Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır
Səməd Mənsur Kazımzadə | |
---|---|
Səməd Hacı Əhməd oğlu Kazımov | |
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşağı | |
Fəaliyyəti | şair, yazıçı, dramaturq, jurnalist, teatr xadimi |
Səməd Mənsur Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Səməd Mənsur Hacı Əhməd oğlu Kazımov (Kazımzadə) 1879-cu ildə Bakıda anadan olmuşdur. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir.
Şair iki dəfə evlənmiş, birinci nikahı uğursuz nəticələnsə də, ikinci dəfə taleyi üzünə gülmüş, yaxşı ailə qurmağa müvəffəq olmuşdur, həyatının son günlərində Səməd Mənsur "Övladlarıma vəsiyyətim" adlı məktub qoyub getmişdir. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir.
Fəaliyyəti
O, 1910-cu ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Bütün bu illərdə S. Mənsur cəmiyyətin xeyriyyəçilik işlərində yaxından iştirak etmiş, yazdığı və tərcümə etdiyi səhnə əsərləri ilə tamaşalar hazırlamış, müxtəlif mədəni tədbirlərin həyata keçirilməsinə köməklik göstərmişdir. Səməd Mənsur ağır maddi çətinliklərə baxmayaraq, hələ 1917-ci ildə "Turan" adlı elektrik mətbəəsi təsis etmiş, burada ta 1920-ci ilin may ayına, bolşevik istilasına qədər naşirlik işiylə məşğul olmuşdur. O, yaradıcılığının ən məhsuldar dövründə – 1918–1919-cu illərdə "Şeypur" satirik jurnalının naşiri olmuş, eyni zamanda "Hümmət" firqəsinin orqanı olan "Azərbaycan füqərası" qəzetinin çıxmasına yaxından köməklik göstərmişdir. 1925-ci ildə maarifpərvərlər tərəfindən "Azərbaycan ədəbiyyat cəmiyyəti" təşkil edildiyi gündən etibarən Səməd Mənsur cəmiyyətin ən fəal üzvlərindən biri və təftiş komissiyasının üzvü idi. Səməd Mənsur ömrünün axırlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri vəzifəsində çalışmışdır.
Yaradıcılığı
Səməd Mənsur yaradıcılığa qəzəllə başlamış şairin əsasən əruz vəznində olan əsərləri klassik formalara və janrlara meyli ilə səciyyələnir. XX əsrin əvvəllərində poeziyada ictimai-siyasi mövqedən çıxış edən sənətkarlardan biri də Səməd Mənsur idi. Səməd Mənsur klassik sənət ənənələrini davam etdirməklə yanaşı, Azərbaycan poeziyasına original fikir, ifadə tərzi gətirdi . Bakıda "Məcməüş-şüəra" ədəbi məclisinin məşğələlərində iştirak edib oxuduğu lirik şeirlərlə tanınmış şairlərin rəğbətini qazanan gənc şairə "Mənsur" (mənası: qalib gəlmiş, üstünlük qazanmış) təxəllüsünün verilməsi sənət aləminə yeni bir istedadın gəlişini göstərirdi. O, realist mövqeyi ilə seçilərək dövrünün ən aktual məsələlərini poeziyasının mövzusu seçmişdir. İstedadı, yaradıcılığının fərdi üslub keyfiyyətləri şairin lirikasında açılmış, sənətkarın dünyagörüşü, fəlsəfi ümumiləşdirmələri, həyat haqqında düşüncələri bu janrda daha müvəffəqiyyətlə işlənmişdir. Zəngin satirik irsi və ciddi lirik əsərləri Səməd Mənsur yaradıcılığının lirik-satirik üslubunu müəyyənləşdirmişdir. Səməd Mənsurun şairlik fəaliyyəti iki istiqamət üzrə davam etmişdir: satirik və lirik. Lirik şeirlərində klassik poeziyamızın zəngin yaradıcılıq ənənələrini davam və inkişaf etdirən Səməd Mənsur həssas, zərif duyğuları, həmçinin narahat şair ovqatının nisgilli yaşantılarını, cəmiyyətdə müşahidə etdiyi haqsızlıqlardan qaynaqlanan bədbin düşüncələrini təsirli bədii vasitələrlə poetikləşdirmiş, qəzəl, müxəmməs, müsəddəs və digər janrlarda yazdığı lirik şeirlərin əksəriyyəti romantik qayəsi ilə seçilirdi. Satirik şeirlərində şair Mirzə Ələkbər Sabirin yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır. O, "Tuti", "Şeypur", "Molla Nəsrəddin" və digər mətbuat orqanlarında "Pampuşalı", "Kənarçı Pampuşalı", "Mütəşair" və s. imzalarla çoxsaylı satirik şeirlər və felyetonlar dərc etdirmişdir. Zəngin lirik və satirik irsi olan sənətkar məqalə və felyetonlar yazmış, iki il satirik "Şeypur" jurnalının naşiri olmuşdur. "Şeypur" imzası ilə yazmış olduğu "Altı ay", "Əsgərlik", "Qramofon", "Tiflis duması", "Barışırlar", "Nə var, nə yox", "Bir gün", "Gürcü-erməni vuruşması" kimi məqalə və felyetonları üslub cəhətdən sadə, müəllif təhkiyəsi aydın, ardıcıl və bitkindir. "Şeypur" jurnalının on üç nömrəsində dərc olunmuş "Ziyalılar" silsilə felyetonları günün siyasi məsələlərindən bəhs edən ictimai-satirik xarakterli felyetonlardır. Səməd Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə istifadə etmişdir. "İçkilər, oflar", "Ey həkim", "Qarabağlı", "Qələmim" belə satirikşeirlərdəndir. Qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən təşbih və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir qədər də artırmışdır. Füzulinin çox məhzun və mütəəssir bir lirika ilə yazdığı məşhur "Ey həkim" rədifli qəzəli vardır. Burada aşiq həkimə müraciətlə eşq dərdindən şikayət edir:
Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Səməd Mənsur isə ayrı münasibətlə həkimə müraciət edir. O, Bakıda yoxsulluq, pulsuzluq ucbatından həkimə gedə bilməyən xəstələrin şikayətini qələmə almışdır. İnsafsız və pulpərəst həkimlər belə xəstələri qapıdan qovurdular. Şair həmin xəstələrin dilindən yazır:
Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!
Nəbzimi bihudə sıxma, çəkmə azar, eyhəkim!
Ət yemək pəhrizini əmr etmə kim bazardə,
Hər qədər axtarsa ət tapmaz xiridar ey həkim.
Səməd Mənsur ən məşhur "Həbsi rəngdir" şeirini 1919-cu ildə yazmışdır. Bu şeir şairin yaradıcılığında xüsusi yer tutur. Şair əslində varlıq aləmini yoxluqla müqayisə edərək fəlsəfi anlamda hər şeyin rəngdən ibarət olduğunu yazır. Səməd Mənsurun "Həpsi rəngdir" şeiri riya və yalan aləmində yaşayan insanın inamsızlığını, ümidsizliyini göstərir.
Uyma, ey dil, xəlqidə yoxdur sədaqət, rəngdir,
Məscidü meyxanə rəng, eyşü-ibadət rəngdir.
Muyü riya, məşuqə gəş hüsnü vəcahət rəngdir.
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir.
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir.
Müəllifin dramaturji yaradıcılığına "Maarif", "Cinayət", "Dərviş", "Rəzalət səbəbləri", "Mükafat", "Aktyor", "Dövlətin təhsili və təsiri" kimi pyeslərini göstərmək olar. Həcmcə kiçik olan bu əsərlərdə sosial-mənəvi problemlər diqqət mərkəzinə çəkilmişdir. Müəllif pyeslərində dramatik situasiyaların mahiyyətini, obrazların daxili aləmini, dünyagörüşünü daha dərindən təqdim etmək üçün mətn daxilində verilən müvafiq şeir parçalarından istifadə etmişdir. 1920-ci ildən sonrakı illərdə Səməd Mənsurun pyesləri müxtəlif teatrların səhnələrində tamaşaya qoyulmuşdu.
İrsinin tədqiqi
Səməd Mənsurun yaradıcılığı müxtəlif tədqiqatçılar tərəfindən araşdırılmış və diqqət mərkəzində olmuşdur. Şair-alim Arif Abdullazadə "Sədaqət ümidli" esse-məqaləsində Səməd Mənsur yaradıcılığını öz baxış bucağından nəzərdən keçirir, lirikasını, satiralarını, pyeslərini araşdırmışdır. Nazif Qəhrəmanovun "Bir ömrün rəngləri" monoqrafiyasında bol informasiya, xatirələrlə, dəqiq faktlarla Səməd Mənsurun şəxsiyyəti, əsərləri haqqında daha canlı təəssürat mövcuddur . Professor Bədirxan Əhmədovun "Qəribə taleli şair" məqaləsi S. Mənsurun həyatına, əsərlərinə aydınlıq gətirmək, xüsusilə satirik şeirlərinin şərhi ilə oxucunu məlumatlandırmaq baxımından maraqlıdır . Abbas Çingizin publisistik yazıları, M. Adilovun şairin irsinə aid elmi məqalələri şairin yaradıcılığını şərh edən dəyərli tədqiqatlardır.Təyyar Salamoğlu "Faciəli talelər" portretoçerkində Səməd Mənsurun həyat və yaradıcılığı haqqında qısa məlumat verərək lirik və satirik əsərlərini tədqiq etmiş, xüsusilə "Həpsi rəngdir" şeirinə dair mülahizələrini bildirmiş, təxmislərini araşdıraraq nümunələr təqdim etmişdir.
Akif Səmədin "Dünya özü rəngidir", Səadət Bünyadzadənin şairin "Tuti" jurnalında fəaliyyətindən bəhs edən məqalələri, Ağamir Heydərovun, qeydləri də maraqlı nümunələrdir. Sona Xəyalın tərtibatında "Birinin bayramı, birinin matəmi", "Seçilmiş əsərləri" kitabları Səməd Mənsurun xatirəsinə gözəl bir hədiyyədir. 2006-cı ildə Səməd Mənsurun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan "Seçilmiş əsərləri"ndə şairin bir neçə əsər istisna olmaqla, tam külliyyatı toplanmışdır. Tədqiqatçılar Təranə Hüseynova və Abbas Abdullayevin tərtib etdiyi bu kitabın ərsəyə gəlməsində mərhum mətnşünas Əliheydər Hüseynovun böyük əməyi olmuşdur. Filologiya üzrə fəlsəfə doktoru Yadigar Əsgərovanın Səməd Mənsurun anadan olmasının 140 illiyinə həsr edilmiş Səməd Mənsur. Həyat və yaradıcılığı monoqrafiyası da önəmli tədqiqatlardan biridir.
Mənbə
- Xəyal Sona. Səməd Mənsur: ədəbi irsə maraq. "Ədəbiyyat"
- Mehdiyeva Yadigar. Səməd Mənsurun həyat yolu. "Cümə axşamı" qəz., 2000, 13–19 yanvar qəz., 2006, 23 iyun.
- Rəhimli İlham. Azərbaycan teatr tarixi. Dərslik. Bakı: Çaşıoğlu, 2005, 156
- Sultanlı Əli. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1964, s.135.
İstinadlar
- Əsgərova, Yadigar. Səməd Mənsur. Həyat və yaradıcılığı. Bakı. 2019. 16–17. ISBN .
- İqtisadi xəbərlər. №1, (91), 92,54. 1927.
- Mehdizadə, İntiqam. "Qələmlə yaxılmış rənglər.YAXUD YADDAŞLARDAN SİLİNMƏYƏN SƏMƏD MƏNSUR HİKMƏTLƏRİ". 525-ci qəzet: s.30. 2024-01-29 tarixində .
- Səməd, Mənsur. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb. 2006. 5–8.
- S.N.Əhmədova. SƏMƏD MƏNSUR. Bakı: Pedaqoji Universitetin Xəbərləri. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası. 2021. s. 18-28.
- Həşimli, Hüseyn. . Archived from the original on 2024-01-30. İstifadə tarixi: 2024-01-30.
- İlqar, Fəhmi. "İstiqlal nəğməsinə təşnə şair Səməd Mənsur-140". Mədəniyyət. 30 yanvar, 2019: s.6. 2024-01-29 tarixində .
- Abudllazadə, Arif. Sədaqət ümidli. 1988.
- Ələkbərli, Nazif. Bir ömrün rəngləri. Bakı: Elm. 2000.
- Əhmədov, Bədirxan. Qəribə taleli şair. (Səməd Mənsur haqqında). Bakı. 1989.
- Salamoğlu, Təyyar. Faciəli talelər. (Azərbaycan repressiya və mühacirət şeirinə dair portret-oçerklər). Bakı: Elm. 1988.
- Ələkbərov, Faiq. Səməd Mənsur. Cəmiyyət və din. 2012.
- Mənsur, Səməd. Birinin bayramı, birinin matəmi. Bakı: Nurlan. 2007.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Semed Mensur tam adi Semed Haci Ehmed oglu Kazimov 31 yanvar 1879 Baki 3 yanvar 1927 Baki XX esrin evvellerinde yazib yaratmis sair publisist dramaturq aktyor XX esrin evvellerinde Azerbaycan poeziyasinin gorkemli numayendelerinden biridir Milli teessubkesliyi maarif isigini azad dusunce terzini teblig eden Semed Mensur yaradiciliginin Azerbaycan edebiyyatinda xususi yeri vardirSemed Mensur KazimzadeSemed Haci Ehmed oglu KazimovDogum tarixi 31 yanvar 1879Dogum yeri Emircan Baki qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 3 yanvar 1927 47 yasinda Vefat yeri Baki Azerbaycan SSR Zaqafqaziya SFSR SSRIVetendasligi Rusiya imperiyasi AXC SSRIUsagi Tofiq KazimovFealiyyeti sair yazici dramaturq jurnalist teatr xadimiSemed Mensur Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiSemed Mensur Haci Ehmed oglu Kazimov Kazimzade 1879 cu ilde Bakida anadan olmusdur 10 yasinda iken balaca Iceriseherin Hamamcilar Mescidinde Molla Settar ve Molla Agababanin yaninda ereb elifbasini Quran surelerini oyrenmeye baslamisdir Ilk tehsilini 1891 ci ilde rus muselman mektebinde almisdir 1897 ci ilde Semed Mensur xezinedar vezifesinde calismis 1911 ci ilden Balabey Asurovun idaresinde muhasib kimi calisaraq 1917 ci ile kimi burada xidmet etmisdir Sair iki defe evlenmis birinci nikahi ugursuz neticelense de ikinci defe taleyi uzune gulmus yaxsi aile qurmaga muveffeq olmusdur heyatinin son gunlerinde Semed Mensur Ovladlarima vesiyyetim adli mektub qoyub getmisdir O 1927 ci il yanvarin 3 de Bakida vefat etmisdir FealiyyetiO 1910 cu ilde Bakida duzelen Sefa cemiyyetinin uzvu olmus teatr islerinde feal istirak etmisdir Butun bu illerde S Mensur cemiyyetin xeyriyyecilik islerinde yaxindan istirak etmis yazdigi ve tercume etdiyi sehne eserleri ile tamasalar hazirlamis muxtelif medeni tedbirlerin heyata kecirilmesine komeklik gostermisdir Semed Mensur agir maddi cetinliklere baxmayaraq hele 1917 ci ilde Turan adli elektrik metbeesi tesis etmis burada ta 1920 ci ilin may ayina bolsevik istilasina qeder nasirlik isiyle mesgul olmusdur O yaradiciliginin en mehsuldar dovrunde 1918 1919 cu illerde Seypur satirik jurnalinin nasiri olmus eyni zamanda Hummet firqesinin orqani olan Azerbaycan fuqerasi qezetinin cixmasina yaxindan komeklik gostermisdir 1925 ci ilde maarifperverler terefinden Azerbaycan edebiyyat cemiyyeti teskil edildiyi gunden etibaren Semed Mensur cemiyyetin en feal uzvlerinden biri ve teftis komissiyasinin uzvu idi Semed Mensur omrunun axirlarinda Xalq Komissarlari Sovetinde umumi idare mudiri vezifesinde calismisdir YaradiciligiSemed Mensur yaradiciliga qezelle baslamis sairin esasen eruz vezninde olan eserleri klassik formalara ve janrlara meyli ile seciyyelenir XX esrin evvellerinde poeziyada ictimai siyasi movqeden cixis eden senetkarlardan biri de Semed Mensur idi Semed Mensur klassik senet enenelerini davam etdirmekle yanasi Azerbaycan poeziyasina original fikir ifade terzi getirdi Bakida Mecmeus suera edebi meclisinin mesgelelerinde istirak edib oxudugu lirik seirlerle taninmis sairlerin regbetini qazanan genc saire Mensur menasi qalib gelmis ustunluk qazanmis texellusunun verilmesi senet alemine yeni bir istedadin gelisini gosterirdi O realist movqeyi ile secilerek dovrunun en aktual meselelerini poeziyasinin movzusu secmisdir Istedadi yaradiciliginin ferdi uslub keyfiyyetleri sairin lirikasinda acilmis senetkarin dunyagorusu felsefi umumilesdirmeleri heyat haqqinda dusunceleri bu janrda daha muveffeqiyyetle islenmisdir Zengin satirik irsi ve ciddi lirik eserleri Semed Mensur yaradiciliginin lirik satirik uslubunu mueyyenlesdirmisdir Semed Mensurun sairlik fealiyyeti iki istiqamet uzre davam etmisdir satirik ve lirik Lirik seirlerinde klassik poeziyamizin zengin yaradiciliq enenelerini davam ve inkisaf etdiren Semed Mensur hessas zerif duygulari hemcinin narahat sair ovqatinin nisgilli yasantilarini cemiyyetde musahide etdiyi haqsizliqlardan qaynaqlanan bedbin dusuncelerini tesirli bedii vasitelerle poetiklesdirmis qezel muxemmes museddes ve diger janrlarda yazdigi lirik seirlerin ekseriyyeti romantik qayesi ile secilirdi Satirik seirlerinde sair Mirze Elekber Sabirin yolunu tutaraq ictimai xestelikleri kohne munasibetleri qamcilamaga calismisdir O Tuti Seypur Molla Nesreddin ve diger metbuat orqanlarinda Pampusali Kenarci Pampusali Mutesair ve s imzalarla coxsayli satirik seirler ve felyetonlar derc etdirmisdir Zengin lirik ve satirik irsi olan senetkar meqale ve felyetonlar yazmis iki il satirik Seypur jurnalinin nasiri olmusdur Seypur imzasi ile yazmis oldugu Alti ay Esgerlik Qramofon Tiflis dumasi Barisirlar Ne var ne yox Bir gun Gurcu ermeni vurusmasi kimi meqale ve felyetonlari uslub cehetden sade muellif tehkiyesi aydin ardicil ve bitkindir Seypur jurnalinin on uc nomresinde derc olunmus Ziyalilar silsile felyetonlari gunun siyasi meselelerinden behs eden ictimai satirik xarakterli felyetonlardir Semed Mensur satiralarinda klassik seirin tesvir vasitelerinden meharetle istifade etmisdir Ickiler oflar Ey hekim Qarabagli Qelemim bele satirikseirlerdendir Qezel edebiyyatinda zeriflik incelik ucun isledilen tesbih ve sifetleri hecv seirine salmaqla satiranin melahetini bir qeder de artirmisdir Fuzulinin cox mehzun ve muteessir bir lirika ile yazdigi meshur Ey hekim redifli qezeli vardir Burada asiq hekime muracietle esq derdinden sikayet edir Esqden qelbimde bir punhan merez var ey hekim Xelqe punhan derdim izhar etme zinhar ey hekim Semed Mensur ise ayri munasibetle hekime muraciet edir O Bakida yoxsulluq pulsuzluq ucbatindan hekime gede bilmeyen xestelerin sikayetini qeleme almisdir Insafsiz ve pulperest hekimler bele xesteleri qapidan qovurdular Sair hemin xestelerin dilinden yazir Ne cibimde pare ne evde corek var ey hekim Nebzimi bihude sixma cekme azar eyhekim Et yemek pehrizini emr etme kim bazarde Her qeder axtarsa et tapmaz xiridar ey hekim Semed Mensur en meshur Hebsi rengdir seirini 1919 cu ilde yazmisdir Bu seir sairin yaradiciliginda xususi yer tutur Sair eslinde varliq alemini yoxluqla muqayise ederek felsefi anlamda her seyin rengden ibaret oldugunu yazir Semed Mensurun Hepsi rengdir seiri riya ve yalan aleminde yasayan insanin inamsizligini umidsizliyini gosterir Uyma ey dil xelqide yoxdur sedaqet rengdir Mescidu meyxane reng eysu ibadet rengdir Muyu riya mesuqe ges husnu vecahet rengdir Rengdir her durlu matem her meserret rengdir Anla ey ebnayi xilqet cumle xilqet rengidir Muellifin dramaturji yaradiciligina Maarif Cinayet Dervis Rezalet sebebleri Mukafat Aktyor Dovletin tehsili ve tesiri kimi pyeslerini gostermek olar Hecmce kicik olan bu eserlerde sosial menevi problemler diqqet merkezine cekilmisdir Muellif pyeslerinde dramatik situasiyalarin mahiyyetini obrazlarin daxili alemini dunyagorusunu daha derinden teqdim etmek ucun metn daxilinde verilen muvafiq seir parcalarindan istifade etmisdir 1920 ci ilden sonraki illerde Semed Mensurun pyesleri muxtelif teatrlarin sehnelerinde tamasaya qoyulmusdu Irsinin tedqiqiSemed Mensurun yaradiciligi muxtelif tedqiqatcilar terefinden arasdirilmis ve diqqet merkezinde olmusdur Sair alim Arif Abdullazade Sedaqet umidli esse meqalesinde Semed Mensur yaradiciligini oz baxis bucagindan nezerden kecirir lirikasini satiralarini pyeslerini arasdirmisdir Nazif Qehremanovun Bir omrun rengleri monoqrafiyasinda bol informasiya xatirelerle deqiq faktlarla Semed Mensurun sexsiyyeti eserleri haqqinda daha canli teessurat movcuddur Professor Bedirxan Ehmedovun Qeribe taleli sair meqalesi S Mensurun heyatina eserlerine aydinliq getirmek xususile satirik seirlerinin serhi ile oxucunu melumatlandirmaq baximindan maraqlidir Abbas Cingizin publisistik yazilari M Adilovun sairin irsine aid elmi meqaleleri sairin yaradiciligini serh eden deyerli tedqiqatlardir Teyyar Salamoglu Facieli taleler portretocerkinde Semed Mensurun heyat ve yaradiciligi haqqinda qisa melumat vererek lirik ve satirik eserlerini tedqiq etmis xususile Hepsi rengdir seirine dair mulahizelerini bildirmis texmislerini arasdiraraq numuneler teqdim etmisdir Akif Semedin Dunya ozu rengidir Seadet Bunyadzadenin sairin Tuti jurnalinda fealiyyetinden behs eden meqaleleri Agamir Heyderovun qeydleri de maraqli numunelerdir Sona Xeyalin tertibatinda Birinin bayrami birinin matemi Secilmis eserleri kitablari Semed Mensurun xatiresine gozel bir hediyyedir 2006 ci ilde Semed Mensurun Azerbaycan Respublikasi Prezidenti Ilham Eliyevin 12 yanvar 2004 cu il tarixli serencami ile nesr olunan Secilmis eserleri nde sairin bir nece eser istisna olmaqla tam kulliyyati toplanmisdir Tedqiqatcilar Terane Huseynova ve Abbas Abdullayevin tertib etdiyi bu kitabin erseye gelmesinde merhum metnsunas Eliheyder Huseynovun boyuk emeyi olmusdur Filologiya uzre felsefe doktoru Yadigar Esgerovanin Semed Mensurun anadan olmasinin 140 illiyine hesr edilmis Semed Mensur Heyat ve yaradiciligi monoqrafiyasi da onemli tedqiqatlardan biridir MenbeXeyal Sona Semed Mensur edebi irse maraq Edebiyyat Mehdiyeva Yadigar Semed Mensurun heyat yolu Cume axsami qez 2000 13 19 yanvar qez 2006 23 iyun Rehimli Ilham Azerbaycan teatr tarixi Derslik Baki Casioglu 2005 156 Sultanli Eli Azerbaycan dramaturgiyasinin inkisaf tarixinden Baki Azerbaycan Dovlet Nesriyyati 1964 s 135 IstinadlarEsgerova Yadigar Semed Mensur Heyat ve yaradiciligi Baki 2019 16 17 ISBN ISBN 978 9952 526 04 2 Iqtisadi xeberler 1 91 92 54 1927 Mehdizade Intiqam Qelemle yaxilmis rengler YAXUD YADDASLARDAN SILINMEYEN SEMED MENSUR HIKMETLERI 525 ci qezet s 30 2024 01 29 tarixinde Semed Mensur Secilmis eserleri Baki Serq Qerb 2006 5 8 S N Ehmedova SEMED MENSUR Baki Pedaqoji Universitetin Xeberleri Humanitar ictimai ve pedaqoji psixoloji elmler seriyasi 2021 s 18 28 Hesimli Huseyn Archived from the original on 2024 01 30 Istifade tarixi 2024 01 30 Ilqar Fehmi Istiqlal negmesine tesne sair Semed Mensur 140 Medeniyyet 30 yanvar 2019 s 6 2024 01 29 tarixinde Abudllazade Arif Sedaqet umidli 1988 Elekberli Nazif Bir omrun rengleri Baki Elm 2000 Ehmedov Bedirxan Qeribe taleli sair Semed Mensur haqqinda Baki 1989 Salamoglu Teyyar Facieli taleler Azerbaycan repressiya ve muhaciret seirine dair portret ocerkler Baki Elm 1988 Elekberov Faiq Semed Mensur Cemiyyet ve din 2012 Mensur Semed Birinin bayrami birinin matemi Baki Nurlan 2007 Xarici kecidlerhttps www sehadetkitap com urun samed mansurun siiriVikimenbede Semed Mensur ile elaqeli melumatlar var