Uzun-Hacı Saltinski və ya Uzun-Xair Hacı-Xan Saltinski (1848 - 30 Mart 1920) — Dağıstan və Çeçenistanın dini və siyasi lideri, Şimali-Qafqaz əmirliyinin əmiri. Milliyyətcə avardır.
Uzun-Hacı Saltinski | |
---|---|
Uzun-Xair Hacı-Xan Saltinski | |
Dağıstan və Çeçenistanın 7-ci imamı | |
1919 – 1920 | |
Əvvəlki | Nəcməddin Qotsinski |
Şimali-Qafqaz əmiri | |
1919 – 1921 | |
Sonrakı | Dərviş Məhəmməd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salta, Dağıstan |
Vəfat tarixi | |
Vəfat yeri | Çeçenistan |
Milliyyəti | avar |
Vətəndaşlığı | Rusiya İmperiyası Şimali-Qafqaz əmirliyi |
Fəaliyyəti | imam |
Dini | islam, sünni məzhəbi, sufizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illər
Uzun-Hacı 1848-ci ildə Qünib rayonunun Salta kəndində anadan olmuşdur. Gəncliyində Şeyx Şamilin Şimali Qafqaz imamlığında dövlət aparatının baş müfəttişi Soqratlı Şeyx Əbdürəhman-Hacının müridi idi. 11 il boyunca Uzun-Hacı bu məşhur alimin yanında təhsil almış, daha sonra Osmanlı İmperiyasında: Ərəbistanda, Suriyada, Türkiyədə İslam ruhanili üzrə təhsilini davam etdirmişdir. Ali ruhani təhsil alan Uzun-Hacı ilahiyyatla bağlı elmi əsərlər toplamağa başlamış və dini şeirlə ciddi maraqlanmışdır. O, 1877-ci il üsyanında da fəal iştirak etmişdir. Onun iştirakı ilə ilk döyüş 1877-ci ilin Ramazan ayının ilk günü Salta körpüsündə (qırmızı körpü) baş vermişdir. Üsyan yatırıldıqdan sonra tutulmuş və 7 il müddətinə Samara vilayətinin Novouzensk rayonuna sürgün edilmişdi, lakin 4 ildən sonra o, sürgündən qaçaraq Dağıstana dönmüşdü.
Siyasi fəaliyyəti
1910-cu ildə Salta kəndində hakimiyyətin icazəsi olmadan mədrəsə tikdirdiyinə görə ikinci dəfə həbs olunmuşdur. Əvvəlcə ev həbsində salınmış, sonra bir il müddətinə Temir-Xan-Şuraya aparılmış və sonra Həştərxana göndərilmişdi. Ancaq bir il sonra oradan qaçmış və həcc ziyarəti üçün qeyri-leqal Məkkəyə yola düşmüşdür. Onun həcc ziyarəti bir il çəkmişdir. Qayıdarkən çeçen zəvvarlarına qoşulub Qroznıya gəldi, daha sonra Naji-Yurt şəhərinə yerləşdi. İki il çeçenlər arasında yaşadı, rus hakimiyyətinə qarşı təbliğat və təşviqatla məşğul oldu. 1916-cı ildə doğma Salta kəndinə qayıtdı.
Çox güman ki, onu alçatmağa çalışan rəqibləri tərəfindən "Uzun" ləqəbini almışdı ("Uzun" qumuq dilində "uzun" deməkdir, Hacı isə boyca qısa idi). Uzun-Xeyr adını isə o, Məhəmməd peyğəmbərin belə bir epitetə sahib olması səbəbi ilə almışdı.
1917-1918-ci illər
1917-ci il Fevral inqilabından sonra Uzun-Hacı, Dağıstanda şəriət qanunlarının tətbiqi ilə bağlı referendum tələb edən Dağıstan Milli Komitəsinin yaradıcılarından biri oldu. Dağıstan bölgəsinin bütün kənd icmaları şəriət idarəetmə formasının lehinə çıxış edirdilər. Uzun-Haci Nəcməddin Qotsinskinin Dağıstanın imamı elan edildiyi 10 Avqust 1917-ci ildə Andi kəndində keçirilən dağlı xalqlarının qurultayına da qatılmışdı. Torpaq məsələsi ilə əlaqədar olaraq qurultayda Uzun-Hacının təşəbbüsü ilə aşağıdakı bəndlərdən ibarət qərarlar qəbul edildi:
|
1917-ci ilin sentyabrında Uzun-Hacı dəstəsi Xasavyurt bölgəsinə hücum təşkil etdi, rayonun ərazisində yerləşən 170-dən çox yaşayış məntəqəsi, o cümlədən Xasavyurtun da tamamilə məhvi yalnız kömək sayəsində baş vermədi. Belə ki, Xasavyurt və Qudermes arasında hərəkət edən Bakı Kommunasının zirehli qatarının bu işdə köməyi xüsusi rol oynadı. Bu zirehli qatar Qafqaz cəbhəsindən qayıdan hərbi eşelonlar və eləcə də Şimali Qafqazdan alınan ərzağı Bakıya çatdırmaq üçüçn dəmiryolunun təhlükəsizliyini qorumaq üçün Bakı Kommunası tərəfindən göndərilmişdi.
1918-ci ilin yanvarında Temir-Xan-Şura şəhərində dağ xalqlarının nümayəndələrinin III qurultayında Nəcməddin Qotsinski yenidən bütün Dağıstanın imamı elan edildi. Uzun-Hacı orada: "Kim imama tabe olmasa, boynu vurulacaq" fətvasını verdi. Uzun-Hacının dünyəvi hakimiyyətlərə inamsızlığını ifadə edən və onları qovaraq bütün səlahiyyətləri yerli ruhanilərə və Dağıstanın Şəriət hakimiyyətinə verməyi təklif edən məktub oxundu. Müvəqqəti Hökümətin orqanı olan Dağıstan Regional İcraiyyə Komitəsi, Qotsinskinin imam elan edilməsindən çaşqınlıq duyduğunu və ona məktub göndərdi ki, orada da "imam" anlayışının mənasını xalqa izah etməsini təklif etdi. Nəticə etibarilə Qotsinski imam deyil, müfti elan edildi. Qotsinskinin imam elan edilməsində israr edən Uzun-Hacı, imamət ideyasının həyata keçirilməsində kifayyət qədər iradə göstərmədiyinə görə Qotsinskiyə qəzəbləndi və qoşunlarını şəhərdən çıxardı. Sosialistlər bundan istifadə edərək Qotsiniskinin müfti seçilməsinə dair qurultayın qərarını ləğv etmək qərarına gəldilər. 1918-ci ilin aprelində Uzun-Hacı dəstəsi Xasavyurtu tutub yandırdı.
1919-cu il
1919-cu ilin aprelində Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları Çeçenistanı işğal etdikdən sonra Dağıstanın dini və siyasi lideri Uzun-Hacı Saltinskiy Rusiya ordusuna qarşı müstəqillik və dini müharibə üçün könüllülərdən ibarət dəstələr toplamağa başladı. Mayın 22-də Dağıstandakı Dağlılar Respublikası hökumətinin fəaliyyətinə xitam verildi.Nəcməddin Qotsinski Qırmızı Orduya qarşı Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunlarını dəstəklədi. Qotsinski Böyük Britaniyanın hərbi dəstəyini qazanmaq üçün Uzun-Hacıya bolşeviklərə qarşı birgə çıxmağı təklif etdiyi məktubla müraciət etdi. Lakin Uzun-Hacı, Qotsinskinin təklifini qəbul etmədi və ona "Donuzun qara və ya ağ olmasının nə fərqi var?" cavabını verdi. Qotsinskinin özü haqqında isə belə demişdir: "Mən ondan imam düzəltmək istədim, amma o, İvan çıxdı."
Uzun-Hacı ordusunu toplayaraq Çeçenistan və Dağıstan sərhədindəki dağlara getdi. May ayının sonunda Botlix kəndində böyük bir məclis topladı, burada Qağatlı kəndindən olan Alimin təklifi ilə Səid-Maqomed Uzun-Hacı Dağıstan və Çeçenistan əmiri seçildi. Vedeno dağ kəndi yeni dövlətin faktiki iqamətgahı oldu.
1919-cu ilin yayında, çeçen İnaluk Arsanukayev-Dışninskinin dəstəyi ilə Osmanlı Sultanı VI Mehmed Vahidəddindən Uzun-Hacı üçün fərman gətirdi. Uzun-Hacı Şimali Qafqaz Əmirliyində hərbi və mülki idarəetmə quruluşları yaratmağa başladı.
Vozdivijenski kəndi uğrunda döyüşlərdə İnaluk Arsanukayevin (Dışninski) komandanlığı altında əmirlik qüvvələrinin general İ.N.Kolesnikovun rəhbərlik etdiyi Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları üzərində qazandığı zəfərlər sayəsində Uzun-Hacının nüfuzu daha da artdı. Sentyabrın 11-dəki döyüşlərin nəticəsində Ağ Qvardiya hissələri Qroznıya çəkildi və Uzun-Hacının qoşunları 112 nəfər əsir götürməyi də bacardılar. İki gün sonra, sentyabrın 13-də Şali şəhərində Uzun-Hacının qoşunları ilə kazaklar arasında daha bir döyüş olduvə nəticədə 138 kazak əsir götürüldü.
Şimali-Qafqaz əmirliyinin yaradılması
Sentyabrın 19-da Çeçenistan və Dağıstan ruhanilərinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda, Əmir Uzun-Xayir Hacı-Xanın rəhbərlik etdiyi Şimali-Qafqaz əmirliyinin yaradılması elan edildi. 1919-cu ilin sentyabrında Əmirlik Hökümətinin Baş Naziri İnaluk Dışninski-Arsanukayevin sərəncamında “Şimali-Qafqaz Əmirliyi Əmir Uzun-Xayr-Hacı-Xanın rəhbərlik etdiyi müstəqil bir Şəriət monarxiyasıdır, lakin Müsəlman Xəlifəsi Əlahəzrəti Osmanlı İmperatoru VI Mehmed Vahidəddin himayəsi altındadır" deyilirdi. Bu sənəddə Dağlılar Respublikası xalq arasında dəstəyi olmayan mifik bir respublika adlandırılırdı.
Şimali-Qafqaz Əmirliyini idarə etmək üçün, eyni zamanda Əmirliyin silahlı qüvvələrinin baş komandanı olan "böyük vəzir" (sədrəzəm) knyaz İnaluk Dışninski-Arsanukayev başda olmaqla, 8 nazirdən ibarət hökumət quruldu. Əmirliyin saray, xarici işlər, qida, ticarət və sənaye, kənd təsərrüfatı və dövlət əmlak, hərbi nazir, dəmir yolları, poçt və teleqraf, daxili işlər, maliyyə nazirlikləri var idi. Ədliyə, Təhsil, Vəkf İşləri və Əmlak nazirləri portfelləri də Dışninskinin əlində cəmləşmişdi. Başqa bir mənbəyə görə, Ədliyyə naziri vəzifəsini polkovnik Hacı Maqometbekov Əmir Zadə icra etmişdir. Uzun-Hacının əmirliyinin hökuməti beynəlmiləl idi: ora iki avar, bir çeçen, bir inquş və bir kabardin daxil olmuşdu. Cəmisi bir nəfər ali təhsil almışdı. İkisinin ali ruhani təhsili, üç nəfər rus təhsili (aralarında biri də ərəbcə bilirdi) iki nazir isə savadsız idi - (hərbi və rabitə, poçt və teleqraf). Dövlət naiblərə bölünürdü və şəriət qaydalarına əsaslanaraq idarə olunurdu. Əmirliyin silahlı qüvvələri (ümumilikdə 60 min nəfərə qədər), generalların komandanlığı altında 6 ordudan ibarət idi.
1919-cu ilin əvvəlində XI Qırmızı Ordunun komandiri Nikolay Gikalo, Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları ilə döyüşlərdə məğlub olduqdan sonra darmadağın olmuş ordunun qalıqlarını dağlara çəkməyə qərar verdi. Uzun-Hacı Gikalo ilə ittifaqa girdi və ordusunun qalıqlarından qırmızı üsyançıların beynəlxalq dəstəsi yaradıldı. Hərbi birləşmə Əmirliyin ərazisində yerləşirdi və Şimali Qafqaz əmirliyinin ordusunun 5-ci alayı kimi Uzun-Hacının hərbi qərargahına tabe idi. İnquşetiya dağlarında yerləşən Xızir Ortsxanovun rəhbərlik etdiyi qırmızı partizanlardan ibarət İnquş dəstəsi Uzun-Hacı ordusunun 7-ci alayı sayılırdı. Bolşeviklərin nümayəndəsi Xabala Beslaneyev hətta əmirliyin daxili işlər naziri, bolşevik Maqomet Xaniev isə əmirlik qoşunlarının qərargah rəisi oldu.
Gürcüstandan silah gətirən Xızır Ortsxanov da Şimali Qafqaz əmirliyinin silahlı qüvvələrinin baş komandanı təyin edilmişdi. Silah əldə etmək üçün Uzun-Hacı hökuməti Azərbaycan Xalq Cümhuriyyəti, Gürcüstan Demokratik Respublikası və Osmanlı hökumətlərinə kömək üçün müraciət etmışdi. Qafqazdakı türk qoşunlarının komandanı Nuru Paşa Uzun-Hacı ilə daim əlaqə saxlayırdı. Uzun-Hacı ordusunun komandanlığının tərkibinə Osmanlı imperiyası Baş Qərargahının zabitləri Hüseyn Debreli və Əli-Rza Çorumlu (birincisi süvarilərə, ikincisi - topçulara komandanlıq edirdi) daxil idilər. Gürcüstan Demokratik Respublikası da Uzun-Hacı Şimali-Qafqaz əmirliyinə hərbi və maddi yardım göstərməyə çalışmışdı. 1919-cu ilin sentyabrında əmirlik qoşunlarına yardım etmək üçün gürcülər ekspedisiya dəstəsi göndərdi. Ancaq Çeçen-aul yaxınlığındakı döyüşdə, gürcülərin dəstəsi Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin silahlı müqavimətinə məruz qaldı və məğlubiyyətə uğrayaraq, yenidən Gürcüstana qayıtmaq məcburiyyətində qaldı.
Bolşeviklərlə danışıqlar və ölümü
Uzun-Hacının siyasi rəqibləri onun "Soldan sağa yazanların hamısını asmaq üçün bir ip hörürəm" ifadəsini işlətdiyini qeyd edirlər. Lakin Uzun-Hacı özü bu iddianı rədd edirdi. O, özü bu barədə "Tanq-Çolpan" jurnalında belə yazırdı:
Bu cür cəfəngiyatı necə deyə bilərdim? Axı dünyəvi mədəniyyət olmadan biz keçinə bilmərik! Həkimlər və ya mühəndislər kimi mütəxəssislərimiz olmasa da, başqa yerlərdən dəvət olunmalıdırlar... Bir din xadimi olaraq xalqı çağırdığım şəriəti bütünlüklə bərpa etmək istəyirəm |
1920-ci il mart ayının sonunda bolşeviklər onsuz da ağır xəstə olan Uzun-Hacıya məktub göndərdilər. Məktubda əmirdən Şimali-Qafqaz əmirliyinin buraxılması tələb olunurdu: "Təmsilçilərinizlə danışıqlardan sonra Sovet hakimiyyətini qəbul etdiklərini öyrəndik. Bizim hakimiyyəti Çeçenistan və Dağıstanın imamı olaraq qəbul edirsinizsə, bunu xalqlarınıza elan edin və aramızda dostluq əlaqələri qurulacaq. Bunu nəzərə alaraq Sovet hökuməti sizi Şimali Qafqaz Müsəlmanları imamı və mənəvi lideri kimi tanıyır. Siz də bundan sonra Sovet hakimiyyətinə xalqlara münasibətinizi elan edərkən vəzifələrinizi tərk etməli və hakimiyyətinizi insanların özlərinə qaytarmalısınız. Bütün idarəedici qurumlarınız ləğv olunmalıdır. Bütün hakimiyyət Mərkəzi Hökumətə təhvil verilməlidir. Maliyyə məsələlərinə gəlincə, bu haqda Mərkəzdən təlimat alındıqdan sonra qərar veriləcək. Hər halda Sovet hökuməti müqəddəs Quranınıza və dininizə toxunmayacaq".
Uzun-Hacı bolşeviklərin bu şərtlərini qəbul etməkdən imtina etdi. Lakin məktubu aldıqdan bir neçə gün sonra, 1920-ci il martın 30-da vəfat etdi. Uzun-Hacıdan sonra əmir rütbəsini İnxo kəndinin sakini Şeyx Dərviş Məhəmməd qəbul etdi. Amma bir neçə gün sonra Şimali-Qafqaz əmirliyi fəaliyyətini dayandırdı.
İstinadlar
- Нахибашев Махач Закарьяев. Узун-Хаджи Салтинский — общественно-политический и религиозный деятель Дагестана и Чечни [1] 2017-09-06 at the Wayback Machine
- "Дата Туташхиа. Узун-Хаджи Салтинский. Часть 2". 2014-09-09 tarixində . İstifadə tarixi: 2021-03-27.
- «Узун» означает «маленький» (Б. Кузнецов. 1918 год в Дагестане 2012-12-20 at the Wayback Machine)
- Джамбулатов Р. Т. Погромы 1918 года в Хасавюрте // Вопросы истории, № 6, Июнь 2007, с. 143—146
- Alex Marshall. The Caucasus Under Soviet Rule. 2010.
- "Газават.ру :: История — Гражданская война — ДЕНЬГИ ЭМИРАТА УЗУН-ХАДЖИ". 2017-09-27 tarixində . İstifadə tarixi: 2021-03-29.
- Гилани Турашев Сколько генералов-чеченцев в России? 2008-12-12 at the Wayback Machine
- "… İnaluk Arsanukayev Dışninski ... Milliyyətcə çeçen, Çar Rusiyasında kiçik bir kənddə icra məmuru - polis rəisi vəzifəsini icra etmişdir. Gürcü kniginyası Dışninski ilə evləndikdən sonra Dışninski knyaz titulunu almışdır". — bax. Ростислав Николаев. Дензнаки рисовали на камнях. «Водяной знак» № 6 (38) июнь 2006 2020-02-23 at the Wayback Machine
- . 2020-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- Н.Л. Янчевский. "Гражданская борьба на Северном Кавказе" т.2 (Северо-Кавказская краев. юбилейная комис. по проведению празднования 10-й годовщины Октябрьской революции и С.-К. крайиспарт.). Ростов-на-Дону: Севкавкнига. 1927. 138.
Ədəbiyyat
- Вайнахи и имперская власть: проблема Чечни и Ингушетии во внутренней политике России и СССР (начало XIX — середина XX в.) — М.: Российская политическая энциклопедия (РОССПЭН); Фонд «Президентский центр Б. Н. Ельцина», 2011. — 1094 с.: карты. — (История сталинизма. Документы).
- Джамбулатов Р. Т. Погромы 1918 года в Хасавюрте // Вопросы истории, № 6, Июнь 2007, с. 143—146
- Из доклада генерал-майора штаба Кавказской армии Б. П. Лазарева помощнику главнокомандующего Добровольческой армией А. М. Драгомирову о положении на Северном Кавказе в 1918 г. // Вайнахи и имперская власть: проблема Чечни и Ингушетии во внутренней политике России и СССР (начало XIX — середина XX в.) — М.: Российская политическая энциклопедия (РОССПЭН); Фонд «Президентский центр Б. Н. Ельцина», 2011. — 1094 с.: карты. — (История сталинизма. Документы).
- Коренев Д. З. Революция на Тереке. — Орджоникидзе, 1967
- Кузнецов Б. М. 1918 год в Дагестане // Сопротивление большевизму. 1917—1918 гг. (Сост.С.В.Волков). — М.: ЗАО Центрполиграф, 2001. — 606 с. —
- Съезды народов Терека. Т. I. — Орджоникидзе: Ир, 1977
- Шкуро А. Г. Гражданская война в России: Записки белого партизана. — М.: ООО «Издательство ACT»: ООО «Транзиткнига», 2004. — 540, [4] с. — (Военно-историческая библиотека). —
Xarici keçidlər
- М. Н. Нахибашев. Узун-Хаджи Салтинский — общественно-политический и религиозный деятель Дагестана и Чечни. Махачкала: ИД «Эпоха», 2009—208 с.
- Mücahidlərin Dağ Monarxiyası — Şimali-Qafqaz əmirliyinin dövlət somvolu, 1919—1920-ci illər. (rus.)
- «Əmir Uzu-Hacının pulları» (rus.)
- (rus.)
- М. Кемпер. К вопросу о суфийской основе джихада в Дагестане (rus.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Uzun Haci Saltinski ve ya Uzun Xair Haci Xan Saltinski 1848 30 Mart 1920 Dagistan ve Cecenistanin dini ve siyasi lideri Simali Qafqaz emirliyinin emiri Milliyyetce avardir Uzun Haci SaltinskiUzun Xair Haci Xan SaltinskiDagistan ve Cecenistanin 7 ci imami1919 1920EvvelkiNecmeddin QotsinskiSimali Qafqaz emiri1919 1921SonrakiDervis MehemmedSexsi melumatlarDogum tarixi 1848Dogum yeri Salta DagistanVefat tarixi 30 mart 1920Vefat yeri CecenistanMilliyyeti avarVetendasligi Rusiya Imperiyasi Simali Qafqaz emirliyiFealiyyeti imamDini islam sunni mezhebi sufizm Vikianbarda elaqeli mediafayllarHeyatiIlk iller Uzun Haci 1848 ci ilde Qunib rayonunun Salta kendinde anadan olmusdur Gencliyinde Seyx Samilin Simali Qafqaz imamliginda dovlet aparatinin bas mufettisi Soqratli Seyx Ebdurehman Hacinin muridi idi 11 il boyunca Uzun Haci bu meshur alimin yaninda tehsil almis daha sonra Osmanli Imperiyasinda Erebistanda Suriyada Turkiyede Islam ruhanili uzre tehsilini davam etdirmisdir Ali ruhani tehsil alan Uzun Haci ilahiyyatla bagli elmi eserler toplamaga baslamis ve dini seirle ciddi maraqlanmisdir O 1877 ci il usyaninda da feal istirak etmisdir Onun istiraki ile ilk doyus 1877 ci ilin Ramazan ayinin ilk gunu Salta korpusunde qirmizi korpu bas vermisdir Usyan yatirildiqdan sonra tutulmus ve 7 il muddetine Samara vilayetinin Novouzensk rayonuna surgun edilmisdi lakin 4 ilden sonra o surgunden qacaraq Dagistana donmusdu Siyasi fealiyyeti 1910 cu ilde Salta kendinde hakimiyyetin icazesi olmadan medrese tikdirdiyine gore ikinci defe hebs olunmusdur Evvelce ev hebsinde salinmis sonra bir il muddetine Temir Xan Suraya aparilmis ve sonra Hesterxana gonderilmisdi Ancaq bir il sonra oradan qacmis ve hecc ziyareti ucun qeyri leqal Mekkeye yola dusmusdur Onun hecc ziyareti bir il cekmisdir Qayidarken cecen zevvarlarina qosulub Qrozniya geldi daha sonra Naji Yurt seherine yerlesdi Iki il cecenler arasinda yasadi rus hakimiyyetine qarsi tebligat ve tesviqatla mesgul oldu 1916 ci ilde dogma Salta kendine qayitdi Cox guman ki onu alcatmaga calisan reqibleri terefinden Uzun leqebini almisdi Uzun qumuq dilinde uzun demekdir Haci ise boyca qisa idi Uzun Xeyr adini ise o Mehemmed peygemberin bele bir epitete sahib olmasi sebebi ile almisdi 1917 1918 ci iller 1917 ci il Fevral inqilabindan sonra Uzun Haci Dagistanda seriet qanunlarinin tetbiqi ile bagli referendum teleb eden Dagistan Milli Komitesinin yaradicilarindan biri oldu Dagistan bolgesinin butun kend icmalari seriet idareetme formasinin lehine cixis edirdiler Uzun Haci Necmeddin Qotsinskinin Dagistanin imami elan edildiyi 10 Avqust 1917 ci ilde Andi kendinde kecirilen dagli xalqlarinin qurultayina da qatilmisdi Torpaq meselesi ile elaqedar olaraq qurultayda Uzun Hacinin tesebbusu ile asagidaki bendlerden ibaret qerarlar qebul edildi Car hokumetinin serencaminda olan butun Dagistan torpaqlari Dagistan xalqina qaytarilacaqdir Dagistanin serhedleri icerisine daxil Xezer denizinin sulari ayrilmaz mulk olaraq Dagistan xalqinin serencamina verilir Butun bey torpaqlarini Dagistan xalqina pulsuz paylamaq Beylerin bezi insanlara verdiyi torpaqlar da Dagistan xalqinin mulkiyyetine pulsuz olaraq verilmelidir Bezi sexslerin beylerden aldigi torpaqlar Dagistan xalqina mal olaraq satin alinaraq mulk olaraq verilmelidir 1917 ci ilin sentyabrinda Uzun Haci destesi Xasavyurt bolgesine hucum teskil etdi rayonun erazisinde yerlesen 170 den cox yasayis menteqesi o cumleden Xasavyurtun da tamamile mehvi yalniz komek sayesinde bas vermedi Bele ki Xasavyurt ve Qudermes arasinda hereket eden Baki Kommunasinin zirehli qatarinin bu isde komeyi xususi rol oynadi Bu zirehli qatar Qafqaz cebhesinden qayidan herbi eselonlar ve elece de Simali Qafqazdan alinan erzagi Bakiya catdirmaq ucucn demiryolunun tehlukesizliyini qorumaq ucun Baki Kommunasi terefinden gonderilmisdi Uzun Haci Emirlik qosunlarinin paradini qebul edir 1918 ci ilin yanvarinda Temir Xan Sura seherinde dag xalqlarinin numayendelerinin III qurultayinda Necmeddin Qotsinski yeniden butun Dagistanin imami elan edildi Uzun Haci orada Kim imama tabe olmasa boynu vurulacaq fetvasini verdi Uzun Hacinin dunyevi hakimiyyetlere inamsizligini ifade eden ve onlari qovaraq butun selahiyyetleri yerli ruhanilere ve Dagistanin Seriet hakimiyyetine vermeyi teklif eden mektub oxundu Muveqqeti Hokumetin orqani olan Dagistan Regional Icraiyye Komitesi Qotsinskinin imam elan edilmesinden casqinliq duydugunu ve ona mektub gonderdi ki orada da imam anlayisinin menasini xalqa izah etmesini teklif etdi Netice etibarile Qotsinski imam deyil mufti elan edildi Qotsinskinin imam elan edilmesinde israr eden Uzun Haci imamet ideyasinin heyata kecirilmesinde kifayyet qeder irade gostermediyine gore Qotsinskiye qezeblendi ve qosunlarini seherden cixardi Sosialistler bundan istifade ederek Qotsiniskinin mufti secilmesine dair qurultayin qerarini legv etmek qerarina geldiler 1918 ci ilin aprelinde Uzun Haci destesi Xasavyurtu tutub yandirdi 1919 cu il 1919 cu ilin aprelinde Rusiyanin Cenubunun Silahli Quvvelerinin qosunlari Cecenistani isgal etdikden sonra Dagistanin dini ve siyasi lideri Uzun Haci Saltinskiy Rusiya ordusuna qarsi musteqillik ve dini muharibe ucun konullulerden ibaret desteler toplamaga basladi Mayin 22 de Dagistandaki Daglilar Respublikasi hokumetinin fealiyyetine xitam verildi Necmeddin Qotsinski Qirmizi Orduya qarsi Rusiyanin Cenubunun Silahli Quvvelerinin qosunlarini destekledi Qotsinski Boyuk Britaniyanin herbi desteyini qazanmaq ucun Uzun Haciya bolseviklere qarsi birge cixmagi teklif etdiyi mektubla muraciet etdi Lakin Uzun Haci Qotsinskinin teklifini qebul etmedi ve ona Donuzun qara ve ya ag olmasinin ne ferqi var cavabini verdi Qotsinskinin ozu haqqinda ise bele demisdir Men ondan imam duzeltmek istedim amma o Ivan cixdi Uzun Haci ordusunu toplayaraq Cecenistan ve Dagistan serhedindeki daglara getdi May ayinin sonunda Botlix kendinde boyuk bir meclis topladi burada Qagatli kendinden olan Alimin teklifi ile Seid Maqomed Uzun Haci Dagistan ve Cecenistan emiri secildi Vedeno dag kendi yeni dovletin faktiki iqametgahi oldu 1919 cu ilin yayinda cecen Inaluk Arsanukayev Disninskinin desteyi ile Osmanli Sultani VI Mehmed Vahideddinden Uzun Haci ucun ferman getirdi Uzun Haci Simali Qafqaz Emirliyinde herbi ve mulki idareetme quruluslari yaratmaga basladi Vozdivijenski kendi ugrunda doyuslerde Inaluk Arsanukayevin Disninski komandanligi altinda emirlik quvvelerinin general I N Kolesnikovun rehberlik etdiyi Rusiyanin Cenubunun Silahli Quvvelerinin qosunlari uzerinde qazandigi zeferler sayesinde Uzun Hacinin nufuzu daha da artdi Sentyabrin 11 deki doyuslerin neticesinde Ag Qvardiya hisseleri Qrozniya cekildi ve Uzun Hacinin qosunlari 112 nefer esir goturmeyi de bacardilar Iki gun sonra sentyabrin 13 de Sali seherinde Uzun Hacinin qosunlari ile kazaklar arasinda daha bir doyus olduve neticede 138 kazak esir goturuldu Simali Qafqaz emirliyinin yaradilmasiSentyabrin 19 da Cecenistan ve Dagistan ruhanilerinin numayendelerinin istiraki ile kecirilen iclasda Emir Uzun Xayir Haci Xanin rehberlik etdiyi Simali Qafqaz emirliyinin yaradilmasi elan edildi 1919 cu ilin sentyabrinda Emirlik Hokumetinin Bas Naziri Inaluk Disninski Arsanukayevin serencaminda Simali Qafqaz Emirliyi Emir Uzun Xayr Haci Xanin rehberlik etdiyi musteqil bir Seriet monarxiyasidir lakin Muselman Xelifesi Elahezreti Osmanli Imperatoru VI Mehmed Vahideddin himayesi altindadir deyilirdi Bu senedde Daglilar Respublikasi xalq arasinda desteyi olmayan mifik bir respublika adlandirilirdi Simali Qafqaz Emirliyini idare etmek ucun eyni zamanda Emirliyin silahli quvvelerinin bas komandani olan boyuk vezir sedrezem knyaz Inaluk Disninski Arsanukayev basda olmaqla 8 nazirden ibaret hokumet quruldu Emirliyin saray xarici isler qida ticaret ve senaye kend teserrufati ve dovlet emlak herbi nazir demir yollari poct ve teleqraf daxili isler maliyye nazirlikleri var idi Edliye Tehsil Vekf Isleri ve Emlak nazirleri portfelleri de Disninskinin elinde cemlesmisdi Basqa bir menbeye gore Edliyye naziri vezifesini polkovnik Haci Maqometbekov Emir Zade icra etmisdir Uzun Hacinin emirliyinin hokumeti beynelmilel idi ora iki avar bir cecen bir inqus ve bir kabardin daxil olmusdu Cemisi bir nefer ali tehsil almisdi Ikisinin ali ruhani tehsili uc nefer rus tehsili aralarinda biri de erebce bilirdi iki nazir ise savadsiz idi herbi ve rabite poct ve teleqraf Dovlet naiblere bolunurdu ve seriet qaydalarina esaslanaraq idare olunurdu Emirliyin silahli quvveleri umumilikde 60 min nefere qeder generallarin komandanligi altinda 6 ordudan ibaret idi 1919 cu ilin evvelinde XI Qirmizi Ordunun komandiri Nikolay Gikalo Rusiyanin Cenubunun Silahli Quvvelerinin qosunlari ile doyuslerde meglub olduqdan sonra darmadagin olmus ordunun qaliqlarini daglara cekmeye qerar verdi Uzun Haci Gikalo ile ittifaqa girdi ve ordusunun qaliqlarindan qirmizi usyancilarin beynelxalq destesi yaradildi Herbi birlesme Emirliyin erazisinde yerlesirdi ve Simali Qafqaz emirliyinin ordusunun 5 ci alayi kimi Uzun Hacinin herbi qerargahina tabe idi Inqusetiya daglarinda yerlesen Xizir Ortsxanovun rehberlik etdiyi qirmizi partizanlardan ibaret Inqus destesi Uzun Haci ordusunun 7 ci alayi sayilirdi Bolseviklerin numayendesi Xabala Beslaneyev hetta emirliyin daxili isler naziri bolsevik Maqomet Xaniev ise emirlik qosunlarinin qerargah reisi oldu Gurcustandan silah getiren Xizir Ortsxanov da Simali Qafqaz emirliyinin silahli quvvelerinin bas komandani teyin edilmisdi Silah elde etmek ucun Uzun Haci hokumeti Azerbaycan Xalq Cumhuriyyeti Gurcustan Demokratik Respublikasi ve Osmanli hokumetlerine komek ucun muraciet etmisdi Qafqazdaki turk qosunlarinin komandani Nuru Pasa Uzun Haci ile daim elaqe saxlayirdi Uzun Haci ordusunun komandanliginin terkibine Osmanli imperiyasi Bas Qerargahinin zabitleri Huseyn Debreli ve Eli Rza Corumlu birincisi suvarilere ikincisi topculara komandanliq edirdi daxil idiler Gurcustan Demokratik Respublikasi da Uzun Haci Simali Qafqaz emirliyine herbi ve maddi yardim gostermeye calismisdi 1919 cu ilin sentyabrinda emirlik qosunlarina yardim etmek ucun gurculer ekspedisiya destesi gonderdi Ancaq Cecen aul yaxinligindaki doyusde gurculerin destesi Rusiyanin Cenubunun Silahli Quvvelerinin silahli muqavimetine meruz qaldi ve meglubiyyete ugrayaraq yeniden Gurcustana qayitmaq mecburiyyetinde qaldi Bolseviklerle danisiqlar ve olumuUzun Hacinin siyasi reqibleri onun Soldan saga yazanlarin hamisini asmaq ucun bir ip horurem ifadesini isletdiyini qeyd edirler Lakin Uzun Haci ozu bu iddiani redd edirdi O ozu bu barede Tanq Colpan jurnalinda bele yazirdi Bu cur cefengiyati nece deye bilerdim Axi dunyevi medeniyyet olmadan biz kecine bilmerik Hekimler ve ya muhendisler kimi mutexessislerimiz olmasa da basqa yerlerden devet olunmalidirlar Bir din xadimi olaraq xalqi cagirdigim serieti butunlukle berpa etmek isteyirem 1920 ci il mart ayinin sonunda bolsevikler onsuz da agir xeste olan Uzun Haciya mektub gonderdiler Mektubda emirden Simali Qafqaz emirliyinin buraxilmasi teleb olunurdu Temsilcilerinizle danisiqlardan sonra Sovet hakimiyyetini qebul etdiklerini oyrendik Bizim hakimiyyeti Cecenistan ve Dagistanin imami olaraq qebul edirsinizse bunu xalqlariniza elan edin ve aramizda dostluq elaqeleri qurulacaq Bunu nezere alaraq Sovet hokumeti sizi Simali Qafqaz Muselmanlari imami ve menevi lideri kimi taniyir Siz de bundan sonra Sovet hakimiyyetine xalqlara munasibetinizi elan ederken vezifelerinizi terk etmeli ve hakimiyyetinizi insanlarin ozlerine qaytarmalisiniz Butun idareedici qurumlariniz legv olunmalidir Butun hakimiyyet Merkezi Hokumete tehvil verilmelidir Maliyye meselelerine gelince bu haqda Merkezden telimat alindiqdan sonra qerar verilecek Her halda Sovet hokumeti muqeddes Quraniniza ve dininize toxunmayacaq Uzun Haci bolseviklerin bu sertlerini qebul etmekden imtina etdi Lakin mektubu aldiqdan bir nece gun sonra 1920 ci il martin 30 da vefat etdi Uzun Hacidan sonra emir rutbesini Inxo kendinin sakini Seyx Dervis Mehemmed qebul etdi Amma bir nece gun sonra Simali Qafqaz emirliyi fealiyyetini dayandirdi IstinadlarNahibashev Mahach Zakaryaev Uzun Hadzhi Saltinskij obshestvenno politicheskij i religioznyj deyatel Dagestana i Chechni 1 2017 09 06 at the Wayback Machine Data Tutashhia Uzun Hadzhi Saltinskij Chast 2 2014 09 09 tarixinde Istifade tarixi 2021 03 27 Uzun oznachaet malenkij B Kuznecov 1918 god v Dagestane 2012 12 20 at the Wayback Machine Dzhambulatov R T Pogromy 1918 goda v Hasavyurte Voprosy istorii 6 Iyun 2007 s 143 146 Alex Marshall The Caucasus Under Soviet Rule 2010 Gazavat ru Istoriya Grazhdanskaya vojna DENGI EMIRATA UZUN HADZhI 2017 09 27 tarixinde Istifade tarixi 2021 03 29 Gilani Turashev Skolko generalov chechencev v Rossii 2008 12 12 at the Wayback Machine Inaluk Arsanukayev Disninski Milliyyetce cecen Car Rusiyasinda kicik bir kendde icra memuru polis reisi vezifesini icra etmisdir Gurcu kniginyasi Disninski ile evlendikden sonra Disninski knyaz titulunu almisdir bax Rostislav Nikolaev Denznaki risovali na kamnyah Vodyanoj znak 6 38 iyun 2006 2020 02 23 at the Wayback Machine 2020 02 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 03 29 N L Yanchevskij Grazhdanskaya borba na Severnom Kavkaze t 2 Severo Kavkazskaya kraev yubilejnaya komis po provedeniyu prazdnovaniya 10 j godovshiny Oktyabrskoj revolyucii i S K krajispart Rostov na Donu Sevkavkniga 1927 138 EdebiyyatVajnahi i imperskaya vlast problema Chechni i Ingushetii vo vnutrennej politike Rossii i SSSR nachalo XIX seredina XX v M Rossijskaya politicheskaya enciklopediya ROSSPEN Fond Prezidentskij centr B N Elcina 2011 1094 s karty Istoriya stalinizma Dokumenty ISBN 978 5 8243 1443 4 Dzhambulatov R T Pogromy 1918 goda v Hasavyurte Voprosy istorii 6 Iyun 2007 s 143 146 Iz doklada general majora shtaba Kavkazskoj armii B P Lazareva pomoshniku glavnokomanduyushego Dobrovolcheskoj armiej A M Dragomirovu o polozhenii na Severnom Kavkaze v 1918 g Vajnahi i imperskaya vlast problema Chechni i Ingushetii vo vnutrennej politike Rossii i SSSR nachalo XIX seredina XX v M Rossijskaya politicheskaya enciklopediya ROSSPEN Fond Prezidentskij centr B N Elcina 2011 1094 s karty Istoriya stalinizma Dokumenty ISBN 978 5 8243 1443 4 Korenev D Z Revolyuciya na Tereke Ordzhonikidze 1967 Kuznecov B M 1918 god v Dagestane Soprotivlenie bolshevizmu 1917 1918 gg Sost S V Volkov M ZAO Centrpoligraf 2001 606 s ISBN 5 227 01386 1 Sezdy narodov Tereka T I Ordzhonikidze Ir 1977 Shkuro A G Grazhdanskaya vojna v Rossii Zapiski belogo partizana M OOO Izdatelstvo ACT OOO Tranzitkniga 2004 540 4 s Voenno istoricheskaya biblioteka ISBN 5 17 025710 4Xarici kecidlerM N Nahibashev Uzun Hadzhi Saltinskij obshestvenno politicheskij i religioznyj deyatel Dagestana i Chechni Mahachkala ID Epoha 2009 208 s Mucahidlerin Dag Monarxiyasi Simali Qafqaz emirliyinin dovlet somvolu 1919 1920 ci iller rus Emir Uzu Hacinin pullari rus rus M Kemper K voprosu o sufijskoj osnove dzhihada v Dagestane rus