Münəccimbaşı və ya Münəccimbaşı Dərviş Əhməd Dədə bin Lütfullah (Saloniki, XVII əsrin birinci yarısı – Məkkə, 27 fevral 1702) — Osmanlıda saray mənsubu, alim, təsəvvüf şairi və tarixçidir. Onun baş əsəri — "Cami əl-düval" dünya tarixi kitabıdır, Xəzər dənizinin cənub-qərbi sahili ətrafında qurulan orta əsr müsəlman sülalələrinin tarixi haqqında qiymətli məlumat verir. (Adərbaycan, Şirvan, Arran, Dərbənd) Türk ədəbiyyatında ondan Əhməd Lütfullah olaraq bəhs edilir.
Bioqrafiyası
Onun atası Lütfullah Konyanın Ereğli ilçəsindən idi, ancaq Əhməd XVII əsrin birinci yarısında Salonikidə doğulmuşdu (Encyclopaedia Britannicaya görə 1631-ci ildə). O, Kasımpaşa səmtindəki mövləvixanada təhsil almışdı və 15 ilini burada Şeyx Xəlil Dədənin nəzarətində keçirmişdi.Astronomiya və astrologiyanı öyrəndikdən sonra o, 1667/8-ci ildə münəccimbaşı vəzifəsinə gətirilmişdi. Münəccimbaşı Əhməd Dədə IV Mehmedin dövründə (1648-1687) sarayda önəmli şəxs idi. 1675/6-cı ildə IV Mehmed sarayın ən məhrəm çevrəsinə girişin ifadəsi kimi onu mühasib-i padişah vəzifəsinə gətirdi. IV Mehmedin 1687-ci ilin noyabr ayında hakimiyyətdən salınmasına qədər Münəccimbaşı vəzifədə qaldı. Daha sonra isə o, Misirə sürgün edildi. Burada Münəccimbaşının övladlığa götürdüyü oğlu Moralı Həsən paşa hakim idi. Bir müddət sonra Münəccimbaşı Məkkəyə hərəkət etdi, burada yerli mövləvixananın şeyxi oldu, 1693/4-cü ildə Mədinəyə getdi. Yeddi il sonra, 1700-cü ildə o, münəccimbaşı kimi təzədən işləməsi üçün İstanbuldan çağırıldı, ancaq təklifi yaşının çoxluğuna görə rədd etdi. Münəccimbaşı Əhməd Dədə Məkkəyə qayıtdı və 27 fevral 1702-ci ildə burada öldü. Onun qəbri Məhəmməd peyğəmbərin ilk həyat yoldaşı Xədicənin türbəsinin yaxınlığında yerləşir.
Əsərləri
Cami əl-düval
Münəccimbaşının əsas əsəri ərəbcə yazdığı “Cami əl-düval”dır. Əsər sədrəzəm Qara Mustafa paşanın əmriylə yazılmağa başlayıb. Qara Mustafa paşa Münəccimbaşını müfəssəl tarix kitabı yazması barədə təlimatlandırmışdı. Kitab Adəmlə başlayır və Osmanlı dövründə, 1678-ci ildə bitir. Əsər üç hissəyə bölünür: Məhəmmədin tarixi, İslamdan əvvəlki və qeyri-islami dövlətlərin tarixi və müsəlman xanədanlarının tarixi, hansı ki, 1678-ci il qədər Osmanlı xanədanının tarixi ilə tamamlanır. Onun əsərinin dəyərli olmasının səbəbi hal-hazırda itmiş olan müxtəlif mənbələrdən (xüsusilə bir çox kiçik müsəlman sülalələri haqqında) məlumatların bu əsərdə qorunub-saxlanılmasıdır. Buna misal Münəccimbaşının itirilmiş “Tarix Bab əl-əbvab” (“Dərbəndin tarixi”) əsərindən istifadə etməsidir. “Tarix Bab əl-əbvab” Cənubi Qafqazın şərqi, Arran və Adərbayqanın sülalələri haqqında çox informasiya verir.İslamdan əvvələ aid hissə də önəmlidir, çünki Münəccimbaşı roman və yəhudi mənbələrini, həmçinin Qərbi Avropa salnamələrini istifadə edib. Münəccimbaşı babillilər, selevkilər və assuriyalılar kimi xanədanlar üzərində işləyən ilk İslam tarixçisidir. Onun əsərində həmçinin Hindistan və Çinə aid hissələr var. Orjinal əsərin bir neçə əlyazma nüsxəsinin mövcud olduğu bilinsə də, “Cami əl-düval” “Səhaifəl-əkbər” (Salnamənin səhifələri) kimi bilinən tərcüməsi vasitəsilə uzun müddət tanınıb. Səhaifəl-əkbər XVIII əsrdə Əhməd Nədim tərəfindən Cami əl-düvalın türk dilinə tərcüməsidir. İcmallaşdırılmış olsa da, Nədimin versiyası çox oxunaqlıdır və onun dövründə üstünlük təşkil edən qəliz ədəbiyyat üslubunda yazılmayıb. Əsər Vladimir Minorskinin “Studies in Caucasian history” (London, 1953) və “A history of Sharvan and Darband” (Kembric, 1958) kimi işləri üçün əsas material olmuşdur. Uzun müddət itmiş hesab edilən orijinal əlyazmanın bir hissəsi Edirnedəki Səlimiyyə məscidinin kitabxanasında, qalanı isə İstanbuldakı Topqapı sarayı muzeyinin kitabxanasında saxlanılır.
Münəccimbaşı İbn Xəldunun İslam tarixşünaslığında istifadə etdiyi üsulu izləyərək öz mənbələrini göstərir və onları tənqidi olaraq tədqiq edir.
Digərləri
Münəccimbaşı həmçinin “Aşiq” təxəllüsü ilə sufizm mövzularında divan, Lətaifnamə, həndəsə, musiqi və sufizmə aid elmi əsərlər, teoloji təfsirlər, həyasız şairin və homoerotik fars satirist lətifələrinin tərcüməsi kimi bir çox əsərin müəllifidir.
Onun “Hasia” əsəri Əl-Baydavinin “Quran Təfsir əl-Baydavi əl-müsəmmə ənvər əltənzil və əsrar” şərhinin təfsiridir.
Münəccimbaşının yazdığı digər əsərlər bunlardır:
- Şərh-i kitab-ı Əxlaq — Qadi Adudunun əxlaq kitabı üzrə qeydlər.
- Taliqat əla Uqlidi — həndəsəyə aid əsər.
- Vəsilət ül-Vüsul ila Mərifət İl-Hamli vəl-Mahmul — məntiq elmi.
- Risalə-i Musiqiyyə — musiqiyə aid əsər.
- Feyz-ül-Hərəm — Məkkə şəhərinin və onun ətrafının təqdimatı, əsasən Həcc zamanı zəvvarlar üçün yol göstərmək məqsədi daşıyır.
- Cayət-ül-Bəyan fi Dəqaiq-i ilm-ül-Bəyan — metaforanın istifadə edilməsi üzrə tədqiqat.
İstinadlar
- Мүнәҹҹимбашы // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 127.
- Sahaif-ül-Ahbar fî Vekayi-ül-a'sâr. Birinci cilt.
- Kramers, 1993. səh. 572–573
- Ahmed Dede Müneccimbaşı 2022-04-07 at the Wayback Machine at Encyclopaedia Britannica
- Mihail Guboglu – Cronici turceşti privind ţările române Vol. II –Editura Academiei Republicii Socialiste România, Bucureşti 1974
- Hatice Arslan-Sözüdogru - Müneccimbasi als Historiker - Islamkundliche Untersuchungen Band 289, Klaus Schwarz Verlag,
Ədəbiyyat
- Hasan, S. A. "MÜNEJJIM BAS̱H̱Ī: TURKISH HISTORIAN OF THE SALJŪQIDS OF ĪRĀN". Islamic Studies. Islamic Research Institute, International Islamic University, Islamabad. 2 (4). December 1963: 457–466. ISSN 0578-8072.
- Kramers, J.H. Müned̲j̲d̲j̲im Bas̲h̲i̊ // The Encyclopedia of Islam, New Edition, Volume VII: Mif–Naz. Leiden and New York: BRILL. 1993. 572–573. ISBN .[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Muneccimbasi ve ya Muneccimbasi Dervis Ehmed Dede bin Lutfullah Saloniki XVII esrin birinci yarisi Mekke 27 fevral 1702 Osmanlida saray mensubu alim tesevvuf sairi ve tarixcidir Onun bas eseri Cami el duval dunya tarixi kitabidir Xezer denizinin cenub qerbi sahili etrafinda qurulan orta esr muselman sulalelerinin tarixi haqqinda qiymetli melumat verir Aderbaycan Sirvan Arran Derbend Turk edebiyyatinda ondan Ehmed Lutfullah olaraq behs edilir BioqrafiyasiOnun atasi Lutfullah Konyanin Eregli ilcesinden idi ancaq Ehmed XVII esrin birinci yarisinda Salonikide dogulmusdu Encyclopaedia Britannicaya gore 1631 ci ilde O Kasimpasa semtindeki movlevixanada tehsil almisdi ve 15 ilini burada Seyx Xelil Dedenin nezaretinde kecirmisdi Astronomiya ve astrologiyani oyrendikden sonra o 1667 8 ci ilde muneccimbasi vezifesine getirilmisdi Muneccimbasi Ehmed Dede IV Mehmedin dovrunde 1648 1687 sarayda onemli sexs idi 1675 6 ci ilde IV Mehmed sarayin en mehrem cevresine girisin ifadesi kimi onu muhasib i padisah vezifesine getirdi IV Mehmedin 1687 ci ilin noyabr ayinda hakimiyyetden salinmasina qeder Muneccimbasi vezifede qaldi Daha sonra ise o Misire surgun edildi Burada Muneccimbasinin ovladliga goturduyu oglu Morali Hesen pasa hakim idi Bir muddet sonra Muneccimbasi Mekkeye hereket etdi burada yerli movlevixananin seyxi oldu 1693 4 cu ilde Medineye getdi Yeddi il sonra 1700 cu ilde o muneccimbasi kimi tezeden islemesi ucun Istanbuldan cagirildi ancaq teklifi yasinin coxluguna gore redd etdi Muneccimbasi Ehmed Dede Mekkeye qayitdi ve 27 fevral 1702 ci ilde burada oldu Onun qebri Mehemmed peygemberin ilk heyat yoldasi Xedicenin turbesinin yaxinliginda yerlesir EserleriCami el duval Muneccimbasinin esas eseri erebce yazdigi Cami el duval dir Eser sedrezem Qara Mustafa pasanin emriyle yazilmaga baslayib Qara Mustafa pasa Muneccimbasini mufessel tarix kitabi yazmasi barede telimatlandirmisdi Kitab Ademle baslayir ve Osmanli dovrunde 1678 ci ilde bitir Eser uc hisseye bolunur Mehemmedin tarixi Islamdan evvelki ve qeyri islami dovletlerin tarixi ve muselman xanedanlarinin tarixi hansi ki 1678 ci il qeder Osmanli xanedaninin tarixi ile tamamlanir Onun eserinin deyerli olmasinin sebebi hal hazirda itmis olan muxtelif menbelerden xususile bir cox kicik muselman sulaleleri haqqinda melumatlarin bu eserde qorunub saxlanilmasidir Buna misal Muneccimbasinin itirilmis Tarix Bab el ebvab Derbendin tarixi eserinden istifade etmesidir Tarix Bab el ebvab Cenubi Qafqazin serqi Arran ve Aderbayqanin sulaleleri haqqinda cox informasiya verir Islamdan evvele aid hisse de onemlidir cunki Muneccimbasi roman ve yehudi menbelerini hemcinin Qerbi Avropa salnamelerini istifade edib Muneccimbasi babilliler selevkiler ve assuriyalilar kimi xanedanlar uzerinde isleyen ilk Islam tarixcisidir Onun eserinde hemcinin Hindistan ve Cine aid hisseler var Orjinal eserin bir nece elyazma nusxesinin movcud oldugu bilinse de Cami el duval Sehaifel ekber Salnamenin sehifeleri kimi bilinen tercumesi vasitesile uzun muddet taninib Sehaifel ekber XVIII esrde Ehmed Nedim terefinden Cami el duvalin turk diline tercumesidir Icmallasdirilmis olsa da Nedimin versiyasi cox oxunaqlidir ve onun dovrunde ustunluk teskil eden qeliz edebiyyat uslubunda yazilmayib Eser Vladimir Minorskinin Studies in Caucasian history London 1953 ve A history of Sharvan and Darband Kembric 1958 kimi isleri ucun esas material olmusdur Uzun muddet itmis hesab edilen orijinal elyazmanin bir hissesi Edirnedeki Selimiyye mescidinin kitabxanasinda qalani ise Istanbuldaki Topqapi sarayi muzeyinin kitabxanasinda saxlanilir Muneccimbasi Ibn Xeldunun Islam tarixsunasliginda istifade etdiyi usulu izleyerek oz menbelerini gosterir ve onlari tenqidi olaraq tedqiq edir Digerleri Muneccimbasi hemcinin Asiq texellusu ile sufizm movzularinda divan Letaifname hendese musiqi ve sufizme aid elmi eserler teoloji tefsirler heyasiz sairin ve homoerotik fars satirist letifelerinin tercumesi kimi bir cox eserin muellifidir Onun Hasia eseri El Baydavinin Quran Tefsir el Baydavi el musemme enver eltenzil ve esrar serhinin tefsiridir Muneccimbasinin yazdigi diger eserler bunlardir Serh i kitab i Exlaq Qadi Adudunun exlaq kitabi uzre qeydler Taliqat ela Uqlidi hendeseye aid eser Vesilet ul Vusul ila Merifet Il Hamli vel Mahmul mentiq elmi Risale i Musiqiyye musiqiye aid eser Feyz ul Herem Mekke seherinin ve onun etrafinin teqdimati esasen Hecc zamani zevvarlar ucun yol gostermek meqsedi dasiyir Cayet ul Beyan fi Deqaiq i ilm ul Beyan metaforanin istifade edilmesi uzre tedqiqat IstinadlarMүnәҹҹimbashy Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә VII ҹild Misir Prado Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1983 S 127 Sahaif ul Ahbar fi Vekayi ul a sar Birinci cilt Kramers 1993 seh 572 573 Ahmed Dede Muneccimbasi 2022 04 07 at the Wayback Machine at Encyclopaedia Britannica Mihail Guboglu Cronici turcesti privind ţările romane Vol II Editura Academiei Republicii Socialiste Romania Bucuresti 1974 Hatice Arslan Sozudogru Muneccimbasi als Historiker Islamkundliche Untersuchungen Band 289 Klaus Schwarz Verlag ISBN 978 3 87997 363 7EdebiyyatHasan S A MUNEJJIM BAS H i TURKISH HISTORIAN OF THE SALJuQIDS OF iRAN Islamic Studies Islamic Research Institute International Islamic University Islamabad 2 4 December 1963 457 466 ISSN 0578 8072 Kramers J H Muned j d j im Bas h i The Encyclopedia of Islam New Edition Volume VII Mif Naz Leiden and New York BRILL 1993 572 573 ISBN 90 04 09419 9 olu kecid