Əlipənah Bayramov (azərb. Əlipənah Gülbala oğlu Bayramov; 13 dekabr 1946, Kürsəngi, Salyan — 17 dekabr 2022, Bakı) — Azərbaycanlı jurnalist, "Xalq qəzeti"nin keçmiş şöbə müdiri, "Əməkdar mədəniyyət işçisi" (2005).
Əlipənah Bayramov | |
---|---|
Əlipənah Gülbala oğlu Bayramov | |
Doğum tarixi | |
Doğum yeri | Salyan rayonu, Kürsəngi kəndi |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Dəfn yeri | Kürsəngi kəndi |
Vətəndaşlığı | Azərbaycan SSR, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | Jurnalist, Yazıçı |
Fəaliyyət illəri | 1972-2022 |
Tanınmış əsərləri | "Beşilliyin Qəhrəmanları", "Həyatım, mühitim" |
Mükafatları |
Həyatı
Əlipənah Gülbala oğlu Bayramov 1946-cı il dekabrın 13-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Səkkizillik məktəbi doğma kəndində, orta məktəbi qonşu Xalac kəndində bitirib. Orta məktəb illərindən dövri mətbuatda müxtəlif mövzularda yazdığı məqalələrlə çıxış edib. Yeniyetməlik illərində də mətbuatda çıxışlar edən Əlipənah Bayramov taleyini birdəfəlik jurnalistika ilə bağlayıb. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olmuş, 1973-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdi.
Tanınmış jurnalist 2022-ci ildə, 76 yaşında Bakı şəhərində dünyasını dəyişib. O, ömrünün son illərində də jurnalist axtarışlarını davam etdirirdi. Altmış ilə yaxın yaradıcılıq fəaliyyəti dövrünün maraqlı fakt və hadisələri barədə düşüncələrini qələmə alırdı.
Evli idi. 4 övladı var.
Fəaliyyəti
1972–1974-cü illərdə məşhur "İdman" qəzeti redaksiyasında işə başlayıb. 1974–1979-cu illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəşr edilən "Neft kadrları uğrunda" çox-tirajlı qəzetinin redaktoru olub.
1979-cu ilin sentyabrından "Xalq qəzeti" (keçmiş "Kommunist" qəzeti) redaksiyasında çalışıb. Bu illər ərzində redaksiya heyətinin üzvü olaraq müxbir, baş müxbir, şöbə müdiri (sənaye, məktublar və iqtisadiyyat şöbələri üzrə) çalışıb. "Xalq qəzeti"ndə çap olunmuş və "Həyatım və mühitim" toplusuna daxil edilmiş görkəmli ziyalılarımız barədə yazılar silsiləsi jurnalistə layiqli nüfuz qazandırmışdı. Yetkin jurnalist olaraq Əlipənah Bayramov ölkənin nüfuzlu jurnalist mükafatlarına öncüllər sırasında layiq görülmüşdür.
1983-cü ildə "Beşilliyin qəhrəmanları" seriyasından Sosialist Əməyi Qəhrəmanı, maşinist Qəzənfər Əliyevə həsr olunmuş ilk kitabı çapdan çıxıb. 2016-cı ildə görkəmli jurnalistin "Həyatım, mühitim" adlı kitabı çapdan çıxmışdır.
"Həyatım, mühitim"
Kitabda yazıçının Nəsibə Zeynalova, Mirvarid Dilbazi, Sarvan Salmanov, Ziya Bünyadov, Arif Məlikov, Alim Qasımov, Fərman Salmanov kimi tanınmış şəxslərlə apardığı müsahibələri, xatirələri və düşüncələri yer alır.
Həmçinin kitabda yer alan Kürsəngi kəndinin tarixi haqqında bəzi araşdırmalar:
Atamın sağlığında nəsil şəcərəmizi tərtib etmədiyimə görə özümü bağışlaya bilmirəm. İndi yaddaşıma nə qədər güc versəm də babalarımın sayı səkkizi keçmir: Ağca,… Qubad, Piri, Haşım, Bədir, Qasım, Bayram və Kərim. Atam deyərdi ki, bizim nəsil bineyi-qədimdən tərəkəmə olub. Yayda yaylaqda, qışda qışlaqda qoyun sürüləri bəsləmişik. Dədə-baba örüşlərimiz yaylaqda Şamaxının Çalov kəndinin, qışlaqda isə Salyanın Kürsəngi kəndinin əraziləri olub. Aralarındakı kəsə məsafə, təxminən, yüz kilometrdir. Yeri gəlmişkən onu da deyim ki, Kürsəngi dağı palçıq vulkanın püskürməsi nəticəsində yaranıb. Azərbaycan Sovet Ensiklopediyasında yazılıb: "Kürsəngi (dağı) Kür-Araz ovalığında ən iri palçıq vulkanlarından biridir. Hündürlüyü 77 metr, ümumi sahəsi 170 hektardır".
Dağın ərazisi orta əsrlər dövrünə aid yaşayış yeridir. 23x23x5 santimetr ölçüdə qırmızı və açıq-sarı rəngli bişmiş kərpicdən tikilmiş qala divarlarının qalıqları keçmişdə Kürsənginin zirvəsində qala olduğunu sübut edir. Yaşayış yerindən çoxlu keramika, şüşə bilərzik parçaları və qədim muncuqlar tapılmışdır. Alimlərin qənaətinə görə, bu tapıntılar abidənin IX–XIII əsrlərə aid olduğunu göstərir. Camaatımız tərəkəmə olsa da onların əsas yaşayış yeri Çalov kəndi olmuşdur. Kəndin tarixini, buradakı əqrəbaların şəcərəsini yorulmadan və səbrlə araşdıran Əlifağa Osmanov "Azərbaycan Milli Ensiklopediyası"na göndərdiyi məqalədə yazır: "Yaşıların dediklərinə görə, kəndin hazırkı sakinlərinin ulu babaları təxminən 1710–1720-ci illərdə burada məskən salmışlar. Kənd məscidi 1873-cü ildə Hacı Cahangir tərəfindən tikilmişdir. 1918-ci ildə bu tarixi bina erməni daşnakları tərəfindən yandırılmış, 1930-cu ildə bərpa olunaraq əvvəl ibtidai məktəb, sonra isə kitabxana kimi fəaliyyət göstərmişdir". Ata nənəmin dayısı Tapdıq baba 100 ildən çox yaşadı. Onu mən də görmüşdüm. Gözləri göy, sarışın bənizli nurani qoca idi. Atamın "dayı" deyə xüsusi bir istəklə müraciət etdiyi bu kişi Çalovdan Kürsəngiyə gələndə evimizin ən əziz qonağı olardı. O da yadımdadır ki, uşaqdan-böyüyə, bütün qohum-qonşu Tapdıq babanın ətrafına toplaşıb onun maraqlı söhbətlərinə saatlarla qulaq asardılar. Kiçik olduğum üçün indi o söhbətlərin heç birini xatır- laya bilmirəm. Ancaq atamın kəndimizin tarixi ilə bağlı Tapdıq babadan eşitdiyi bu söhbəti olduğu kimi nəzərinizə çatdırmaq istəyirəm: …Çalovun binəsini üç kişi qoyub- Şamxal, Ağca və Piri. Şamxal hansı səbəbdənsə Cənubi Azərbaycandan gəlib və Çalovda ilk binə salıb. Ağca ilə Piri qardaş olublar, əsilləri Şamaxıdan. Sarıtorpaqdandır. Uzun illər kənd məktəbinin direktoru işləmiş Abdulla Rəcəbov Çalovun tarixi, maddi mədəniyyət abidələri ilə bağlı araşdırmalar aparmış, mətbuat səhifələrində maraqlı yazılarla çıxış etmişdir. Onun imzası ilə "Yeni Şirvan" qəzetinin 22 may 1982-ci il tarixli nömrəsində dərc olunmuş məqalədə oxuyuruq: "Çalov kəndinin əhalisi, əsasən, Şamaxı rayonunun ətraf kəndlərindən və respublikamızın digər rayonlarından köçüb gəlmişdir. XVIII əsrin əvvəllərində bu kənd 12 qəbilə (əqrəba) və 5 ata uşağından ibarət olub."
Oxucular üçün maraqlı olacağını və gələcəkdə axtaranların çətinlik çəkməmələri üçün həmin qəbilələrin və ata uşaqlarının siyahısını təqdim edirəm.
QƏBİLƏLƏR: Nərlilər (əsilləri Cənubi Azərbaycandan gəlmədir), Ağcalar (Şamaxı, Sarıtorpaq), Keçəllər (Cənubi Azərbaycan, Germi vilayəti, Keçəllər kəndi), Muradlılar, Carolar (Şamaxı, Sarıtorpaq), Pəncililər (Göyçaydan gəliblər), Mərəşlilər (Qubadan gəliblər), Darğalı (Cənubi Azərbaycandan gəliblər), Kürkətli (Nabur kəndindən gəliblər), Coranlı (Sündü kəndindən gəliblər), Topgüllülər (Şabrandan gəliblər), Tulunclu (Şəkidən Cəyirli kəndinə, oradan da Çalova köçüblər).
ATA UŞAQLARI isə bunlardır: Yaqubuşağı, Abıluşağı, Keçəluşağı, Dəmiruşağı və Söylənuşağı. XX əsrin 30–40-cı illərində ata uşağılarının siyahısına əsilləri Ağcalar qəbiləsindən olan Bayramuşağı da əlavə olunub.
Ancaq Çalovun tarixini son məskunlaşma ilə məhdudlaşdırmaq düzgün olmazdı. Kəndin ərazisində aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət abidələri və arxeoloji materiallar onun tarixinin daha qədim olduğunu göstərir. Məmmədəli Baxışovun və Əlifağa Osmanovun evlərinin bünövrəsi qazılarkən tapılan gümüş sikkələr isə bu tarixi köklərin eramızdan əvvəl II əsrə gedib çıxdığını göstərir. Tarix elmləri doktoru, professor Aləm Nuriyev "Bakı" qəzetinin 15 may 1982-ci il tarixli nömrəsində yazır: "Şamaxı rayonunun Çalov kəndində aparılan axtarışlar zamanı xeyli maddi mədəniyyət nümunəsi aşkara çıxarılmışdır. Həmin materiallar əsasən təsərrüfatda və məişətdə işlədilmiş kasalardan, boşqab tipli qablardan ibarətdir. Əldə olunan maddi mədəniyyət nümunələrini öz xüsusiyyətlərinə görə iki dövrə eramızdan əvvəlki II əsrə və eramızın III əsrinə, habelə eramızın IV və XIII yüzilliklərinə aid etmək mümkündür. Yaşıl, ağ, bənövşəyi və qəhvəyi rəngli şirli məişət qabları diqqəti daha çox cəlb edir. Maraqlıdır ki, onlar Şamaxının Şabran, Gülüstan qalası və arxeoloji abidələrində aşkara çıxarılmış şirli qablara çox oxşayır.
Çalovda aşkar etdiyimiz üç gümüş pul xüsusi əhəmiyyətə malikdir. Bu pullardan biri eramızın 40–51-ci illərində Parfiya hökmdarı olmuş Qotarsın adından kəsilmişdir. Onun səthində hökmdarın şəkli təsvir olunmuşdur. Arxa və ön tərəflərində ay və ulduzların şəkli verilmişdir.
İkinci pul Yuli Sezarın adından Makedoniyada kəsilmişdir. Üzərində Yuli Sezarın başı təsvir olunmuş, başın arxa tərəfində isə onun adı yazılmışdır. Üçüncü gümüş pul Kappadokiyada (Kiçik Asiyanın şərq hissəsindəki qədim vilayət) kəsilmişdir. Onun eramızdan əvvəl II əsrə aid olduğu müəyyən edilmişdir. Tapıntılar sübüt edir ki, bu yerlərin sakinlərinin antik dünya ilə sıx iqtisadi, mədəni əlaqələri olmuşdur.
Abidə ərazisində axtarışlar nəticəsində müəyyənləşdirilmişdir ki, Çalov şəhər tipli yaşayış yeri olmuşdur." Görünür, sonralar bu yaşayış məskəni hansı səbəbdənsə dağıdılmış, yerində meşəlik və sıx kolluq yaranmışdır. Qədim Çalovun niyə və nə vaxt dağıdılması hələlik sirr olaraq qalır. Bu sirri, heç şübhəsiz, tarixçi alimlər, arxeoloji ekspedisiyalar aça bilərlər. Təəssüf ki, ötən əsrin 70–80-ci illərindən burada aparılan axtarışlar tamam dayandırılıb. Çalov kəndi ərazisində isə xalqımızın keçmişinə aydınlıq gətirəcək tarixi obyektlər, maddi mədəniyyət abidələri kifayət qədərdir. Buradakı ilk insanların yaşayış məskəni güman edilən daş mağara, iki qədim qala yeri və İslamın Qafqaza yayıldığı ilkin illərdən soraq verən qəbirüstü yazılar böyük intizarla öz tədqiqatçılarını gözləyir…
Tərəkəmə üçün örüş yerinin nə demək olduğunu təsəvvür etmək elə də çətin deyil. Atam deyərdi ki, Çalov camaatının istər qışlaqda, istərsə də yaylaqda xam otlaq sahələri vardı. Sovet hakimiyyətindən əvvəl camaatın 1600 dəvəsi, 30–40 mindən çox qoyunu, mal naxırı və at ilxısı payızda Kürsəngi kəndi yaxınlığındakı Təpəli, Axunlu, Yolqırağı, Ocaqqullu, Alyar, bir az kənardakı Ozağı qışlaqlarına enir, yazda isə Çalov kəndinin Taxta yaylağı, Yəhərcə və Dovşan təpəsi yaylaqlarına qalxardı. Sovet hökuməti qurulandan və kollektivləşmə prosesi başa çatandan sonra malı-mülkü əlindən alınan Çalov camaatının bir hissəsi yaylaqda — Çalov kəndində, bir hissəsi də aranda — Kürsəngidə oturaq həyata keçib.
Mükafatları
Jurnalist respublika Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. "H. B. Zərdabi" və "" (1982) mükafatları laureatıdır. Əlipənah Bayramov 2005-ci ildə ölkə başçısının sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
İstinadlar
- . e-qanun.az (az.). Archived from the original on 2022-09-28. İstifadə tarixi: 2023-03-13.
- Azərbaycan Mətbuat Şurası. . presscouncil.az. Archived from the original on 2023-03-19. İstifadə tarixi: 2023-03-19.
- . azsport.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
- . ek.anl.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
- . ek.anl.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
- anl.az. Archived from the original on 2017-05-11. İstifadə tarixi: 2023-03-21.
- medeniyyet.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
- . old.xalqqazeti.com. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elipenah Bayramov azerb Elipenah Gulbala oglu Bayramov 13 dekabr 1946 Kursengi Salyan 17 dekabr 2022 Baki Azerbaycanli jurnalist Xalq qezeti nin kecmis sobe mudiri Emekdar medeniyyet iscisi 2005 Elipenah BayramovElipenah Gulbala oglu BayramovDogum tarixi 13 dekabr 1946Dogum yeri Salyan rayonu Kursengi kendiVefat tarixi 17 dekabr 2022 76 yasinda Vefat yeri Baki seheriDefn yeri Kursengi kendiVetendasligi Azerbaycan SSR AzerbaycanMilliyyeti azerbaycanliTehsili Azerbaycan Dovlet UniversitetiFealiyyeti Jurnalist YaziciFealiyyet illeri 1972 2022Taninmis eserleri Besilliyin Qehremanlari Heyatim muhitim Mukafatlari 2005HeyatiElipenah Gulbala oglu Bayramov 1946 ci il dekabrin 13 de Salyan rayonunun Kursengi kendinde anadan olub Sekkizillik mektebi dogma kendinde orta mektebi qonsu Xalac kendinde bitirib Orta mekteb illerinden dovri metbuatda muxtelif movzularda yazdigi meqalelerle cixis edib Yeniyetmelik illerinde de metbuatda cixislar eden Elipenah Bayramov taleyini birdefelik jurnalistika ile baglayib 1968 ci ilde Azerbaycan Dovlet Universitetinin indiki Baki Dovlet Universiteti Jurnalistika fakultesine daxil olmus 1973 cu ilde ali mektebi ferqlenme diplomu ile bitirmisdi Taninmis jurnalist 2022 ci ilde 76 yasinda Baki seherinde dunyasini deyisib O omrunun son illerinde de jurnalist axtarislarini davam etdirirdi Altmis ile yaxin yaradiciliq fealiyyeti dovrunun maraqli fakt ve hadiseleri barede dusuncelerini qeleme alirdi Evli idi 4 ovladi var Fealiyyeti1972 1974 cu illerde meshur Idman qezeti redaksiyasinda ise baslayib 1974 1979 cu illerde Azerbaycan Dovlet Neft Kimya Institutunda indiki Azerbaycan Dovlet Neft ve Senaye Universiteti nesr edilen Neft kadrlari ugrunda cox tirajli qezetinin redaktoru olub 1979 cu ilin sentyabrindan Xalq qezeti kecmis Kommunist qezeti redaksiyasinda calisib Bu iller erzinde redaksiya heyetinin uzvu olaraq muxbir bas muxbir sobe mudiri senaye mektublar ve iqtisadiyyat sobeleri uzre calisib Xalq qezeti nde cap olunmus ve Heyatim ve muhitim toplusuna daxil edilmis gorkemli ziyalilarimiz barede yazilar silsilesi jurnaliste layiqli nufuz qazandirmisdi Yetkin jurnalist olaraq Elipenah Bayramov olkenin nufuzlu jurnalist mukafatlarina onculler sirasinda layiq gorulmusdur 1983 cu ilde Besilliyin qehremanlari seriyasindan Sosialist Emeyi Qehremani masinist Qezenfer Eliyeve hesr olunmus ilk kitabi capdan cixib 2016 ci ilde gorkemli jurnalistin Heyatim muhitim adli kitabi capdan cixmisdir Heyatim muhitim Kitabda yazicinin Nesibe Zeynalova Mirvarid Dilbazi Sarvan Salmanov Ziya Bunyadov Arif Melikov Alim Qasimov Ferman Salmanov kimi taninmis sexslerle apardigi musahibeleri xatireleri ve dusunceleri yer alir Hemcinin kitabda yer alan Kursengi kendinin tarixi haqqinda bezi arasdirmalar Atamin sagliginda nesil seceremizi tertib etmediyime gore ozumu bagislaya bilmirem Indi yaddasima ne qeder guc versem de babalarimin sayi sekkizi kecmir Agca Qubad Piri Hasim Bedir Qasim Bayram ve Kerim Atam deyerdi ki bizim nesil bineyi qedimden terekeme olub Yayda yaylaqda qisda qislaqda qoyun suruleri beslemisik Dede baba oruslerimiz yaylaqda Samaxinin Calov kendinin qislaqda ise Salyanin Kursengi kendinin erazileri olub Aralarindaki kese mesafe texminen yuz kilometrdir Yeri gelmisken onu da deyim ki Kursengi dagi palciq vulkanin puskurmesi neticesinde yaranib Azerbaycan Sovet Ensiklopediyasinda yazilib Kursengi dagi Kur Araz ovaliginda en iri palciq vulkanlarindan biridir Hundurluyu 77 metr umumi sahesi 170 hektardir Dagin erazisi orta esrler dovrune aid yasayis yeridir 23x23x5 santimetr olcude qirmizi ve aciq sari rengli bismis kerpicden tikilmis qala divarlarinin qaliqlari kecmisde Kursenginin zirvesinde qala oldugunu subut edir Yasayis yerinden coxlu keramika suse bilerzik parcalari ve qedim muncuqlar tapilmisdir Alimlerin qenaetine gore bu tapintilar abidenin IX XIII esrlere aid oldugunu gosterir Camaatimiz terekeme olsa da onlarin esas yasayis yeri Calov kendi olmusdur Kendin tarixini buradaki eqrebalarin seceresini yorulmadan ve sebrle arasdiran Elifaga Osmanov Azerbaycan Milli Ensiklopediyasi na gonderdiyi meqalede yazir Yasilarin dediklerine gore kendin hazirki sakinlerinin ulu babalari texminen 1710 1720 ci illerde burada mesken salmislar Kend mescidi 1873 cu ilde Haci Cahangir terefinden tikilmisdir 1918 ci ilde bu tarixi bina ermeni dasnaklari terefinden yandirilmis 1930 cu ilde berpa olunaraq evvel ibtidai mekteb sonra ise kitabxana kimi fealiyyet gostermisdir Ata nenemin dayisi Tapdiq baba 100 ilden cox yasadi Onu men de gormusdum Gozleri goy sarisin benizli nurani qoca idi Atamin dayi deye xususi bir istekle muraciet etdiyi bu kisi Calovdan Kursengiye gelende evimizin en eziz qonagi olardi O da yadimdadir ki usaqdan boyuye butun qohum qonsu Tapdiq babanin etrafina toplasib onun maraqli sohbetlerine saatlarla qulaq asardilar Kicik oldugum ucun indi o sohbetlerin hec birini xatir laya bilmirem Ancaq atamin kendimizin tarixi ile bagli Tapdiq babadan esitdiyi bu sohbeti oldugu kimi nezerinize catdirmaq isteyirem Calovun binesini uc kisi qoyub Samxal Agca ve Piri Samxal hansi sebebdense Cenubi Azerbaycandan gelib ve Calovda ilk bine salib Agca ile Piri qardas olublar esilleri Samaxidan Saritorpaqdandir Uzun iller kend mektebinin direktoru islemis Abdulla Recebov Calovun tarixi maddi medeniyyet abideleri ile bagli arasdirmalar aparmis metbuat sehifelerinde maraqli yazilarla cixis etmisdir Onun imzasi ile Yeni Sirvan qezetinin 22 may 1982 ci il tarixli nomresinde derc olunmus meqalede oxuyuruq Calov kendinin ehalisi esasen Samaxi rayonunun etraf kendlerinden ve respublikamizin diger rayonlarindan kocub gelmisdir XVIII esrin evvellerinde bu kend 12 qebile eqreba ve 5 ata usagindan ibaret olub Oxucular ucun maraqli olacagini ve gelecekde axtaranlarin cetinlik cekmemeleri ucun hemin qebilelerin ve ata usaqlarinin siyahisini teqdim edirem QEBILELER Nerliler esilleri Cenubi Azerbaycandan gelmedir Agcalar Samaxi Saritorpaq Keceller Cenubi Azerbaycan Germi vilayeti Keceller kendi Muradlilar Carolar Samaxi Saritorpaq Pencililer Goycaydan gelibler Meresliler Qubadan gelibler Dargali Cenubi Azerbaycandan gelibler Kurketli Nabur kendinden gelibler Coranli Sundu kendinden gelibler Topgulluler Sabrandan gelibler Tulunclu Sekiden Ceyirli kendine oradan da Calova kocubler ATA USAQLARI ise bunlardir Yaqubusagi Abilusagi Kecelusagi Demirusagi ve Soylenusagi XX esrin 30 40 ci illerinde ata usagilarinin siyahisina esilleri Agcalar qebilesinden olan Bayramusagi da elave olunub Ancaq Calovun tarixini son meskunlasma ile mehdudlasdirmaq duzgun olmazdi Kendin erazisinde aparilan qazintilar zamani tapilan maddi medeniyyet abideleri ve arxeoloji materiallar onun tarixinin daha qedim oldugunu gosterir Memmedeli Baxisovun ve Elifaga Osmanovun evlerinin bunovresi qazilarken tapilan gumus sikkeler ise bu tarixi koklerin eramizdan evvel II esre gedib cixdigini gosterir Tarix elmleri doktoru professor Alem Nuriyev Baki qezetinin 15 may 1982 ci il tarixli nomresinde yazir Samaxi rayonunun Calov kendinde aparilan axtarislar zamani xeyli maddi medeniyyet numunesi askara cixarilmisdir Hemin materiallar esasen teserrufatda ve meisetde isledilmis kasalardan bosqab tipli qablardan ibaretdir Elde olunan maddi medeniyyet numunelerini oz xususiyyetlerine gore iki dovre eramizdan evvelki II esre ve eramizin III esrine habele eramizin IV ve XIII yuzilliklerine aid etmek mumkundur Yasil ag benovseyi ve qehveyi rengli sirli meiset qablari diqqeti daha cox celb edir Maraqlidir ki onlar Samaxinin Sabran Gulustan qalasi ve arxeoloji abidelerinde askara cixarilmis sirli qablara cox oxsayir Calovda askar etdiyimiz uc gumus pul xususi ehemiyyete malikdir Bu pullardan biri eramizin 40 51 ci illerinde Parfiya hokmdari olmus Qotarsin adindan kesilmisdir Onun sethinde hokmdarin sekli tesvir olunmusdur Arxa ve on tereflerinde ay ve ulduzlarin sekli verilmisdir Ikinci pul Yuli Sezarin adindan Makedoniyada kesilmisdir Uzerinde Yuli Sezarin basi tesvir olunmus basin arxa terefinde ise onun adi yazilmisdir Ucuncu gumus pul Kappadokiyada Kicik Asiyanin serq hissesindeki qedim vilayet kesilmisdir Onun eramizdan evvel II esre aid oldugu mueyyen edilmisdir Tapintilar subut edir ki bu yerlerin sakinlerinin antik dunya ile six iqtisadi medeni elaqeleri olmusdur Abide erazisinde axtarislar neticesinde mueyyenlesdirilmisdir ki Calov seher tipli yasayis yeri olmusdur Gorunur sonralar bu yasayis meskeni hansi sebebdense dagidilmis yerinde meselik ve six kolluq yaranmisdir Qedim Calovun niye ve ne vaxt dagidilmasi helelik sirr olaraq qalir Bu sirri hec subhesiz tarixci alimler arxeoloji ekspedisiyalar aca bilerler Teessuf ki oten esrin 70 80 ci illerinden burada aparilan axtarislar tamam dayandirilib Calov kendi erazisinde ise xalqimizin kecmisine aydinliq getirecek tarixi obyektler maddi medeniyyet abideleri kifayet qederdir Buradaki ilk insanlarin yasayis meskeni guman edilen das magara iki qedim qala yeri ve Islamin Qafqaza yayildigi ilkin illerden soraq veren qebirustu yazilar boyuk intizarla oz tedqiqatcilarini gozleyir Terekeme ucun orus yerinin ne demek oldugunu tesevvur etmek ele de cetin deyil Atam deyerdi ki Calov camaatinin ister qislaqda isterse de yaylaqda xam otlaq saheleri vardi Sovet hakimiyyetinden evvel camaatin 1600 devesi 30 40 minden cox qoyunu mal naxiri ve at ilxisi payizda Kursengi kendi yaxinligindaki Tepeli Axunlu Yolqiragi Ocaqqullu Alyar bir az kenardaki Ozagi qislaqlarina enir yazda ise Calov kendinin Taxta yaylagi Yeherce ve Dovsan tepesi yaylaqlarina qalxardi Sovet hokumeti qurulandan ve kollektivlesme prosesi basa catandan sonra mali mulku elinden alinan Calov camaatinin bir hissesi yaylaqda Calov kendinde bir hissesi de aranda Kursengide oturaq heyata kecib MukafatlariJurnalist respublika Ali Sovetinin Fexri fermanina layiq gorulub H B Zerdabi ve Qizil qelem 1982 mukafatlari laureatidir Elipenah Bayramov 2005 ci ilde olke bascisinin serencami ile Emekdar medeniyyet iscisi fexri adina layiq gorulub Istinadlar e qanun az az Archived from the original on 2022 09 28 Istifade tarixi 2023 03 13 Azerbaycan Metbuat Surasi presscouncil az Archived from the original on 2023 03 19 Istifade tarixi 2023 03 19 azsport az Archived from the original on 2023 03 21 Istifade tarixi 2023 03 21 ek anl az Archived from the original on 2023 03 21 Istifade tarixi 2023 03 21 ek anl az Archived from the original on 2023 03 21 Istifade tarixi 2023 03 21 anl az Archived from the original on 2017 05 11 Istifade tarixi 2023 03 21 medeniyyet az Archived from the original on 2023 03 21 Istifade tarixi 2023 03 21 old xalqqazeti com Archived from the original on 2023 03 21 Istifade tarixi 2023 03 21 Hemcinin baxidman qezeti Xalq qezeti Qizil qelem mukafati Qizil qelem mukafati laureatlari Emekdar medeniyyet iscisi