Bu məqalə Salyan rayonu haqqındadır. Şəhər üçün Salyan səhifəsinə baxın. |
Salyan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Salyan şəhəridir.
Rayon | |
Salyan | |
---|---|
| |
Ölkə | |
Daxildir | Şirvan-Salyan |
İnzibati mərkəz | Salyan |
İcra başçısı | Sevindik Hətəmov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 1 600 km² |
Əhalisi | |
Əhalisi | 138,6 min nəfər (1 yanvar 2019-сi il) Ümumi məlumat nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SAL |
Telefon kodu | 994 21 |
Poçt indeksi | AZ 5200 |
Avtomobil nömrəsi | 52 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K. Sadovski Salyan sözünün fars dilindəki "sal"-il, yaxud "salyane" – yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars, ərəb rus lüğəti"nin müəllifi İ. Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi, "Lüğəti Naci"nin müəllifi Naci də K. Sadovski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K. Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir.
Salyandan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu. Tarixi mənbələr göstərir ki,1295–1304-cü illərdə Elxani hökmdarı, islamı qəbul etdikdən sonra Mahmud adını almış Sultan Məhəmməd Qazan xan tərəfindən 1295-ci ildə Kür çayının mənsəbində, indiki Salyanın yerləşdiyi ərazidə şəhər salınmışdır. Şəhər Qazan xanın şərəfinə Mahmudabad adlandırılmışdır. Ehtimal olunur ki, şəhər zaman-zaman Muğan, Hüştəsfi və Mahmudabad adını daşımış və sonradan Salyan adını almışdır.
Amma nəzərə alsaq ki, Salyanın indiki ərazisindən hələ qədim dövrlərdən köhnə karvan yolları keçmişdir və bu karvan yollarından istifadə edən karvanlar istər-istəməz Kür çayını keçməliydilər. O da məlumdur ki, həmin vaxtlarda Salyan ərazisində Kür çayı üzərindən heç bir körpü olmayib və çayı keçmək yalnız və yalnız "sal , bərə" vasitəsiylə mümkün olub. Çox güman ki, Salyan adı da yuxarıda göstərildiyi kimi salın, bərənin sahilə yan aldığı yer mənasında Salyan olmuşdur. Əlavə olaraq onuda nəzərə almaq lazımdır ki, Salyan şəhərində, Kür çayının sahilində hamının tanıdığı "Köhnə bərə ağzi" deyilən məhəllə bu gün də mövcuddur. Ümumiyətlə, Salyan rayonunun ərazisindən Kür çayının üzərindən keçid 1946-cı ilə qədər, yəni birinci Salyan körpüsünün istifadəyə verildiyi ilə qədər yalnız sal və bərə vasitəsiylə mövcud olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, Salyan sözünün şəhər adı kimi tarixi, Mahmudabad və Hüştəsfidən də qədimdir.
1680-ci ildə şahın fərmani ilə Salyan və Quba xanlığı birləşdirilib və mərkəzi Xudat şəhəri olmaqla 1-ci Hüseyn xanın hakimiyətinə verilmişdir. (Salyan qazisi Hüseyn xan Rüdbarinin qızıyla evlənib və şiəliyi qəbul etdiyinə görə ərmağan olaraq) Quba xanı 1-ci Hüseyinin, Salyan qazisının qızıyla nikahindan qızı doğulur. Sonralar bir qayda olaraq Salyan valiləri Hüseyn xanın həmən qızının nəslinin nümayəndələrindən təyin olunurdular.
Nadir şahın hökmranlığı dövründə 1735-ci ildə Salyan Quba xanlığının tərkibindən ayrılmış və müstəqil inzibati varlıq kimi birbaşa mərkəzi hakimiyyətə tabe olmuşdur. Həmin illərdə şəhərin valisi Həsənbəy xan olmuşdur.
1747-ci ildə Nadir şahın ölümündən sonraki dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanlıqlar dövrundə Quba xanı 1-ci Hüseyinin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək , Quba xanlığından ayrıldığını və özünü mustəqil xan olduğunu elan edir. Amma cox keçmir ki, Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardim istəyir.1757-ci ildə hələ o zaman Quba xanlığının taxtina oturmamış vəlihəd Fətəli xan başçılıq etdiyi döyüşçü dəstələri ilə Salyanlıların köməyinə gəlir İbrahim Rüdbarini Salyandan qovur. Beləliklə İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan xanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-ci ildən 1768-ci ilə qədər Salyanın hakimi Kəlbə Əli xan olur. Ondan sonra 1782-ci ilə qədər Salyanın xani Qubad xan olur. 1782-ci ildən 1791-ci ilə qədər Salyanın xanı olmuş Şeyx Əli xan isə sonradan Quba Xanı olmuşdur.
1760-cı ildə Salyanda olan səyyah öz yazılarında göstərir: "Salyanın əhalisi çoxdur və onların əksəriyyəti zəngin və varlı yaşayırlar. Burada Kür çayında balıq ovundan yaxşı gəlir əldə olunur. Vətəgələrin çoxusu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir. İcarə haqqı ildə 50 min gümüş pulla ölçülür" 1774-cü ilin yayında Qaytaq üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan zaman Fətəli xan Salyana sığınır və 10 ay burada yaşayır və qoşun toplayır.
Tarixi mənbələrdə göstərilir ki, miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə rastlaşır. Qanlı döyüşlərdə şah ordusu coxsayli itkilər verdikdən sonra şəhər əhalisinin böyuk bir hissəsi öldürülmüş, Salyan şəhəri isə tamamilə yandırılıb dağıdılmışdır. 1797-ci uldə isə Quba Xanı Hüseyn Əli xanin təşəbüsü ilə Salyanın aşağı kəndləri olan Boyat və Qaraimanlı kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə başlanmışdır. (Həmin kəndlər indi Neftçala rayonunun ərazisindədir.)
1852-ci ildə Salyan şəhərinin ərazisi 150 desyatin (təqribən 1 600 km²) olmuşdur ki, bununda 95 des. tikinti altinda olub. 1852-ci ildə Salyanda 1125 şəxsi ev olub. Bunun 1118-i müsəlmanlara, 7-si isə digər millətlərə məxsus olmuşdur. Həmən ildə Salyanda 7 məscid, 3 karvansara, 1 bazar, 5 hamam, 28 özəl müsəlman məktəbi, 5 meydan, 32 küçə, 24 bağ olmuşdur.
1863-cü ildə şəhər idarəçiliyi polis-pristav üsul idarəsinə verilib və həmən ildən şəhərin genişlənməsi başlayıb. 1863-cü il kameral siyahıya alınmada aydın olur ki, Salyan şəhərində 1292 ev 10634 nəfər sakin olmuşdur. 1868-ci ilin fevralında Çar Rusiyası zamanında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır və Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olur.
1881-ci ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur. Həmin ildə Salyanda 12 kvartaldan ibarət olmaqla 35 küçə, 2 meydan, 1 bazar, 2 müsəlman və 1 xristian qəbirstanlığı, 1 rus və 12 türk məktəbi olduğu bildirilir. 1881-ci ildə Salyanda 2323 kərpic ev olmuşdur. 1897-ci ildə Salyanın 11787 nəfər əhalisi olub.
AXC dövründə Bakıda mənzillənən erməni-rus qüvvələri bir neçə dəfə Salyana hücum etməyə cəhd etmişdilər. 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatmışdılar. Sənədlərdə gəmilərin adları da qeyd olunur: "Krasnovodsk", "Yelets", "İraq", "Bakinets", Salyanets", "Demosfen". Gəmilər Kür çayına keçmiş və erməni-daşnak quldurları çayın ətrafında olan kəndləri qarət etmiş, insanları vəhşicəsinə qətlə yetirmişdilər. Onlar Salyan yaxınlığında yerləşən Kür Qaraqaşlı kəndinə qədər gəlib çatmışdılar. Quldurlarının keçdiyi istiqamət Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəll, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndləri üzrə sıralanırdı. Ermənilər Kür çayı boyunca olan bu kəndlərdən başqa, digər yaxın kəndlərə də soxulmuşdular. 540-dan çox evi dağıtmış, yüzdən çox evi yandırmışdılar. Çoxlu sayda ərzaq məhsulları, qiymətli məmulatlar, bəzək əşyaları, qızıl və kağız pulları qarət etmişdilər. Erməni silahlılarına qarşı Salyan qəzasının vətənpərvər insanları özünümüdafiə dəstələri təşkil etmişdilər. Bu işdə Salyanın nüfuzlu ruhaniləri böyük rol oynamışlar. Onlar qəza əhalisini azğın kafirlərə qarşı cihada çağırmışdır. Mirbağır ağa Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə kömək üçün məktubla müraciət etmişdir. Erməni-rus hərbi qüvvələri Kür Qaraqaşlıya çatdığı gündən bir gün əvvəl köməyə gələn türk hərbi qüvvələri Salyanda Kür çayı boyunca yerləşib mövqe tutmuşdular. Yerli könüllülərlə birlikdə keçmiş çar ordusunda xidmət etmiş vətənpərvər azərbaycanlı mayor Nazim Ramazanovun hərbi qüvvələri də onlara qoşulmuşdular. 5-ci Qafqaz ordusundan 100 nəfərə yaxın türk hərbi qüvvələri Salyana – köməyə gəlmişdi. Kür Qaraqaşlı kəndində Kür çayının Qaraboğaz adlanan ərazisində yerli könüllülər və türk əsgər və zabitləri döyüşə hazır vəziyyət aldılar. Qazılmış səngərlərdə türk əsgərləri ilə yerli özünümüdafiə qüvvələri birlikdə yerləşirdilər. Döyüş 1918-ci il iyunun 28-də baş verdi. Nəsir Yücəərin "Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı" kitabının 106-cı səhifəsində oxuyuruq:
İyunun 28-də türk dəstəsinə hücum edən düşmən qoşunları bir nailiyyət əldə edə bilmədi, iyunun 29-da düşmənin sağ tərəfdən mühasirəyəalma təşəbbüsü milis atlıları tərəfindən dəf edildi. İyulun 2-nə dəqər davam edən toqquşmada düşmən çox pis biçimdə parçalandı və pərişan bir vəziyyətdə, milis süvari alayının təqibi altında cənuba çəkilmək məcburiyyətində qaldı.
Türklərin atdığı top atəşləri nəticəsində düşmənin bir gəmisi-"Demosfen, vurulub sıradan çıxarılır. Gəmilərin daha 3-ü ağır, 2-si isə yüngül zədə aldı. Salyanda baş vermiş birinci döyüşdə türk dəstəsindən 12 süvari şəhid olmuş, 17 süvari isə yaralanmışdı. Düşmən tərəfdən isə 192 nəfər ölmüş, 408 nəfər yaralanmışdı. Bu faktlar 5-ci Qafqaz piyada firqəsi ərkanı hərb rəisi Rüşdü Türkərin "Böyük hərbdə Bakı yollarında" kitabında qeyd edilmişdir. Salyanda ikinci ağır vuruşma 1918-ci il iyulun 12-də Novavasilyevka-Bankə xəttində olmuşdur. Döyüşdə düşmənin böyük hissəsi məhv edilmişdir. Xilas ola bilənlər isə gəmilərlə qaçmışlar. Milli dövlətimizin hərbi qüvvələri və onlara köməyə gələn qardaş türk hərbçilərinin köməyi olmasaydı, Salyanda insan qırğınlarının sayı daha da çox olardı.
XX əsrin əvvəllərində burada illik istehsal gücü 3–4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi tikdirmişdir. Bununla yanaşı Salyanda istilik elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana fəaliyyət göstərmişdir. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə, yeraltı hamam və xəstəxana fəaliyyət göstərmişdir. Bütün cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1864-cü ildə Salyanda metroloji stansiya yaradılmışdır. 1973-cü ilə qədər indiki Neftçala rayonun ərazisi də (1939–1959 illər istisna olmaqla) Salyan rayonuna aid olmuşdur.
Coğrafi mövqeyi
Bakıdan Salyan rayonunun mərkəzinədək məsafə 126 km-dir. Rayonun ərazisi Kür-Araz ovalığında Muğan və Cənub-Şərqi Şirvan düzlərində yerləşir. Rayonda 16 yaşayış məntəqəsi var.
Relyefi
Rayon Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır. Tirə və təpəliklər Babazanlı, Xıdırlı, Bəndovan və s. var. Ərazinin çox hissəsi okean səviyyəsindən 28 metrə qədər aşağıda yerləşir. Neogen və Antropogen çöküntüləri yayılmışdır. Kürsəngi, , Xıdırlı, Babazanlı və s. palçıq vulkanları var. Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir. Boz-qonur, boz–çəmən, çəmən–bataqlıq, şoran torpaqlar yayılmışdır.
Geoloji quruluşu
Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri
Rayon ərazisindən Kür çayı axır. Onun keçmiş qolu olan Bala Kürdən suvarmada geniş istifadə edilir. Akuşa çayının axmazlarında nadir və nəsli kəsilməkdə olan Azərbaycanın, o cümlədən bir sıra ölkələrin Qırmızı Kitabına salınmış şanagülə (Nelumbo caspica (DC.) Fish.) bitir. Şirvan Milli Parkının əsas hissəsi Salyan ərazisində yerləşir.
Fauna
Ceyran, safsar , çöl pişiyi, qırmızıquyruq qum siçanı, Kiçik Asiya qum siçanı , levant irigürzəsi, ilanbalığı, turac, qamışlıq belibağlısı qızılı qızlarquşu , qağayı , suriya sarımsaqiyli qurbağası, fərat çapağanı, kəlləşəkilli haf o cümlədən adı Beynəlxalq Qırmızı Kitaba salınmış bir çox su-bataqlıq quşları — çəhrayı qutan, qara leylək , qızıl qaz, kiçik qu və s. canlılardan ibarətdir.
Landşaftları və bioloji xüsusiyyətləri
Ərazinin iqlimi yayı quraq, qışı mülayim və rütubətli keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Boz-qonur, boz-çəmən, çəmən- bataqlıq, şoran torpaqlar yayılmışdır. Bitki örtüyü səhra və yarımsəhra tipli, tirə və təpəliklərdən ibarət olan rayon ərazisi palçıq vulkanları ilə çox zəngindir. Əsas vulkanlar Durovdağ, Ağzıbir, Dovşan-dağı, Babazənən, Duzdağ, Qalmas, Qırovdağ, Mişovdağ, Xıdırlı, Kürsəngi, Hamamdağ, Bəndovan palçıq vulkanlarıdır. Azərbaycanın ən böyük təbiət qoruğu ərazilərindən biri — Şirvan Milli Parkı — əsasən, Salyan ərazisinə düşür. Florası yarımsəhra və səhra tiplidir. Bunlar, əsasən, çoğan, cil , daziçiçək keçialacı , alaq şorangə , əvəlik, qara- şoran, ilişən , adi qazayağı, qışotu, xəzər şah- sevdisi, əzgən , cincilə, şirinbiyan, sünbüllü bağayarpaqçiçək ibarətdir. Kollardan iydə , rus itüzümü , aciliq , iti cığ , şober şorgiləsi, yulğun , adi əncir , nadir növlərdən hirkan ənciri yayılmışdır.
Geoloji təbiət abidələri
Kürsəngi, Bəndovan, Qalmas, Mişovdağ, Durovdağ (İlandağ), Ağzıbir, Aralıq, Babazənən, Qırlıq, Dovşandağ palçıq vulkanları burada yerləşir. Babazənən palçıq vulkanının brekçiyası yerli əhali tərəfindən müalicəvi məqsədlə istifadə edilir. Vulkanın palçığı və duzlu suyu revmatizm və oynaq xəstəliklərinin müalicəsinə müsbət təsir edir.
Arxeoloji abidələri
Kürsəngi ərazisində e.ə. II–III əsrlərə aid küp qəbirləri, orta əsrlər dövrünə aid yaşayış yeri aşkar edilmişdir. Qəsəbənin ən hündür yerində bişmiş kərpicdən tikilmiş IX–XIII əsrlərə aid qala divar qalıqları vardır. Bəndovan burnu (Şirvan Milli Parkı) ərazisində və dənizdə IX–XIII əsrlərə aid yaşayış yeri. Şirvanşahlar dövrünə aid çovustan tipli tikili qalıqları, dulus kürəsi, şirsiz və şirli saxsı qablar, əmək alətləri, şüşə bəzək şeyləri, mis və gümüş sikkələr aşkar edilmişdir.
Tarixi abidələri
Qarabağlı kəndində orta əsrlərə aid Qarabağlı yaşayış yeri. Xələc kəndi yaxınlığında Yuxarı Xələc yaşayış yeri. Xurşud kəndi yaxınlığında Xurşud nekropolu. Marışlı kəndi yaxınlığında Marışlı yaşayış yeri.
İqlimi
Yayı çox quraq keçən mülayim–isti iqlimi var. Orta temperatur qışda 8,5 °C, yayda isə 33,5°C-dir. İllik yağıntı 250–400 mm.-dir. İlin ən soyuq gunləri yanvarın axırlarında (-1 °C, −5 °C), ən isti günləri isə avqustun axırı və sentyabrın əvvəlinə (43 °C) təsadüf edir. Salyanda qədimdən sentyabrın isti gunlərinə "qora bişirən", "ceyranı kölgəyə qaçıran", "pambıq istisi" və bu kimi başqa adlar qoyulmuşdur.
İri yaşayış məntəqələri
Salyan şəhəri, Plastik yaşayış massivi, Stansiya yaşayış massivi, Babazanlı qəsəbəsi.
Əhalisi
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Görkəmli şəxsləri
- Əlipənah Bayramov – Jurnalist, "Xalq qəzeti"-nin keçmiş şöbə müdiri, "Əməkdar mədəniyyət işçisi".
- Xəlil Rza Ulutürk — şair, tərcüməçi, Azərbaycanın xalq şairi.
- Həsən Məmmədov — Aktyor, Azərbaycanın xalq artisti.
- Əli bəy Hüseynzadə — Böyük Azərbaycan ədibi, ədəbiyyat tənqidçisi filosof, XX əsr Türk-Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri.
- Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə — Qafqazın ilk şeyxülislamı (1823–1846).
- Şeyxülislam Axund Əhməd Hüseynzadə (Səlyani) — Qafqazın üçüncü şeyxülislamı (1862–1884).
- Axund Mirbağır Ağa Ağazadə — 1937-ci ilin repressiya qurbanı, böyük övliya, görkəmli din xadimi.
- Əliövsət Quliyev — Tarixçi-alim, akademik (1922–1969).
- Nazim Babayev — Azərbaycanın Milli Qəhrəmanı.
- Məhərrəm Dadaşov — Sovet İttifaqı Qəhrəmanı (1941–1945).
- Qulu Əsgərov — Azərbaycan müğənnisi. Tanınmış xanəndə və pedaqoq.
- Əliağa Kürçaylı — Şair, Dramaturq, Tərcüməçi.
- Aşıq Pənah — Aşıq, Şair, Bəstəkar.
- Yusif Qasımov (inqilabçı) — İnqilab Komitəsinin sədri.
- Ramiz Qurbanov — Akademik, Texnika elmləri doktoru, Professor.
- Vaqif Axundov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik.
- Rail Qurban oğlu Rzayev — Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı (1993–2009), general-leytenant.
- Namiq Hacıheydərli – Prezident təqaüdçüsü, UNESCO Beynəlxalq Mərkəzinin üzvü, şair, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin qurucusu və ilk sədri.
- Mətləb Ağa – Yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Baş Prokurorluğunun şöbə prokuroru, ədliyyə müşaviri.
İqtisadi xarakteristikası
Rayonun kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir. Quru subtropik meyvəçilik, bostançılıq da mühüm kənd təsərrüfatı sahələridir. Salyan rayonunda plastik kütlə emalı, pambıqtəmizləmə və kərpic istehsalı zavodları fəaliyyət göstərir.
Vaxtilə rayonda böyük balıqçılıq təsərrüfatları olub. Hazırda isə respublikada realizə olunan balıq məmulatlarının böyük bir hissəsi Salyanın payına düşür. Salyan rayonu ərazisində, Kür çayından ovlanan ağ balıq və nərə qeyri-adi dada və ləzzətə malikdir. Ümumiyyətlə, mütəxəsislərin və qurmanların yekdil rəyinə görə Salyan rayonunda tutulan ağ balıq və nərə balığı dünyada ən dadlısı sayılır. Burada istehsal olunan qara kürü haqqında isə əfsanəyə çevrilmiş söhbətlər gəzməkdədir. Salyanda istehsal olunan qara kürü bütün dünyada ən baha satılan kürüdür.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Salyan rayonu ərazisində Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Muzeyin binası 1981-ci ildə inşa edilmiş, 2016-cı ildə isə yenidən qurulmuşdur. (#empty_citation)
Rayonda "Qələbə" qəzeti fəaliyyət göstərir. (Təsisçilər-Salyan RİH və qəzetin jurnalist kollektivi)
Rayon ərazisində yerləşən :
- I Babazanlı yaşayış yeri (e.ə. I minillik);
- Marışlı yaşayış yeri (XI–XV əsrlər);
- Marışlı nekropolu (e.ə II minillik);
- Kürsəngi küp qəbirləri nekropolu (e.ə II–e. III əsrlər);
- Mahmudabad yaşayış yeri (I–III əsrlər);
- Mahmudabad küp qəbirləri nekropolu (I–II əsrlər);
- Noxudlu yaşayış yeri (e.ə II minillik).
- Bəndovan yaşayış yeri;
Yerli əhəmiyyətli abidələr:
- Salyan yaşayış yeri;
- Sarvan yaşayış yeri;
- II Babazanlı yaşayış yeri;
- Qırxçıraq yaşayış yeri;
- Yuxarı Xalac yaşayış yeri;
- Əndovan yaşayış yeri;
- Xurşud yaşayış yeri;
- Xurşud nekropolu;
- Arbatan yaşayış yeri;
- Şorsulu nekropolu;
- Bəydili yaşayış yeri;
- Qarabağlı yaşayış yeri.
Kitabxana
Salyanda ilk ictimai qiraətxana 1903-cü ildə, xalq müəllimlərindən Mirzə Əziz Babazadə və Mirzə Yaqub Ələkbər oğlu Əlizadənin təşəbbüsü və zəhməti ilə yaradılmışdır. Əslində ilk qiraətxananın yaradılması 1880-ci ildə Salyanda təhsil müəssisəsinin yaradılmasına təsadüf edir. Salyan məktəbinin təsisi xalq təhsili ilə bərabər mədəni-maarif işlərinin də inkişafına xeyli təsir etdi. Bu məktəbin açılması ilə Salyanda ilk dəfə ictimai kitabxana yaradıldı. Belə ki, məktəbin açılması mərasimi münasibətilə oraya toplaşanlar "məktəb ictimaiyyət kitabxanası" adlı bir kitabxana təşkil etməyi qərara aldılar və bu məqsədlə könüllü olaraq pul topladılar. Qısa müddət ərzində 342 man. 40 qəp. toplandı. Beləliklə, ictimaiyyətin köməyilə 1881-ci il oktyabrın 1-də Salyan normal məktəbi nəzdində ilk məktəb-ictimaiyyət kitabxanası açıldı. Burada toplanılan təcrübə müstəqil ictimai qiraətxananın açılmasında mühüm rol oynadı.
Sonradan bu ictimai qiraətxana hər il kitab fondu ilə zənginləşdi və nəhayət kütləvi kitabxanaya çevrildi. Kitabxanaların müxtəlif idarələrə məxsus olması, onların fondlarının əlaqəli şəkildə komplektləşdirilməsi kitabdan daha geniş istifadə etmək məqsədilə Respublikada gedən mərkəzləşmə zamanı 1975-ci ildə Salyan Rayon Kitabxanası da Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrildi. 1978-ci ildə Kitabxana nümunəvi xüsusi layihə əsasında istifadəyə verilmiş yeni binaya köçdü.
Hazırda Nizami Gəncəvi adına Salyan rayon Mərkəzi Kitabxanası özündə 54 filialı birləşdirir:
- 1 uşaq kitabxanası;
- 1 gənclər kitabxanası;
- 47 kənd kitabxana filialı;
- 5 şəhər kitabxanası.
Mətbəx
Salyan mətbəxi öz koloritinə, zənginliyinə və dadına görə Azərbaycan kulinariyasında mühüm yerlərdən birini tutur. Salyanın yerləşdiyi coğrafi ərazi və isti iqlimi onun mətbəxinin formalaşmasında böyuk rol oynamışdır. Belə ki, yay aylarının isti günlərində ən çox şor balıq və qatıqdan hazirlanmış ovduğ deyilən içkiyə ustünlük verilir. Salyan mətbəxinin əsasını balıq xörəkləri təşkil edir. Ana Kürun və Xəzərin bol balıq məhsulları Salyanın kulinariyasına inanılmaz dərəcədə təsir göstərmişdir. Çətin 2-ci elə yer tapmaq ola ki, orada balığı Salyandakı kimi dadlı və profesionallıqla bişirib hazırlasınlar. Azərbaycanın ən müxtəlif guşələrindən, əsl təndir balığını, nərə kababını, balıq buğlamasını, dolma balığını dadmaq üçün Salyana gəlirlər. Balıq xörəkləri ilə bərabər cücə çığırtması, pomidor çığırtması, narnumuru da xüsusi zövqlə hazırlanır. Salyan təndir çörəyi, Salyan nabatı, arağnanə(ovşala), külçə çox yerdə məşhurdur.
Şəkillər
Mənbə
- Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 870. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə.
İstinadlar
- "Arxivlənmiş surət" (PDF). 2016-03-06 tarixində (PDF). İstifadə tarixi: 2020-07-19.
- "Salyanda ermənilərin törətdiyi qətliam". 2021-09-24 tarixində . İstifadə tarixi: 2020-09-01.
- Hacıyev V. C. Azərbaycan florası bitkiliyinin istifadəsi və qorunması, Bakı; Eim, 1999.
- ƏsgərovA. M. Azərbaycanın ali bitkiləri. Azərbaycan florasınm konspekti. 3 ciiddə. Bakı: Elm, 2006–2008.
- Yusifov E. F. Azərbaycanın biomüxtəlifiiyi və müasir sosial-iqtisadiyyatm ona təsiri. "Həson Əliyev və Azərbaycanda ətraf mühitin davamlı inkişafmm problemləri" mövzusundakı elmi-praktik konfransm tezisləri. Bakı; EL-Alliance, 2002.
- AzərTAc. "Salyanda Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilib" (az.). Youtube.com. 03.09.2016. 2022-03-30 tarixində . İstifadə tarixi: 2016-09-08.
- . 2020-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-01.
Xarici keçidlər
- Salyan (Salyani / Saljan) ingilisce
- Salyan
- Salyan 2008-11-13 at the Wayback Machine azerbaycan dilinde
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Salyan rayonu haqqindadir Seher ucun Salyan sehifesine baxin Bu adin diger istifade formalari ucun bax Salyan deqiqlesdirme Salyan rayonu Azerbaycan Respublikasinda inzibati erazi vahidi Inzibati merkezi Salyan seheridir RayonSalyan39 45 sm e 49 00 s u Olke AzerbaycanDaxildir Sirvan SalyanInzibati merkez SalyanIcra bascisi Sevindik HetemovTarixi ve cografiyasiYaradilib 8 avqust 1930Sahesi 1 600 km EhalisiEhalisi 138 6 min nefer 1 yanvar 2019 si il Umumi melumat neferReqemsal identifikatorlarISO kodu AZ SALTelefon kodu 994 21Poct indeksi AZ 5200Avtomobil nomresi 52Resmi sayt Vikianbarda elaqeli mediafayllarTarixiSalyan rayonu erazisinde tapilmis ciraq Salyan sozunun etimologiyasi haqqinda muxtelif mulahizeler var 1880 ci ilde Salyanda olmus rus tedqiqatcisi K Sadovski Salyan sozunun fars dilindeki sal il yaxud salyane yeni illik bac menasini veren sozden yarandigini iddia etmisdir Tam fars ereb rus lugeti nin muellifi I Yaqello Burhane Qate kitabinin muellifi Mehemmed Huseyn Tebrizi Lugeti Naci nin muellifi Naci de K Sadovski ile eyni fikirde olmuslar Cografi adlar kitabinin muellifi Nebi Nebiyev ise Salyan sozunun menasini bere yeri sallarin sahile yan aldigi yer ve ya sal tayfasinin adi ile baglayir Sal tayfasi Azerbaycanda yasamis turkdilli tayfa adidir Dunya sohretli turkoloq Murad Aci da Salyan sozunun sal tayfasinin adi ile bagli oldugunu iddia edir Dilci alim K Ramazanov bu cografi adin sal bere sozunden ibaret olub salin yan aldigi yer le bagli yarandigini deyir Salyandan Erdebile Tebrize Derbende ve basqa seherlere baliq kuru Babazenen dagi yaxinligindan cixarilan neft ve duz ixrac olunurdu Tarixi menbeler gosterir ki 1295 1304 cu illerde Elxani hokmdari islami qebul etdikden sonra Mahmud adini almis Sultan Mehemmed Qazan xan terefinden 1295 ci ilde Kur cayinin mensebinde indiki Salyanin yerlesdiyi erazide seher salinmisdir Seher Qazan xanin serefine Mahmudabad adlandirilmisdir Ehtimal olunur ki seher zaman zaman Mugan Hustesfi ve Mahmudabad adini dasimis ve sonradan Salyan adini almisdir Amma nezere alsaq ki Salyanin indiki erazisinden hele qedim dovrlerden kohne karvan yollari kecmisdir ve bu karvan yollarindan istifade eden karvanlar ister istemez Kur cayini kecmeliydiler O da melumdur ki hemin vaxtlarda Salyan erazisinde Kur cayi uzerinden hec bir korpu olmayib ve cayi kecmek yalniz ve yalniz sal bere vasitesiyle mumkun olub Cox guman ki Salyan adi da yuxarida gosterildiyi kimi salin berenin sahile yan aldigi yer menasinda Salyan olmusdur Elave olaraq onuda nezere almaq lazimdir ki Salyan seherinde Kur cayinin sahilinde haminin tanidigi Kohne bere agzi deyilen mehelle bu gun de movcuddur Umumiyetle Salyan rayonunun erazisinden Kur cayinin uzerinden kecid 1946 ci ile qeder yeni birinci Salyan korpusunun istifadeye verildiyi ile qeder yalniz sal ve bere vasitesiyle movcud olmusdur Butun bunlar onu demeye esas verir ki Salyan sozunun seher adi kimi tarixi Mahmudabad ve Hustesfiden de qedimdir 1680 ci ilde sahin fermani ile Salyan ve Quba xanligi birlesdirilib ve merkezi Xudat seheri olmaqla 1 ci Huseyn xanin hakimiyetine verilmisdir Salyan qazisi Huseyn xan Rudbarinin qiziyla evlenib ve sieliyi qebul etdiyine gore ermagan olaraq Quba xani 1 ci Huseyinin Salyan qazisinin qiziyla nikahindan qizi dogulur Sonralar bir qayda olaraq Salyan valileri Huseyn xanin hemen qizinin neslinin numayendelerinden teyin olunurdular Nadir sahin hokmranligi dovrunde 1735 ci ilde Salyan Quba xanliginin terkibinden ayrilmis ve musteqil inzibati varliq kimi birbasa merkezi hakimiyyete tabe olmusdur Hemin illerde seherin valisi Hesenbey xan olmusdur 1747 ci ilde Nadir sahin olumunden sonraki dovrlerde Azerbaycanda xaotik formada yaranmaga baslayan yeni xanliqlar ve sultanliqlar dovrunde Quba xani 1 ci Huseyinin uzaq qohumu olan Ibrahim Rudbari Salyanda oz hakimiyetini berpa ederek Quba xanligindan ayrildigini ve ozunu musteqil xan oldugunu elan edir Amma cox kecmir ki Rudbarilerin hakimiyyetinden narazi qalan Salyanin ehalisi Quba xanligindan yardim isteyir 1757 ci ilde hele o zaman Quba xanliginin taxtina oturmamis velihed Feteli xan basciliq etdiyi doyuscu desteleri ile Salyanlilarin komeyine gelir Ibrahim Rudbarini Salyandan qovur Belelikle Ibrahim Rudbarinin 8 illik hakimiyyetine son qoyulur ve Salyan xanligi yeniden Quba xanliginin terkibine kecir 1757 ci ilden 1768 ci ile qeder Salyanin hakimi Kelbe Eli xan olur Ondan sonra 1782 ci ile qeder Salyanin xani Qubad xan olur 1782 ci ilden 1791 ci ile qeder Salyanin xani olmus Seyx Eli xan ise sonradan Quba Xani olmusdur 1760 ci ilde Salyanda olan seyyah oz yazilarinda gosterir Salyanin ehalisi coxdur ve onlarin ekseriyyeti zengin ve varli yasayirlar Burada Kur cayinda baliq ovundan yaxsi gelir elde olunur Vetegelerin coxusu Astarxan vilayetinden gelen tacirlere icareye verilmisdir Icare haqqi ilde 50 min gumus pulla olculur 1774 cu ilin yayinda Qaytaq usmisi Emir Hemze Qubaya hucumu ve Derbend qalasini muhasirede saxlayan zaman Feteli xan Salyana siginir ve 10 ay burada yasayir ve qosun toplayir Tarixi menbelerde gosterilir ki miladi teqvimi ile 1795 ci ilde Aga Mehemmed sah Qacar 60 minlik qosunla Qafqaz uzerine yurus edir Samaxi istiqametinde hucum zamani Qacar ordusu Salyanda ciddi muqavimetle rastlasir Qanli doyuslerde sah ordusu coxsayli itkiler verdikden sonra seher ehalisinin boyuk bir hissesi oldurulmus Salyan seheri ise tamamile yandirilib dagidilmisdir 1797 ci ulde ise Quba Xani Huseyn Eli xanin tesebusu ile Salyanin asagi kendleri olan Boyat ve Qaraimanli kendlerinin ehalisi Salyana kocurulmus ve seher yeniden tikilmeye baslanmisdir Hemin kendler indi Neftcala rayonunun erazisindedir 1852 ci ilde Salyan seherinin erazisi 150 desyatin teqriben 1 600 km olmusdur ki bununda 95 des tikinti altinda olub 1852 ci ilde Salyanda 1125 sexsi ev olub Bunun 1118 i muselmanlara 7 si ise diger milletlere mexsus olmusdur Hemen ilde Salyanda 7 mescid 3 karvansara 1 bazar 5 hamam 28 ozel muselman mektebi 5 meydan 32 kuce 24 bag olmusdur 1863 cu ilde seher idareciliyi polis pristav usul idaresine verilib ve hemen ilden seherin genislenmesi baslayib 1863 cu il kameral siyahiya alinmada aydin olur ki Salyan seherinde 1292 ev 10634 nefer sakin olmusdur 1868 ci ilin fevralinda Car Rusiyasi zamaninda Baki quberniyasi daxilinde Cavad qezasi yaradilir ve Salyan bu qezanin inzibati idarecilik ve medeni merkezi olur 1881 ci ilde seherin umumi torpaq sahesi 800 desyatin olmusdur Hemin ilde Salyanda 12 kvartaldan ibaret olmaqla 35 kuce 2 meydan 1 bazar 2 muselman ve 1 xristian qebirstanligi 1 rus ve 12 turk mektebi oldugu bildirilir 1881 ci ilde Salyanda 2323 kerpic ev olmusdur 1897 ci ilde Salyanin 11787 nefer ehalisi olub AXC dovrunde Bakida menzillenen ermeni rus quvveleri bir nece defe Salyana hucum etmeye cehd etmisdiler 1918 ci ilin iyun ayinda Bakidan 2 zirehli 4 neqliyyat gemisi ile Xezer denizi vasitesile Kur cayinin mensebine gelib catmisdilar Senedlerde gemilerin adlari da qeyd olunur Krasnovodsk Yelets Iraq Bakinets Salyanets Demosfen Gemiler Kur cayina kecmis ve ermeni dasnak quldurlari cayin etrafinda olan kendleri qaret etmis insanlari vehsicesine qetle yetirmisdiler Onlar Salyan yaxinliginda yerlesen Kur Qaraqasli kendine qeder gelib catmisdilar Quldurlarinin kecdiyi istiqamet Banke Seyidler Uzunbabali Tatarmehell Xilli Abasalli Qarali Qezvinli Qarabucaq Surra Erebbebirxanli Cengen Kur Qaraqasli kendleri uzre siralanirdi Ermeniler Kur cayi boyunca olan bu kendlerden basqa diger yaxin kendlere de soxulmusdular 540 dan cox evi dagitmis yuzden cox evi yandirmisdilar Coxlu sayda erzaq mehsullari qiymetli memulatlar bezek esyalari qizil ve kagiz pullari qaret etmisdiler Ermeni silahlilarina qarsi Salyan qezasinin vetenperver insanlari ozunumudafie desteleri teskil etmisdiler Bu isde Salyanin nufuzlu ruhanileri boyuk rol oynamislar Onlar qeza ehalisini azgin kafirlere qarsi cihada cagirmisdir Mirbagir aga Azerbaycan Xalq Cumhuriyyetinin rehberlerine komek ucun mektubla muraciet etmisdir Ermeni rus herbi quvveleri Kur Qaraqasliya catdigi gunden bir gun evvel komeye gelen turk herbi quvveleri Salyanda Kur cayi boyunca yerlesib movqe tutmusdular Yerli konullulerle birlikde kecmis car ordusunda xidmet etmis vetenperver azerbaycanli mayor Nazim Ramazanovun herbi quvveleri de onlara qosulmusdular 5 ci Qafqaz ordusundan 100 nefere yaxin turk herbi quvveleri Salyana komeye gelmisdi Kur Qaraqasli kendinde Kur cayinin Qarabogaz adlanan erazisinde yerli konulluler ve turk esger ve zabitleri doyuse hazir veziyyet aldilar Qazilmis sengerlerde turk esgerleri ile yerli ozunumudafie quvveleri birlikde yerlesirdiler Doyus 1918 ci il iyunun 28 de bas verdi Nesir Yuceerin Birinci Dunya muharibesinde Osmanli ordusunun Azerbaycan ve Dagistan emeliyyati kitabinin 106 ci sehifesinde oxuyuruq Iyunun 28 de turk destesine hucum eden dusmen qosunlari bir nailiyyet elde ede bilmedi iyunun 29 da dusmenin sag terefden muhasireyealma tesebbusu milis atlilari terefinden def edildi Iyulun 2 ne deqer davam eden toqqusmada dusmen cox pis bicimde parcalandi ve perisan bir veziyyetde milis suvari alayinin teqibi altinda cenuba cekilmek mecburiyyetinde qaldi Turklerin atdigi top atesleri neticesinde dusmenin bir gemisi Demosfen vurulub siradan cixarilir Gemilerin daha 3 u agir 2 si ise yungul zede aldi Salyanda bas vermis birinci doyusde turk destesinden 12 suvari sehid olmus 17 suvari ise yaralanmisdi Dusmen terefden ise 192 nefer olmus 408 nefer yaralanmisdi Bu faktlar 5 ci Qafqaz piyada firqesi erkani herb reisi Rusdu Turkerin Boyuk herbde Baki yollarinda kitabinda qeyd edilmisdir Salyanda ikinci agir vurusma 1918 ci il iyulun 12 de Novavasilyevka Banke xettinde olmusdur Doyusde dusmenin boyuk hissesi mehv edilmisdir Xilas ola bilenler ise gemilerle qacmislar Milli dovletimizin herbi quvveleri ve onlara komeye gelen qardas turk herbcilerinin komeyi olmasaydi Salyanda insan qirginlarinin sayi daha da cox olardi XX esrin evvellerinde burada illik istehsal gucu 3 4 min tona catan 3 pambiq temizleme menteqesi tikdirmisdir Bununla yanasi Salyanda istilik elektrik stansiyasi 4 ibtidai mekteb ve kitabxana fealiyyet gostermisdir Bu vaxt seherde bez istehsal eden 20 kicik toxucu muessise 200 dukan 5 ticaret banki 3 karvansara gemi korpusu poct stansiyasi karantin gomrukxana 11 medrese yeralti hamam ve xestexana fealiyyet gostermisdir Butun cenubi Rusiyada ve Qafqazda ilk defe olaraq 1864 cu ilde Salyanda metroloji stansiya yaradilmisdir 1973 cu ile qeder indiki Neftcala rayonun erazisi de 1939 1959 iller istisna olmaqla Salyan rayonuna aid olmusdur Cografi movqeyiBakidan Salyan rayonunun merkezinedek mesafe 126 km dir Rayonun erazisi Kur Araz ovaliginda Mugan ve Cenub Serqi Sirvan duzlerinde yerlesir Rayonda 16 yasayis menteqesi var RelyefiRayon Serqden kicik sahede Xezer denizi ile hududlanir Tire ve tepelikler Babazanli Xidirli Bendovan ve s var Erazinin cox hissesi okean seviyyesinden 28 metre qeder asagida yerlesir Neogen ve Antropogen cokuntuleri yayilmisdir Kursengi Xidirli Babazanli ve s palciq vulkanlari var Rayonun erazisi neft ve qaz yataqlari ile zengindir Boz qonur boz cemen cemen bataqliq soran torpaqlar yayilmisdir Geoloji qurulusuNeogen ve Antropogen cokuntuleri yayilmisdir Caylari ve su hovzeleriBala Kur Rayon erazisinden Kur cayi axir Onun kecmis qolu olan Bala Kurden suvarmada genis istifade edilir Akusa cayinin axmazlarinda nadir ve nesli kesilmekde olan Azerbaycanin o cumleden bir sira olkelerin Qirmizi Kitabina salinmis sanagule Nelumbo caspica DC Fish bitir Sirvan Milli Parkinin esas hissesi Salyan erazisinde yerlesir FaunaCeyran safsar col pisiyi qirmiziquyruq qum sicani Kicik Asiya qum sicani levant irigurzesi ilanbaligi turac qamisliq belibaglisi qizili qizlarqusu qagayi suriya sarimsaqiyli qurbagasi ferat capagani kellesekilli haf o cumleden adi Beynelxalq Qirmizi Kitaba salinmis bir cox su bataqliq quslari cehrayi qutan qara leylek qizil qaz kicik qu ve s canlilardan ibaretdir Landsaftlari ve bioloji xususiyyetleriSalyan Pallas telxessi Erazinin iqlimi yayi quraq qisi mulayim ve rutubetli kecen mulayim isti yarimsehra ve quru col iqlimine aiddir Boz qonur boz cemen cemen bataqliq soran torpaqlar yayilmisdir Bitki ortuyu sehra ve yarimsehra tipli tire ve tepeliklerden ibaret olan rayon erazisi palciq vulkanlari ile cox zengindir Esas vulkanlar Durovdag Agzibir Dovsan dagi Babazenen Duzdag Qalmas Qirovdag Misovdag Xidirli Kursengi Hamamdag Bendovan palciq vulkanlaridir Azerbaycanin en boyuk tebiet qorugu erazilerinden biri Sirvan Milli Parki esasen Salyan erazisine dusur Florasi yarimsehra ve sehra tiplidir Bunlar esasen cogan cil dazicicek kecialaci alaq sorange evelik qara soran ilisen adi qazayagi qisotu xezer sah sevdisi ezgen cincile sirinbiyan sunbullu bagayarpaqcicek ibaretdir Kollardan iyde rus ituzumu aciliq iti cig sober sorgilesi yulgun adi encir nadir novlerden hirkan enciri yayilmisdir Salyan Sunbullu bagayarpaqcicek jpgGeoloji tebiet abideleriKursengi Bendovan Qalmas Misovdag Durovdag Ilandag Agzibir Araliq Babazenen Qirliq Dovsandag palciq vulkanlari burada yerlesir Babazenen palciq vulkaninin brekciyasi yerli ehali terefinden mualicevi meqsedle istifade edilir Vulkanin palcigi ve duzlu suyu revmatizm ve oynaq xesteliklerinin mualicesine musbet tesir edir Arxeoloji abideleriKursengi erazisinde e e II III esrlere aid kup qebirleri orta esrler dovrune aid yasayis yeri askar edilmisdir Qesebenin en hundur yerinde bismis kerpicden tikilmis IX XIII esrlere aid qala divar qaliqlari vardir Bendovan burnu Sirvan Milli Parki erazisinde ve denizde IX XIII esrlere aid yasayis yeri Sirvansahlar dovrune aid covustan tipli tikili qaliqlari dulus kuresi sirsiz ve sirli saxsi qablar emek aletleri suse bezek seyleri mis ve gumus sikkeler askar edilmisdir Tarixi abideleriQarabagli kendinde orta esrlere aid Qarabagli yasayis yeri Xelec kendi yaxinliginda Yuxari Xelec yasayis yeri Xursud kendi yaxinliginda Xursud nekropolu Marisli kendi yaxinliginda Marisli yasayis yeri IqlimiYayi cox quraq kecen mulayim isti iqlimi var Orta temperatur qisda 8 5 C yayda ise 33 5 C dir Illik yaginti 250 400 mm dir Ilin en soyuq gunleri yanvarin axirlarinda 1 C 5 C en isti gunleri ise avqustun axiri ve sentyabrin evveline 43 C tesaduf edir Salyanda qedimden sentyabrin isti gunlerine qora bisiren ceyrani kolgeye qaciran pambiq istisi ve bu kimi basqa adlar qoyulmusdur Iri yasayis menteqeleriSalyan seheri Plastik yasayis massivi Stansiya yasayis massivi Babazanli qesebesi EhalisiEsas meqaleler Azerbaycan ehalisinin siyahiyaalinmasi 1999 ve Azerbaycan ehalisinin siyahiyaalinmasi 2009 Texniki problemlere gore qrafikler muveqqeti olaraq sondurulub Il Sayi2019 139 700Gorkemli sexsleri Elipenah Bayramov Jurnalist Xalq qezeti nin kecmis sobe mudiri Emekdar medeniyyet iscisi Xelil Rza Uluturk sair tercumeci Azerbaycanin xalq sairi Hesen Memmedov Aktyor Azerbaycanin xalq artisti Eli bey Huseynzade Boyuk Azerbaycan edibi edebiyyat tenqidcisi filosof XX esr Turk Azerbaycan ictimai fikrinin en gorkemli numayendelerinden biri Seyxulislam Axund Mehemmedeli Huseynzade Qafqazin ilk seyxulislami 1823 1846 Seyxulislam Axund Ehmed Huseynzade Selyani Qafqazin ucuncu seyxulislami 1862 1884 Axund Mirbagir Aga Agazade 1937 ci ilin repressiya qurbani boyuk ovliya gorkemli din xadimi Eliovset Quliyev Tarixci alim akademik 1922 1969 Nazim Babayev Azerbaycanin Milli Qehremani Meherrem Dadasov Sovet Ittifaqi Qehremani 1941 1945 Qulu Esgerov Azerbaycan mugennisi Taninmis xanende ve pedaqoq Eliaga Kurcayli Sair Dramaturq Tercumeci Asiq Penah Asiq Sair Bestekar Yusif Qasimov inqilabci Inqilab Komitesinin sedri Ramiz Qurbanov Akademik Texnika elmleri doktoru Professor Vaqif Axundov Azerbaycan Respublikasi Xususi Dovlet Muhafize Xidmetinin reisi general polkovnik Rail Qurban oglu Rzayev Azerbaycan Respublikasi mudafie nazirinin muavini Herbi Hava Quvvelerinin ve Hava Hucumundan Mudafie Qosunlarinin komandani 1993 2009 general leytenant Namiq Haciheyderli Prezident teqaudcusu UNESCO Beynelxalq Merkezinin uzvu sair arasdirmaci Azerbaycan Yazicilar Birliyi Mugan Bolmesinin qurucusu ve ilk sedri Metleb Aga Yazici Azerbaycan Yazicilar Birliyinin uzvu Azerbaycan Respublikasi Bas Prokurorlugunun sobe prokuroru edliyye musaviri Iqtisadi xarakteristikasiAg baliq nere Rayonun kend teserrufatinin esasini pambiqciliq taxilciliq terevezcilik ve heyvandarliq teskil edir Quru subtropik meyvecilik bostanciliq da muhum kend teserrufati saheleridir Salyan rayonunda plastik kutle emali pambiqtemizleme ve kerpic istehsali zavodlari fealiyyet gosterir Vaxtile rayonda boyuk baliqciliq teserrufatlari olub Hazirda ise respublikada realize olunan baliq memulatlarinin boyuk bir hissesi Salyanin payina dusur Salyan rayonu erazisinde Kur cayindan ovlanan ag baliq ve nere qeyri adi dada ve lezzete malikdir Umumiyyetle mutexesislerin ve qurmanlarin yekdil reyine gore Salyan rayonunda tutulan ag baliq ve nere baligi dunyada en dadlisi sayilir Burada istehsal olunan qara kuru haqqinda ise efsaneye cevrilmis sohbetler gezmekdedir Salyanda istehsal olunan qara kuru butun dunyada en baha satilan kurudur Medeniyyet tehsil ve sehiyye muessiseleriSalyan rayonu erazisinde Tarix Diyarsunasliq Muzeyi fealiyyet gosterir Muzeyin binasi 1981 ci ilde insa edilmis 2016 ci ilde ise yeniden qurulmusdur empty citation Rayonda Qelebe qezeti fealiyyet gosterir Tesisciler Salyan RIH ve qezetin jurnalist kollektivi Kur cayiKohne su qullesi 1943 Rayon erazisinde yerlesen olke ehemiyyetli abideler I Babazanli yasayis yeri e e I minillik Marisli yasayis yeri XI XV esrler Marisli nekropolu e e II minillik Kursengi kup qebirleri nekropolu e e II e III esrler Mahmudabad yasayis yeri I III esrler Mahmudabad kup qebirleri nekropolu I II esrler Noxudlu yasayis yeri e e II minillik Bendovan yasayis yeri Yerli ehemiyyetli abideler Salyan yasayis yeri Sarvan yasayis yeri II Babazanli yasayis yeri Qirxciraq yasayis yeri Yuxari Xalac yasayis yeri Endovan yasayis yeri Xursud yasayis yeri Xursud nekropolu Arbatan yasayis yeri Sorsulu nekropolu Beydili yasayis yeri Qarabagli yasayis yeri Kitabxana Salyanda ilk ictimai qiraetxana 1903 cu ilde xalq muellimlerinden Mirze Eziz Babazade ve Mirze Yaqub Elekber oglu Elizadenin tesebbusu ve zehmeti ile yaradilmisdir Eslinde ilk qiraetxananin yaradilmasi 1880 ci ilde Salyanda tehsil muessisesinin yaradilmasina tesaduf edir Salyan mektebinin tesisi xalq tehsili ile beraber medeni maarif islerinin de inkisafina xeyli tesir etdi Bu mektebin acilmasi ile Salyanda ilk defe ictimai kitabxana yaradildi Bele ki mektebin acilmasi merasimi munasibetile oraya toplasanlar mekteb ictimaiyyet kitabxanasi adli bir kitabxana teskil etmeyi qerara aldilar ve bu meqsedle konullu olaraq pul topladilar Qisa muddet erzinde 342 man 40 qep toplandi Belelikle ictimaiyyetin komeyile 1881 ci il oktyabrin 1 de Salyan normal mektebi nezdinde ilk mekteb ictimaiyyet kitabxanasi acildi Burada toplanilan tecrube musteqil ictimai qiraetxananin acilmasinda muhum rol oynadi Sonradan bu ictimai qiraetxana her il kitab fondu ile zenginlesdi ve nehayet kutlevi kitabxanaya cevrildi Kitabxanalarin muxtelif idarelere mexsus olmasi onlarin fondlarinin elaqeli sekilde komplektlesdirilmesi kitabdan daha genis istifade etmek meqsedile Respublikada geden merkezlesme zamani 1975 ci ilde Salyan Rayon Kitabxanasi da Merkezlesdirilmis Kitabxana Sistemine cevrildi 1978 ci ilde Kitabxana numunevi xususi layihe esasinda istifadeye verilmis yeni binaya kocdu Hazirda Nizami Gencevi adina Salyan rayon Merkezi Kitabxanasi ozunde 54 filiali birlesdirir 1 usaq kitabxanasi 1 gencler kitabxanasi 47 kend kitabxana filiali 5 seher kitabxanasi MetbexSalyan tendiriSalyan tendir coreyi Salyan metbexi oz koloritine zenginliyine ve dadina gore Azerbaycan kulinariyasinda muhum yerlerden birini tutur Salyanin yerlesdiyi cografi erazi ve isti iqlimi onun metbexinin formalasmasinda boyuk rol oynamisdir Bele ki yay aylarinin isti gunlerinde en cox sor baliq ve qatiqdan hazirlanmis ovdug deyilen ickiye ustunluk verilir Salyan metbexinin esasini baliq xorekleri teskil edir Ana Kurun ve Xezerin bol baliq mehsullari Salyanin kulinariyasina inanilmaz derecede tesir gostermisdir Cetin 2 ci ele yer tapmaq ola ki orada baligi Salyandaki kimi dadli ve profesionalliqla bisirib hazirlasinlar Azerbaycanin en muxtelif guselerinden esl tendir baligini nere kababini baliq buglamasini dolma baligini dadmaq ucun Salyana gelirler Baliq xorekleri ile beraber cuce cigirtmasi pomidor cigirtmasi narnumuru da xususi zovqle hazirlanir Salyan tendir coreyi Salyan nabati aragnane ovsala kulce cox yerde meshurdur SekillerMenbeAzerbaycan Respublikasinin inzibati erazi vahidleri Kend rayonlari sehife 870 Azerbaycan Milli Ensiklopediyasi 25 cildde Mesul katib akademik T M Nagiyev Azerbaycan cildi Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 884 sehife ISBN 9789952441017Istinadlar Arxivlenmis suret PDF 2016 03 06 tarixinde PDF Istifade tarixi 2020 07 19 Salyanda ermenilerin toretdiyi qetliam 2021 09 24 tarixinde Istifade tarixi 2020 09 01 Haciyev V C Azerbaycan florasi bitkiliyinin istifadesi ve qorunmasi Baki Eim 1999 EsgerovA M Azerbaycanin ali bitkileri Azerbaycan florasinm konspekti 3 ciidde Baki Elm 2006 2008 Yusifov E F Azerbaycanin biomuxtelifiiyi ve muasir sosial iqtisadiyyatm ona tesiri Heson Eliyev ve Azerbaycanda etraf muhitin davamli inkisafmm problemleri movzusundaki elmi praktik konfransm tezisleri Baki EL Alliance 2002 AzerTAc Salyanda Tarix Diyarsunasliq Muzeyi istifadeye verilib az Youtube com 03 09 2016 2022 03 30 tarixinde Istifade tarixi 2016 09 08 2020 06 29 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 09 01 Xarici kecidlerSalyan Salyani Saljan ingilisce Salyan Salyan 2008 11 13 at the Wayback Machine azerbaycan dilindeHemcinin bax