə alınan vergiləri ləğv etdi. Padşahın üzərində mənfi təsir göstərən Darüssəadə ağasını saraydan uzaqlaşdırdı. Ancaq Avstriya cəbhəsində vəziyyət Osmanlıların əleyhində idi. Niş qalasının itirilməsinin ardından müsəlman əhali Anadoluya köç etməyə başlamışdı. Qərargahını Niş şəhərində quran Avstriyalı general Veterani, Balkan yarımadasındakı xristian əhalini Osmanlılara qarşı ayaqlandırmağa başlamışdı. Bu propaqandaya isə ən çox serbiyalılar alət edildi. Bölgədəki əhalinin yalnız üçdə biri İstanbula və Anadoluya çata bildi. Geri qalanları isə köç əsnasında millətçi serblər tərəfindən qətlə yetirildi. Şiddətli keçən qış səbəbilə ordu ağır vəziyyyətdə idi. Böyük rus ordusunu məğlub etdikdən sonra Valaxiyaya irəliləyən Səlim Gərayın da qatıldığı Sofiya şəhərindəki məşvərətdə Qoca Mahmud Paşanın Skopyeyə göndərilməsinə qərar verildi. Bu əsnada müsəlmanlara qarşı qətliam törədən serb millətçisi Karpos ələ keçirilərək Skopye körpüsü üzərində edam edildi. Belqrad və Niş istisna olmaqla, bölgədəki bütün qalalar ələ keçirildi. Ancaq havanın pisləşməsi ilə səfər dayandırıldı. Böyük qələbələr qazanan Səlim Gəray Ədirnəyə gələrək qışı burada keçirdi.
Ədirnədə olan padşah isə qazanılan qələbədən razı idi və ordunun dərhal cəbhəyə geri dönməsini istəyirdi. Belə ki, hazırlıqlarını tamamlayan sədrəzəm Mustafa Paşanı səfərə şəxsən yola salmışdır (13 iyul 1690). İlk başlarda Osmanlı ordusu önəmli qələbələr qazandı. Niş qalası mühasirəyə alındı və Ərdəldə olan general Heissler əsir alındı. Dunay çayındakı Osmanlı donanması isə Vidin, Niş və Belqradı geri aldı (8 oktyabr 1690). Böyürdələn qalası işğal edildi.
Belqradın alınmasından sonra padşah artıq İstanbula dönməli idi. Ancaq hərəmxanadakı bəzi qadınların və saray ağalarının, qardaşı IV Mehmedin başına gələnləri xatırladaraq padşahı qorxutması nəticəsində Sultan Süleyman o qışı Ədirnədə keçirəcəyini elan etdi. Ancaq toplanan məşvərət məclisində razı salınan Sultan Süleyman Ədirnədən ayrıldı və 26 noyabrda İstanbula gəldi. Sədrəzəm Mustafa Paşa gələn il baş tutacaq səfər üçün Səlim Gərayın da İstanbulda qalmasını məsləhət gördü və onu da paytaxta yolladı. Özü isə Belqradı təhkim etdikdən sonra 25 dekabrda paytaxta qayıtdı. Mehmed Paşa köşkündə sərdar-ı əkrəmi qarşılayan və belindəki kürklə xəncəri ona hədiyyə edən Sultan Süleyman əlini qaldırıb ağlayaraq dua etdi. Ertəsi gün sədrəzəmdən cəbhə və ordu haqqında məlumat aldı.
Vəfatı
13 may 1691 tarixində Sancağ-ı Şərifi təslim alan Mustafa Paşanın ikinci Macarıstan səfərinə çıxdığı əsnada padşahın uzun müddətdir davam edən xəstəliyi daha da ağırlaşmışdı. İstiska xəstəliyi (böyrək çatışmazlığı) səbəbilə bədəni daha da şişmiş, müalicəsi ilə bağlı bütün ümidlər tükənmişdi. Sədrəzəmin sərt maliyyə tədbirlərindən narazı olan üləmalar isə Sultan Süleymanın vəfatı halında, Şimşirlikdə saxlanılan qardaşı IV Mehmedin və ya oğlanlarından birinin taxta çıxarılmasına qərar vermişdilər. Bunu başa düşən Sultan Süleyman həm özünü sübut etmək, həm də ordunu həvəsləndirmək üçün 15 mayda əvvəlcə Əyyub Sultan məscidinə, daha sonra isə kəcavəylə Davud Paşa ordugahına getdi. Bütün bu şayələrin mənbəyi isə IV Mehmedin şeyxi və keçmiş Rumeli başqazısı olan İbrahim Əfəndi idi. Nəticədə o və ona tərəfdar olanlar müəyyənləşdirilib Kipr adasına sürgün edildi. Buna baxmayaraq Sultan Süleymanın vəziyyəti daha da ağırlaşmışdı. Toplanan məşvərət məclisində sədrəzəm, IV Mehmedin 40 il boyunca ölkəni fəlakətə sürüklədiyini, övladlarının da eyni tərbiyəylə böyüdüyünü, qardaşı Şahzadə Əhmədin isə belə olmadığını və taxt namizədi seçilməli olduğunu deyərək məsələ ilə bağlı fikrini bildirdi. 1 iyunda kəcavəylə yola çıxan padşah 9 iyunda Ədirnəyə çatdı. Padşahın vəfat etməsi halında taxta mütləq şəkildə Şahzadə Əhmədin çıxarılması üçün lazımi tədbirləri alan sədrəzəmlə birlikdə Ədirnə yaxınlığında görüşən Sultan Süleyman, rəvayətə görə, ağlayaraq ordunun qələbəsi üçün dua etmiş (14 iyun) və bir neçə gün sonra 22 iyun 1691 tarixində cümə günü günorta saatlarında vəfat etdi.
Sultan Süleymanın yerinə qardaşı Şahzadə Əhməd taxta çıxarıldı. Həmin gün Alay köşkündə cənazə namazı qılınan Sultan Süleymanın cənazəsi Silivriyə qədər arabayla, oradan isə gəmiylə İstanbula gətirilərək Sultan Süleyman Qanuninin türbəsində onun sağ tərəfində dəfn edildi.
Uzun müddət qapalı şəraitdə tutulan, bu səbəblə yaxşı təhsil ala bilməyən və həssas təbiətli olan Sultan Süleymanın dindar bir padşah olduğu bilinir. 11 iyul 1688 tarixində baş verən İzmir zəlzələsində qüllələri dağıdılan Sancaqburnu qalası təmir edilmiş, 7-8 iyun 1690 tarixində Əyyubsultan səmtində çıxan yanğında zərər görən Əyyub Sultan türbəsi qısa zamanda bərpa edilmişdir.
Ailəsi
Hərəmxanası
- Xədicə Qadın
- Bəhzad Qadın
- İvaz Qadın
- Süğlün Qadın
- Şahsüvar Qadın
- Zeynəb Qadın
İstinadlar
- Suleyman II // Encyclopædia Britannica (ing.).
- Süleiman (Süleiman II.) // Brockhauz Ensiklopediyası (alm.).
Mənbə
- BA, Nâme Defteri, V, 46-50, 54-61, 97, 107;
- Mevkufatî Abdullah b. İbrâhim, Vâkıât-ı Rûzmerre, TSMK, Revan Köşkü, nr. 1223-1225, I-III, tür.yer.;
- Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704 (haz. Abdülkadir Özcan), Ankara 2000, s. 1-24;
- Naîmâ, Târîh (haz. Mehmet İpşirli), Ankara 2007, III, 956, 1453;
- Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 254-397;
- D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 165-207;
- Silâhdar, Târih, II, 295-576;
- Râşid, Târih, II, 2-159;
- Îsâzâde Târihi (haz. Ziya Yılmazer), İstanbul 1996, s. 206-225;
- Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 5-6;
- Müstakimzâde, Tuhfe, s. 209;
- Hammer, HEO, XII, 242-318;
- N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, IV, 193 vd.;
- Ahmed Refik, Hicrî On İkinci Asırda İstanbul Hayatı (1100-1200), İstanbul 1988, s. 2, 3-6, 7, 34;
- a.mlf., “Sultan Süleymân-ı Sânî ve Tabâyii”, İkdâm, sy. 8521, 8522, İstanbul 27-28 Teşrînisâni 1920;
- M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 70-71;
- Hikmet Bayur, “Osmanlı Padişahı II. Süleyman’ın Gurkanlı Padişahı I. Âlemgîr (Evrengzîb)’e Mektubu”, TTK Belleten, XIV/54 (1950), s. 269-285;
- Ahmet Rıfat Güzey, “II. Süleyman’ın Fermanları Işığında XVII. Yüzyıl Sonlarındaki Osmanlı İmparatorluğu (Askeri ve İdari Çözülme)”, Gazi Üniversitesi Kastamonu Eğitim Dergisi, VIII/1, Kastamonu 2000, s. 123-140;
- Bekir Kütükoğlu, “Süleyman II”, İA, XI, 155-170;
- R. Murphey, “Süleymān II”, EI² (Fr.), IX, 877-878;
- Abdülkadir Özcan, “Köprülüzâde Fâzıl Mustafa Paşa”, DİA, XXVI, 264-265.
Xarici keçidlər
II Süleyman Doğum: 8 noyabr 1687 Vəfat: 22 iyun 1691 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri IV Mehmed | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 15 aprel 1642-22 iyun 1691 | Xələfləri II Əhməd |
Sünni İslam titulları | ||
Sələfləri IV Mehmed | İslam Xəlifəsi (خلافة إسلامية) | Xələfləri II Əhməd |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
II Suleyman 15 aprel 1642 Konstantinopol 22 iyun 1691 Edirne 20 ci Osmanli padsahi ve 99 cu Islam xelifesidir II Suleymanosman سليمان ثانى osman Suleyman i sani20 ci Osmanli Sultani Padsah 8 noyabr 1687 22 iyun 1691EvvelkiIV MehmedSonrakiII EhmedSexsi melumatlarDogum tarixi 15 aprel 1642 1642 04 15 Dogum yeri KonstantinopolVefat tarixi 22 iyun 1691 1691 06 22 49 yasinda Vefat yeri Edirne Osmanli imperiyasiDefn yeri Sultan Suleyman turbesiFealiyyeti rehber d Atasi I IbrahimAnasi Saliha Dilasub SultanAilesi Osmanli xanedaniDini islam Vikianbarda elaqeli mediafayllarHeyatiTaxta cixisi 15 aprel 1642 tarixinde Istanbulda dunyaya gelmisdir Atasi Sultan Ibrahim anasi Saliha Dilasub Sultandir Sunnet merasimi o esnada taxtda olan qardasi Sultan Mehmedle birlikde 21 oktyabr 1649 tarixinde bas tutdu Sultan Mehmed dovrunun ilk illerinde boyuk valide Kosem Sultanla kicik valide Turhan Sultan arasinda geden mubarizede adi taxt namizedi olaraq cekildi ve bundan sonra diger qardaslariyla birlikde sarayin Simsirlik adlanan hissesinde ciddi nezaret altinda yasadi Tez tez Sultan Mehmedin cixdigi seferlere ve ov merasimlerine qatilir cox vaxt Edirne sarayina aparilirdi 1683 tarixli Vyana meglubiyyeti ile baslayan torpaq itkisi sebebile ordunun ulemanin ve dovlet xadimlerinin Sultan Mehmede qarsi birlesmesi neticesinde taxta namized secildi Menbelerde texminen 40 ildir ki Simsirlikde qalan Sahzade Suleymanin oldurulmekden qorxaraq Izalemiz emrolunduysa soyle iki rek at namaz kilayim Kirk yildir her gun olmektense bir gun evvel olmek yegdir Hokmumuz emr edilibse deyin iki ruket namazimi qilim Qirx ildir her gun olmekdense bir defe olerem dediyi ve otagindan cixmadigi qeyd olunur Nehayet kicik qardasi Sahzade Ehmedin de komeyile razi salinan Sahzade Suleyman evvelce hovuz basindaki taxta oturduldu ardindan seher saatlarinda Osmanli enenesine uygun olaraq Babusseade qapisi onundeki seltenet taxtina eylesdi 8 noyabr 1687 O esnada culus merasiminde naqibulesref Hz Mehemmedin ailesinden olanlarin huquqlarini qoruyan dovlet memuru Istanbul naibi nisanci vezir basqazilar seyxulislam yuksek rutbeli ulema ve ordu rehberleri istirak edirdi Seltenet illeri Sultan Suleymanin taxta cixdiqdan sonra qarsilasdigi ilk mesele esgere paylanmali olan culus bexsisi oldu Bu esnada Enderun mektebinin bezi sinifleri legv edilerek bu sinifin numayendeleri saraydan uzaqlasdirildi Onlarin gordukleri saray isleri ise qapi agasinin selahiyyetlerine daxil edildi XVI esrden beri deyisdirilen saray agalari ve zuluflu baltacilarin libaslari evvelki formaya getirildi Yeddi ildir ki bos qalan has odabasi vezifesi Misirli Haci Mustafa agaya verildi Sedaret naibi Korpulu Mustafa Pasanin vasiteciliyi ile Suleymaniyye mescidinin hafizi olan Erebzade Ebdulvehab Efendi padsahin muellimi teyin edildi ve her gun padsaha ders demesi mueyyenlesdirildi Yeniceri agalarinin tezyiqi ile Istanbula gelerek Sancag i Serifi yeni padsaha teslim eden Abxaz Siyavus Pasa sedaretde saxlanildi ve usyancilarin uzerine gonderildi Bele ki o esnada paytaxtda Ehmed cavus ve Kicik Mehmed adli iki sexsin rehberliyindeki desteler quldurluqla mesgul olurdular Diger yandan Atmeydaninda toplanan sipahiler gecikmis ulufelerinin odenilmesini isteyirdiler Ancaq odenilmeli olan mebleg xezinede olmadigindan Enderun xezinesindeki gumus ve qizil qab qacaq qilinclar ves Esyalar zerbxanaya teslim edildi ve yeni sikkeler zerb olundu Ancaq bu da bes etmedi ve bezi dovlet adamlarindan imdadiye adli vergi yigilmasi qerarlasdirildi Yeni padsah 27 noyabr 1687 tarixinde Eyyub Sultan mescidinde seyxulislam Dabbaqzade Mehmed Efendi ve yeniceri agasi Mustafa aganin elinden qilinc qursandi ertesi gun ise ilk cume salamligina cixdi Bu esnada ulufe ve culus bexsisi meselesi sebebile qapiqullari yeniden ayaqlandi Cunki Misirden gelen xezineyle toplanan imdadiye vergisi de kifayet etmemisdi Nehayet odenisler cetinlikle de olsa tamamlandi ve 22 dekabrda ilk normal divan meclisi toplandi Butun bunlar olarken diger yandan da sefer hazirliqlari davam edirdi 22 yanvar 1688 tarixinde sefer elan edilende ise yeni bir igtisas bas verdi Yeniceri agasi Harputlu Suleyman aganin sedrezemin emrine zidd olaraq seherdeki qoculari cezalandirmasi ve Ehmed Cavusu oldurmesinin ardindan Haci Eli aganin tesviqi ile ayaqlanan usyancilar yeniceri agasini oldurdukden sonra sedrezemden sedaret mohurunu teleb etdiler ancaq Abxaz Siyavus Pasa mohuru yalniz padsaha teslim edeceyini deyerek koskune sigindi ve burada mudafie tedbirleri gordu Sedaret mohurunu ise seyxulislam Seyid Feyzullah Efendiye teslim etdi Nehayet usyancilar padsaha gederek Abxaz Siyavus Pasanin vezifeden alinmasina razi saldilar ve ertesi gun koskune hucum ederek pasani qetle yetirib mallarini yagmaladilar Istanbul ehalisi ise bu veziyyetden narahat idi 1 martda veziyyetin sakitlesdiyini goren tacirler dukanlarini acdilar ancaq quldurlarin bura hucum etmesi ile dukanlar yeniden baglandi Ardindan tacirler ve boyuk ehali kutlesi birleserek saraya getdi ve quldurlarin cezalandirilmasini istedi Irevan koskunde kecirilen mesveret meclisinden sonra Sancag I Serif Babusselam qapisinin iki qullesi arasina asildi Elan edilen fermanla muselman olan her kesin bu sancagin altinda toplanmasi deyildi Sancaq hadisesi adlanan bu hadisenin sonunda yeniceri ocagindaki nufuzlu sexsler padsaha itaet etdiklerini bildirdi Casbas qalan usyancilar ise Sultan Suleymani taxtdan endirib qardasi Sahzade Ehmedi ve ya qardasi oglu Sahzade Mustafani taxta cixarmaq istediler Hetta bunlardan bezileri butun Osmanli sulalesinin aradan qaldirilaraq taxta Krim xaninin devet olunmasini teklif etdi Ehalinin tekidiyle sedaret naibi Nisanci Ismayil Pasa sedarete Dabbaqzade ise seyxulislamliga getirildi Bu esnada mohuru teslim eden sabiq seyxulislam Seyid Feyzullah Efendi Sultan Mehmed terefdari olaraq goruldu ve Erzuruma surgun edildi Xalqin temsilcisi olan Osman Fezli Efendinin tovsiyesile Bosniyali Hesen aganin yeniceri agasi olmasi ehalini sakitlesdirdi Ertesi gun saray etrafina toplana ehali bu defe de herbi deste rehberlerinin deyisdirilmesini istedi Nehayet usyanci deste rehberlerinin de zerersizlesdirilmesinin ardindan Sultan Suleymanin taxta cixisindan beri 4 aydir ki davam eden igtisasli dovr basa catdi Istanbulda bu hadiseler bas vererken serhed bolgelerinden qalalarin bir bir elden cixmasi xeberleri gelirdi Osmanlinin Avropadaki torpaqlari Avstriyalilarin ve Venesiyalilarin elinde bolusdurulmusdu Diger yandan pasaliga getirilen ermesi esilli usyanci Osman Pasa Istanbula yaxin bir erazide oz ordusu ile toplanmis paytaxtdaki usyancilara destek verirdi Merkezden uzaqlasdirilmasi ucun evvelce Rumeli beylerbeyi olaraq Belqradin muhafizesi ile vezifelendirildi ardindan Macaristan serdari teyin olundu Bu teyinde yeni sedrezemin sefere getmek istememesi boyuk rol oynadi Ancaq getdiyi her yerde ehalini xerac vermeye zorlayan Osman Pasa sancag i serifle birlikde sedaret mohurunu isteyerek kendxudasinin da Qaraman beylerbeyliyine getirilmesini teleb etdi Serdarliqdan alinan Osman Pasanin ele kecirilmesi uzre ehaliden esger toplandi ve serdarliga xezinedar Hesen Pasa getirildi Sedrezem Nisanci Ismayil Pasa ise eyaletlerdeki usyancilarin gizlice qetle yetirilmesi ucun eyalet rehberlerine fermanlar yollamis bu sebeble padsahin muellimi ve Darusseade agasinin da tovsiyesile vezifeden alinmisdi 2 may 1688 Yeni sedrezem Bekri Mustafa Pasa ise usyancilarin sulhle aradan qaldirilmasi ucun onlara eyaletlerde vezifeler verdi Osman Pasa ise bagislanaraq Bosniyaya gonderildi Ancaq vezife yerine getmeyen Osman Pasa Belqraddaki Macaristan serdari Hesen Pasanin uzerine hucum ederek ozunu serdar teyin etdi 9 iyul 1688 ve merkezi hokumet bununla razilasdi Bekri Mustafa Pasanin sedareti dovrunde Avstriya ve muttefiqleri ile sulh baglanmasina qerar verilmisdi Sulh danisiqlar ucun divan katiblerinden Zulfiqar Efendi Vyanaya elci olaraq gonderildi Elciye destek olaraq Edirneye qeder onunla geden Sultan Suleyman burada sefer elan etdi 25 iyul 1688 Ancaq xezinede sefer ucun lazim olan pul meblegi yox idi Cunki Osmanli xezinesi Avropadaki torpaqlarin elden cixmasiyla buradaki qeyri muselman ehaliden alinan vergilerden mehrum olmusdu Diger yandan Anadoludaki usyanlar buradan vergi yigilmasina da mane olurdu Xezinenin doldurulmasi ucun defterdar Mehmed Pasanin seyleri ile yeni vergiler teyin olundu Ancaq aparilan maliyye islahatlari ehalini cetin veziyyete saldi En agiri ise misden kesilen ve mangir adlanan pul vahidinin dovriyyeye buraxilmasi ile baslayan inflyasiya oldu Bu pul vahidi ile ticaret aparmaq istemeyen tacirler ise Istanbula mal gondermeyi dayandirmis bu sebeble paytaxtda qiymetler bahalasmisdi Maliyye veziyyetinin yaxsilasdirilmasi ucun gorulen tedbirler vergi toplanmasi ucun serabxanalarin yeniden acilmasi tutune gomruk vergisinin tedbiq edilmesi ve s tedbirler de care olmadi Bu esnada Osman Pasa mektub gondererek Avstriyalilarla geden doyuslerde meglub oldugunu ve elave herbi destek istediyini bildirmisdi Belqrad qalasinin muhasireye alinmasi ile seher ehalisi qayiqlar vasitesile seherden qacmaga baslamisdi Ardindan Sultan Suleyman 11 sentyabr 1688 tarixinde Edirneye geldi Osman Pasaya gonderilen mektubla bolgenin muhafize edilmesi emr edildi Padsah Edirnenin Havsa bolgesine gelende ise Belqradin itirildiyi xeberini aldi ve aglayaraq Emir Allah indir Emr Allahindir dedi Bir ay yarim Edirne yaylaginda qalan padsah havalarin soyumasi ile saraya cekildi ve orduun Edirnede qislamasina qerar verdi 6 ay davam eden bu dovr erzinde hem daxildeki usyancilar yatirilmaga calisildi hem de bahardaki sefer ucun orduya esger toplandi Ancaq esas usyanci rehberi olan Osman Pasa hele de fealiyyetine davam edirdi Sofiya seherine cekilen Osman Pasa burada qaldigi bolgeye adina uygun olaraq Yegenabad adini vermisdi Topladigi qanunsuz vergilerle yanasi padsahin emrlerine de riayet etmirdi Buna cavab olaraq evvelce serdarliqdan alindi ve yerine Ereb Receb Pasa Macaristan serdari teyin olundu Bir muddet teqib edilen Osman Pasa ele kecirilerek edam olundu Onun Anadoludaki muttefiqleri olan Gedik Mehmed Pasa ve Corum sancaqbeyi Ceridoglu da aradan qaldirildi Macaristan seferine cixmazdan once ruslarin boyuk bir orduyla Krima yaxinlasmasi xeberi geldi ve buna gore Selim Geray derhal ordusunu toplayaraq vetenine dondu Burada ruslari meglub ederek 30 may 1689 yeniden Edirneye donen Selim Geray padsah terefinden mukafatlandirildi Bir muddet once Vyanaya gonderilen Zulfiqar Efendinin sulh muzakireleri aparmaq evezine hebs edilmesinin ardindan padsah Macaristana yeni bir sefere cixamaga qerar verdi Bu esnada Anadolu ve Rumelinden toplanan esgerler de esas orduya qosuldu O gunlerde ise orduda padsahin xeste olmasi barede sayeler yayildi Sultan Suleyman heqiqeten xeste idi ve kecaveyle yola cixmisdi Siddetle yagan yagislar sebebile dasan cay sularinin altinda qalan Edirneden kecen Osmanli ordusu 26 iyun 1689 tarixinde Sofiyaya catdi ve padsahin burada qalmasina qerar verildi Macaristan serdari Receb Pasaya Belqradin geri alinmasi emri verildi Bu esnada serhed bolgelerinden qelebe xeberleri gelirdi Bosniya serheddinde muhasireye alinan Viseqrad qalasi muhasireden azad olmus Banaluka ve Dupnicaya edilen hucumlarin qarsisi alinmis Valievo Bercka ve Izvornik qalalari dusmenden azad edilmis Temesvar qalasina geden yol acilmisdi Bundan basqa Dunay cayinda uzen Avstriya donanmasi ve quruya cixarilan ordusu meglub edilmisdi Venesiya cebhesinde ise Rodos sahillerinde geden deniz doyuslerinde qelebe qazanilmisdi Ancaq serdar Ereb Receb Pasanin fealiyyeti ele de parlaq deyildi Xidmetindeki munecciminin de tesiriyle yavas hereket eden ve idaresindeki ordunu nizamlaya bilmeyen Receb Pasa 20 minlik suvari qosunla Belqrad ve Semendire erazilerine hucumlar edirdi Yavas irelilemesi ve idaresindeki esgerlerin ona olan etimadsizligi ise qelebe qazanmasina mane olurdu Neticede Batonicada Receb Pasa Avstriyalilara meglub oldu ve ordunun doyus sursati dusmen eline kecdi Xeberi alan Sultan Suleymanin ise aglayaraq xainlere qargis etdiyi revayet olunur Bunun ardindan Osmanlilarin cox onem verdiyi Nis qalasinin itirildiyi 25 sentyabr ve Valaxiyanin isgal olundugu xeberi geldi Sedrezem Bekri Mustafa Pasanin orduya serdar teyin ederek padsahla birlikde Plovdive donme teklifi ise saray agalarinin tesirinde olan padsah terefinden qebul edilmedi 29 sentyabrda Sofiyadan ayrilan padsah bu esnada sedrezemin vezifeden alinmasi ile bagli saray agalarinin teklifini qebul etmedi ve 5 gun Plovdivde qalaraq Edirneye qayitdi 25 oktyabr Serdar teyin edilen Bekri Mustafa Pasa seherin etrafinda xendekler qazdiraraq 200 esgerle seheri mudafieye basladi Ozu ise Edirneye qayitdi Bu esnada meglubiyyetde teqsirkar gorduyu Ereb Receb Pasani padsahdan icaze almadan edam etdirdi ve yerine Qoca Xelil Pasani Macaristan serdari teyin etdi O esnada Kosovaya qeder irelileyen Avstriyalilar Krim quvvelerinin komeyile meglub edildi Edirnede geden muzakirelerde seyxulislam Dabbaqzade Mehmed Efendinin tovsiyesile Korpulu Fazil Mustafa Pasa sedarete getirildi 8 noyabrda Edirneye gelerek fealiyyete baslayan Mustafa Pasa ilk is olaraq illerdir davam eden seferlerin sebeb oldugu qitliqdan ve vergi yukunden eziyyet ceken ehalinin veziyyetini yaxsilasdirdi Haqsiz yere alinan vergileri legv etdi Padsahin uzerinde menfi tesir gosteren Darusseade agasini saraydan uzaqlasdirdi Ancaq Avstriya cebhesinde veziyyet Osmanlilarin eleyhinde idi Nis qalasinin itirilmesinin ardindan muselman ehali Anadoluya koc etmeye baslamisdi Qerargahini Nis seherinde quran Avstriyali general Veterani Balkan yarimadasindaki xristian ehalini Osmanlilara qarsi ayaqlandirmaga baslamisdi Bu propaqandaya ise en cox serbiyalilar alet edildi Bolgedeki ehalinin yalniz ucde biri Istanbula ve Anadoluya cata bildi Geri qalanlari ise koc esnasinda milletci serbler terefinden qetle yetirildi Siddetli kecen qis sebebile ordu agir veziyyyetde idi Boyuk rus ordusunu meglub etdikden sonra Valaxiyaya irelileyen Selim Gerayin da qatildigi Sofiya seherindeki mesveretde Qoca Mahmud Pasanin Skopyeye gonderilmesine qerar verildi Bu esnada muselmanlara qarsi qetliam toreden serb milletcisi Karpos ele kecirilerek Skopye korpusu uzerinde edam edildi Belqrad ve Nis istisna olmaqla bolgedeki butun qalalar ele kecirildi Ancaq havanin pislesmesi ile sefer dayandirildi Boyuk qelebeler qazanan Selim Geray Edirneye gelerek qisi burada kecirdi Edirnede olan padsah ise qazanilan qelebeden razi idi ve ordunun derhal cebheye geri donmesini isteyirdi Bele ki hazirliqlarini tamamlayan sedrezem Mustafa Pasani sefere sexsen yola salmisdir 13 iyul 1690 Ilk baslarda Osmanli ordusu onemli qelebeler qazandi Nis qalasi muhasireye alindi ve Erdelde olan general Heissler esir alindi Dunay cayindaki Osmanli donanmasi ise Vidin Nis ve Belqradi geri aldi 8 oktyabr 1690 Boyurdelen qalasi isgal edildi Belqradin alinmasindan sonra padsah artiq Istanbula donmeli idi Ancaq heremxanadaki bezi qadinlarin ve saray agalarinin qardasi IV Mehmedin basina gelenleri xatirladaraq padsahi qorxutmasi neticesinde Sultan Suleyman o qisi Edirnede kecireceyini elan etdi Ancaq toplanan mesveret meclisinde razi salinan Sultan Suleyman Edirneden ayrildi ve 26 noyabrda Istanbula geldi Sedrezem Mustafa Pasa gelen il bas tutacaq sefer ucun Selim Gerayin da Istanbulda qalmasini meslehet gordu ve onu da paytaxta yolladi Ozu ise Belqradi tehkim etdikden sonra 25 dekabrda paytaxta qayitdi Mehmed Pasa koskunde serdar i ekremi qarsilayan ve belindeki kurkle xenceri ona hediyye eden Sultan Suleyman elini qaldirib aglayaraq dua etdi Ertesi gun sedrezemden cebhe ve ordu haqqinda melumat aldi Vefati 13 may 1691 tarixinde Sancag i Serifi teslim alan Mustafa Pasanin ikinci Macaristan seferine cixdigi esnada padsahin uzun muddetdir davam eden xesteliyi daha da agirlasmisdi Istiska xesteliyi boyrek catismazligi sebebile bedeni daha da sismis mualicesi ile bagli butun umidler tukenmisdi Sedrezemin sert maliyye tedbirlerinden narazi olan ulemalar ise Sultan Suleymanin vefati halinda Simsirlikde saxlanilan qardasi IV Mehmedin ve ya oglanlarindan birinin taxta cixarilmasina qerar vermisdiler Bunu basa dusen Sultan Suleyman hem ozunu subut etmek hem de ordunu heveslendirmek ucun 15 mayda evvelce Eyyub Sultan mescidine daha sonra ise kecaveyle Davud Pasa ordugahina getdi Butun bu sayelerin menbeyi ise IV Mehmedin seyxi ve kecmis Rumeli basqazisi olan Ibrahim Efendi idi Neticede o ve ona terefdar olanlar mueyyenlesdirilib Kipr adasina surgun edildi Buna baxmayaraq Sultan Suleymanin veziyyeti daha da agirlasmisdi Toplanan mesveret meclisinde sedrezem IV Mehmedin 40 il boyunca olkeni felakete suruklediyini ovladlarinin da eyni terbiyeyle boyuduyunu qardasi Sahzade Ehmedin ise bele olmadigini ve taxt namizedi secilmeli oldugunu deyerek mesele ile bagli fikrini bildirdi 1 iyunda kecaveyle yola cixan padsah 9 iyunda Edirneye catdi Padsahin vefat etmesi halinda taxta mutleq sekilde Sahzade Ehmedin cixarilmasi ucun lazimi tedbirleri alan sedrezemle birlikde Edirne yaxinliginda gorusen Sultan Suleyman revayete gore aglayaraq ordunun qelebesi ucun dua etmis 14 iyun ve bir nece gun sonra 22 iyun 1691 tarixinde cume gunu gunorta saatlarinda vefat etdi Sultan Suleymanin yerine qardasi Sahzade Ehmed taxta cixarildi Hemin gun Alay koskunde cenaze namazi qilinan Sultan Suleymanin cenazesi Silivriye qeder arabayla oradan ise gemiyle Istanbula getirilerek Sultan Suleyman Qanuninin turbesinde onun sag terefinde defn edildi Uzun muddet qapali seraitde tutulan bu sebeble yaxsi tehsil ala bilmeyen ve hessas tebietli olan Sultan Suleymanin dindar bir padsah oldugu bilinir 11 iyul 1688 tarixinde bas veren Izmir zelzelesinde qulleleri dagidilan Sancaqburnu qalasi temir edilmis 7 8 iyun 1690 tarixinde Eyyubsultan semtinde cixan yanginda zerer goren Eyyub Sultan turbesi qisa zamanda berpa edilmisdir AilesiHeremxanasi Xedice Qadin Behzad Qadin Ivaz Qadin Suglun Qadin Sahsuvar Qadin Zeyneb QadinIstinadlarSuleyman II Encyclopaedia Britannica ing Suleiman Suleiman II Brockhauz Ensiklopediyasi alm MenbeBA Name Defteri V 46 50 54 61 97 107 Mevkufati Abdullah b Ibrahim Vakiat i Ruzmerre TSMK Revan Kosku nr 1223 1225 I III tur yer Anonim Osmanli Tarihi 1099 1116 1688 1704 haz Abdulkadir Ozcan Ankara 2000 s 1 24 Naima Tarih haz Mehmet Ipsirli Ankara 2007 III 956 1453 Defterdar Sari Mehmed Pasa Zubde i Vekayiat haz Abdulkadir Ozcan Ankara 1995 s 254 397 D Kantemir Osmanli Imparatorlugunun Yukselis ve Cokus Tarihi trc Ozdemir Cobanoglu Ankara 1980 III 165 207 Silahdar Tarih II 295 576 Rasid Tarih II 2 159 Isazade Tarihi haz Ziya Yilmazer Istanbul 1996 s 206 225 Ayvansarayi Vefeyat i Selatin s 5 6 Mustakimzade Tuhfe s 209 Hammer HEO XII 242 318 N Jorga Osmanli Imparatorlugu Tarihi trc Nilufer Epceli Istanbul 2005 IV 193 vd Ahmed Refik Hicri On Ikinci Asirda Istanbul Hayati 1100 1200 Istanbul 1988 s 2 3 6 7 34 a mlf Sultan Suleyman i Sani ve Tabayii Ikdam sy 8521 8522 Istanbul 27 28 Tesrinisani 1920 M Cagatay Ulucay Padisahlarin Kadinlari ve Kizlari Ankara 1980 s 70 71 Hikmet Bayur Osmanli Padisahi II Suleyman in Gurkanli Padisahi I Alemgir Evrengzib e Mektubu TTK Belleten XIV 54 1950 s 269 285 Ahmet Rifat Guzey II Suleyman in Fermanlari Isiginda XVII Yuzyil Sonlarindaki Osmanli Imparatorlugu Askeri ve Idari Cozulme Gazi Universitesi Kastamonu Egitim Dergisi VIII 1 Kastamonu 2000 s 123 140 Bekir Kutukoglu Suleyman II IA XI 155 170 R Murphey Suleyman II EI Fr IX 877 878 Abdulkadir Ozcan Kopruluzade Fazil Mustafa Pasa DIA XXVI 264 265 Xarici kecidlerII SuleymanOsmanli sulalesiDogum 8 noyabr 1687 Vefat 22 iyun 1691Hakimiyyet titullariSelefleri IV Mehmed Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 15 aprel 1642 22 iyun 1691 Xelefleri II EhmedSunni Islam titullariSelefleri IV Mehmed Islam Xelifesi خلافة إسلامية Xelefleri II Ehmed