Axund Məhəmməd Əli oğlu Pişnamazzadə (15 may 1853, Yelizavetpol, Tiflis quberniyası – 1938, Kirovabad) – Zaqafqaziya şeyxülislamı, axund.
Məhəmmədəli Pişnamazzadə | |
---|---|
fars. محمد پیشنماززاده | |
Qafqazın VII şeyxülislamı | |
1909 (şeyxülislam əvəzi)/1915 (rəsmən) – 11 dekabr 1918 | |
Əvvəlki | Məhəmməd Mövlazadə |
Sonrakı | Ağa Əlizadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 may 1853 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Vəfat yeri | |
Dini | şiəlik |
Həyatı
Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur.
Maarifçilik
1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi. Axund Molla Məhəmməd Pişnamazzadə yeni tipli, "Üsuli-Cədid" məktəblərinin tərəfdarı idi. 1909-cu ildə rəsmi olaraq həmin məktəblərin icazəsini alır. Gəncə və Gəncə ətrafında yeni tipli məktəblər açdırır (Gəncə, Çobanabdallı, Borsunlu, Aşağı Ayıblı, Morul, Qarabağlar, Qazax, Sarıtəpə, Əhmədbəyli, Qovlarsarı).
Həbsi və sürgünü
1890-cı ilin dekabr ayında Axund Məhəmməd Əli oğlunun yaşadığı evdə polis tərəfindən axtarış aparılır, Türkiyə və İran hökumətləri əlaqə saxlamaqda günahlandırılır. Axund Məhəmməd və 37 nəfər azərbaycanlı həbs olunur. Türkistana sürgünə göndərilir. 1892-ci ildə əfv edilib, vətənə qayıdırlar. 1906-cı ildə Məhəmməd Pişnamazzadənin evində təkrar axtarış aparılır. Onun otağında "Difai" Partiyasına məxsus sənədlər ələ keçirilir. Axund ikinci dəfə həbsə atılıb Kazana sürgün edilir. Sürgün vaxtı da Həştərxanda nəşr olunan "Həmiyyət", "Günəş", "Burhani-tərəqqi" kimi qəzetlərdə məqalələrlə çıxış edir, müsəlman qızların təhsilə yiyələnmələrinin vacibliyindən xüsusi söhbətlər açırdı. 1909-cu ildə Axundun sürgün vaxtı bitdiyindən o, Tiflisə köçür və həmin il iyulun 20-də Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri seçilir.
Sürgündən sonra
1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə olarkən həm şiə, həm də sünni məscidlərinə gedərək, müvafiq olaraq Şeyxülislam Məhəmmədəli Pişnamazzadə və Müfti Hüseyn Əfəndi Qayıbovla görüşmüş, onların çıxışlarını dinləmiş və onların simasında bütün müsəlmanları salamlamışdı.
Şeyxülislamlığı
1915-ci ilin yanvarın 14-də Daxili İşlər İdarəsinin təqdimatına əsasən imperator artıq 6 il şeyxülislam vəzifəsini icra etməkdə olan Məhəmmədəli Pişnamazzadəni Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədri və Zaqafqaziya Şeyxülislamı vəzifəsini təsdiqləyir. 1917-ci ilin fevral inqilabı dövründə Gəncə Müsəlman Komitəsində idi.
1918-ci ilin may ayının 28-də Tiflisdə Milli Şura Azərbaycan Xalq Cumhuriyyətinin yarandığını bəyan edir. Azərbaycan hökuməti suveren dövlət kimi fəaliyyətə başlayır. Bu zaman Qafqaz şiə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerləşirdilər.
Müfti Hüseyn Qayıbzadə 1917-ci ildə vəfat etdiyindən və bu, çar Rusiyanın dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni müfti təyin edilməmişdi. Müftinin vəzifəsini icra edirdi. 1918-ci il sentyabrın 1-də onlar könüllü olaraq "Məşixə" deyilən vahid orqanda birləşmək qərarına gəldilər. Məşixəyə şeyxülislam və müfti ilə birlikdə 31 ruhani-16 şiə və 15 sünni qazısı daxil oldu. Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yarandı. Şeyxülislam idarənin rəhbəri, Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu.
ADR-də fəaliyyəti
1918-ci ilin oktyabrın 30-da Seyxülislam Pişnamazzadənin imzası ilə hökumətə 367 N-li təkliflər məktubu ünvanlamışdı. Həmin təkliflər 4 bölmədən ibarət idi:
- Azərbaycan Cümhuriyyəti hüdudlarında "Məşixət-i İslamiyyə" (Şeyxülislamlıq) adı altında ruhani idarəsi təsis edilsin və ona Osmanlıda mövcud olan şeyxülislamlıq kimi tam müstəqillik verilsin;
- 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin iki sədrindən, hər iki idarənin birləşdirilməsi məqsədilə birinə şeyxülislam, digərinə müstəşar, yaxud müşavir adı verilsin;
- Şeyxülislam iclaslarda iştirak etmək hüququ ilə rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin;
- Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi dini məsələlərin həll edilməsi məqsədilə şeyxülislamın da iştirakı ilə fövqəladə yığıncaq çağırılsın.
Məhəmməd Pişnamazzadənin məktubuna uzun müddət cavab verilmədi. Həmin dövrdə, Məhəmməd Pişnamazzadə Zaqafqaz Şeyxülsiflamı ünvanı ilə Osmanlı hökumətinə yazdığı məktubda müraciətlə deyir:
Səadətli Paşa həzrətləri! 1334-cü ilin (1918) may ayının axırında Osmanlı dövlətinin siyasətinə görə Cənubi Qafqaz Türkləri müstəqil bir Azərbaycan dövlətinin elan etmək məcburiyyətindəymişlər. Halbuki müstəqilliyin elanından əvvəl xalqımızın əhval-ruhiyyəsi haqqında Cənubi Qafqazın müxtəlif bölgələrindən imzalar toplayaraq nəinki Camal Paşa vasitəsilə sizə məktub təqdim etmiş, hətta teleqraf da göndərmişdik. Bununla bərabər sülh müzakirələrinin uzandığını və Bolşevik zülmünün artdığını görüb anlayaraq millətin nümayəndəsi olaraq özünün müsəlman və türk olduğunu qəbul edən xalqımızın öz türk qardaşlarına ilhaqdan başqa heç bir şeyi tanımayacağı kimi bunun üçün bütün mövcudiyyəti ilə hər şeyini fəda etməyə hazır olduğunu, əks halda anarxiyanın qarşısının heç bir halda alına bilməyəcəyini demək məcburiyyətində olduğumuzu Vəhib Paşa həzrətlərinə ikinci dəfə bir ərizə ilə demişdik. Lakin nədənsə hökumətə, daha doğrusu özünü hökumət elan etmiş olanlara etimadımız olmadığından, xalqı ilhaqa qarşı, müstəqil ola biləcəyinə inandırmaq təhlükəsinin olduğunu deməkdən özümüzü saxlaya bilmədik. Bu halda fərman sizindir. 8 iyul 1334 (1918) Zaqafqaz Şeyxülislamı axund Məhəmməd Pişnamazzadə İmzalar: Əbdülqədir İsmayıl Əfəndizadə Şəkili Yaqub Səfərəlioğlu Şəkili Bayram Niyazi Kiçikxanzadə Zaqatalalı İsmayıl İsmayılzadə Gəncəli Hacı Bəhlul İbrahimov Gəncəli Həsən Hacımustafaoğlu Adıgözəlov |
İrəli sürülən təkliflər yalnız 1920-ci ilin martında hökumətin geniş müzakirəsinə çıxarıldı ki, artıq bu vaxt Məhəmməd Pişnamazzadə istefa vermiş və onun yerinə Ağa Əlizadə şeyxülislam təyin edilmişdi.
Sonrakı fəaliyyəti
1918-ci il dekabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri və Şeyxülislamlıq vəzifəsindən səhhətində yaranan problemlərə görə istefa verdi və öz fəaliyyətini Gəncə Cümə məscidinin axundu kimi davam etdirmişdir.
1920-ci ilin 28 aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. Məhəmmədəli Pişnamazzadə bu dəfə "Şura" adıyla gələn rusların növbəti təqibinə məruz qalır və az keçmir ki, həbs olunur. N. Nərimanov bu haqda məlumat alan kimi Şeyxin azad olunmasını əmr edir və onun Azərbaycan xalqının maariflənməsində böyük xidmətləri olduğunu söyləyir.
N. Nərimanovun ölümündən sonra Axund yenidən müxtəliq təqib və təzyiqlərə məruz qalır.
Axund Məhəmməd Pişnamazzadə 1932-ci ildə 79 yaşında vəfat edir. Gəncədə İmamzadə qəbristanlığında dəfn olunmuşdur.
İstinadlar
- Hüseyn Cavid, 18.5.1912-ci il İqbal qəzeti
- "Ceyhun Nəbi — Şeyxülislam Axund Məhəmməd Pişnamazzadə". 2021-05-11 tarixində . İstifadə tarixi: 2015-12-10.
- — Xatirələrim, səh. 32
- Azerbaycan Cumhuriyeti Osmanlı Arşiv Belgeleri, 1918-1920, Teas Press, 2018, səh. 291
- "Mədəniyyət və Turizm Nazirliyi — Din — Azərbaycanda islam". 2017-04-25 tarixində . İstifadə tarixi: 2015-12-10.
Mənbə
- . . Bakı, "Nurlar", 2014, səh. 75–81.
- Hüseynqulu Məmmədli. Qafqazda İslam və şeyxülislamlar. səh. 115
Xarici keçidlər
- "Difai hamisi" sənədli filmi…Axund Molla Məhəmməd Pişnamazzadə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehemmed Pisnamazzade ile sehv salmayin Axund Mehemmed Eli oglu Pisnamazzade 15 may 1853 Yelizavetpol Tiflis quberniyasi 1938 Kirovabad Zaqafqaziya seyxulislami axund Mehemmedeli Pisnamazzadefars محمد پیش نماززاده Qafqazin VII seyxulislami1909 seyxulislam evezi 1915 resmen 11 dekabr 1918EvvelkiMehemmed MovlazadeSonrakiAga ElizadeSexsi melumatlarDogum tarixi 15 may 1853 1853 05 15 Dogum yeri Yelizavetpol Yelizavetpol qezasi Tiflis quberniyasi Rusiya imperiyasiVefat tarixi 1938Vefat yeri Kirovabad Azerbaycan SSR SSRIDini sielikHeyatiMehemmed Eli oglu 1853 cu il may ayinin 15 de Gence seherinde ruhani ailesinde anadan olmusdur Ilk tehsilini Gence medresesinde almis sonra ise ali ruhani tehsili almq ucun Tebrize gonderilmisdir 1883 cu ilde Tebrizde tehsilini basa vurmus ve Tiflise gelerek sehadetname almisdir 1892 ci ilde Gence cume mescidine axund teyin olunmus burada az muddet erzinde savadli ve bacariqli ruhani kimi hormet qazanmisdir 1893 cu ilde Tiflis Vilayet Ruhani Meclisinin uzvu secilmisdir 1895 ci ilde Gence Vilayet Ruhani Meclisinin sedri teyin olunmusdur Maarifcilik 1896 ci ilde Mektebul Xeyriyye ni Xeyriyye mektebi teskil etmisdi Mektebul Xeyriyye 1900 cu ile kimi milli mekteb formasinda fealiyyet gosterib sonra rus muselman mektebine cevrilib Mektebin milli mekteb formasindan cixmasinin sebebi Axund Molla Mehemmed Pisnamazzadenin hebs olunub surgune gonderilmesi ile bagli idi Axund Molla Mehemmed Pisnamazzade yeni tipli Usuli Cedid mekteblerinin terefdari idi 1909 cu ilde resmi olaraq hemin mekteblerin icazesini alir Gence ve Gence etrafinda yeni tipli mektebler acdirir Gence Cobanabdalli Borsunlu Asagi Ayibli Morul Qarabaglar Qazax Saritepe Ehmedbeyli Qovlarsari Hebsi ve surgunu 1890 ci ilin dekabr ayinda Axund Mehemmed Eli oglunun yasadigi evde polis terefinden axtaris aparilir Turkiye ve Iran hokumetleri elaqe saxlamaqda gunahlandirilir Axund Mehemmed ve 37 nefer azerbaycanli hebs olunur Turkistana surgune gonderilir 1892 ci ilde efv edilib vetene qayidirlar 1906 ci ilde Mehemmed Pisnamazzadenin evinde tekrar axtaris aparilir Onun otaginda Difai Partiyasina mexsus senedler ele kecirilir Axund ikinci defe hebse atilib Kazana surgun edilir Surgun vaxti da Hesterxanda nesr olunan Hemiyyet Gunes Burhani tereqqi kimi qezetlerde meqalelerle cixis edir muselman qizlarin tehsile yiyelenmelerinin vacibliyinden xususi sohbetler acirdi 1909 cu ilde Axundun surgun vaxti bitdiyinden o Tiflise kocur ve hemin il iyulun 20 de Qafqaz Muselmanlari Sie Ruhani Idaresinin sedri secilir Surgunden sonra 1914 cu ilin noyabrinda car II Nikolay Tiflisde olarken hem sie hem de sunni mescidlerine gederek muvafiq olaraq Seyxulislam Mehemmedeli Pisnamazzade ve Mufti Huseyn Efendi Qayibovla gorusmus onlarin cixislarini dinlemis ve onlarin simasinda butun muselmanlari salamlamisdi Seyxulislamligi1915 ci ilin yanvarin 14 de Daxili Isler Idaresinin teqdimatina esasen imperator artiq 6 il seyxulislam vezifesini icra etmekde olan Mehemmedeli Pisnamazzadeni Zaqafqaziya Sie Ruhani Idaresinin sedri ve Zaqafqaziya Seyxulislami vezifesini tesdiqleyir 1917 ci ilin fevral inqilabi dovrunde Gence Muselman Komitesinde idi 1918 ci ilin may ayinin 28 de Tiflisde Milli Sura Azerbaycan Xalq Cumhuriyyetinin yarandigini beyan edir Azerbaycan hokumeti suveren dovlet kimi fealiyyete baslayir Bu zaman Qafqaz sie ve Sunni Ruhani Idareleri de bu seherde yerlesirdiler Mufti Huseyn Qayibzade 1917 ci ilde vefat etdiyinden ve bu car Rusiyanin dagildigi illere tesaduf etdiyinden yerine yeni mufti teyin edilmemisdi Muftinin vezifesini icra edirdi 1918 ci il sentyabrin 1 de onlar konullu olaraq Mesixe deyilen vahid orqanda birlesmek qerarina geldiler Mesixeye seyxulislam ve mufti ile birlikde 31 ruhani 16 sie ve 15 sunni qazisi daxil oldu Bununla da muselmanlarin dini islerinin idare edilmesinde ikili sunni sie ruhani rehberliyi aradan qaldirildi Qafqaz muselmanlarinin vahid idaresi yarandi Seyxulislam idarenin rehberi Qafqaz muselmanlarinin ruhani bascisi mufti ise onun muavini oldu ADR de fealiyyeti1918 ci ilin oktyabrin 30 da Seyxulislam Pisnamazzadenin imzasi ile hokumete 367 N li teklifler mektubu unvanlamisdi Hemin teklifler 4 bolmeden ibaret idi Azerbaycan Cumhuriyyeti hududlarinda Mesixet i Islamiyye Seyxulislamliq adi altinda ruhani idaresi tesis edilsin ve ona Osmanlida movcud olan seyxulislamliq kimi tam musteqillik verilsin 7 sentyabr tarixli 311 sayli teqdimatda gosterilen Mesixetin iki sedrinden her iki idarenin birlesdirilmesi meqsedile birine seyxulislam digerine mustesar yaxud musavir adi verilsin Seyxulislam iclaslarda istirak etmek huququ ile resmen Nazirler Surasinin uzvu hesab edilsin Ruhani heyetin komplektlesdirilmesi ucun Mesixetin birbasa serencamina kredit ayrilsin Sadalanan ve diger bu kimi dini meselelerin hell edilmesi meqsedile seyxulislamin da istiraki ile fovqelade yigincaq cagirilsin Mehemmed Pisnamazzadenin mektubuna uzun muddet cavab verilmedi Hemin dovrde Mehemmed Pisnamazzade Zaqafqaz Seyxulsiflami unvani ile Osmanli hokumetine yazdigi mektubda muracietle deyir Seadetli Pasa hezretleri 1334 cu ilin 1918 may ayinin axirinda Osmanli dovletinin siyasetine gore Cenubi Qafqaz Turkleri musteqil bir Azerbaycan dovletinin elan etmek mecburiyyetindeymisler Halbuki musteqilliyin elanindan evvel xalqimizin ehval ruhiyyesi haqqinda Cenubi Qafqazin muxtelif bolgelerinden imzalar toplayaraq neinki Camal Pasa vasitesile size mektub teqdim etmis hetta teleqraf da gondermisdik Bununla beraber sulh muzakirelerinin uzandigini ve Bolsevik zulmunun artdigini gorub anlayaraq milletin numayendesi olaraq ozunun muselman ve turk oldugunu qebul eden xalqimizin oz turk qardaslarina ilhaqdan basqa hec bir seyi tanimayacagi kimi bunun ucun butun movcudiyyeti ile her seyini feda etmeye hazir oldugunu eks halda anarxiyanin qarsisinin hec bir halda alina bilmeyeceyini demek mecburiyyetinde oldugumuzu Vehib Pasa hezretlerine ikinci defe bir erize ile demisdik Lakin nedense hokumete daha dogrusu ozunu hokumet elan etmis olanlara etimadimiz olmadigindan xalqi ilhaqa qarsi musteqil ola bileceyine inandirmaq tehlukesinin oldugunu demekden ozumuzu saxlaya bilmedik Bu halda ferman sizindir 8 iyul 1334 1918 Zaqafqaz Seyxulislami axund Mehemmed Pisnamazzade Imzalar Ebdulqedir Ismayil Efendizade Sekili Yaqub Seferelioglu Sekili Bayram Niyazi Kicikxanzade Zaqatalali Ismayil Ismayilzade Genceli Haci Behlul Ibrahimov Genceli Hesen Hacimustafaoglu Adigozelov Ireli surulen teklifler yalniz 1920 ci ilin martinda hokumetin genis muzakiresine cixarildi ki artiq bu vaxt Mehemmed Pisnamazzade istefa vermis ve onun yerine Aga Elizade seyxulislam teyin edilmisdi Sonraki fealiyyeti1918 ci il dekabrin 10 da Qafqaz Muselmanlari Idaresinin sedri ve Seyxulislamliq vezifesinden sehhetinde yaranan problemlere gore istefa verdi ve oz fealiyyetini Gence Cume mescidinin axundu kimi davam etdirmisdir 1920 ci ilin 28 aprelinde bolsevikler Azerbaycani isgal etdiler Mehemmedeli Pisnamazzade bu defe Sura adiyla gelen ruslarin novbeti teqibine meruz qalir ve az kecmir ki hebs olunur N Nerimanov bu haqda melumat alan kimi Seyxin azad olunmasini emr edir ve onun Azerbaycan xalqinin maariflenmesinde boyuk xidmetleri oldugunu soyleyir N Nerimanovun olumunden sonra Axund yeniden muxteliq teqib ve tezyiqlere meruz qalir Axund Mehemmed Pisnamazzade 1932 ci ilde 79 yasinda vefat edir Gencede Imamzade qebristanliginda defn olunmusdur IstinadlarHuseyn Cavid 18 5 1912 ci il Iqbal qezeti Ceyhun Nebi Seyxulislam Axund Mehemmed Pisnamazzade 2021 05 11 tarixinde Istifade tarixi 2015 12 10 Xatirelerim seh 32 Azerbaycan Cumhuriyeti Osmanli Arsiv Belgeleri 1918 1920 Teas Press 2018 seh 291 Medeniyyet ve Turizm Nazirliyi Din Azerbaycanda islam 2017 04 25 tarixinde Istifade tarixi 2015 12 10 Menbe Baki Nurlar 2014 seh 75 81 ISBN 978 9952 490 50 3 Huseynqulu Memmedli Qafqazda Islam ve seyxulislamlar seh 115Xarici kecidler Difai hamisi senedli filmi Axund Molla Mehemmed Pisnamazzade