Məmmədəli Sidqi Səfərov (tam adı: Məmmədəli Məhəmməd Tağı oğlu Səfərov; 1888, Ordubad, Naxçıvan qəzası – 1956, Sumqayıt) — müəllim, yazıçı, jurnalist. "İrşad" qəzetinin əməkdaşı (1906–1908), "Molla Nəsrəddin"in müvəqqəti redaktoru (1910–1911) olmuşdur.
Məmmədəli Sidqi Səfərov | |
---|---|
Doğum tarixi | 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 1956 |
Vəfat yeri | |
Atası | Məhəmməd Tağı Sidqi |
Fəaliyyəti | müəllim, yazıçı, jurnalist, redaktor[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məmmədəli Sidqi Səfərov 1888-ci ildə Ordubad şəhərində məşhur maarifçi ədib Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açmışdır. Ailə çoxuşaqlı olmuşdur. Ordubadda qısa müddətdə müəllim kimi şöhrətlənən Məhəmməd Tağı Sidqi 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunmuş, maarifçilik fəaliyyətini burada davam etmişdir. Məmmədəli Sidqinin qeydlərindən öyrənirik ki, atası əvvəlcə Naxçıvana tək gəlmiş, bir il sonra, yəni 1895-ci ildə onu da yanına gətirərək "Məktəbi-tərbiyə"də təhsil almağa qoymuşdur. Ailə isə 1896-cı ildə Naxçıvana köçmüşdür.
1894–1900-cü illərdə "Məktəbi-tərbiyə"də ilk təhsilini almış, sonra isə Naxçıvan şəhər rus-müsəlman məktəbində oxumuşdur. Tərcümeyi-halında yazır: "Mən o zaman 6 sinifli şəhər məktəbində rus dilində oxuyurdum. O zaman mənim 16 yaşım hələ tamam olmamışdı. Atamın vəfatından sonra mən hələ iki il o məktəbdə oxumalı idim. Naxçıvan camaatı və atamın yaxın dostları ailəmizin başsız qaldığını nəzərə alaraq, öz aralarında pul topladılar və atamın yaxın dostlarından Şahbaz ağa Kəngərlinskiyə tapşırdılar ki, mən məktəbi bitirib işləyənə qədər ailəyə dayaq olsun". Sonra Məmmədəli Sidqi təhsilini tamama yetirmiş, imtahan verərək müəllimlik hüququ qazanmış və 1906-cı ildən etibarən Naxçıvan şəhərində, Şahtaxtı, Qıvraq və Qahab kəndlərində müəllimlik etmiş, qısa müddətdə bacarıqlı pedaqoq kimi tanınmışdır.
1906–1907-ci illərdə Naxçıvan şəhərində müəllim işlədiyi zamanlarda azadlıq hərəkatında iştirak etmiş, bəzi həmfikirləri ilə birlikdə gizli yolla siyasi məzmunlu intibahmnamələr hazırlayıb yaymışlar. 1907-ci ilin əvvələrində evində polislər tərəfindən mühasirəyə alınaraq axtarış edilmiş və heç bir şey tapılmadığına görə toxunan olmamışdır. Lakin yoldaşları Boqoslavski, onun bir nəfər gürcü yoldaşı və iki nəfər naxçıvanlı (Heydər Məmmədov və Nəcəfqulu Nəcəfov) həbsə alınıb sürgün edildilər. Məmmədəli Sidqini isə Naxçıvan məktəbindən çıxarıb kənd məktəblərinə müəllimliyə göndərdilər.
Çarizmin yerli məmurları azadfikirli bir gənc pedaqoq və qələm əhli kimi Məmmədəlidən şübhələnir və onu gözdən qoymurdular. Bir qədər sonra o, evinin axtarılmasını əldə bəhanə edilərək 1910-cu il iyun ayının 1-dən vəzifəsindən kənar edildi. Beləliklə Məmmədəli Sidqi çox sevdiyi müəllimlik peşəsindən uzaqlaşdırılır.
1911-ci ildə bir müddət Aşqabadda müəllimlik edir. Sonra Vətənə dönərək Bakıda və Bülbülə kəndində müəllimlik edir, eyni zamanda, mətbuat, teatr sahəsində çalışır, səmərəli fəaliyyət göstərirdi. "Nicat" mədəni-maarif cəmiyyətinin üzvü olmuşdur. Məmmədəli Sidqi 1916–1917-ci illərdə Bakıda "Sovqat", 1918-ci ildə "Açıq söz" kimi mətbuat orqanlarında mütərcimlik etmiş, Bakı aktyorlar ittifaqında katib və suflyor işləmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Məmmədəli Sidqi ölkənin teatr həyatında fəallıq göstərmişdir. Bunlarla yanaşı 1919-cu ilin sentyabrından "Azərbaycan" qəzetinin redaksiyasında mütərcim, Azərbaycan Cümhuriyyəti Parlamentində katib vəzifəsində çalışmışdır. 1918–1919-cu illərdə şair Səməd Mənsurla həftəlik satirik "Şeypur" jurnalını nəşr etdirmiş, jurnalının redaktoru olmuşdur.
Sovet dövründə Məmmədəli Sidqi Azərbaycan Dövlət Teatr Truppasında inzibatçı, suflyor, "Kommunist" qəzeti redaksiyasında mütərcim kimi fəaliyyət göstərmiş, Azərbaycan zəhmətkeş və ədib şairlət ittifaqının katibi olmuşdur. Onun 1923-cü ildə "Kommunist" qəzeti redaksiyasında xronika şöbəsinin müdiri işləmişdir. Həmin illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məlumat şöbəsinin müdiri kimi də fəaliyyət göstərmişdir. Həmçinin bir müddət "Sosialist Sumqayıtı" qəzetinin redaksiyasında da məsul işdə çalışmışdır.
Görkəmli ziyalı Məmmədəli Sidqi Səfərov 1956-cı ildə vəfat etmişdir. "Ədəbiyyat və incəsənət" qəzetinin 1 aprel 1956-cı il tarixli sayında başsağlığı dərc edilmişdir.
Fəaliyyəti
1905-ci ildən etibarən Məmmədəli Sidqi mətbuata müxtəlif yazılar göndərirdi. Xüsusən Bakıda çıxan "Həyat" və "İrşad" qəzetlərində onun bir sıra maraqlı yazıları dərc olunmuşdu.
Mirzə Cəlil Məmmədquluzadə 9 iyun 1910-cu il tarixli məktubunda Məmmədəlini Tiflisə "Molla Nəsrəddin" jurnalının idarəsində işləməyə dəvət etmişdir. Məmmədəli Sidqi ədibin şəxsi həyatında və "Molla Nəsrəddin"in tarixindəki ən mürəkkəb, ağır illərdə jurnalda bilik, bacarıq və istedad göstərmişdir. Mirzə Cəlil sonralar da Kəhrizli kəndində, başqa şəhərlərdə olanda Məmmədəli Sidqi ilə işgüzar əlaqə saxlayır, məktublaşır, göstərişlər verirdi. Xəstə M.Ə.Sabir Tiflisdə Mirzə Cəlilin evində yaşayanda, Məmmədəli Sidqi ona çox yaxşı qayğı göstərən, qulluğunda dayanan cavanlardan idi. Məmmədəli Sidqi üçün jurnalda ən çətin, məsul işlər maliyyə, senzura, gələn yazıları seçib növbəti sayda vermək idi. Cavanlığına baxmayaraq o, Mirzə Cəlilin daimi köməyi, işgüzar məktubları sayəsində bu işlərin də öhdəsindən gələ bilirdi. Məsələn, 25 avqust 1911-ci il məktubunda ədib ona yazırdı: "Jurnal gəldi. Yaxşı çıxıb. Səy elə ki, bu ay qalanları da çıxsın. Üzeyirlə bu kağızın içində 6 manat göndərdim. Cəlil".
Müxtəlif vaxtlarda Məmmədəli Sidqi "Molla Nəsrəddin" jurnalında bir sıra xəbər, məqalə və felyetonlarla çıxış etmişdir. Həmin jurnalda onun yazıları "Kabla Qənbər", "Kabla Kövsər", "Kövsər bəy", "Kərtənkələ", "Lavaş", "Cəfəng" kimi imzalarla verilmişdir.
Məmmədəli Sidqi 1913-cü ildən müəllimlik edir, yerli qəzetlərə, "Molla Nəsrəddin"ə material yazır, bəzən həvəskar artistlərin tamaşalarında kiçik rollarda oynayırdı. 1917-ci ildə Bakıda A.M.Şərifzadənin rejissorluğu ilə səhnəyə qoyulmuş "Ölülər" pyesində Şeyx Nəsrullah rolunu ifa etmişdir. Bu rolu o, sonralar da oynamışdır. Bacarığı, işgüzarlığı, səmimiyyəti Məmmədəli Sidqini "Molla Nəsrəddin"in fəal əməkdaşı Ömər Faiqə, sevimli şair M.Ə.Sabirə, ədəbiyyatşünas F.Köçərliyə, mürəttib İsmayıl Həqqiyə, sonralar şair Səməd Mənsura, dramaturq C.Cabbarlıya, artist Kazım Ziyaya və b. ziyalılara da sevdirmişdi. O, bunlardan bir çoxu ilə məktublaşırdı.
1920-ci ilə qədərki dövrdə Məmmədəli Sidqi "Həyat", "İrşad", "Molla Nəsrəddin", "İqbal", "" "Bəsirət", "Yeni iqbal", "", "", "", "Həqiqət", "Babayi-Əmir", "Azərbaycan", "Şeypur", "Zənbur" kimi mətbuat orqanlarında müxtəlif imzalarla ("Zadə", "Rizə", "Əfi", "Bekar", "Mühərrir", "Qəmiş", "Bir naxoş", "Şeypur", "Kabla Kövsər", "Kəzbi", "Kərtənkələ", "Lavaş" və s.) çoxsaylı məqalə və felyetonlarını oxuculara çatdırmışdır. Həmçinin atası Məhəmmədtağı Sidqinin "Kəblə Nasir", "Heykəli-insana bir nəzər", "Puşkin" kimi əsərlərini bu dövrdə Bakıda "Kaspi" mətbəəsində kitabça halında buraxdırmışdır. Sovet dövründə "Kommunist", "Vətən yolunda", "Sumqayıt işçisi" və digər mətbuat orqanlarında "MƏƏS", "İşçi MƏƏS", "M.Əli" və s. imzalarla çoxsaylı məqalələri, resenziyaları, tərcümələri dərc olunmuşdur.
Haqqında yazılmış əsərlər
- Hüseyn Həşimli. Məmmədəli Sidqi və "Şeypur" jurnalı. Bakı: Elm və təhsil, 2014;
- Nailə Səmədova. Məmmədəli Sidqinin arxivinin təsviri. Bakı: Elm, 2015;
- Hüseyn Həşimli. "Şeypur" jurnalı və ədəbi-tarixi həqiqətlər. Bakı: Elm və təhsil, 2017;
- Nailə Səmədova. Məmmədəli Sidqinin şəxsi fondu. Bakı: Elm və təhsil, 2017.
Mənbə
İstinadlar
- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2008. səh. 261. 2023-08-04 tarixində . İstifadə tarixi: 2022-08-15.
- Rüstəmli, Asif. "Məmmədəli Sidqi (Səfərov)". Molla Nəsrəddin Elektron Arxiv. 2024. 2024-05-01 tarixində . İstifadə tarixi: 2024-05-01.
- Həşimli, 2014. səh. 7–8
- Həşimli, 2014. səh. 9–10
- Həşimli, 2014. səh. 12–13
- Səfərov, Məmmədəli Sidqi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 343–344. ISBN .
- Həşimli, 2014. səh. 21–22
- Həşimli, 2014. səh. 22–23
- Həşimli, 2014. səh. 13–14
- Həşimli, 2014. səh. 14
- Hüseyn Həşimli. "Məmmədəli Sidqi erməni məkrini necə ifşa edirdi?". nuhcixan.az. 2023-02-09 tarixində . İstifadə tarixi: 28 yanvar 2020.
Ədəbiyyat
- Hüseyn Həşimli. Məmmədəli Sidqi və "Şeypur" jurnalı. Bakı: Elm və təhsil. 2014.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Memmedeli Sidqi Seferov tam adi Memmedeli Mehemmed Tagi oglu Seferov 1888 Ordubad Naxcivan qezasi 1956 Sumqayit muellim yazici jurnalist Irsad qezetinin emekdasi 1906 1908 Molla Nesreddin in muveqqeti redaktoru 1910 1911 olmusdur Memmedeli Sidqi SeferovDogum tarixi 1888Dogum yeri Ordubad Naxcivan qezasi Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 1956Vefat yeri Sumqayit Azerbaycan SSR SSRIAtasi Mehemmed Tagi SidqiFealiyyeti muellim yazici jurnalist redaktor d Vikianbarda elaqeli mediafayllarHeyatiMemmedeli Sidqi Seferov 1888 ci ilde Ordubad seherinde meshur maarifci edib Mehemmed Tagi Sidqinin ailesinde dunyaya goz acmisdir Aile coxusaqli olmusdur Ordubadda qisa muddetde muellim kimi sohretlenen Mehemmed Tagi Sidqi 1894 cu ilde Naxcivan seherine devet olunmus maarifcilik fealiyyetini burada davam etmisdir Memmedeli Sidqinin qeydlerinden oyrenirik ki atasi evvelce Naxcivana tek gelmis bir il sonra yeni 1895 ci ilde onu da yanina getirerek Mektebi terbiye de tehsil almaga qoymusdur Aile ise 1896 ci ilde Naxcivana kocmusdur 1894 1900 cu illerde Mektebi terbiye de ilk tehsilini almis sonra ise Naxcivan seher rus muselman mektebinde oxumusdur Tercumeyi halinda yazir Men o zaman 6 sinifli seher mektebinde rus dilinde oxuyurdum O zaman menim 16 yasim hele tamam olmamisdi Atamin vefatindan sonra men hele iki il o mektebde oxumali idim Naxcivan camaati ve atamin yaxin dostlari ailemizin bassiz qaldigini nezere alaraq oz aralarinda pul topladilar ve atamin yaxin dostlarindan Sahbaz aga Kengerlinskiye tapsirdilar ki men mektebi bitirib isleyene qeder aileye dayaq olsun Sonra Memmedeli Sidqi tehsilini tamama yetirmis imtahan vererek muellimlik huququ qazanmis ve 1906 ci ilden etibaren Naxcivan seherinde Sahtaxti Qivraq ve Qahab kendlerinde muellimlik etmis qisa muddetde bacariqli pedaqoq kimi taninmisdir 1906 1907 ci illerde Naxcivan seherinde muellim islediyi zamanlarda azadliq herekatinda istirak etmis bezi hemfikirleri ile birlikde gizli yolla siyasi mezmunlu intibahmnameler hazirlayib yaymislar 1907 ci ilin evvelerinde evinde polisler terefinden muhasireye alinaraq axtaris edilmis ve hec bir sey tapilmadigina gore toxunan olmamisdir Lakin yoldaslari Boqoslavski onun bir nefer gurcu yoldasi ve iki nefer naxcivanli Heyder Memmedov ve Necefqulu Necefov hebse alinib surgun edildiler Memmedeli Sidqini ise Naxcivan mektebinden cixarib kend mekteblerine muellimliye gonderdiler Carizmin yerli memurlari azadfikirli bir genc pedaqoq ve qelem ehli kimi Memmedeliden subhelenir ve onu gozden qoymurdular Bir qeder sonra o evinin axtarilmasini elde behane edilerek 1910 cu il iyun ayinin 1 den vezifesinden kenar edildi Belelikle Memmedeli Sidqi cox sevdiyi muellimlik pesesinden uzaqlasdirilir 1911 ci ilde bir muddet Asqabadda muellimlik edir Sonra Vetene donerek Bakida ve Bulbule kendinde muellimlik edir eyni zamanda metbuat teatr sahesinde calisir semereli fealiyyet gosterirdi Nicat medeni maarif cemiyyetinin uzvu olmusdur Memmedeli Sidqi 1916 1917 ci illerde Bakida Sovqat 1918 ci ilde Aciq soz kimi metbuat orqanlarinda mutercimlik etmis Baki aktyorlar ittifaqinda katib ve suflyor islemisdir Seypur ve Zenbur jurnallari Azerbaycan Xalq Cumhuriyyeti dovrunde de Memmedeli Sidqi olkenin teatr heyatinda fealliq gostermisdir Bunlarla yanasi 1919 cu ilin sentyabrindan Azerbaycan qezetinin redaksiyasinda mutercim Azerbaycan Cumhuriyyeti Parlamentinde katib vezifesinde calismisdir 1918 1919 cu illerde sair Semed Mensurla heftelik satirik Seypur jurnalini nesr etdirmis jurnalinin redaktoru olmusdur Sovet dovrunde Memmedeli Sidqi Azerbaycan Dovlet Teatr Truppasinda inzibatci suflyor Kommunist qezeti redaksiyasinda mutercim kimi fealiyyet gostermis Azerbaycan zehmetkes ve edib sairlet ittifaqinin katibi olmusdur Onun 1923 cu ilde Kommunist qezeti redaksiyasinda xronika sobesinin mudiri islemisdir Hemin illerde Azerbaycan Xalq Maarif Komissarliginda melumat sobesinin mudiri kimi de fealiyyet gostermisdir Hemcinin bir muddet Sosialist Sumqayiti qezetinin redaksiyasinda da mesul isde calismisdir Gorkemli ziyali Memmedeli Sidqi Seferov 1956 ci ilde vefat etmisdir Edebiyyat ve incesenet qezetinin 1 aprel 1956 ci il tarixli sayinda bassagligi derc edilmisdir Fealiyyeti1905 ci ilden etibaren Memmedeli Sidqi metbuata muxtelif yazilar gonderirdi Xususen Bakida cixan Heyat ve Irsad qezetlerinde onun bir sira maraqli yazilari derc olunmusdu Mirze Celil Memmedquluzade 9 iyun 1910 cu il tarixli mektubunda Memmedelini Tiflise Molla Nesreddin jurnalinin idaresinde islemeye devet etmisdir Memmedeli Sidqi edibin sexsi heyatinda ve Molla Nesreddin in tarixindeki en murekkeb agir illerde jurnalda bilik bacariq ve istedad gostermisdir Mirze Celil sonralar da Kehrizli kendinde basqa seherlerde olanda Memmedeli Sidqi ile isguzar elaqe saxlayir mektublasir gosterisler verirdi Xeste M E Sabir Tiflisde Mirze Celilin evinde yasayanda Memmedeli Sidqi ona cox yaxsi qaygi gosteren qullugunda dayanan cavanlardan idi Memmedeli Sidqi ucun jurnalda en cetin mesul isler maliyye senzura gelen yazilari secib novbeti sayda vermek idi Cavanligina baxmayaraq o Mirze Celilin daimi komeyi isguzar mektublari sayesinde bu islerin de ohdesinden gele bilirdi Meselen 25 avqust 1911 ci il mektubunda edib ona yazirdi Jurnal geldi Yaxsi cixib Sey ele ki bu ay qalanlari da cixsin Uzeyirle bu kagizin icinde 6 manat gonderdim Celil Muxtelif vaxtlarda Memmedeli Sidqi Molla Nesreddin jurnalinda bir sira xeber meqale ve felyetonlarla cixis etmisdir Hemin jurnalda onun yazilari Kabla Qenber Kabla Kovser Kovser bey Kertenkele Lavas Cefeng kimi imzalarla verilmisdir Memmedeli Seferov ayaq uste soldan 2 ci Hacibeyov qardaslarinin teatr truppasinda Baki 1918 1919 cu iller Memmedeli Sidqi 1913 cu ilden muellimlik edir yerli qezetlere Molla Nesreddin e material yazir bezen heveskar artistlerin tamasalarinda kicik rollarda oynayirdi 1917 ci ilde Bakida A M Serifzadenin rejissorlugu ile sehneye qoyulmus Oluler pyesinde Seyx Nesrullah rolunu ifa etmisdir Bu rolu o sonralar da oynamisdir Bacarigi isguzarligi semimiyyeti Memmedeli Sidqini Molla Nesreddin in feal emekdasi Omer Faiqe sevimli sair M E Sabire edebiyyatsunas F Kocerliye murettib Ismayil Heqqiye sonralar sair Semed Mensura dramaturq C Cabbarliya artist Kazim Ziyaya ve b ziyalilara da sevdirmisdi O bunlardan bir coxu ile mektublasirdi 1920 ci ile qederki dovrde Memmedeli Sidqi Heyat Irsad Molla Nesreddin Iqbal Besiret Yeni iqbal Heqiqet Babayi Emir Azerbaycan Seypur Zenbur kimi metbuat orqanlarinda muxtelif imzalarla Zade Rize Efi Bekar Muherrir Qemis Bir naxos Seypur Kabla Kovser Kezbi Kertenkele Lavas ve s coxsayli meqale ve felyetonlarini oxuculara catdirmisdir Hemcinin atasi Mehemmedtagi Sidqinin Keble Nasir Heykeli insana bir nezer Puskin kimi eserlerini bu dovrde Bakida Kaspi metbeesinde kitabca halinda buraxdirmisdir Sovet dovrunde Kommunist Veten yolunda Sumqayit iscisi ve diger metbuat orqanlarinda MEES Isci MEES M Eli ve s imzalarla coxsayli meqaleleri resenziyalari tercumeleri derc olunmusdur Haqqinda yazilmis eserlerHuseyn Hesimli Memmedeli Sidqi ve Seypur jurnali Baki Elm ve tehsil 2014 Naile Semedova Memmedeli Sidqinin arxivinin tesviri Baki Elm 2015 Huseyn Hesimli Seypur jurnali ve edebi tarixi heqiqetler Baki Elm ve tehsil 2017 Naile Semedova Memmedeli Sidqinin sexsi fondu Baki Elm ve tehsil 2017 MenbeIstinadlar Celil Memmedquluzade Ensiklopediyasi Baki Serq Qerb 2008 seh 261 2023 08 04 tarixinde Istifade tarixi 2022 08 15 Rustemli Asif Memmedeli Sidqi Seferov Molla Nesreddin Elektron Arxiv 2024 2024 05 01 tarixinde Istifade tarixi 2024 05 01 Hesimli 2014 seh 7 8 Hesimli 2014 seh 9 10 Hesimli 2014 seh 12 13 Seferov Memmedeli Sidqi Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki Lider 2005 seh 343 344 ISBN 9952 417 44 4 Hesimli 2014 seh 21 22 Hesimli 2014 seh 22 23 Hesimli 2014 seh 13 14 Hesimli 2014 seh 14 Huseyn Hesimli Memmedeli Sidqi ermeni mekrini nece ifsa edirdi nuhcixan az 2023 02 09 tarixinde Istifade tarixi 28 yanvar 2020 Edebiyyat Huseyn Hesimli Memmedeli Sidqi ve Seypur jurnali Baki Elm ve tehsil 2014 Hemcinin baxMehemmed Tagi Sidqi Celil Memmedquluzade Molla Nesreddin jurnali Seypur jurnali