Bu səhifədə iş davam etməkdədir. |
"Müsavat" (ərəb. مساواة — bərabərlik) — XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən siyasi partiya. Partiyanın əsası 1911-ci ildə Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulub. Partiya 1918-1920-ci illərdə Azərbaycanda baş verən əsas siyasi proseslərdə iştirak etmişdir. Onun funksionerləri və üzvləri Azərbaycan Demokratik Respublikasının yaradılmasında önəmli rol oynamışdır.
Müsavat Müsəlman Demokrat Partiyası | |
---|---|
Lideri | Məhəmməd Əmin Rəsulzadə |
Quruluş tarixi | 1911 |
Dağılma tarixi | 1930-cu illərin sonu |
Birləşən | Difai Partiyası Türk Ədəmi-Mərkəziyyət Firqəsi |
Sələfi | Hümmət Partiyası |
Xələfi | Müsavat Partiyası |
Baş qərargah | Bakı |
İdeologiya | İslam liberalizmi, sivil millətçilik, pantürkizm, antikommunizm |
Mətbuat orqanı | Açıq söz qəzeti |
Tarixi
Müsavat Partiyası 1911-ci ildə Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev tərəfindən yaradılıb. Partiyanı yaradanlar Hümmət Partiyasının keçmiş üzvüləri idi. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat partiyası gizli olaraq fəaliyyət göstərib. Partiya üzvlərinə "partiyanın mövcudluğunu ciddi şəkildə gizli saxlamaq və hələlik üzvlərinin sayını artırmaqla məhdudlaşmaq, gələcək mübarizəyə hazırlaşmaq və güc toplamaq" tapşırılıb. "Açıq söz" vasitəsilə Birinci Dünya müharibəsi illərində Müsavat partiyasının rəhbərləri müsəlmanları Osmanlı imperiyası ilə müharibəni "zəfərlə sona çatdırmağa" çağırırdılar. Lakin bununla yanaşı partiyanın lideri M. Ə. Rəsulzadə eyni zamanda türk kimliyini müdafiə edirdi ("Bizim dilimiz türk, milliyyətcə türkük"), lakin bu pantürkizm rus əsaslı idi və İsmayıl Qaspıralının islam modernizmindən qaynaqlanırdı.Türklər Anadolu türkləri, azərbaycanlılar, qazaxlar və özbəklər daxil olmaqla vahid bir millət kimi başa düşülürdü. Bundan başqa, Azərbaycan türkləri dedikdə şirvanlılar, bakılılar, gəncəlilər, irəvanlılar, borçalılar və İranın şimal-qərbində yaşayanlar başa düşülürdü. Fevral inqilabından əvvəl Müsavat mədəni və milli muxtariyyət idealları ilə məhdudlaşaraq müstəqil türk dövlətinin yaradılmasını tələb etmirdi.
Müsavatın üç əsas prinsipi var idi. Bu prinsplər türkçülük (dil), islamçılıq (din) və avropaçılıq (müasirlik, tərəqqi, zaman) idi. Hər üç prinsip üz rəngli milli Azərbaycan bayrağında (mavi, yaşıl və qırmızı) öz əksini tapıb.
İlk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışırdı.
Müsavatın Cənubi Qafqazda populyarlığı onunla izah olunur ki, onun nizamnaməsində Qurana, İslam dininə və millətinə beyət edən hər kəs bu partiyaya üzv ola bilər yazılmışdı. Amma şiə mollaları baxımından Müsavat anti-islamçı, sosialist və millətçi bir partiya idi.
Fevral inqilabından sonra Azərbaycanda yeni şəraitdə hakim mövqe tutan partiya Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsini tələb etməklə yanaşı, "Rusiya Demokratik Respublikası"nın yaradılmasının tərəfdarı idi. 1917-ci il iyunun 17-də Müsavat Türk Federalist Partiyası ilə birləşdi. Partiya "Türkiyə Demokratik Federalist-Müsavatçılar Partiyası" adlandırılmağa başladı. Bu partiyanın proqramında artıq demokratik Rusiya daxilində milli-ərazi muxtariyyəti tələbi var idi. Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək şəhərdə yerləşib.
Müsavat Azərbaycan millətinin daxilində sinfi sülhü təbliğ edirdi. Müsavat partiyasını iri burjuaziya və mülkədarlarla yanaşı, xırda burjuaziya, millətçi ziyalılar, eləcə də kəndlilərin bir hissəsi dəstəkləyirdi. Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət idi və o, islami xarakter daşıyırdı. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirildi. 1915-ci ilin oktyabr ayında M. Ə. Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat partiyasının rəsmi orqanına çevrildi.
Qurultayları
Birinci qurultay
1917-ci il oktyabrın 26–31-də Bakıda "İsmailiyyə" binasında Müsavat partiyasının ilk qurultayı baş tutdu. Qurultayda partiyanın ilk Mərkəzi komitəsinə üzvlər seçildi. Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Musa bəy Rəfiyev, Mustafa bəy Vəkilov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, Mirzə Məhəmməd Axundzadə Mərkjəzi komitənin üzvləri oldu. Birləşmiş partiyanın birinci qurultayında aşağıdakı tələbləri özündə əks etdirən yeni proqram qəbul olundu:
- Rusiyanın siyasi sistemi federativ demokratik respublika formasında, milli-ərazi muxtariyyəti əsasında olmalıdır;
- Söz, vicdan, mətbuat, birliklər, yığıncaqlar, tətillər konstitusiya ilə təsdiq edilməli və dövlət tərəfindən təmin edilməlidir;
- Bütün vətəndaşlar dinindən, milliyyətindən, cinsindən və siyasi əqidəsindən asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Pasport sistemi ləğv edilir. Hər kəsə həm öz ölkəsi daxilində səyahət etmək, həm də heç bir xüsusi icazə olmadan əyalətdən kənara çıxmaq hüququ verilir;
- Bütün işçilər və fəhlələr üçün səkkiz saatlıq iş günü müəyyən edilir.
- Bütün dövlət, təsərrüfat, zadəgan və xüsusi mülkiyyətdə olan torpaqlar kəndlilərə pulsuz və təmənnasız paylanır.
- Məhkəmələr yalnız qanunlara tabedirlər və bundan sonra səlahiyyətli məhkəmə orqanlarının qərarları təsdiq edilənədək heç bir vətəndaş cəzalandırılmır;
- Universal, pulsuz və icbari ibtidai və ali təhsil olmalıdır.
Ümumilikdə proqram 76 bənddən ibarət idi və torpaq, əmək, milli, dini və digər məsələlərlə bağlı müddəaları ehtiva edirdi.
Qurultayda Məhəmməd Əmin Rəsulzadə partiyanın Mərkəzi Komitəsinin sədri seçildi. Partiyanın şöbələri nəinki Azərbaycanın bütün qəzalarında o, cümlədən Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və İstanbulda təşkil edilmişdi.
Müsəlman Demokrat Partiyası 125 deputatlıq Zaqafqaziya Seymində 30 deputatla təmsil olunub.
1918-ci il mayın 28-də Tiflisdə Müsavat partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçildi.
İkinci qurultay
1919-cu ilin dekabrında Bakı şəhərində Müsavat partiyasının II qurultayı keçirildi. Qurultay dekabrın 2-dən 12-dək müddətdə davam etdi. Cümhuriyyətin bütün bölgələrindən qurultaya 140 nümayəndə gəlmişdi. Qurultayı giriş sözü ilə Məhəmməd Əmin Rəsulzadə açdı və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış etdi.
Qurultayın Siyasi Komissiyasına Məmməd Yusif Cəfərov, Musa bəy Rəfiyev, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və Məhəmməd Əmin Rəsulzadə seçildi. Mandat Komissiyasına isə Cavad bəy Məlik-Yeqanov, Məhəmməd Əmin Rəsulzadə və Əbdülvahab Məmmədzadə üzv oldular. Qurultayın birinci iclası gecə saat 10-a dək davam etmiş, ikinci gün isə qurultaya Şəfi bəy Rüstəmbəyli sədrlik etmişdir. İkinci gün qurultayın Rəyasət Heyəti seçilmişdir. Rəyasət Heyətinə Məhəmməd Əmin Rəsulzadə sədr kimi, Şəfi bəy Rüstəmbəyli, Məşədi Əli Rəfiyev, Əbdül Qasım Rüstəmzadə, İbrahim Yusif sədarət kimi seçilmişdisə, İslam bəy Qəbulzadə, Mirzə Məhəmməd Axundzadə, Cavad Axundzadə, Mövsümzadə katiblik üzvü olmuşdular.
İkinci qurultayda Qafqaz konfederasiyası, Denikin təhlükəsi, Dağıstan məsələsi haqda qərarlar qəbul edilib. Partiya Proqramı yenilənib, 67 maddəlik iki hissəlik yeni proqram qəbul edilib. Proqramın birinci hissəsi, Nəzəriyyə və uzaq məqsəd, ikinci hissəsi isə Əməliyyə və yaxın məqsəd adlanırdı. Proqramın birinci hissəsində Azərbaycan İstiqlalını qorumaq əsas məqasəd kimi qoyulmuşdusa, ikinci hissədə iqtisad və maliyyə işləri, torpaq, işçi, ədliyyə, ruhani idarəsi, maarif kimi məsələlər əksini tapmışdır.
İkinci qurultayda Məhəmməd Əmin Rəsulzadə yenidən Müsəlman Demokrat Partiyasının sədri seçilib.
İstinadlar
- [1] Arxiv surəti 1 iyul 2020 tarixindən (Wayback Machine) saytında Свет и тени партии "Мусават"]
- (ing.) Mostashari, Firouzeh. On the Religious Frontier: Tsarist Russia and Islam in the Caucasus. I.B.Tauris. 2006. 144. ISBN .
- Мамин Эмин Расулзаде Arxiv surəti 4 fevral 2019 tarixindən (Wayback Machine) saytında. C.19
- "ЗНАЧЕНИЕ ТРЕХЦВЕТНОГО ЗНАМЕНИ". 2019-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-20.
- (ing.) Smith, Michael G. "Anatomy of a Rumour: Murder Scandal, the Musavat Party and Narratives of the Russian Revolution in Baku, 1917-1920". Journal of Contemporary History. 36 (2). 2001: 216–218.
- http://politconcept.sfedu.ru/2016.3/21.pdf Arxiv surəti 29 mart 2018 tarixindən (Wayback Machine) saytında "ЦИВИЛИЗАТОРСКАЯ ДИКТАТУРА ИМПЕРИИ: ОТ ЭТНИЧЕСКОГО МНОГООБРАЗИЯ К УНИВЕРСАЛЬНОМУ ДОНОСИТЕЛЬСТВУ", В. П. Макаренко, "Политическая концептология", № 3, 2016 г., ru:Южный федеральный университет
- (rus.) Гусейнов, Мирза Давуд. 1: Программа и тактика // Тюркская демократическая партия федералистов "Мусават" в прошлом и настоящем. Baku. 1927.
- Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, siy.1, saxlanma vahidi 56, vərəq 5
- Институт истории им. А. Бакиханова. История Азербайджана с древнейших времён до начала 20 века / Играр Алиев. — Баку: ЭЛМ, 1995
Ədəbiyyat
- İbrahimli X., Azərbaycan siyasi mühacirəti (1920–1991), B., 1997.
- Oruclu M, Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti (1911–1992), B., 2001.
- Гуссейнов М. Д. Тюркская демократическая партия федералистов "Мусават" в прошлом и настоящем В. 1 Тифлис, 1927
- Борьба за победу советской власти в Азербайджане. 1918–1920. Документы и материалы. Баку, 1967.
- Очерки истории Коммунистической партии Азербайджана. Баку, 1964.
- История Азербайджана. Т. 2–3. Баку, 1960–63.
- Покаржевский Е. А. Из истории иностранной интервенции и гражданской войны в Азербайджане. Баку, 1957.
- Раевский А. Партия "Мусават" и ее контрреволюционная работа. Баку, 1929.
Xarici keçidlər
- Müsavat partiyası tarixi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu sehifede is davam etmekdedir Mudaxile etmeye telesmeyin Eger komek etmek isteyirsinizse ya da sehife yarimciq qalibsa sehifeni yaradan istifadeci ile elaqe qura bilersiniz Sehifenin tarixcesinde sehife uzerinde islemis istifadecilerin adlarini gore bilersiniz Redaktelerinizi menbe ve istinadlarla esaslandirmagi unutmayin Bu meqale sonuncu defe 85 deqiqe evvel En Merker muzakire tohfeler terefinden redakte olunub Yenile Musavat ereb مساواة beraberlik XX esrin evvellerinde Azerbaycanda fealiyyet gosteren siyasi partiya Partiyanin esasi 1911 ci ilde Mehemmed Eli Resulzade habele Abbasqulu Kazimzade ve Tagi Nagiyev terefinden Bakida qoyulub Partiya 1918 1920 ci illerde Azerbaycanda bas veren esas siyasi proseslerde istirak etmisdir Onun funksionerleri ve uzvleri Azerbaycan Demokratik Respublikasinin yaradilmasinda onemli rol oynamisdir Musavat Muselman Demokrat PartiyasiLideri Mehemmed Emin ResulzadeQurulus tarixi 1911Dagilma tarixi 1930 cu illerin sonuBirlesen Difai Partiyasi Turk Edemi Merkeziyyet FirqesiSelefi Hummet PartiyasiXelefi Musavat PartiyasiBas qerargah BakiIdeologiya Islam liberalizmi sivil milletcilik panturkizm antikommunizmMetbuat orqani Aciq soz qezetiTarixiMusavat Partiyasi 1911 ci ilde Abbasqulu Kazimzade Mehemmed Eli Resulzade ve Tagi Nagiyev terefinden yaradilib Partiyani yaradanlar Hummet Partiyasinin kecmis uzvuleri idi 1911 ci ilde esasi qoyulandan 1917 ci ilde Fevral inqilabina qeder Musavat partiyasi gizli olaraq fealiyyet gosterib Partiya uzvlerine partiyanin movcudlugunu ciddi sekilde gizli saxlamaq ve helelik uzvlerinin sayini artirmaqla mehdudlasmaq gelecek mubarizeye hazirlasmaq ve guc toplamaq tapsirilib Aciq soz vasitesile Birinci Dunya muharibesi illerinde Musavat partiyasinin rehberleri muselmanlari Osmanli imperiyasi ile muharibeni zeferle sona catdirmaga cagirirdilar Lakin bununla yanasi partiyanin lideri M E Resulzade eyni zamanda turk kimliyini mudafie edirdi Bizim dilimiz turk milliyyetce turkuk lakin bu panturkizm rus esasli idi ve Ismayil Qaspiralinin islam modernizminden qaynaqlanirdi Turkler Anadolu turkleri azerbaycanlilar qazaxlar ve ozbekler daxil olmaqla vahid bir millet kimi basa dusulurdu Bundan basqa Azerbaycan turkleri dedikde sirvanlilar bakililar genceliler irevanlilar borcalilar ve Iranin simal qerbinde yasayanlar basa dusulurdu Fevral inqilabindan evvel Musavat medeni ve milli muxtariyyet ideallari ile mehdudlasaraq musteqil turk dovletinin yaradilmasini teleb etmirdi Muselman Demokrat Partiyasinin uzvleri Musavatin uc esas prinsipi var idi Bu prinspler turkculuk dil islamciliq din ve avropaciliq muasirlik tereqqi zaman idi Her uc prinsip uz rengli milli Azerbaycan bayraginda mavi yasil ve qirmizi oz eksini tapib Ilk merhelede Musavat Rusiya imperiyasinda ve Yaxin Serqde yasayan muselman ve turk dilli milletleri milli azadliq ve demokratik muxtariyyet ideallari etrafinda birlesdirmeye calisirdi Musavatin Cenubi Qafqazda populyarligi onunla izah olunur ki onun nizamnamesinde Qurana Islam dinine ve milletine beyet eden her kes bu partiyaya uzv ola biler yazilmisdi Amma sie mollalari baximindan Musavat anti islamci sosialist ve milletci bir partiya idi Fevral inqilabindan sonra Azerbaycanda yeni seraitde hakim movqe tutan partiya Azerbaycana milli erazi muxtariyyetinin verilmesini teleb etmekle yanasi Rusiya Demokratik Respublikasi nin yaradilmasinin terefdari idi 1917 ci il iyunun 17 de Musavat Turk Federalist Partiyasi ile birlesdi Partiya Turkiye Demokratik Federalist Musavatcilar Partiyasi adlandirilmaga basladi Bu partiyanin proqraminda artiq demokratik Rusiya daxilinde milli erazi muxtariyyeti telebi var idi Birlesmis partiyanin gerergahi 1918 ci il Bakida bas veren qanli mart hadiselerinedek seherde yerlesib Musavat Azerbaycan milletinin daxilinde sinfi sulhu teblig edirdi Musavat partiyasini iri burjuaziya ve mulkedarlarla yanasi xirda burjuaziya milletci ziyalilar elece de kendlilerin bir hissesi destekleyirdi Musavat Partiyasinin ilk proqrami 9 maddeden ibaret idi ve o islami xarakter dasiyirdi 1913 cu ilden Mehemmed Emin Resulzade Bakiya qayitdiqdan sonra Musavat Partiyasinin proqrami tekmillesdirildi 1915 ci ilin oktyabr ayinda M E Resulzadenin redaktorlugu ile nesre baslayan Aciq soz qezeti hem de Musavat partiyasinin resmi orqanina cevrildi Qurultaylari Birinci qurultay Musavat Partiyasinin I qurultayinin istirakcilari 1917 ci il oktyabrin 26 31 de Bakida Ismailiyye binasinda Musavat partiyasinin ilk qurultayi bas tutdu Qurultayda partiyanin ilk Merkezi komitesine uzvler secildi Mehemmed Emin Resulzade Memmedhesen Hacinski Musa bey Refiyev Mustafa bey Vekilov Nesib bey Yusifbeyli Hesen bey Agayev Sefi bey Rustembeyli Mirze Mehemmed Axundzade Merkjezi komitenin uzvleri oldu Birlesmis partiyanin birinci qurultayinda asagidaki telebleri ozunde eks etdiren yeni proqram qebul olundu Rusiyanin siyasi sistemi federativ demokratik respublika formasinda milli erazi muxtariyyeti esasinda olmalidir Soz vicdan metbuat birlikler yigincaqlar tetiller konstitusiya ile tesdiq edilmeli ve dovlet terefinden temin edilmelidir Butun vetendaslar dininden milliyyetinden cinsinden ve siyasi eqidesinden asili olmayaraq qanun qarsisinda beraberdirler Pasport sistemi legv edilir Her kese hem oz olkesi daxilinde seyahet etmek hem de hec bir xususi icaze olmadan eyaletden kenara cixmaq huququ verilir Butun isciler ve fehleler ucun sekkiz saatliq is gunu mueyyen edilir Butun dovlet teserrufat zadegan ve xususi mulkiyyetde olan torpaqlar kendlilere pulsuz ve temennasiz paylanir Mehkemeler yalniz qanunlara tabedirler ve bundan sonra selahiyyetli mehkeme orqanlarinin qerarlari tesdiq edilenedek hec bir vetendas cezalandirilmir Universal pulsuz ve icbari ibtidai ve ali tehsil olmalidir Umumilikde proqram 76 bendden ibaret idi ve torpaq emek milli dini ve diger meselelerle bagli muddealari ehtiva edirdi Qurultayda Mehemmed Emin Resulzade partiyanin Merkezi Komitesinin sedri secildi Partiyanin sobeleri neinki Azerbaycanin butun qezalarinda o cumleden Rusiyanin Hesterxan Stavropol seherlerinde Ukraynanin Gurcustanin ve Ermenistanin paytaxtlarinda Turkustanin merkezi Daskendde Cenubi Azerbaycanin merkezi Tebrizde Iranin Gilan vilayetinin merkezi Restde ve Istanbulda teskil edilmisdi Muselman Demokrat Partiyasi 125 deputatliq Zaqafqaziya Seyminde 30 deputatla temsil olunub 1918 ci il mayin 28 de Tiflisde Musavat partiyasi bir nece azsayli partiya ile birge Azerbaycan Istiqlalini elan etdi 44 neferlik Milli Suranin sedri vezifesine Mehemmed Emin Resulzade secildi Ikinci qurultay Musavat Partiyasinin II qurultayinin secdiyi Reyaset Heyeti 1919 cu ilin dekabrinda Baki seherinde Musavat partiyasinin II qurultayi kecirildi Qurultay dekabrin 2 den 12 dek muddetde davam etdi Cumhuriyyetin butun bolgelerinden qurultaya 140 numayende gelmisdi Qurultayi giris sozu ile Mehemmed Emin Resulzade acdi ve partiyanin Merkezi Komitesinin fealiyyeti haqqinda meruze ile cixis etdi Qurultayin Siyasi Komissiyasina Memmed Yusif Ceferov Musa bey Refiyev Memmedhesen Hacinski Nesib bey Yusifbeyli Xelil bey Xasmemmedov ve Mehemmed Emin Resulzade secildi Mandat Komissiyasina ise Cavad bey Melik Yeqanov Mehemmed Emin Resulzade ve Ebdulvahab Memmedzade uzv oldular Qurultayin birinci iclasi gece saat 10 a dek davam etmis ikinci gun ise qurultaya Sefi bey Rustembeyli sedrlik etmisdir Ikinci gun qurultayin Reyaset Heyeti secilmisdir Reyaset Heyetine Mehemmed Emin Resulzade sedr kimi Sefi bey Rustembeyli Mesedi Eli Refiyev Ebdul Qasim Rustemzade Ibrahim Yusif sedaret kimi secilmisdise Islam bey Qebulzade Mirze Mehemmed Axundzade Cavad Axundzade Movsumzade katiblik uzvu olmusdular Ikinci qurultayda Qafqaz konfederasiyasi Denikin tehlukesi Dagistan meselesi haqda qerarlar qebul edilib Partiya Proqrami yenilenib 67 maddelik iki hisselik yeni proqram qebul edilib Proqramin birinci hissesi Nezeriyye ve uzaq meqsed ikinci hissesi ise Emeliyye ve yaxin meqsed adlanirdi Proqramin birinci hissesinde Azerbaycan Istiqlalini qorumaq esas meqased kimi qoyulmusdusa ikinci hissede iqtisad ve maliyye isleri torpaq isci edliyye ruhani idaresi maarif kimi meseleler eksini tapmisdir Ikinci qurultayda Mehemmed Emin Resulzade yeniden Muselman Demokrat Partiyasinin sedri secilib Istinadlar 1 Arxiv sureti 1 iyul 2020 tarixinden Wayback Machine saytinda Svet i teni partii Musavat ing Mostashari Firouzeh On the Religious Frontier Tsarist Russia and Islam in the Caucasus I B Tauris 2006 144 ISBN 1850437718 Mamin Emin Rasulzade Arxiv sureti 4 fevral 2019 tarixinden Wayback Machine saytinda C 19 ZNAChENIE TREHCVETNOGO ZNAMENI 2019 06 20 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 06 20 ing Smith Michael G Anatomy of a Rumour Murder Scandal the Musavat Party and Narratives of the Russian Revolution in Baku 1917 1920 Journal of Contemporary History 36 2 2001 216 218 http politconcept sfedu ru 2016 3 21 pdf Arxiv sureti 29 mart 2018 tarixinden Wayback Machine saytinda CIVILIZATORSKAYa DIKTATURA IMPERII OT ETNIChESKOGO MNOGOOBRAZIYa K UNIVERSALNOMU DONOSITELSTVU V P Makarenko Politicheskaya konceptologiya 3 2016 g ru Yuzhnyj federalnyj universitet rus Gusejnov Mirza Davud 1 Programma i taktika Tyurkskaya demokraticheskaya partiya federalistov Musavat v proshlom i nastoyashem Baku 1927 Azerbaycan Respublikasi Dovlet Arxivi f 894 siy 1 saxlanma vahidi 56 vereq 5 Institut istorii im A Bakihanova Istoriya Azerbajdzhana s drevnejshih vremyon do nachala 20 veka Igrar Aliev Baku ELM 1995EdebiyyatIbrahimli X Azerbaycan siyasi muhacireti 1920 1991 B 1997 Oruclu M Azerbaycanda ve muhaciretde Musavat Partiyasinin fealiyyeti 1911 1992 B 2001 Gussejnov M D Tyurkskaya demokraticheskaya partiya federalistov Musavat v proshlom i nastoyashem V 1 Tiflis 1927 Borba za pobedu sovetskoj vlasti v Azerbajdzhane 1918 1920 Dokumenty i materialy Baku 1967 Ocherki istorii Kommunisticheskoj partii Azerbajdzhana Baku 1964 Istoriya Azerbajdzhana T 2 3 Baku 1960 63 Pokarzhevskij E A Iz istorii inostrannoj intervencii i grazhdanskoj vojny v Azerbajdzhane Baku 1957 Raevskij A Partiya Musavat i ee kontrrevolyucionnaya rabota Baku 1929 Xarici kecidlerMusavat partiyasi tarixi