"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir.
Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu | |
---|---|
İlk buraxılışı | 1881 |
Ölkə | Rusiya imperiyası; SSRİ |
Dil | rus |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur.
Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
Jurnal 1881-1915-ci illərdə Tiflisdə Qafqaz Qubernatorluğu Baş İdarəsinin mətbəəsində nəşr olunsa da, sonralar müharibə səbəbindən nəşri dayandırılmışdır. Yalnız 1926-cı ildə Mahaçqaladakı Şimali Qafqaz Dağ Diyarşünaslıq Təşkilatları Birliyi sayəsində 45-ci, 1929-cu ildə isə 46-cı nəşr dərc edilmişdir. 1893-1915-ci illərdə toplu L. G. Lopatinski tərəfindən ön söz ilə nəşr olunmuşdur. Nəşrin müəlliflərinin əksəriyyəti müxtəlif materialları toplayan və qeyd edən yerli Qafqaz məktəbləri və gimnaziyalarının müəllimləri idi. Jurnalın nəşr müddəti fərqli idi, çünki materialların ildə təxminən 1-2 sayı yığılmışdı.
Nəşrin əsas xüsusiyyətləri
XIX əsrin 20-cı illərində Qafqaz çar Rusiyası tərəfindən imperiyanın tərkibinə qatıldıqdan sonra bölgənin inzibati və mədəni mərkəzinə çevrilmiş Tiflisdə fəaliyyət göstərən çar general-qubernatorluğu yeni torpaqları və burada yaşayan xalqları yaxından tanımaq və daha uğurla idarə etmək məqsədilə humanitar, kulturoloji istiqamətlərdə müxtəlif tədbirlər həyata keçirməyə başlamışdır. Əsas məqsəd burada yaşayan yerli xalq və millətlərin tarixini, dilini, həyat tərzini, mentalitetini, psixologiyasını, folklor və etnoqrafiyasını və s. öyrənməkdən ibarət idi. Elə həmin məqsədlə də Tiflisdə rus dilində “Qafqaz təqvimi”, “Qafqaz arxeoloji komissiyalarının aktları”, “Qafqaz dağlıları haqqında məlumatlar toplusu”, “Tiflis xəbərləri”, “Qafqaza dair materiallar toplusu” və s. qəzet, kitab və jurnallar nəşr edildi. Lakin 1881-ci ildən başlayaraq, Tiflisdə Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən rus dilində «Сборник материалов для описания местностей и племен Кавказа» – SMOMPK-un (“Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – QƏXTMT-in) nəşri Qafqaz xalqları, o cümlədən Azərbaycan xalqı üçün xüsusilə əlamətdar bir hadisə oldu. Toplu tezliklə özünün diyarşünaslıq, kulturoloji materiallarının çoxşaxəliliyinə, əhatə dairəsinin genişliyinə görə digər nəşrlərdən seçilirdi. Nəşr edilən materialların mövzu genişliyi toplunun əsasən üç şöbədən ibarət olan daxili quruluşuna da təsir göstərdi. Belə ki, diyarşünaslıq, kulturoloji aspektlərdə yazılmış məqalələr, əsasən, onun 1-ci 4 şöbəsinin, etnoqrafik və folklor materialları isə 2-ci və 3-cü şöbələrinin mövzularını təşkil etdi. 1881-1929-cu illər arasında nəşr edilən toplunun 46 buraxılışı (cildi) işıq üzü görmüşdür. Onun 44 buraxılışı Tiflisdə (1881-1915-ci illər), son iki – 45-ci və 46-cı buraxılışları isə (1926-cı və 1929-cu illər) Mahaçqalada nəşr edilmişdir. SMOMPK-un bir çox buraxılışlarında sırf diyarşünaslıq, kulturoloji yönlü elmi məqalələrlə yanaşı, Azərbaycan şifahi xalq ədəbiyyatının əfsanə, rəvayət, atalar sözü və məsəllər, tapmacalar, lətifələr, nağıllar və s. kimi janrlarına aid örnəklər də işıq üzü görmüşdür. İrəvan şəhər gimnaziyasının müəllimi S.Zelinskinin toplunun 1881-ci ildə nəşr edilmiş 1-ci buraxılışındakı “Tatar atalar sözləri, məsəlləri, tapmaca və qadın adları” başlıqlı yazısı burada işıq üzü görmüş ilk Azərbaycan folklor materiallarıdır. Azərbaycan folklor janrlarından nağıllar, əfsanə və rəvayətlər, lətifələr, dastanların yurd yeri topluda yalnız rusca nəşr edildiyi halda, atalar sözləri və məsəllər, tapmacalar, aşıq şeirləri, nəğmələr və s. həm rus, həm də Azərbaycan dillərində işıq üzü görmüşdür (Topludakı yazıların adlarında və mətnlərdə işlənmiş “Tatar” sözü “Azərbaycan” kimi oxunmalıdır). Azərbaycan folklor örnəklərinin nəşr edildiyi buraxılışların müqəddimələrində onlardan elmi müstəvidə bəhs edilmiş, ayrı-ayrı xalqların müvafiq şifahi xalq ədəbiyyatı örnəkləri ilə qarşılaşdırılmış, onların müqayisəli-tipoloji aspektdə araşdırılması yolunda ilk addımlar atılmışdır.
Azərbaycanın ayrı-ayrı bölgələrindən toplanan folklor nümunələri özünün rəngarəngliyi, janr biçimləri və çeşidlərinin spesifikası ilə xüsusi əhəmiyyət kəsb edir, xüsusən də XIX əsrin birinci yarısından sonrakı mərhələnin ümumi mənzərəsi haqqında dolğun təsəvvür formalaşdırır. Məsələn, “İlandağ haqqında əfsanə”, “Əshabi-kəhf dağı haqqında əfsanə”, “Xəsis qara çörək və Yezid təpəsi haqqında rəvayət”, “Məlik Məmməd və Məlik Cümşüd”, “Əvil Qasım və Əvil Məmməd”, “Şah Rüstəm”, “Şahzadə Qəmbər”, “Şah İsmayıl”, “Şərif” və s. kimi nümunələr xalqın yaddaşında olan folklor mətnlərinin ümumi məzmununu aydınlaşdırır.
Toplu ilə əməkdaşlıq edən ziyalılar
Azərbaycan folklorunun topluda geniş şəkildə təmsil edilməsi milli kimliyi təsdiqləyən amillərdən birinin və ən vacibinin məhz şifahi xalq ədəbiyyatı olduğunu dərindən dərk edən və buna görə də bu örnəklərin unudulmaması, itib-batmaması, qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi gərəkliyini irəlicədən görən ziyalılarımızın fədakar əməyi sayəsində mümkün olmuşdur. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunları olan Firudin bəy Köçərli, M.Mahmudbəyov, R.Əfəndiyev, S.M., M.H.Əfəndiyev, M.H.Vəzirov, T.Bayraməlibəyov, H.K.Sanıyev, A.Qiyasbəyov və başqaları kimi təqribən 40 nəfər azərbaycanlı ziyalı və kənd müəllimi Azərbaycan folklor örnəklərini toplayıb yazıya almış, rus dilinə tərcümə etmiş və beləliklə də, Azərbaycan folklorunun adları bizə məlum olan ilk toplayıcıları kimi tarixə düşmüşlər. Azərbaycan folklorşünaslığının əsasını işləyib hazırlayan Hənəfi Zeynallı bu kimi ziyalı və kənd müəllimlərinin əməyinə son dərəcə yüksək qiymət verərək yazırdı: “Azərbaycan el ədəbiyyatı deyil, bütün Qafqaz miqyasında olaraq xalqlar tarixi, etnoqrafiyası və xalq ədəbiyyatı ilə məşğul olan Lopatinskinin ətrafında çalışan Azərbaycan müəllimlərinin adını həmin “Сборник материалов для описания местностей и племен Кавказа” məcmuələrində oxuduqca insanın heyrəti artır. O adamların nə qədər həvəsi, nə qədər qeyrəti varmış!.. Qəpik-quruş bir mükafata uzun-uzun hekayələri, mənzumələri türkcə toplayıb tərcümələri ilə bərabər Tiflisə göndərmişlər. Əlbəttə ki, xalq ədəbiyyatı tarixi yaradılarkən böylə adamların adları qızıl su ilə ən görkəmli yerdə yazılmalıdır!..”.
H.Zeynallının SMOMPK-la əməkdaşlıq edən ziyalı və kənd müəllimlərimizin fəaliyyətinə verdiyi dəyər toplunun artıq o vaxtdan Azərbaycan elmi ictimaiyyətinin diqqət mərkəzində olduğunu göstərməkdədir. Yerli azərbaycanlı ziyalı və müəllimlərlə yanaşı, rus və qeyri-rus maarif işçiləri − S.Zelinski, A.İoakimov, A.Kalaşev, N.Kalaşev, B.Veniaminov, K.A.Nikitin, P.A.Vostrikov və başqaları Azərbaycan folklor materiallarını yazıya alıb toplunun səhifələrində nəşr etdirməklə günümüzə çatdırmışlar.Toplu həmçinin Aşıq Oruc, , İrza Miriyev, Salman Şərifbəyov, Əhməd Məlikov, İskəndər Şirinov, Aşıq İskəndər, Süleyman Cəfər oğlu, Zeynal bəy, Səftər Əzizov və başqa bu kimi ilk azərbaycanlı folklor söyləyicilərinin adlarını qoruyub oxuculara tanıtmaqdadır. Azərbaycanlı söyləyicilərin dilindən yazılmış folklor mətnləri ilk dəfə olaraq toplunun 1892-ci ildə nəşr edilmiş 13-cü buraxılışında yer almışdır. Topluda folkor örnəklərinin toplanılması və nəşri ilə bağlı proqram xarakterli materiallarına əsasən belə nəticə çıxarmaq olar ki, o, nəşrə başladığı ilk gündən öz fəaliyyət profilinə uyğun olaraq yerlərdə çalışan müəllimlərə diyarşünaslıq, kulturoloji istiqamətlərdə araşdırmalar aparılmasını tövsiyə edir və eyni zamanda, folklor örnəklərinin canlı ifadan toplanılmasını, yazıya köçürülməsini və rus dilinə tərcüməsini nəzərdə tuturdu. SMOMPK-u nəşr edən Qafqaz Tədris Dairəsi İdarəsi yerlərdə folklor materiallarının toplanılmasına xüsusi fikir vermiş və kənd müəllimlərinə bu işdə yardım etmək məqsədilə toplayıcılıq işinin əsas prinsiplərini ehtiva edən 12 bölmədən ibarət tövsiyə xarakterli proqram tərtib edib göndərmişdir. Həmin proqram toplunun 1-ci buraxılışında da yer almışdır. Daha sonra SMOMPK-un 1882 və 1900-cu illərdə müvafiq olaraq nəşr edilmiş 2-ci və 27-ci buraxılışlarında bəzi əlavələr edilərək proqram daha da təkmilləşdirilmişdir. Bu baxımdan əsas proqrama əlavə olaraq toplunun 27-ci buraxılışında nəşr edilmiş “Rəvayət, nağıl, mövhumat adətləri və ənənələrinin öyrənilməsi üzrə bəzi suallar” adlı material xüsusi əhəmiyyət kəsb edirdi. Tövsiyə xarakterli belə materialların nəşri sonrakı illərdə müxtəlif janrlardan olan folklor materiallarının toplanılmasına, rus dilinə tərcüməsinə və nəşrinə geniş vüsət verdi. Azərbaycanın müxtəlif bölgə və kəndlərində çalışan yerli ziyalı və müəllimlər folklor örnəklərini yazıya alarkən və yaşadıqları və ya toplayıcılıq fəaliyyəti ilə məşğul olduqları ərazi haqqında topluya kulturoloji-diyarşünaslıq aspektlərindən məqalələr yazarkən sözügedən proqram-tövsiyələri rəhbər tutmuşlar və bu səbəbdən də onların məqalələri arasında mövzu, quruluş və s. cəhətlərdən müəyyən yaxınlıqlar, səsləşmələr nəzərə çarpır. Bu məqalələr həm də yaxından-uzaqdan toplunun daxili quruluşu ilə uyğunluq təşkil edir.
Azərbaycan folklor örnəkləri SMOMPK məcmuəsində
“SMOMPK: Azərbaycan folkloru materialları” kitabının birinci cildində məcmuənin on bir nüsxəsində əhatə olunan Azərbaycan folkloru örnəkləri öz əksini tapmışdır. Azərbaycan folklor örnəkləri toplunun, əsasən, aşağıdakı buraxılışlarında yer almışdır:
- İnanclar, sınamalar (5-ci, 17-ci, 20-ci buraxılışlar).
- Atalar sözləri və məsəllər (1-ci, 9-cu, 13-cü, 34-cü buraxılışlar).
- Tapmacalar (1-ci, 13-cü, 18-ci buraxılışlar).
- Əfsanə və rəvayətlər (2-ci, 7-ci, 9-cu, 11-ci, 13-cü, 14-cü, 17-ci, 18-cü, 21-ci, 26-ci, 32-ci, 34-cü, 42-ci buraxılışlar).
- Bayatılar, ağılar, şikəstələr, laylalar, beşik nəğmələri, vəsfi-hallar, sayaçı nəğmələri, holavarlar (18-ci, 20-ci, 41-ci buraxılışlar).
- Lətifələr (9-cu, 26-ci, 29-cu buraxılışlar).
- (2-ci, 13-cü, 41-ci, 42-ci buraxılışlar).
- Dastanlar (13-cü, 19-cu buraxılışlar).
- Mərasim folkloru (9-cu, 18-ci buraxılışlar).
- Uşaq folkloru: laylalar, sanamalar, uşaq nəğmələri, şeirlər, uşaq oyunları, uşaq nağılları, heyvanlardan bəhs edən nağıllar (9-cu, 13-cü, 14-cü, 19-cu, 20-ci, 35-ci buraxılışlar).
- Xalq mahnıları (18-ci, 42-ci buraxılışlar).
- Sehrli nağıllar, məişət nağılları və heyvanlardan bəhs edən nağıllar (3-cü, 6-cı, 7-ci, 9-cu, 13-cü, 19-cu, 20-ci, 21-ci, 26-cı, 35-cı, 42-cı buraxılışlar).
“Qafqaz Əraziləri və xalqlarının nağılları” biblioqrafik göstəricisi
AMEA Mərkəzi Elmi Kitabxanası “Qafqaz Əraziləri və xalqlarının nağılları” adlı biblioqrafik göstəricisini dərc etmişdir. Göstəricidə 1881-1929 –cu illər ərzində Tiflisdə və Mahaçqalada tərtib və dərc olunmuş “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”nda (SMOMPK ) əks olunmuş nağılların biblioqrafik göstəricisi əhatə edilmişdir.
Kitabda biblioqrafik informasiyanın istifadəsini asanlaşdırmaq məqsədi ilə bir neçə adla informasiya axtarış aparatı tərtib edilmişdir.
Toplayıcılar və söyləyicilər haqqında olan köməkçi aparat bölməsindəki müəlliflərin adları yalnız ilkin mənbədəki pasport qeydlərinə əsasən tərtib edilmişdir.
Biblioqrafik təsvirlərdəki məxəzlər mövzu istiqamətindən asılı olaraq bir neçə başlıq altında qruplaşdırılmışdır. Həmçinin Qafqazda yaşayan çoxsaylı xalqların adlarını əhatə edən xüsusi köməkçi bölmə də tərtib edilmişdir. Kitab tədqiqatçı alim və tələbələr üçün nəzərdə tutulmuşdur.
Həmçinin bax
İstinadlar
- Orucova S. Azərbaycan folklorunun toplanma, tərcümə və nəşr problemləri (QƏXTMT - SMOMPK materialları əsasında). Bakı: Elm və təhsil. 2012. səh. 536.
- SMOMPK: Azərbaycan folkloru materialları (tərtib edənlər və ön sözün müəllifləri: dos.R.Xəlilov, dos.A.Xürrəmqızı, dos. A.Hüseynova). 1-ci cild. Bakı: Elm və təhsil. 2018. səh. 232.
- Allahmanlı Mahmud. "smompk-mecmuesi-ve-milli-mensubluq-missiyasi" (az.). 2022-09-27 tarixində . İstifadə tarixi: 9 iyun 2021.
- Zeynallı H. Seçilmiş əsərləri (Toplayanı və çapa hazırlayanı f.e.n.Rasim Tağıyev). Bakı:: Yazıçı. 1982. səh. 116-117.
- "qafqaz-erazileri-ve-xalqlarinin-nagillari-adli-biblioqrafik-gosterici-nesr-edilib" (az.). www.azerbaijan-news.az. 25.06.2021. 2010-12-31 tarixində . İstifadə tarixi: 16 iyun 2021.
- Qafqaz Əraziləri və xalqlarının nağılları. Biblioqrafik göstərici. Bakı. 2014.
- "Nağıl sevənlərin diqqətinə!". http://web.archive.org/web/20210625110546/https://teleqraf.com/news (az.). https://teleqraf.com. 2022-09-25 tarixində . İstifadə tarixi: 16 iyun 2021.
Ədəbiyyat
- Сборник материалов для описания местностей и племён Кавказа
- SMOMPK: Azərbaycan folkloru materialları, C.2. Bakı, 2019.
- SMOMPK: Azərbaycan folkloru materialları, C.3. Bakı, 2020.
- Сборник материалов для описания местностей и племен Кавказа. В 46-ти вып. Вып. XI., Тифлис: 189l.
- Сборник материалов для описания местностей и племен Кавказа. В 46-тн вып. Вып, ХПI., Тифлис: 1892.
- Сборник материалов для описания местностей и племен Кавказа. В 46-ти вып. Вып. ХV., Тифлис: 1893.
- Vəlizadə М. Qaçaq Koroğlu haqqında rəvayət // SMOMPK, 1890,9-cu buraxılış, 7-ci bölmə, 2-сi şöbə, s.l21-126.
- Məşədiyev Q. Zaqafqaziyanın Аzərbaycan tоропimləгi (SMOMPK məcmuəsiпiп mаtеriаllап əsasındа). Bakı: Elm, l990, 148 s.
- imrani i. SMOMPK məcmuəsində Рагеmоlоji vаhidlər: Fil. elm.dis. avtoref. Bakı,2008, 28 s.
- Əfəndiyev Ə.Qafqaz əraziləri və xalqlarının təsvirinə dair mаteriallar toplusu QƏХТМТ (SMOMPK) İzahlı biblioqrafiya. Bakı, l998,218 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qafqaz erazileri ve xalqlarinin tesvirine dair materiallar toplusu QEXTMT rus dilinde Sbornik materialov dlya opisaniya mestnostej i plemyon Kavkaza SMOMPK Jurnal Tiflis Qafqaz Tedris Dairesi Idaresi terefinden 1881 ci ilden baslayaraq nesr edilmisdir Qafqaz erazileri ve xalqlarinin tesvirine dair materiallar toplusuIlk buraxilisi 1881Olke Rusiya imperiyasi SSRIDil rus Vikianbarda elaqeli mediafayllarHaqqinda1881 ci ilden baslayaraq Qafqaz Tedris Dairesi Idaresinin vekili Yanovski nesre rehberlik edirdi 1902 ci ilde vefat etmisdir Jurnalda Qafqazin tarixi arxeologiyasi dilciliyi ve etnoqrafiyasi ucun genis material onlarin tarixine dair meqaleler yer almisdir Qafqaz xalqlarinin lugetleri ve metnleri narlar haqqinda efsaneler boyuk rus ve xarici mahnilari gurculerin azerbaycanlilarin osetinlerin dag yehudilerinin ve diger Qafqaz xalqlarinin heyati ve adetlerine dair meqale ve materiallar boyuk elmi maraga olmusdur Coxcildli eser Qafqazin son fethinden sonra tedqiqatcilar terefinden toplanan gundelik heyat yazi heyat terzi adet eneneler folklor ve ve s haqqinda melumatlari ozunde cemlesdirir Nesrde kendlerin ve seherlerin tesvirleri onlarin tarixi heyati ve ehalinin senetkarliqlari haqqinda ocerkler yer almisdir Tarixi lirik meiset ve ritual mahnilari efsaneler Qafqaz xalqlarinin dilinin gozelliyini ve menevi mahiyyetini acir Bu nesrin elmi deyeri 1893 cu ilde Xalq Tehsili Nazirliyinin Jurnali nda derc olunmus genis icmallarda professor V F Miller terefinden taninmisdir Jurnal 1881 1915 ci illerde Tiflisde Qafqaz Qubernatorlugu Bas Idaresinin metbeesinde nesr olunsa da sonralar muharibe sebebinden nesri dayandirilmisdir Yalniz 1926 ci ilde Mahacqaladaki Simali Qafqaz Dag Diyarsunasliq Teskilatlari Birliyi sayesinde 45 ci 1929 cu ilde ise 46 ci nesr derc edilmisdir 1893 1915 ci illerde toplu L G Lopatinski terefinden on soz ile nesr olunmusdur Nesrin muelliflerinin ekseriyyeti muxtelif materiallari toplayan ve qeyd eden yerli Qafqaz mektebleri ve gimnaziyalarinin muellimleri idi Jurnalin nesr muddeti ferqli idi cunki materiallarin ilde texminen 1 2 sayi yigilmisdi Nesrin esas xususiyyetleriXIX esrin 20 ci illerinde Qafqaz car Rusiyasi terefinden imperiyanin terkibine qatildiqdan sonra bolgenin inzibati ve medeni merkezine cevrilmis Tiflisde fealiyyet gosteren car general qubernatorlugu yeni torpaqlari ve burada yasayan xalqlari yaxindan tanimaq ve daha ugurla idare etmek meqsedile humanitar kulturoloji istiqametlerde muxtelif tedbirler heyata kecirmeye baslamisdir Esas meqsed burada yasayan yerli xalq ve milletlerin tarixini dilini heyat terzini mentalitetini psixologiyasini folklor ve etnoqrafiyasini ve s oyrenmekden ibaret idi Ele hemin meqsedle de Tiflisde rus dilinde Qafqaz teqvimi Qafqaz arxeoloji komissiyalarinin aktlari Qafqaz daglilari haqqinda melumatlar toplusu Tiflis xeberleri Qafqaza dair materiallar toplusu ve s qezet kitab ve jurnallar nesr edildi Lakin 1881 ci ilden baslayaraq Tiflisde Qafqaz Tedris Dairesi Idaresi terefinden rus dilinde Sbornik materialov dlya opisaniya mestnostej i plemen Kavkaza SMOMPK un Qafqaz erazileri ve xalqlarinin tesvirine dair materiallar toplusu QEXTMT in nesri Qafqaz xalqlari o cumleden Azerbaycan xalqi ucun xususile elametdar bir hadise oldu Toplu tezlikle ozunun diyarsunasliq kulturoloji materiallarinin coxsaxeliliyine ehate dairesinin genisliyine gore diger nesrlerden secilirdi Nesr edilen materiallarin movzu genisliyi toplunun esasen uc sobeden ibaret olan daxili qurulusuna da tesir gosterdi Bele ki diyarsunasliq kulturoloji aspektlerde yazilmis meqaleler esasen onun 1 ci 4 sobesinin etnoqrafik ve folklor materiallari ise 2 ci ve 3 cu sobelerinin movzularini teskil etdi 1881 1929 cu iller arasinda nesr edilen toplunun 46 buraxilisi cildi isiq uzu gormusdur Onun 44 buraxilisi Tiflisde 1881 1915 ci iller son iki 45 ci ve 46 ci buraxilislari ise 1926 ci ve 1929 cu iller Mahacqalada nesr edilmisdir SMOMPK un bir cox buraxilislarinda sirf diyarsunasliq kulturoloji yonlu elmi meqalelerle yanasi Azerbaycan sifahi xalq edebiyyatinin efsane revayet atalar sozu ve meseller tapmacalar letifeler nagillar ve s kimi janrlarina aid ornekler de isiq uzu gormusdur Irevan seher gimnaziyasinin muellimi S Zelinskinin toplunun 1881 ci ilde nesr edilmis 1 ci buraxilisindaki Tatar atalar sozleri meselleri tapmaca ve qadin adlari basliqli yazisi burada isiq uzu gormus ilk Azerbaycan folklor materiallaridir Azerbaycan folklor janrlarindan nagillar efsane ve revayetler letifeler dastanlarin yurd yeri topluda yalniz rusca nesr edildiyi halda atalar sozleri ve meseller tapmacalar asiq seirleri negmeler ve s hem rus hem de Azerbaycan dillerinde isiq uzu gormusdur Topludaki yazilarin adlarinda ve metnlerde islenmis Tatar sozu Azerbaycan kimi oxunmalidir Azerbaycan folklor orneklerinin nesr edildiyi buraxilislarin muqeddimelerinde onlardan elmi mustevide behs edilmis ayri ayri xalqlarin muvafiq sifahi xalq edebiyyati ornekleri ile qarsilasdirilmis onlarin muqayiseli tipoloji aspektde arasdirilmasi yolunda ilk addimlar atilmisdir Azerbaycanin ayri ayri bolgelerinden toplanan folklor numuneleri ozunun rengarengliyi janr bicimleri ve cesidlerinin spesifikasi ile xususi ehemiyyet kesb edir xususen de XIX esrin birinci yarisindan sonraki merhelenin umumi menzeresi haqqinda dolgun tesevvur formalasdirir Meselen Ilandag haqqinda efsane Eshabi kehf dagi haqqinda efsane Xesis qara corek ve Yezid tepesi haqqinda revayet Melik Memmed ve Melik Cumsud Evil Qasim ve Evil Memmed Sah Rustem Sahzade Qember Sah Ismayil Serif ve s kimi numuneler xalqin yaddasinda olan folklor metnlerinin umumi mezmununu aydinlasdirir Toplu ile emekdasliq eden ziyalilarAzerbaycan folklorunun topluda genis sekilde temsil edilmesi milli kimliyi tesdiqleyen amillerden birinin ve en vacibinin mehz sifahi xalq edebiyyati oldugunu derinden derk eden ve buna gore de bu orneklerin unudulmamasi itib batmamasi qorunub saxlanaraq gelecek nesillere oturulmesi gerekliyini ireliceden goren ziyalilarimizin fedakar emeyi sayesinde mumkun olmusdur Zaqafqaziya Qori Muellimler Seminariyasinin mezunlari olan Firudin bey Kocerli M Mahmudbeyov R Efendiyev S M M H Efendiyev M H Vezirov T Bayramelibeyov H K Saniyev A Qiyasbeyov ve basqalari kimi teqriben 40 nefer azerbaycanli ziyali ve kend muellimi Azerbaycan folklor orneklerini toplayib yaziya almis rus diline tercume etmis ve belelikle de Azerbaycan folklorunun adlari bize melum olan ilk toplayicilari kimi tarixe dusmusler Azerbaycan folklorsunasliginin esasini isleyib hazirlayan Henefi Zeynalli bu kimi ziyali ve kend muellimlerinin emeyine son derece yuksek qiymet vererek yazirdi Azerbaycan el edebiyyati deyil butun Qafqaz miqyasinda olaraq xalqlar tarixi etnoqrafiyasi ve xalq edebiyyati ile mesgul olan Lopatinskinin etrafinda calisan Azerbaycan muellimlerinin adini hemin Sbornik materialov dlya opisaniya mestnostej i plemen Kavkaza mecmuelerinde oxuduqca insanin heyreti artir O adamlarin ne qeder hevesi ne qeder qeyreti varmis Qepik qurus bir mukafata uzun uzun hekayeleri menzumeleri turkce toplayib tercumeleri ile beraber Tiflise gondermisler Elbette ki xalq edebiyyati tarixi yaradilarken boyle adamlarin adlari qizil su ile en gorkemli yerde yazilmalidir H Zeynallinin SMOMPK la emekdasliq eden ziyali ve kend muellimlerimizin fealiyyetine verdiyi deyer toplunun artiq o vaxtdan Azerbaycan elmi ictimaiyyetinin diqqet merkezinde oldugunu gostermekdedir Yerli azerbaycanli ziyali ve muellimlerle yanasi rus ve qeyri rus maarif iscileri S Zelinski A Ioakimov A Kalasev N Kalasev B Veniaminov K A Nikitin P A Vostrikov ve basqalari Azerbaycan folklor materiallarini yaziya alib toplunun sehifelerinde nesr etdirmekle gunumuze catdirmislar Toplu hemcinin Asiq Oruc Irza Miriyev Salman Serifbeyov Ehmed Melikov Iskender Sirinov Asiq Iskender Suleyman Cefer oglu Zeynal bey Sefter Ezizov ve basqa bu kimi ilk azerbaycanli folklor soyleyicilerinin adlarini qoruyub oxuculara tanitmaqdadir Azerbaycanli soyleyicilerin dilinden yazilmis folklor metnleri ilk defe olaraq toplunun 1892 ci ilde nesr edilmis 13 cu buraxilisinda yer almisdir Topluda folkor orneklerinin toplanilmasi ve nesri ile bagli proqram xarakterli materiallarina esasen bele netice cixarmaq olar ki o nesre basladigi ilk gunden oz fealiyyet profiline uygun olaraq yerlerde calisan muellimlere diyarsunasliq kulturoloji istiqametlerde arasdirmalar aparilmasini tovsiye edir ve eyni zamanda folklor orneklerinin canli ifadan toplanilmasini yaziya kocurulmesini ve rus diline tercumesini nezerde tuturdu SMOMPK u nesr eden Qafqaz Tedris Dairesi Idaresi yerlerde folklor materiallarinin toplanilmasina xususi fikir vermis ve kend muellimlerine bu isde yardim etmek meqsedile toplayiciliq isinin esas prinsiplerini ehtiva eden 12 bolmeden ibaret tovsiye xarakterli proqram tertib edib gondermisdir Hemin proqram toplunun 1 ci buraxilisinda da yer almisdir Daha sonra SMOMPK un 1882 ve 1900 cu illerde muvafiq olaraq nesr edilmis 2 ci ve 27 ci buraxilislarinda bezi elaveler edilerek proqram daha da tekmillesdirilmisdir Bu baximdan esas proqrama elave olaraq toplunun 27 ci buraxilisinda nesr edilmis Revayet nagil movhumat adetleri ve enenelerinin oyrenilmesi uzre bezi suallar adli material xususi ehemiyyet kesb edirdi Tovsiye xarakterli bele materiallarin nesri sonraki illerde muxtelif janrlardan olan folklor materiallarinin toplanilmasina rus diline tercumesine ve nesrine genis vuset verdi Azerbaycanin muxtelif bolge ve kendlerinde calisan yerli ziyali ve muellimler folklor orneklerini yaziya alarken ve yasadiqlari ve ya toplayiciliq fealiyyeti ile mesgul olduqlari erazi haqqinda topluya kulturoloji diyarsunasliq aspektlerinden meqaleler yazarken sozugeden proqram tovsiyeleri rehber tutmuslar ve bu sebebden de onlarin meqaleleri arasinda movzu qurulus ve s cehetlerden mueyyen yaxinliqlar seslesmeler nezere carpir Bu meqaleler hem de yaxindan uzaqdan toplunun daxili qurulusu ile uygunluq teskil edir Azerbaycan folklor ornekleri SMOMPK mecmuesinde SMOMPK Azerbaycan folkloru materiallari kitabinin birinci cildinde mecmuenin on bir nusxesinde ehate olunan Azerbaycan folkloru ornekleri oz eksini tapmisdir Azerbaycan folklor ornekleri toplunun esasen asagidaki buraxilislarinda yer almisdir Inanclar sinamalar 5 ci 17 ci 20 ci buraxilislar Atalar sozleri ve meseller 1 ci 9 cu 13 cu 34 cu buraxilislar Tapmacalar 1 ci 13 cu 18 ci buraxilislar Efsane ve revayetler 2 ci 7 ci 9 cu 11 ci 13 cu 14 cu 17 ci 18 cu 21 ci 26 ci 32 ci 34 cu 42 ci buraxilislar Bayatilar agilar sikesteler laylalar besik negmeleri vesfi hallar sayaci negmeleri holavarlar 18 ci 20 ci 41 ci buraxilislar Letifeler 9 cu 26 ci 29 cu buraxilislar 2 ci 13 cu 41 ci 42 ci buraxilislar Dastanlar 13 cu 19 cu buraxilislar Merasim folkloru 9 cu 18 ci buraxilislar Usaq folkloru laylalar sanamalar usaq negmeleri seirler usaq oyunlari usaq nagillari heyvanlardan behs eden nagillar 9 cu 13 cu 14 cu 19 cu 20 ci 35 ci buraxilislar Xalq mahnilari 18 ci 42 ci buraxilislar Sehrli nagillar meiset nagillari ve heyvanlardan behs eden nagillar 3 cu 6 ci 7 ci 9 cu 13 cu 19 cu 20 ci 21 ci 26 ci 35 ci 42 ci buraxilislar Qafqaz Erazileri ve xalqlarinin nagillari biblioqrafik gostericisiAMEA Merkezi Elmi Kitabxanasi Qafqaz Erazileri ve xalqlarinin nagillari adli biblioqrafik gostericisini derc etmisdir Gostericide 1881 1929 cu iller erzinde Tiflisde ve Mahacqalada tertib ve derc olunmus Qafqaz erazileri ve xalqlarinin tesvirine dair materiallar toplusu nda SMOMPK eks olunmus nagillarin biblioqrafik gostericisi ehate edilmisdir Kitabda biblioqrafik informasiyanin istifadesini asanlasdirmaq meqsedi ile bir nece adla informasiya axtaris aparati tertib edilmisdir Toplayicilar ve soyleyiciler haqqinda olan komekci aparat bolmesindeki muelliflerin adlari yalniz ilkin menbedeki pasport qeydlerine esasen tertib edilmisdir Biblioqrafik tesvirlerdeki mexezler movzu istiqametinden asili olaraq bir nece basliq altinda qruplasdirilmisdir Hemcinin Qafqazda yasayan coxsayli xalqlarin adlarini ehate eden xususi komekci bolme de tertib edilmisdir Kitab tedqiqatci alim ve telebeler ucun nezerde tutulmusdur Hemcinin baxHenefi Zeynalli Emin EfendiyevIstinadlarOrucova S Azerbaycan folklorunun toplanma tercume ve nesr problemleri QEXTMT SMOMPK materiallari esasinda Baki Elm ve tehsil 2012 seh 536 SMOMPK Azerbaycan folkloru materiallari tertib edenler ve on sozun muellifleri dos R Xelilov dos A Xurremqizi dos A Huseynova 1 ci cild Baki Elm ve tehsil 2018 seh 232 Allahmanli Mahmud smompk mecmuesi ve milli mensubluq missiyasi az 2022 09 27 tarixinde Istifade tarixi 9 iyun 2021 Zeynalli H Secilmis eserleri Toplayani ve capa hazirlayani f e n Rasim Tagiyev Baki Yazici 1982 seh 116 117 qafqaz erazileri ve xalqlarinin nagillari adli biblioqrafik gosterici nesr edilib az www azerbaijan news az 25 06 2021 2010 12 31 tarixinde Istifade tarixi 16 iyun 2021 Qafqaz Erazileri ve xalqlarinin nagillari Biblioqrafik gosterici Baki 2014 Nagil sevenlerin diqqetine http web archive org web 20210625110546 https teleqraf com news az https teleqraf com 2022 09 25 tarixinde Istifade tarixi 16 iyun 2021 EdebiyyatSbornik materialov dlya opisaniya mestnostej i plemyon Kavkaza SMOMPK Azerbaycan folkloru materiallari C 2 Baki 2019 SMOMPK Azerbaycan folkloru materiallari C 3 Baki 2020 Sbornik materialov dlya opisaniya mestnostej i plemen Kavkaza V 46 ti vyp Vyp XI Tiflis 189l Sbornik materialov dlya opisaniya mestnostej i plemen Kavkaza V 46 tn vyp Vyp HPI Tiflis 1892 Sbornik materialov dlya opisaniya mestnostej i plemen Kavkaza V 46 ti vyp Vyp HV Tiflis 1893 Velizade M Qacaq Koroglu haqqinda revayet SMOMPK 1890 9 cu buraxilis 7 ci bolme 2 si sobe s l21 126 Mesediyev Q Zaqafqaziyanin Azerbaycan toropimlegi SMOMPK mecmuesipip materiallap esasinda Baki Elm l990 148 s imrani i SMOMPK mecmuesinde Ragemoloji vahidler Fil elm dis avtoref Baki 2008 28 s Efendiyev E Qafqaz erazileri ve xalqlarinin tesvirine dair materiallar toplusu QEHTMT SMOMPK Izahli biblioqrafiya Baki l998 218 s