Fərman Salmanov (28 iyul 1931, Morul, Şamxor rayonu – 31 mart 2007, Moskva) — 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı sovet geoloqu, Sosialist Əməyi Qəhrəmanı. Rusiya Federasiyasının əməkdar geoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiya" rəhbəri (1978–1987), SSRİ Geologiya nazirinin birinci müavini (1987–1991), Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı. Lenin ordeni (1970), Qırmızı Əmək Bayrağı ordeni (1971, 1976), "Oktyabr inqilabı" ordeni (1983), Lenin mükafatı (1970), İvan Qubkin mükafatı (1980) ilə təltif olunmuşdur. 2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
Fərman Salmanov | |
---|---|
Fərman Qurban oğlu Salmanov | |
Doğum tarixi | 28 iyul 1931 |
Doğum yeri | |
Vəfat tarixi | 31 mart 2007 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | geologiya |
Elmi dərəcəsi | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fərman Salmanov Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrinin missiyaya raziliq verməsi ilə nəticələnir.
Əmək fəaliyyəti
1955–1957-ci illərdə Salmanov Plotnikov zavodunun rəisi, daha sonra isə Kemerovo vilayətində Qroznı neft kəşfiyyat ekspedisiyalarının baş geoloqu vəzifəsində çalışmışdır. O, Kuzbassda neft axtarışını perspektivsiz hesab edirdi, ona görə də öz qrupunu Surqut şəhərinə aparmışdı. Salmanov rəhbərliyin bu işi dayandırmasına dair sərəncamlarına baxmayaraq, qazma işlərini davam etdirir. Bəhrə verməyən işlər onun təşəbbüsünə qarşı skeptisizmi artırırdı. Bununla belə, kəşfiyyat ekspedisiyasının rəisi istədiyinə nail ola bilib.
Salmanov 1961-ci ilin 21 mart tarixində, onun sevdiyi Novruz bayramı günündə Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusu 2180 metr dərinlikdən neft fontanı verir. Salmanov əleyhdarlarına belə bir məktub yazır: "Möhtərəm yoldaşlar, Megyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı". Salmanovun SSSR Geologiya nazirliyindəki əleyhdarları hadisənin təbii anomaliya olduğunu deyir və neft fantanın tezliklə tükənəcəyini bildirirdilər. Salmanov Üst-Balıqda ikinci neft-qaz yığımını kəşf etdikdən sonra Kommunist Partiyasının 22-ci konqresinə Sovet lideri Nikita Xuruşova məktub ünlanlayır. "Mən neft tapmışam. Bax belə". Yatağın sənaye hasilatı üç ildən sonra başlamışdır. Megion yatağı indiyədək Rusiyanın ən böyük yataqlarından biri hesab olunur. Onun ərazisində 500-dən artıq istismar quyusu qazılıb ki, bunun da yarıdan çoxu fəaliyyət göstərir. Qazma dərinliyi 1690-dan 2237 m-ə qədərdir. Megion yatağında neft ehtiyatlarının dəyəri onun içərisində az miqdarda parafinlərin olması səbəbindən artır. Bu da öz növbəsində hasilat prosesinə mənfi təsir göstərə bilən avadanlıqların daimi təmizləmə prosesinə xərcləri azaldır. Salmanov özü Sibir neftinin kəşf olunmasını Qaqarinin kosmosa uçuşu ilə müqayisə edirdi.
Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiyaya" rəhbərlik etmişdir. 1987–1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. Onun sözlərinə görə, o, məcburi olaraq vəzifədən ayrıldı, çünki özəlləşdirmədə iştirak etməkdən imtina edirdi. SSRİ-nin dağılmasından sonra geoloq Kalmıkiyada neft və qaz axtarışı ilə məşğul olmuşdur. Ölümünə qədərki dövrdə isə Rusiyanın "İtera Qaz Şirkəti" prezidentinin məsləhətçisi kimi çalışmışdır. Ümumilikdə isə karyerası ərzində 130-dan çox yataq kəşf etmiş və ya kəşf olunmasında iştirak etmişdir.
Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilmişdir.
2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
Təltifləri
- Sosialist Əməyi Qəhrəmanı (1966)
- Lenin ordeni (1970)
- Qırmızı Əmək Bayrağı ordeni (1971, 1976)
- "Oktyabr inqilabı" ordeni (1983)
- Lenin mükafatı (1970)
- Rusiya Fedelrasiyasının əməkdar geoloqu
- İvan Qubkin mükafatı (1980)
- Surqut şəhərinin fəxri vətəndaşı (1968 28 iyun)
- Texas ştatının (ABŞ) fəxri vətəndaşı
Filmoqrafiya
İstinadlar
- "Салманов Фарман Курбан оглы". 2021-12-19 tarixində . İstifadə tarixi: 2013-08-22.
- ""Bu, Qaqarinin uçuşu kimidir": Azərbaycanlı necə Qərbi Sibirdə neft tapmışdı". 2021-07-18 tarixində . İstifadə tarixi: 2021-03-21.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–172.
Xarici keçidlər
- Görkəmli neftçi Fərman Salmanovun 85 illik yubileyi qeyd olundu
- Rusiya telekanalı azərbaycanlı geoloq Fərman Salmanov haqqında xəbər hazırlayıb
- Rusiyada adı aeroporta verilən Fərman Salmanov kimdir? — DOSYE 2020-09-21 at the Wayback Machine
- https://modern.az/az/news/185450
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ferman Salmanov 28 iyul 1931 Morul Samxor rayonu 31 mart 2007 Moskva 1961 ci ilde Qerbi Sibirin Tumen vilayetinin neheng neft ve qaz yataqlarini kesf etmis meshur azerbaycanli sovet geoloqu Sosialist Emeyi Qehremani Rusiya Federasiyasinin emekdar geoloqu geologiya minerologiya elmleri doktoru professor Rusiya Elmler Akademiyasinin muxbir uzvu Tumen vilayetinin neft qaz kesfiyyati idaresi Qlavtumengeologiya rehberi 1978 1987 SSRI Geologiya nazirinin birinci muavini 1987 1991 Xanti Mansi ve Yamalo Nenets Muxtar dairelerinin Surgut seheri ve Texas statinin fexri vetendasi Lenin ordeni 1970 Qirmizi Emek Bayragi ordeni 1971 1976 Oktyabr inqilabi ordeni 1983 Lenin mukafati 1970 Ivan Qubkin mukafati 1980 ile teltif olunmusdur 2019 cu ilin may ayindan etibaren Rusiyanin Surqut hava limanina azerbaycanli geoloq Ferman Salmanovun adi verilib Ferman SalmanovFerman Qurban oglu SalmanovDogum tarixi 28 iyul 1931 1931 07 28 Dogum yeri Morul Samxor rayonu Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 31 mart 2007 2007 03 31 75 yasinda Vefat yeri Moskva RusiyaDefn yeri Vaqankovo qebiristanligiElm saheleri geologiyaElmi derecesi geologiya mineralogiya elmleri doktoruTehsili Azerbaycan Dovlet Neft ve Senaye UniversitetiMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiFerman Salmanov Semkir rayonun Morul kendinde anadan olmusdur Orta mektebi yuksek qiymetlerle basa vuran Ferman Azerbaycan Senaye Institutunun indiki Azerbaycan Dovlet Neft ve Senaye Universiteti geoloji kesfiyyat fakultesine daxil olur Ali tehsilini basa vurduqdan sonra Kuzbasa neft qaz yataqlarinin kesfiyyatina gonderilir O tezlikle Kuzbasin hec bir neftlilik qazliliq potensialinin olmadigi qerarina gelir ve Sovet resmilerinin icaze olmadan kesfiyyat qrupundan olan konullulerle Sibirin Surgut bolgesine getmeyi qerara alir O vaxt Sovet geoloji dairelerinde Sibir perspektivsiz erazi kimi teqdim edilirdi Resmi daireler Salmanovun bu qerarina gore ona qarsi cinayet isi qaldirmaq isteyirler lakin komandasinin tetil hede qorxulari hakimiyyet dairelerinin missiyaya raziliq vermesi ile neticelenir Emek fealiyyeti1955 1957 ci illerde Salmanov Plotnikov zavodunun reisi daha sonra ise Kemerovo vilayetinde Qrozni neft kesfiyyat ekspedisiyalarinin bas geoloqu vezifesinde calismisdir O Kuzbassda neft axtarisini perspektivsiz hesab edirdi ona gore de oz qrupunu Surqut seherine aparmisdi Salmanov rehberliyin bu isi dayandirmasina dair serencamlarina baxmayaraq qazma islerini davam etdirir Behre vermeyen isler onun tesebbusune qarsi skeptisizmi artirirdi Bununla bele kesfiyyat ekspedisiyasinin reisi istediyine nail ola bilib Salmanov 1961 ci ilin 21 mart tarixinde onun sevdiyi Novruz bayrami gununde Megion yatagini kesf edir Yataga qazilmis ilk kesfiyyat quyusu 2180 metr derinlikden neft fontani verir Salmanov eleyhdarlarina bele bir mektub yazir Mohterem yoldaslar Megyonda 2180 metr derinlikden neft fisqirir Aydindirmi Salmanovun SSSR Geologiya nazirliyindeki eleyhdarlari hadisenin tebii anomaliya oldugunu deyir ve neft fantanin tezlikle tukeneceyini bildirirdiler Salmanov Ust Baliqda ikinci neft qaz yigimini kesf etdikden sonra Kommunist Partiyasinin 22 ci konqresine Sovet lideri Nikita Xurusova mektub unlanlayir Men neft tapmisam Bax bele Yatagin senaye hasilati uc ilden sonra baslamisdir Megion yatagi indiyedek Rusiyanin en boyuk yataqlarindan biri hesab olunur Onun erazisinde 500 den artiq istismar quyusu qazilib ki bunun da yaridan coxu fealiyyet gosterir Qazma derinliyi 1690 dan 2237 m e qederdir Megion yataginda neft ehtiyatlarinin deyeri onun icerisinde az miqdarda parafinlerin olmasi sebebinden artir Bu da oz novbesinde hasilat prosesine menfi tesir gostere bilen avadanliqlarin daimi temizleme prosesine xercleri azaldir Salmanov ozu Sibir neftinin kesf olunmasini Qaqarinin kosmosa ucusu ile muqayise edirdi Ferman Salmanov omrunun 50 ilini Sovet Ittifaqi vi Rusiya Federasiyasinin neft qaz senayesine hesr etmis 100 den artiq neheng neft qaz yatagini kesf ve ya onlarin kesfinde istirak etmisdir Bele neheng yataqlardan Mamontov Megiyon Pravdinsk Ust Baliq Surgut Urengoy Yamburq ve s misal gostermek olar 1978 ci ilden 1987 ci ile qeder Salmanov Tumen vilayetinin neft qaz kesfiyyati idaresi Qlavtumengeologiyaya rehberlik etmisdir 1987 1991 ci illerde SSRI Geologiya nazirinin birinci muavini islemisdir Onun sozlerine gore o mecburi olaraq vezifeden ayrildi cunki ozellesdirmede istirak etmekden imtina edirdi SSRI nin dagilmasindan sonra geoloq Kalmikiyada neft ve qaz axtarisi ile mesgul olmusdur Olumune qederki dovrde ise Rusiyanin Itera Qaz Sirketi prezidentinin meslehetcisi kimi calismisdir Umumilikde ise karyerasi erzinde 130 dan cox yataq kesf etmis ve ya kesf olunmasinda istirak etmisdir Ferman Salmanov eyni zamanda geologiya minerologiya elmleri doktoru Rusiya Elmler Akademiyasinin muxbir uzvu olmusdur Gorkemli geoloq 160 dan artiq monoqrafiya ve elmi eserlerin muellifidir O Xanti Mansi ve Yamalo Nenets Muxtar dairelerinin Surgut seheri ve Texas statinin fexri vetendasi secilmisdir 2019 cu ilin may ayindan etibaren Rusiyanin Surqut hava limanina gorkemli azerbaycanli geoloq Ferman Salmanovun adi verilib TeltifleriSosialist Emeyi Qehremani 1966 Lenin ordeni 1970 Qirmizi Emek Bayragi ordeni 1971 1976 Oktyabr inqilabi ordeni 1983 Lenin mukafati 1970 Rusiya Fedelrasiyasinin emekdar geoloqu Ivan Qubkin mukafati 1980 Surqut seherinin fexri vetendasi 1968 28 iyun Texas statinin ABS fexri vetendasiFilmoqrafiyaTayqa qehremani film 1968 Istinadlar Salmanov Farman Kurban ogly 2021 12 19 tarixinde Istifade tarixi 2013 08 22 Bu Qaqarinin ucusu kimidir Azerbaycanli nece Qerbi Sibirde neft tapmisdi 2021 07 18 tarixinde Istifade tarixi 2021 03 21 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 170 172 Xarici kecidlerGorkemli neftci Ferman Salmanovun 85 illik yubileyi qeyd olundu Rusiya telekanali azerbaycanli geoloq Ferman Salmanov haqqinda xeber hazirlayib Rusiyada adi aeroporta verilen Ferman Salmanov kimdir DOSYE 2020 09 21 at the Wayback Machine https modern az az news 185450