Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mərzifonlu Qara Mustafa Paşa (d. 1634 - ö. 25 dekabr 1683) — IV Mehmed dönəmində ümumilikdə 7 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Mərzifonlu Qara Mustafa Paşa | |
---|---|
ميرزيفونلو كارا مصطفى باشا | |
5 noyabr 1676 – 14 dekabr 1683 | |
Əvvəlki | Körpülü Fazil Əhməd Paşa |
Sonrakı | Bayburtlu Qara İbrahim Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mərzifon, Amasya ili |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi, hərbi lider[d] |
Atası | Oruc bəy |
Həyat yoldaşları | Saliha xanım Ümmü-Gülsüm Sultan |
Uşaqları | Maktulzadə Əli Paşa Fatma xanım Mihrişah xanım Sultan |
Ailəsi | Körpülülər |
Rütbəsi | Kaptan-ı dərya, general |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hərbi iş[d], siyasət |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1634-cü ildə Mərzifonun Marınca kəndində dünyaya gəlmişdir. Atası Oruc bəy sipahi əsgəri idi. Atasının IV Muradın Bağdad səfərində şəhid düşməsi ilə 4 yaşında yetim qaldı və bundan sonra atasının dostu olan Amasiya sancaqbəyi Körpülü Mehmed Paşanın himayəsində onun övladlarıyla birlikdə böyüdü. Bu illər ərzində Körpülü Mehmed Paşanın qızı Saliha xanımla evlənən Mustafa Paşa qaynatasının sədarəti dövründə əvvəlcə silahdarlığa, ardından sədarət kəndxudalığına yüksəldi və bu vəzifədə ikən Ərdəl səfərinə qatıldı. Yanova qalasını fəthi xəbərini gətirdiyi üçün IV Mehmed tərəfindən ikinci miraxur təyin edildi (1 sentyabr 1658) və iki il sonra Silistrə bəylərbəyi olaraq saraydan ayrıldı. Bu vəzifədə ikən Ədirnədən paytaxta dönən Validə Turhan Sultanı müşayiət etdi. Ardından vəzirlik rütbəsi alaraq Diyarbəkir bəylərbəyi oldu. Körpülü Fazil Əhməd Paşanın sədarəti dövründə kaptan-ı dəryalığa gətirilən Mustafa Paşa 4 ildən artıq müddətdə bu vəzifədə qaldı. Sədrəzəm Uyvar səfərinə qatıldığı dövrdə səfərin sonunadək kaptan-ı dəryalıqla yanaşı sədarət naibi olaraq da fəaliyyət göstərdi. Arslan Mustafa Paşanın kaptan-ı dəryalığa gəlməsi ilə bu vəzifədən alındı. Sədrəzəmin Krit səfərinə çıxmasıyla ikinci dəfə sədarət naibliyinə gətirildi (9 may 1666) və 3 ilə yaxın bu vəzifədə qaldı. Səfərin ardından sədrəzəmlə birlikdə Lehistan kralına qarşı tərtib olunan səfərə qatıldı. 18 oktyabr 1672 tarixində Lehistanla bağlanan sülh müqaviləsinin müzakirələrində iştirak etdi. Ardından yenidən sədarət naibi təyin olunan Mustafa Paşa 1674-cü ilin avqustunda Lehistana aid Uman qalasının alınmasında iştirak etdi. Ertəsi il Ədirnədə tərtiblənən şənliklər əsnasında IV Mehmedin 5 yaşındakı qızı Ümmü-Gülsüm Sultana namizəd seçildi. Bu əsnada səhhəti pisləşən Fazil Əhməd Paşanın xəstəliyi boyunca onun yerinə fəaliyyət göstərdi. Sədrəzəmin 5 noyabr 1676 tarixindəki vəfatının ardından isə sədrəzəmliyə gətirildi.
Mərzifonlu Qara Mustafa Paşanın sədrəzəmliyi dövrünün ilk önəmli problemi Osmanlı dövləti ilə Lehistan arasındakı Ukrayna kazakları məsələsi oldu. Fazil Əhməd Paşanın sədarəti dövründə Osmanlı himayəsində kazak rəhbəri olan Doroneşko Rusiya çarlığına meyl etmiş, Çehrin qalasını ruslara təslim edərək Ukraynanın rus işğalı altına girməsinə yol vermişdir. Bunun ardından Osmanlı ordusu Şeytan İbrahim Paşanın rəhbərliyi ilə və Krım xanı Səlim Gərayın əlavə qüvvələri ilə Çehrin qalasına göndərildi. Ədirnədən İstanbula gələn Qara Mustafa Paşa bir yandan Lehistan elçiləri ilə sülh müzakirələri aparır, digər yandan da səfər hazırlığını davam etdirirdi. Şeytan İbrahim Paşa rəhbərliyindəki ordunun uğur qazana bilməməsi səbəbilə şəxsən padşahın da iştirak edəcəyi yeni bir səfər tərtib olundu. Osmanlı ordusu Sultan Mehmed və sədrəzəm Mustafa Paşa ilə birlikdə 30 aprel 1678 tarixində yola çıxdı. IV Mehmed indiki Bolqarıstanın Dobriç şəhərinə qədər orduyla birlikdə gəldi və ardından orduya sərdar-ı əkrəm olaraq Mustafa Paşa rəhbərlik etdi. Yol boyunca Çehrin qalasına yardıma göndərilən rus qüvvələrini darmadağın edən Mustafa Paşa 19 iyulda Çehrin qalasını mühasirəyə alaraq ələ keçirdi. Qalanın mühafizəsi çətin olduğu üçün dərhal dağıdıldı. Dnepr çayı sahilində iki yeni qala inşa edildi. Osmanlı ordusunun qayıtmasının ardından Özi çayını keçən ruslar yenidən bu bölgəyə gəlsələr də, Krım xanı vasitəsilə bağlanan sülhlə məsələ həll olundu.
Qara Mustafa Paşanın sədarəti dövrünün əsl önəmli hadisəsi isə Osmanlı dövləti üçün dönüm nöqtəsi olan ikinci Vyana mühasirəsidir. Körpülü Mehmed Paşa və oğlu Fazil Əhməd Paşadan sonra daxili və xarici məsələləri demək olar ki, həll olmuş bir dövləti təslim alan Mustafa Paşa Vasvar sülhünün müddəti bitmədən yeni bir səfərə çıxmaq, bununla da Osmanlının gücünü Avropanın mərkəzinə qədər aparmaq istəyirdi. Tərtib olunan bu səfərdə əsas hədəf əzəldən bəri protestant macarlara təzyiq göstərən Avstriya imperatoru idi. Hələ Fazil Əhməd Paşa dövründə protestant macarlar üsyan qaldıraraq Osmanlı himayəsinə girmək istədiklərini bildirmiş, ancaq Avstriya ilə bağlanan 1664 tarixli Vasvar sülhü səbəbilə sədrəzəm bu təklifi qəbul etməmişdi. Ancaq Qara Mustafa Paşa sədarətə gəldikdən dərhal sonra protestant macarların lideri olan Tökəli İmrəni macar kralı elan etdi. Bundan cəsarətlənən macarlar Avstriya sərhədlərinə hücum edirdilər. Avstriya tərəfinin şikayətləri isə sədrəzəm tərəfindən padşahdan gizlədilirdi. Rəvayətə görə, macar kralı paytaxta göndərdiyi sandıq dolusu qızılla Qara Mustafa Paşanın dəstəyini almış və Avstriyalıların əlində olan bəzi macar qalalarını ələ keçirmişdi. Ancaq imperator bu qalaları geri aldı və nəticədə iki dövlət arasında münasibətlər korlandı. Buna baxmayaraq imperator Ədirnəyə elçi göndərərək hələ müddəti bitməmiş Vasvar sülhünün vaxtını uzatmaq istəyirdi. Əslində IV Mehmed də sülh tərəfdarı idi. Ancaq 30 ildir ki, Avstriya ilə düşmən olan Fransa bu sülhün bağlanmasına razı deyildi. Nəticədə Mərzifonlu Mustafa Paşa ordunun da dəstəyini alaraq bu sülh təklifini qəbul etmədi. Ardından başda padşahın lələsi Vanlı Mehmed Əfəndi olmaqla məscidlərdəki söhbətlərdə əhalini təhrik edərək səfərə hazırlamış, bununla da Sultan Mehmedi səfərə razı salmışdır. Avstriya elçisi şeyxülislamdan “Aman diləyənə hücum edilməz” şəklində fətva alsa da, çarə etmədi.
Aparılan müzakirələrdə IV Mehmedin Belqradda qalması və Qara Mustafa Paşanın sərdar-ı əkrəm olaraq Yanıqqala qalasına hücum etməsi qərarlaşdırıldı. Bir çox mənbəyə görə, Osmanlı ordusunun o günədək ən böyük vəziyyəti idi. Əlavə qüvvələrlə birlikdə 350 min döyüşçü və 150 min arxa cəbhə xidmətçisi olduğu söylənsə də, bu rəqəmin şişirdilmiş olduğu görülür. Silahdar Mehmed ağa bu şəxslərin bir qisminin qənimət məqsədi ilə gələn adi əhali olduğunu söyləyir. İstolni Belqradda aparılan ikinci məşvərətdə rəisül-katib Mustafa Paşanın təhriki ilə bu qədər güclü bir ordunun Yanıqqala kimi zəif bir qala yox, sədrəzəmə şöhrət qazandıracaq olan Vyana şəhərini mühasirəyə alması qərarlaşdırıldı. Gedən müzakirələrdə Krım xanı Murad Gəray və Budin bəylərbəyi Uzun İbrahim Paşa istisna olmaqla sədrəzəmə heç kim qarşı çıxmamışdı. Bu səbəblə Mustafa Paşa Krım xanına və İbrahim Paşaya düşmən olmuşdu.
Sədrəzəm Mustafa Paşa 14 iyul 1683 tarixində Vyana qalası önlərinə gələndə imperator Vyana şəhərinin mühafizəsini fon Starhembergə tapşıraraq Avstriyanın mərkəzi bölgəsindəki Lenzə çəkildi. Avstriya ordusunun rəhbəri isə əvvəllər Lehistan krallığına namizəd göstərilən V Karl oldu. Belqradda olan və Osmanlı ordusunun Vyanaya irəliləməsindən xəbərsiz olan IV Mehmed, “Kastımız Yanık ve Komorn idi. Beç Kalesi dilde yoktu. Paşa ne acib saygısızlık edip bu sevdâya düşmüş. Hoş imdi Hak Teâlâ âsan getire. Lâkin mukaddem bildireydi rızâ vermezdim” (Məqsədimiz Yanıqqala və Komorn idi. Vyana qalası dildə belə yox idi. Paşa nə əcəb ki, hörmətsiz edib bu xəyala qapılıb. İş bu yerdədir, Allah işlərini rəvan gətirsin. Lakin əvvəlcədən bildirsəydi, icazə verməzdim.) deyərək heyrətləndiyini bildirmişdir.
Təslim təklifinin qəbul edilməməsinin ardından Vyana qalası mühasirəyə alındı. Ancaq bu mühasirə əvvəlcədən planlaşdırılmadığı üçün böyük mühasirə topları gətirilməmişdi. Bu səbəblə Avstriyalıların top atəşləri daha güclü oldu və mühasirə müddəti uzandı. Sərdar-ı əkrəm qalanın döyüşlə deyil, təslim yoluyla alınmasını istəyirdi. Mühasirənin 2 ay davam etməsinin ardından ordudakı əsgərlər bezmişdi. Avstriyanın yardım almasına baxmayaraq Osmanlı ordusunda qida problem yaranmağa başlamışdı. Bunun ardından Mustafa Paşanın əmriylə Yanıqqala yaxınlığında gözləyən Uzun İbrahim Paşa da mühasirəyə qatıldı. Vəziyyətin getdikcə çətinləşdiyini anlayan sərdar-ı əkrəm 26 avqustda baş tutan hücumda qalanın bir hissəsini məhv etdi. Ancaq o əsnada Lehistan kralının böyük bir orduyla gəlməsini xəbər alan Mustafa Paşa onların qarşısını almaq üçün Krım xanı Murad Gərayı vəzifələndirdi. Ancaq Murad Gəray sədrəzəmlə olan düşmənliyi səbəbilə yaxınlaşan polyak qoşunlarının qarşısını almadı. Gedən müzakirələrdə bütün paşaların düşmənlə döyüşməsi, qala önlərindəki əsgərlərin isə mühasirəni davam etdirməsi qərarlaşdırıldı. Lehistan kralı Jan Sobienskinin rəhbərliyi ilə 100 minlik ordu Osmanlı ordusunu geridən mühasirəyə aldı. Mərzifonlu Mustafa Paşa buna cavab olaraq Qara Mehmed Paşa və Uzun İbrahim Paşanı arxa cəbhənin müdafiəsi ilə vəzifələndirdi. Ancaq polyak ordusunun Dunay çayını keçməsinə baxmayaraq Krım qüvvələri buna qarışmırdı.
Birləşmiş qüvvələrlə gedən döyüş 12 sentyabr günü başladı. Osmanlı ordusunun mərkəzində sərdar-ı əkrəm, sağında Uzun İbrahim Paşa, solunda Murad Gəray və Sarı Hüseyn Paşa yer almışdı. Müharibə əsnasında əvvəlcə Uzun İbrahim Paşanın qüvvələri darmadağın edildi. Hüseyn Paşanın qüvvələri güclü olsa da, Krım ordusundan gözlənilən yardım gəlmədiyi üçün bu cinah da zəiflədi. Ardından Jan Sobienski birbaşa mərkəzə hücum etdi. Qara Mustafa Paşa 5-6 saat davam edən bu hücumdan, sağ və sol cinahların dağılmasından sonra geri çəkildi. Ardından qalanın mühasirəsində iştirak edən 30 min nəfər cəbhədən geri çağırıldı. Məğlub olan ordu Yanıqqalaya çəkildi. Geridə 300 döyüş topu, 15 min çadır, saysız-hesabsız döyüş sursatı, ordu xəzinəsi və s. buraxıldı. Geri çəkilən Mərzifonlu Mustafa Paşa ilk iş olaraq mühasirədən hamıdan tez ayrılan Uzun İbrahim Paşanı və digər günahkarları edam etdirdi. Ardından Budinə gələrək vəziyyəti bərpa etmək istədi. Sərhəd bölgəsindəki qalalara əlavə qüvvələr göndərdi. Bu əsnada Komorn və Esterqon qalalarına edilən hücumların qarşısını almaq üçün Qara Mehmed Paşa idarəsindəki 30 minlik ordu vəzifələndirildi (5 oktyabr 1683). Ancaq gedən döyüşlərdə dəyərli ordu rəhbərlərinin şəhid olması ordudakı motivasiyanı daha da azaltdı. Gördüyü tədbirlərlə qısa zamanda ordunu tənzimləyən sədrəzəm Murad Gərayı xanlıqdan alaraq yerinə II Hacı Gərayı gətirdi. Budində 3 həftə qaldıqdan sonra qışı keçirmək üçün Belqrada qayıtdı. Bu əsnada Kanija və Zigetvar qalalarına əlavə qüvvələr yollansa da, Ciyərdələn və Esterqon qalaları ələ keçirildi.
İnadkarlığı və sərtliyi ilə Mərzifonlu Qara Mustafa Paşanın sadəcə orduda yox, eyni zamanda sarayda da güclü düşmənləri vardı. Bunlardan ən güclü Qızlar ağası Yusif ağa və baş miraxur Sarı Süleyman ağa idi. Öz yetişdirməsi olan və səfərdən öncə sədarət naibi təyin etdiyi Qara İbrahim Paşa da sədrəzəmlik arzusuyla Mustafa Paşaya rəqib olmuşdu. Vyana məğlubiyyəti Mustafa Paşanın rəqiblərinə fürsət qazandırdı. Rəqiblərinin səyi ilə sədrəzəminə düşmən olan Sultan Mehmed Mustafa Paşanın edamı üçün fərman göndərdi. Halbuki, Mustafa Paşanın məqsədi qışı Belqradda qalıb, növbəti il ordunu toplayaraq yenidən Avstriyaya səfərə çıxmaq idi. 25 dekabr 1683 tarixində edam edilən Mustafa Paşanın cənazəsi Belqradda olan sarayın qarşısındakı məscidin həyətinə dəfn edilmiş, kəsik başı isə Ədirnəyə göndərilmiş, ardından buradakı Saruca Paşa məscidinin həyətinə dəfn olunmuşdur.
Birinci evliliyindən dünyaya gələn Maktulzadə Əli Paşa sonralar II Mustafanın qızı Safiyə Sultanla evlənmişdir. Qızı Fatma xanım isə Qara İbrahim Paşa ilə evləndi və Nevşəhərli İbrahim Paşanın kürəkəni olan kaptan-ı dərya Qaymaq Mustafa Paşanın anasıdır. Mərzifonlu Mustafa Paşanın Ümmü-Gülsüm Sultanla olan evliliyindən isə Mihrişah xanım Sultan adlı bir qızı dünyaya gəlmişdir.
Mənbə
- Hacı Ali Efendi, Târîh-i Kamaniçe (haz. Ayşe Hande Can, yüksek lisans tezi, 2003), Mimar Sinan Üniversitesi Sosyal Bilimler Enstitüsü;
- Behcetî Hüseyin, Mi‘râcü’z-zafer, Süleymaniye Ktp., Esad Efendi, nr. 2368;
- Vuslatî, Gazânâme-i Çehrin (nşr. Mustafa İsen), Ankara 2003;
- Ahmed Ağa, Viyana Kuşatması Günlüğü (trc. Esat Nermi), İstanbul 1970;
- Abdurrahman Abdi Paşa, Vekāyi‘nâme, TSMK, Koğuşlar, nr. 915, tür.yer.;
- Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât, 1656-1684 (nşr. Abdülkadir Özcan), Ankara 1995, s. 32, 55, 66, 74, 77, 86, 92 vd., 135, 139 vd., 147, 159-164, 166-167, 168, 194, 715, 722;
- Hadîkatü’l-vüzerâ, s. 109-110; D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1979, III, 32 vd., 78, 377, 392;
- Silâhdar, Târih, I, 223, 230, 393, 562, 652 vd.;
- Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 604;
- Râşid, Târih, I, 27, 334, 337-338, 342, 344, 408-414, 416-433;
- Îsâzâde Tarihi (nşr. Ziya Yılmazer), Ankara 1996, s. 152-153, 184, 222;
- A. Galland, İstanbul’a Ait Günlük Hâtıralar: 1672-1673 (trc. Nahit Sırrı Örik), Ankara 1998, II, 129 vd.;
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 171-172, 173, 227;
- a.mlf., Vefeyât-ı Selâtîn, s. 71-72;
- Sefînetü’l-vüzerâ, s. 38;
- Hammer, GOR, VI, 519, 740;
- a.mlf., Büyük Osmanlı Tarihi (trc. Vecdi Bürün), İstanbul 1990, VI, 276-279, 311-313, 315-316, 343-367;
- Mustafa Nuri Paşa, Netâyicü’l-vukūât (nşr. Mehmed Gālib Bey), İstanbul 1327, II, 79-83;
- Cevat Üstün, Viyana Seferi: 1683, Ankara 1941;
- Danişmend, Kronoloji2, III, 445-457;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 428-429, 430-459;
- Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 58;
- R. F. Kreutel, Kara Mustafa Paşa von Wien, Vienne 1955; Rycaut, tür.yer.;
- Oral Onur, Edirne Türk Tarihi Vesikalarından Kitabeler, İstanbul 1972, s. 25-26, 131;
- Merzifonlu Kara Mustafa Paşa Uluslararası Sempozyumu (haz. Zeki Dilek v.dğr.), Ankara 2001;
- Mehmed Ârif, “İkinci Viyana Seferi Hakkında”, TOEM, III/16 (1328/1912), s. 994-1016;
- Halil Edhem, “Kara Mustafa Paşa’nın Şopron Şehri Ahalisine Beyannâmesi”, a.e., III/15 (1328/1912), s. 924-937;
- Ahmed Refik, “Kara Mustafa Paşa ve Tököli İmre”, İkdam, sy. 11286, İstanbul 29.09.1928;
- Ömer Faruk Akün, “Merzifonlu Kara Mustafa Paşa ve Mîrâhur Sarı Süleyman Ağa Mücadelesi ile İlgili Bir Konuşma Zabtı”, TM, XIX (1980), s. 3 vd.;
- Mustafa Turan, “İkinci Viyana Muhasarası: Osmanlı Devleti’nde Siyasî, İdârî ve Askerî Çözülme”, AÜ Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi: OTAM, sy. 9, Ankara 1998, s. 389 vd.;
- Münir Aktepe, “Mustafa Paşa, Merzifonlu”, İA, VIII, 736-738;
- C. J. Heywood, “Kara Mustafa Paѕћa, Merzifonlu”, EI² (Fr.), IV, 613-616;
- Mustafa Uzun, “Abdülbâki Ârif Efendi”, DİA, I, 196, 197;
- Abdülkadir Özcan, “Casus”, a.e., VII, 168.
- Kara Mustafa Paşa // Çex Milli Hakimiyyət Məlumat bazası.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Merzifonlu Qara Mustafa Pasa d 1634 o 25 dekabr 1683 IV Mehmed doneminde umumilikde 7 il Osmanli imperiyasinin sedrezemi olmus dovlet adamidir Merzifonlu Qara Mustafa Pasaميرزيفونلو كارا مصطفى باشاOsmanli sedrezemi5 noyabr 1676 14 dekabr 1683EvvelkiKorpulu Fazil Ehmed PasaSonrakiBayburtlu Qara Ibrahim PasaSexsi melumatlarDogum tarixi 1634Dogum yeri Merzifon Amasya iliVefat tarixi 25 dekabr 1683Vefat yeri Belqrad Osmanli imperiyasiDefn yeri EdirneFealiyyeti herbi qulluqcu siyasetci herbi lider d Atasi Oruc beyHeyat yoldaslari Saliha xanim Ummu Gulsum SultanUsaqlari Maktulzade Eli Pasa Fatma xanim Mihrisah xanim SultanAilesi KorpululerRutbesi Kaptan i derya generalElmi fealiyyetiElm sahesi herbi is d siyaset Vikianbarda elaqeli mediafayllarHeyati1634 cu ilde Merzifonun Marinca kendinde dunyaya gelmisdir Atasi Oruc bey sipahi esgeri idi Atasinin IV Muradin Bagdad seferinde sehid dusmesi ile 4 yasinda yetim qaldi ve bundan sonra atasinin dostu olan Amasiya sancaqbeyi Korpulu Mehmed Pasanin himayesinde onun ovladlariyla birlikde boyudu Bu iller erzinde Korpulu Mehmed Pasanin qizi Saliha xanimla evlenen Mustafa Pasa qaynatasinin sedareti dovrunde evvelce silahdarliga ardindan sedaret kendxudaligina yukseldi ve bu vezifede iken Erdel seferine qatildi Yanova qalasini fethi xeberini getirdiyi ucun IV Mehmed terefinden ikinci miraxur teyin edildi 1 sentyabr 1658 ve iki il sonra Silistre beylerbeyi olaraq saraydan ayrildi Bu vezifede iken Edirneden paytaxta donen Valide Turhan Sultani musayiet etdi Ardindan vezirlik rutbesi alaraq Diyarbekir beylerbeyi oldu Korpulu Fazil Ehmed Pasanin sedareti dovrunde kaptan i deryaliga getirilen Mustafa Pasa 4 ilden artiq muddetde bu vezifede qaldi Sedrezem Uyvar seferine qatildigi dovrde seferin sonunadek kaptan i deryaliqla yanasi sedaret naibi olaraq da fealiyyet gosterdi Arslan Mustafa Pasanin kaptan i deryaliga gelmesi ile bu vezifeden alindi Sedrezemin Krit seferine cixmasiyla ikinci defe sedaret naibliyine getirildi 9 may 1666 ve 3 ile yaxin bu vezifede qaldi Seferin ardindan sedrezemle birlikde Lehistan kralina qarsi tertib olunan sefere qatildi 18 oktyabr 1672 tarixinde Lehistanla baglanan sulh muqavilesinin muzakirelerinde istirak etdi Ardindan yeniden sedaret naibi teyin olunan Mustafa Pasa 1674 cu ilin avqustunda Lehistana aid Uman qalasinin alinmasinda istirak etdi Ertesi il Edirnede tertiblenen senlikler esnasinda IV Mehmedin 5 yasindaki qizi Ummu Gulsum Sultana namized secildi Bu esnada sehheti pislesen Fazil Ehmed Pasanin xesteliyi boyunca onun yerine fealiyyet gosterdi Sedrezemin 5 noyabr 1676 tarixindeki vefatinin ardindan ise sedrezemliye getirildi Merzifonlu Qara Mustafa Pasanin sedrezemliyi dovrunun ilk onemli problemi Osmanli dovleti ile Lehistan arasindaki Ukrayna kazaklari meselesi oldu Fazil Ehmed Pasanin sedareti dovrunde Osmanli himayesinde kazak rehberi olan Doronesko Rusiya carligina meyl etmis Cehrin qalasini ruslara teslim ederek Ukraynanin rus isgali altina girmesine yol vermisdir Bunun ardindan Osmanli ordusu Seytan Ibrahim Pasanin rehberliyi ile ve Krim xani Selim Gerayin elave quvveleri ile Cehrin qalasina gonderildi Edirneden Istanbula gelen Qara Mustafa Pasa bir yandan Lehistan elcileri ile sulh muzakireleri aparir diger yandan da sefer hazirligini davam etdirirdi Seytan Ibrahim Pasa rehberliyindeki ordunun ugur qazana bilmemesi sebebile sexsen padsahin da istirak edeceyi yeni bir sefer tertib olundu Osmanli ordusu Sultan Mehmed ve sedrezem Mustafa Pasa ile birlikde 30 aprel 1678 tarixinde yola cixdi IV Mehmed indiki Bolqaristanin Dobric seherine qeder orduyla birlikde geldi ve ardindan orduya serdar i ekrem olaraq Mustafa Pasa rehberlik etdi Yol boyunca Cehrin qalasina yardima gonderilen rus quvvelerini darmadagin eden Mustafa Pasa 19 iyulda Cehrin qalasini muhasireye alaraq ele kecirdi Qalanin muhafizesi cetin oldugu ucun derhal dagidildi Dnepr cayi sahilinde iki yeni qala insa edildi Osmanli ordusunun qayitmasinin ardindan Ozi cayini kecen ruslar yeniden bu bolgeye gelseler de Krim xani vasitesile baglanan sulhle mesele hell olundu Qara Mustafa Pasanin sedareti dovrunun esl onemli hadisesi ise Osmanli dovleti ucun donum noqtesi olan ikinci Vyana muhasiresidir Korpulu Mehmed Pasa ve oglu Fazil Ehmed Pasadan sonra daxili ve xarici meseleleri demek olar ki hell olmus bir dovleti teslim alan Mustafa Pasa Vasvar sulhunun muddeti bitmeden yeni bir sefere cixmaq bununla da Osmanlinin gucunu Avropanin merkezine qeder aparmaq isteyirdi Tertib olunan bu seferde esas hedef ezelden beri protestant macarlara tezyiq gosteren Avstriya imperatoru idi Hele Fazil Ehmed Pasa dovrunde protestant macarlar usyan qaldiraraq Osmanli himayesine girmek istediklerini bildirmis ancaq Avstriya ile baglanan 1664 tarixli Vasvar sulhu sebebile sedrezem bu teklifi qebul etmemisdi Ancaq Qara Mustafa Pasa sedarete geldikden derhal sonra protestant macarlarin lideri olan Tokeli Imreni macar krali elan etdi Bundan cesaretlenen macarlar Avstriya serhedlerine hucum edirdiler Avstriya terefinin sikayetleri ise sedrezem terefinden padsahdan gizledilirdi Revayete gore macar krali paytaxta gonderdiyi sandiq dolusu qizilla Qara Mustafa Pasanin desteyini almis ve Avstriyalilarin elinde olan bezi macar qalalarini ele kecirmisdi Ancaq imperator bu qalalari geri aldi ve neticede iki dovlet arasinda munasibetler korlandi Buna baxmayaraq imperator Edirneye elci gondererek hele muddeti bitmemis Vasvar sulhunun vaxtini uzatmaq isteyirdi Eslinde IV Mehmed de sulh terefdari idi Ancaq 30 ildir ki Avstriya ile dusmen olan Fransa bu sulhun baglanmasina razi deyildi Neticede Merzifonlu Mustafa Pasa ordunun da desteyini alaraq bu sulh teklifini qebul etmedi Ardindan basda padsahin lelesi Vanli Mehmed Efendi olmaqla mescidlerdeki sohbetlerde ehalini tehrik ederek sefere hazirlamis bununla da Sultan Mehmedi sefere razi salmisdir Avstriya elcisi seyxulislamdan Aman dileyene hucum edilmez seklinde fetva alsa da care etmedi Aparilan muzakirelerde IV Mehmedin Belqradda qalmasi ve Qara Mustafa Pasanin serdar i ekrem olaraq Yaniqqala qalasina hucum etmesi qerarlasdirildi Bir cox menbeye gore Osmanli ordusunun o gunedek en boyuk veziyyeti idi Elave quvvelerle birlikde 350 min doyuscu ve 150 min arxa cebhe xidmetcisi oldugu soylense de bu reqemin sisirdilmis oldugu gorulur Silahdar Mehmed aga bu sexslerin bir qisminin qenimet meqsedi ile gelen adi ehali oldugunu soyleyir Istolni Belqradda aparilan ikinci mesveretde reisul katib Mustafa Pasanin tehriki ile bu qeder guclu bir ordunun Yaniqqala kimi zeif bir qala yox sedrezeme sohret qazandiracaq olan Vyana seherini muhasireye almasi qerarlasdirildi Geden muzakirelerde Krim xani Murad Geray ve Budin beylerbeyi Uzun Ibrahim Pasa istisna olmaqla sedrezeme hec kim qarsi cixmamisdi Bu sebeble Mustafa Pasa Krim xanina ve Ibrahim Pasaya dusmen olmusdu Sedrezem Mustafa Pasa 14 iyul 1683 tarixinde Vyana qalasi onlerine gelende imperator Vyana seherinin muhafizesini fon Starhemberge tapsiraraq Avstriyanin merkezi bolgesindeki Lenze cekildi Avstriya ordusunun rehberi ise evveller Lehistan kralligina namized gosterilen V Karl oldu Belqradda olan ve Osmanli ordusunun Vyanaya irelilemesinden xebersiz olan IV Mehmed Kastimiz Yanik ve Komorn idi Bec Kalesi dilde yoktu Pasa ne acib saygisizlik edip bu sevdaya dusmus Hos imdi Hak Teala asan getire Lakin mukaddem bildireydi riza vermezdim Meqsedimiz Yaniqqala ve Komorn idi Vyana qalasi dilde bele yox idi Pasa ne eceb ki hormetsiz edib bu xeyala qapilib Is bu yerdedir Allah islerini revan getirsin Lakin evvelceden bildirseydi icaze vermezdim deyerek heyretlendiyini bildirmisdir Teslim teklifinin qebul edilmemesinin ardindan Vyana qalasi muhasireye alindi Ancaq bu muhasire evvelceden planlasdirilmadigi ucun boyuk muhasire toplari getirilmemisdi Bu sebeble Avstriyalilarin top atesleri daha guclu oldu ve muhasire muddeti uzandi Serdar i ekrem qalanin doyusle deyil teslim yoluyla alinmasini isteyirdi Muhasirenin 2 ay davam etmesinin ardindan ordudaki esgerler bezmisdi Avstriyanin yardim almasina baxmayaraq Osmanli ordusunda qida problem yaranmaga baslamisdi Bunun ardindan Mustafa Pasanin emriyle Yaniqqala yaxinliginda gozleyen Uzun Ibrahim Pasa da muhasireye qatildi Veziyyetin getdikce cetinlesdiyini anlayan serdar i ekrem 26 avqustda bas tutan hucumda qalanin bir hissesini mehv etdi Ancaq o esnada Lehistan kralinin boyuk bir orduyla gelmesini xeber alan Mustafa Pasa onlarin qarsisini almaq ucun Krim xani Murad Gerayi vezifelendirdi Ancaq Murad Geray sedrezemle olan dusmenliyi sebebile yaxinlasan polyak qosunlarinin qarsisini almadi Geden muzakirelerde butun pasalarin dusmenle doyusmesi qala onlerindeki esgerlerin ise muhasireni davam etdirmesi qerarlasdirildi Lehistan krali Jan Sobienskinin rehberliyi ile 100 minlik ordu Osmanli ordusunu geriden muhasireye aldi Merzifonlu Mustafa Pasa buna cavab olaraq Qara Mehmed Pasa ve Uzun Ibrahim Pasani arxa cebhenin mudafiesi ile vezifelendirdi Ancaq polyak ordusunun Dunay cayini kecmesine baxmayaraq Krim quvveleri buna qarismirdi Birlesmis quvvelerle geden doyus 12 sentyabr gunu basladi Osmanli ordusunun merkezinde serdar i ekrem saginda Uzun Ibrahim Pasa solunda Murad Geray ve Sari Huseyn Pasa yer almisdi Muharibe esnasinda evvelce Uzun Ibrahim Pasanin quvveleri darmadagin edildi Huseyn Pasanin quvveleri guclu olsa da Krim ordusundan gozlenilen yardim gelmediyi ucun bu cinah da zeifledi Ardindan Jan Sobienski birbasa merkeze hucum etdi Qara Mustafa Pasa 5 6 saat davam eden bu hucumdan sag ve sol cinahlarin dagilmasindan sonra geri cekildi Ardindan qalanin muhasiresinde istirak eden 30 min nefer cebheden geri cagirildi Meglub olan ordu Yaniqqalaya cekildi Geride 300 doyus topu 15 min cadir saysiz hesabsiz doyus sursati ordu xezinesi ve s buraxildi Geri cekilen Merzifonlu Mustafa Pasa ilk is olaraq muhasireden hamidan tez ayrilan Uzun Ibrahim Pasani ve diger gunahkarlari edam etdirdi Ardindan Budine gelerek veziyyeti berpa etmek istedi Serhed bolgesindeki qalalara elave quvveler gonderdi Bu esnada Komorn ve Esterqon qalalarina edilen hucumlarin qarsisini almaq ucun Qara Mehmed Pasa idaresindeki 30 minlik ordu vezifelendirildi 5 oktyabr 1683 Ancaq geden doyuslerde deyerli ordu rehberlerinin sehid olmasi ordudaki motivasiyani daha da azaltdi Gorduyu tedbirlerle qisa zamanda ordunu tenzimleyen sedrezem Murad Gerayi xanliqdan alaraq yerine II Haci Gerayi getirdi Budinde 3 hefte qaldiqdan sonra qisi kecirmek ucun Belqrada qayitdi Bu esnada Kanija ve Zigetvar qalalarina elave quvveler yollansa da Ciyerdelen ve Esterqon qalalari ele kecirildi Inadkarligi ve sertliyi ile Merzifonlu Qara Mustafa Pasanin sadece orduda yox eyni zamanda sarayda da guclu dusmenleri vardi Bunlardan en guclu Qizlar agasi Yusif aga ve bas miraxur Sari Suleyman aga idi Oz yetisdirmesi olan ve seferden once sedaret naibi teyin etdiyi Qara Ibrahim Pasa da sedrezemlik arzusuyla Mustafa Pasaya reqib olmusdu Vyana meglubiyyeti Mustafa Pasanin reqiblerine furset qazandirdi Reqiblerinin seyi ile sedrezemine dusmen olan Sultan Mehmed Mustafa Pasanin edami ucun ferman gonderdi Halbuki Mustafa Pasanin meqsedi qisi Belqradda qalib novbeti il ordunu toplayaraq yeniden Avstriyaya sefere cixmaq idi 25 dekabr 1683 tarixinde edam edilen Mustafa Pasanin cenazesi Belqradda olan sarayin qarsisindaki mescidin heyetine defn edilmis kesik basi ise Edirneye gonderilmis ardindan buradaki Saruca Pasa mescidinin heyetine defn olunmusdur Birinci evliliyinden dunyaya gelen Maktulzade Eli Pasa sonralar II Mustafanin qizi Safiye Sultanla evlenmisdir Qizi Fatma xanim ise Qara Ibrahim Pasa ile evlendi ve Nevseherli Ibrahim Pasanin kurekeni olan kaptan i derya Qaymaq Mustafa Pasanin anasidir Merzifonlu Mustafa Pasanin Ummu Gulsum Sultanla olan evliliyinden ise Mihrisah xanim Sultan adli bir qizi dunyaya gelmisdir MenbeHaci Ali Efendi Tarih i Kamanice haz Ayse Hande Can yuksek lisans tezi 2003 Mimar Sinan Universitesi Sosyal Bilimler Enstitusu Behceti Huseyin Mi racu z zafer Suleymaniye Ktp Esad Efendi nr 2368 Vuslati Gazaname i Cehrin nsr Mustafa Isen Ankara 2003 Ahmed Aga Viyana Kusatmasi Gunlugu trc Esat Nermi Istanbul 1970 Abdurrahman Abdi Pasa Vekayi name TSMK Koguslar nr 915 tur yer Defterdar Sari Mehmed Pasa Zubde i Vekayiat 1656 1684 nsr Abdulkadir Ozcan Ankara 1995 s 32 55 66 74 77 86 92 vd 135 139 vd 147 159 164 166 167 168 194 715 722 Hadikatu l vuzera s 109 110 D Kantemir Osmanli Imparatorlugunun Yukselis ve Cokus Tarihi trc Ozdemir Cobanoglu Ankara 1979 III 32 vd 78 377 392 Silahdar Tarih I 223 230 393 562 652 vd Seyhi Vekayiu l fuzala I 604 Rasid Tarih I 27 334 337 338 342 344 408 414 416 433 Isazade Tarihi nsr Ziya Yilmazer Ankara 1996 s 152 153 184 222 A Galland Istanbul a Ait Gunluk Hatiralar 1672 1673 trc Nahit Sirri Orik Ankara 1998 II 129 vd Ayvansarayi Hadikatu l cevami I 171 172 173 227 a mlf Vefeyat i Selatin s 71 72 Sefinetu l vuzera s 38 Hammer GOR VI 519 740 a mlf Buyuk Osmanli Tarihi trc Vecdi Burun Istanbul 1990 VI 276 279 311 313 315 316 343 367 Mustafa Nuri Pasa Netayicu l vukuat nsr Mehmed Galib Bey Istanbul 1327 II 79 83 Cevat Ustun Viyana Seferi 1683 Ankara 1941 Danismend Kronoloji2 III 445 457 Uzuncarsili Osmanli Tarihi III 1 s 428 429 430 459 Gokbilgin Edirne ve Pasa Livasi s 58 R F Kreutel Kara Mustafa Pasa von Wien Vienne 1955 Rycaut tur yer Oral Onur Edirne Turk Tarihi Vesikalarindan Kitabeler Istanbul 1972 s 25 26 131 Merzifonlu Kara Mustafa Pasa Uluslararasi Sempozyumu haz Zeki Dilek v dgr Ankara 2001 Mehmed Arif Ikinci Viyana Seferi Hakkinda TOEM III 16 1328 1912 s 994 1016 Halil Edhem Kara Mustafa Pasa nin Sopron Sehri Ahalisine Beyannamesi a e III 15 1328 1912 s 924 937 Ahmed Refik Kara Mustafa Pasa ve Tokoli Imre Ikdam sy 11286 Istanbul 29 09 1928 Omer Faruk Akun Merzifonlu Kara Mustafa Pasa ve Mirahur Sari Suleyman Aga Mucadelesi ile Ilgili Bir Konusma Zabti TM XIX 1980 s 3 vd Mustafa Turan Ikinci Viyana Muhasarasi Osmanli Devleti nde Siyasi Idari ve Askeri Cozulme AU Osmanli Tarihi Arastirma ve Uygulama Merkezi Dergisi OTAM sy 9 Ankara 1998 s 389 vd Munir Aktepe Mustafa Pasa Merzifonlu IA VIII 736 738 C J Heywood Kara Mustafa Paѕћa Merzifonlu EI Fr IV 613 616 Mustafa Uzun Abdulbaki Arif Efendi DIA I 196 197 Abdulkadir Ozcan Casus a e VII 168 Kara Mustafa Pasa Cex Milli Hakimiyyet Melumat bazasi