BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi — 1993-cü il oktyabrın 14-də 822 (1993) və 853 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə ciddi narahatlığın ifadə olunduğu, Moskvada keçirilən görüşlərin sülhə töhfə verəcəyinə dair ümidlərin əks edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3292-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. 874 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin üçüncüsüdür. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası | |
874 saylı qətnamə | |
---|---|
Tarixi | 14 oktyabr 1993 |
Sessiya | № 3292 |
Kod | S/RES/874 |
Səsvermə |
|
Mövzu | Qarabağ münaqişəsi |
Nəticə | Qəbul edildi |
Təhlükəsizlik Şurasının tərkibi 1993-cü ildə | |
Daimi üzvlər | |
Qeyri-daimi üzvlər | |
Sənəd |
Qətnamədə işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilsə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 874 saylı qətnamə də Ermənistan tərəfindən icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır.
Zəmin
1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Münaqişə tərəfləri arasında zaman-zaman qısamüddətli danışıqlar aparılmasına baxmayaraq, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı rayonları bir-birinin ardınca erməni silahlı qüvvələri tərəfindən işğal edilir.
28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun Parisdə keçirilən iclasında "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" hazırlanır və tərəflərə təqdim edilir. Cədvəlin əleyhinə olan Azərbaycan sənədin BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə zidd olduğunu bildirir. Belə ki, qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxarılması qeyd edilsə də, cədvəldə həmin qüvvələrin çıxarılması üçün şərtlər müəyyən olunur və torpaqların necə boşaldılacağı göstərilmirdi.
Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və Azərbaycanın, eləcə də ATƏM-in Minsk qrupunun sədrinin BMT Təhlükəsizlik Şurasına 1 oktyabr tarixli müraciətini nəzərə alaraq, Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirir və oktyabrın 14-də 874 saylı qətnamə qəbul edir. Azərbaycanın müraciətində Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" ilə Azərbaycanın razı olmadığı öz əksini tapmışdı. Qətnamədə isə bunun əksinə olaraq, cədvəl təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi.
Qətnamənin mətni
Qətnamə 13 bənddən ibarətdir. I bənddə maraqlı tərəflər Rusiya Federasiyası hökumətinin vasitəsilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırılır. II–VI bəndlərdə ATƏM çərçivəsində sülh prosesinin həyata keçirilməsi və Minsk qrupunun yorulmaz səyləri tam dəstəklənir, "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yenilənmiş cədvəli" alqışlanır və tərəflər bu cədvəli qəbul etməyə çağırılır. Sözügedən bəndlərdə həmçinin yaxınlarda işğal edilmiş ərazilərdən silahlı qüvvələrin çıxarılması, rabitə və nəqliyyatın bərpa olunması ilə bağlı məsələlər qeyd olunur.
VII bənddə Baş katibdən Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək, konfrans açıldıqdan sonra danışıqların keçirilməsi üçün yardım etmək xahiş edilir. VIII bənddə ATƏM-in müşahidəçilik üzrə missiya yaratması dəstəklənir. IX bənddə bütün tərəflər beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırılır və münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) saylı qətnamələrindəki çağırışlar təkrar edilir. X bənddə isə region dövlətlərinə təkidlə çağırış edilir ki, münaqişənin genişlənməsinə səbəb ola biləcək hərəkətlərdən və müdaxilədən çəkinsinlər.
XI-XII bəndlərdə Baş katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərmələri, qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etmələri xahiş olunur. Baş katibdən, ATƏM-in fəaliyyətdə olan sədrindən və ATƏM-in Minsk qrupunun sədrindən Minsk prosesinin gedişi, xüsusilə şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi və şuraya məruzələrin təqdim olunmasının davam etdirilməsi xahiş edilir. XIII bənddə məsələ ilə fəal məşğul olmaq qərara alınır.
Əhəmiyyəti
Qətnamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edir. Burada beynəlxalq hüququn bir sıra prinsipləri qeyd olunur. Belə ki, Azərbaycanın suverenlik hüquqlarını və ərazi bütövlüyünü təhdid edən Dağlıq Qarabağ münaqişəsi çərçivəsində problemin sülh yolu ilə həllinə çağırışdan başqa, Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edilir; həmçinin, sərhədlərin toxunulmazlığı prinsipi ilə yanaşı, ərazi əldə etmək məqsədilə "güc tətbiqinin yolverilməzliyi" prinsipi də bir daha xatırladılır. Belə ki, istənilən hərbi işğal müvəqqəti hesab olunur və işğal olunmuş ərazi üzərində suverenliyin verilməsinə səbəb ola bilməz. Bu da onu göstərir ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağda hər hansı dövlət yaradıla bilməz.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr problemin həlli üçün açar kimi istifadə oluna biləcək qətnamələr idi. Digər üç qətnamədə olduğu kimi, bu sənəddə də Azərbaycan torpaqlarının işğalına dərhal son verilməli olduğu qərara alınıb və Dağlıq Qarabağ münaqişəsinin "regionda sülh və təhlükəsizliyə" təhlükə yaratdığı faktı Təhlükəsizlik Şurası tərəfindən etiraf edilib.
Sənəddə Dağlıq Qarabağ regionunun Azərbaycan ərazisi olduğu təsdiq edilir. Qətnamə isə münaqişənin təkcə Dağlıq Qarabağda deyil, həm də onun ətrafında da davam etdiyini diqqətə çatdırır.
Vəziyyətin ciddiliyi nəhayət Təhlükəsizlik Şurasını vadar edir ki, bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrdə ilk dəfə olaraq rəsmi İrəvanın da münaqişədə iştirakçı olduğunu təsdiq etsin. Belə ki, məhz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin olmasının vurğulanması Ermənistanın işğal prosesində iştirak etdiyini sübut edir.
Sənəddə zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərilməsi və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik edilməsi kimi məsələlər də qeyd olunub. Həmçinin, tərəflər beynəlxalq humanitar hüququ pozmamağa çağırılır.
Tənqidi yanaşmalar
874 saylı qətnamənin də digər əlaqəli qətnamələr kimi zəif cəhətləri qismində bu sənədin çağırış xarakterli olması, mövcud vəziyyəti pisləməklə kifayətlənməsi göstərilir.
Abxaziya ilə əlaqədar BMT səviyyəsində qəbul edilmiş qətnamələrdə Abxaziyanın demoqrafik tərkibini dəyişdirmək cəhdləri, o cümlədən ərazini əvvəllər burada yaşamayan insanlarla məskunlaşdırmaq cəhdləri də pislənsə də, oxşar mövqe Dağlıq Qarabağla bağlı qəbul edilmiş qətnamələrdə qeyd olunmamış, sadəcə məcburi köçkün faktı təsdiq edilmişdi.
Qətnamədə Azərbaycanın ərazilərinin işğal edilməsi qeyd edilsə də, yalnız erməni tərəfinin hərəkətlərinin pislənməsi ilə bağlı müddəaya rast gəlinmir: Təhlükəsizlik Şurası bu hissədə "maraqlı tərəflər" kimi məchul növdə ifadələrdən istifadə etməklə vəziyyətdən narahat olduğunu çatdırır. Bu da çox güman ki, Təhlükəsizlik Şurasında siyasi konsensusun (ing. consensus) olmamasından irəli gəlir. Halbuki, Abxaziya məsələsində eyni şura yalnız abxaz tərəfini hərəkətlərinə görə aşkar surətdə tənqid edir. Buna görədir ki, 874 saylı qətnamədə yenə məchul növdə ifadə edilmiş "işğal edilmiş ərazilərdən qoşunların çıxarılması" qeydində məhz hansı qoşunların kim tərəfindən çıxarılmalı olduğu aydın əks olunmur. Hətta bununla bağlı aşkar surətdə məhz Ermənistan dövlətinə adi bir çağırış da edilmir. Bunun əksinə olaraq, xorvatlarla boşnaklar arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar sözügedən qətnamədən bir il əvvəl — 1992-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 752 saylı qətnaməsində münaqişədə işğalçı qüvvələri dəstəkləyən və bu mənada Ermənistanı xatırladan Xorvatiyanın üzərinə belə tələblər qoyulmuşdur.
Sənəddə digər qətnamələrdə olduğu kimi işğalçı tərəfin kimliyi qeyri-müəyyən olaraq qalır və yalnız "işğalçı qüvvələr" ifadəsindən istifadə olunur. Təhlükəsizlik Şurası 874 saylı qətnamədə də region dövlətlərini sülh və təhlükəsizliyi pozan düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırmaqla kifayətlənir. Beləliklə, işğal prosesində həlledici rolu olan Ermənistan və Rusiyaya üstüörtülü çağırış edilir.
Qətnamədə Azərbaycanın daha əvvəl işğal edilmiş ərazilərinin adları çəkilmir, əvəzində "bu yaxınlarda işğal edilmiş ərazilər" ifadəsindən istifadə olunur. Bəzi müəlliflərə görə, işğal olunmuş ərazilərdən hərbi qüvvələrinin çıxarılmasının dəqiq tarixinin qeyd olunmaması sənədin digər zəif cəhəti hesab edilir. Həmçinin işğal edilmiş ərazilərdən işğalçı qüvvələr çıxarılmadığı təqdirdə onların hansı cəza tədbirlərinə və ya sanksiyalara məruz qalacağı göstərilmir. Eləcə də, sənədin məzmunundan tam olaraq aydın deyil ki, Təhlükəsizlik Şurasının daimi üzvləri ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini dərhal tərk etmələrinin, yoxsa münaqişənin atəşkəs və danışıqlar yolu ilə həllinin daha çox tərəfdarıdırlar.
Sənəddə əks olunmuş "ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etmək" ilə bağlı qeyd sanki BMT-nin münaqişənin həllini Rusiyanın öhdəsinə qoyması kimi başa düşülür.
Qətnamə Azərbaycan ərazilərinin işğalını təsdiq etsə də, münaqişənin həll edilməsi istiqamətində BMT tərəfindən əməli addımlar atılmamışdır. Azərbaycanın dəfələrlə etdiyi müraciətləri və Ermənistanın regionda sülhü ciddi şəkildə təhdid etdiyinə dair kifayət qədər sübutları nəzərə almayan Təhlükəsizlik Şurası heç bir məcburiyyət tədbiri görməyə ehtiyac duymamışdır. Nəticədə, tərəflər arasında İkinci Qarabağ müharibəsinin baş verməsi qaçınılmaz olmuş və bunun ardınca 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulmuş, sülh sazişinin imzalanması ilə bağlı tərəflər arasında görüşlər keçirilmişdir. Bununla da üçtərəfli bəyanat BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etmişdir.
Qətnaməyə zidd davranışlar
Qətnamənin qəbul edilməsindən bir neçə gün sonra, oktyabrın 16-da Azərbaycanın xarici işlər naziri Həsən Həsənov Minsk qrupunun sədrinə məktub göndərərək ölkələri Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin pozulmasının qarşısının alınması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün daha səmərəli səylər göstərməyə çağırdı. Yaranmış vəziyyəti öyrənmək üçün ATƏM sədri, İsveçin xarici işlər naziri (en) oktyabr ayının sonlarında regiona səfər etdi. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə görüşərək atəşin dayandırılması və münaqişənin həlli yolları barədə müzakirələr apardı. Görüş başa çatdıqdan sonra keçirilən birgə mətbuat konfransında Heydər Əliyev ATƏM-in fəal köməyinə ümid etdiklərini bildirdi:
İndi respublikamızda böhranlı vəziyyət yaranmışdır. Mən bilmirəm, bu, sadəcə təsadüfdür, yoxsa sizin gəlişinizlə əlaqədar xüsusi olaraq yaradılmış şəraitdir, lakin hər bir halda, bizdən ötrü nə qədər böhranlı və faciəli olursa-olsun, indiki vəziyyət – real faktdır. Sizin Azərbaycan üçün məhz belə ağır dövrdə buraya səfərinizi respublikamızın bütün vətəndaşları diqqətlə izləyirlər. Buna görə də biz çox istəyirik ki, sizin buraya səfəriniz ATƏM-lə bağlı olduğumuz problemlərin həllində konkret əməli nəticələrlə başa çatsın... Zəngilan rayonu mühasirədədir. Dünən çox çətinliklə nail olduq ki, bu rayon işğal edilməsin. Ermənistan işğalçı qoşunları artıq İranla sərhədə çıxmış, Azərbaycan–İran sərhədinin əksər hissəsinə nəzarət edirlər. Əslində münaqişə beynəlmiləlləşdirilmişdir. Bayaq dedim ki, on minlərlə adamımız İran ərazisindədir. Heydər Əliyev, 26 oktyabr 1993-cü il |
Növbəti gün Marqareta af Uqlas İrəvanda səfərdə oldu. Çağırışlara məhəl qoymayan Ermənistan silahlı qüvvələri isə Marqareta af Uqlasın səfəri zamanı oktyabrın 29-da Zəngilan rayonunu işğal etdi.
Sonrakı illərdə qətnamələrə zidd olaraq Dağlıq Qarabağda formalaşdırılan qondarma rejim BMT-nin üzvü olan heç bir dövlət, o cümlədən Ermənistan tərəfindən tanınmadı. 2015-ci ildə Çıraqov və başqaları Ermənistana qarşı işi üzrə AİHM belə qənaətə gəlmişdir ki, Ermənistan işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda "effektiv nəzarətə" malikdir. Rejimin Ermənistanla çox sıx əlaqələrinin olması bölgənin de-fakto Ermənistana ilhaq edildiyini göstərir. Bu səbəbdən bəzi müəlliflər qondarma rejimi "de-fakto rejim"dən çox "peyk oyuncaq dövlət" və ya sadəcə Ermənistana ilhaq edilmiş ərazi kimi səciyyələndirmişlər. Ermənistan isə münaqişə dövründə Dağlıq Qarabağa inzibati, iqtisadi və hərbi yardım göstərməklə başqa dövlətin ərazilərinin qanunsuz işğalı nəticəsində yaranmış vəziyyətin saxlanmasına dəstək vermiş, bununla beynəlxalq hüquqi öhdəliklərini pozmuşdur.
Həmçinin bax
İstinadlar
- Ruslan Rehimov. "Dağlık Karabağ'daki işgale son verilmesini öngören BMGK kararları uygulanmıyor" (türk). . 29 sentyabr 2020. 03 noyabr 2020 tarixində . İstifadə tarixi: 18 oktyabr 2022.
- Efegil, Ertan; Kasımlı, Cavid. Dağlık Karabağ Üzerine Yazılar (türk). I. İstanbul: Gündoğan Yayınları. 2014. ISBN .
- Toğrul Aliyev. "Dağlık Karabağ Sorunu ve Uluslararası Örgütler" (PDF) (türk). Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü Uluslararası İlişkiler Anabilim Dalı. 2006. 18 oktyabr 2022 tarixində (PDF). İstifadə tarixi: 18 oktyabr 2022.
- Akçay, Deniz. "Dağlık Karabağ Uyuşmazlığında Self-Determinasyon Tezlerinin Göreceliği". Ermeni Araştırmaları (65). 2020: səh. 101-129. 2023-07-01 tarixində . İstifadə tarixi: 18 oktyabr 2022.
- "Doc. S/2016/711 — Letter dated 15 August 2016 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General" (ingilis). 2016. (#cite_web_url); (#accessdate_missing_url)
- Coppieters, Bruno; Olivier, Paye. UN and CSCE Policies in Transcaucasia // Contested Borders in the Caucasus (ingilis). Bruxelles: VUB Press. 1996. səh. 103-136. ISBN . 18 oktyabr 2022 tarixində .
- Ministry of Foreign Affairs (Azerbaijan). "Documents of International Organizations on the Armenia-Azerbaijan conflict" (PDF) (ingilis). 2017. 01 iyul 2022 tarixində (PDF). İstifadə tarixi: 23 oktyabr 2022.
- J. Coyle, James. Nagorno-Karabakh // Russia's Border Wars and Frozen Conflicts (ingilis). Switzerland: Springer International Publishing AG Switzerland. 2018. səh. 227. ISBN .
- United Nations Security Council. "United Nations Security Council Resolution 752" (PDF) (ingilis). 15 may 1992. 19 oktyabr 2022 tarixində (PDF). İstifadə tarixi: 19 oktyabr 2022.
- Askerov, Ali. The Nagorno Karabakh Conflict // Post-Soviet Conflicts: The Thirty Years’ Crisis (ingilis). London: Lexington Books. səh. 66. ISBN .
- Tahir Allahverdiyev. "Azerbaycan ve Ermenistan arasındaki Dağlık Karabağ sorunu" (PDF) (türk). 2010. 2022-10-30 tarixində (PDF). İstifadə tarixi: 30 oktyabr 2022.
- meclis.gov.az. "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı" (az.). 26 noyabr 2020. 31 iyul 2022 tarixində . İstifadə tarixi: 18 oktyabr 2022.
- Qasımlı, Musa. Azərbaycan Respublikasının diplomatiya tarixi / Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003) (PDF) (az.). I hissə. Mütərcim. 2015. səh. 202. ISBN . 2023-07-01 tarixində . İstifadə tarixi: 2022-10-30.
- ATƏM-in sədri İsveçin xarici işlər naziri Marqareta af Uqlas ilə görüşdə çıxış // Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (PDF) (az.). I kitab. Baku: Azərnəşr. 1997. səh. 135-137. 2023-07-01 tarixində (PDF). İstifadə tarixi: 2022-10-30.
- ECHR. "Chiragov and Others v. Armenia (App. No. 13216/05), Grand Chamber" (ingilis). 16 iyun 2015. İstifadə tarixi: 30 oktyabr 2022.
- Y. Melnik, Andriy. Nagorny-Karabakh (ingilis). Max Planck Encyclopedia of Public International Law. 2013.
para. 10
- Richter, Dagmar. Illegal States? // Unrecognised Subjects in International Law (ingilis). Warsaw: Scholar Publishing House. 2019. səh. 45-46.
Xarici keçidlər
- Qətnamənin rəsmi mətni
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
BMT Tehlukesizlik Surasinin 874 sayli qetnamesi 1993 cu il oktyabrin 14 de 822 1993 ve 853 1993 sayli qetnamelerinin bir daha tesdiq edilmesi ile Ermenistan ve Azerbaycan arasinda Dagliq Qarabag regionu ve onun etrafindaki erazilerde davam etmekde olan munaqise barede ciddi narahatligin ifade olundugu Moskvada kecirilen goruslerin sulhe tohfe vereceyine dair umidlerin eks edildiyi Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasi terefinden qurumun 3292 ci iclasinda yekdillikle qebul edilmis qerar 874 sayli qetname BMT Tehlukesizlik Surasi terefinden Qarabag munaqisesi ile elaqedar qebul edilmis qetnamelerin ucuncusudur Munaqisenin sulh yolu ile helli istiqametinde novbeti illerde hem BMT nin qurumlari hem de diger beynelxalq teskilatlar terefinden qebul edilmis qerarlarda ve verilmis beyanatlarda BMT Tehlukesizlik Surasinin Dagliq Qarabag munaqisesile bagli qetnamelerine istinad edilmis ve onlarin icrasinin zeruriliyi qeyd olunmusdur Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasi874 sayli qetnameTarixi 14 oktyabr 1993Sessiya 3292Kod S RES 874Sesverme Lehine 15 Eleyhine 0 Biteref 0Movzu Qarabag munaqisesiNetice Qebul edildiTehlukesizlik Surasinin terkibi 1993 cu ildeDaimi uzvler CXR Fransa Rusiya Boyuk Britaniya ABSQeyri daimi uzvler Braziliya Kabo Verde Cibuti Ispaniya Macaristan Yaponiya Merakes Yeni Zelandiya Pakistan VenesuelaSened Qetnamede isgal edilmis erazilerden qosunlarin cixarilmasina cagiris edilse de BMT Tehlukesizlik Surasinin Dagliq Qarabag munaqisesile bagli diger qetnameleri kimi 874 sayli qetname de Ermenistan terefinden icra edilmediyine gore Azerbaycan torpaqlari texminen 30 il erzinde isgal altinda qalmisdir Bununla elaqedar Azerbaycan prezidenti Ilham Eliyev BMT nin ikili standartlar tetbiq etdiyini bezi olkelerle bagli qerarlarin bir nece gun erzinde heyata kecirildiyi halda Azerbaycana qarsi eyni munasibetin gosterilmediyini defelerle vurgulamisdir ZeminEsas meqaleler Birinci Qarabag muharibesi ve 1993 Yay emeliyyatlari 1980 ci illerin sonlarinda Ermenistanla Azerbaycan arasinda baslanmis silahli munaqise 1993 cu ilde ozunun en sert dovrune qedem qoyur Munaqise terefleri arasinda zaman zaman qisamuddetli danisiqlar aparilmasina baxmayaraq Kelbecer Agdere Agdam Cebrayil Fuzuli ve Qubadli rayonlari bir birinin ardinca ermeni silahli quvveleri terefinden isgal edilir 28 sentyabr 1993 cu il tarixinde ATEM in Minsk qrupunun Parisde kecirilen iclasinda Texiresalinmaz addimlarin yenilenmis cedveli hazirlanir ve tereflere teqdim edilir Cedvelin eleyhine olan Azerbaycan senedin BMT Tehlukesizlik Surasinin 853 sayli qetnamesine zidd oldugunu bildirir Bele ki qetnamede isgalci quvvelerin Azerbaycanin isgal olunmus rayonlarindan qeyd sertsiz cixarilmasi qeyd edilse de cedvelde hemin quvvelerin cixarilmasi ucun sertler mueyyen olunur ve torpaqlarin nece bosaldilacagi gosterilmirdi Dagliq Qarabag munaqisesinin genislenmesi ve Azerbaycanin elece de ATEM in Minsk qrupunun sedrinin BMT Tehlukesizlik Surasina 1 oktyabr tarixli muracietini nezere alaraq Tehlukesizlik Surasi veziyyeti qiymetlendirir ve oktyabrin 14 de 874 sayli qetname qebul edir Azerbaycanin muracietinde Minsk qrupu terefinden hazirlanmis Texiresalinmaz addimlarin yenilenmis cedveli ile Azerbaycanin razi olmadigi oz eksini tapmisdi Qetnamede ise bunun eksine olaraq cedvel teqdir olunur ve bu plan esasinda munaqisenin nizamlanmasinin mumkunluyu bildirilirdi Qetnamenin metniQetname 13 bendden ibaretdir I bendde maraqli terefler Rusiya Federasiyasi hokumetinin vasitesile heyata kecirilen birbasa elaqeler neticesinde elde edilen ateskesi effektiv ve daimi etmeye cagirilir II VI bendlerde ATEM cercivesinde sulh prosesinin heyata kecirilmesi ve Minsk qrupunun yorulmaz seyleri tam desteklenir Tehlukesizlik Surasinin 822 1993 ve 853 1993 sayli qetnamelerinin heyata kecirilmesi uzre texiresalinmaz addimlarin yenilenmis cedveli alqislanir ve terefler bu cedveli qebul etmeye cagirilir Sozugeden bendlerde hemcinin yaxinlarda isgal edilmis erazilerden silahli quvvelerin cixarilmasi rabite ve neqliyyatin berpa olunmasi ile bagli meseleler qeyd olunur VII bendde Bas katibden Minsk konfransinda istirak etmek ucun numayende gondermek konfrans acildiqdan sonra danisiqlarin kecirilmesi ucun yardim etmek xahis edilir VIII bendde ATEM in musahidecilik uzre missiya yaratmasi desteklenir IX bendde butun terefler beynelxalq humanitar huququ pozmaqdan cekinmeye cagirilir ve munaqiseye meruz qalmis butun rayonlarda humanitar yardimin gosterilmesi uzre beynelxalq fealiyyetin maneesiz heyata kecirilmesinin temin edilmesine dair 822 1993 ve 853 1993 sayli qetnamelerindeki cagirislar tekrar edilir X bendde ise region dovletlerine tekidle cagiris edilir ki munaqisenin genislenmesine sebeb ola bilecek hereketlerden ve mudaxileden cekinsinler XI XII bendlerde Bas katibden ve muvafiq beynelxalq qurumlardan zerer cekmis ehaliye tecili humanitar yardim gostermeleri qacqin ve mecburi kockunlere tehlukesiz ve leyaqetle oz evlerine qayitmaqda komeklik etmeleri xahis olunur Bas katibden ATEM in fealiyyetde olan sedrinden ve ATEM in Minsk qrupunun sedrinden Minsk prosesinin gedisi xususile suranin muvafiq qetnamelerinin heyata kecirilmesi ve suraya meruzelerin teqdim olunmasinin davam etdirilmesi xahis edilir XIII bendde mesele ile feal mesgul olmaq qerara alinir EhemiyyetiQetname munaqisenin beynelxalq huququn norma ve prinsipleri esasinda helli uzre siyasi prosesin huquqi cercivesini mueyyen edir Burada beynelxalq huququn bir sira prinsipleri qeyd olunur Bele ki Azerbaycanin suverenlik huquqlarini ve erazi butovluyunu tehdid eden Dagliq Qarabag munaqisesi cercivesinde problemin sulh yolu ile helline cagirisdan basqa Azerbaycanin erazi butovluyu bir daha tesdiq edilir hemcinin serhedlerin toxunulmazligi prinsipi ile yanasi erazi elde etmek meqsedile guc tetbiqinin yolverilmezliyi prinsipi de bir daha xatirladilir Bele ki istenilen herbi isgal muveqqeti hesab olunur ve isgal olunmus erazi uzerinde suverenliyin verilmesine sebeb ola bilmez Bu da onu gosterir ki Azerbaycanin raziligi olmadan Dagliq Qarabagda her hansi dovlet yaradila bilmez Qarabagli mecburi kockunlerin meskunlasdigi vaqon duserge Berde 1992 1993 BMT Tehlukesizlik Surasinin qebul etdiyi 822 853 874 884 sayli qetnameler problemin helli ucun acar kimi istifade oluna bilecek qetnameler idi Diger uc qetnamede oldugu kimi bu senedde de Azerbaycan torpaqlarinin isgalina derhal son verilmeli oldugu qerara alinib ve Dagliq Qarabag munaqisesinin regionda sulh ve tehlukesizliye tehluke yaratdigi fakti Tehlukesizlik Surasi terefinden etiraf edilib Senedde Dagliq Qarabag regionunun Azerbaycan erazisi oldugu tesdiq edilir Qetname ise munaqisenin tekce Dagliq Qarabagda deyil hem de onun etrafinda da davam etdiyini diqqete catdirir Veziyyetin ciddiliyi nehayet Tehlukesizlik Surasini vadar edir ki bu munaqise ile bagli qebul etdiyi qetnamelerde ilk defe olaraq resmi Irevanin da munaqisede istirakci oldugunu tesdiq etsin Bele ki mehz Ermenistan Respublikasi ile Azerbaycan Respublikasi arasinda gerginliyin olmasinin vurgulanmasi Ermenistanin isgal prosesinde istirak etdiyini subut edir Senedde zerer cekmis ehaliye tecili humanitar yardim gosterilmesi ve qacqin ve mecburi kockunlere tehlukesiz ve leyaqetle oz evlerine qayitmaqda komeklik edilmesi kimi meseleler de qeyd olunub Hemcinin terefler beynelxalq humanitar huququ pozmamaga cagirilir Tenqidi yanasmalar874 sayli qetnamenin de diger elaqeli qetnameler kimi zeif cehetleri qisminde bu senedin cagiris xarakterli olmasi movcud veziyyeti pislemekle kifayetlenmesi gosterilir Abxaziya ile elaqedar BMT seviyyesinde qebul edilmis qetnamelerde Abxaziyanin demoqrafik terkibini deyisdirmek cehdleri o cumleden erazini evveller burada yasamayan insanlarla meskunlasdirmaq cehdleri de pislense de oxsar movqe Dagliq Qarabagla bagli qebul edilmis qetnamelerde qeyd olunmamis sadece mecburi kockun fakti tesdiq edilmisdi Qetnamede Azerbaycanin erazilerinin isgal edilmesi qeyd edilse de yalniz ermeni terefinin hereketlerinin pislenmesi ile bagli muddeaya rast gelinmir Tehlukesizlik Surasi bu hissede maraqli terefler kimi mechul novde ifadelerden istifade etmekle veziyyetden narahat oldugunu catdirir Bu da cox guman ki Tehlukesizlik Surasinda siyasi konsensusun ing consensus olmamasindan ireli gelir Halbuki Abxaziya meselesinde eyni sura yalniz abxaz terefini hereketlerine gore askar suretde tenqid edir Buna goredir ki 874 sayli qetnamede yene mechul novde ifade edilmis isgal edilmis erazilerden qosunlarin cixarilmasi qeydinde mehz hansi qosunlarin kim terefinden cixarilmali oldugu aydin eks olunmur Hetta bununla bagli askar suretde mehz Ermenistan dovletine adi bir cagiris da edilmir Bunun eksine olaraq xorvatlarla bosnaklar arasinda bas vermis silahli munaqise ile elaqedar sozugeden qetnameden bir il evvel 1992 ci ilde qebul edilmis BMT Tehlukesizlik Surasinin 752 sayli qetnamesinde munaqisede isgalci quvveleri destekleyen ve bu menada Ermenistani xatirladan Xorvatiyanin uzerine bele telebler qoyulmusdur Senedde diger qetnamelerde oldugu kimi isgalci terefin kimliyi qeyri mueyyen olaraq qalir ve yalniz isgalci quvveler ifadesinden istifade olunur Tehlukesizlik Surasi 874 sayli qetnamede de region dovletlerini sulh ve tehlukesizliyi pozan dusmencilik hereketlerinden ve her cur mudaxileden cekinmeye tekidle cagirmaqla kifayetlenir Belelikle isgal prosesinde helledici rolu olan Ermenistan ve Rusiyaya ustuortulu cagiris edilir Qetnamede Azerbaycanin daha evvel isgal edilmis erazilerinin adlari cekilmir evezinde bu yaxinlarda isgal edilmis eraziler ifadesinden istifade olunur Bezi muelliflere gore isgal olunmus erazilerden herbi quvvelerinin cixarilmasinin deqiq tarixinin qeyd olunmamasi senedin diger zeif ceheti hesab edilir Hemcinin isgal edilmis erazilerden isgalci quvveler cixarilmadigi teqdirde onlarin hansi ceza tedbirlerine ve ya sanksiyalara meruz qalacagi gosterilmir Elece de senedin mezmunundan tam olaraq aydin deyil ki Tehlukesizlik Surasinin daimi uzvleri ermenilerin isgal etdikleri Azerbaycan erazilerini derhal terk etmelerinin yoxsa munaqisenin ateskes ve danisiqlar yolu ile hellinin daha cox terefdaridirlar Senedde eks olunmus ATEM in Minsk qrupuna komek meqsedile Rusiya Federasiyasi hokumetinin yardimi ile heyata kecirilen birbasa elaqeler neticesinde elde edilen ateskesi effektiv ve daimi etmek ile bagli qeyd sanki BMT nin munaqisenin hellini Rusiyanin ohdesine qoymasi kimi basa dusulur Qetname Azerbaycan erazilerinin isgalini tesdiq etse de munaqisenin hell edilmesi istiqametinde BMT terefinden emeli addimlar atilmamisdir Azerbaycanin defelerle etdiyi muracietleri ve Ermenistanin regionda sulhu ciddi sekilde tehdid etdiyine dair kifayet qeder subutlari nezere almayan Tehlukesizlik Surasi hec bir mecburiyyet tedbiri gormeye ehtiyac duymamisdir Neticede terefler arasinda Ikinci Qarabag muharibesinin bas vermesi qacinilmaz olmus ve bunun ardinca 2020 ci il noyabrin 10 da Azerbaycan Rusiya prezidentlerinin ve Ermenistan bas nazirinin imzaladiqlari ucterefli beyanatla 30 ilden artiq davam eden Ermenistan Azerbaycan Dagliq Qarabag munaqisesine Azerbaycan torpaqlarinin isgalina son qoyulmus sulh sazisinin imzalanmasi ile bagli terefler arasinda gorusler kecirilmisdir Bununla da ucterefli beyanat BMT Tehlukesizlik Surasinin 1993 cu ilde qebul etdiyi qetnamelerin icrasini temin etmisdir Qetnameye zidd davranislarQetnamenin qebul edilmesinden bir nece gun sonra oktyabrin 16 da Azerbaycanin xarici isler naziri Hesen Hesenov Minsk qrupunun sedrine mektub gondererek olkeleri Azerbaycanin erazi butovluyunun ve serhedlerinin pozulmasinin qarsisinin alinmasi BMT Tehlukesizlik Surasinin qetnamelerinin yerine yetirilmesi ucun daha semereli seyler gostermeye cagirdi Yaranmis veziyyeti oyrenmek ucun ATEM sedri Isvecin xarici isler naziri en oktyabr ayinin sonlarinda regiona sefer etdi Sefer cercivesinde o Azerbaycan Respublikasinin Prezidenti Heyder Eliyev ile goruserek atesin dayandirilmasi ve munaqisenin helli yollari barede muzakireler apardi Gorus basa catdiqdan sonra kecirilen birge metbuat konfransinda Heyder Eliyev ATEM in feal komeyine umid etdiklerini bildirdi Indi respublikamizda bohranli veziyyet yaranmisdir Men bilmirem bu sadece tesadufdur yoxsa sizin gelisinizle elaqedar xususi olaraq yaradilmis seraitdir lakin her bir halda bizden otru ne qeder bohranli ve facieli olursa olsun indiki veziyyet real faktdir Sizin Azerbaycan ucun mehz bele agir dovrde buraya seferinizi respublikamizin butun vetendaslari diqqetle izleyirler Buna gore de biz cox isteyirik ki sizin buraya seferiniz ATEM le bagli oldugumuz problemlerin hellinde konkret emeli neticelerle basa catsin Zengilan rayonu muhasirededir Dunen cox cetinlikle nail olduq ki bu rayon isgal edilmesin Ermenistan isgalci qosunlari artiq Iranla serhede cixmis Azerbaycan Iran serhedinin ekser hissesine nezaret edirler Eslinde munaqise beynelmilellesdirilmisdir Bayaq dedim ki on minlerle adamimiz Iran erazisindedir Heyder Eliyev 26 oktyabr 1993 cu il Novbeti gun Marqareta af Uqlas Irevanda seferde oldu Cagirislara mehel qoymayan Ermenistan silahli quvveleri ise Marqareta af Uqlasin seferi zamani oktyabrin 29 da Zengilan rayonunu isgal etdi Sonraki illerde qetnamelere zidd olaraq Dagliq Qarabagda formalasdirilan qondarma rejim BMT nin uzvu olan hec bir dovlet o cumleden Ermenistan terefinden taninmadi 2015 ci ilde Ciraqov ve basqalari Ermenistana qarsi isi uzre AIHM bele qenaete gelmisdir ki Ermenistan isgal edilmis Dagliq Qarabag ve etraf rayonlarda effektiv nezarete malikdir Rejimin Ermenistanla cox six elaqelerinin olmasi bolgenin de fakto Ermenistana ilhaq edildiyini gosterir Bu sebebden bezi muellifler qondarma rejimi de fakto rejim den cox peyk oyuncaq dovlet ve ya sadece Ermenistana ilhaq edilmis erazi kimi seciyyelendirmisler Ermenistan ise munaqise dovrunde Dagliq Qarabaga inzibati iqtisadi ve herbi yardim gostermekle basqa dovletin erazilerinin qanunsuz isgali neticesinde yaranmis veziyyetin saxlanmasina destek vermis bununla beynelxalq huquqi ohdeliklerini pozmusdur Hemcinin baxBMT Tehlukesizlik Surasinin Dagliq Qarabag munaqisesile bagli qetnameleri 1993 Yay emeliyyatlari Arazboyu emeliyyatlarIstinadlarRuslan Rehimov Daglik Karabag daki isgale son verilmesini ongoren BMGK kararlari uygulanmiyor turk 29 sentyabr 2020 03 noyabr 2020 tarixinde Istifade tarixi 18 oktyabr 2022 Efegil Ertan Kasimli Cavid Daglik Karabag Uzerine Yazilar turk I Istanbul Gundogan Yayinlari 2014 ISBN 975 520 306 5 Togrul Aliyev Daglik Karabag Sorunu ve Uluslararasi Orgutler PDF turk Ankara Universitesi Sosyal Bilimler Enstitusu Uluslararasi Iliskiler Anabilim Dali 2006 18 oktyabr 2022 tarixinde PDF Istifade tarixi 18 oktyabr 2022 Akcay Deniz Daglik Karabag Uyusmazliginda Self Determinasyon Tezlerinin Goreceligi Ermeni Arastirmalari 65 2020 seh 101 129 2023 07 01 tarixinde Istifade tarixi 18 oktyabr 2022 Doc S 2016 711 Letter dated 15 August 2016 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary General ingilis 2016 cite web url accessdate missing url Coppieters Bruno Olivier Paye UN and CSCE Policies in Transcaucasia Contested Borders in the Caucasus ingilis Bruxelles VUB Press 1996 seh 103 136 ISBN 90 5487 117 2 18 oktyabr 2022 tarixinde Ministry of Foreign Affairs Azerbaijan Documents of International Organizations on the Armenia Azerbaijan conflict PDF ingilis 2017 01 iyul 2022 tarixinde PDF Istifade tarixi 23 oktyabr 2022 J Coyle James Nagorno Karabakh Russia s Border Wars and Frozen Conflicts ingilis Switzerland Springer International Publishing AG Switzerland 2018 seh 227 ISBN 978 3 319 52204 3 United Nations Security Council United Nations Security Council Resolution 752 PDF ingilis 15 may 1992 19 oktyabr 2022 tarixinde PDF Istifade tarixi 19 oktyabr 2022 Askerov Ali The Nagorno Karabakh Conflict Post Soviet Conflicts The Thirty Years Crisis ingilis London Lexington Books seh 66 ISBN 978 1 4985 9654 1 Tahir Allahverdiyev Azerbaycan ve Ermenistan arasindaki Daglik Karabag sorunu PDF turk 2010 2022 10 30 tarixinde PDF Istifade tarixi 30 oktyabr 2022 meclis gov az Azerbaycan Respublikasi Milli Meclisinin Beyanati az 26 noyabr 2020 31 iyul 2022 tarixinde Istifade tarixi 18 oktyabr 2022 Qasimli Musa Azerbaycan Respublikasinin diplomatiya tarixi Azerbaycan Respublikasinin xarici siyaseti 1991 2003 PDF az I hisse Mutercim 2015 seh 202 ISBN 978 995228 208 5 2023 07 01 tarixinde Istifade tarixi 2022 10 30 ATEM in sedri Isvecin xarici isler naziri Marqareta af Uqlas ile gorusde cixis Heyder Eliyev Musteqilliyimiz ebedidir PDF az I kitab Baku Azernesr 1997 seh 135 137 2023 07 01 tarixinde PDF Istifade tarixi 2022 10 30 ECHR Chiragov and Others v Armenia App No 13216 05 Grand Chamber ingilis 16 iyun 2015 Istifade tarixi 30 oktyabr 2022 Y Melnik Andriy Nagorny Karabakh ingilis Max Planck Encyclopedia of Public International Law 2013 para 10 Richter Dagmar Illegal States Unrecognised Subjects in International Law ingilis Warsaw Scholar Publishing House 2019 seh 45 46 Xarici kecidlerQetnamenin resmi metni