Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır.
Ceyran | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ceyran | ||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
|
Ümumi xarakteristikası və görünüşü
Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır. Sifətində və böyürlərində tünd və açıq rəngli zolaqların növbələşməsi, eləcə də ağ quyruqətrafı “güzgüsü” səciyyəvi xarakter daşıyır.
Ceyranlarda quyruq nisbətən uzun olub, ucu qaradır və 15-20 sm-ə çatır. Quyruğu sallandıqda quyruqətrafı "güzgü"nü örtür. Buynuzunun uzunluğu 25-43 sm olur. Bəzən dişilərdə də buynuza təsadüf edilir, lakin qısa ölçülü olur (5 sm-ə kimi). Dişilər 9 aylığında, erkəklər isə 18 aylığında cinsi yetkinliyə çatırlar. Boğazlıq müddəti 5-6 ay çəkir. Ceyranlar 1-2, çox az hallarda isə 3 bala doğurlar. Balalar 4-5 aylıq olana qədər süd əmirlər. Ceyranların ömür müddəti 10-12 ildir. Bu antilopda iy vəziləri yaxşı inkişaf etmişdir. Bu vəzilərin ifrazatı ilə, heyvanlar bir-birini axtarır və ünsiyyət yaradırlar.
Dünyada və Azərbaycanda yayılması
İnsanların sevdiyi gözəllik obyekti olan ceyran həmişə onların diqqətini özünə cəlb etmişdir. Başqa məməlilərə nisbətən bu heyvan dünyada çox az yayılmışdır. Növün arealı: Ərəbistan yarımadası, İran, Cənub–şərqi Gürcüstan (nəsli kəsilmiş növ), , Türkmənistan, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Pakistan, Monqolustan, Şimal-qərbi Çin və Cənubi Qafqazda isə əsas arealı Azərbaycandır. Azərbaycan ceyranların nisbətən çox yaşadıqları ərazi olmuşdur. Lakin, uzun tarixi dövr ərzində insanlar bu heyvanları qıraraq, onun arealını – antropogen landşaftlara çevirmiş, beləliklə bu heyvanlar məhdud və bir-biri ilə əlaqəsi olmayan kiçik sahələrdə az miqdarda qala biliblər.
XX əsrin 40-cı illərinədək ceyranlar Azərbaycanda Acınohur, Eldar düzündə, Turt – Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində, Qobustan çöllərində geniş yayılmışdı. 1950-ci illərə qədər respublikamızda ceyranların sayı kəskin şəkildə azalmağa başlamışdır. 1960-1961-ci illərdə təyyarə vasitəsilə keçirilmiş sayğı zamanı yuxarıda qeyd edilmiş (14, 3 min km²) ərazilərdə cəmi 131 baş ceyran rast gəlinmişdir. Əsas sıx yaşayış arealı olan Muğan düzündə ceyranların tamamilə kökü kəsilmişdir. Buna səbəb ceyranların ovlanması və heç bir təbiəti mühafizə işinin həyata keçirilməməsi olmuşdur. Bu səbəbdən 12-15 başdan ibarət kiçik bir dəstə ətrafında müşahidə edilmişdir. Hal – hazırda Azərbaycanda ceyranların müasir yaşadıqları sahələr Şirvan Milli Parkını (17,7 min ha), Bəndovan (51,8min ha) və (20,55 min ha) yasaqlıqlarını və İlisu Dövlət Təbiət Qoruğunun Acınohur-Ceyrançöl ərazisini (17 min ha) əhatə edir. Bu ərazilər bir-birindən tamamilə uzaq və təcrid edilmiş şəkildədir.
Həyat tərzi
Cütdırnqalı heyvanların istər dağlıq ərazilərdə, istərsə də açıq səhra şəraitində məskunlaşmış növlərinin xarakterik ekoloji xüsusiyyətlərindən biri də, onların dəstələrlə yaşamasıdır. Belə dəstələr və ya sürülər heyvanların birgə yaşayış forması olmaqla bir sıra ekoloji əhəmiyyət kəsb edir. Bu, hər şeydən əvvəl, onların kollektiv sayıqlığını artırır, heyvanlar öz düşmənlərindən yaxşı qoruna bilir, yırtıcıların əksəriyyəti iri sürülərə hücum etməkdən çəkinir, qar örtüyünü tapdalayaraq yumşaldır, getdikləri ərazidə qısa müddətdə cığır sala bilirlər ki, bu da onların hərəkətini asanlaşdırır. Bunlardan başqa, sürüdə olan zəif, xəstə fərdlər nisbətən qüvvətli və sağlam fərdlərin arxasınca gedir. Qar örtüyü olan yerlərdə sürüdə, olan cavan və qüvvətli erkəklər qarı asanlıqla tapdalayıb təmizləyir, zəif dişi və nisbətən kiçik yaşlı fərdlərin rahat otlamasına şərait yaranır. Bir sözlə, cütdırnaqlı heyvanlarda sürülərin yaranması onların kollektiv şəkildə əlverişsiz şəraitdə yaşaması üçün uyğunlaşmadır.
Yuxarıda göstərilən məlumatları ümumiləşdirərək, aşağıdakı nəticələrə gəlmək olar: Şirvan Milli Parkında da ceyranların sürülük indeksi yay aylarında kiçik, yaz aylarında nisbətən böyük olur. Payız fəslində isə bu göstərici hər iki fəsilə nisbətən 9-10 dəfə böyükdür. Sürülərdə heyvanların sayı orta hesabla 15-17 baş arasında dəyişir.
Yaşayış yerləri
Ceyranlar yovşanlı və şorangəli düzənlik yerlərdə,bəzən də xırda təpələri olan çöllərdə yaşamağa uyğunlaşmışdır. Onlar başlıca olaraq bərk torpaqlı (çınqıllı və gilli) arid sahələrin sakinidir. Ceyranlar həmçinin yarımsəhra bitki örtüyü olan dağətəyi landşaftlarda da məskunlaşmağa uyğunlaşmışlar. Yayda onlar yaxınlıqdakı əlverişli su hövzələrindən 5–6 km-dən artıq aralanmayaraq kanalların,göllərin və Xəzərin sahili boyunca yerlərini dəyişirlər. Ceyranlar fəsillərlə əlaqədar olaraq mövcud yaşayış yerlərini (ümumi areal daxilində) başqa biotoplarla əvəz edirlər. Ceyranlar tipik səhra və yarımsəhralarda məskunlaşmağa uyğunlaşmış faunanın nümayəndəsidir. Onlar Asiyada bütün səhra və yarımsəhra tiplərində yaşayırlar. Çox səciyyəvi yerləri, yovşanlı-şorangəli səhralar və yovşanlı-qırtıclı yarımsəhra landşaftları sayılır.
Ən çox üstünlük verdikləri yaşayış sahələri açıq düzlərdir. Digər antiloplardan fərqli olaraq nahamar, dərəli-təpəli və yarımörtülü sahələrdə yaşamağa uyğunlaşa bilirlər.
Miqrasiyası
Digər vəhşi cütdırnaqlılarla müqayisədə ceyranlar daha çox fəal heyvanlardır. Yaz aylarında ceyranların fəallığı daha yüksək olur. Heyvanlar günün bütün işıqlı vaxtlarını otlayır, qısa müddətdə dincəlirlər. Qışdan çıxmış heyvanlar fizioloji cəhətdən zəif olduğundan çox qida qəbul etmək üçün bütün gün ərzində otlayırlar.
Yazda (mart-may aylarında) ceyranlar səhərin alatoranlığından otlamağa başlayır, çox qısamüddətli istirahətdən sonra yenidən qidalanmanı davam etdirirlər. Qalan saatlarda növbə ilə dincəlirlər. Qidalanma təxminən tam qaranlıq düşənə qədər davam edir. Yaz aylarında ceyranlar yulğun kollarının daldasında, torpaq təpələrinin külək tutmayan tərəfində və qurumuş otların üzərində uzanaraq dincəlirlər.
Ceyranlar ətraf mühitə qarşı həddindən artıq həssasdırlar. Onlar görmə, eşitmə, iybilmə qabiliyyətləri yüksək dərəcədə inkişaf etmişdir. Ceyranlar səhra şəraitində yaşayan digər cütdırnaqlılarla müqayisədə (sayqak, dzeren, qulan və s.), uzaq məsafəli miqrasiyalar etmirlər. Onlardan fərqli olaraq ceyranlar yarımbağlı biotoplarda da (kol-kos, qamışlıq, yulğunluq) otlayırlar.
Azərbaycan şəraitində ceyranların hazırkı yaşayış yerlərini areal adlandırmaq ekoloji cəhətdən düzgün deyildir. Çunki, istər Şirvan Milli Parkı, istərsə də Korçay yasaqlığı konkret sərhədlərə malik qapalı ərazilərdir. Belə yerlərdə, ceyranlar fəsillərlə əlaqədar, həmçinin, qida azlığı, narahatedici amillər olduqda, su mənbələri olmadıqda, gündən qorunmaq üçün kolluqlar olmadıqda yerlərini dəyişməyə məcbur olurlar. Məsələn, Şirvan Milli Parkında ceyranlar qışda soyuq küləkli və qarlı Şimal-şərq kvartallarından daha əlverişli olan Cənub-qərb sahələrinə köç edirlər. Azərbaycanda yalnız 15-18 başdan ibarət olan Giləzi populyasiyası sərhədsiz ərazidə olduğu üçün normal miqrasiya edə bilir.
Çoxalması
Ceyranlarda cinsi yetişkənlik dişilərdə 7-19 aylığında, erkəklərdə isə 18-30 aylığında başa çatır. Çoxalmanın birinci mərhələsi olan hövrəgəlmə prosesi, təqribən sentyabrın ikinci yarısında başlayır. Bu proses erkək fərdlərdə sentyabrın sonunadək özünü göstərir. Bu dövrdə, ceyranlar çox az dincəlir, çox otlayır, erkəklər arasında tez-tez vuruşma baş verir, onlar bir-birilə oynaşırlar. Bu proseslə əlaqədar ceyranlarda xüsusi davranış reaksiyaları müşahidə olunur.
Ceyranlarda cütləşmə dövrünün başlanması ərəfəsində bir sıra davranış formaları müşahidə edilir. Onlar cütləşmə prosesinin baş verəcəyi əraziləri seçərək nişanlayırlar. Bu prosesi əsasən yaşlı erkək fərdlər icra edirlər. Onlar seçdikləri cütləşmə sahəsini əhatə edən sərhəd xətləri üzərində qabaq ətrafları ilə yeri qazaraq kiçik çalalar əmələ gətirir və həmin çalalara peyinini ifraz edərək doldurur. Beləliklə, yaşlı erkək fərdlər özləri üçün ətraf sahələrdən təcrid olunmuş cütləşmə sahəsi yaradır. Belə nişanlanmış sahəyə başqa erkək fərdlər girmirlər. Bu proses ceyranlarda özünəməxsus ekoloji uyğunlaşmadır. Belə nişanlanmış sahələrin düzəldilməsi ceyranlardan başqa digər məməli fauna növlərində də müşahidə olunur və cütləşmə dövründə dişi fərdlərə görə başqa erkəklərlə vuruşmaqdan yayınmaq üçün səciyyəvi instinktdir.
Cütləşmə ərəfəsində (təxminən oktyabrın ortalarından dekabrın sonuna qədər) bu prosesdə iştirak edəcək erkək fərdlərin toxumluqları və toxum axarı şişir. Cütləşmədə iştirak etməyən fərdlərdə bu hal müşahidə olunmadığı üçün, onları müəyyən məsafədən təyin etmək mümkündür. Erkək fərdlərin toxumluqları və toxum axarı yolları cütləşmə dövrü başa çatdıqdan sonra yenidən normal anatomik ölçüdə olur.
Cütləşmə dövrü hava şəraitindən asılı olaraq dəyişir. Yağışlı və soyuq payız aylarında bu dövr nisbətən uzanaraq gec başlayır (oktyabrın ikinci ongünlüyündən) və dekabrın axırına qədər davam edir. Nisbətən quraqlıq və isti keçən illərdə isə sentyabrın ortalarından – oktyabrın sonunadək uzanır. Ceyranların boğazlıq müddəti dəqiq təyin olunmayıb. Bu müddət təxminən 5-5,5 aya qədər davam edir. Bəzən bu müddət 6 aya qədər uzanır. Qoruq ərazisində heyvanların cütləşmədə iştiraketmə vaxtından asılı olaraq, doğum dövrü 20-30 gün fərqli ola bilir. Doğum intensivliyi hava şəraitindən asılı olaraq az və kütləvi xarakteri daşıyır. Havaların nisbətən mülayim keçdiyi illərdə doğum dövrü mart-aprel aylarında, yağışlı və soyuq hava şəraitində isə nisbətən uzanaraq aprelin əvvəlindən iyunun əvvəlinə qədər davam edir.
Doğum dövründə boğaz heyvanlar çox dalda yerlərə çəkilərək sakit və təhlükəsiz biotopda bir, iki, bəzən də üç bala doğurlar.
Qidalanması
Ceyranlar qidaya çox tələbkar olmayan heyvanlardır. Aparılan müşahidələr göstərir ki, Şirvan Milli Parkında ceyranların qidasını təşkil edən bitki örtüyü yarımsəhra şəraitinə uyğunlaşmış efemer – bitkilərdir. Parkın ərazisində aşağıdakı bitki formasiyaları mövcuddur: səhra bitkiləri – , şahsevdi, , yarımsəhra bitkiləri yovşanlı, çərənli-yovşanlı, yovşalı-efemerli, dənli – müxtəlif otlu, efemerli sahil qumlu və çala-çəmən bitki formasiyaları. Ərazidə ən çox yayılan yulğun, şahsevdi, şorangə – çoxillik efemerləri və şahsevdili – yulğun kollarıdır ki, bunlar, əksər yerlərdə qarışıq assosiasiyalar yaradır. Bu bitkilər bütün fəsillərdə başlıca olaraq qışda ceyranların çox xoşladıqları qida hesab olunur. Ərazinin cənub-şərq hissəsində ən çox səhra bitkiləri yayılmışdır. Bu bitkilərin sahəsi Xəzər dənizinin sahil xətlərinə qədər uzanır.
Ceyranlar ən çox şorlaşma olan yerlərin bitkilərindən – , şorangə, , bitişikçiçək, digər çoxillik və birillik halofit bitki qrupları ilə, qış fəslində isə kollar arasında qalan birillik sancaqayağı, bozaq, laturus, bağayarpağı, incilə, dəvəayağı, kimi efemerlərlə qidalanırlar.
Heyvanların qidasının 75-80 %-ni yarımsəhra tipli bitkilər təşkil edir ki, bu da ərazinin şimal və qərb hissəsindəki şorlaşmış, yaxud zəif şorlaşmış torpaqlarda inkişaf etmişdir. Bu hissədə, ot və birillik efemerlərə rast gəlinir. Bunlardan tonqalotu, bozaq, buğdayı ot, qarayonca, kilikburuna təsadüf edilir. Bu bitkilər istər qışda (qar altında) qurumuş şəkildə, istərsə də erkən yazda yovşan yarımsəhraları ilə birlikdə ceyranların yem bazasının əsasını təşkil edirlər. Bu qrup bitkilər qısa vegetasiya müddətinə malikdir və çoxlu toxumları olduğu üçün qüvvətli yem kimi əlverişlidir. Düzənlikdə, xüsusilə, ərazinin cənub otlaqlarında adətən taxıllar, xaççiçəklilər, paxlalılar, mürəkkəbçiçəklilər və s. fəsilələrdən olan efemerlərin iştirak etdiyi xırda sahələrdən ibarət yarımsəhralara rast gəlinir. Bu qruplaşmalar ceyranların yay otlaqları üçün və payız fəslində heyvanların cütləşmə dövrü üçün qüvvətli qidalardır.
Əlverişli hava şəraitində efemerlərin toxumları adətən payızda cücərir və cücərmə mərhələsində qışlayır. Bu cücərtilərin bir hissəsi qış düşənədək inkişaf edir və müəyyən vegetativ kütlə verir ki, bu, ceyranların qış fəsli üçün yem bazasının 20 – 25 % - ni təşkil edir. Efemerlər yazın axırına yaxın (may ayının ortaları) quruyur. Erkən yazda (martın axırları) havaların istiləşməsilə əlaqədar efemerlərin bir hissəsi çiçəkləyir və toxum verir. Bu toxumlar qida rasionunun əsas hissəsini təşkil edir. Məsələn, soğanaqlı qırtıcın inkişafı payızda gedir. Heyvanlar onların soğanağından çox həvəslə istifadə edirlər.
Şirvan Milli Parkının ərazisində su mənbələri, əsasən, Çala gölü, , onlardan ayrılan arxlar və dənizin sahil xətlərinə yaxın ərazilərdir. Burada suyun tərkibində duz az olduqca (1 litrində 9-14 qr) ceyranlar ondan içə bilir, artıq olduqda isə heyvanlara öldürücü təsir göstərir. Bundan başqa qış aylarında heyvanlar qardan da istifadə edirlər.
Status
Çox ovlanmağına görə IUCN Qırmızı kitabında VU kateqoriyasındadır.azərbaycanda ən çox Şirvan milli parkında qorunur
Ədəbiyyat
- S.M.Quliyev. Azərbaycanın cütdırnaqlılar faunası. 2008, səh. 620
- Azərbaycanın Qırmızı Kitabı. II cild. Bakı: 2013
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Ceyran deqiqlesdirme Qara Quyruqlu Ceyran ve ya Ceyran lat Gazella subgutturosa antiloplar cinsine aid cutdirnaqli memeli heyvan Bedeninin uzunlugu 95 115 sm suysunun hundurluyu 60 75 sm kutlesi 18 33 kq dir CeyranElmi tesnifatXETA parent ve rang parametrlerini doldurmaq lazimdir CeyranBeynelxalq elmi adiGazella subgutturosa Gueldenst 1780 Sekil axtarisiITIS 625101NCBI 59529EOL 129520FW 149570Umumi xarakteristikasi ve gorunusuCox yungul qametli beden qurulusu olan heyvandir Buynuzlari lira seklinde eyilmis qara rengdedir esasindan az ve ya cox derecede paralel zirveye dogru iceri eyilmisdir Hamar zirvelerinden basqa buynuz ortuklerinin sethi demek olar ki her yerde aydin sekilde nezere carpan ve bir birinden ayrilan kondelen halqalarla ortulmusdur Esaslarda buynuzlarin alin sumuyunun qovusdugu yer buynuzlarin kondelen qovusmasi uzununa ovaldir Buynuzlar tekce erkeklerde deyil nadir hallarda disilerde de musahide edilir Rengi muxtelif calarli qonura calan bezen de qum renginde olur Qarninin ve yanlarinin alti elece de ayaqlarinin uc terefleri agdir Sifetinde ve boyurlerinde tund ve aciq rengli zolaqlarin novbelesmesi elece de ag quyruqetrafi guzgusu seciyyevi xarakter dasiyir Ceyranlarda quyruq nisbeten uzun olub ucu qaradir ve 15 20 sm e catir Quyrugu sallandiqda quyruqetrafi guzgu nu ortur Buynuzunun uzunlugu 25 43 sm olur Bezen disilerde de buynuza tesaduf edilir lakin qisa olculu olur 5 sm e kimi Disiler 9 ayliginda erkekler ise 18 ayliginda cinsi yetkinliye catirlar Bogazliq muddeti 5 6 ay cekir Ceyranlar 1 2 cox az hallarda ise 3 bala dogurlar Balalar 4 5 ayliq olana qeder sud emirler Ceyranlarin omur muddeti 10 12 ildir Bu antilopda iy vezileri yaxsi inkisaf etmisdir Bu vezilerin ifrazati ile heyvanlar bir birini axtarir ve unsiyyet yaradirlar Dunyada ve Azerbaycanda yayilmasiInsanlarin sevdiyi gozellik obyekti olan ceyran hemise onlarin diqqetini ozune celb etmisdir Basqa memelilere nisbeten bu heyvan dunyada cox az yayilmisdir Novun areali Erebistan yarimadasi Iran Cenub serqi Gurcustan nesli kesilmis nov Turkmenistan Qirgizistan Ozbekistan Efqanistan Pakistan Monqolustan Simal qerbi Cin ve Cenubi Qafqazda ise esas areali Azerbaycandir Azerbaycan ceyranlarin nisbeten cox yasadiqlari erazi olmusdur Lakin uzun tarixi dovr erzinde insanlar bu heyvanlari qiraraq onun arealini antropogen landsaftlara cevirmis belelikle bu heyvanlar mehdud ve bir biri ile elaqesi olmayan kicik sahelerde az miqdarda qala bilibler XX esrin 40 ci illerinedek ceyranlar Azerbaycanda Acinohur Eldar duzunde Turt Sarica Qarabag Mil Mugan Sirvan duzlerinde Qobustan collerinde genis yayilmisdi 1950 ci illere qeder respublikamizda ceyranlarin sayi keskin sekilde azalmaga baslamisdir 1960 1961 ci illerde teyyare vasitesile kecirilmis saygi zamani yuxarida qeyd edilmis 14 3 min km erazilerde cemi 131 bas ceyran rast gelinmisdir Esas six yasayis areali olan Mugan duzunde ceyranlarin tamamile koku kesilmisdir Buna sebeb ceyranlarin ovlanmasi ve hec bir tebieti muhafize isinin heyata kecirilmemesi olmusdur Bu sebebden 12 15 basdan ibaret kicik bir deste etrafinda musahide edilmisdir Hal hazirda Azerbaycanda ceyranlarin muasir yasadiqlari saheler Sirvan Milli Parkini 17 7 min ha Bendovan 51 8min ha ve 20 55 min ha yasaqliqlarini ve Ilisu Dovlet Tebiet Qorugunun Acinohur Ceyrancol erazisini 17 min ha ehate edir Bu eraziler bir birinden tamamile uzaq ve tecrid edilmis sekildedir Heyat terziCutdirnqali heyvanlarin ister dagliq erazilerde isterse de aciq sehra seraitinde meskunlasmis novlerinin xarakterik ekoloji xususiyyetlerinden biri de onlarin destelerle yasamasidir Bele desteler ve ya suruler heyvanlarin birge yasayis formasi olmaqla bir sira ekoloji ehemiyyet kesb edir Bu her seyden evvel onlarin kollektiv sayiqligini artirir heyvanlar oz dusmenlerinden yaxsi qoruna bilir yirticilarin ekseriyyeti iri surulere hucum etmekden cekinir qar ortuyunu tapdalayaraq yumsaldir getdikleri erazide qisa muddetde cigir sala bilirler ki bu da onlarin hereketini asanlasdirir Bunlardan basqa surude olan zeif xeste ferdler nisbeten quvvetli ve saglam ferdlerin arxasinca gedir Qar ortuyu olan yerlerde surude olan cavan ve quvvetli erkekler qari asanliqla tapdalayib temizleyir zeif disi ve nisbeten kicik yasli ferdlerin rahat otlamasina serait yaranir Bir sozle cutdirnaqli heyvanlarda surulerin yaranmasi onlarin kollektiv sekilde elverissiz seraitde yasamasi ucun uygunlasmadir Yuxarida gosterilen melumatlari umumilesdirerek asagidaki neticelere gelmek olar Sirvan Milli Parkinda da ceyranlarin suruluk indeksi yay aylarinda kicik yaz aylarinda nisbeten boyuk olur Payiz feslinde ise bu gosterici her iki fesile nisbeten 9 10 defe boyukdur Surulerde heyvanlarin sayi orta hesabla 15 17 bas arasinda deyisir Yasayis yerleriCeyranlar yovsanli ve sorangeli duzenlik yerlerde bezen de xirda tepeleri olan collerde yasamaga uygunlasmisdir Onlar baslica olaraq berk torpaqli cinqilli ve gilli arid sahelerin sakinidir Ceyranlar hemcinin yarimsehra bitki ortuyu olan dageteyi landsaftlarda da meskunlasmaga uygunlasmislar Yayda onlar yaxinliqdaki elverisli su hovzelerinden 5 6 km den artiq aralanmayaraq kanallarin gollerin ve Xezerin sahili boyunca yerlerini deyisirler Ceyranlar fesillerle elaqedar olaraq movcud yasayis yerlerini umumi areal daxilinde basqa biotoplarla evez edirler Ceyranlar tipik sehra ve yarimsehralarda meskunlasmaga uygunlasmis faunanin numayendesidir Onlar Asiyada butun sehra ve yarimsehra tiplerinde yasayirlar Cox seciyyevi yerleri yovsanli sorangeli sehralar ve yovsanli qirticli yarimsehra landsaftlari sayilir En cox ustunluk verdikleri yasayis saheleri aciq duzlerdir Diger antiloplardan ferqli olaraq nahamar dereli tepeli ve yarimortulu sahelerde yasamaga uygunlasa bilirler MiqrasiyasiDiger vehsi cutdirnaqlilarla muqayisede ceyranlar daha cox feal heyvanlardir Yaz aylarinda ceyranlarin fealligi daha yuksek olur Heyvanlar gunun butun isiqli vaxtlarini otlayir qisa muddetde dincelirler Qisdan cixmis heyvanlar fizioloji cehetden zeif oldugundan cox qida qebul etmek ucun butun gun erzinde otlayirlar Yazda mart may aylarinda ceyranlar seherin alatoranligindan otlamaga baslayir cox qisamuddetli istirahetden sonra yeniden qidalanmani davam etdirirler Qalan saatlarda novbe ile dincelirler Qidalanma texminen tam qaranliq dusene qeder davam edir Yaz aylarinda ceyranlar yulgun kollarinin daldasinda torpaq tepelerinin kulek tutmayan terefinde ve qurumus otlarin uzerinde uzanaraq dincelirler Ceyranlar etraf muhite qarsi heddinden artiq hessasdirlar Onlar gorme esitme iybilme qabiliyyetleri yuksek derecede inkisaf etmisdir Ceyranlar sehra seraitinde yasayan diger cutdirnaqlilarla muqayisede sayqak dzeren qulan ve s uzaq mesafeli miqrasiyalar etmirler Onlardan ferqli olaraq ceyranlar yarimbagli biotoplarda da kol kos qamisliq yulgunluq otlayirlar Azerbaycan seraitinde ceyranlarin hazirki yasayis yerlerini areal adlandirmaq ekoloji cehetden duzgun deyildir Cunki ister Sirvan Milli Parki isterse de Korcay yasaqligi konkret serhedlere malik qapali erazilerdir Bele yerlerde ceyranlar fesillerle elaqedar hemcinin qida azligi narahatedici amiller olduqda su menbeleri olmadiqda gunden qorunmaq ucun kolluqlar olmadiqda yerlerini deyismeye mecbur olurlar Meselen Sirvan Milli Parkinda ceyranlar qisda soyuq kulekli ve qarli Simal serq kvartallarindan daha elverisli olan Cenub qerb sahelerine koc edirler Azerbaycanda yalniz 15 18 basdan ibaret olan Gilezi populyasiyasi serhedsiz erazide oldugu ucun normal miqrasiya ede bilir CoxalmasiCeyranlarda cinsi yetiskenlik disilerde 7 19 ayliginda erkeklerde ise 18 30 ayliginda basa catir Coxalmanin birinci merhelesi olan hovregelme prosesi teqriben sentyabrin ikinci yarisinda baslayir Bu proses erkek ferdlerde sentyabrin sonunadek ozunu gosterir Bu dovrde ceyranlar cox az dincelir cox otlayir erkekler arasinda tez tez vurusma bas verir onlar bir birile oynasirlar Bu prosesle elaqedar ceyranlarda xususi davranis reaksiyalari musahide olunur Ceyranlarda cutlesme dovrunun baslanmasi erefesinde bir sira davranis formalari musahide edilir Onlar cutlesme prosesinin bas vereceyi erazileri secerek nisanlayirlar Bu prosesi esasen yasli erkek ferdler icra edirler Onlar secdikleri cutlesme sahesini ehate eden serhed xetleri uzerinde qabaq etraflari ile yeri qazaraq kicik calalar emele getirir ve hemin calalara peyinini ifraz ederek doldurur Belelikle yasli erkek ferdler ozleri ucun etraf sahelerden tecrid olunmus cutlesme sahesi yaradir Bele nisanlanmis saheye basqa erkek ferdler girmirler Bu proses ceyranlarda ozunemexsus ekoloji uygunlasmadir Bele nisanlanmis sahelerin duzeldilmesi ceyranlardan basqa diger memeli fauna novlerinde de musahide olunur ve cutlesme dovrunde disi ferdlere gore basqa erkeklerle vurusmaqdan yayinmaq ucun seciyyevi instinktdir Cutlesme erefesinde texminen oktyabrin ortalarindan dekabrin sonuna qeder bu prosesde istirak edecek erkek ferdlerin toxumluqlari ve toxum axari sisir Cutlesmede istirak etmeyen ferdlerde bu hal musahide olunmadigi ucun onlari mueyyen mesafeden teyin etmek mumkundur Erkek ferdlerin toxumluqlari ve toxum axari yollari cutlesme dovru basa catdiqdan sonra yeniden normal anatomik olcude olur Cutlesme dovru hava seraitinden asili olaraq deyisir Yagisli ve soyuq payiz aylarinda bu dovr nisbeten uzanaraq gec baslayir oktyabrin ikinci ongunluyunden ve dekabrin axirina qeder davam edir Nisbeten quraqliq ve isti kecen illerde ise sentyabrin ortalarindan oktyabrin sonunadek uzanir Ceyranlarin bogazliq muddeti deqiq teyin olunmayib Bu muddet texminen 5 5 5 aya qeder davam edir Bezen bu muddet 6 aya qeder uzanir Qoruq erazisinde heyvanlarin cutlesmede istiraketme vaxtindan asili olaraq dogum dovru 20 30 gun ferqli ola bilir Dogum intensivliyi hava seraitinden asili olaraq az ve kutlevi xarakteri dasiyir Havalarin nisbeten mulayim kecdiyi illerde dogum dovru mart aprel aylarinda yagisli ve soyuq hava seraitinde ise nisbeten uzanaraq aprelin evvelinden iyunun evveline qeder davam edir Dogum dovrunde bogaz heyvanlar cox dalda yerlere cekilerek sakit ve tehlukesiz biotopda bir iki bezen de uc bala dogurlar QidalanmasiCeyranlar qidaya cox telebkar olmayan heyvanlardir Aparilan musahideler gosterir ki Sirvan Milli Parkinda ceyranlarin qidasini teskil eden bitki ortuyu yarimsehra seraitine uygunlasmis efemer bitkilerdir Parkin erazisinde asagidaki bitki formasiyalari movcuddur sehra bitkileri sahsevdi yarimsehra bitkileri yovsanli cerenli yovsanli yovsali efemerli denli muxtelif otlu efemerli sahil qumlu ve cala cemen bitki formasiyalari Erazide en cox yayilan yulgun sahsevdi sorange coxillik efemerleri ve sahsevdili yulgun kollaridir ki bunlar ekser yerlerde qarisiq assosiasiyalar yaradir Bu bitkiler butun fesillerde baslica olaraq qisda ceyranlarin cox xosladiqlari qida hesab olunur Erazinin cenub serq hissesinde en cox sehra bitkileri yayilmisdir Bu bitkilerin sahesi Xezer denizinin sahil xetlerine qeder uzanir Ceyranlar en cox sorlasma olan yerlerin bitkilerinden sorange bitisikcicek diger coxillik ve birillik halofit bitki qruplari ile qis feslinde ise kollar arasinda qalan birillik sancaqayagi bozaq laturus bagayarpagi incile deveayagi kimi efemerlerle qidalanirlar Heyvanlarin qidasinin 75 80 ni yarimsehra tipli bitkiler teskil edir ki bu da erazinin simal ve qerb hissesindeki sorlasmis yaxud zeif sorlasmis torpaqlarda inkisaf etmisdir Bu hissede ot ve birillik efemerlere rast gelinir Bunlardan tonqalotu bozaq bugdayi ot qarayonca kilikburuna tesaduf edilir Bu bitkiler ister qisda qar altinda qurumus sekilde isterse de erken yazda yovsan yarimsehralari ile birlikde ceyranlarin yem bazasinin esasini teskil edirler Bu qrup bitkiler qisa vegetasiya muddetine malikdir ve coxlu toxumlari oldugu ucun quvvetli yem kimi elverislidir Duzenlikde xususile erazinin cenub otlaqlarinda adeten taxillar xaccicekliler paxlalilar murekkebcicekliler ve s fesilelerden olan efemerlerin istirak etdiyi xirda sahelerden ibaret yarimsehralara rast gelinir Bu qruplasmalar ceyranlarin yay otlaqlari ucun ve payiz feslinde heyvanlarin cutlesme dovru ucun quvvetli qidalardir Elverisli hava seraitinde efemerlerin toxumlari adeten payizda cucerir ve cucerme merhelesinde qislayir Bu cucertilerin bir hissesi qis dusenedek inkisaf edir ve mueyyen vegetativ kutle verir ki bu ceyranlarin qis fesli ucun yem bazasinin 20 25 ni teskil edir Efemerler yazin axirina yaxin may ayinin ortalari quruyur Erken yazda martin axirlari havalarin istilesmesile elaqedar efemerlerin bir hissesi cicekleyir ve toxum verir Bu toxumlar qida rasionunun esas hissesini teskil edir Meselen soganaqli qirticin inkisafi payizda gedir Heyvanlar onlarin soganagindan cox hevesle istifade edirler Sirvan Milli Parkinin erazisinde su menbeleri esasen Cala golu onlardan ayrilan arxlar ve denizin sahil xetlerine yaxin erazilerdir Burada suyun terkibinde duz az olduqca 1 litrinde 9 14 qr ceyranlar ondan ice bilir artiq olduqda ise heyvanlara oldurucu tesir gosterir Bundan basqa qis aylarinda heyvanlar qardan da istifade edirler StatusCox ovlanmagina gore IUCN Qirmizi kitabinda VU kateqoriyasindadir azerbaycanda en cox Sirvan milli parkinda qorunurEdebiyyatS M Quliyev Azerbaycanin cutdirnaqlilar faunasi 2008 seh 620 Azerbaycanin Qirmizi Kitabi II cild Baki 2013IstinadlarIntegrated Taxonomic Information System ing 2004 Mammal Species of the World ing A Taxonomic and Geographic Reference D E Wilson D M Reeder 3 Baltimore JHU Press 2005 35 2142 p ISBN 978 0 8018 8221 0 Azerbaycanin Cutdirnaqlilar faunasi S M Quliyev 2008 seh 620