Vəcihə Əli qızı Səmədova (24 noyabr 1924, Bakı – 24 oktyabr 1965, Bakı) — Azərbaycanın ilk peşəkar qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib - Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib. Hal-hazırda Vəcihə Səmədovanın 4 əsəri Azərbaycan Dövət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
Vəcihə Səmədova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janr | portret |
Mükafatları |
Həyatı
Vəcihə Əli qızı Səmədova 1924-cü ildə şirniyyatçı Kərbəlayi Əli ilə evdar qadın Rübabə Səmədovanın ailəsində anadan olmuşdur. Vəcihənin atası Kərbəlayi Əli Qars azərbaycanlısı idi. O, qardaşı ilə birlikdə İrəvana, oradan da Bakıya köçərək burada Rübabə xanımla tanış olur. Rübabə xanım isə İranın Qum şəhərindən gəlmiş azərbaycanlı ailəsindən idi. Cütlüyün Vəcihədən başqa övladları olsa da, sadəcə Vəcihə və bacısı Solmaz yetkinlik yaşına çata bilmişdir. Vəcihə Səmədovanın uşaqlı illəri İçərişəhərdə keçib. Kiçik yaşından rəsmə marağı olduğu üçün atası ona məşhur rəssamların çizimlərindən ibarət rəsm kitabları alır. Orta məktəbin 7-ci sinifini bitirdikdən sonra 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1944-cü ilə qədər təhsilini davam etdirən Vəcihə Səmədova gələcək həyat yoldaşı və müəllimi Lətif Feyzullayevlə məhz burada tanış olur. Məktəbi fərqlənmə ilə bitirdikədən sonra təhsilini Moskvada Surikov adına Rəssamlıq İnstitiunda davam etdirir. L. Feyzullayev də müharibə səbəbindən yarımçıq qalan təhsilini başa vurmaq üçün Moskvaya gəlir və çox keçmədən onlar burada ailə həyatı qururlar. 1945-ci il noyabrın 1-də Bakıda ilk övladları Nicat dünyaya gəlir. 1 il fasilədən sonra yenidən təhsilini davam etdirən Vəcihə Səmədova 1949-cu ildə təhsilini başa vuraraq Bakıya qayıdır.
O, 1951-ci ildə azərbaycanlı bəstəkar "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir. Müəllimi Pavel Korinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova oğlu 7 yaşına gəldiyi üçün Bakıya qayıtmağa qərar verir və müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarı olur. Vətənə qayıtdıqdan sonra burada Əzim Əzimzadə adına Rəssamlıq Kollecində müəllim kimi işə başlayır. İlk illərdə maddi sıxıntılara görə bir müddət İçərişəhərdə yerləşən Vəcihə Səmədovanın ata evində yaşayırlar. Daha sonra 1958-ci ildə rəssamlar evinin tikintisi sona çatdıqdan sonra cütlüyə buradan mənzil verilir. Rəssamın emalatxanası da bu binada yerləşirdi.
1962-ci ildə Vəcihə Səmədovaya ayrı bir emalatxana təqdim edilir. Lakin o, bu emalatxanada uzun illər yaradıcılıqla məşğul ola bilmədən ağır xəstəliyə yaxalanır.
Yaradıcılığı
1957-1963-cü illər Səmədovanın yaradıclıq fəaliyyətində ən məhsuldar illər olmuşdur. O, “Lənkəranda toy”, “Toya hazırlıq”, “Mahnı” kimi maraqlı əsərlərini bu dövrdə yaradıb. Vəcihə Səmədovanın 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyəti yeni istiqamətin inkişafına təkan verir. Rəssamın bu silsiləyə daxil olan əsərlərinə “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo”, “Sozopolun dənizdən görüntüsü ” və başqalarını qeyd edə bilərik.
Vəcihə Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzir. Bunun bəhrəsi olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri, "Aktrisa Leyla Bədirbəylinin portreti", "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" kimi əsərlər yaranır.
Vəcihə Səmədova yaradıcılığında portretlər xüsusi bir yerə malikdir. 1953-cü ildə aktrisa Leyla Bədirbəylinin portretini çəkir. Bu portret 59 ildir ki, Azərbaycan İncəsənət Muzeyində nümayiş etdirilir. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar.
Rəssamın son tablosu olan "Xəbər Gözləyirəm" adlı rəsm əsərini 1963-cü ildə çəkmişdir. Əsər 1963-cü ildə Bakıda keçirilən "Bizim müasirimiz" adlı sərgidə nümayiş etdirilmişdir. Rəsmdə çimərlikdə dayanan və balıqçılardan xəbər gözləyən insanlar təsvir olunub. İsirdi qəzadan əvvəl yaranan gərginliyi hiss etmək mümkündür. Bu gərginlik ən çox ön planda dayanan qadının üzündə görünür. Rəssamın oğlu Nicat Feyzullayev deyir ki, bu qadın anasının obrazıdır. O ağır və sağalmaz xəstəliyindən xəbərdar olan zaman bu şəkli çəkib.
Ölümü
1962-ci ildə Vəcihə Səmədova xərçəng xəstəliyinə tutulur. Həkimi rəssama əməliyyatla qolunun amputasiya edilməsini təklif edir. O ömürünü uzatmaq üçün yaradıcılığını sonlandırmalı idi. Lakin rəssam buna razılıq vermir. Nəticədə rəssamın vəziyyəti pisləşir. Daha sonra Moskvada əməliyyat edilsə də artıq rəssam üçün çox gec olur. 1965-ci ildə Vəcihə Səmədova 41 yaşına 1 ay qalmış vəfat edir. Mərkəzi Komitə Fəxri Xiyabanda ona yer ayırsa da rəssam vəsiyyəti üzrə müsəlman qəbiristanlığında dəfn edilir. Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib - Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib.
Ölümündən sonra həyat yoldaşı Lətif Feyzullayev ona həsr etdiyi “Köhnə qəbiristanlıq”, “Tənha məzar”, “Rəssam Vacihə Səmədovanın portreti” və “Səhər” tablolarını rəsm edir.
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 29 iyun 1964
- Azərbaycanın milli rəssamlıq sertifikatı
- Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü və Rəngkarlıq Seksiyasının sədri olmuş (1960)
Sərgilər
- 1962-ci ildə Bakıda fərdi sərgisi keçirilir. Burada Bolqarıstan səyahəti təəssüratlarını rəsm etdiyi “Qoca bolqar qadınları” , “Sofiyada bazar” , “Yağışlı gün” kimi əsərləri nümayiş etdirilir. Növbəti srəgiləri Moskva və Sofiyada keçirilir.
- 1963-cü ildə ”Bizim müasirimiz” sərgisində “Xəbər gözləyərkən” əsəri nümayiş etdirilir.
- 14 iyul 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində baş tutan "Azərbaycan mədəniyyəti günləri" çərçivəsində Festivallar və Konqreslər Sarayında Lətif Feyzullayev və Vəcihə Səmədovanın əsərlərindən ibarət "Məhəbbət tandemi" sərgisi keçirilib.
- 2020-ci ilin fevral ayında “Rolls-Royce Motor Cars Baku” sərgi salonunda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə cütlüyün 40 əsərindən ibarət sərgi keçirilib.
Xatirəsi
Bakının mərkəzindəki Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın adını daşıyır. Rəssamın oğlu kinorejissor Nicat Feyzullayev Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə anasının həyat və yaradıcılığından bəhs edən sənədli film çəkib. "Azərbaycan rəngkarlığının kraliçası" adlı filmin premyerası 29 sentyabr 2010-cu il tarixində Bakıda, Azərbaycan Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Hal-hazırda Vəcihə Səmədovanın 4 əsəri Azərbaycan Dövət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
İstinadlar
- ADRQ, 2017. səh. 32
- "Queen of paintings". http://regionplus.az. 2023-04-11 tarixində . İstifadə tarixi: 2023-09-25.
- ADRQ, 2017. səh. 33
- "Vəcihə Səmədova (1924-1965)". Azərtac. 2022-12-07 tarixində . İstifadə tarixi: 2023-09-25.
- Lider TV. "Vəcihə Səmədovanın doğum günüdür" (az.). Youtube.com. 29.11.2017. 2022-03-31 tarixində . İstifadə tarixi: 2017-11-29.
- Nəcəfov, 1966
- AzərTAc. "Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb" (az.). Youtube.com. 15.07.2018. 2019-06-06 tarixində . İstifadə tarixi: 2018-07-16.
- "Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri başlayıb". mia.az. 2023-09-25 tarixində . İstifadə tarixi: 2023-09-25.
Xarici keçidlər
- Vəcihə Səmədovanın doğum günüdür
Mənbə
- Mürsəl Nəcəfov. Vəcihə Səmədova. Bakı. 1966.
- Габибов Н., Наджафов М. Искусство Советского Азербайджана. Moskva. 1960. 199.
- ADRQ. Azərbaycan Rəssamları haqqında qısa məlumat kitabçası. Bakı. 2017. 110.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vecihe Eli qizi Semedova 24 noyabr 1924 Baki 24 oktyabr 1965 Baki Azerbaycanin ilk pesekar qadin ressami Azerbaycan SSR emekdar incesenet xadimi 1964 Vecihe Semedovanin vefatindan az sonra adi ebedilesdirilib Azerbaycan Ressamlar Ittifaqinin sergi salonuna verilib Hal hazirda Vecihe Semedovanin 4 eseri Azerbaycan Dovet Resm Qalereyasinin fondunda qorunub saxlanmaqdadir Vecihe SemedovaDogum tarixi 24 noyabr 1924Dogum yeri Baki Baki qezasi Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 24 oktyabr 1965 40 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIHeyat yoldasi Letif FeyzullayevUsagi Nicat FeyzullayevFealiyyeti ressamTehsili Moskva Dovlet Ressamliq Institutu d Janr portretMukafatlariHeyatiVecihe Eli qizi Semedova 1924 cu ilde sirniyyatci Kerbelayi Eli ile evdar qadin Rubabe Semedovanin ailesinde anadan olmusdur Vecihenin atasi Kerbelayi Eli Qars azerbaycanlisi idi O qardasi ile birlikde Irevana oradan da Bakiya kocerek burada Rubabe xanimla tanis olur Rubabe xanim ise Iranin Qum seherinden gelmis azerbaycanli ailesinden idi Cutluyun Veciheden basqa ovladlari olsa da sadece Vecihe ve bacisi Solmaz yetkinlik yasina cata bilmisdir Vecihe Semedovanin usaqli illeri Iceriseherde kecib Kicik yasindan resme maragi oldugu ucun atasi ona meshur ressamlarin cizimlerinden ibaret resm kitablari alir Orta mektebin 7 ci sinifini bitirdikden sonra 1939 cu ilde Ezim Ezimzade adina Azerbaycan Dovlet Ressamliq Mektebine daxil olur 1944 cu ile qeder tehsilini davam etdiren Vecihe Semedova gelecek heyat yoldasi ve muellimi Letif Feyzullayevle mehz burada tanis olur Mektebi ferqlenme ile bitirdikeden sonra tehsilini Moskvada Surikov adina Ressamliq Institiunda davam etdirir L Feyzullayev de muharibe sebebinden yarimciq qalan tehsilini basa vurmaq ucun Moskvaya gelir ve cox kecmeden onlar burada aile heyati qururlar 1945 ci il noyabrin 1 de Bakida ilk ovladlari Nicat dunyaya gelir 1 il fasileden sonra yeniden tehsilini davam etdiren Vecihe Semedova 1949 cu ilde tehsilini basa vuraraq Bakiya qayidir O 1951 ci ilde azerbaycanli bestekar Uzeyir Hacibeyov telebeleri arasinda adli diplom isini muveffeqiyyetle mudafie edir Muellimi Pavel Korinin tekidi ile tehsilini daha uc il aspiranturada davam etdirir Sonradan oxudugu institutda ders demek teklifi alan Vecihe Semedova oglu 7 yasina geldiyi ucun Bakiya qayitmaga qerar verir ve musteqil yaradiciliga baslayir O Azerbaycanin ilk pesekar qadin rengkari olur Vetene qayitdiqdan sonra burada Ezim Ezimzade adina Ressamliq Kollecinde muellim kimi ise baslayir Ilk illerde maddi sixintilara gore bir muddet Iceriseherde yerlesen Vecihe Semedovanin ata evinde yasayirlar Daha sonra 1958 ci ilde ressamlar evinin tikintisi sona catdiqdan sonra cutluye buradan menzil verilir Ressamin emalatxanasi da bu binada yerlesirdi 1962 ci ilde Vecihe Semedovaya ayri bir emalatxana teqdim edilir Lakin o bu emalatxanada uzun iller yaradiciliqla mesgul ola bilmeden agir xesteliye yaxalanir Yaradiciligi Goy gol 20x35 karton yagli boya 1956 1957 1963 cu iller Semedovanin yaradicliq fealiyyetinde en mehsuldar iller olmusdur O Lenkeranda toy Toya hazirliq Mahni kimi maraqli eserlerini bu dovrde yaradib Vecihe Semedovanin 1962 ci ilde Bolqaristana yaradiciliq ezamiyyeti yeni istiqametin inkisafina tekan verir Ressamin bu silsileye daxil olan eserlerine Sofiya bazarinda Qoca bolqar qadinlari Plovdiv qayalari Turk qizi Tirnovo Sozopolun denizden goruntusu ve basqalarini qeyd ede bilerik Vecihe Semedova hemkari ve heyat yoldasi Letif Feyzullayevle birge yaradiciliq ezamiyyetlerine cixaraq Azerbaycani qaris qaris gezir Bunun behresi olaraq Kur qiraginda Mahni Intizarda Toya hazirliq tematik tablolari Qosqar yaylaginda Goy gol Kepez Kur sahillerinde silsile menzereleri Aktrisa Leyla Bedirbeylinin portreti Pambiqci Samama Hesenovanin portreti Geoloq Minire Memmedbeylinin portreti kimi eserler yaranir Vecihe Semedova yaradiciliginda portretler xususi bir yere malikdir 1953 cu ilde aktrisa Leyla Bedirbeylinin portretini cekir Bu portret 59 ildir ki Azerbaycan Incesenet Muzeyinde numayis etdirilir Onun portret eserlerine misal olaraq Avtoportret Aktrisa Leyla Bedirbeylinin portreti Sureyya Kerimovanin portreti Sohbet Ibrahimovanin portreti Genc skripkaci Geoloq Minure Memmedbeylinin portreti ve digerlerini gostermek olar Leyla Bedirbeylinin portreti 1953 Ressamin son tablosu olan Xeber Gozleyirem adli resm eserini 1963 cu ilde cekmisdir Eser 1963 cu ilde Bakida kecirilen Bizim muasirimiz adli sergide numayis etdirilmisdir Resmde cimerlikde dayanan ve baliqcilardan xeber gozleyen insanlar tesvir olunub Isirdi qezadan evvel yaranan gerginliyi hiss etmek mumkundur Bu gerginlik en cox on planda dayanan qadinin uzunde gorunur Ressamin oglu Nicat Feyzullayev deyir ki bu qadin anasinin obrazidir O agir ve sagalmaz xesteliyinden xeberdar olan zaman bu sekli cekib Olumu1962 ci ilde Vecihe Semedova xerceng xesteliyine tutulur Hekimi ressama emeliyyatla qolunun amputasiya edilmesini teklif edir O omurunu uzatmaq ucun yaradiciligini sonlandirmali idi Lakin ressam buna raziliq vermir Neticede ressamin veziyyeti pislesir Daha sonra Moskvada emeliyyat edilse de artiq ressam ucun cox gec olur 1965 ci ilde Vecihe Semedova 41 yasina 1 ay qalmis vefat edir Merkezi Komite Fexri Xiyabanda ona yer ayirsa da ressam vesiyyeti uzre muselman qebiristanliginda defn edilir Vecihe Semedovanin vefatindan az sonra adi ebedilesdirilib Azerbaycan Ressamlar Ittifaqinin sergi salonuna verilib Olumunden sonra heyat yoldasi Letif Feyzullayev ona hesr etdiyi Kohne qebiristanliq Tenha mezar Ressam Vacihe Semedovanin portreti ve Seher tablolarini resm edir Mukafatlari Azerbaycan SSR emekdar incesenet xadimi fexri adi 29 iyun 1964 Azerbaycanin milli ressamliq sertifikati Azerbaycan Ressamlar Ittifaqinin Idare Heyetinin uzvu ve Rengkarliq Seksiyasinin sedri olmus 1960 Sergiler1962 ci ilde Bakida ferdi sergisi kecirilir Burada Bolqaristan seyaheti teessuratlarini resm etdiyi Qoca bolqar qadinlari Sofiyada bazar Yagisli gun kimi eserleri numayis etdirilir Novbeti sregileri Moskva ve Sofiyada kecirilir 1963 cu ilde Bizim muasirimiz sergisinde Xeber gozleyerken eseri numayis etdirilir 14 iyul 2018 ci ilde Heyder Eliyev Fondunun teskilatciligi ile Fransanin Kann seherinde bas tutan Azerbaycan medeniyyeti gunleri cercivesinde Festivallar ve Konqresler Sarayinda Letif Feyzullayev ve Vecihe Semedovanin eserlerinden ibaret Mehebbet tandemi sergisi kecirilib 2020 ci ilin fevral ayinda Rolls Royce Motor Cars Baku sergi salonunda Azerbaycan Medeniyyet Nazirliyinin desteyi ile cutluyun 40 eserinden ibaret sergi kecirilib XatiresiBakinin merkezindeki Azerbaycan Ressamlar Ittifaqinin sergi salonu 1965 ci ilden Azerbaycanin Emekdar Incesenet Xadimi Vecihe Semedovanin adini dasiyir Ressamin oglu kinorejissor Nicat Feyzullayev Medeniyyet ve Turizm Nazirliyinin sifarisi ile anasinin heyat ve yaradiciligindan behs eden senedli film cekib Azerbaycan rengkarliginin kralicasi adli filmin premyerasi 29 sentyabr 2010 cu il tarixinde Bakida Azerbaycan Beynelxalq Mugam Merkezinde kecirilib Hal hazirda Vecihe Semedovanin 4 eseri Azerbaycan Dovet Resm Qalereyasinin fondunda qorunub saxlanmaqdadir IstinadlarADRQ 2017 seh 32 Queen of paintings http regionplus az 2023 04 11 tarixinde Istifade tarixi 2023 09 25 ADRQ 2017 seh 33 Vecihe Semedova 1924 1965 Azertac 2022 12 07 tarixinde Istifade tarixi 2023 09 25 Lider TV Vecihe Semedovanin dogum gunudur az Youtube com 29 11 2017 2022 03 31 tarixinde Istifade tarixi 2017 11 29 Necefov 1966 AzerTAc Heyder Eliyev Fondunun teskilatciligi ile Kannda Azerbaycan medeniyyeti gunleri baslayib az Youtube com 15 07 2018 2019 06 06 tarixinde Istifade tarixi 2018 07 16 Fransanin Kann seherinde Azerbaycan medeniyyeti gunleri baslayib mia az 2023 09 25 tarixinde Istifade tarixi 2023 09 25 Xarici kecidlerVecihe Semedovanin dogum gunudurMenbeMursel Necefov Vecihe Semedova Baki 1966 Gabibov N Nadzhafov M Iskusstvo Sovetskogo Azerbajdzhana Moskva 1960 199 ADRQ Azerbaycan Ressamlari haqqinda qisa melumat kitabcasi Baki 2017 110