Süleyman Çələbi və ya Əmir Süleyman (1377, Kütahya – 17 fevral 1411, Konstansa, Silistrə əyaləti) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, sultanlığını elan edən Osmanlı şahzadələrindən biri.
Süleyman Çələbi | |
---|---|
Əvvəlki | İldırım Bəyazid |
Sonrakı | Musa Çələbi Mehmed Çələbi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1377 |
Doğum yeri | Kütahya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 17 fevral 1411 |
Vəfat yeri | |
Dəfn yeri | , Bursa |
Fəaliyyəti | monarx |
Atası | İldırım Bəyazid |
Uşaqları | Orxan Çələbi Paşamələk Xatun Mehmedşah Çələbi |
Dini | sünni islam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
Şahzadə Süleyman Çələbi 1377-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər.
Bu mərasimin ardından babasının əmriylə Rumeliyə keçən Süleyman Çələbi sədrəzəm Çandarlı Əli Paşanın idarəsindəki Osmanlı ordusuyla indiki Bolqarıstanın şimal torpaqlarının fəthində iştirak etdi. Çox keçmədən 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Aydınoğulları bəyliyinin torpaqları Aydın sancaqbəyliyinə çevrildi və Süleyman Çələbi bölgənin idarəsinə gətirildi. Niqbolu döyüşündə (1396) iştirakının ardından 1398-ci ilin yayında Sivasa göndərilən Süleyman Çələbi burada Ağqoyunlu bəyi Qarayuluq Osman bəyi məğlub edərək bölgəni ələ keçirdi. Bu qələbəsinin ardından 1400-cü ildə Manisa və Aydın sancaqbəyliyinə gətirildi. Ankara döyüşünə də (1402) məhz bu əyalətlərdən topladığı əsgərlərlə qatılmışdır.
Səltənət illəri
Hakimiyyəti ələ alması
Bəzi rəvayətlərə görə, Ankara döyüşündən öncə, Süleyman Çələbi atası İldırım Bəyazidə digər qardaşlarıyla birlikdə Teymurilərə ani bir basqın tərtibləməyi təklif etmiş, ancaq onun bu təklifi qəbul edilməmişdir. Döyüş zamanı Osmanlı ordusunun geri çəkildiyi əsnada sədrəzəm Çandarlı Əli Paşa, yeniçəri ağası Həsən ağa, Qara Timurtaş Paşa və Evrenos bəy kimi mühüm ordu mənsubları tərəfindən döyüş meydanından uzaqlaşdırılan Süleyman Çələbi Bursaya qaçdı. Ancaq Əmir Teymurun nəvəsi Əbubəkr Mirzənin onu təqib etdiyini anladıqdan sonra azyaşlı qardaşı Qasım Çələbi, bacısı Fatma Sultan və xəzinədən götürə bildiyi qədərini alaraq 20 avqust 1402-ci ildə Anadolu torpaqlarını tərk etdi və Gəliboluya sığındı. Burada bir müddət Əmir Teymurun Anadoludakı fəaliyyətlərini izləyən Süleyman Çələbi 1404-cü ilin əvvəllərinə qədər Anadoluya keçə bilmədi.
Rumelidəki fəaliyyətləri
Bu əsnada Ankara döyüşündəki məğlubiyyətdən istifadə edən Valaxiya knyazı Mirka Dunay çayı sahili boyunca bütün torpaqlarını geri almış, Moreya despotu Teodor Paloloq isə Osmanlılara aid 2 qalanı zəbt etmişdi. Süleyman Çələbi Balkanlardakı hakimiyyətini qorumaq məqsədilə Bizans, Venesiya və Genuya ilə sülhməramlı siyasət yürütdü. 20 sentyabr 1402-ci ildə Bizans imperatoru II Manuillə sülh müqaviləsi imzalayan Süleyman Çələbi Saloniki və ətraf bölgələrini Bizanslılara verməyə məcbur qaldı. Yenə həmin ilin oktyabrında Valaxiya knyazı Mirkayla bağlanan sülhə əsasən, Dunay çayı boyunca işğal edilən torpaqlar Valaxiyaya geri verildi və qarşılığında knyaz Osmanlılara illik vergi verməyə öhdəliyinə götürdü. Beləcə, şimal sərhəddində sülhü təmin edən Süleyman Çələbi bir neçə həftə sonra Serbiya despotu üzərinə, Evrenos bəy isə Bodonitsa bölgəsinə hücumlar tərtiblədi. Bununla Balkanlardakı Osmanlı nüfuzunu yenidən gücləndirməyi hədəfləsə də, sülhməramlı siyasətini davam etdirdi. 1403-cü ilin fevralında Bizansla sülh müqaviləsi yeniləndi. Üstəlik budəfəki sülhə Serbiya despotu , Rodos cəngavərləri, Genuya və Venesiya da daxil edilmişdi. Bu sülhlə Bizans imperiyası daha öncə Osmanlılara ödədikləri bütün vergilərdən azad edildi, bütün Bizans əsirləri azad edildi. Bizans dönəmində sahib olduğu torpaqlarını qorudu ancaq Osmanlılara əsgər təmin etməyi və illik vergi ödəməyi davam etdirdilər. Genuyalılar Qara dənizdəki ticarət koloniyaları üçün Osmanlılara ödədikləri ticarət vergisindən azad edildilər.
Bu sülh müqaviləsi Süleyman Çələbinin öldüyü 1411 tarixinədək qüvvədə qaldı. Buna baxmayaraq bəzi vaxtlar Venesiya ilə münasibətlər gərginləşdi və Egey dənizindəki adalarda müxtəlif siyasi çaxnaşmalar baş verdi. Bu iğtişaşların ardından 1409-cu ilin iyununda Venesiya ilə yeni bir sülh bağlandı.
Anadoludakı fəaliyyətləri
Osmanlı dövlətinin Anadolu yarımadasındakı torpaqları üzərində Əmir Teymurun hakimiyyətini qəbul edən Süleyman Çələbi, o əsnada İzmir şəhərinin mühasirəsini (2 dekabr 1402 - 5 yanvar 1403) davam etdirən Əmir Teymurun göndərdiyi yarlıqla Rumelinin sultanı elan olundu. 1403 tarixli sülh müqaviləsiylə Balkanlarda müvəqqəti sülhü təmin edən Süleyman Çələbi Anadoludakı vəziyyətlə məşğul olmağa başladı. Kiçik qardaşı Mehmed Çələbi Ankara döyüşündən sonrakı ilk illərdə onun səltənətini qəbul etmiş, ancaq digər qardaşı İsa Çələbiylə Anadoluda mübarizəyə girişmişdi. İsa Çələbi isə 1402-ci ilin noyabrından etibarən Mərmərə dənizinin Anadolu sahillərində hakimiyyətini qoruyurdu.
Əmir Teymurun 1403-cü ilin əvvəllərində Anadoludan geri çəkilməsinin ardından İsa Çələbiylə Mehmed Çələbi arasındakı mübarizə alovlandı.Mehmed Çələbi Ulubat yaxınlığında qardaşını məğlub edərək Bursa və İzmiti ələ keçirdi, ardından Sarıxan və Aydın bəylikləri üzərinə səfərə çıxdı. Bizans imperatoruna sığınan İsa Çələbi isə qardaşı Süleyman Çələbinin istəyilə azadlığa buraxıldı və ölümünədək Anadoludakı mübarizəsini davam etdirdi.
Qardaşı Mehmed Çələbinin Bursanı ələ keçirməsinin ardından Anadoluya keçən Süleyman Çələbi 1404-cü ilin martında Bursanı hakimiyyəti altına aldı. 22 mart 1404-cü ildə Trabzona səyahət edən ispan bir səyyahın xatirələrində yazdığına görə, o əsnada Qara dəniz sahilləri və Samsun, eləcə də Ankara Süleyman Çələbinin idarəsində idi. Qısa zamanda Anadolunun böyük bir qismini hakimiyyəti altına alan Süleyman Çələbiyə qarşı müqavimət göstərə bilməyən Mehmed Çələbi ona hədiyyələr göndərərək hakimiyyətini tanımağa məcbur oldu. Ardından Anadoludakı hakimiyyətini təminat altına almaq məqsədilə azyaşlı qardaşı Qasım Çələbi və bacısı Fatma Sultanı Bizans imperatoruna girov olaraq göndərən Süleyman Çələbi Rumeliyə qayıtdı. Onun Anadoluya ikinci gəlişi isə 1405-ci ilin yayına təsadüf edir. Qardaşı Musa Çələbinin hərbi fəaliyyətləri səbəbilə Rumeliyə qayıtmağa məcbur olduğu 1410-cu ilədək təxminən 5 il Anadoluda qaldı.
Son illəri
1405-ci ildə Anadoluya qayıdan Süleyman Çələbi Bursada dövlət işlərindən uzaq rahat bir həyat yaşamağa başladı. Evrenos bəy idarəsindəki ordunu Qaramanoğulları üzərinə göndərdikdən sonra, o əsnada Qaramanda olan qardaşı Musa Çələbi Rumeliyə qaçdı. İlk başda bunu önəmsəməyərək Bursada qalmağa davam edən Süleyman Çələbi, qardaşının Balkanlarda nüfuz qazanmasının ardından Rumeliyə keçməyə məcbur oldu. Ədirnəyə gəldiyi əsnada Qaramanoğlu Nəsrəddin Mehmed bəyin Sivrihisar və ətraf bölgələrini ələ keçirdiyi xəbərini aldı. Qardaşı Mehmed Çələbi isə Ankara və Bursanı ələ keçirərək səltənətini elan etdi və öz adına qızıl sikkə kəsdirdi.
Süleyman Çələbi 13 fevral 1410-cu ildə Yanboluda qardaşı Musa Çələbiyə məğlub olsa da, daha sonrakı toqquşmalarda 2 dəfə qalib gəldi. Ancaq Musa Çələbinin 17 fevral 1411-ci ildə Ədirnəyə tərtiblədiyi ani basqın zamanı şəhərdən qaçmağa məcbur oldu. İstanbula doğru hərəkət etdiyi əsnada Düğüncü kəndi yaxınlığında xidmətkarının xəyanətiylə kimliyi üzə çıxmış, Musa Çələbidən mükafat almaq məqsədilə kənd sakinləri tərəfindən amansızca qətlə yetirilmişdir. Ənənəyə görə, xanədan mənsublarının qanı tökülməməlidir. Bu səbəblə qardaşının amansızca qətlə yetirildiyi bu kənd Musa Çələbinin əmriylə tamamilə qılıncdan keçirildi. Ardından Süleyman Çələbinin cənazəsi Bursaya göndərilərək babası Sultan Murad Hüdavəndigarın türbəsinə dəfn edildi.
Ailəsi
Xanımları
- … — Bizans imperatoru II Manuilin illeqal qızı Zambiya Paloloqun böyük qızıdır. 1396-cı ildə evlənmişdir.
- … — Bizans imperatoru oğlu Moreya despotu Teodor Paleoloqun qızıdır. 1402-ci ilin oktyabrında evlənmişdir.
Övladları
- Orxan Çələbi (d. 1395 - ö. 1429) — Atasının öldürülməsinin ardından bacısı ilə birlikdə Bizans imperatoruna sığındı. Ancaq daha sonra 1420-ci ildə Yenişəhər yaxınlığında ələ keçirilərək gözlərinə mil çəkildi və Bursaya göndərildi. 1429-cu ildə Bursada yayılan vəba epidemiyası səbəbilə vəfat etmişdir. Bursada Hüdavəndigar türbəsinə dəfn edilmişdir.
- Süleyman Çələbi (d. 1422, Bursa - ö. 1437, Qahirə)
- Fatma Hundi Xatun (d. 1424, Bursa - ö. iyul 1455, Qahirə) — 1437-ci ildə Məmlük sultanı Əşrəf Barsbayla evləndirildi. Onun ölümündən sonra digər Məmlük sultanı Seyfəddin Çaxmaqla evləndi və 4 oğlu dünyaya gəldi. Ancaq övladlarının hər biri yayılan vəba epidemiyası səbəbilə 26 mart 1449-cu ildə vəfat etdi. 1447-ci ilin yanvarında həcc ziyarətinə getdi. 1450-ci ildə boşandı və Məmlük əmirlərindən Barsbay Bucaşiylə (ö. 1455) evləndi.
- Xədicə Xatun — 1440-cı ildə sancaqbəylərindən biriylə evləndirilmişdir.
- Paşamələk Xatun (d. 1405) — qardaşı Orxan Çələbiylə birlikdə Bizans imperatoruna sığınmış, daha sonra Bursaya göndərilmişdir. 1420-ci ildə Bursada sancaqbəylərindən biriylə evləndirilmişdir.
- Mehmedşah Çələbi (d. 1408 - ö. 30 dekabr 1421, Darəndə, Malatya) — Əmisi oğlu Sultan Muradın əmriylə edam edilmişdir. Cənazəsi Amasyadakı Şahzadələr türbəsinə dəfn edilmişdir.
Mənbə
- Ahmedî, Dâstân ve Tevârîh-i Mülûk-i Âl-i Osmân (nşr. Çiftçioğlu N. Atsız, Osmanlı Tarihleri I içinde), İstanbul 1949, s. 23-25.
- Fatih Devri Kaynaklarından Düstûrnâme-i Enverî: Osmanlı Tarihi Kısmı (1299-1466) (haz. Necdet Öztürk), İstanbul 2003, s. 42, ayrıca bk. hazırlayanın girişi, s. LXIV.
- R. G. de Clavijo, Anadolu, Orta Asya ve Timur (trc. Ömer Rıza Doğrul, s.nşr. Kâmil Doruk), İstanbul 1993, s. 29-67.
- J. Schiltberger, Türkler ve Tatarlar Arasında: 1394-1427 (trc. Turgut Akpınar), İstanbul 1997, s. 52-59.
- Dukas, Istoria turco-bizantina (ed. V. Grecu), Bucereşti 1958, s. 115-127.
- G. Sphrantzes, Memorii: 1401-1477, în anexa, Pseudo-Phrantzes, Macarie Melissenos Cronica 1258-1481 (ed. V. Grecu), Bucereşti 1966, s. 4, 206.
- Âşıkpaşazâde, Târih (Giese), s. 59-72.
- L. Chalkokondyles, Historiarum Demonstrationes (ed. E. Darkó), Budapestini 1922, I, 159-163.
- Oruç b. Âdil, Tevârîh-i Âl-i Osmân, s. 37-38.
- Anonim Tevârîh-i Âl-i Osman (nşr. F. Giese, haz. Nihat Azamat), İstanbul 1992, s. 37-40.
- Bihiştî Ahmed Sinan Çelebi, Tevârîh-i Âl-i Osmân, British Museum, Add, Or., ms. 7869 (bundan çekilmiş bir nüsha için bk. Süleymaniye Ktp., Mikrofilm Arşivi, nr. 2764, vr. 55a-b).
- Anonim Osmanlı Kroniği: 1299-1512 (haz. Necdet Öztürk), İstanbul 2000, s. 42-57.
- 16. Asırda Yazılmış Grekçe Anonim Osmanlı Tarihi: 1373-1512 (haz. Şerif Baştav), Ankara 1973, s. 107-109.
- Neşrî, Cihannümâ (Unat), I, 321, 323-365; II, 422-487.
- Hadîdî, Tevârîh-i Âl-i Osman: 1299-1523 (haz. Necdet Öztürk), İstanbul 1991, s. 115-123.
- İbn Kemal, Tevârîh-i Âl-i Osmân, IV, 187, 436-437.
- Rûhî Târîhi (TTK Belgeler, XIV/18 [1992] içinde, tıpkıbasımı ile birlikte nşr. Yaşar Yücel – Halil Erdoğan Cengiz), s. 359-472, ayrıca bk. metin.
- Belîğ, Güldeste, s. 40.
- P. Schreiner, Die Byzantinischen Kleinchroniken, Wien 1975, I, 113-114, 634.
- D. Balfour, Politico-Historical Work of Symeon Achibishop of Thessalonica (1416/17 to 1429), Wien 1979, s. 44.
- P. Wittek, Menteşe Beyliği (trc. Orhan Şaik Gökyay), Ankara 1986, s. 82-83.
- a.mlf. – F. Taeschner, “Die Vezirfamilie der Gandarlyzade (14./15. Jhdt) und ihre Denkmäler”, Isl., XVIII (1929), s. 89-90.
- N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, s. 253-278.
- Şevkiye İnalcık, “İbn Hacer’de Osmanlılara Dair Haberler”, DTCFD, VI/3 (1948), s. 193.
- E. A. Zachariadou, “Ertugrul Bey il sovrano di Teologo (Efeso)”, Atti della Società ligure di storia patria, LXXIX, Genova 1965, s. 157, 161.
- a.mlf., “Süleyman Çelebi in Rumeli and the Ottoman Choronicles”, Isl., LX (1983), s. 271-296.
- M. T. Gökbilgin, “Süleyman Çelebi”, İA, XI, 179-181.
İstinadlar
- J. W. Barker, Manuel II Palaeologus (1391-1425): A Study in Late Byzantine Statesmanship, New Brunswick 1969, s. 223-249.
- Şerefeddin, Ẓafernâme (Urumbayev), s. 417-431.
- Yaşar Yücel, Kadı Burhaneddin Ahmed ve Devleti (1344-1398), Ankara 1970, s. 161.
- G. T. Dennis, “The Byzantine-Turkish Treaty of 1403”, Orientalia Christiana Periodica, XXXIII, Roma 1967, s. 72-88.
- Cronaca dei Tocco di Cefalonia (ed. G. Schirò), Roma 1975, s. 256.
- M. M. Alexandrescu-Dersca, La campagne de Timur en Anatolie, Bucharest 1942, s. 138-140.
- Nedim Filipoviç, Princ Musa i Šejh Bedreddin, Sarajevo 1971, s. 5-131.
- Cüneyt Ölçer, Yıldırım Bayezıd’ın Oğullarına Ait Akçe ve Mangırlar, [baskı yeri ve tarihi yok].
- Artuk, İslâmî Sikkeler Kataloğu, II, 459-460.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Suleyman Celebi ve ya Emir Suleyman 1377 Kutahya 17 fevral 1411 Konstansa Silistre eyaleti 4 cu Osmanli sultani Ildirim Beyazidin oglu sultanligini elan eden Osmanli sahzadelerinden biri Suleyman CelebiOsmanli sultani titular EvvelkiIldirim BeyazidSonrakiMusa Celebi Mehmed CelebiSexsi melumatlarDogum tarixi 1377Dogum yeri Kutahya sancaqbeyliyi Osmanli imperiyasiVefat tarixi 17 fevral 1411Vefat yeri Konstansa Silistre eyaleti Osmanli imperiyasiDefn yeri BursaFealiyyeti monarxAtasi Ildirim BeyazidUsaqlari Orxan Celebi Pasamelek Xatun Mehmedsah CelebiDini sunni islam Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri Sahzade Suleyman Celebi 1377 ci ilde Kutahyada dunyaya geldi Atasi Sultan Murad Hudavendigarin oglu ve o illerde Kutahya sancaqbeyi olan Sahzade Beyazid anasi ise kenizlerinden biridir 1387 ci ilin iyununda Bursa yaxinligindaki Yeniseherde kecirilen merasimle qardaslari Ertogrul ve Isa Celebiyle birlikde sunnet edildi Eyni merasimle babasi Sultan Murad Hudavendigar atasi Sahzade Beyazid ve emisi Sahzade Yaqub Bizans imperatoru II Manuilin qizlariyla evlendiler Bu merasimin ardindan babasinin emriyle Rumeliye kecen Suleyman Celebi sedrezem Candarli Eli Pasanin idaresindeki Osmanli ordusuyla indiki Bolqaristanin simal torpaqlarinin fethinde istirak etdi Cox kecmeden 1389 cu ilde bas tutan Birinci Kosovo doyusunde babasi Sultan Murad Hudavendigar qelebe qazanmasina baxmayaraq sui qesd neticesinde olduruldu ve ardindan atasi taxta cixdi Atasi Ildirim Beyazidin Anadolu beyliklerini birlesdirme siyaseti neticesinde 1390 ci ilde isgal edilen Aydinogullari beyliyinin torpaqlari Aydin sancaqbeyliyine cevrildi ve Suleyman Celebi bolgenin idaresine getirildi Niqbolu doyusunde 1396 istirakinin ardindan 1398 ci ilin yayinda Sivasa gonderilen Suleyman Celebi burada Agqoyunlu beyi Qarayuluq Osman beyi meglub ederek bolgeni ele kecirdi Bu qelebesinin ardindan 1400 cu ilde Manisa ve Aydin sancaqbeyliyine getirildi Ankara doyusune de 1402 mehz bu eyaletlerden topladigi esgerlerle qatilmisdir Seltenet illeri Hakimiyyeti ele almasi Bezi revayetlere gore Ankara doyusunden once Suleyman Celebi atasi Ildirim Beyazide diger qardaslariyla birlikde Teymurilere ani bir basqin tertiblemeyi teklif etmis ancaq onun bu teklifi qebul edilmemisdir Doyus zamani Osmanli ordusunun geri cekildiyi esnada sedrezem Candarli Eli Pasa yeniceri agasi Hesen aga Qara Timurtas Pasa ve Evrenos bey kimi muhum ordu mensublari terefinden doyus meydanindan uzaqlasdirilan Suleyman Celebi Bursaya qacdi Ancaq Emir Teymurun nevesi Ebubekr Mirzenin onu teqib etdiyini anladiqdan sonra azyasli qardasi Qasim Celebi bacisi Fatma Sultan ve xezineden goture bildiyi qederini alaraq 20 avqust 1402 ci ilde Anadolu torpaqlarini terk etdi ve Geliboluya sigindi Burada bir muddet Emir Teymurun Anadoludaki fealiyyetlerini izleyen Suleyman Celebi 1404 cu ilin evvellerine qeder Anadoluya kece bilmedi Rumelideki fealiyyetleri Bu esnada Ankara doyusundeki meglubiyyetden istifade eden Valaxiya knyazi Mirka Dunay cayi sahili boyunca butun torpaqlarini geri almis Moreya despotu Teodor Paloloq ise Osmanlilara aid 2 qalani zebt etmisdi Suleyman Celebi Balkanlardaki hakimiyyetini qorumaq meqsedile Bizans Venesiya ve Genuya ile sulhmeramli siyaset yurutdu 20 sentyabr 1402 ci ilde Bizans imperatoru II Manuille sulh muqavilesi imzalayan Suleyman Celebi Saloniki ve etraf bolgelerini Bizanslilara vermeye mecbur qaldi Yene hemin ilin oktyabrinda Valaxiya knyazi Mirkayla baglanan sulhe esasen Dunay cayi boyunca isgal edilen torpaqlar Valaxiyaya geri verildi ve qarsiliginda knyaz Osmanlilara illik vergi vermeye ohdeliyine goturdu Belece simal serheddinde sulhu temin eden Suleyman Celebi bir nece hefte sonra Serbiya despotu uzerine Evrenos bey ise Bodonitsa bolgesine hucumlar tertibledi Bununla Balkanlardaki Osmanli nufuzunu yeniden guclendirmeyi hedeflese de sulhmeramli siyasetini davam etdirdi 1403 cu ilin fevralinda Bizansla sulh muqavilesi yenilendi Ustelik budefeki sulhe Serbiya despotu Rodos cengaverleri Genuya ve Venesiya da daxil edilmisdi Bu sulhle Bizans imperiyasi daha once Osmanlilara odedikleri butun vergilerden azad edildi butun Bizans esirleri azad edildi Bizans doneminde sahib oldugu torpaqlarini qorudu ancaq Osmanlilara esger temin etmeyi ve illik vergi odemeyi davam etdirdiler Genuyalilar Qara denizdeki ticaret koloniyalari ucun Osmanlilara odedikleri ticaret vergisinden azad edildiler Bu sulh muqavilesi Suleyman Celebinin olduyu 1411 tarixinedek quvvede qaldi Buna baxmayaraq bezi vaxtlar Venesiya ile munasibetler gerginlesdi ve Egey denizindeki adalarda muxtelif siyasi caxnasmalar bas verdi Bu igtisaslarin ardindan 1409 cu ilin iyununda Venesiya ile yeni bir sulh baglandi Anadoludaki fealiyyetleri Osmanli dovletinin Anadolu yarimadasindaki torpaqlari uzerinde Emir Teymurun hakimiyyetini qebul eden Suleyman Celebi o esnada Izmir seherinin muhasiresini 2 dekabr 1402 5 yanvar 1403 davam etdiren Emir Teymurun gonderdiyi yarliqla Rumelinin sultani elan olundu 1403 tarixli sulh muqavilesiyle Balkanlarda muveqqeti sulhu temin eden Suleyman Celebi Anadoludaki veziyyetle mesgul olmaga basladi Kicik qardasi Mehmed Celebi Ankara doyusunden sonraki ilk illerde onun seltenetini qebul etmis ancaq diger qardasi Isa Celebiyle Anadoluda mubarizeye girismisdi Isa Celebi ise 1402 ci ilin noyabrindan etibaren Mermere denizinin Anadolu sahillerinde hakimiyyetini qoruyurdu Emir Teymurun 1403 cu ilin evvellerinde Anadoludan geri cekilmesinin ardindan Isa Celebiyle Mehmed Celebi arasindaki mubarize alovlandi Mehmed Celebi Ulubat yaxinliginda qardasini meglub ederek Bursa ve Izmiti ele kecirdi ardindan Sarixan ve Aydin beylikleri uzerine sefere cixdi Bizans imperatoruna siginan Isa Celebi ise qardasi Suleyman Celebinin isteyile azadliga buraxildi ve olumunedek Anadoludaki mubarizesini davam etdirdi Qardasi Mehmed Celebinin Bursani ele kecirmesinin ardindan Anadoluya kecen Suleyman Celebi 1404 cu ilin martinda Bursani hakimiyyeti altina aldi 22 mart 1404 cu ilde Trabzona seyahet eden ispan bir seyyahin xatirelerinde yazdigina gore o esnada Qara deniz sahilleri ve Samsun elece de Ankara Suleyman Celebinin idaresinde idi Qisa zamanda Anadolunun boyuk bir qismini hakimiyyeti altina alan Suleyman Celebiye qarsi muqavimet gostere bilmeyen Mehmed Celebi ona hediyyeler gondererek hakimiyyetini tanimaga mecbur oldu Ardindan Anadoludaki hakimiyyetini teminat altina almaq meqsedile azyasli qardasi Qasim Celebi ve bacisi Fatma Sultani Bizans imperatoruna girov olaraq gonderen Suleyman Celebi Rumeliye qayitdi Onun Anadoluya ikinci gelisi ise 1405 ci ilin yayina tesaduf edir Qardasi Musa Celebinin herbi fealiyyetleri sebebile Rumeliye qayitmaga mecbur oldugu 1410 cu iledek texminen 5 il Anadoluda qaldi Son illeri 1405 ci ilde Anadoluya qayidan Suleyman Celebi Bursada dovlet islerinden uzaq rahat bir heyat yasamaga basladi Evrenos bey idaresindeki ordunu Qaramanogullari uzerine gonderdikden sonra o esnada Qaramanda olan qardasi Musa Celebi Rumeliye qacdi Ilk basda bunu onemsemeyerek Bursada qalmaga davam eden Suleyman Celebi qardasinin Balkanlarda nufuz qazanmasinin ardindan Rumeliye kecmeye mecbur oldu Edirneye geldiyi esnada Qaramanoglu Nesreddin Mehmed beyin Sivrihisar ve etraf bolgelerini ele kecirdiyi xeberini aldi Qardasi Mehmed Celebi ise Ankara ve Bursani ele kecirerek seltenetini elan etdi ve oz adina qizil sikke kesdirdi Suleyman Celebi 13 fevral 1410 cu ilde Yanboluda qardasi Musa Celebiye meglub olsa da daha sonraki toqqusmalarda 2 defe qalib geldi Ancaq Musa Celebinin 17 fevral 1411 ci ilde Edirneye tertiblediyi ani basqin zamani seherden qacmaga mecbur oldu Istanbula dogru hereket etdiyi esnada Duguncu kendi yaxinliginda xidmetkarinin xeyanetiyle kimliyi uze cixmis Musa Celebiden mukafat almaq meqsedile kend sakinleri terefinden amansizca qetle yetirilmisdir Eneneye gore xanedan mensublarinin qani tokulmemelidir Bu sebeble qardasinin amansizca qetle yetirildiyi bu kend Musa Celebinin emriyle tamamile qilincdan kecirildi Ardindan Suleyman Celebinin cenazesi Bursaya gonderilerek babasi Sultan Murad Hudavendigarin turbesine defn edildi AilesiXanimlari Bizans imperatoru II Manuilin illeqal qizi Zambiya Paloloqun boyuk qizidir 1396 ci ilde evlenmisdir Bizans imperatoru oglu Moreya despotu Teodor Paleoloqun qizidir 1402 ci ilin oktyabrinda evlenmisdir Ovladlari Orxan Celebi d 1395 o 1429 Atasinin oldurulmesinin ardindan bacisi ile birlikde Bizans imperatoruna sigindi Ancaq daha sonra 1420 ci ilde Yeniseher yaxinliginda ele kecirilerek gozlerine mil cekildi ve Bursaya gonderildi 1429 cu ilde Bursada yayilan veba epidemiyasi sebebile vefat etmisdir Bursada Hudavendigar turbesine defn edilmisdir Suleyman Celebi d 1422 Bursa o 1437 Qahire Fatma Hundi Xatun d 1424 Bursa o iyul 1455 Qahire 1437 ci ilde Memluk sultani Esref Barsbayla evlendirildi Onun olumunden sonra diger Memluk sultani Seyfeddin Caxmaqla evlendi ve 4 oglu dunyaya geldi Ancaq ovladlarinin her biri yayilan veba epidemiyasi sebebile 26 mart 1449 cu ilde vefat etdi 1447 ci ilin yanvarinda hecc ziyaretine getdi 1450 ci ilde bosandi ve Memluk emirlerinden Barsbay Bucasiyle o 1455 evlendi Xedice Xatun 1440 ci ilde sancaqbeylerinden biriyle evlendirilmisdir Pasamelek Xatun d 1405 qardasi Orxan Celebiyle birlikde Bizans imperatoruna siginmis daha sonra Bursaya gonderilmisdir 1420 ci ilde Bursada sancaqbeylerinden biriyle evlendirilmisdir Mehmedsah Celebi d 1408 o 30 dekabr 1421 Darende Malatya Emisi oglu Sultan Muradin emriyle edam edilmisdir Cenazesi Amasyadaki Sahzadeler turbesine defn edilmisdir MenbeAhmedi Dastan ve Tevarih i Muluk i Al i Osman nsr Ciftcioglu N Atsiz Osmanli Tarihleri I icinde Istanbul 1949 s 23 25 Fatih Devri Kaynaklarindan Dusturname i Enveri Osmanli Tarihi Kismi 1299 1466 haz Necdet Ozturk Istanbul 2003 s 42 ayrica bk hazirlayanin girisi s LXIV R G de Clavijo Anadolu Orta Asya ve Timur trc Omer Riza Dogrul s nsr Kamil Doruk Istanbul 1993 s 29 67 J Schiltberger Turkler ve Tatarlar Arasinda 1394 1427 trc Turgut Akpinar Istanbul 1997 s 52 59 Dukas Istoria turco bizantina ed V Grecu Buceresti 1958 s 115 127 G Sphrantzes Memorii 1401 1477 in anexa Pseudo Phrantzes Macarie Melissenos Cronica 1258 1481 ed V Grecu Buceresti 1966 s 4 206 Asikpasazade Tarih Giese s 59 72 L Chalkokondyles Historiarum Demonstrationes ed E Darko Budapestini 1922 I 159 163 Oruc b Adil Tevarih i Al i Osman s 37 38 Anonim Tevarih i Al i Osman nsr F Giese haz Nihat Azamat Istanbul 1992 s 37 40 Bihisti Ahmed Sinan Celebi Tevarih i Al i Osman British Museum Add Or ms 7869 bundan cekilmis bir nusha icin bk Suleymaniye Ktp Mikrofilm Arsivi nr 2764 vr 55a b Anonim Osmanli Kronigi 1299 1512 haz Necdet Ozturk Istanbul 2000 s 42 57 16 Asirda Yazilmis Grekce Anonim Osmanli Tarihi 1373 1512 haz Serif Bastav Ankara 1973 s 107 109 Nesri Cihannuma Unat I 321 323 365 II 422 487 Hadidi Tevarih i Al i Osman 1299 1523 haz Necdet Ozturk Istanbul 1991 s 115 123 Ibn Kemal Tevarih i Al i Osman IV 187 436 437 Ruhi Tarihi TTK Belgeler XIV 18 1992 icinde tipkibasimi ile birlikte nsr Yasar Yucel Halil Erdogan Cengiz s 359 472 ayrica bk metin Belig Guldeste s 40 P Schreiner Die Byzantinischen Kleinchroniken Wien 1975 I 113 114 634 D Balfour Politico Historical Work of Symeon Achibishop of Thessalonica 1416 17 to 1429 Wien 1979 s 44 P Wittek Mentese Beyligi trc Orhan Saik Gokyay Ankara 1986 s 82 83 a mlf F Taeschner Die Vezirfamilie der Gandarlyzade 14 15 Jhdt und ihre Denkmaler Isl XVIII 1929 s 89 90 N Jorga Osmanli Imparatorlugu Tarihi trc Nilufer Epceli Istanbul 2005 s 253 278 Sevkiye Inalcik Ibn Hacer de Osmanlilara Dair Haberler DTCFD VI 3 1948 s 193 E A Zachariadou Ertugrul Bey il sovrano di Teologo Efeso Atti della Societa ligure di storia patria LXXIX Genova 1965 s 157 161 a mlf Suleyman Celebi in Rumeli and the Ottoman Choronicles Isl LX 1983 s 271 296 M T Gokbilgin Suleyman Celebi IA XI 179 181 IstinadlarJ W Barker Manuel II Palaeologus 1391 1425 A Study in Late Byzantine Statesmanship New Brunswick 1969 s 223 249 Serefeddin Ẓafername Urumbayev s 417 431 Yasar Yucel Kadi Burhaneddin Ahmed ve Devleti 1344 1398 Ankara 1970 s 161 G T Dennis The Byzantine Turkish Treaty of 1403 Orientalia Christiana Periodica XXXIII Roma 1967 s 72 88 Cronaca dei Tocco di Cefalonia ed G Schiro Roma 1975 s 256 M M Alexandrescu Dersca La campagne de Timur en Anatolie Bucharest 1942 s 138 140 Nedim Filipovic Princ Musa i Sejh Bedreddin Sarajevo 1971 s 5 131 Cuneyt Olcer Yildirim Bayezid in Ogullarina Ait Akce ve Mangirlar baski yeri ve tarihi yok Artuk Islami Sikkeler Katalogu II 459 460