Yaponiya tatarları və başqırdıları – 1917-ci ildə baş vermiş Oktyabr inqilabı nəticəsində Çar Rusiyasının devrilməsindən sonra əvvəlcə Mancuriyaya, daha sonra Yaponiyaya miqrasiya etmiş türklər. 1920-ci illərdən etibarən Əbdürrəşid İbrahimovun fəaliyyəti nəticəsində bir çox tatar və başqırd daha yaxşı həyat və iş imkanları tapmaq ümidi ilə Yaponiyaya köçməyə başlamışdır. Onlar əsasən Tokio, Yokohama, Kobe, Naqoya kimi şəhərlərdə məskunlaşmışdırlar. və Ayaz İshaki kimi şəxslər Yaponiyada yaşayan tatar icmasına rəhbərlik etmiş əsas şəxslər olmuşdurlar.
1953-cü ildən etibarən Yaponiya tatarlarının böyük qismi Türkiyə vətəndaşlığına keçmiş və başqa ölkələrə miqrasiya etmişdirlər. Hazırda Yaponiyada tatarəsilli 10–15 ailə yaşayır.
Adlandırma
Rusiyadan Yaponiyaya miqrasiya etmiş tatarların və başqırdların ümumi milli kimlik məsələsi mübahisəli mövzudur. Onları bildirmək üçün "İdil-Ural türkləri", "türk-tatarlar" və ya sadəcə "tatarlar" adlarından istifadə olunur. 1930-cu illərə qədər Yaponiya hökuməti onları "keçmiş rusiyalılar" və ya "rusiyalı müsəlmanlar" adlandırmışdır. Özlərini Kazan tatarları kimi hesab edib "türk-tatar" adlandırsalar da, aralarında mişər, başqırd, özbək, uyğur, azərbaycanlılar da olmuşdur.
Tarixi
Tatar və başqırdlar XIX əsrin sonlarında və XX əsrin əvvəllərində regionlarındakı daxili qarışıqlıqlar səbəbilə Uzaq Şərqdəki Mancuriya, Koreya və Yaponiya kimi ölkələrə miqrasiya etmişdirlər. Mancuriyada yerləşən Harbin şəhəri tatar və başqırdların miqrasiya etdikləri ilk əsas yer olmuşdur. Onlar burada "Harbin Cəmiyyəti" adlı təşkilatın əsasını qoymuşdurlar.
1919-cu ildən sonra tatar və başqırdların ən çox köçdükləri ölkə Yaponiya olmuşdur. Bu seçimin əsas səbəbləri arasında Yaponiyadakı həyat səviyyəsinin və iş tapmaq potensialının daha yaxşı olması yer alır. Bundan əlavə, Rus-yapon müharibəsindən qələbə ilə çıxan Yaponiya türk və müsəlman dünyasının simpatiyasını qazanmışdı. Tatarlar əsasən Yaponiyanın Yokohama, Tokio, Naqoya, Kumamoto və Kobe şəhərlərində məskunlaşmışdırlar. İlk dövrlərdə Yokohamada digər şəhərlərə nisbətən daha böyük tatar icması yaranmış, daha sonra digər şəhərlərdə tatarların sayı artmağa başlamışdır. Tokioda tatar icması 1921-ci ildə formalaşmağa başlamışdır. Əsasən subay kişilərdən ibarət olan ilk tatar qrupu Tokionun Şincuku bölgəsindəki hotellərdə yaşamağa başlamış, ticarətlə məşğul olub maddi vəziyyətlərini yaxşılaşdırdıqdan sonra öz yaxınlarını gətirməyə başlamışdırlar.
Yaponlarla əlaqə quraraq tatarlarla Yaponiya arasındakı münasibətlərinin möhkəmlənməsində aparıcı şəxs Əbdürrəşid İbrahimov olmuşdur. O, Rusiyada türklərə qarşı təzyiqlərin artmasından sonra Osmanlı dövlətinin dəstəyini alsa da, daha sonra Asiyanın yüksələn gücü olan Yaponiya ilə yaxınlaşmışdır. Yaponlar tatarlar vasitəsilə Rusiyadakı müsəlman türklərlə yaxın əlaqələr qurmağa və regionda nüfuz qazanmağa çalışmışdırlar. Əbdürrəşid İbrahimovun başçılığı altında bir çox tatar ailə Rusiyadan Yaponiyaya köçmüşdür. İbrahimov 1933-cü ildə dostlarının dəvəti ilə Yaponiyaya köçmüş və ömrünün axırına qədər orada yaşamışdır. Başqırd türklərindən olan başçılıq etdiyi qrupla 1924-cü ildə Tokioya gəlmiş, Yaponiyada yaşayan tatarların və başqırdların sayı daha da artmışdır.
Kurbanaliyev–İshaki münaqişəsi
Yaponiya tatarlarının bir qismi Kurbanliyevin icma daxilindəki despot xarakterindən və keçmişindən narahat olmuşdurlar. 1931-ci ildə təxminən 10 ailə Kurbanaliyev ilə əlaqəsini kəsmişdir. Uzaq Şərqdə yaşayan bütün türkləri bir araya gətirmək istəyən Ayaz İshakinin 1933-cü ilin oktyabrında Kobeyə gəlişini icmadakı gücünə təhdid kimi qəbul edən Kurbanaliyev onun fəaliyyətinə mane olmağa çalışmışdır. Tərəflər arasındakı ilk ciddi anlaşılmazlıq 2 dekabr 1933-cü ildə baş vermişdir. Tokioya təlim üçün gəlmiş türk zabit Cavit bəyin cənazəsi atatürkçü olduğu səbəbilə Kurbanaliyev tərəfindən boykot edilmişdir, lakin İshaki cənazəyə qatılmışdır.
İshaki Yaponiya türklərini bir araya gətirmək üçün Tokioda İdil-Ural Türk-Tatar Mədəniyyət Dərnəyini qurmaq istəmiş və iclas üçün məktəb binasını tələb etmişdir, lakin Kurbanaliyev onun tələbini rədd etmişdir. İshaki və onun Yaponiyadakı dəstəkçisi professor Okubo 11 fevral 1934-cü ildə Tokionun bölgəsindəki bir klubda iclas keçirmiş, lakin Kurbanaliyevin başçılığı altında olan Ağ rus zabitləri və ultramillətçi yaponlar iclasa basqın təşkil edərək İshakini və Okubonu döymüşdürlər. İnsidenti araşdırmaq üçün Kobe-Naqoya tatarlarından 11 nəfərlik komissiya təşkil olunmuşdur. İzumibaşi insidentindən sonra tərəflər arasındakı münaqişə kəskin hal almış, Yaponiyadakı tatar icması iki yerə bölünmüşdür. Kobedə yaşayan tatarlar və Hoten Türk-Tatar Komitəsi İshakini dəstəkləmişdirlər. İshaki Kurbanaliyevin fəaliyyəti barədə Yaponiya Xarici İşlər Nazirliyinə şikayət xarakterli məktub yazmışdır. Kurbanaliyev tərəfdarları isə İshakini kommunist, sosialist, sovet casusu və pan-Asiya idealının düşməni olmaqda ittiham etmiş, SSRİ-nin Yaponiyadakı səfiri ilə dost olduğunu iddia etmişdirlər.
Bütün manelərə baxmayaraq, İshaki Uzaq Şərqdəki tatarların böyük qismini öz dərnəyində bir araya gətirməyi bacarmışdır. 1934-cü ildə Tokio, Naqoya, Kobe və Kumamotoda dərnəyin şöbələri açılmışdır. Kurbanaliyev 1938-ci ildə həbs olunaraq Yaponiyadan deportasiya edilmişdir. Onun gedişindən sonra icma daxilindəki münasibətlər stabilləşmişdir.
Müasir dövr
1950-ci ildə başlamış Koreya müharibəsində yaralanmış türk əsgərlərinin bəziləri Tokio və Kobedə yerləşən xəstəxanalara göndərilmişdirlər. Yaponiyada yaşayan tatarlar onları ziyarət edərək dəstək olmuş, hətta bəzi tatar qızlar türk əsgərləri ilə evlənmişdirlər. 1953-cü ildən sonra Yaponiya tatarların çoxu keçmişdirlər. Türkiyə vətəndaşlığına keçən tatarların bir qismi Türkiyəyə, buradan da ABŞ, Finlandiya, Avstraliya kimi ölkələrə miqrasiya etmişdirlər. Bir neçə ailə ABŞ və Yaponiya vətəndaşlığına keçmişdir. Hazırda Yaponiyada 10–15 tatar ailə yaşayır. Onlar arasında 1–2 xristian tatar ailə də var.
Təhsil və gündəlik həyat
Yaponiyada ilk tatar məktəbi 1927-ci ildə Tokioda açılmışdır. Belə ki, məktəbin açılması üçün Yaponiya hökumətindən icazə alınmış, 2 oktyabr 1927-ci ildə Şin-Okubo Hyakumin-ço 273 ünvanında yerləşən bina kirayəyə götürülərək "Məktəb-i İslamiyə" adlı məktəbə çevrilmişdir. İbtidai məktəb səviyyəsində fəaliyyətə başlayan və Kurbanaliyevin direktoru olduğu məktəbdə tatar uşaqlar həm oxuma-yazma, həm də milli və dini mövzuları öyrənirdilər. Kirayəyə götürülmüş bina həm də məscid və iclas otağı kimi istifadə olunurdu. Uşaqlar məktəbdə yapon, tatar, rus və ingilis dərslərini öyrənirdilər, Kurbanaliyev isə dini dərslərə girirdi.
Məktəb daha sonra ev sahibinin istəyi ilə bağlanmış, əvvəlcə Okuboya, daha sonra Kaşivaqi bölgəsinə köçürülmüşdür. Məktəbin tez-tez köçürülməsi təhsildə fasilələrə səbəb olmuşdur. Buna görə də ailələr pul yığmağa başlamış və 1931-ci ildə Yoyoqi-Tomiqaya bölgəsindəki 1461 nömrəli bina satın alınaraq məktəbə çevrilmişdir. Bina Kurbanaliyevin adına keçirilmişdir. Yeni məktəb binasına ancaq Tokiodan deyil, Yaponiyadakı digər şəhərlərdən, hətta Koreyadan olan tatar ailələrin uşaqları gəlirdi. Daha sonra Naqoya və Kobedə açılmış növbəti məktəblərdə təhsil başlamışdır.
Tokiodakı tatar qadınlar doğumlarını əsasən xəstəxanasında və ya Tokio Universitetinin xəstəxanasınında gerçəkləşdirirdilər. Oğlan uşaqları əvvəlcə Muhammed Şah Əfəndi Aqiff tərəfindən sünnət edilsələr də, onun ölümündən sonra oğlan uşaqları 3–5 yaşlarına gəldiklərində Keyo Universitetinin həkimləri tərəfindən sünnət edilməyə başlamışdırlar.
Nikahlar "Məktəb-i İslamiyə" binasında tatar ənənələrinə uyğun formada imam tərəfindən gerçəkləşdirilirdi.İkinci Dünya müharibəsinə qədər tatarlar içərisində əcnəblərlə evlənlərin sayı çox az olmuşdur. Lakin türkmənşəli şəxslərlə evliliklər olmuşdur.
Mədəniyyət
Yaponiya tatarları və başqırdları milli kimliklərini qorumaq üçün Yaponiyada bir sıra cəmiyyətlər yaratmış, öz səslərini dünyaya çatdırmaq üçün nəşr işi ilə məşğul olmuşdurlar. Əvvəlcə kirayəyə götürdükləri yerlərdə toplansalar da, daha sonra varlı üzvlər və yerli rəsmilərin köməyi ilə icmanın adına bina almağa başlamışdırlar. Bu binalarda teatr tamaşası, konsert kimi mədəni tədbirlərlə yanaşı, toy, cənazə və dini-milli tədbirlər keçirmişdirlər.
Yaponiyadakı belə təşkilatlardan biri olan Tokio Cəmiyyətinin sədri Kurbanaliyev olmuşdur. Onun başçılığı ilə 1930-cu ildə Tokioda "" adlı nəşriyyat yaradılmışdır. Nəşriyyatın əsas nəşrlərindən biri 1931–1938-ci illərdə nəşr olunmuş və Yaponiyadakı İdil-Ural türklərinin həyatından bəhs edən "Yanı Yapon Muhbiri" jurnalı olmuşdur. Lakin Kurbanaliyevin Yaponiyadan xaric edilməsindən sonra mətbəə sahibsiz qalmış və 1938-ci ildə bağlanmışdır.
Din
Tokiodakı tatar-başqırd icması 1925-ci ilin yanvarından etibarən davamlı olaraq birlikdə cümə namazı qılmağa başlamışdır. 1938-ci ildə Yaponiya hökumətinin dəstəyi və tatarların səyləri nəticəsində Tokio məscidi tikilmişdir. Tokio məscidi hazırda Yaponiyadakı ən böyük məsciddir. 1935-ci ildə hind müsəlmanlar tərəfindən tikilmiş Kobe məscidinin tikintisinə Kobe tatarlarının da dəstəyi olmuşdur.
İstinadlar
- Dündar, 2014. səh. 171
- Dündar, 2014. səh. 172
- Atakan, 2014. səh. 173
- Atakan, 2019. səh. 482
- Dündar, 2003. səh. 105
- Dündar, 2004. səh. 81
- Dündar, 2004. səh. 82
- Dündar, 2004. səh. 85
- Dündar, 2011. səh. 102
- Dündar, 2011. səh. 103
- Dündar, 2004. səh. 86
- Dündar, 2011. səh. 104
- Atakan, 2019. səh. 484
- Dündar, 2004. səh. 87
- Atakan, 2019. səh. 483
- Dündar, 2004. səh. 83
- Dündar, 2004. səh. 84
- Dündar, 2003. səh. 104
Ədəbiyyat
- Atakan, Hanife Alkan. "Yanı Yapon Muhbiri Dergisi'nin 15. Sayısına Göre Japonya'da Yaşayan Tatar Türklerinin Türkiye'deki Harf Devrimi Konusundaki Görüşleri". Karadeniz Araştırmaları (türkcə). 16 (83). 15 sentyabr 2019: 475–495. İstifadə tarixi: 28 aprel 2024.
- Dündar, Ali Merthan. "Uzak Doğu'da İdil-Ural Türklerinin Yayın Faaliyetleri Tokyo Mahalle-i İslamiye Matbaası". Türkoloji Dergisi (türkcə). 16 (2). 1 may 2003: 103–116. doi:10.1501/Trkol_000000004. İstifadə tarixi: 28 aprel 2024.
- Dündar, Ali Merthan. "Japonya Türk-Tatar Diasporası" (PDF). Modern Türklük Araştırmaları Dergisi (türkcə). Ankara Universiteti. 1 (1). noyabr 2004: 75–89. İstifadə tarixi: 29 aprel 2024.
- Dündar, Ali Merthan. "Tatarmı, Türk mü, Türk-Tatar mı?:İki Dünya Savaşı Arası Dönemde Doğu Asya'da Türk-Tatarların Kimlik Sorunu Üstüne". Türkiye Sosyal Araştırmalar Dergisi (türkcə). 181 (181). 1 fevral 2014: 167–174. İstifadə tarixi: 30 aprel 2024.
- Dündar, Ali Merthan. "Japonya resmi belgelerine göre Ayaz İshaki ve Japonya'daki faaliyetleri". Türk Yurdu (türkcə). 31 (287). iyul 2011: 100–105. İstifadə tarixi: 30 aprel 2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yaponiya tatarlari ve basqirdilari 1917 ci ilde bas vermis Oktyabr inqilabi neticesinde Car Rusiyasinin devrilmesinden sonra evvelce Mancuriyaya daha sonra Yaponiyaya miqrasiya etmis turkler 1920 ci illerden etibaren Ebdurresid Ibrahimovun fealiyyeti neticesinde bir cox tatar ve basqird daha yaxsi heyat ve is imkanlari tapmaq umidi ile Yaponiyaya kocmeye baslamisdir Onlar esasen Tokio Yokohama Kobe Naqoya kimi seherlerde meskunlasmisdirlar ve Ayaz Ishaki kimi sexsler Yaponiyada yasayan tatar icmasina rehberlik etmis esas sexsler olmusdurlar Ebdurresid Ibrahimov tatarlar ile Yaponiya arasinda munasibetlerin qurulmasinda esas rol oynayan sexs olmusdur Tokiodaki tatar basqird icmasinin rehberlerinden biri olmusdur Ayaz Ishaki Yaponiyada yasayan tatarlari bir araya getirmek ucun 1933 cu ilde Yaponiyaya kocmusdur 1953 cu ilden etibaren Yaponiya tatarlarinin boyuk qismi Turkiye vetendasligina kecmis ve basqa olkelere miqrasiya etmisdirler Hazirda Yaponiyada tataresilli 10 15 aile yasayir AdlandirmaRusiyadan Yaponiyaya miqrasiya etmis tatarlarin ve basqirdlarin umumi milli kimlik meselesi mubahiseli movzudur Onlari bildirmek ucun Idil Ural turkleri turk tatarlar ve ya sadece tatarlar adlarindan istifade olunur 1930 cu illere qeder Yaponiya hokumeti onlari kecmis rusiyalilar ve ya rusiyali muselmanlar adlandirmisdir Ozlerini Kazan tatarlari kimi hesab edib turk tatar adlandirsalar da aralarinda miser basqird ozbek uygur azerbaycanlilar da olmusdur TarixiTatar ve basqirdlar XIX esrin sonlarinda ve XX esrin evvellerinde regionlarindaki daxili qarisiqliqlar sebebile Uzaq Serqdeki Mancuriya Koreya ve Yaponiya kimi olkelere miqrasiya etmisdirler Mancuriyada yerlesen Harbin seheri tatar ve basqirdlarin miqrasiya etdikleri ilk esas yer olmusdur Onlar burada Harbin Cemiyyeti adli teskilatin esasini qoymusdurlar 1919 cu ilden sonra tatar ve basqirdlarin en cox kocdukleri olke Yaponiya olmusdur Bu secimin esas sebebleri arasinda Yaponiyadaki heyat seviyyesinin ve is tapmaq potensialinin daha yaxsi olmasi yer alir Bundan elave Rus yapon muharibesinden qelebe ile cixan Yaponiya turk ve muselman dunyasinin simpatiyasini qazanmisdi Tatarlar esasen Yaponiyanin Yokohama Tokio Naqoya Kumamoto ve Kobe seherlerinde meskunlasmisdirlar Ilk dovrlerde Yokohamada diger seherlere nisbeten daha boyuk tatar icmasi yaranmis daha sonra diger seherlerde tatarlarin sayi artmaga baslamisdir Tokioda tatar icmasi 1921 ci ilde formalasmaga baslamisdir Esasen subay kisilerden ibaret olan ilk tatar qrupu Tokionun Sincuku bolgesindeki hotellerde yasamaga baslamis ticaretle mesgul olub maddi veziyyetlerini yaxsilasdirdiqdan sonra oz yaxinlarini getirmeye baslamisdirlar Yaponlarla elaqe quraraq tatarlarla Yaponiya arasindaki munasibetlerinin mohkemlenmesinde aparici sexs Ebdurresid Ibrahimov olmusdur O Rusiyada turklere qarsi tezyiqlerin artmasindan sonra Osmanli dovletinin desteyini alsa da daha sonra Asiyanin yukselen gucu olan Yaponiya ile yaxinlasmisdir Yaponlar tatarlar vasitesile Rusiyadaki muselman turklerle yaxin elaqeler qurmaga ve regionda nufuz qazanmaga calismisdirlar Ebdurresid Ibrahimovun basciligi altinda bir cox tatar aile Rusiyadan Yaponiyaya kocmusdur Ibrahimov 1933 cu ilde dostlarinin deveti ile Yaponiyaya kocmus ve omrunun axirina qeder orada yasamisdir Basqird turklerinden olan basciliq etdiyi qrupla 1924 cu ilde Tokioya gelmis Yaponiyada yasayan tatarlarin ve basqirdlarin sayi daha da artmisdir Kurbanaliyev Ishaki munaqisesi Yaponiya tatarlarinin bir qismi Kurbanliyevin icma daxilindeki despot xarakterinden ve kecmisinden narahat olmusdurlar 1931 ci ilde texminen 10 aile Kurbanaliyev ile elaqesini kesmisdir Uzaq Serqde yasayan butun turkleri bir araya getirmek isteyen Ayaz Ishakinin 1933 cu ilin oktyabrinda Kobeye gelisini icmadaki gucune tehdid kimi qebul eden Kurbanaliyev onun fealiyyetine mane olmaga calismisdir Terefler arasindaki ilk ciddi anlasilmazliq 2 dekabr 1933 cu ilde bas vermisdir Tokioya telim ucun gelmis turk zabit Cavit beyin cenazesi ataturkcu oldugu sebebile Kurbanaliyev terefinden boykot edilmisdir lakin Ishaki cenazeye qatilmisdir Ishaki Yaponiya turklerini bir araya getirmek ucun Tokioda Idil Ural Turk Tatar Medeniyyet Derneyini qurmaq istemis ve iclas ucun mekteb binasini teleb etmisdir lakin Kurbanaliyev onun telebini redd etmisdir Ishaki ve onun Yaponiyadaki destekcisi professor Okubo 11 fevral 1934 cu ilde Tokionun bolgesindeki bir klubda iclas kecirmis lakin Kurbanaliyevin basciligi altinda olan Ag rus zabitleri ve ultramilletci yaponlar iclasa basqin teskil ederek Ishakini ve Okubonu doymusdurler Insidenti arasdirmaq ucun Kobe Naqoya tatarlarindan 11 neferlik komissiya teskil olunmusdur Izumibasi insidentinden sonra terefler arasindaki munaqise keskin hal almis Yaponiyadaki tatar icmasi iki yere bolunmusdur Kobede yasayan tatarlar ve Hoten Turk Tatar Komitesi Ishakini desteklemisdirler Ishaki Kurbanaliyevin fealiyyeti barede Yaponiya Xarici Isler Nazirliyine sikayet xarakterli mektub yazmisdir Kurbanaliyev terefdarlari ise Ishakini kommunist sosialist sovet casusu ve pan Asiya idealinin dusmeni olmaqda ittiham etmis SSRI nin Yaponiyadaki sefiri ile dost oldugunu iddia etmisdirler Butun manelere baxmayaraq Ishaki Uzaq Serqdeki tatarlarin boyuk qismini oz derneyinde bir araya getirmeyi bacarmisdir 1934 cu ilde Tokio Naqoya Kobe ve Kumamotoda derneyin sobeleri acilmisdir Kurbanaliyev 1938 ci ilde hebs olunaraq Yaponiyadan deportasiya edilmisdir Onun gedisinden sonra icma daxilindeki munasibetler stabillesmisdir Muasir dovr 1950 ci ilde baslamis Koreya muharibesinde yaralanmis turk esgerlerinin bezileri Tokio ve Kobede yerlesen xestexanalara gonderilmisdirler Yaponiyada yasayan tatarlar onlari ziyaret ederek destek olmus hetta bezi tatar qizlar turk esgerleri ile evlenmisdirler 1953 cu ilden sonra Yaponiya tatarlarin coxu kecmisdirler Turkiye vetendasligina kecen tatarlarin bir qismi Turkiyeye buradan da ABS Finlandiya Avstraliya kimi olkelere miqrasiya etmisdirler Bir nece aile ABS ve Yaponiya vetendasligina kecmisdir Hazirda Yaponiyada 10 15 tatar aile yasayir Onlar arasinda 1 2 xristian tatar aile de var Tehsil ve gundelik heyatTokio mescidi Yaponiyada ilk tatar mektebi 1927 ci ilde Tokioda acilmisdir Bele ki mektebin acilmasi ucun Yaponiya hokumetinden icaze alinmis 2 oktyabr 1927 ci ilde Sin Okubo Hyakumin co 273 unvaninda yerlesen bina kirayeye goturulerek Mekteb i Islamiye adli mektebe cevrilmisdir Ibtidai mekteb seviyyesinde fealiyyete baslayan ve Kurbanaliyevin direktoru oldugu mektebde tatar usaqlar hem oxuma yazma hem de milli ve dini movzulari oyrenirdiler Kirayeye goturulmus bina hem de mescid ve iclas otagi kimi istifade olunurdu Usaqlar mektebde yapon tatar rus ve ingilis derslerini oyrenirdiler Kurbanaliyev ise dini derslere girirdi Mekteb daha sonra ev sahibinin isteyi ile baglanmis evvelce Okuboya daha sonra Kasivaqi bolgesine kocurulmusdur Mektebin tez tez kocurulmesi tehsilde fasilelere sebeb olmusdur Buna gore de aileler pul yigmaga baslamis ve 1931 ci ilde Yoyoqi Tomiqaya bolgesindeki 1461 nomreli bina satin alinaraq mektebe cevrilmisdir Bina Kurbanaliyevin adina kecirilmisdir Yeni mekteb binasina ancaq Tokiodan deyil Yaponiyadaki diger seherlerden hetta Koreyadan olan tatar ailelerin usaqlari gelirdi Daha sonra Naqoya ve Kobede acilmis novbeti mekteblerde tehsil baslamisdir Tokiodaki tatar qadinlar dogumlarini esasen xestexanasinda ve ya Tokio Universitetinin xestexanasininda gerceklesdirirdiler Oglan usaqlari evvelce Muhammed Sah Efendi Aqiff terefinden sunnet edilseler de onun olumunden sonra oglan usaqlari 3 5 yaslarina geldiklerinde Keyo Universitetinin hekimleri terefinden sunnet edilmeye baslamisdirlar Nikahlar Mekteb i Islamiye binasinda tatar enenelerine uygun formada imam terefinden gerceklesdirilirdi Ikinci Dunya muharibesine qeder tatarlar icerisinde ecneblerle evlenlerin sayi cox az olmusdur Lakin turkmenseli sexslerle evlilikler olmusdur MedeniyyetYaponiya tatarlari ve basqirdlari milli kimliklerini qorumaq ucun Yaponiyada bir sira cemiyyetler yaratmis oz seslerini dunyaya catdirmaq ucun nesr isi ile mesgul olmusdurlar Evvelce kirayeye goturdukleri yerlerde toplansalar da daha sonra varli uzvler ve yerli resmilerin komeyi ile icmanin adina bina almaga baslamisdirlar Bu binalarda teatr tamasasi konsert kimi medeni tedbirlerle yanasi toy cenaze ve dini milli tedbirler kecirmisdirler Yaponiyadaki bele teskilatlardan biri olan Tokio Cemiyyetinin sedri Kurbanaliyev olmusdur Onun basciligi ile 1930 cu ilde Tokioda adli nesriyyat yaradilmisdir Nesriyyatin esas nesrlerinden biri 1931 1938 ci illerde nesr olunmus ve Yaponiyadaki Idil Ural turklerinin heyatindan behs eden Yani Yapon Muhbiri jurnali olmusdur Lakin Kurbanaliyevin Yaponiyadan xaric edilmesinden sonra metbee sahibsiz qalmis ve 1938 ci ilde baglanmisdir Din Tokiodaki tatar basqird icmasi 1925 ci ilin yanvarindan etibaren davamli olaraq birlikde cume namazi qilmaga baslamisdir 1938 ci ilde Yaponiya hokumetinin desteyi ve tatarlarin seyleri neticesinde Tokio mescidi tikilmisdir Tokio mescidi hazirda Yaponiyadaki en boyuk mesciddir 1935 ci ilde hind muselmanlar terefinden tikilmis Kobe mescidinin tikintisine Kobe tatarlarinin da desteyi olmusdur IstinadlarDundar 2014 seh 171 Dundar 2014 seh 172 Atakan 2014 seh 173 Atakan 2019 seh 482 Dundar 2003 seh 105 Dundar 2004 seh 81 Dundar 2004 seh 82 Dundar 2004 seh 85 Dundar 2011 seh 102 Dundar 2011 seh 103 Dundar 2004 seh 86 Dundar 2011 seh 104 Atakan 2019 seh 484 Dundar 2004 seh 87 Atakan 2019 seh 483 Dundar 2004 seh 83 Dundar 2004 seh 84 Dundar 2003 seh 104EdebiyyatAtakan Hanife Alkan Yani Yapon Muhbiri Dergisi nin 15 Sayisina Gore Japonya da Yasayan Tatar Turklerinin Turkiye deki Harf Devrimi Konusundaki Gorusleri Karadeniz Arastirmalari turkce 16 83 15 sentyabr 2019 475 495 Istifade tarixi 28 aprel 2024 Dundar Ali Merthan Uzak Dogu da Idil Ural Turklerinin Yayin Faaliyetleri Tokyo Mahalle i Islamiye Matbaasi Turkoloji Dergisi turkce 16 2 1 may 2003 103 116 doi 10 1501 Trkol 000000004 Istifade tarixi 28 aprel 2024 Dundar Ali Merthan Japonya Turk Tatar Diasporasi PDF Modern Turkluk Arastirmalari Dergisi turkce Ankara Universiteti 1 1 noyabr 2004 75 89 Istifade tarixi 29 aprel 2024 Dundar Ali Merthan Tatarmi Turk mu Turk Tatar mi Iki Dunya Savasi Arasi Donemde Dogu Asya da Turk Tatarlarin Kimlik Sorunu Ustune Turkiye Sosyal Arastirmalar Dergisi turkce 181 181 1 fevral 2014 167 174 Istifade tarixi 30 aprel 2024 Dundar Ali Merthan Japonya resmi belgelerine gore Ayaz Ishaki ve Japonya daki faaliyetleri Turk Yurdu turkce 31 287 iyul 2011 100 105 Istifade tarixi 30 aprel 2024