Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1872–1917-ci illərdə Tiflisdə yerləşmişdir. 1918–1920-ci illərdə və 1944-cü ildən mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir.
Qafqaz Müsəlmanları İdarəsi QMİ | |
---|---|
Növü | Dini qurum |
Fəaliyyəti | Din |
Yaranma tarixi | 1823 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Bakı şəhəri, M. Fətəli küçəsi, 7 Təzəpir məscidi |
Sədr | Allahşükür Paşazadə |
qafqazislam.com |
Tarixi
Yaranma səbəbi
XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır.
Şeyxülislamlıq və müftilik
İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir. Lakin şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi hələ vahid Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsinin yaranması demək deyildi. Onlar yalnız fərdi qaydada fəaliyyət göstərən dini başçılar idilər.
Ruhani idarələrinin yaranması
Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının Dini İşlər İdarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi.
1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə Xarici İşlər Nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar.
Nəhayət, 5 aprel 1872-ci ildə "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət Şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən təsdiq edilir və Şeyxülislamın rəhbərlik etdiyi idarənin nəzdində şiə, Müftinin rəhbərlik etdiyi idarənin nəzdində isə sünni ruhani idarələri təsis edildikləri 1872-ci il 5 aprel tarixindən 1917-ci ilin fevralına qədər fəaliyyət göstərmişdir.
İdarənin təşkilində Rus Pravoslav Kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü.Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı — müftinin başçılığı ilə Sünni Ruhani İdarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə Ruhani İdarəsi (şeyxülislamlıq) yaradıldı.Tiflisdə yerləşən bu 2 idarənin hər biri sədrdən, idarə heyətinin 3 üzvündən, 2 köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni İdarəsində 16, şiə İdarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Şeyxülislam və müfti çarın Qafqaz canişini tərəfindən təyin edilirdi. Ruhani idarələrin fəaliyəti isə çarizm üsulu-idarəsi tərəfindən istiqamətləndirilirdi. Bunlar dövlət idarəsinin bir qolu sayılırdı, ruhanilər isə çar məmurlarına bərabər tutulurdu. Quberniya səviyyəli ruhanilər isə quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər.
imperiyanın səadəti naminə xeyirxah itiqamətə yönəltmək məqsədilə çarizm Qafqaz şiə və sünni ruhanilərinin idarə olunması haqqında xüsusi nizamnamə də elan edir. Həmin nizamnaməyə görə, buraya (şiəlikdə) şeyxülislamlar qazilər və axundlar, sünnilikdə isə müftilər, imam-xətiblər, əfəndilər, habelə hər iki cərəyana daxil olan siravi mollalar, müəzzinlər, İslam dininin müxtəlif məddahları, seyyidlər, mürşidlər başqaları daxil idi.
1920-ci ilə qədər Qafqazda, o cümlədən Azərbaycanda müsəlman ruhaniləri iki dərəcəyə bölünürdü:
- şeyxülislam, müfti və s. şiə və sünni ruhani idarələrinin, quberniya ruhani məclislərinin üzvləri;
- məscid mollaları.
Bununla yanaşı olaraq, ruhanilər dini ideologiya, ehkam və əməli həyat məsələlərini həll etmək və onlara dini, ictimai qiymət vermək səlahiyyiəti baxımından üç zümrəyə aid edilirdi:
- ali zümrəyə Qafqaz ruhani idarələrinin başçıları – şeyxülislam və müftilər;
- orta zümrəyə quberniya ruhani məscidlərinin üzvləri və qazilər;
- aşağı zümrəyə isə yerli məscid mollaları (axundlar, imam-xətiblər, müəzzinlər, mükəbbirlər), əməleyi-movtlar (yas mərasimini aparanlar) və s. daxil idi.
Bakı və Gəncə (o zamankı Yelizavetpol) quberniyalalarının hər birində şiə və sünni cərəyanlarına aid olan və yanaşı fəaliyyət göstərən iki quberniya ruhani məclisinin sədrləri, hər məclisdə iki nəfər üzv və başqa məmurlar olurdu. Məlumata görə, 1920-ci ilədək Zaqafqaziyada 23 nəfər şiə, 16 nəfər isə sünni qazisi olub.
İdarə 1823–1918-ci illərdə Tiflisdə, sonrakı dövrdə isə Bakıda yerləşmişdir.
Cümhuriyyət dövründə
Azərbaycan Demokratik Cümhuriyyəti yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri iki idarə — şiə və sünni idarələri tərəfindən tənzimlənmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin elan olunmasından sonra Azərbaycan hökumətinin qarşısında belə bir məsələ dururdu: Tiflis şəhərində yerləşən Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsi Bakı şəhərinə köçürülməli və 1917-ci ildə ləğv edilmiş şeyxülislamlıq vəzifəsi yenidən təsis olunmalıdır. Beləliklə, 1918-ci ilin əvvəlində İdarə Bakıya köçürüldü və axund Ağa Əlizadə ən yüksək ruhani rütbəsi olan şeyxülislamlığa yeganə namizəd olur. Cümhuriyyət dövründə ruhani idarə Məşxəti-İslamiyyə adlanırdı. Həmsədrləri Şeyxülislam axund Ağa Ağaəlizadə və Müfti Mustafa əfəndi Əfəndizadə olur.
1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Fərəculla Pişnamazzadə vəzifəsindən istefa verir. Cümhuriyyətin sosial təminat və dini etiqad işləri naziri əmri ilə həmin vəzifəyə Ağa Əlizadə təyin edilir. Bu dövrdə ölkədə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri də güclənmişdir.
Sovet dövründə
Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra ölkədəki məscidlərin əksəriyyəti bağlanmış, din xadimlərinə qarşı hücumlar başlanmışdır. Onları düşmən kimi tamamilə rədd və inkar etməyə başlayırlar. Yuxarıdan verilən hökmlər nəticəsində ağına-bozuna baxmadan bütün din xadimlərini quruluşa zidd qüvvələr kimi hər yerdən qovur, onlara "müftəxor" damğası vurur, hətta "sinfi düşmən" kimi məhv edirdilər. Həmin dövrdə Ağa Əlizadə də hücum və təqiblərə məruz qalmışdır.
Nəhəyat, Böyük Vətən müharibəsi illərində əvvəllər ləğv edilmiş bu İdarə müharibənin dəhşətlərinin dinin qüvvəsi ilə unudulmasını başa düşən bir qrup rəhbərin təklifilə SSRİ Ali Soveti Rəyasət Həyətinin 1944-cü il 14 aprel tarixli 17 saylı qərarına əsasən 24 ildən sonra yenidən bərpa edilir. Bərpa edilən qurumun adı Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi olur.
1944-cü il mayın 25–28-də Zaqafqaziya müsəlmanlarının I qurultayı keçirilir. Qurultayda Ağa Əlizadə ikinci dəfə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri seçilir və ona yenidən Şeyxülislam dini rütbəsi verilir. O, idarənin tarixində seçilmiş ilk şexülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən Cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şiə məzhəbinin lideri olan şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin birinci müavini sayılır və sünni məzhəbinə aid müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edir. Həmin qurultayda Ruhani İdarəsinin Nizamnaməsi təsdiq edilmiş, rəhbərliyi (şexülislamla yanaşı müfti və ruhani idarəsinin üzvləri – qazılar) seçilmişdir. Həmçinin, həmin dövrdə Zaqafqaziya respublikalarındakı müsəlmanların dini qurumlarının yenidən qeydə alınması keçirilmişdir.
Şexülislam Ağa Əlizadə 1944-cü il iyunun 1-də Bakıdakı "Təzəpir" məscidində etdiyi ilk moizəsində dindarları Sovet hökumətinə hörmət etməyə, dövlətin bütün qanunlarına riayət etməyə və beləliklə də "dini mühafizə etməyə" çağırmışdır.
Müstəqillik dövründə
QMİ hələ SSRİ dövründə İslamı təmsil edən 4 regional dini qurumdan biri idi. Mərkəzi Asiya və Qazaxıstan (qərargahı Daşkənddə), Rusiyanın Avropa hissəsi və Sibir (qərargahı Ufada), Şimali Qafqaz (qərargahı Mahaçqalada) və Zaqafqaziya (qərargahı Bakıda) müsəlmanları ruhani idarələri də SSRİ ilə birlikdə süqut etdi. Lakin məzh Azərbaycan dövlətinin dəstəyi və Şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzu sayəsində 1992-ci ildə Şimali Qafqaz və Zaqafqaziya dini idarələri vahid qurumda – Qafqaz Müsəlmanları İdarəsində birləşdilər. Elə həmin il Şeyxülislam Allahşükür Paşazadə Qroznı şəhərində Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri tərəfindən yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri vəzifəsinə seçilmişdir.
Fəaliyyəti
Ali orqanı
İdarəsinin ali orqanı Qafqaz müsəlmanlarının Qurultayıdır. Qafqaz müsəlmanlarının sonuncu XII qurultayı 2009-cu ilin 12 avqustunda Bakı şəhərində keçirilmişdir. Qeyd edək ki, hazırkı Şeyxülislam Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr — Şeyxülislam seçilmişdir.
Səlahiyyət dairəsi
İdarənin səlahiyyət dairəsi Azərbaycan, Gürcüstan və Rusiya Federasiyasının Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniya subyektlərinin ərazilərini əhatə edir.
Azərbaycanda
Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununa əsasən,
- Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər;
- Azərbaycan Respublikasında təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, qeyri-müsəlman dini icmalarının Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ vardır;
- İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir;
- Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam dini mərkəzində — Qafqaz Müsəlmanları İdarəsində birləşirlər.
Rəhbərləri
Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsini şiə icmasının başçısı olan Şeyxülislam daşıyır. Sünni icmasının başçısı olan Müfti isə onun müavinidir.
Şeyxülislamlar
"Şeyxülislam" ərəb sözüdür: "şeyx" – "qoca kişi", "İslam" isə dinin adıdır. Mənası – İslam aləmində "qocalan nüfuzlu alim", "mürşid", "İslamın şeyxi" deməkdir. "Şeyxülislam" şərəfli rütbədir. Bu ad əsasən fəqihlərə (müsəlman hüququnu bilən), fiqhin bilicilərinə verilir. "Fiqh" də ərəb sözüdür, mənası "başa düşmək", "bilmək" deməkdir. "Füqəha" isə müsəlman hüququnu bilənlərə – fiqhin bilicilərinə deyilir. Fiqh məsələlərinin həlli ilə məşğul olan, fiqhdən dərs deyən və ya sadəcə bu sahədə müvafiq təhsil alan və fiqh baxımından cəmiyyətin müxtəlif məsələri barəsində mühakimələr yürüdən adama fəqih deyilir. Fəqihin dini təlimə rəhbərlik emək hüququ olduğu üçün bu sahədə rəhbər vəzifəni aparan şəxsə "şeyxülislam" rütbəsi verilir. Əvvəllər şeyxülislam rütbəsi əsasən dövlət başçılılarının məsləhəti, zəmanəti ilə din rəhbərlərinə verilərdi. Son illərdə isə şeyxülislam həmin rütbəyə seçki üsulu ilə (dini qurultaylarda səsvermə yolu ilə) seçilir.
Qafqazda ilk şeyxülislam rütbəsi 1823-cü ildə təsis edilib. İndiyə kimi 12 nəfər şeyxülislam olub. Onların şeyxülislamlıq dövrü aşağıdakı cədvəldə verilib:
# | Adı | Şeyxülislamlıq dövrü |
---|---|---|
1 | Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə | 1823–1846 |
2 | Şeyxülislam Fazil İrəvani | 1846–1862 |
3 | Şeyxülislam Axund Əhməd Hüseynzadə | 1862–1884 |
4 | Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə | 1885–1894 |
5 | Şeyxülislam Axund Əbdüssəlam Axundzadə | 1895–1907 |
6 | Şeyxülislam Hacı Məhəmməd Həsən Mövləzadə Şəkavi | 1907–1909 |
7 | Şeyxülislam Axund Məhəmməd Pişnamazzadə | 1909–1918 |
8 | Şeyxülislam Axund Ağa Əlizadə | 1918–1920 |
1920-ci ildə şeyxülislamlıq ləğv edilib | ||
– | Şeyxülislam Axund Ağa Əlizadə | 1944–1954 |
9 | Şeyxülislam Axund Mirmehdi Həkimzadə | 1954–1966 |
10 | Şeyxülislam Axund Əliağa Süleymanzadə | 1968–1976 |
11 | Şeyxülislam Axund Mirqəzənfər İbrahimov | 1978–1979 |
12 | Şeyxülislam Hacı Allahşükür Paşazadə | 1980-ci ildən |
Müftilər
"Müfti" ərəb sözüdür. Mənası – "müxtəlif dini hüquqi məsələlər barəsində qərarlar çıxaran" (fətva verən) deməkdir. Müfti dini məhkəmə sistemində vəzifəli şəxs olmaqla yanaşı, sünni məzhəbinə malik müsəlmanların dini başçısı, rəhbəri sayılır.
Müfti qazilərin iş tərcübəsindəki oxşar hadisələrdən istifadə edərkən, onların arasında dini-hüquqi məsələlər barəsində qərərlar çıxarıb ruhani təşkilatına vermək hüququna malikdir. Hazırda hər bir müsəlman dövlətində, o cümlədən də Azərbaycanda ölkənin Baş müftisi vardır. Əslində, o, icmanın başçısıdır, çox böyük nüfuza malik şəxsiyyətdir.
Qafqazda sünni İslam cərəyanına mənsub olan müsəlmanların ilk müftilik rütbəsi 1832-ci ildə təsis edilib. İndiyə kimi 11 nəfər müfti olub. Onların müftilik dövrü aşağıdakı cədvəldə verilib:
# | Adı | Müftilik dövrü |
---|---|---|
1 | Müfti Tacuddin Mustafin | 1832–1840 |
2 | Müfti Osman Əfəndi Vəlizadə | 1842–1847 |
3 | Müfti Məhəmməd Əfəndi Müftizadə | 1847–1880 |
4 | Müfti Əbdülhəmid Əfəndizadə | 1872–1880 |
5 | Müfti Hüseyn Əfəndi Qayıbzadə | 1883–1917 |
1920-ci ildə müftilik ləğv edilib | ||
6 | Mütfi Hacı İbrahim Əfəndi Əfəndizadə | 1944–1955 |
7 | Müfti Əsədulla Dibirov | 1956–1959 |
8 | Müfti Şərif Əfəndi Vəlizadə | 1960–1966 |
9 | Müfti Əhməd Əfəndi Bozgəziyev | 1968–1969 |
10 | Müfti Hacı İsmayıl Əhmədov | 1969–1986 |
11 | Müfti Hacı Salman Musayev | 1989-cu ildən |
Gürcüstan nümayəndəliyi
800 min müsəlmanın yaşadığı Gürcüstanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi də açılıb. 2011-ci ilin avqustunda Gürcüstanda Qafqaz Müsəlmanları İdarəsinə tabeçiliyi nəzərdə tutulmayan yeni islam qurumu təsis edilmişdi.
Təhlükəsizliyi
Azərbaycan Respublikasının Milli Məclisinin 2 iyul 1992-ci il tarixli, 190 nömrəli Qərarı ilə İdarənin sədrinin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarını mühafizə idarəsinə tapşırılmışdır.
"Şeyxülislam" ordeni
"Şeyxülislam" ordeni QMİ-nin ən ali dini mükafatıdır. Bu orden 2005-ci ildə Şeyxülislam Allahşükür Paşazadə tərəfindən təsis etmişdir. Ordenin ilk laureatı Heydər Əliyev olmuşdur. O, bu mükafatla vəfatından sonra — 21 oktyabr 2005-ci ildə təltif olunmuşdur.
Bakı İslam Universiteti
Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdır. Bakı İslam Mədrəsəsi SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17 yanvar 1989-cu il tarixli, 2№-li protokoluna əsasən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində fəaliyyətə başlamışdır.
1991-ci ilin yanvarında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qazilər Şurasının qərarı ilə 14 yanvar 1991-ci il tarixli 2№-li əmrinə əsasən Bakı İslam Mədrəsəsi Bakı İslam İnstitutuna çevrilmişdir. QMİ-nin təşəbbüsü ilə 1992-ci ilin axırlarında Bakı İslam İnstitutu Bakı İslam Universiteti adını almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 1 mart 1994-cü il tarixli qərarına əsasən universitetin yeni adı rəsmən təsdiq olunmuşdur.
"Haqqın nuru" qəzeti
"Haqqın nuru" qəzeti Qafqaz Müsəlmanları İdarəsinin həftəlik dini-ictimai qəzetidir. Qəzetin ilk nömrəsi 12 mart 2010-cu ildə nəşr olunmuşdur.
Filmoqrafiya
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944)
- Dözümlü minarələr (film, 1991)
- Ana duasından başlanan yol (film, 2001)
- Anamın duaları (film, 2007)
- Allaha şükür (film, 2009)
Həmçinin bax
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Mədəniyyət obyektləri: Təzəpir 2015-04-05 at the Wayback Machine. mct.gov.az (az.)
- P. Sultanova, Təzəpir məscidi – tarixi və mənəvi dəyərlərin əzəmətli təcəssümü 2021-12-02 at the Wayback Machine. "525-ci qəzet", may 2011, anl.az (az.)
- Dinlərin tarixi 2012-06-06 at the Wayback Machine. azerbaijan.az (az.)
- Müfti Tacuddin Mustafin 2014-08-05 at the Wayback Machine. qafqazislam.com (az.)
- Qafqaz Müsəlmanları İdarəsinin tarixi 2011-06-27 at the Wayback Machine. mediaforum.az, 22.06.2011. (az.)
- Qafqaz Müsəlmanları İdarəsinin arxiv sənədləri Tiflisdən Bakıya gətirilir. 2014-04-03 at the Wayback Machine anspress.com, 06.01.2012 (az.)
- Şeyxülislam Axund Ağa Əlizadə 2012-04-30 at the Wayback Machine. qafqazislam.com
- SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının Azərbaycan Respublikası üzrə Müvəkkilinin arxivi. "Təzəpir" məscidinin işi, s. 18.
- . "Azərbaycanda din və dini təsisatlar". Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1991, səh. 77. (az.)
- SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının Azərbaycan Respublikası üzrə Müvəkkilinin arxivi. "Təzəpir" məscidinin işi, s. 3.
- Azərbaycan və İslam bu gün 2021-11-27 at the Wayback Machine. ahlibeyt.az (az.)
- Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin Tərcümeyi-halı 2014-07-01 at the Wayback Machine. qafqazislam.com (az.)
- Qafqaz Müsəlmanlari İdarəsinin Sədri. 2014-07-01 at the Wayback Machine qafqazislam.com (az.)
- "Dini etiqad azadlığı haqqında" 2022-06-10 at the Wayback Machine Azərbaycan Respublikasının 20 avqust 1992-ci il tarixli, 281 nömrəli Qanunu. Maddə 7. e-qanun.az (az.)
- "Dini etiqad azadlığı haqqında" 2022-06-10 at the Wayback Machine Azərbaycan Respublikasının 20 avqust 1992-ci il tarixli, 281 nömrəli Qanunu. Maddə 8. e-qanun.az (az.)
- "Dini etiqad azadlığı haqqında" 2022-06-10 at the Wayback Machine Azərbaycan Respublikasının 20 avqust 1992-ci il tarixli, 281 nömrəli Qanunu. Maddə 9. e-qanun.az (az.)
- "Şeyxülislam" məqaləsi, Azərbaycan Sovet Ensiklopediyası, X cild. Bakı, 1987, səh. 490. (az.)
- Riçard Morninqstar: Ramazan ayı ehtiyacı olanların vəziyyətindən xəbərdar olmaq zamanıdır 2016-03-05 at the Wayback Machine. amerikaninsesi.org, 11.07.2014 (az.)
- Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi açıldı[ölü keçid]
- "Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin təhlükəsizliyinin təmin edilməsi barədə" Azərbaycan Respublikasının Milli Məclisinin 2 iyul 1992-ci il tarixli, 190 nömrəli Qərarı. 2017-05-07 at the Wayback Machine e-qanun.az (az.)
- Владимир Путин встретился с представителями религиозных общин Азербайджана. kremlin.ru, 21.02.2006. (rus.)
- Şeyxülislam Ordeni 2014-07-01 at the Wayback Machine. qafqazislam.com (az.)
- SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17.01.1989-cu il tarixli 2№-li protokolu
- QMİ-nin 14.01.1991-ci il tarixli 2№-li əmrinə
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 01.03.1994-cü il tarixli qərarı
Xarici keçidlər
- qafqazislam.com — Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytı (az.) (ing.) (rus.)
- Qafqaz Müsəlmanları İdarəsi. scwra.gov.az (az.)
- AZƏRBAYCAN ŞEYXÜL-ISLAMLARI 2015-01-06 at the Wayback Machine. az.islam.az (az.)
- . Bakı, "Nurlar", 2014, 272 səh.
- Qafqaz Müsəlmanları İdarəsinin arxiv sənədləri Tiflisdən Bakıya gətirilir[ölü keçid]. anspress.com, 06.01.2012 (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qafqaz Muselmanlari Idaresi ve ya qisaca QMI Qafqazda en ali Islam tesisati 1872 1917 ci illerde Tiflisde yerlesmisdir 1918 1920 ci illerde ve 1944 cu ilden merkezi Azerbaycan Respublikasinin paytaxti Baki seherindedir Tezepir mescidinde yerlesir Sedri 1980 ci ilden Seyxulislam Haci Allahsukur Pasazadedir Qafqaz Muselmanlari Idaresi QMINovu Dini qurumFealiyyeti DinYaranma tarixi 1823Resmi dili Azerbaycan diliMerkezi Baki seheri M Feteli kucesi 7 Tezepir mescidiSedr Allahsukur Pasazadeqafqazislam comTarixiYaranma sebebi XIX esrin evvellerinde Qafqazin Zaqafqaziya erazisinin Rusiya imperiyasina qatilmasi ile elaqeder bolgede Islam tesisatlarinin qurulusunda ehemiyyetli deyisikler bas verdi Bu dovrun en seciyyevi xususiyyeti hokumetin muselman din xadimlerini ele almaq ve ozune tabe etmek meqsedile xristianliqdaki kilse strukturuna benzer Islam dini qurumu yaratmaq siyaseti ile baglidir Seyxulislamliq ve muftilik Idarenin yaranma tarixi 1823 cu ilden baslayir Bele ki 1823 cu ilde Zaqafqaziya sielerine basciliq etmek ucun Tiflis seherinde dini rehber seyxulislam vezifesi tesis edilmisdir Bundan 9 il sonra 1832 ci ilde Tiflis seherinde Qafqaz sunnilerinin bascisi olan mufti vezifesi de tesis edilir Ilk muftini car generali Roze teklif etmisdir Lakin seyxulislam ve mufti vezifelerinin tesis edilmesi hele vahid Qafqaz Zaqafqaziya Ruhani Idaresinin yaranmasi demek deyildi Onlar yalniz ferdi qaydada fealiyyet gosteren dini bascilar idiler Ruhani idarelerinin yaranmasi Rus carinin 29 noyabr 1832 ci ilde Senata gonderdiyi mektubda Zaqafqaziya muselmanlarinin Dini Isler Idaresi barede esasname hazirlanmasi teklif olunurdu Lakin hazirlanmis layihelerin hec biri beyenilmedi 1849 cu ilde Qafqaz canisini knyaz Vorontsovun tapsirigi ile Xarici Isler Nazirliyinin emekdasi N Xanikov Mehemmedi ruhanilerin teskili barede esasname layihesini hazirladi Layihe butovlukde beyenilse de Krim muharibesi onun heyata kecirilmesini lengitdi 1864 cu ilde hemin isi davam etdirmek ucun yeni komissiya yaradildi yerli sie ve sunni mezheblerinin numayendeleri de komissiyanin terkibine qatildilar Hazirlanan telimatlar muselman ruhanilerinin vezifelerini huquq ve imtiyazlarini dunyevi hakimiyyetle munasibetlerini tenzim edirdi 1867 ci ile qeder hokumetden yalniz seyxulislam ve mufti maas alirdilarsa bu ilden etibaren diger yuksek rutbeli muselman ruhanileri de maas almaga basladilar Nehayet 5 aprel 1872 ci ilde Zaqafqaziya sie ve sunni mehemmedi ruhaniler idaresi haqqinda Esasname Dovlet Surasinin teqdimati ile Rusiya cari terefinden tesdiq edilir ve Seyxulislamin rehberlik etdiyi idarenin nezdinde sie Muftinin rehberlik etdiyi idarenin nezdinde ise sunni ruhani idareleri tesis edildikleri 1872 ci il 5 aprel tarixinden 1917 ci ilin fevralina qeder fealiyyet gostermisdir Idarenin teskilinde Rus Pravoslav Kilsesinin qurulus prinsipi esas goturulmusdu Cenubi Qafqazda 2 muselman inzibati orqani muftinin basciligi ile Sunni Ruhani Idaresi muftilik ve seyxulislamin sedrliyi altinda Sie Ruhani Idaresi seyxulislamliq yaradildi Tiflisde yerlesen bu 2 idarenin her biri sedrden idare heyetinin 3 uzvunden 2 komekcisi ile birlikde katibden mutercim mirze ve arxivariusdan ibaret idi Her iki idarenin tabeliyinde Tiflis Irevan Yelizavetpol ve Baki quberniyalarinin heresinde 1 meclis olmaqla 4 meclis var idi Sunni Idaresinde 16 sie Idaresinde 20 qazi var idi Idareler Daxili Isler Nazirliyinin nezareti altinda idi ve birbasa canisin qarsisinda mesuliyyet dasiyirdi Seyxulislam ve mufti carin Qafqaz canisini terefinden teyin edilirdi Ruhani idarelerin fealiyeti ise carizm usulu idaresi terefinden istiqametlendirilirdi Bunlar dovlet idaresinin bir qolu sayilirdi ruhaniler ise car memurlarina beraber tutulurdu Quberniya seviyyeli ruhaniler ise quberniya ve qezalardaki yerli hakimiyyetlere tabe idiler imperiyanin seadeti namine xeyirxah itiqamete yoneltmek meqsedile carizm Qafqaz sie ve sunni ruhanilerinin idare olunmasi haqqinda xususi nizamname de elan edir Hemin nizamnameye gore buraya sielikde seyxulislamlar qaziler ve axundlar sunnilikde ise muftiler imam xetibler efendiler habele her iki cereyana daxil olan siravi mollalar muezzinler Islam dininin muxtelif meddahlari seyyidler mursidler basqalari daxil idi 1920 ci ile qeder Qafqazda o cumleden Azerbaycanda muselman ruhanileri iki dereceye bolunurdu seyxulislam mufti ve s sie ve sunni ruhani idarelerinin quberniya ruhani meclislerinin uzvleri mescid mollalari Bununla yanasi olaraq ruhaniler dini ideologiya ehkam ve emeli heyat meselelerini hell etmek ve onlara dini ictimai qiymet vermek selahiyyieti baximindan uc zumreye aid edilirdi ali zumreye Qafqaz ruhani idarelerinin bascilari seyxulislam ve muftiler orta zumreye quberniya ruhani mescidlerinin uzvleri ve qaziler asagi zumreye ise yerli mescid mollalari axundlar imam xetibler muezzinler mukebbirler emeleyi movtlar yas merasimini aparanlar ve s daxil idi Baki ve Gence o zamanki Yelizavetpol quberniyalalarinin her birinde sie ve sunni cereyanlarina aid olan ve yanasi fealiyyet gosteren iki quberniya ruhani meclisinin sedrleri her meclisde iki nefer uzv ve basqa memurlar olurdu Melumata gore 1920 ci iledek Zaqafqaziyada 23 nefer sie 16 nefer ise sunni qazisi olub Idare 1823 1918 ci illerde Tiflisde sonraki dovrde ise Bakida yerlesmisdir Cumhuriyyet dovrunde Aga Elizade Azerbaycan Demokratik Cumhuriyyeti yaranana qeder Cenubi Qafqaz muselmanlarinin dini isleri iki idare sie ve sunni idareleri terefinden tenzimlenmisdir 1918 ci il mayin 28 de Azerbaycan Demokratik Cumhuriyyetinin elan olunmasindan sonra Azerbaycan hokumetinin qarsisinda bele bir mesele dururdu Tiflis seherinde yerlesen Qafqaz Zaqafqaziya Muselmanlari Ruhani Idaresi Baki seherine kocurulmeli ve 1917 ci ilde legv edilmis seyxulislamliq vezifesi yeniden tesis olunmalidir Belelikle 1918 ci ilin evvelinde Idare Bakiya kocuruldu ve axund Aga Elizade en yuksek ruhani rutbesi olan seyxulislamliga yegane namized olur Cumhuriyyet dovrunde ruhani idare Mesxeti Islamiyye adlanirdi Hemsedrleri Seyxulislam axund Aga Agaelizade ve Mufti Mustafa efendi Efendizade olur 1918 ci il dekabrin 11 de seyxulislam Mehemmed Fereculla Pisnamazzade vezifesinden istefa verir Cumhuriyyetin sosial teminat ve dini etiqad isleri naziri emri ile hemin vezifeye Aga Elizade teyin edilir Bu dovrde olkede islami rasionallasdirmaq muasirlesdirmek meylleri de guclenmisdir Sovet dovrunde Azerbaycanda Sovet Hakimiyyeti qurulduqdan sonra olkedeki mescidlerin ekseriyyeti baglanmis din xadimlerine qarsi hucumlar baslanmisdir Onlari dusmen kimi tamamile redd ve inkar etmeye baslayirlar Yuxaridan verilen hokmler neticesinde agina bozuna baxmadan butun din xadimlerini qurulusa zidd quvveler kimi her yerden qovur onlara muftexor damgasi vurur hetta sinfi dusmen kimi mehv edirdiler Hemin dovrde Aga Elizade de hucum ve teqiblere meruz qalmisdir Neheyat Boyuk Veten muharibesi illerinde evveller legv edilmis bu Idare muharibenin dehsetlerinin dinin quvvesi ile unudulmasini basa dusen bir qrup rehberin teklifile SSRI Ali Soveti Reyaset Heyetinin 1944 cu il 14 aprel tarixli 17 sayli qerarina esasen 24 ilden sonra yeniden berpa edilir Berpa edilen qurumun adi Zaqafqaziya Muselmanlari Ruhani Idaresi olur 1944 cu il mayin 25 28 de Zaqafqaziya muselmanlarinin I qurultayi kecirilir Qurultayda Aga Elizade ikinci defe Zaqafqaziya Muselmanlari Ruhani Idaresinin sedri secilir ve ona yeniden Seyxulislam dini rutbesi verilir O idarenin tarixinde secilmis ilk sexulislamdir ona qeder seyxulislamlar dovlet terefinden teyin edilirdiler Bundan elave 1944 cu ilden etibaren Cenubi Qafqazda muselmanlarin dini teskilatlanmasindaki dualizm aradan qalxir Zaqafqaziya Muselmanlari Ruhani Idaresi vahid merkez olur ve sie mezhebinin lideri olan seyxulislam terefinden idare olunur mufti Idare sedrinin birinci muavini sayilir ve sunni mezhebine aid muselmanlarin serietle bagli meselelerini tenzim edir Hemin qurultayda Ruhani Idaresinin Nizamnamesi tesdiq edilmis rehberliyi sexulislamla yanasi mufti ve ruhani idaresinin uzvleri qazilar secilmisdir Hemcinin hemin dovrde Zaqafqaziya respublikalarindaki muselmanlarin dini qurumlarinin yeniden qeyde alinmasi kecirilmisdir Sexulislam Aga Elizade 1944 cu il iyunun 1 de Bakidaki Tezepir mescidinde etdiyi ilk moizesinde dindarlari Sovet hokumetine hormet etmeye dovletin butun qanunlarina riayet etmeye ve belelikle de dini muhafize etmeye cagirmisdir Musteqillik dovrunde QMI hele SSRI dovrunde Islami temsil eden 4 regional dini qurumdan biri idi Merkezi Asiya ve Qazaxistan qerargahi Daskendde Rusiyanin Avropa hissesi ve Sibir qerargahi Ufada Simali Qafqaz qerargahi Mahacqalada ve Zaqafqaziya qerargahi Bakida muselmanlari ruhani idareleri de SSRI ile birlikde suqut etdi Lakin mezh Azerbaycan dovletinin desteyi ve Seyxulislam Allahsukur Pasazadenin sexsi nufuzu sayesinde 1992 ci ilde Simali Qafqaz ve Zaqafqaziya dini idareleri vahid qurumda Qafqaz Muselmanlari Idaresinde birlesdiler Ele hemin il Seyxulislam Allahsukur Pasazade Qrozni seherinde Azerbaycan Gurcustan Dagistan Kabarda Balkar Cecenistan Inqusetiya Qaracay Cerkez ve Adigeyin din xadimleri terefinden yekdillikle Qafqaz Xalqlari Ali Dini Surasinin sedri vezifesine secilmisdir FealiyyetiIdarenin yerlesdiyi mekanAli orqani Idaresinin ali orqani Qafqaz muselmanlarinin Qurultayidir Qafqaz muselmanlarinin sonuncu XII qurultayi 2009 cu ilin 12 avqustunda Baki seherinde kecirilmisdir Qeyd edek ki hazirki Seyxulislam Allahsukur Pasazade Qafqaz muselmanlarinin 29 iyul 2003 cu il tarixinde Baki seherinde kecirilmis XI qurultayinda yekdillikle omurluk sedr Seyxulislam secilmisdir Selahiyyet dairesi Idarenin selahiyyet dairesi Azerbaycan Gurcustan ve Rusiya Federasiyasinin Dagistan Cecenistan Inqusetiya Qaracay Cerkez Kabarda Balkar Adigey ve Simali Osetiya Alaniya subyektlerinin erazilerini ehate edir Azerbaycanda Azerbaycan Respublikasinin Dini etiqad azadligi haqqinda Qanununa esasen Azerbaycan Respublikasinda fealiyyet gosteren islam dini qurumlari Qafqaz Muselmanlari Idaresine oz fealiyyetleri haqqinda hesabat teqdim edirler Azerbaycan Respublikasinda teskilat meselelerinde islam dini icmalari Qafqaz Muselmanlari idaresine tabedirler qeyri muselman dini icmalarinin Azerbaycan Respublikasinda ve xaricde fealiyyet gosteren dini merkezlere idarelere tabe olmaq ve tabeliyini deyisdirmek huququ vardir Islam dinine aid ibadet yerlerine rehberlik eden din xadimleri muvafiq icra hakimiyyeti orqanina melumat verilmekle Qafqaz Muselmanlari Idaresi terefinden teyin edilir Azerbaycan Respublikasinda islam dini qurumlari oz tarixi islam dini merkezinde Qafqaz Muselmanlari Idaresinde birlesirler RehberleriQafqaz Muselmanlari Idaresinin sedri vezifesini sie icmasinin bascisi olan Seyxulislam dasiyir Sunni icmasinin bascisi olan Mufti ise onun muavinidir Seyxulislamlar Seyxulislam ereb sozudur seyx qoca kisi Islam ise dinin adidir Menasi Islam aleminde qocalan nufuzlu alim mursid Islamin seyxi demekdir Seyxulislam serefli rutbedir Bu ad esasen feqihlere muselman huququnu bilen fiqhin bilicilerine verilir Fiqh de ereb sozudur menasi basa dusmek bilmek demekdir Fuqeha ise muselman huququnu bilenlere fiqhin bilicilerine deyilir Fiqh meselelerinin helli ile mesgul olan fiqhden ders deyen ve ya sadece bu sahede muvafiq tehsil alan ve fiqh baximindan cemiyyetin muxtelif meseleri baresinde muhakimeler yuruden adama feqih deyilir Feqihin dini telime rehberlik emek huququ oldugu ucun bu sahede rehber vezifeni aparan sexse seyxulislam rutbesi verilir Evveller seyxulislam rutbesi esasen dovlet bascililarinin mesleheti zemaneti ile din rehberlerine verilerdi Son illerde ise seyxulislam hemin rutbeye secki usulu ile dini qurultaylarda sesverme yolu ile secilir Qafqazda ilk seyxulislam rutbesi 1823 cu ilde tesis edilib Indiye kimi 12 nefer seyxulislam olub Onlarin seyxulislamliq dovru asagidaki cedvelde verilib Adi Seyxulislamliq dovru1 Seyxulislam Axund Mehemmedeli Huseynzade 1823 18462 Seyxulislam Fazil Irevani 1846 18623 Seyxulislam Axund Ehmed Huseynzade 1862 18844 Seyxulislam Axund Mirze Hesen Tahirzade 1885 18945 Seyxulislam Axund Ebdusselam Axundzade 1895 19076 Seyxulislam Haci Mehemmed Hesen Movlezade Sekavi 1907 19097 Seyxulislam Axund Mehemmed Pisnamazzade 1909 19188 Seyxulislam Axund Aga Elizade 1918 19201920 ci ilde seyxulislamliq legv edilib Seyxulislam Axund Aga Elizade 1944 19549 Seyxulislam Axund Mirmehdi Hekimzade 1954 196610 Seyxulislam Axund Eliaga Suleymanzade 1968 197611 Seyxulislam Axund Mirqezenfer Ibrahimov 1978 197912 Seyxulislam Haci Allahsukur Pasazade 1980 ci ildenMuftiler Mufti ereb sozudur Menasi muxtelif dini huquqi meseleler baresinde qerarlar cixaran fetva veren demekdir Mufti dini mehkeme sisteminde vezifeli sexs olmaqla yanasi sunni mezhebine malik muselmanlarin dini bascisi rehberi sayilir Mufti qazilerin is tercubesindeki oxsar hadiselerden istifade ederken onlarin arasinda dini huquqi meseleler baresinde qererlar cixarib ruhani teskilatina vermek huququna malikdir Hazirda her bir muselman dovletinde o cumleden de Azerbaycanda olkenin Bas muftisi vardir Eslinde o icmanin bascisidir cox boyuk nufuza malik sexsiyyetdir Qafqazda sunni Islam cereyanina mensub olan muselmanlarin ilk muftilik rutbesi 1832 ci ilde tesis edilib Indiye kimi 11 nefer mufti olub Onlarin muftilik dovru asagidaki cedvelde verilib acdigi iftar sufresi zamani Ricard Morninqstar ve Haci Salman Musayevin gorusu 10 iyul 2014 cu il Adi Muftilik dovru1 Mufti Tacuddin Mustafin 1832 18402 Mufti Osman Efendi Velizade 1842 18473 Mufti Mehemmed Efendi Muftizade 1847 18804 Mufti Ebdulhemid Efendizade 1872 18805 Mufti Huseyn Efendi Qayibzade 1883 19171920 ci ilde muftilik legv edilib6 Mutfi Haci Ibrahim Efendi Efendizade 1944 19557 Mufti Esedulla Dibirov 1956 19598 Mufti Serif Efendi Velizade 1960 19669 Mufti Ehmed Efendi Bozgeziyev 1968 196910 Mufti Haci Ismayil Ehmedov 1969 198611 Mufti Haci Salman Musayev 1989 cu ildenGurcustan numayendeliyi800 min muselmanin yasadigi Gurcustanda Qafqaz Muselmanlari Idaresinin numayendeliyi de acilib 2011 ci ilin avqustunda Gurcustanda Qafqaz Muselmanlari Idaresine tabeciliyi nezerde tutulmayan yeni islam qurumu tesis edilmisdi TehlukesizliyiAzerbaycan Respublikasinin Milli Meclisinin 2 iyul 1992 ci il tarixli 190 nomreli Qerari ile Idarenin sedrinin tehlukesizliyinin temin edilmesi Azerbaycan Respublikasi ali dovlet hakimiyyeti ve idareetme orqanlarini muhafize idaresine tapsirilmisdir Seyxulislam ordeniEsas meqale Seyxulislam ordeniVladimir Putine Seyxulislam ordeninin teqdim edilmesi 21 02 2006 Seyxulislam ordeni QMI nin en ali dini mukafatidir Bu orden 2005 ci ilde Seyxulislam Allahsukur Pasazade terefinden tesis etmisdir Ordenin ilk laureati Heyder Eliyev olmusdur O bu mukafatla vefatindan sonra 21 oktyabr 2005 ci ilde teltif olunmusdur Baki Islam UniversitetiEsas meqale Baki Islam UniversitetiBaki Islam Universiteti Baki Islam Universiteti 1991 ci ilde Baki Islam Medresesinin bazasi esasinda formalasmisdir Baki Islam Medresesi SSRI Nazirler Soveti yaninda Dini Isler Surasinin 17 yanvar 1989 cu il tarixli 2 li protokoluna esasen Qafqaz Muselmanlari Ruhani Idaresinin nezdinde fealiyyete baslamisdir 1991 ci ilin yanvarinda Qafqaz Muselmanlari Ruhani Idaresinin Qaziler Surasinin qerari ile 14 yanvar 1991 ci il tarixli 2 li emrine esasen Baki Islam Medresesi Baki Islam Institutuna cevrilmisdir QMI nin tesebbusu ile 1992 ci ilin axirlarinda Baki Islam Institutu Baki Islam Universiteti adini almisdir Azerbaycan Respublikasi Edliyye Nazirliyi Kollegiyasinin 1 mart 1994 cu il tarixli qerarina esasen universitetin yeni adi resmen tesdiq olunmusdur Haqqin nuru qezetiEsas meqale Haqqin nuru qezet Haqqin nuru qezeti Qafqaz Muselmanlari Idaresinin heftelik dini ictimai qezetidir Qezetin ilk nomresi 12 mart 2010 cu ilde nesr olunmusdur FilmoqrafiyaZaqafqaziya muselmanlari ruhanilerinin qurultayi film 1944 Dozumlu minareler film 1991 Ana duasindan baslanan yol film 2001 Anamin dualari film 2007 Allaha sukur film 2009 Hemcinin baxQafqaz Muselmanlari Qurultayi Azerbaycan Respublikasi Dini Qurumlarla Is uzre Dovlet Komitesi Tezepir mescidi Qafqaz Xalqlari Ali Dini SurasiIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Medeniyyet obyektleri Tezepir 2015 04 05 at the Wayback Machine mct gov az az P Sultanova Tezepir mescidi tarixi ve menevi deyerlerin ezemetli tecessumu 2021 12 02 at the Wayback Machine 525 ci qezet may 2011 anl az az Dinlerin tarixi 2012 06 06 at the Wayback Machine azerbaijan az az Mufti Tacuddin Mustafin 2014 08 05 at the Wayback Machine qafqazislam com az Qafqaz Muselmanlari Idaresinin tarixi 2011 06 27 at the Wayback Machine mediaforum az 22 06 2011 az Qafqaz Muselmanlari Idaresinin arxiv senedleri Tiflisden Bakiya getirilir 2014 04 03 at the Wayback Machine anspress com 06 01 2012 az Seyxulislam Axund Aga Elizade 2012 04 30 at the Wayback Machine qafqazislam com SSRI Nazirler Soveti yaninda Dini Isler Surasinin Azerbaycan Respublikasi uzre Muvekkilinin arxivi Tezepir mescidinin isi s 18 Azerbaycanda din ve dini tesisatlar Baki Azerbaycan Dovlet Nesriyyati 1991 seh 77 az SSRI Nazirler Soveti yaninda Dini Isler Surasinin Azerbaycan Respublikasi uzre Muvekkilinin arxivi Tezepir mescidinin isi s 3 Azerbaycan ve Islam bu gun 2021 11 27 at the Wayback Machine ahlibeyt az az Qafqaz Muselmanlari Idaresinin sedri Seyxulislam Allahsukur Pasazade hezretlerinin Tercumeyi hali 2014 07 01 at the Wayback Machine qafqazislam com az Qafqaz Muselmanlari Idaresinin Sedri 2014 07 01 at the Wayback Machine qafqazislam com az Dini etiqad azadligi haqqinda 2022 06 10 at the Wayback Machine Azerbaycan Respublikasinin 20 avqust 1992 ci il tarixli 281 nomreli Qanunu Madde 7 e qanun az az Dini etiqad azadligi haqqinda 2022 06 10 at the Wayback Machine Azerbaycan Respublikasinin 20 avqust 1992 ci il tarixli 281 nomreli Qanunu Madde 8 e qanun az az Dini etiqad azadligi haqqinda 2022 06 10 at the Wayback Machine Azerbaycan Respublikasinin 20 avqust 1992 ci il tarixli 281 nomreli Qanunu Madde 9 e qanun az az Seyxulislam meqalesi Azerbaycan Sovet Ensiklopediyasi X cild Baki 1987 seh 490 az Ricard Morninqstar Ramazan ayi ehtiyaci olanlarin veziyyetinden xeberdar olmaq zamanidir 2016 03 05 at the Wayback Machine amerikaninsesi org 11 07 2014 az Tiflisde Qafqaz Muselmanlari Idaresinin numayendeliyi acildi olu kecid Qafqaz Muselmanlari Ruhani Idaresi sedrinin tehlukesizliyinin temin edilmesi barede Azerbaycan Respublikasinin Milli Meclisinin 2 iyul 1992 ci il tarixli 190 nomreli Qerari 2017 05 07 at the Wayback Machine e qanun az az Vladimir Putin vstretilsya s predstavitelyami religioznyh obshin Azerbajdzhana kremlin ru 21 02 2006 rus Seyxulislam Ordeni 2014 07 01 at the Wayback Machine qafqazislam com az SSRI Nazirler Soveti yaninda Dini Isler Surasinin 17 01 1989 cu il tarixli 2 li protokolu QMI nin 14 01 1991 ci il tarixli 2 li emrine Azerbaycan Respublikasi Edliyye Nazirliyi Kollegiyasinin 01 03 1994 cu il tarixli qerariXarici kecidlerqafqazislam com Qafqaz Muselmanlari Idaresinin resmi sayti az ing rus Qafqaz Muselmanlari Idaresi scwra gov az az AZERBAYCAN SEYXUL ISLAMLARI 2015 01 06 at the Wayback Machine az islam az az Baki Nurlar 2014 272 seh ISBN 978 9952 490 50 3 Qafqaz Muselmanlari Idaresinin arxiv senedleri Tiflisden Bakiya getirilir olu kecid anspress com 06 01 2012 az