Azərbaycan təsviri sənəti — Azərbaycan xalqının nümayəndələri tərəfindən yaradılmış təsviri sənət nümunələri.
Tarixi
Qədim dövr
Azərbaycanda təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.
Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII–VII əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri — dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.
Antik dövr
Həkkaklıq və heykəltaraşlıq nümunələri Qafqaz Albaniyası dövrü sənətində geniş yayılmışdır. Mingəçevir məbədinin (5–6 əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviri Qafqaz Albaniyası dövrü heykəltaraşlığının ən kamil nümunələrindəndir.
Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala və s. yerlərdən tapılmış gümüş camların, tuncdan hazırlanmış su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilmişdir. Bu dövrün dairəvi və qabartma heykəltaraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Azərbaycanın qədim tarixi şəhərlərində — Qəbələ, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, Marağa və Ərdəbildə memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya — kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunmuşdur. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi və nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.
Orta əsrlər
Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsi üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynamışdır. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənmişdir. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil etmişdir.
Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmiş, Gəncə, Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir.
Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə yanaşı, memarlıqla da üzvi əlaqədə olmuşdur. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlı olmuşdur. Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanmış, XVIII–XIX əsrlərdə Abbasqulu, Qənbər Qarabaği, Əli Qulu, Şükür və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi ilə fərqlənir. Sarayın daxili salon və otaqlarında əlvan və şux rənglərlə işlənmiş rəsmlər, stilizə edilmiş naxışlar, insan, heyvan və quş təsvirləri, müharibə və ov səhnələrini canlandıran çoxfiqurlu, sürətli kompozisiyalar bir-birini əvəz edir. XIX əsrdə Azərbaycanda olmuş rus rəssamlarından Qriqori Qaqarin və Vasili Vereşagininin əsərlərində Bakı, Şuşa, İrəvan və digər şəhərlərin memarlıq abidələrinin təsvirini görmək mümkündür. Azərbaycan monumental boyakarlığının zəngin ənənələri İrəvanda Sərdar sarayının (XX əsrin ortalarında saray uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilmişdir), Şuşada bir sıra evlərin rəsmlərində davam etdirilmişdir.
Azərbaycan dəzgah boyakarlığının təşəkkülü, Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərmiş, "Rəqqasə", "Dərviş", "Pəhləvan", "Süvari" kimi bədii cəhətdən kamil portretlər yaratmışdır.
Azərbaycan mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi və xəttat kimi tanınmış Mir Möhsün Nəvvab rəssamlıq və nəqqaşlıq sahəsində də fəaliyyət göstərmişdir. Onun əsərlərində təbiət motivləri, güllərin, quşların təsviri əsas yer tutur. Bu dövrdə şair Xurşidbanu Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri və dekorativ-tətbiqi sənət nümunələri də diqqəti cəlb edir.
XV–XVI əsrlər
XVII–XVIII əsrlər
XIX əsr
XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. "Molla Nəsrəddin" və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. "Molla Nəsrəddin" jurnalının rəssamları Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə və X. Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Əzim Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur "Yüz tip" rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə Mirzə Ələkbər Sabirin "Hophopnamə" əsərinə çəkdiyi illüstrasiyalar Əzim Əzimzadənin ən uğurlu işlərindəndir.
XX əsr
Azərbaycan realist dəzgah boyakarlığının yaradıcılarından biri olan Bəhruz Kəngərlinin yaratdığı "İlanlı dağ Ay işığında", "Günəş batarkən", "Bahar" mənzərələri, "Qaçqınlar" silsiləsinə daxil olan yurdsuz insanların portretləri, "Elçilik", "Toy" kimi məişət kompozisiyaları, eləcə də 1910-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuş "Ölülər" (Cəlil Məmmədquluzadə), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə), "Pəri-cadu" (Əbdürrəhim bəy Haqverdiyev) və b. səhnə əsərlərinə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan rəssamlığının dəyərli örnəklərindəndir.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
1919-cu ildə Bakıda İstiqlal dövlət muzeyi təsis olunur, milli rəmzlər — dövlət gerbi və bayrağı yaranır, tarixi sənət abidələrinin qorunması və bərpası ilə əlaqədar tədbirlər həyata keçirilir. Milli təfəkkürün carçısı sayılan "Füyuzat" jurnalının naşiri, filosof, jurnalist və rəssam Əlibəy Hüseynzadə "Bibiheybət" məscidi, "Şeyxülislamın portreti" kimi əsərlərini yaradır.
Azərbaycan SSR dövrü
Azərbaycanda 1920-ci ildə kommunist rejiminin 70 illik hökmranlığı bərqərar oldu. Respublikada mədəni quruculuq və yeni tipli incəsənətin təşəkkülü prosesi başlandı. 1920-ci ildə Bakıda ilk rəssamlıq məktəbi açıldı, təsviri sənətin yeni növ və janraları yarandı.
1930-cu illərdə qrafika sahəsində Əzim Əzimzadə ilə yanaşı Qəzənfər Xalıqov, Əmir Hacıyev, Kazım Kazımzadə və digər rəssamlar da fəaliyyət göstərir, Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkir, müxtəlif aktual mövzularda siyasi plakatlar yaradırdılar. Müasir dəzgah boyakarlığının təşəkkülü 1920-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların fəaliyyəti ilə bağlı olmuşdur. 1928-ci ildə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin ilk yaradıcılıq sərgisi, 1930-cu illərdə Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və Moskvada nümayiş etdirilən ilk rəssamlıq sərgilərində Salam Salamzadə, Ələkbər Rzaquliyev və digər müasir mövzulara həsr etdikləri tablolar mühüm yer tuturdu. 1932-ci ildə Azərbaycan rəssamlarının təşkilat komitəsi yaradıldı. Boyakarlıq sahəsində bir sıra uğurlar qazanıldı. Sadıq Şərifzadənin "Üzüm yığımı", Qəzənfər Xalıqovun "Nizaminin portreti", Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə və Kamil Xanlarovun məişət və tarixi tabloları, kalorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb edir.
Azərbaycan müasir peşəkar heykəltaraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltaraşlıq kadrları yetişmişdir. 1920–30-cu illərdə ilk azərbaycanlı heykəltaraşlardan İ. Quliyev, eləcə də Azərbaycanda yaşayan S. D. Erzya, Y. R. Tripolskaya, P. V. Sabsay və b. heykəltaraşların iştirakı ilə Bakıda M. Ə. Sabirin, M. F. Axundzadənin və b. abidələri qoyulmuş, dekorativ heykəllər, portret və büstlər yaradılmışdır. 30-cu illərdə sovet heykəltaraşlığının banilərindən olan F. Əbdürrəhmanov Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin büst portretlərini (Ə. Haqverdiyev, M. F. Axundzadə, Ü. Hacıbəyov, A. Zeynallı və b.) və ilk monumental əsəri olan "Füzuli" heykəlini (1939, Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Heykəltəraş C. Qaryağdının dekorativ heykəl və portretləri, Molla Pənah Vaqifin heykəli (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) XX əsr Azərbaycan heykəltaraşlığının qiymətli nümunələrindəndir.
1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayı keçirildi.
İkinci Dünya Müharibəsi illərində Azərbaycan rəsamlarının yaradıcılığında siyasi plakat və satirik qrafika əsas yer tuturdu. Siyasi karikaturaların yaradılmasında Əzim Əzimzadə, Q. Xalıqov, İ. Axundov, Ə. Hacıyev, S. Şərifzadə və b. qrafiklərin mühüm rolu olmuşdur.
Müharibədən sonra, 1950-ci illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. Bunun inkişafında keçirilən sərgilərin mühüm rolu olmuşdur.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Mikayıl Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur. Rəssamın "Axşam", "Mingəçevir işıqları", "Azərbaycan çöllərində" (triptix), "Sevinc" və s. əsərlərində əmək adamları məişət səhnələri lirik səpkidə verilmişdir.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü xalq rəssamı Tahir Salahovun "Növbədən qayıdanlar", "Səhər qatarı", "Abşeron qadınları", "Yeni dəniz" tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn polad adaların əzəməti duyulur. Tahir Salahovun yaratdığı "Bəstəkar Qara Qarayevin portreti" əsəri portret sənətinin klassik nümunələrindəndir. Rəssamın xarici ölkələrin həyatına həst etdiyi lövhələri, mənzərə və natürmotları, "Bəstəkar Şostakoviçin portreti" müasir Azərbaycan boyakarlığının ən yaxşı əsərləri sırasına daxildir.
Orijinal və bənzərsiz yaradıcılığa malik Toğrul Nərimanbəyovun əsərlərində doğma yurdun təbiəti, müasirlərinin obrazı əlvan dekorativ boyalarla təsvir edilir. Rəssamın "Səadət", "Sevinc", "Torpağın bərəkəti", "Bazar" və s. tabloları natürmort və mənzərələri nikbinlik motivləri ilə səciyyələnir. Onun improvizasiya məharəti "Parisi xatırlayarkən", "Bethoven dünyası" tablolarında, səhnə dekorlarında aydın nəzərə çarpır. Nərimanbəyovun milli və beynəlmiləl ənənələrin sintezinə əsaslanan yaradıcılığı dünya şöhrəti qazanmışdır.
Nadir Əbdürrəhmanovvun "Çəltik becərənlər", "Dağlarda qürub çağı", Asəf Cəfərovun "Sabahın düşüncələri", "Həyat", "Mənim Azərbaycanım" tabloları rəngli zənginliyi ilə diqqəti cəlb edir.
Böyükağa Mirzəzadənin yaradıcılığında əmək adamlarının, mədəniyyət və incəsənət xadimlərinin (müğənni Zeynəb Xanlarova, rejissor Şəmsi Bədəlbəyli) portretləri, mənzərə və natürmortlar mühüm yer tutur. Əmək, sənaye mövzuları, Lətif Feyzullayev, Əyyub Məmmədov, və b. tablolarında öz əksini tapmışdır. X. Səfərova, H. Məmmədov, Q. Seyfullayev, Əbdülxalıq, A. Abdullayev, H. Haqverdiyev, D. Kazımov, C. Rüstəmov, K. Xanlarov, T. Şıxəliyev, A. Mehdiyev, M. Abbasov, F. Ağayev, S. Manafova və b. yaradıcılığında zəhmət adamlarına və məişət səhnələrinə, E. Rzaquliyev, Vidadi Nərimanbəyov, T. Sadıqzadə, Ə. Hüsenyov, K. Nəcəfzadə və b. əsərlərində Azərbaycan xalqının tarixi keçmişi, adət və ənənələri, müharibə, sülh mövzularına geniş yer verilmişdir. Portret janrında S. Salamzadə, T. Tağıyev, Vəcihə Səmədova, Oqtay Sadıqzadə, Nəcəfqulu, A. Kərimov, G. Mustafayeva, O. Ağababayev, H. Zeynalov, H. Kərimov, S. Məmmədov, və b. xüsusilə fərqlənmişlər.
Azərbaycan təbiətinin gözəllikləri xalq rəssamı S. Bəhlulzadənin "Qız bənövşəyə gedən yol", "Doğma düzənliklər", "Torpağın həsrəti", "Kəpəzin göz yaşları" və s. tablolarında öz əksini tapmışdır. N. Qasımov, K. Xanlarov, M. Tağıyev, S. Haqverdiyev, T. Cavadov, F. Xəlilov, B. Maratlı, N. Rzayev, Ə. Əsgərov, U. Haqverdiyev və b. rəssamlar mənzərə janrında orijinal tablolar yaratmışlar.
Həyatın gözəlliyini, fəlsəfi mənasını dərk etmək baxımından F. Xəlilovun Abşeron təbiətinə həsr olunan tabloları müasirliyin ritm və intonasiyaları ilə səciyyələnir.
C. Mircavadov, N. Rəhmanov, K. Əhmədov, Q. Yunusov, S. Veysov, A. İbrahimov, İ. Məmmədov, S. Mirzəzadə, F. Haşımov, F. Qulamov, A. Səmədov və b. əsərlərində Azərbaycan mifoloji təsəvvürləri ilə müasir boyakarlıq axtarışları uzlaşmışdır.
Teatr-dekorasiya sənətinin inkişafı Azərbaycan opera, balet, dram və musiqili komediya tamaşalarının səhnə təcəssümü ilə bağlıdır. Ə. Əzimzadənin bir sıra teatr tamaşalarına çəkdiyi geyim eksizləri, Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılırandan biri olan R. Mustafayevin 1920–30-cu illərdə "Ölülər" (C. Məmmədquluzadə), "Üsyan" (D. Furmanov), "Dəmirçi Gavə" (Ş. Sami), "Sevil", "Od gəlini", "1905-ci ildə" (C. Cabbarlı), "Şeyx Sənan" (H. Cavid), "Dağılan tifaq" (Ə. Haqverdiyev), "Şah İsmayıl" (M. Maqomayev), "Arşın mal alan", "Leyli və Məcnun", "Koroğlu" (Ü. Hacıbəyov), "Aşıq Qərib" (Z. Hacıbəyov), "Sonalar gölü" (P. Çaykovski) və s. dram, opera və balet tamaşalarına verdiyi bədii tərtibat Azərbaycan teatr-dekorasiya sənətinin inkişafında mühüm yer tutmuşdur. Teatr rəssamlığı sahəsində fəaliyyət göstərən rəssamlardan İ. Seyidovanın "Leyli və Məcnun" (Ü. Hacıbəyov), "Sevil" (F. Əmirov), Ə. Fətəliyevin "Koroğlu" (Ü. Hacıbəyov), "İnsanın taleyi" (İ. İ. Dzerjinski), "Bahadır və Sona" (S. Ələsgərov) operalarına, Ə. Almaszadənin "Gülşən" (S. Hacıbəyov), "Qaraca qız" (Ə. Abbasov) baletlərinə, N. Fətullayevin "Şərqin səhəri" (Ə. Məmmədxanlı), "Otello" (V. Şekspir), "Vaqif" (S. Vurğun), "Mahnı dağlarda qaldı" (İ. Əfəndiyev), İ. Axundovun "Solğun çiçəklər" (C. Cabbarlı), "Şeyx Sənan" (H. Cavid), S. Şərifzadənin "Cavanşir" (M. Hüseyn), "Kəndçi qızı" (M. İbrahimov) və s. dram tamaşalarına verdikləri bədii tərtibatlar xüsusilə diqqəti cəlb edir.
1960-cı illərdən başlayaraq səhnə tərtibatı sahəsində yenilik meylləri güclənir, rəssamlar şərtiliyə, lakonik və rəmzi təsvir vasitələrinə xüsusi əhəmiyyət verirlər. Bu sahədə ilk uğurlu addım atan T. Salahov "Antoni və Kleopatra", "Hamlet" (V. Şekspir), "Aydın" (C. Cabbarılı) pyeslərinin, xüsusilə "Koroğlu" operasının (Ə. Fətəliyevlə birgə) tamaşasına verdiyi bədii tərtibatda aydın konstruksiyalı, əzəmətli dekorlar yaratmışdır. M. Abdullayev "Leyli və Məcnun", "Koroğlu" (Ü. Hacıbəyov) operalarının və "Çitra" (Niyazi) baletinin tərtibatını şux və əlvan boyalarla həll etmişdir. T. Nərimanbəyovun "Qobustan kölgələri" (F. Qarayev), "Yeddi gözəl" (Q. Qarayev), "Nəsimi dastanı", "1001 gecə" (F. Əmirov) baletlərinin tamaşaları romantik üslub tərtibi ilə fərqlənir. Teatr-dekorasiya sənətinin inkişafında B. Əfqanlı, H. Mustafayev, S. M. Fefimenko, Y. A. Toropov, Ə. Abbasov, E. Aslanov, B. Əfəndiyev, M. Əliyev, A. Seyidov, E. Məmmədov, S. Haqverdiyeva, F. Əhmədov, Q. Məmmədov, F. Ə. Xəlilov, F. Qafarov və digər rəssamların, kino sahəsində C. Əzimov, K. Nəcəfzadə, N. Zeynalov, F. Bağırov, R. İsmayılov, M. Ağabəyov, N. Bəykişiyev və b. mühüm xidmətləri olmuşdur.
İkinci dünya müharibəsindən sonra Azərbaycanda monumental və dəzgah heykəltaraşlığı yeni inkişaf mərhələsinə qədəm qoydu. N. Gəncəvinin Gəncədə (1946; SSRİ Dövlət mükafatı, 1947) və Bakıda (1949) abidələri SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü F. Əbdürrəhmanovun yaradıcılığında mühüm mərhələ idi. Onun Bakıda qoyulmuş "Azad qadın" heykəli (1960), S. Vurğunun (1961), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1973), Düşənbədə şair Rudəkinin (1964, SSRİ Rəssamlıq Akademiyasının Qızıl medalı) abidələri, Azərbaycan monumental heykəltaraşlığının uğurlu nümunələrindəndir. Monumental heykəltaraşlıq ustası SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü P. V. Sabsay əmək adamlarının, elm və mədəniyyət xadimlərinin ("Neftçi M. P. Kaveroçkin", "Rəssam S. Bəhlulzadə", "Neftçi Babayev", "Yazıçı S. Rəimov", S. Vurğunun mənzil-muzeyi üçün monumetal portreti və s.) portretlər qalereyasını yaratmışdır. "A. S. Puşkinin portreti" ("Elegiya") heykəltaraşın ən kamil əsərlərindəndir.
Cabbar Qaryağdının monumental-dekorativ heykəltaraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. M. Ə. Sabirin (1958), N. Nərimanovun (1972) heykəlləri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı və general Həzi Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltaraşlığının qiymətli nümunələri sırasına daxildir.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ömər Eldarov və SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədovun birgə yaratdıqları "Füzuli" abidəsi (1962, Bakı) kamil, plastik sənət əsərlərindəndir. T. Məmmədovun Ü. Hacıbəyov (1962), M. Əzizbəyov (1977), Nəisimi (1979; İ. Zeynalovla birgə) və s. monumental abidələri Azərbaycan heykəltaraşlığının ən yaxşı nümunələrindəndir.
Ö. Eldarov, "X. Natəvan" (1960), "M. Maqomayev" (1987), H. B. Zərdabi (1973; Zərdab), "77-ci Azərbaycan diviziyasına" (1975, Sapun-Qora, Sevastopol) və Bakıda romantik şair "H. Cavid" (1993-?) abidələrində heykəltaraşlıqla memarlığın sintezinə nail olmuşdur. Onun "Neftçilər" (1963), "S. Bəhlulzadənin portreti" (1966), "Ömrün dörd çağı" (1974) kimi kompozisiya və portretlər üçün obrazların yığcamlığı və milli koloriti səciyyəvidir.
Post-Sovet dövrü
XX əsrin 1990-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yeni mərhələ başlanmışdır.
İstinadlar
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan tesviri seneti Azerbaycan xalqinin numayendeleri terefinden yaradilmis tesviri senet numuneleri Osmanli Sultani II Beyazidin elcileri Sah Ismayil Xetainin qebulunda 1504 Togrul Nerimanbeyovun resmi Azerbaycan Tarix Muzeyinde saxlanilir TarixiQedim dovr Azerbaycanda tesviri senetin en qedim numuneleri arasinda e e VIII V esrlerden qalmis Qobustan qaya tesvirleri Kelbecer rayonunun Zalxa golu etrafinda Ayicinqili ve Pericinqil daglarindaki Tunc dovrunun baslangicina e e 3 cu minillik aid resmler Ordubad seherinden simalda Gemiqaya daglarindaki qayaustu tesvirler mustesna ehemiyyete malikdir Qobustanin Boyukdas Kicikdas Cingirdag Sonqardag ve diger qayalarinda hekk olunmus resmlerde orada yasamis qedim insanlarin heyat terzi meiseti emeyi ile elaqedar tesvirler xususi maraq dogurur Burada ovculuq maldarliq ekincilik ve meisetin diger saheleri ile bagli muxtelif sujetler sehneler insan ve heyvan tesvirleri dinamik terzde hekk olunmusdur Qobustan qaya resmleri piktoqramlar ibtidai icma qurulusundan feodalizm merhelesine kimi coxesrlik uzun tarixi dovru ehate edir Tesviri senetin qedim numuneleri arasinda dulusculuq das ve metal memulatlarini bezeyen dekorativ naxislar resmler qabartmalar relyef tesvirler heykeller muhum yer tutur Bunlardan kure formali qab Naxcivan MR nin Sahtaxti kendi ikibasli maral fiquru Xocavend rayonunun Dolanlar kendi uzerinde 5 fantastik heyvan tesviri cizilmis tunc qab Gedebey aypara seklinde qizil yaxaliq Ziviye qizil cam Urmiya golu yaxinligindaki Hesenlu tepesi Qarabag duzlerinden tapilmis keramik qablar oz zerifliyi bedii kamilliyi ile ferqlenir e e VIII VII esrler Mingecevirden Samaxidan tapilmis muxtelif tipli ve formali bedii suse memulati numuneleri dekorativ qablar piyaleler qadin bezekleri Azerbaycanda suse istehsalinin da movcud oldugunu gosterir Antik dovr Hekkakliq ve heykeltarasliq numuneleri Qafqaz Albaniyasi dovru senetinde genis yayilmisdir Mingecevir mebedinin 5 6 esrler das kapitelinin sethinde muqeddes dirilik agacinin sol ve saginda uz uze dayanmis iki tovuz qusunun qabartma tesviri Qafqaz Albaniyasi dovru heykeltarasliginin en kamil numunelerindendir Bedii metal memulatlarinin torevtika tertibinde de plastik formalara tez tez tesaduf olunur Mingecevir Torpaqqala ve s yerlerden tapilmis gumus camlarin tuncdan hazirlanmis su qablarinin uzerinde maral sir tovuz qusu buta tesvirleri verilmisdir Bu dovrun dairevi ve qabartma heykeltarasliq numunelerinden tuncdan ve dasdan insan ve heyvan tesvirleri meiset ov ve dini ayinlerle bagli sehneler ustun yer tutur VII esrden baslayaraq islam dininin yayilmasi ile bagli Azerbaycanin qedim tarixi seherlerinde Qebele Naxcivan Samaxi Baki Berde Gence Beyleqan Tebriz Maraga ve Erdebilde memarliq kompleksleri saray qesr mescid ve turbeler insa edilirdi Hemin binalarin dekorativ tertibatinda kalliqrafiya kitabe ornament kasi ve qabartma elementlerinden genis istifade olunmusdur Sirvan Abseron memarliq mektebine mensub olan binalarda das uzerinde oyma seneti numuneleri hendesi ve nebati naxislar Naxcivan memarliq mektebini temsil eden binalarin dekorativ bezeklerinde ise sirli kerpicden ve kasi bezeklerinden ibaret ornament motivleri baslica yer tutur Orta esrler Heykelterasliq senetinin en meshur numuneleri arasinda XIII esrde Baki limaninda tikilmis Sirvansahlarin Bayil qesri yaxud Sebayil adlanan memarliq abidesi uzerindeki yazi ve qabartma tesvirleri binanin dekorativ tertibinde helledici rol oynamisdir Bayil daslarinda yazilarla birlikde insan ve heyvan peleng deve at okuz qus tesvirleri derin oyma uslubunda islenmisdir Friz xarakteri dasiyan Bayil daslari vaxtile quruda yerlesen mohtesem memarliq abidesinin dekorativ elementini teskil etmisdir Orta esrlerde Azerbaycan tesviri seneti dekorativ tetbiqi senetle vehdet teskil etmis Gence Beyleqan ve diger seherlerden tapilmis keramika numuneleri uzerinde nebati ve hendesi ornamentlerle yanasi iti caynaqli qusu yaxud vehsi heyvani oxla vuran cengaver tesvir edilmisdir Orta esrlerde Azerbaycan tesviri seneti dekorativ tetbiqi senetle yanasi memarliqla da uzvi elaqede olmusdur Seki Susa Quba Ordubad Lahic ve s seher ve yasayis menteqelerinde dovrumuzedek catmis monumental divar resmleri xalq yaradiciligi eneneleri ile six bagli olmusdur Seki xanlarinin sarayindaki divar resmleri xususile sohret qazanmis XVIII XIX esrlerde Abbasqulu Qenber Qarabagi Eli Qulu Sukur ve b senetkarlar terefinden yaradilmis hemin resmler dekorativ elementlerin movzu cehetden zenginliyi rengarengliyi ile ferqlenir Sarayin daxili salon ve otaqlarinda elvan ve sux renglerle islenmis resmler stilize edilmis naxislar insan heyvan ve qus tesvirleri muharibe ve ov sehnelerini canlandiran coxfiqurlu suretli kompozisiyalar bir birini evez edir XIX esrde Azerbaycanda olmus rus ressamlarindan Qriqori Qaqarin ve Vasili Veresagininin eserlerinde Baki Susa Irevan ve diger seherlerin memarliq abidelerinin tesvirini gormek mumkundur Azerbaycan monumental boyakarliginin zengin eneneleri Irevanda Serdar sarayinin XX esrin ortalarinda saray ucurulmus Mirze Qedim Irevaninin sarayin divarlarinda cekdiyi 4 iri olculu portret de mehv edilmisdir Susada bir sira evlerin resmlerinde davam etdirilmisdir Azerbaycan dezgah boyakarliginin tesekkulu Mirze Qedim Irevaninin adi ile baglidir O portret janri sahesinde daha semereli fealiyyet gostermis Reqqase Dervis Pehlevan Suvari kimi bedii cehetden kamil portretler yaratmisdir Azerbaycan medeniyyeti tarixinde istedadli sair musiqi nezeriyyecisi ve xettat kimi taninmis Mir Mohsun Nevvab ressamliq ve neqqasliq sahesinde de fealiyyet gostermisdir Onun eserlerinde tebiet motivleri gullerin quslarin tesviri esas yer tutur Bu dovrde sair Xursidbanu Natevanin yaratdigi menzereler gul cicek tesvirleri ve dekorativ tetbiqi senet numuneleri de diqqeti celb edir XV XVI esrler XVII XVIII esrler XIX esr XIX esrin evvellerinde Azerbaycanin simalinin Rusiyaya birlesdirilmesi ile Azerbaycan tesviri senetinde realist temayuller getdikce guclenir bedii yaradiciligin yeni nov ve janrlari meydana gelir Molla Nesreddin ve diger jurnallarin elece de kitab nesri ile bagli satirik qrafika ve illustrasiya janralari yaranir Molla Nesreddin jurnalinin ressamlari Oskar Smerlinq Iosif Rotter Ezim Ezimzade ve X Musayev dovrun ictimai siyasi problemleri ile seslesen realist qrafika seneti sahesinde genis fealiyyet gosterirler Azerbaycan satirik qrafikasinin banisi Ezim Ezimzade ictimai berabirsizliyi cehaleti fanatizmi carizm zulmunu ifsa eden keskin karikaturalar sarjlar yaradir Meshur Yuz tip resmler seriyasi qadin azadligi ateizm ve siyasi motivlere hesr olunmus akvarelleri aktualligi milli koloriti ile ferqlenir 1914 cu ilde Mirze Elekber Sabirin Hophopname eserine cekdiyi illustrasiyalar Ezim Ezimzadenin en ugurlu islerindendir XX esr Behruz Kengerlinin 1920 ci ilde cekdiyi Qacqin xanim resmi Azerbaycan realist dezgah boyakarliginin yaradicilarindan biri olan Behruz Kengerlinin yaratdigi Ilanli dag Ay isiginda Gunes batarken Bahar menzereleri Qacqinlar silsilesine daxil olan yurdsuz insanlarin portretleri Elcilik Toy kimi meiset kompozisiyalari elece de 1910 cu illerde Naxcivan teatrinda tamasaya qoyulmus Oluler Celil Memmedquluzade Haci Qara Mirze Feteli Axundzade Peri cadu Ebdurrehim bey Haqverdiyev ve b sehne eserlerine verdiyi bedii tertibat ve geyim eskizleri Azerbaycan ressamliginin deyerli orneklerindendir Azerbaycan Xalq Cumhuriyyeti dovru 1919 cu ilde Bakida Istiqlal dovlet muzeyi tesis olunur milli remzler dovlet gerbi ve bayragi yaranir tarixi senet abidelerinin qorunmasi ve berpasi ile elaqedar tedbirler heyata kecirilir Milli tefekkurun carcisi sayilan Fuyuzat jurnalinin nasiri filosof jurnalist ve ressam Elibey Huseynzade Bibiheybet mescidi Seyxulislamin portreti kimi eserlerini yaradir Azerbaycan SSR dovru Azerbaycanda 1920 ci ilde kommunist rejiminin 70 illik hokmranligi berqerar oldu Respublikada medeni quruculuq ve yeni tipli incesenetin tesekkulu prosesi baslandi 1920 ci ilde Bakida ilk ressamliq mektebi acildi tesviri senetin yeni nov ve janralari yarandi 1930 cu illerde qrafika sahesinde Ezim Ezimzade ile yanasi Qezenfer Xaliqov Emir Haciyev Kazim Kazimzade ve diger ressamlar da fealiyyet gosterir Azerbaycan ve xarici olke yazicilarinin kitablarina illustrasiyalar cekir muxtelif aktual movzularda siyasi plakatlar yaradirdilar Muasir dezgah boyakarliginin tesekkulu 1920 ci illerde Azerbaycan Dovlet Ressamliq Mektebini bitirmis genc ressamlarin fealiyyeti ile bagli olmusdur 1928 ci ilde Azerbaycan Genc Ressamlar Cemiyyetinin ilk yaradiciliq sergisi 1930 cu illerde Azerbaycan Inqilabi Tesviri Incesenet Birliyinin teskil etdiyi sergi boyuk ugur qazandi Bakida ve Moskvada numayis etdirilen ilk ressamliq sergilerinde Salam Salamzade Elekber Rzaquliyev ve diger muasir movzulara hesr etdikleri tablolar muhum yer tuturdu 1932 ci ilde Azerbaycan ressamlarinin teskilat komitesi yaradildi Boyakarliq sahesinde bir sira ugurlar qazanildi Sadiq Serifzadenin Uzum yigimi Qezenfer Xaliqovun Nizaminin portreti Mikayil Abdullayev Boyukaga Mirzezade Settar Behlulzade ve Kamil Xanlarovun meiset ve tarixi tablolari kalorit zenginliyi boyalarin ahengdarligi ile diqqeti celb edir Azerbaycan muasir pesekar heykeltarasliginin tesekkulu ile bagli Bakida bir sira monumental abideler qoyulmus milli heykeltarasliq kadrlari yetismisdir 1920 30 cu illerde ilk azerbaycanli heykeltaraslardan I Quliyev elece de Azerbaycanda yasayan S D Erzya Y R Tripolskaya P V Sabsay ve b heykeltaraslarin istiraki ile Bakida M E Sabirin M F Axundzadenin ve b abideleri qoyulmus dekorativ heykeller portret ve bustler yaradilmisdir 30 cu illerde sovet heykeltarasliginin banilerinden olan F Ebdurrehmanov Azerbaycan edebiyyat ve medeniyyet xadimlerinin bust portretlerini E Haqverdiyev M F Axundzade U Hacibeyov A Zeynalli ve b ve ilk monumental eseri olan Fuzuli heykelini 1939 Nizami ad Azerb Edebiyyati Muzeyinin lociyasinda yaratmisdir Heykelteras C Qaryagdinin dekorativ heykel ve portretleri Molla Penah Vaqifin heykeli Nizami Gencevi adina Milli Azerbaycan Edebiyyati Muzeyinin lociyasinda XX esr Azerbaycan heykeltarasliginin qiymetli numunelerindendir 1940 ci ilde Azerbaycan ressamlarinin 1 ci qurultayi kecirildi Ikinci Dunya Muharibesi illerinde Azerbaycan resamlarinin yaradiciliginda siyasi plakat ve satirik qrafika esas yer tuturdu Siyasi karikaturalarin yaradilmasinda Ezim Ezimzade Q Xaliqov I Axundov E Haciyev S Serifzade ve b qrafiklerin muhum rolu olmusdur Muharibeden sonra 1950 ci illerin ortalarinda Azerbaycan tesviri seneti bedii kamillik dovrune qedem qoydu Bunun inkisafinda kecirilen sergilerin muhum rolu olmusdur SSRI Ressamliq Akademiyasinin heqiqi uzvu Mikayil Abdullayevin tablolarinda respublikanin genis rengareng panorami tesvir olunmusdur Ressamin Axsam Mingecevir isiqlari Azerbaycan collerinde triptix Sevinc ve s eserlerinde emek adamlari meiset sehneleri lirik sepkide verilmisdir Tahir Salahovun 1960 ci ilde cekdiyi Bestekar Qara Qarayevin portreti resmi SSRI Ressamliq Akademiyasinin heqiqi uzvu xalq ressami Tahir Salahovun Novbeden qayidanlar Seher qatari Abseron qadinlari Yeni deniz tablolarinda dovrun qehremanliq pafosu Xezerde yukselen polad adalarin ezemeti duyulur Tahir Salahovun yaratdigi Bestekar Qara Qarayevin portreti eseri portret senetinin klassik numunelerindendir Ressamin xarici olkelerin heyatina hest etdiyi lovheleri menzere ve naturmotlari Bestekar Sostakovicin portreti muasir Azerbaycan boyakarliginin en yaxsi eserleri sirasina daxildir Orijinal ve benzersiz yaradiciliga malik Togrul Nerimanbeyovun eserlerinde dogma yurdun tebieti muasirlerinin obrazi elvan dekorativ boyalarla tesvir edilir Ressamin Seadet Sevinc Torpagin bereketi Bazar ve s tablolari naturmort ve menzereleri nikbinlik motivleri ile seciyyelenir Onun improvizasiya mehareti Parisi xatirlayarken Bethoven dunyasi tablolarinda sehne dekorlarinda aydin nezere carpir Nerimanbeyovun milli ve beynelmilel enenelerin sintezine esaslanan yaradiciligi dunya sohreti qazanmisdir Nadir Ebdurrehmanovvun Celtik becerenler Daglarda qurub cagi Asef Ceferovun Sabahin dusunceleri Heyat Menim Azerbaycanim tablolari rengli zenginliyi ile diqqeti celb edir Boyukaga Mirzezadenin yaradiciliginda emek adamlarinin medeniyyet ve incesenet xadimlerinin mugenni Zeyneb Xanlarova rejissor Semsi Bedelbeyli portretleri menzere ve naturmortlar muhum yer tutur Emek senaye movzulari Letif Feyzullayev Eyyub Memmedov ve b tablolarinda oz eksini tapmisdir X Seferova H Memmedov Q Seyfullayev Ebdulxaliq A Abdullayev H Haqverdiyev D Kazimov C Rustemov K Xanlarov T Sixeliyev A Mehdiyev M Abbasov F Agayev S Manafova ve b yaradiciliginda zehmet adamlarina ve meiset sehnelerine E Rzaquliyev Vidadi Nerimanbeyov T Sadiqzade E Husenyov K Necefzade ve b eserlerinde Azerbaycan xalqinin tarixi kecmisi adet ve eneneleri muharibe sulh movzularina genis yer verilmisdir Portret janrinda S Salamzade T Tagiyev Vecihe Semedova Oqtay Sadiqzade Necefqulu A Kerimov G Mustafayeva O Agababayev H Zeynalov H Kerimov S Memmedov ve b xususile ferqlenmisler Azerbaycan tebietinin gozellikleri xalq ressami S Behlulzadenin Qiz benovseye geden yol Dogma duzenlikler Torpagin hesreti Kepezin goz yaslari ve s tablolarinda oz eksini tapmisdir N Qasimov K Xanlarov M Tagiyev S Haqverdiyev T Cavadov F Xelilov B Maratli N Rzayev E Esgerov U Haqverdiyev ve b ressamlar menzere janrinda orijinal tablolar yaratmislar Heyatin gozelliyini felsefi menasini derk etmek baximindan F Xelilovun Abseron tebietine hesr olunan tablolari muasirliyin ritm ve intonasiyalari ile seciyyelenir C Mircavadov N Rehmanov K Ehmedov Q Yunusov S Veysov A Ibrahimov I Memmedov S Mirzezade F Hasimov F Qulamov A Semedov ve b eserlerinde Azerbaycan mifoloji tesevvurleri ile muasir boyakarliq axtarislari uzlasmisdir Teatr dekorasiya senetinin inkisafi Azerbaycan opera balet dram ve musiqili komediya tamasalarinin sehne tecessumu ile baglidir E Ezimzadenin bir sira teatr tamasalarina cekdiyi geyim eksizleri Azerbaycan realist teatr dekorasiya senetinin yaradicilirandan biri olan R Mustafayevin 1920 30 cu illerde Oluler C Memmedquluzade Usyan D Furmanov Demirci Gave S Sami Sevil Od gelini 1905 ci ilde C Cabbarli Seyx Senan H Cavid Dagilan tifaq E Haqverdiyev Sah Ismayil M Maqomayev Arsin mal alan Leyli ve Mecnun Koroglu U Hacibeyov Asiq Qerib Z Hacibeyov Sonalar golu P Caykovski ve s dram opera ve balet tamasalarina verdiyi bedii tertibat Azerbaycan teatr dekorasiya senetinin inkisafinda muhum yer tutmusdur Teatr ressamligi sahesinde fealiyyet gosteren ressamlardan I Seyidovanin Leyli ve Mecnun U Hacibeyov Sevil F Emirov E Feteliyevin Koroglu U Hacibeyov Insanin taleyi I I Dzerjinski Bahadir ve Sona S Elesgerov operalarina E Almaszadenin Gulsen S Hacibeyov Qaraca qiz E Abbasov baletlerine N Fetullayevin Serqin seheri E Memmedxanli Otello V Sekspir Vaqif S Vurgun Mahni daglarda qaldi I Efendiyev I Axundovun Solgun cicekler C Cabbarli Seyx Senan H Cavid S Serifzadenin Cavansir M Huseyn Kendci qizi M Ibrahimov ve s dram tamasalarina verdikleri bedii tertibatlar xususile diqqeti celb edir 1960 ci illerden baslayaraq sehne tertibati sahesinde yenilik meylleri guclenir ressamlar sertiliye lakonik ve remzi tesvir vasitelerine xususi ehemiyyet verirler Bu sahede ilk ugurlu addim atan T Salahov Antoni ve Kleopatra Hamlet V Sekspir Aydin C Cabbarili pyeslerinin xususile Koroglu operasinin E Feteliyevle birge tamasasina verdiyi bedii tertibatda aydin konstruksiyali ezemetli dekorlar yaratmisdir M Abdullayev Leyli ve Mecnun Koroglu U Hacibeyov operalarinin ve Citra Niyazi baletinin tertibatini sux ve elvan boyalarla hell etmisdir T Nerimanbeyovun Qobustan kolgeleri F Qarayev Yeddi gozel Q Qarayev Nesimi dastani 1001 gece F Emirov baletlerinin tamasalari romantik uslub tertibi ile ferqlenir Teatr dekorasiya senetinin inkisafinda B Efqanli H Mustafayev S M Fefimenko Y A Toropov E Abbasov E Aslanov B Efendiyev M Eliyev A Seyidov E Memmedov S Haqverdiyeva F Ehmedov Q Memmedov F E Xelilov F Qafarov ve diger ressamlarin kino sahesinde C Ezimov K Necefzade N Zeynalov F Bagirov R Ismayilov M Agabeyov N Beykisiyev ve b muhum xidmetleri olmusdur Ikinci dunya muharibesinden sonra Azerbaycanda monumental ve dezgah heykeltarasligi yeni inkisaf merhelesine qedem qoydu N Gencevinin Gencede 1946 SSRI Dovlet mukafati 1947 ve Bakida 1949 abideleri SSRI Ressamliq Akademiyasinin muxbir uzvu F Ebdurrehmanovun yaradiciliginda muhum merhele idi Onun Bakida qoyulmus Azad qadin heykeli 1960 S Vurgunun 1961 Sovet Ittifaqi Qehremani Mehdi Huseynzadenin 1973 Dusenbede sair Rudekinin 1964 SSRI Ressamliq Akademiyasinin Qizil medali abideleri Azerbaycan monumental heykeltarasliginin ugurlu numunelerindendir Monumental heykeltarasliq ustasi SSRI Ressamliq Akademiyasinin heqiqi uzvu P V Sabsay emek adamlarinin elm ve medeniyyet xadimlerinin Neftci M P Kaverockin Ressam S Behlulzade Neftci Babayev Yazici S Reimov S Vurgunun menzil muzeyi ucun monumetal portreti ve s portretler qalereyasini yaratmisdir A S Puskinin portreti Elegiya heykeltarasin en kamil eserlerindendir Cabbar Qaryagdinin monumental dekorativ heykeltarasliq eserleri bedii ifadeliyi ve dinamikliyi ile diqqeti celb edir M E Sabirin 1958 N Nerimanovun 1972 heykelleri iki defe Sovet Ittifaqi Qehremani ve general Hezi Aslanovun abidesi 1983 Lenkeran Azerbaycan heykeltarasliginin qiymetli numuneleri sirasina daxildir SSRI Ressamliq Akademiyasinin heqiqi uzvu Omer Eldarov ve SSRI Ressamliq Akademiyasinin muxbir uzvu Tokay Memmedovun birge yaratdiqlari Fuzuli abidesi 1962 Baki kamil plastik senet eserlerindendir T Memmedovun U Hacibeyov 1962 M Ezizbeyov 1977 Neisimi 1979 I Zeynalovla birge ve s monumental abideleri Azerbaycan heykeltarasliginin en yaxsi numunelerindendir O Eldarov X Natevan 1960 M Maqomayev 1987 H B Zerdabi 1973 Zerdab 77 ci Azerbaycan diviziyasina 1975 Sapun Qora Sevastopol ve Bakida romantik sair H Cavid 1993 abidelerinde heykeltarasliqla memarligin sintezine nail olmusdur Onun Neftciler 1963 S Behlulzadenin portreti 1966 Omrun dord cagi 1974 kimi kompozisiya ve portretler ucun obrazlarin yigcamligi ve milli koloriti seciyyevidir Post Sovet dovru XX esrin 1990 ci illerinde Azerbaycan Respublikasinin musteqilliyi seraitinde milli medeniyyetin o cumleden tesviri senetin inkisafinda yeni merhele baslanmisdir IstinadlarHemcinin bax