II Hacı Gəray (1644, Krım – iyun 1689, Rodos) — XXVII Krım xanı.
II Hacı Gəray | |
---|---|
30 sentyabr 1683 – iyun 1684 | |
Əvvəlki | Murad Gəray |
Sonrakı | I Səlim Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1644 |
Doğum yeri | |
Vəfat tarixi | iyun 1689 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Krım Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Krım xanı I Səlamət Gərayın nəvəsi, kalqay Krım Gərayın (ö. 1651) oğludur. Atasının döyüş meydanında həlak olmasının ardından qardaşlarıyla birlikdə əmisi III İslam Gərayın himayəsinə alındı. Əmisi oğulları I Səlim Gəray və Murad Gərayın səltənətlərində Osmanlı ordusunun qərb cəbhəsindəki müharibələrdə iştirak etdi. Avstriyalılara qarşı gedən bu müharibələrdə böyük şöhrət qazandı.
1683-cü ilin payızında sədrəzəm Mərzifonlu Mustafa Paşanın İkinci Vyana müharəsinə qatıldı. Murad Gərayın rəhbərlik etdiyi tatar süvari birliklərinin mühasirəyə gec qatılması və xanın sədrəzəmlə olan şəxsi düşmənliyi səbəbilə mühasirə uğursuzluqla nəticələndi. Bu bəhanə göstərilərək Murad Gəray dərhal vəzifədən alındı və Hacı Gəray xan elan olundu.
Onun xan təyin edilməsi başda Şirin qəbiləsi olmaqla, bir çox tatar zadəganlarını narazı salsa da, əmrindəki yeniçəri birlikləriylə Krıma gələn Hacı Gəray hakimiyyəti ələ ala bildi. Əmisi oğlu I Səlim Gərayın oğulları Dövlət Gərayı kalqay, Əzəmət Gərayı isə nurəddin təyin etdi. Bilinməyən səbəbə görə, bir çox tatar zadəganının gəlirlərini ləğv etdi. Bu isə ona qarşı olan müxalif gücləri birləşdirdi. Üstəlik İstanbuldakı ən güclü dəstəkçisi olan sədrəzəm Mərzifonlu Mustafa Paşa vəzifədən alınaraq edam olunmuşdu.
Çox keçmədən 1684-cü ildə Bağçasaraya hücum edən yerli əyanlar xanı ələ keçirərək paytaxtdan qovdular və İstanbula elçi göndərərək I Səlim Gərayın yenidən hakimiyyətə gətirilməsini tələb etdilər. Manqupa qaçan Hacı Gəray bir müddət sonra İstanbula gəldi və burada verilən qərarla Rodosa sürgün olundu. 1689-cu ildə burada vəfat etdi.
Mənbə
- Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007,
İstinadlar
- Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
II Haci Geray 1644 Krim iyun 1689 Rodos XXVII Krim xani II Haci GerayXXVII Krim xani30 sentyabr 1683 iyun 1684EvvelkiMurad GeraySonrakiI Selim GeraySexsi melumatlarDogum tarixi 1644Dogum yeri Krim Krim xanligiVefat tarixi iyun 1689Vefat yeri Rodos Osmanli imperiyasiDefn yeri RodosFealiyyeti suveren d Atasi Krim GerayAilesi GeraylarDini sunni islam Krim xani I Selamet Gerayin nevesi kalqay Krim Gerayin o 1651 ogludur Atasinin doyus meydaninda helak olmasinin ardindan qardaslariyla birlikde emisi III Islam Gerayin himayesine alindi Emisi ogullari I Selim Geray ve Murad Gerayin seltenetlerinde Osmanli ordusunun qerb cebhesindeki muharibelerde istirak etdi Avstriyalilara qarsi geden bu muharibelerde boyuk sohret qazandi 1683 cu ilin payizinda sedrezem Merzifonlu Mustafa Pasanin Ikinci Vyana muharesine qatildi Murad Gerayin rehberlik etdiyi tatar suvari birliklerinin muhasireye gec qatilmasi ve xanin sedrezemle olan sexsi dusmenliyi sebebile muhasire ugursuzluqla neticelendi Bu behane gosterilerek Murad Geray derhal vezifeden alindi ve Haci Geray xan elan olundu Onun xan teyin edilmesi basda Sirin qebilesi olmaqla bir cox tatar zadeganlarini narazi salsa da emrindeki yeniceri birlikleriyle Krima gelen Haci Geray hakimiyyeti ele ala bildi Emisi oglu I Selim Gerayin ogullari Dovlet Gerayi kalqay Ezemet Gerayi ise nureddin teyin etdi Bilinmeyen sebebe gore bir cox tatar zadeganinin gelirlerini legv etdi Bu ise ona qarsi olan muxalif gucleri birlesdirdi Ustelik Istanbuldaki en guclu destekcisi olan sedrezem Merzifonlu Mustafa Pasa vezifeden alinaraq edam olunmusdu Cox kecmeden 1684 cu ilde Bagcasaraya hucum eden yerli eyanlar xani ele kecirerek paytaxtdan qovdular ve Istanbula elci gondererek I Selim Gerayin yeniden hakimiyyete getirilmesini teleb etdiler Manqupa qacan Haci Geray bir muddet sonra Istanbula geldi ve burada verilen qerarla Rodosa surgun olundu 1689 cu ilde burada vefat etdi MenbeOleksa Gaivoronsky Poveliteli dvuh materikov Kiev Bakhchisarai 2007 ISBN 978 966 96917 1 2IstinadlarHenry Hoyle Howorth History of the Mongols 1880 part 2 p 479