Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli və ya Yusifbəyov və ya Usubbəyov (az-əbcəd. نسیب بك یوسفبكلی; 5 iyul 1881, Yelizavetpol – 31 may 1920, Kürdəmir, Göyçay qəzası) — Azərbaycan ictimai-siyasi xadimi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri (1919–1920), Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər; maarif və dini etiqad; xalq maarifi; maliyyə və xalq maarifi naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Müsavat və bitərəflər fraksiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikasının maarif naziri, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Türk Ədəmi-Mərkəziyyət Partiyasının ilk və son sədri, Müsavat Partiyasının Gəncə Təşkilatının ilk sədri.
Nəsib bəy Yusifbəyli | |
---|---|
14 mart 1919 – 30 mart 1920 | |
Əvvəlki | Fətəli xan Xoyski |
Sonrakı | Məmmədhəsən Hacınski |
16 aprel 1919 – 22 dekabr 1919 | |
Hökumət | I Yusifbəyli hökuməti |
Əvvəlki | Xəlil bəy Xasməmmədov |
Sonrakı | Məmmədhəsən Hacınski |
26 dekabr 1918 – 14 mart 1919 | |
Hökumət | III Xoyski hökuməti |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Rəşid xan Qaplanov |
17 iyun 1918 – 6 oktyabr 1918 | |
Hökumət | II Xoyski hökuməti |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
6 oktyabr 1918 – 26 dekabr 1918 | |
Hökumət | II Xoyski hökuməti |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
28 may 1918 – 17 iyun 1918 | |
Hökumət | I Xoyski hökuməti |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
7 dekabr 1918 – 27 aprel 1918 | |
Fraksiya | Müsavat və bitərəflər fraksiyası |
27 may 1919 – 7 dekabr 1919 | |
Fraksiya | Müsavat və demokratik bitərəflər qrupu |
22 aprel 1918 – 26 may 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Müsavat və demokratik bitərəflər qrupu |
5 yanvar 1918 – 6 yanvar 1918 | |
Seçki dairəsi | |
Seçki siyahısı | Müsavat və Müsəlman Milli Komitələrinin 10-cu siyahısı |
Müsavat Partiyasının Gəncə Təşkilatının sədri | |
17 iyun 1917 – ? | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Məşədi Əli Rəfiyev |
Mart 1917 – 17 iyun 1917 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyul 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 31 may 1920 (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Yusif bəy Yusifbəyli |
Həyat yoldaşı | |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiysk Universiteti hüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməmişdir. Universitetdə təhsil alarkən orada oxuyan Azərbaycandan olan tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında iştirak edib. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmək istəsə də, universiteti yarımçıq atmalı təhsilini tamamlamadan Krımda yerləşən Bağçasaray şəhərinə getmək məcburiyyətində qalmışdır. O, burada İsmayıl Qaspıralının əsasını qoyduğu "Tərcüman" qəzetində fəaliyyət göstərmişdir. Aybəniz Kəngərli yazır ki, Nəsib bəyi İsmayıl Qaspıralı ilə Nəriman Nərimanov tanış etmişdir. Bağçasarayda olarkən İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı ilə tanış olur və daha sonra onunla ailə həyatı qurur. Nəsib bəy Yusifbəyli həmin illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib. "Tərcüman" qəzetinin 13 yanvar 1907-ci il tarixli nömrəsində Bağçasaray şəhər teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin Dağılan tifaq faciəsinin tamaşaya qoyulduğu Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir. Həmin qəzetdə verilən məlumatlardan aydın olur ki, Nəsib bəy Yusifbəyli o illərdə Azərbaycan ədəbiyyatşünası Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" və Hüseyn Əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir" adlı əsərlərinin Bağçasaray şəhərində çap olunması üçün çox çalışıb. Lakin naməlum səbəblər üzündən bu məsələ baş tutmayıb.
Siyasi düşüncə və fəaliyyətlərinə görə çar hökuməti tərəfindən təqib olunduğu üçün daha sonra İstanbula köçən Nəsib bəy burada Türk Dərnəyi cəmiyyəti ilə təmasda olub. Nəsib bəy Bağçasaray (Krım) şəhərinə getmiş və burada İsmayıl Qaspıralının "Tərcüman" qəzetiilə əməkdaşlıq etməyə başlamışdır. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirir.
1909-cu ildə İstanbuldan Gəncəyə geri dönən Nəsib bəy burada Gəncə Şəhər Dumasında fəaliyyət göstərir. 1911-ci ildə "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərmiş, Müsəlman xeyriyyə cəmiyyəti, Müsəlmanların maariflənməsi cəmiyyəti, Aktyorlar cəmiyyətinin fəaliyyətlərində yaxından iştirak etmişdir. Bu zaman o, Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmuş və ictimai siyasi fəaliyyətə başlamışdır. Bununla yanaşı, müəllim olaraq da çalışan Nəsib bəy maarifçilik işləri ilə məşğul olur.
Vəfatı
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsindən sonra Tiflisə doğru hərəkət edərkən Göyçay qəzasına bağlı olan Kürdəmir yaxınlığında 31 may tarixində müəmmalı şəkildə həyatını itirmişdir.
Bəzi mənbələrə görə Nəsib bəy Yusifbəyli 1920-ci il mayın əvvəllərində Azərbaycanın Kürdəmir qəzasında Yevlaxın Qorxunlu kəndindən olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirilmişdir.
Ədəbi fəaliyyəti
1911-ci ildə Azərbaycan ziyalıları Mirzə Fətəli Axundovun anadan olmasının 100 illiyini geniş qeyd etmək üçün təşəbbüs göstərdilər. Nəsib bəy Yusifbəyli də onların arasında idi. Onun 1911-ci il mayın 20-də "Tərcüman" qəzetində çap etdirdiyi məqalə bu yubileyə həsr olunub.
Nəsib bəy Yusifbəyli "Molla Nəsrəddin" jurnalını müdafiə etmişdir. Onun 1909-cu il sentyabrın 4-də "Tərcüman" qəzetinin 36-cı sayında dərc edilmiş "Mətbuat" adlı məqaləsində Rusiyada çıxan müsəlman satirik jurnallarından bəhs olunur və "Molla Nəsrəddin" jurnalına xüsusi qiymət verilirdi.
Həmin qəzetin 40-cı nömrəsində çıxmış məqaləsində isə tatar jurnalı "Yulduz" un redaktoru ilə polemika aparan müəllif "Molla Nəsrəddin" jurnalına olan hücumların haqsız olduğunu bildirirdi.
Siyasi-ictimai fəaliyyəti
Çar Rusiyası dövrü
Nəsib bəy Yusifbəyli Müsəlman Xeyriyyə Cəmiyyətinin, Müsəlmanlar İçində Maarifi Yayan Cəmiyyətin və Müsəlman Aktyorlar Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmişdir.
Keçid Dövrü
Fevral inqilabından sonra 1917-ci ilin martında Gəncədə Nəsib bəyin rəhbərliyində Türk Ədəmi-Mərkəziyyət Firqəsinin əsası qoyulur. Firqə daha sonra "Müsavat"la birləşmişdir və Nəsib bəy birləşmiş partiyanın Gəncə şöbəsinin sədri seçilmişdir.
1917-ci ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayındakı çıxışında Nəsib bəy Yusifbəyli Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini qəti şəkildə tələb etmişdir. Həmin ilin may ayında isə Nəsib bəy Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayının iştirakçısı olmuşdur.
Ümumrusiya Müəssislər Məclisinə keçirilmiş seçkilərin nəticəsində Nəsib bəy namizəd olduğu Zaqafqaziya seçki dairəsindən 10 nömrəli siyahı üzrə (Müsəlman Milli Komitələri və "Müsavat" partiyası) parlament üzvü seçildi. Qurucu Məclisin təsis olunduğu gün bolşeviklər tərəfindən dağıdılması bolşevik hökuməti altında Rusiyada parlament sisteminin qurulması ehtimalı ilə bağlı şübhələrə son verdi. Bu hadisədən sonra Cənubi Qafqazdan olan deputatlar bolşeviklərin gücünün tanınmadığını və özlərinin regional güclərinin — Zaqafqaziya Seyminin yaradılmasını elan etməyə məcbur etdi.
Beləliklə, Nəsib bəy 1918-ci ilin 23 fevralından sonra yaranan Zaqafqaziya Seyminə seçilir. Seymdə Cənubi Qafqazın müsəlman xalqlarını təmsil edən 44 nümayəndə Zaqafqaziya Seyminin Müsəlman fraksiyası adlı fraksiyanı təşkil etmişdir. Fraksiyanın sədri Məhəmməd Əmin Rəsulzadə, sədr müavinlərindən biri isə Nəsib bəy Yusifbəyli olmuşdur. biri də Nəsib bəy olur. Nəsib bəy daha sonra seymin əsasında 26 aprel tarixində yaradılan Zaqafqaziya Demokratik Federativ Respublikasında xalq maarif naziri vəzifəsinə seçilir.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
28 may 1918-ci ildə Az ərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da Nəsib bəy yüksək dövlət vəzifələrini icra etmişdir.
Hökumətdə
Nəsib bəy Yusifbəyli bitərəf Fətəli xan Xoyskinin baş nazir olduğu I Xoyski hökumətində xalq maarifi naziri vəzifəsini icra edib. O, II Xoyski hökumətində əvvəlcə maarif və dini etiqad naziri, daha sonra isə kabinə daxili dəyişikliklər sonrasında xalq maarifi naziri vəzifəsini tutmuşdur. Nəsib bəy III Xoyski hökumətində maarif və dini etiqad naziri postunu tutmuşdur.
1919-cu il aprelin 14-də Nazirlər Şurasının sədri seçilən Nəsib bəy Yusifbəyli bu vəzifəni 1920-ci il aprelin 1-nə kimi icra edib. Nəsib bəy tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti dövründə 2 hökumət təşkil olunmuşdur: I Yusifbəyli hökuməti və II Yusifbəyli hökuməti.
Parlamentdə
Partiya fəaliyyəti
1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə Milli Federalistlərin Türk Partiyasını yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M. Ə. Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Müsəlman Demokratik Müsavat Partiyası ilə birləşərək Müsavat adlandırılmağa başlamış və onun proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır.
Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli olmuşdur. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.
Birləşmədən sonra Nəsib bəy Yusifbəyli 10 nömrəli siyahıya görə Zaqafqaziya seçki dairəsindən Müsəlman Milli Komitəsi və Müsavat Partiyası tərəfindən Rusiya Müəssislər Məclisi üzvlüyünə namizəd göstərildi.
1917-ci ilin oktyabr ayının 26-dan 31-dək Bakıda davam edən "Müsavat" partiyasının I Qurultayında Nəsib bəy Yusifbəyli yaxından iştirak etmişdir. Bu qurultaydan sonra "Azərbaycana muxtariyyət" şüarı altında hərəkat başlanıb.
Ailəsi
Nəsib bəy Yusifbəyli İsmayıl bəy Qaspıralının böyük qızı Şəfiqə Qaspıralı ilə ailə həyatı qurmuşdur. Onların iki övladı olmuşdur: Zöhrə xanım və Niyazi bəy.
- Zöhrə xanım İsmayıl Qaspıralının vəfat etmiş xanımının adını daşıyırdı. Zöhrə xanım Azərbaycan Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi yüz tələbədən biri olan Mirzə Hacızadə (Göygöl) ilə ailə həyatı qurub, İstanbulda Zöhrə Göygöl adı ilə yaşamışdır.
- Nəvəsi Oğuz Göygöl 2022-ci ilin fevral ayının 17-də Almaniyanın Hamburq şəhərində vəfat etmişdir.
- Niyazi bəyə Gənc türklər inqilabının qəhramanı Resneli Niyazi bəyin adı qoyulub. 1908-ci ildə Gəncədə anadan olub. Qalatasaray liseyində orta təhsil alır, ardınca İstanbul Universiteti Dil və tarix fakültəsinin tarix bölümündə oxuyur, buradan məzun olur. 1939-cu ildə "Hiung-nular" adlı elmi işi müdafiə edir. Mühacirətdə "Kürdəmir" soyadını qəbul edib. Niyazi Yusifbəyli (Kürdəmir) 1964-cü il dekabr ayının 25-də gecə saatlarında Ankaradakı evində keçirdiyi infarkt nəticəsində vəfat edib.
Nəsib bəy Yusifbəyli 1909-cu ildə Şəfiqə Qaspıralıdan ayrılmış, sonralar başqa bir qadınla evlənmişdir.
Nəsib bəyin qaynatası ilə onun ölümünədək yüksək səviyyədə əlaqələri olmuşdur. İsmayıl bəy Qaspıralının dəfnində çəkilən şəkildə oğlu Rifət bəy və Nəsib bəy Yusifbəyli var. Həsən Səbri Ayvazov İsmayıl bəyin son saatlarında onun yatağı yanında Nəsib bəy Yusifbəylinin də olduğunu, İsmayıl bəy Qaspıralının vəsiyyətlərini həm də ona xitabən söylədiyini bildirmişdir.
Soyu
Nəsib bəy Yusifbəylinin ailəsinin Gəncəyə XVII–XVIII əsrlərdə Cənubi Azərbaycandan gəldiyi ehtimal olunur. Ailənin ulularından olan Nəsib və Usub bəylərin XVIII əsrdən etibarən Gəncədə nüfuz və torpaq sahibi olduğu məlumdur. Usub bəy Gəncə xanı Cavad xanın vəziri olmaq dərəcəsinə qədər yüksələ bilmişdir. Bu ailədən olan Şükufə xanımın Cavad xanın ilk həyat yoldaşı olduğu qeyd olunur. Ailəyə məxsus mülklərə Tovuzun Yuxarı Öysüzlü kəndində yerləşən malikanə daxil olmaqla ətrafda yerləşən torpaq sahələri, eləcə də Gəncə və Hacıkənddə yerləşən mülklər daxil idi.
Yusifbəylilər nəsili XIX əsrin sonu XX əsrin əvvəllərində Gəncə şəhərində yaşayırdı. Gəncənin Səfərabad məhəlləsində Nəsib bəyin yaşadığı ev yerləşirdi. Nəsib bəy sonralar həyat yoldaşı olmuş Şəfiqə Qaspıralıya yazdığı məktubunda Səfərabad məhəlləsində yerləşən ikiotaqlı evdə yaşadığını qeyd edirdi. Hal-hazırda Nəsib bəy Yusifbəylinin adını daşıyan küçədə yerləşən mənzildə Yusifbəylilər nəslinin XIX əsrin 60-cı illərindən məskunlaşdığı məlumdur.
Xatirəsi
Azərbaycanda
- Bakıda və Gəncədə Nəsib bəy Yusifbəyli şərəfinə küçə adlandırılıb.
Mənbə
- Nəsib bəy Yusifbəylinin faciəsi və ailə dramı — ARAŞDIRMA
- Nəsib bəy Yusifbəyli- Həyatı haqqında bütün məlumatlar.
- Nəsib bəy Yusifbəyli haqqında bilmədiyimiz maraqlı faktlar və xatirələr- İki araşdırmaçının qeydləri 2018-04-29 at the Wayback Machine
Ədəbiyyat
- Azərbaycan Milli Arxiv İdarəsi. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il (500 nüs.). Bakı: Adiloğlu. 2006.
- Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti. Bakı. 2008.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN .
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN .
- Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
- (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
İstinadlar
- Musa Qasımlı, Cavid Hüseynov. Azərbaycanın baş nazirləri. Bakı: 2005.
- "Milli tərəqqi yolunun cığırdaşı - Nəsib bəy Yusifbəyli; Paylaşılıb: 12.05.2018; Arxivlənib: 13.12.2019". 2019-12-13 tarixində . İstifadə tarixi: 2019-12-13.
- H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 333–336.
- İradə Sariyeva Nəsib Bəy Yusifbəylinin ictimai-siyasi fəaliyyətində Azərbaycançiliq ideyasi:Bakı xəbər.-2016.-8/9 mart.-№ 44.-S.15.
- Tahirzadə, Ədalət. "Nəsib bəy Yusifbəyli: həyatı haqqında bütün məlumatlar". wordpress.com. 2014-04-21. 2024-03-08 tarixində . İstifadə tarixi: 2024-03-08.
- Əhməd, Dilqəm. "Nəsib bəy Yusifbəylinin Ankarada infarkt keçirən oğlu". oxu.az. 2020-03-14. 2020-08-06 tarixində . İstifadə tarixi: 2024-04-10.
- İradə Sarıyeva Nəsib Bəy Yusifbəylinin ictimai-siyasi fəaliyyətində Azərbaycançılıq ideyası: Bakı xəbər.-2016.-8/9 mart.-№ 44.-S.15.
- "Arxivlənmiş surət". 2022-03-31 tarixində . İstifadə tarixi: 2022-02-17.
- Nəsib bəy nümunəsi. Nazif Qəhrəmanlı, 3 səh.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nesib bey Yusif bey oglu Yusifbeyli ve ya Yusifbeyov ve ya Usubbeyov az ebced نسیب بك یوسفبكلی 5 iyul 1881 Yelizavetpol 31 may 1920 Kurdemir Goycay qezasi Azerbaycan ictimai siyasi xadimi publisist Azerbaycan Xalq Cumhuriyyetinin Nazirler Surasinin sedri 1919 1920 Azerbaycan Xalq Cumhuriyyetinin daxili isler maarif ve dini etiqad xalq maarifi maliyye ve xalq maarifi naziri Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu Musavat ve biterefler fraksiyasinin uzvu Azerbaycan Xalq Cumhuriyyeti Milli Surasinin uzvu Zaqafqaziya Demokratik Federativ Respublikasinin maarif naziri Zaqafqaziya Seyminin ve Zaqafqaziya Seyminin Muselman fraksiyasinin uzvu Turk Edemi Merkeziyyet Partiyasinin ilk ve son sedri Musavat Partiyasinin Gence Teskilatinin ilk sedri Nesib bey YusifbeyliAzerbaycan Xalq Cumhuriyyetinin Nazirler Surasinin sedri14 mart 1919 30 mart 1920EvvelkiFeteli xan XoyskiSonrakiMemmedhesen HacinskiAzerbaycan Xalq Cumhuriyyetinin daxili isler naziri16 aprel 1919 22 dekabr 1919HokumetI Yusifbeyli hokumetiEvvelkiXelil bey XasmemmedovSonrakiMemmedhesen HacinskiAzerbaycan Xalq Cumhuriyyetinin maarif ve dini etiqad naziri26 dekabr 1918 14 mart 1919HokumetIII Xoyski hokumetiEvvelkivezife tesis edilibSonrakiResid xan Qaplanov17 iyun 1918 6 oktyabr 1918HokumetII Xoyski hokumetiEvvelkivezife tesis edilibSonrakivezife legv edilibAzerbaycan Xalq Cumhuriyyetinin xalq maarifi naziri6 oktyabr 1918 26 dekabr 1918HokumetII Xoyski hokumetiEvvelkivezife tesis edilibSonrakivezife legv edilibAzerbaycan Xalq Cumhuriyyetinin maliyye ve xalq maarifi naziri28 may 1918 17 iyun 1918HokumetI Xoyski hokumetiEvvelkivezife tesis edilibSonrakivezife legv edilibAzerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu7 dekabr 1918 27 aprel 1918FraksiyaMusavat ve biterefler fraksiyasiAzerbaycan Xalq Cumhuriyyeti Milli Surasinin uzvu27 may 1919 7 dekabr 1919FraksiyaMusavat ve demokratik biterefler qrupuZaqafqaziya Demokratik Federativ Respublikasinin xalq maarifi naziri22 aprel 1918 26 may 1918Evvelkivezife tesis edilibSonrakivezife legv edilibZaqafqaziya Seyminin uzvu23 fevral 1918 26 may 1918FraksiyaMuselman fraksiyasiQrupMusavat ve demokratik biterefler qrupuUmumrusiya Muessisler Meclisinin uzvu5 yanvar 1918 6 yanvar 1918Secki dairesiSecki siyahisiMusavat ve Muselman Milli Komitelerinin 10 cu siyahisiMusavat Partiyasinin Gence Teskilatinin sedri17 iyun 1917 Evvelkivezife tesis olunubSonrakiMesedi Eli RefiyevTurk Edemi Merkeziyyet Firqesinin sedriMart 1917 17 iyun 1917Evvelkivezife tesis olunubSonrakivezife legv olunubSexsi melumatlarDogum tarixi 5 iyul 1881 1881 07 05 Dogum yeri Yelizavetpol Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 31 may 1920 1920 05 31 38 yasinda Vefat yeri Kurdemir Goycay qezasi Azerbaycan SSRVefat sebebi sui qesdPartiya Musavat Partiyasi 1917 1920 Turk Edemi Merkeziyyet Firqesi 1917 1917 Tehsili Gence Kisi Gimnaziyasi Odessa UniversitetiFealiyyeti siyasetciAtasi Yusif bey YusifbeyliHeyat yoldasi Sefiqe YusifbeyliDini islam Vikianbarda elaqeli mediafayllarHeyatiNovorosiysk Universiteti telebeleri Sagdan oturan 1 ci Nesib bey Yusifbeyli Nesib bey Yusifbeyli 1881 ci ilde Gence seherinde anadan olmusdur Orta tehsilini Gence gimnaziyasinda almisdir 1902 ci ilde Odessa seherindeki Imperator Novorosiysk Universiteti huquq fakultesine daxil olmus amma universiteti bitire bilmemisdir Universitetde tehsil alarken orada oxuyan Azerbaycandan olan telebelerle birlikde Azerbaycan Yerliler Cemiyyetinin yaradilmasinda istirak edib Telebelerin inqilabi herekatindan qorxuya dusen car hokumeti universtiteti muveqqeti bagladiqdan sonra Nesib bey tehsilini Xarkov Universitetinin huquq fakultesinde davam etdirmek istese de universiteti yarimciq atmali tehsilini tamamlamadan Krimda yerlesen Bagcasaray seherine getmek mecburiyyetinde qalmisdir O burada Ismayil Qaspiralinin esasini qoydugu Tercuman qezetinde fealiyyet gostermisdir Aybeniz Kengerli yazir ki Nesib beyi Ismayil Qaspirali ile Neriman Nerimanov tanis etmisdir Bagcasarayda olarken Ismayil Qaspiralinin qizi Sefiqe Qaspirali ile tanis olur ve daha sonra onunla aile heyati qurur Nesib bey Yusifbeyli hemin illerde Azerbaycan dramaturqlarinin eserlerini Bagcasarayda tamasaya qoyub ozu de esas rollarda cixis edib Tercuman qezetinin 13 yanvar 1907 ci il tarixli nomresinde Bagcasaray seher teatr heveskarlari terefinden Ebdurrehim bey Haqverdiyevin Dagilan tifaq faciesinin tamasaya qoyuldugu Necef bey rolunu Nesib beyin oynadigi xeber verilir Hemin qezetde verilen melumatlardan aydin olur ki Nesib bey Yusifbeyli o illerde Azerbaycan edebiyyatsunasi Firidun bey Kocerlinin Azerbaycan edebiyyati ve Huseyn Efendi Qayibovun Azerbaycanda meshur olan suaranin esarina mecmuedir adli eserlerinin Bagcasaray seherinde cap olunmasi ucun cox calisib Lakin namelum sebebler uzunden bu mesele bas tutmayib Ayaq uste Osman Nuri Agcoqraqli Eylesenler Nesib bey Yusifbeyli soldan ve Hesen Sebri Ayvazov sagdan Siyasi dusunce ve fealiyyetlerine gore car hokumeti terefinden teqib olundugu ucun daha sonra Istanbula kocen Nesib bey burada Turk Derneyi cemiyyeti ile temasda olub Nesib bey Bagcasaray Krim seherine getmis ve burada Ismayil Qaspiralinin Tercuman qezetiile emekdasliq etmeye baslamisdir Burada o ozu bas rolda oynamaqla Azerbaycan dramaturqlarinin eserlerini sehnelesdirir 1909 cu ilde Istanbuldan Genceye geri donen Nesib bey burada Gence Seher Dumasinda fealiyyet gosterir 1911 ci ilde Molla Nesreddin jurnalina ve qezetlere meqaleler gondermis Muselman xeyriyye cemiyyeti Muselmanlarin maariflenmesi cemiyyeti Aktyorlar cemiyyetinin fealiyyetlerinde yaxindan istirak etmisdir Bu zaman o Mehemmed Emin Resulzade ile tanis olmus ve ictimai siyasi fealiyyete baslamisdir Bununla yanasi muellim olaraq da calisan Nesib bey maarifcilik isleri ile mesgul olur Vefati 28 aprel 1920 ci ilde Azerbaycan Xalq Cumhuriyyetinin suqut etmesinden sonra Tiflise dogru hereket ederken Goycay qezasina bagli olan Kurdemir yaxinliginda 31 may tarixinde muemmali sekilde heyatini itirmisdir Bezi menbelere gore Nesib bey Yusifbeyli 1920 ci il mayin evvellerinde Azerbaycanin Kurdemir qezasinda Yevlaxin Qorxunlu kendinden olan quldur Esrefin yaxin adamlari terefinden qetle yetirilmisdir Edebi fealiyyeti1911 ci ilde Azerbaycan ziyalilari Mirze Feteli Axundovun anadan olmasinin 100 illiyini genis qeyd etmek ucun tesebbus gosterdiler Nesib bey Yusifbeyli de onlarin arasinda idi Onun 1911 ci il mayin 20 de Tercuman qezetinde cap etdirdiyi meqale bu yubileye hesr olunub Nesib bey Yusifbeyli Molla Nesreddin jurnalini mudafie etmisdir Onun 1909 cu il sentyabrin 4 de Tercuman qezetinin 36 ci sayinda derc edilmis Metbuat adli meqalesinde Rusiyada cixan muselman satirik jurnallarindan behs olunur ve Molla Nesreddin jurnalina xususi qiymet verilirdi Hemin qezetin 40 ci nomresinde cixmis meqalesinde ise tatar jurnali Yulduz un redaktoru ile polemika aparan muellif Molla Nesreddin jurnalina olan hucumlarin haqsiz oldugunu bildirirdi Siyasi ictimai fealiyyetiCar Rusiyasi dovru Nesib bey Yusifbeyli Muselman Xeyriyye Cemiyyetinin Muselmanlar Icinde Maarifi Yayan Cemiyyetin ve Muselman Aktyorlar Cemiyyetinin fealiyyetinde yaxindan istirak etmisdir Kecid Dovru Fevral inqilabindan sonra 1917 ci ilin martinda Gencede Nesib beyin rehberliyinde Turk Edemi Merkeziyyet Firqesinin esasi qoyulur Firqe daha sonra Musavat la birlesmisdir ve Nesib bey birlesmis partiyanin Gence sobesinin sedri secilmisdir Musavat Partiyasinin I Qurultayi Sagdan sola Abbasqulu Kazimzade Kerbelayi Veli Mikayilov Nesib bey Yusifbeyli Mirze Mehemmed Axundov Mehemmed Emin Resulzade Memmed Eli Resulzade Tagi Nagiyev 1917 ci ilin aprelinde Bakida cagirilan Qafqaz muselmanlarinin qurultayindaki cixisinda Nesib bey Yusifbeyli Rusiyanin terkibinde Azerbaycana muxtariyyet verilmesini qeti sekilde teleb etmisdir Hemin ilin may ayinda ise Nesib bey Moskvada kecirilen Rusiya muselmanlarinin qurultayinin istirakcisi olmusdur Umumrusiya Muessisler Meclisine kecirilmis seckilerin neticesinde Nesib bey namized oldugu Zaqafqaziya secki dairesinden 10 nomreli siyahi uzre Muselman Milli Komiteleri ve Musavat partiyasi parlament uzvu secildi Qurucu Meclisin tesis olundugu gun bolsevikler terefinden dagidilmasi bolsevik hokumeti altinda Rusiyada parlament sisteminin qurulmasi ehtimali ile bagli subhelere son verdi Bu hadiseden sonra Cenubi Qafqazdan olan deputatlar bolseviklerin gucunun taninmadigini ve ozlerinin regional guclerinin Zaqafqaziya Seyminin yaradilmasini elan etmeye mecbur etdi Belelikle Nesib bey 1918 ci ilin 23 fevralindan sonra yaranan Zaqafqaziya Seymine secilir Seymde Cenubi Qafqazin muselman xalqlarini temsil eden 44 numayende Zaqafqaziya Seyminin Muselman fraksiyasi adli fraksiyani teskil etmisdir Fraksiyanin sedri Mehemmed Emin Resulzade sedr muavinlerinden biri ise Nesib bey Yusifbeyli olmusdur biri de Nesib bey olur Nesib bey daha sonra seymin esasinda 26 aprel tarixinde yaradilan Zaqafqaziya Demokratik Federativ Respublikasinda xalq maarif naziri vezifesine secilir Azerbaycan Xalq Cumhuriyyeti dovru Azerbaycan Xalq Cumhuriyyeti IV Nazirler Surasinin heyeti Ortada Nazirler Surasinin sedri Nesib bey Yusifbeyli 28 may 1918 ci ilde Az erbaycan Xalq Cumhuriyyeti elan edildikden sonra da Nesib bey yuksek dovlet vezifelerini icra etmisdir Hokumetde I Yusifbeyli hokumetinin uzvleri On sirada soldan Aslan bey Sefikurdski Xudadat bey Melik Aslanov Semed bey Mehmandarov Nesib bey Yusifbeyli Memmed Yusif Ceferov Eliaga Hesenov Arxa sirada Xoren Amaspur Resid xan Qaplanov Aga Eminov Camo bey Hacinski Viktor Klenevski Neriman bey Nerimanbeyli Nesib bey Yusifbeyli biteref Feteli xan Xoyskinin bas nazir oldugu I Xoyski hokumetinde xalq maarifi naziri vezifesini icra edib O II Xoyski hokumetinde evvelce maarif ve dini etiqad naziri daha sonra ise kabine daxili deyisiklikler sonrasinda xalq maarifi naziri vezifesini tutmusdur Nesib bey III Xoyski hokumetinde maarif ve dini etiqad naziri postunu tutmusdur 1919 cu il aprelin 14 de Nazirler Surasinin sedri secilen Nesib bey Yusifbeyli bu vezifeni 1920 ci il aprelin 1 ne kimi icra edib Nesib bey terefinden Azerbaycan Xalq Cumhuriyyeti dovrunde 2 hokumet teskil olunmusdur I Yusifbeyli hokumeti ve II Yusifbeyli hokumeti Parlamentde Partiya fealiyyeti 1917 ci ilin mart ayinda Nesib bey Yusifbeyli oz yaxinlari ile Gencede Milli Federalistlerin Turk Partiyasini yaratmisdir Yeni yaradilan partiyanin esas telebi Rusiyanin milli erazi muxtariyyetleri esasinda teskili idi 1917 ci ilin iyulunda bu partiya M E Mehemmed Emin Resulzadenin basciligi ile Muselman Demokratik Musavat Partiyasi ile birleserek Musavat adlandirilmaga baslamis ve onun proqramlarinda milletci federalistlerin esas telebi Rusiyanin milli erazi muxtariyyetleri esasinda qurulmasi saxlanilmisdir Mehemmed Emin Resulzade Musavat Partiyasinin Merkezi Komitesinin sedri secildikden sonra Gencede partiyanin rehberi N Yusifbeyli olmusdur 1917 ci ilde Rusiyada bolsevikler hakimiyyete geldikden sonra partiya oz nizamnamesinde deyisiklik ederek Azerbaycanin tam musteqilliyini teleb etmeye baslamisdir Birlesmeden sonra Nesib bey Yusifbeyli 10 nomreli siyahiya gore Zaqafqaziya secki dairesinden Muselman Milli Komitesi ve Musavat Partiyasi terefinden Rusiya Muessisler Meclisi uzvluyune namized gosterildi 1917 ci ilin oktyabr ayinin 26 dan 31 dek Bakida davam eden Musavat partiyasinin I Qurultayinda Nesib bey Yusifbeyli yaxindan istirak etmisdir Bu qurultaydan sonra Azerbaycana muxtariyyet suari altinda herekat baslanib AilesiNesib bey Yusifbeyli Ismayil bey Qaspiralinin boyuk qizi Sefiqe Qaspirali ile aile heyati qurmusdur Onlarin iki ovladi olmusdur Zohre xanim ve Niyazi bey Sefiqe xanim ovladlari Zohre ve Niyazi ileZohre xanim Ismayil Qaspiralinin vefat etmis xaniminin adini dasiyirdi Zohre xanim Azerbaycan Cumhuriyyetinin xaricde tehsil almaga gonderdiyi yuz telebeden biri olan Mirze Hacizade Goygol ile aile heyati qurub Istanbulda Zohre Goygol adi ile yasamisdir Nevesi Oguz Goygol 2022 ci ilin fevral ayinin 17 de Almaniyanin Hamburq seherinde vefat etmisdir Niyazi beye Genc turkler inqilabinin qehramani Resneli Niyazi beyin adi qoyulub 1908 ci ilde Gencede anadan olub Qalatasaray liseyinde orta tehsil alir ardinca Istanbul Universiteti Dil ve tarix fakultesinin tarix bolumunde oxuyur buradan mezun olur 1939 cu ilde Hiung nular adli elmi isi mudafie edir Muhaciretde Kurdemir soyadini qebul edib Niyazi Yusifbeyli Kurdemir 1964 cu il dekabr ayinin 25 de gece saatlarinda Ankaradaki evinde kecirdiyi infarkt neticesinde vefat edib Nesib bey Yusifbeyli 1909 cu ilde Sefiqe Qaspiralidan ayrilmis sonralar basqa bir qadinla evlenmisdir Nesib beyin qaynatasi ile onun olumunedek yuksek seviyyede elaqeleri olmusdur Ismayil bey Qaspiralinin defninde cekilen sekilde oglu Rifet bey ve Nesib bey Yusifbeyli var Hesen Sebri Ayvazov Ismayil beyin son saatlarinda onun yatagi yaninda Nesib bey Yusifbeylinin de oldugunu Ismayil bey Qaspiralinin vesiyyetlerini hem de ona xitaben soylediyini bildirmisdir Soyu Nesib bey Yusifbeylinin ailesinin Genceye XVII XVIII esrlerde Cenubi Azerbaycandan geldiyi ehtimal olunur Ailenin ulularindan olan Nesib ve Usub beylerin XVIII esrden etibaren Gencede nufuz ve torpaq sahibi oldugu melumdur Usub bey Gence xani Cavad xanin veziri olmaq derecesine qeder yuksele bilmisdir Bu aileden olan Sukufe xanimin Cavad xanin ilk heyat yoldasi oldugu qeyd olunur Aileye mexsus mulklere Tovuzun Yuxari Oysuzlu kendinde yerlesen malikane daxil olmaqla etrafda yerlesen torpaq saheleri elece de Gence ve Hacikendde yerlesen mulkler daxil idi Yusifbeyliler nesili XIX esrin sonu XX esrin evvellerinde Gence seherinde yasayirdi Gencenin Seferabad mehellesinde Nesib beyin yasadigi ev yerlesirdi Nesib bey sonralar heyat yoldasi olmus Sefiqe Qaspiraliya yazdigi mektubunda Seferabad mehellesinde yerlesen ikiotaqli evde yasadigini qeyd edirdi Hal hazirda Nesib bey Yusifbeylinin adini dasiyan kucede yerlesen menzilde Yusifbeyliler neslinin XIX esrin 60 ci illerinden meskunlasdigi melumdur XatiresiAzerbaycanda Bakida ve Gencede Nesib bey Yusifbeyli serefine kuce adlandirilib MenbeNesib bey Yusifbeylinin faciesi ve aile drami ARASDIRMA Nesib bey Yusifbeyli Heyati haqqinda butun melumatlar Nesib bey Yusifbeyli haqqinda bilmediyimiz maraqli faktlar ve xatireler Iki arasdirmacinin qeydleri 2018 04 29 at the Wayback MachineEdebiyyat Azerbaycan Milli Arxiv Idaresi Zaqafqaziya Seyminin muselman fraksiyasi ve Azerbaycan Milli Surasi iclaslarinin protokollari 1918 ci il 500 nus Baki Adiloglu 2006 Oqtay Esedov Rafael Cebrayilov Azerbaycan Respublikasinin Parlamenti Baki 2008 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF 1 Lider nesriyyati Baki 2004 seh 440 ISBN 9952 417 14 2 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF 2 Lider nesriyyati Baki 2004 seh 472 ISBN 9952 417 44 4 Nesiman Yaqublu Cumhuriyyet quruculari PDF Baki NURLAR Nesriyyat Poliqrafiya Merkezi 2018 seh 504 Azerbaycan Xalq Cumhuriyyeti 1918 1920 Parlament Stenoqrafik hesabatlar I kitab PDF Baki Azerbaycan nesriyyati AZERBAYCAN RESPUBLIKASI NAZIRLER KABINETINI YANINDA BAS ARXIV IDARESI 1998 seh 976 PDF Baki Azerbaycan nesriyyati AZERBAYCAN RESPUBLIKASI NAZIRLER KABINETINI YANINDA BAS ARXIV IDARESI 1998 seh 992 Istinadlar Musa Qasimli Cavid Huseynov Azerbaycanin bas nazirleri Baki 2005 Milli tereqqi yolunun cigirdasi Nesib bey Yusifbeyli Paylasilib 12 05 2018 Arxivlenib 13 12 2019 2019 12 13 tarixinde Istifade tarixi 2019 12 13 H Ehmedov Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki Elm ve tehsil 2014 seh 333 336 Irade Sariyeva Nesib Bey Yusifbeylinin ictimai siyasi fealiyyetinde Azerbaycanciliq ideyasi Baki xeber 2016 8 9 mart 44 S 15 Tahirzade Edalet Nesib bey Yusifbeyli heyati haqqinda butun melumatlar wordpress com 2014 04 21 2024 03 08 tarixinde Istifade tarixi 2024 03 08 Ehmed Dilqem Nesib bey Yusifbeylinin Ankarada infarkt keciren oglu oxu az 2020 03 14 2020 08 06 tarixinde Istifade tarixi 2024 04 10 Irade Sariyeva Nesib Bey Yusifbeylinin ictimai siyasi fealiyyetinde Azerbaycanciliq ideyasi Baki xeber 2016 8 9 mart 44 S 15 Arxivlenmis suret 2022 03 31 tarixinde Istifade tarixi 2022 02 17 Nesib bey numunesi Nazif Qehremanli 3 seh Hemcinin baxAzerbaycan Xalq Cumhuriyyeti Parlamenti I Yusifbeyli hokumeti II Yusifbeyli hokumeti