Sovet işğalına qarşı üsyanlar (1920-22) — Azərbaycanın bolşeviklər tərəfindən işğalı əleyhinə müqavimət hərəkatı.
İlk qığılcımlar
Üsyan dalğası 28 aprel işğalından az sonra bütün Azərbaycanı bürümüşdü. Mayın 18-də bolşeviklər və qırmızı döyüşçülər Şuşada yeni hökumətə qarşı hazırlanan üsyandan xəbər tutub onun qarşısını ala bildilər. Həmin vaxtlarda Ucar və Bərgüşadda yeni rejimlə razılaşmayan əhali dəmir yolu xəttində qatarların hərəkətini dayandırmağa cəhd göstərdi. 1920-ci il mayın ortalarından Bakıda sovet hakimiyyəti əleyhinə üsyana hazırlıq aparıldı. Şəhər hərbi qarnizonunun rəisi, 28-ci diviziyanın komandiri Nesterovskinin 1920-ci il mayın 26-da imzaladığı əmrdə göstərilirdi ki, Bakı şəhərində fəhlə və kəndli hökumətinə qarşı üsyanların hazırlanması barədə şayiələr dolaşmaqdadır. Əmrdə daha sonra deyilirdi:
Hansı evdən güllə atılsa, o ev top atəşinə tutulacaq, evdə sükunət edənlər də fəhlə və kəndli hökumətinin düşməni adlandırılaraq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər. |
Qarabağ üsyanı
Yeni hökumətə qarşı ilk qüvvətli üsyan Qarabağda başladı. Yerli əhali, xüsusən də daşnak Ermənistanının nizami qoşunlarına qarşı mübarizə aparmış Cümhuriyyət ordusunun əsgər və zabitləri yeni rejimə qarşı nifrətini silahlı çıxışlarla ifadə edirdilər. Bu zaman Şuşada Qarabağ sakinlərindən ibarət 300 nəfərlik silahlı dəstə də formalaşmışdı. Qarabağda yaranmış gərgin vəziyyət, nəhayət, partlayışla nəticələndi. Mayın 21-də Tərtərdə yerli əhali buradakı 11-ci Qırmızı ordu bölmələrinə qarşı hücuma keçdi. Üsyançılar qalib gəldilər. 11-ci Qırmızı ordu hissələri 80 nəfərə qədər itki verdi. Tərtərdəki 11-ci Qırmızı ordu alayının komandiri Naumov öldürüldü. Üsyan Azərbaycanda sovet rejiminə qarşı ilk güclü müqavimət idi. Onun daha da genişlənməsinin qarşısını almaq üçün 11-ci ordu komandanlığı dərhal əməli tədbirlər gördü. Gəncədən Qarabağa süvari bölmələri gətirildi. Ermənilər xəyanət edərək, düşmən tərəfinə keçdilər. Ermənilərdən təşkil edilmiş dəstə 11-ci Qırmızı ordu dəstələri ilə birlikdə üsyanın yatırılmasında fəal iştirak etdi. Bütün bunlann nəticəsində Tərtərdə üsyançıları müvəqqəti olaraq sakitləşdirmək mümkün oldu.
Zaqatala üsyanı
1920-ci il iyunun birinci yarısında Zaqatala bölgəsində sovet işğalına qarşı baş vermiş xalq hərəkatı. Qarabağdakı antisovet üsyanı ilə eyni vaxtda başlayıb. Üsyandan məqsəd qırmızı ordu hissələrinin bölgədəki azğınlıqlarının qarşısını almaq və onu bütünlüklə sovet rejimindən azad etmək idi. Üsyan iyunun 6-da başladı. Üsyanda xalq kütlələri ilə bərabər, azsaylı qoşun dəstələri də iştirak edirdi. Onun rəhbərləri də xalq arasından seçilmişdi. Zaqatala üsyanının rəhbəri, Tala kəndinin imamı Hafiz əfəndi idi. İlk günlərdə üsyançıların sayı 1000 nəfərə çatırdı. Cümhuriyyət ordusunun Zaqatalada yerləşən və sonradan sovet hakimiyyətinə tabe etdirilən taboru da üsyançıların tərəfinə keçdi. 1920-ci il iyunun 9-da, səhər saat 6-da bölgədəki üsyançı qüvvələr Zaqatalaya toplaşdılar. Şəhər qalası və teleqraf dərhal elə keçirildi. İnqilab Komitəsi üzvlərinin və sovet işçilərinin həbsi barədə qərar verildi. Gürcüstanla sərhəddə yerləşən keçmiş Cümhuriyyət taborunun üsyançılara qoşulması onlann gücünü daha da artırdı. Qısa müddətdən sonra Qax da sovet qüvvələrindən azad edildi. 11-ci Qırmızı ordunun bölgədə yerləşdirilmiş 7-ci süvari diviziyasının 37, 39 və 40-cı süvari alayları 1920-ci il iyunun 10-da Əlibəyli, Yuxarı Muxax kəndləri yaxınlığındakı yüksəklikdə, Qaraman və s. məntəqələr ətrafında döyüşlərdə üsyançı qüvvələrin müqavimətini qıra bilməyib böyük itkilər verdi. İyunun 11-də üsyançılar 39-cu süvari alayının Əmbərçay ətrafındakı zastavalarını da geri çəkilməyə məcbur etdilər. İyunun 13-də strateji əhəmiyyətli Baş Göynük kəndi də üsyan qaldırdı və kənd qırmızı qüvvələrdən təmizləndi. Bölgədə hərbi təşəbbüs bütünlüklə üsyançı qüvvələrin əlinə keçdi və onlarını döyüş fəallığı nəticəsində 11-ci Qırmızı ordunun 7-ci süvari diviziyasının vəziyyəti xeyli mürəkkəbləşdi. Bu diviziyanı tamamilə məhv olmaqdan xilas etmək üçün bölgəyə 58-ci piyada briqadası, 27-ci zirehli dəstə və kommunistlərdən təşkil edilmiş dəstədən ibarət əlavə qüvvələr göndərildi. Əlavə qüvvələr iyunun 16-da bölgəyə yetişdilər və iyunun 17-də bütün cəbhəboyu üsyançı qüvvələrin üzərinə hücum təşkil edildi. Çoxsaylı hərbi texnikaya və üstün qüvvələrə malik olan 11-ci Qırmızı ordu hissələri gün ərzində üsyançılarını müqavimətini qırmağa nail oldular. Zaqatala-Şəki şose yolu və digər strateji məntəqələr yenidən onların əlinə keçdi. İyunun 18-də isə 11-ci Qırmızı ordunun hissə və bölmələri Zaqatalaya daxil oldular və burada sovet hakimiyyəti yenidən bərpa edildi. Bölgə əhalisinə qanlı divan tutuldu.
Gəncə üsyanı
Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər.
Üsyanın təşkilində başlıca olaraq birinci piyada diviziyası, üçüncü Gəncə alayının bölmələri, üçüncü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. , Sarı Ələkbər, , və başqaları da öz silahlıları və silahdaşları ilə birlikdə Gəncə üsyanının təşkilində xüsusi fəallıq göstərirdilər. Şəhər əhalisindən qoşuları könüllülərlə birlikdə üsyançıların sayı 10 mindən artıq idi.
Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı. Bir həftə ərzində hər iki tərəfdən üst-üstə təxminən 20 min adam öldü. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər, demək olar ki, boşaldı. Əgər 1916-1917-ci illərdə Gəncədə 60.291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38.880-ə endi.
Üsyan yatırılandan sonra erməni və ruslar üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar. Qeyri-rəsmi məlumatlara görə 20 min nəfərdən artıq dinc əhali qətlə yetrildi. Qətliamlar sonrakı günlərdə də davam etdi. İyun-avqust aylarında üsyanda iştirak etməkdə və ya onlara yardımda şübhəli bilinən 13 min adam məhkəməsiz güllələndi. Qırmızı ordu isə Gəncə döyüşlərində 900 nəfərdən artıq əsgərini itridi. 6 mindən artıq Qırmızı ordu əsgəri isə yaralandı.
Gəncə üsyanı tez bir zamanda Azərbaycanın hər yerinə yayıldı. Bunu görən XI Qırmızı ordu komandanlığı gizli direktiv imzaladı. Direktivdə deyilir:
Bakı, 26 may. Xüsusi gizli operativ direktiv nömrə 60. Yelizavetpolda (Gəncə) üsyan baş verib. Tərtərdə yenicə üsyan yatırılıb. Onlar Bakı üzərinə yürüşə hazırlaşırdılar. Ölkənin hər yerində üsyan təhlükəsi gözlənilir. Biz bu mübarizəyə hazır olmalıyıq. |
Gəncə üsyanından bəhs edərkən Cümhuriyyət lideri Məhəmməd Əmin Rəsulzadə belə qeyd edirdi:
İxtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi. Türkiyəyə gediyor – deyə təhəmmül eylədiyi rus ordusunu məmləkətində fəsad iqa etməklə bir davam görüncə, sevgili ordusunun, kəndisinə hər yürüşü ilə dünyalar qədər ruh və izzətinəfs edən bu gənc əsgərlərin mürəttəb bir surətdə dağıldığını, münəvvəranının kəndisi ilə münasibətdən mən edildiyini, sərvət və samanının yağmaya getdiyini, ədəb və əxlaqi-milliyyəsinin fəna surətdə təhqirə məruz qaldığını duyunca, bittəb xalq təhəmmül edəmədi. Üsyan etdi. Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftə qədər davam etdi. Ruslar burada divizyonlarını qeyb etdilər. Bakıdan qüvayi-imdadiyyə gəldi. Digər tərəfdən də Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrlə kəsilən əhali müdhiş bir qətli-ama məruz qaldı. Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk edilmədən irz və namus buraxılmadı. |
Şəmkir üsyanı
1920-ci ilin yayında Şəmkirin Müskürlü kəndində də sovet rejimi əleyhinə üsyan baş verdi. Qırmızı ordu hissələrinə müqavimət göstərmək üçün burada da yerli əhalidən silahlı dəstə təşkil olunmuşdu. Digər bölgələrdə olduğu kimi, 11-ci ordu komandanlığı buradakı üsyanın da yatırılmasına böyük qüvvələr göndərdi. Bədirbəyli nəslindən olan mülkədarlar da üsyana qoşulmuşdular. Onlardan Xəlil ağa Qədimov üsyanın əsas iştirakçılarından idi. Şəmkirdə sovet qüvvələrinə qarşı qadınlar və uşaqlar da vuruşurdular. Payızda burada alovlanan başqa bir üsyana Namaz adlı bir kəndli rəhbərlik edirdi. Üsyançılar 500 nəfərlik dəstə ilə qəzanın böyük bir hissəsində sovet rejimini ləğv etmişdilər. Qırmızı ordunun çoxsaylı hərbi qüvvələri bu üsyanı da böyük qəddarlıq və amansızlıqla yatıraraq, yerli əhaliyə divan tutdu.
Quba qəzasında üsyan
Avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyan qaldırdı. Onlar kənddə iki nəfər milisi öldürdülər və yeni hakimiyyətə itaətsizliklərini bəyan etdilər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari, 15 nəfər piyada) dəstə göndərdi. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər xilas oldu. Qubanın hərbi komissan Kuzun kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərdi. Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş oldu. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərdi. Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Avqustun sonu sentyabnn əvvəllərində üsyançıların silahlı dəstəsi tam fonnalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum etdilər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarıldı. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər. Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla Əfəndi Əfəndizadə rəhbərlik edirdi. Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi. Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Levan Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul etdi. Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam etdi. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla Əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçdi.
Muğan üsyanı
Sovet hakimiyyətinə qarşı vuruşan böyük üsyançı dəstələrdən biri də Muğanda formalaşmışdı. 1920-ci il avqustun sonundan başlayaraq bu dəstənin fəaliyyəti bölgənin bir çox kəndlərində sovet hakimiyyəti orqanlarının devrilməsi ilə başa çatmışdı. Sovet qüvvələri Qaradonlu ətrafında üsyançı dəstəni məhv etməyə cəhd göstərsə də, bu cəhd nəticəsiz qaldı. Qaradonlu ətrafındakı 7 kənd də üsyançılara qoşuldu. Bu kəndlərin birləşmiş silahlı dəstəsinə Sarıxan rəhbərlik edirdi. Həmin dəstə xeyli gücə malik idi. Cavad qəzası İnqilab Komitəsinin sədri Baxtamov Bakıya göndərdiyi raportlarında israrla əlavə kömək göndərilməsini xahiş edirdi. Sarıxanın 4 minlik dəstəsinin qarşısını almaq üçün qəzada kifayət qədər qüvvə yox idi. Üsyançı dəstə yerlərdəki sovet qüvvələrinin müqavimətini qıraraq, sentyabrın 21-də qəzanın daha bir neçə kəndini qırmızılardan təmizlədi. Kəndlərdə olan milislər də üsyançıların tərəfinə keçdilər. Qəza rəisi sentyabrın sonlarına aid raportlarının birində sovet hakimiyyətinin qəzadakı mövqeyinin getdikcə mürəkkəbləşdiyini və yaxın vaxtlarda təcili tədbirlər görülməzsə, Salyana qədər olan ərazilərin üsyançıların nəzarəti altına keçəcəyini bildirirdi. Qəza rəisi sovet hakimiyyətinin möhkəmləndirilməsinin yeganə yolunu 11-ci ordu qüvvələrinin göndərilməsində ora görürdü. Çünki bölgədəki hərbi qüvvənin əsgər və komandirləri xalqla bir olduğundan üsyançılara qarşı çıxış etmirdilər.
Lənkəran-Astara üsyanı
1920-ci ilin iyununda başlanmış, həmin ilin sentyabrında kütləvi xarakter almışdır. Üsyan, əsasən, bölgədə yaradılmış 7 böyük silahlı dəstə tərəfindən aparılmışdır. Ən böyük dəstələrə Cümhuriyyətin süqutundan sonra Azərbaycanda qalmış türk zabiti , Nəcəfqulu xan və Şahverən rəhbərlik edirdilər. Üsyançı silahlı dəstələrdəki döyüşçülərin sayının 6-10 min arasında olduğu güman edilir. dəstəsi Lənkəranın cənubunda, Nəcəfqulu xanın dəstəsi iə şimalında fəaliyyət göstərirdi. silahlı dəstəsi, ilk olaraq, Lənkəranın Şahağac, Təngərud, kəndlərini sovet rejimindən azad etdi. sahəsindəki sovet milis dəstəsini isə Şahverənin dəstəsi məhv etdi.Sentyabrın (1920) əvvəllərində Astara ətrafında genişlənən xalq üsyanının əsas zərbə qüvvəsi Ramazanın dəstəsi idi. Astaranın Şüvə kəndində yaradılmış başqa bir üsyançı dəstəyə isə Qüdrət Mollaağa oğlu başçılıq edirdi. Üsyançı qüvvələr 1920-ci ilin sonlarına kimi bölgənin müxtəlif məntəqələrində sovet qüvvələrinə ağır zərbələr endirdilər. Dekabrda dəstəsi Astaranı sovetlərdən təmizləyərək, Lənkərana doğru istiqamət götürdü. irəliləməsini yalnız Lənkəran ətrafında dayanmış 245-ci sovet alayının və dənizdəki sovet hərb gəmilərinin birgə səyi ilə dayandırmaq mümkün oldu. Genişlənən xalq üsyanlarının qarşısını almaq üçün 11-ci ordu komandanlığı 248-ci, 249-cu atıcı alaylarını, “Roza lüksemburq ” kreyserini, “Prıtkı” minadaşıyanını, “Kursk” gəmisini və desant daşıyan əlavə beş nəqliyyat gəmisini bölgəyə göndərdi. Bakıdan göndərilən qüvvələr bölgəyə yetişəndən sonra iki taktiki qrupa bölünməli və onların köməyi ilə Lənkəran və Astara arasındakı ərazini nəzarət altına almış üsyançı qüvvələr neytrallaşdırılmalı idi. Qrupun biri Lənkərandan cənuba, digəri isə Astaradan şimala doğru hərəkət etməli idi. Bölgədə yerləşən I süvari alayı və digər hərbi birləşmələr də bu iki taktiki qrupla birgə hərəkət etməli idi. Üsyançılara qarşı hazırlanan döyüşün taktiki planına əsasən, bölgədəki bütün sovet qüvvələri Lənkərandan cənuba hərəkət edən qrupu, Bakıdan gələn qüvvələr isə sahilə çıxmaqla, Astaradan şimala hərəkət edəcək qrupu təşkil etməli idilər. Çox böyük imkanlara baxmayaraq, Bakıdan gələn qüvvələrin dekabrın 23-də sahilə çıxmaq üçün göstərdikləri cəhd baş tutmadı. Buradakı üsyançı qüvvələr çox böyük şücaət göstərərək sovet birləşmələrini geri oturtdular. Lakin üsyançıların sovet gəmilərində olan uzaqvuran topların qarşısını almaq üçün heç bir vasitəsi yox idi. Məhz gəmi artilleriyasının işə salınması üsyançıları geri çəkilməyə məcbur etdi. Sovet qüvvələri gəmi artilleriyasından fəal istifadə etməklə , Lənkəran və Astara arasında sahil boyu zolaqda döyüş mövqelərini ələ keçirib möhkəmləndilər. 1920-ci il, dekabrın 25-də Lənkəran və Astara bölgəsi yenidən sovet qüvvələrinin nəzarəti altına alındı. 1921-ci il yanvarın əvvəllərində Lerik ətrafında Şahverənin başçılığı ilə sovet işğalçılarına qarşı üsyan yenidən alovlandı. Şahverən kifayət qədər taktiki çeviklik göstərərək, bura gətirilmiş sovet bölmələrinə ciddi zərbələr endirldi. Yanvarın 9-dan 26-dək bölgədə gedən döyüşlərdə əlahiddə sovet süvari divizionu 196 nəfər itki vermiş, 78 nəfər yaralanmış, 75 nəfər isə döyüş qabiliyyətini itirmişdi.
1921-ci il fevralın əvvəlində Lənkəran ətrafında Nəcəfqulu xanın başçılığı ilə, həmin il avqustun sonlarında isə Astara ətrafında bir neçə dəstənin iştirakı ilə xalq üsyanı yenidən alovlandı. Astara ətrafındakı üsyanda Rəşid xanın, Hüseynəli xanın, Şahverənin, Ataxanın, Nəcəfqulu xanın və onun qardaşı Əhməd xanın dəstələri iştirak edirdilər. Üsyançılar kifayət qədər şücaət göstərsələr də, Bakıdan gətirilən əlavə qüvvələrdən, xüsusən gəmi artilleriyasından geniş istifadə etməklə onların müqavimətini qırmaq mümkün oldu.
Digər bölgələrdəki üsyanlar
Qarabağdakı üsyanın vüsət aldığı bir vaxtda Azərbaycanın digər ərazilərində də sovet rejiminə qarşı xalq üsyanları baş verdi. Kür və Qanıq çaylarının qovuşacağında sovet hakimiyyətindən narazı olan əhali 800 nəfərlik silahlı dəstə yaratmışdı. Dəstənin sərəncamında 2 top və 8 ədəd pulemyot var idi. Qəbələdə bütün müsəlmanlar işğalçılar əleyhinə müqəddəs müharibəyə çağırıldı. Bu çağırışa səs verənlər Şəkidən 50 verst cənub-şərqdə olan Xaçmaz kəndinə toplanırdı. Xalq könüllüləri Şamaxı-Quba yolu ilə şimala doğru hərəkət edib Azərbaycanın Sovet Dağıstanı ilə əlaqələrini kəsməli idi. 3000 nəfərlik başqa bir silahlı dəstə Cavad qəzasında, Saatlıda yaradılmışdı. Dəstə onlara qarşı göndərilmiş 28-ci diviziyanın 2-ci süvari alayına hücum etdi. Toqquşmalar nəticəsində üsyançılar ağır tələfat verdilər.
Üsyanlardan sonra Bakıdakı vəziyyət
Gəncə üsyanı 11-ci ordu komandanlığını daha ciddi təşvişə saldı. Həm bu üsyanın, həm də digər bölgələrdə baş verən üsyanların qarşısının alınması üçün 11-ci ordu komandanı 1920-ci il mayın 26-da 60 nömrəli direktiv imzaladı. Azərbaycanda baş verən xalq hərəkatı ilə bağlı mayın 28-də Qafqaz cəbhəsi komandanı V.Gittis də xüsusi direktiv imzaladı. Cəbhə komandanı Zaqatala, Gəncə, Şuşa bölgələrində vəziyyətə nəzarət edilməsi üçün həmin yerlərdə lazımi qədər qüvvə saxlanılmasını lazım bildi. O, əsas vəzifə kimi, nəyin bahasına olursa-olsun, Bakıda vəziyyətə nəzarət olunması, neft mədənlərinin və qurğularının qorunması haqqında göstəriş verdi. Azərbaycanda Moskvanın dayağı olan qüvvələr Bakının xaricdən qorunmasını təmin etməklə bərabər, onun daxilində də işğal rejimini möhkəmləndirmişdilər. Xüsusi şöbənin əməkdaşları şübhələndikləri adamları terrorla aradan götürürdülər. Əhalidə saxlanılan silahlar toplanırdı. Sovet rejiminə qarşı ən adi hərəkətlərə görə amansız tədbirlər görülürdü. Bu baxımdan Bakı şəhər qarnizonu rəisinin iyunun 7-də imzaladığı əmr səciyyəvidir. Əmrin imzalanmasına səbəb kimi Abşeron yarımadasında qırmızı hərbçilərin əhali tərəfındən öldürülməsi, yaralanması, bəzilərinin isə itkin düşməsi göstərilirdi. 11-ci ordu komandanlığı bu hadisələri kütləvi üsyana xəbərdarlıq kimi qəbul edir və əhalinin narazılığını yerindəcə boğmağa çalışırdı. Ona görə, qarnizon rəisi Bakı kəndlərinin əhalisindən evlərində saxladıqları silahları təhvil verməyi tələb edirdi. Kənd sakinləri isə qarnizon rəhbərliyinin tələblərinin əksinə olaraq, özlərini qorumaq üçün saxladıqları silahları təhvil verməyə meyl göstərmirdilər. Belə olduqda, sakinlərdən 10 nəfər girov götürülmüş və bir neçə gündən sonra güllələnmişdilər. Lakin 11-ci ordu komandanlığının həyata keçirdiyi tədbirlər əhalinin narazılığını daha da artırdı.
Həmçinin bax
Ədəbiyyat
- Azərbaycan tarixi, 7 cilddə c.6, B., 2000
- XX əsr Azərbaycan tarixi, c.2. B., 2004
- İbişov F. Azərbaycanın kəndində sosial-siyasi proseslər (1920-1930), B., 1996
- Qaffarov T. Azərbaycan tarixi (1920-1991), B., 1999
- Ибрагимов Б. Жизнь отданная народу, Б., 1989
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- "Əhməd İsayev. Gəncə üsyanı. "Azərbaycan" qəz. 2010, 8 avqust, s. 4". 2019-06-09 tarixində . İstifadə tarixi: 2018-04-09.
- "Qaraca Bəxtiyar. 1920-ci ilin aprel çevrilişindən sonra başlayan xalq üsyanları. "Azərbaycan" qəz., 2015, 28 aprel, s.11". 2021-09-21 tarixində . İstifadə tarixi: 2018-04-09.
- "Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyyəti (Məhəmməd Əmin Rəsulzadə Azərbaycan, hürriyyət və istiqlal haqqında)" (PDF). 2022-05-25 tarixində (PDF). İstifadə tarixi: 2018-04-09.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 352
- "Cümhuriyyətimizin fədailəri - Yusif Camal bəy (Camal Paşa) və silahdaşları". 2021-10-27 tarixində . İstifadə tarixi: 2018-04-09.
- "1920-ci ildə Qarabağda, Zaqatalada, Lənkəranda xalq üsyanları". 2023-06-29 tarixində . İstifadə tarixi: 2018-04-09.
- İbrahimli Fəzail- Azərbaycan tarixində sosial-siyasi proseslər (1920-1930) Bakı, 2001
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sovet isgalina qarsi usyanlar 1920 22 Azerbaycanin bolsevikler terefinden isgali eleyhine muqavimet herekati Ilk qigilcimlarUsyan dalgasi 28 aprel isgalindan az sonra butun Azerbaycani burumusdu Mayin 18 de bolsevikler ve qirmizi doyusculer Susada yeni hokumete qarsi hazirlanan usyandan xeber tutub onun qarsisini ala bildiler Hemin vaxtlarda Ucar ve Bergusadda yeni rejimle razilasmayan ehali demir yolu xettinde qatarlarin hereketini dayandirmaga cehd gosterdi 1920 ci il mayin ortalarindan Bakida sovet hakimiyyeti eleyhine usyana hazirliq aparildi Seher herbi qarnizonunun reisi 28 ci diviziyanin komandiri Nesterovskinin 1920 ci il mayin 26 da imzaladigi emrde gosterilirdi ki Baki seherinde fehle ve kendli hokumetine qarsi usyanlarin hazirlanmasi barede sayieler dolasmaqdadir Emrde daha sonra deyilirdi Hansi evden gulle atilsa o ev top atesine tutulacaq evde sukunet edenler de fehle ve kendli hokumetinin dusmeni adlandirilaraq 16 yasindan 50 yasina qeder olan her kes muhakimesiz gullelenecek Siqnal ve yaxud nisan verenler tutulduqlari yerde gullebaran edilecekler Qarabag usyaniEsas meqale Qarabag usyani 1920 Yeni hokumete qarsi ilk quvvetli usyan Qarabagda basladi Yerli ehali xususen de dasnak Ermenistaninin nizami qosunlarina qarsi mubarize aparmis Cumhuriyyet ordusunun esger ve zabitleri yeni rejime qarsi nifretini silahli cixislarla ifade edirdiler Bu zaman Susada Qarabag sakinlerinden ibaret 300 neferlik silahli deste de formalasmisdi Qarabagda yaranmis gergin veziyyet nehayet partlayisla neticelendi Mayin 21 de Terterde yerli ehali buradaki 11 ci Qirmizi ordu bolmelerine qarsi hucuma kecdi Usyancilar qalib geldiler 11 ci Qirmizi ordu hisseleri 80 nefere qeder itki verdi Terterdeki 11 ci Qirmizi ordu alayinin komandiri Naumov olduruldu Usyan Azerbaycanda sovet rejimine qarsi ilk guclu muqavimet idi Onun daha da genislenmesinin qarsisini almaq ucun 11 ci ordu komandanligi derhal emeli tedbirler gordu Genceden Qarabaga suvari bolmeleri getirildi Ermeniler xeyanet ederek dusmen terefine kecdiler Ermenilerden teskil edilmis deste 11 ci Qirmizi ordu desteleri ile birlikde usyanin yatirilmasinda feal istirak etdi Butun bunlann neticesinde Terterde usyancilari muveqqeti olaraq sakitlesdirmek mumkun oldu Zaqatala usyaniEsas meqale Zaqatala usyani 1920 1920 ci il iyunun birinci yarisinda Zaqatala bolgesinde sovet isgalina qarsi bas vermis xalq herekati Qarabagdaki antisovet usyani ile eyni vaxtda baslayib Usyandan meqsed qirmizi ordu hisselerinin bolgedeki azginliqlarinin qarsisini almaq ve onu butunlukle sovet rejiminden azad etmek idi Usyan iyunun 6 da basladi Usyanda xalq kutleleri ile beraber azsayli qosun desteleri de istirak edirdi Onun rehberleri de xalq arasindan secilmisdi Zaqatala usyaninin rehberi Tala kendinin imami Hafiz efendi idi Ilk gunlerde usyancilarin sayi 1000 nefere catirdi Cumhuriyyet ordusunun Zaqatalada yerlesen ve sonradan sovet hakimiyyetine tabe etdirilen taboru da usyancilarin terefine kecdi 1920 ci il iyunun 9 da seher saat 6 da bolgedeki usyanci quvveler Zaqatalaya toplasdilar Seher qalasi ve teleqraf derhal ele kecirildi Inqilab Komitesi uzvlerinin ve sovet iscilerinin hebsi barede qerar verildi Gurcustanla serhedde yerlesen kecmis Cumhuriyyet taborunun usyancilara qosulmasi onlann gucunu daha da artirdi Qisa muddetden sonra Qax da sovet quvvelerinden azad edildi 11 ci Qirmizi ordunun bolgede yerlesdirilmis 7 ci suvari diviziyasinin 37 39 ve 40 ci suvari alaylari 1920 ci il iyunun 10 da Elibeyli Yuxari Muxax kendleri yaxinligindaki yukseklikde Qaraman ve s menteqeler etrafinda doyuslerde usyanci quvvelerin muqavimetini qira bilmeyib boyuk itkiler verdi Iyunun 11 de usyancilar 39 cu suvari alayinin Embercay etrafindaki zastavalarini da geri cekilmeye mecbur etdiler Iyunun 13 de strateji ehemiyyetli Bas Goynuk kendi de usyan qaldirdi ve kend qirmizi quvvelerden temizlendi Bolgede herbi tesebbus butunlukle usyanci quvvelerin eline kecdi ve onlarini doyus fealligi neticesinde 11 ci Qirmizi ordunun 7 ci suvari diviziyasinin veziyyeti xeyli murekkeblesdi Bu diviziyani tamamile mehv olmaqdan xilas etmek ucun bolgeye 58 ci piyada briqadasi 27 ci zirehli deste ve kommunistlerden teskil edilmis desteden ibaret elave quvveler gonderildi Elave quvveler iyunun 16 da bolgeye yetisdiler ve iyunun 17 de butun cebheboyu usyanci quvvelerin uzerine hucum teskil edildi Coxsayli herbi texnikaya ve ustun quvvelere malik olan 11 ci Qirmizi ordu hisseleri gun erzinde usyancilarini muqavimetini qirmaga nail oldular Zaqatala Seki sose yolu ve diger strateji menteqeler yeniden onlarin eline kecdi Iyunun 18 de ise 11 ci Qirmizi ordunun hisse ve bolmeleri Zaqatalaya daxil oldular ve burada sovet hakimiyyeti yeniden berpa edildi Bolge ehalisine qanli divan tutuldu Gence usyaniEsas meqale Gence usyani 1920 Usyan 1920 ci il mayin 24 den 25 ne kecen gece Gencede Azerbaycanin sovetlesmesine etiraz elameti olaraq baslanib Agir zerbeden sarsilan istiqlal mucahidleri Genceye toplasaraq usyana qalxdilar Usyanin teskilatcilari ve istiqametverici quvvesi Azerbaycan Xalq Cumhuriyyeti ordusunun zabitleri idi Mayin 23 de usyan bascilarinin sonuncu musaviresi kecirildi Musavirede Azerbaycan ordusunun techizat reisi general Mehemmed Mirze Qacar 1 ci piyada diviziyasinin komandiri general mayor Cavad bey Sixlinski suvari diviziyasinin komandiri Teymur bey Novruzov 3 cu Seki suvari alayinin komandiri polkovnik Cahangir bey Kazimbeyli ve basqalari istirak edirdiler Usyanin teskilinde baslica olaraq birinci piyada diviziyasi ucuncu Gence alayinin bolmeleri ucuncu Seki suvari alayinin telim komandasi bir topcu batareyasi diviziya qerargahina tabe olan komendant bolmesinin sexsi heyeti istirak edirdi Sari Elekber ve basqalari da oz silahlilari ve silahdaslari ile birlikde Gence usyaninin teskilinde xususi fealliq gosterirdiler Seher ehalisinden qosulari konullulerle birlikde usyancilarin sayi 10 minden artiq idi Bolsevikler usyanin yatirilmasi ucun sehere elave ordu hisseleri yeridibler Gencede yasayan ermeniler ruslarin ordusuna komek edirdiler Usyan mayin 31 de boyuk qeddarliqla yatirildi Bir hefte erzinde her iki terefden ust uste texminen 20 min adam oldu Minlerle genceli dogma yurdunu terk etmeye mecbur oldu Seher demek olar ki bosaldi Eger 1916 1917 ci illerde Gencede 60 291 nefer ehali var idise 1923 cu ilde bu reqem 38 880 e endi Gence Usyaninin teskilatcilarindan Cavad bey Sixlinski Usyan yatirilandan sonra ermeni ve ruslar uc gun erzinde Gencede qani su yerine axitdilar Qeyri resmi melumatlara gore 20 min neferden artiq dinc ehali qetle yetrildi Qetliamlar sonraki gunlerde de davam etdi Iyun avqust aylarinda usyanda istirak etmekde ve ya onlara yardimda subheli bilinen 13 min adam mehkemesiz gullelendi Qirmizi ordu ise Gence doyuslerinde 900 neferden artiq esgerini itridi 6 minden artiq Qirmizi ordu esgeri ise yaralandi Gence usyani tez bir zamanda Azerbaycanin her yerine yayildi Bunu goren XI Qirmizi ordu komandanligi gizli direktiv imzaladi Direktivde deyilir Baki 26 may Xususi gizli operativ direktiv nomre 60 Yelizavetpolda Gence usyan bas verib Terterde yenice usyan yatirilib Onlar Baki uzerine yuruse hazirlasirdilar Olkenin her yerinde usyan tehlukesi gozlenilir Biz bu mubarizeye hazir olmaliyiq Gence usyanindan behs ederken Cumhuriyyet lideri Mehemmed Emin Resulzade bele qeyd edirdi Ixtilaldan bir ay sonra artiq butun Azerbaycan memleketinin mudhis bir istilaya meruz qaldigini aci bir suretde derk eylemisdi Turkiyeye gediyor deye tehemmul eylediyi rus ordusunu memleketinde fesad iqa etmekle bir davam gorunce sevgili ordusunun kendisine her yurusu ile dunyalar qeder ruh ve izzetinefs eden bu genc esgerlerin muretteb bir suretde dagildigini munevveraninin kendisi ile munasibetden men edildiyini servet ve samaninin yagmaya getdiyini edeb ve exlaqi milliyyesinin fena suretde tehqire meruz qaldigini duyunca bitteb xalq tehemmul edemedi Usyan etdi Bu usyan ibtida Gencede basladi Carizmin qeddar generali Knyaz Sisyanova parca parca dogranincaya qeder muqavimet gosteren Cavad xanin seheri bu defe de kendisini gosterdi Milletin tehemmul edemediyi tecavuzlere qarsi usyankar ruhile kopurdu Burada daha silahlarini teslim etmemis bulunan Azerbaycan esgerleri usyanin kokunu teskil etdiler Usyan bir hefte qeder davam etdi Ruslar burada divizyonlarini qeyb etdiler Bakidan quvayi imdadiyye geldi Diger terefden de Gence ermenileri qiyamileri arxadan vurmaga baslayinca seher suqut etmek mecburiyyetinde bulundu Xetti ricetleri dasgin nehrle kesilen ehali mudhis bir qetli ama meruz qaldi Seher yaxildi Bazar qaret edildi Hetk edilmeden irz ve namus buraxilmadi Semkir usyani1920 ci ilin yayinda Semkirin Muskurlu kendinde de sovet rejimi eleyhine usyan bas verdi Qirmizi ordu hisselerine muqavimet gostermek ucun burada da yerli ehaliden silahli deste teskil olunmusdu Diger bolgelerde oldugu kimi 11 ci ordu komandanligi buradaki usyanin da yatirilmasina boyuk quvveler gonderdi Bedirbeyli neslinden olan mulkedarlar da usyana qosulmusdular Onlardan Xelil aga Qedimov usyanin esas istirakcilarindan idi Semkirde sovet quvvelerine qarsi qadinlar ve usaqlar da vurusurdular Payizda burada alovlanan basqa bir usyana Namaz adli bir kendli rehberlik edirdi Usyancilar 500 neferlik deste ile qezanin boyuk bir hissesinde sovet rejimini legv etmisdiler Qirmizi ordunun coxsayli herbi quvveleri bu usyani da boyuk qeddarliq ve amansizliqla yatiraraq yerli ehaliye divan tutdu Quba qezasinda usyanEsas meqale Quba usyani 1920 Quba usyaninin rehberlerinden biri olan Hemdulla efendi Efendizade Avqustun 23 de Quba qezasinda Kuzun kendinin ehalisi silahli usyan qaldirdi Onlar kendde iki nefer milisi oldurduler ve yeni hakimiyyete itaetsizliklerini beyan etdiler Usyanin qarsisini almaq ucun qeza komitesi kende 4 cu suvari alayindan 45 neferlik 30 nefer suvari 15 nefer piyada deste gonderdi Lakin deste usyani yatira bilmedi ve coxlu itki verdi Desteden yalniz 6 nefer xilas oldu Qubanin herbi komissan Kuzun kendinde sovet hakimiyyetinin berpa olunmasi ucun bir taqim ve pulemyotcu gonderdi Avqustun 26 da Kuzun kendinin usyancilari ile sovet quvveleri arasinda yeni doyus oldu Kend ehalisi bu defe de sovet quvvelerine ciddi muqavimet gosterdi Avqustun 29 da Qubanin 4 verstliyinde sovet quvveleri ile usyancilar arasinda yeni vurusma bas verdi 100 neferlik sovet quvveleri xeyli itki verdiler Avqustun sonu sentyabnn evvellerinde usyancilarin silahli destesi tam fonnalasmisdi Cumhuriyyet ordusunun podpolkovniki Efendiyevin rehberlik etdiyi destede turk zabitleri de vardi Usyancilar xeyli pulemyot ve besacilan tufeng elde etmisdiler Sentyabrin 3 de seher saat 7 de usyancilar Deveci Xacmaz uzerine hucum etdiler Onlarin qarsisina 7 ci suvari destesi cixarildi Gergin doyusden sonra sovet bolsevik doyusculeri movqelerini qoruyub saxlaya bildiler Quba erazisinde movcud olan guclu destelerden birine de Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin kecmis deputati Hemdulla Efendi Efendizade rehberlik edirdi Sovet rejimi ucun tehlukeli xarakter alan bu usyanlar Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin 1920 ci il sentyabrin 9 da kecirilen plenumunda ciddi muzakire edilmisdi Plenum Quba usyanini yatirmaq ucun Eliheyder Qarayev ve Levan Qoqoberidzeni ora ezam etmek barede qerar qebul etdi Usyan sentyabrin birinci ongunluyunun sonlarina qeder davam etdi Cetinlikle yatirilan Quba usyancilarinin boyuk silahli destelerinden birinin rehberi Hemdulla Efendi Samaxi ile serhed olan yuksek dag kendlerine cekildi Usyanci kendler ise qirmizilarin nezareti altina kecdi Mugan usyaniSovet hakimiyyetine qarsi vurusan boyuk usyanci destelerden biri de Muganda formalasmisdi 1920 ci il avqustun sonundan baslayaraq bu destenin fealiyyeti bolgenin bir cox kendlerinde sovet hakimiyyeti orqanlarinin devrilmesi ile basa catmisdi Sovet quvveleri Qaradonlu etrafinda usyanci desteni mehv etmeye cehd gosterse de bu cehd neticesiz qaldi Qaradonlu etrafindaki 7 kend de usyancilara qosuldu Bu kendlerin birlesmis silahli destesine Sarixan rehberlik edirdi Hemin deste xeyli guce malik idi Cavad qezasi Inqilab Komitesinin sedri Baxtamov Bakiya gonderdiyi raportlarinda israrla elave komek gonderilmesini xahis edirdi Sarixanin 4 minlik destesinin qarsisini almaq ucun qezada kifayet qeder quvve yox idi Usyanci deste yerlerdeki sovet quvvelerinin muqavimetini qiraraq sentyabrin 21 de qezanin daha bir nece kendini qirmizilardan temizledi Kendlerde olan milisler de usyancilarin terefine kecdiler Qeza reisi sentyabrin sonlarina aid raportlarinin birinde sovet hakimiyyetinin qezadaki movqeyinin getdikce murekkeblesdiyini ve yaxin vaxtlarda tecili tedbirler gorulmezse Salyana qeder olan erazilerin usyancilarin nezareti altina kececeyini bildirirdi Qeza reisi sovet hakimiyyetinin mohkemlendirilmesinin yegane yolunu 11 ci ordu quvvelerinin gonderilmesinde ora gorurdu Cunki bolgedeki herbi quvvenin esger ve komandirleri xalqla bir oldugundan usyancilara qarsi cixis etmirdiler Lenkeran Astara usyaniEsas meqale Lenkeran usyani 1920 1920 ci ilin iyununda baslanmis hemin ilin sentyabrinda kutlevi xarakter almisdir Usyan esasen bolgede yaradilmis 7 boyuk silahli deste terefinden aparilmisdir En boyuk destelere Cumhuriyyetin suqutundan sonra Azerbaycanda qalmis turk zabiti Necefqulu xan ve Sahveren rehberlik edirdiler Usyanci silahli destelerdeki doyusculerin sayinin 6 10 min arasinda oldugu guman edilir destesi Lenkeranin cenubunda Necefqulu xanin destesi ie simalinda fealiyyet gosterirdi silahli destesi ilk olaraq Lenkeranin Sahagac Tengerud kendlerini sovet rejiminden azad etdi sahesindeki sovet milis destesini ise Sahverenin destesi mehv etdi Sentyabrin 1920 evvellerinde Astara etrafinda genislenen xalq usyaninin esas zerbe quvvesi Ramazanin destesi idi Astaranin Suve kendinde yaradilmis basqa bir usyanci desteye ise Qudret Mollaaga oglu basciliq edirdi Usyanci quvveler 1920 ci ilin sonlarina kimi bolgenin muxtelif menteqelerinde sovet quvvelerine agir zerbeler endirdiler Dekabrda destesi Astarani sovetlerden temizleyerek Lenkerana dogru istiqamet goturdu irelilemesini yalniz Lenkeran etrafinda dayanmis 245 ci sovet alayinin ve denizdeki sovet herb gemilerinin birge seyi ile dayandirmaq mumkun oldu Genislenen xalq usyanlarinin qarsisini almaq ucun 11 ci ordu komandanligi 248 ci 249 cu atici alaylarini Roza luksemburq kreyserini Pritki minadasiyanini Kursk gemisini ve desant dasiyan elave bes neqliyyat gemisini bolgeye gonderdi Bakidan gonderilen quvveler bolgeye yetisenden sonra iki taktiki qrupa bolunmeli ve onlarin komeyi ile Lenkeran ve Astara arasindaki erazini nezaret altina almis usyanci quvveler neytrallasdirilmali idi Qrupun biri Lenkerandan cenuba digeri ise Astaradan simala dogru hereket etmeli idi Bolgede yerlesen I suvari alayi ve diger herbi birlesmeler de bu iki taktiki qrupla birge hereket etmeli idi Usyancilara qarsi hazirlanan doyusun taktiki planina esasen bolgedeki butun sovet quvveleri Lenkerandan cenuba hereket eden qrupu Bakidan gelen quvveler ise sahile cixmaqla Astaradan simala hereket edecek qrupu teskil etmeli idiler Cox boyuk imkanlara baxmayaraq Bakidan gelen quvvelerin dekabrin 23 de sahile cixmaq ucun gosterdikleri cehd bas tutmadi Buradaki usyanci quvveler cox boyuk sucaet gostererek sovet birlesmelerini geri oturtdular Lakin usyancilarin sovet gemilerinde olan uzaqvuran toplarin qarsisini almaq ucun hec bir vasitesi yox idi Mehz gemi artilleriyasinin ise salinmasi usyancilari geri cekilmeye mecbur etdi Sovet quvveleri gemi artilleriyasindan feal istifade etmekle Lenkeran ve Astara arasinda sahil boyu zolaqda doyus movqelerini ele kecirib mohkemlendiler 1920 ci il dekabrin 25 de Lenkeran ve Astara bolgesi yeniden sovet quvvelerinin nezareti altina alindi 1921 ci il yanvarin evvellerinde Lerik etrafinda Sahverenin basciligi ile sovet isgalcilarina qarsi usyan yeniden alovlandi Sahveren kifayet qeder taktiki ceviklik gostererek bura getirilmis sovet bolmelerine ciddi zerbeler endirldi Yanvarin 9 dan 26 dek bolgede geden doyuslerde elahidde sovet suvari divizionu 196 nefer itki vermis 78 nefer yaralanmis 75 nefer ise doyus qabiliyyetini itirmisdi 1921 ci il fevralin evvelinde Lenkeran etrafinda Necefqulu xanin basciligi ile hemin il avqustun sonlarinda ise Astara etrafinda bir nece destenin istiraki ile xalq usyani yeniden alovlandi Astara etrafindaki usyanda Resid xanin Huseyneli xanin Sahverenin Ataxanin Necefqulu xanin ve onun qardasi Ehmed xanin desteleri istirak edirdiler Usyancilar kifayet qeder sucaet gosterseler de Bakidan getirilen elave quvvelerden xususen gemi artilleriyasindan genis istifade etmekle onlarin muqavimetini qirmaq mumkun oldu Diger bolgelerdeki usyanlarQarabagdaki usyanin vuset aldigi bir vaxtda Azerbaycanin diger erazilerinde de sovet rejimine qarsi xalq usyanlari bas verdi Kur ve Qaniq caylarinin qovusacaginda sovet hakimiyyetinden narazi olan ehali 800 neferlik silahli deste yaratmisdi Destenin serencaminda 2 top ve 8 eded pulemyot var idi Qebelede butun muselmanlar isgalcilar eleyhine muqeddes muharibeye cagirildi Bu cagirisa ses verenler Sekiden 50 verst cenub serqde olan Xacmaz kendine toplanirdi Xalq konulluleri Samaxi Quba yolu ile simala dogru hereket edib Azerbaycanin Sovet Dagistani ile elaqelerini kesmeli idi 3000 neferlik basqa bir silahli deste Cavad qezasinda Saatlida yaradilmisdi Deste onlara qarsi gonderilmis 28 ci diviziyanin 2 ci suvari alayina hucum etdi Toqqusmalar neticesinde usyancilar agir telefat verdiler Usyanlardan sonra Bakidaki veziyyetGence usyani 11 ci ordu komandanligini daha ciddi tesvise saldi Hem bu usyanin hem de diger bolgelerde bas veren usyanlarin qarsisinin alinmasi ucun 11 ci ordu komandani 1920 ci il mayin 26 da 60 nomreli direktiv imzaladi Azerbaycanda bas veren xalq herekati ile bagli mayin 28 de Qafqaz cebhesi komandani V Gittis de xususi direktiv imzaladi Cebhe komandani Zaqatala Gence Susa bolgelerinde veziyyete nezaret edilmesi ucun hemin yerlerde lazimi qeder quvve saxlanilmasini lazim bildi O esas vezife kimi neyin bahasina olursa olsun Bakida veziyyete nezaret olunmasi neft medenlerinin ve qurgularinin qorunmasi haqqinda gosteris verdi Azerbaycanda Moskvanin dayagi olan quvveler Bakinin xaricden qorunmasini temin etmekle beraber onun daxilinde de isgal rejimini mohkemlendirmisdiler Xususi sobenin emekdaslari subhelendikleri adamlari terrorla aradan gotururduler Ehalide saxlanilan silahlar toplanirdi Sovet rejimine qarsi en adi hereketlere gore amansiz tedbirler gorulurdu Bu baximdan Baki seher qarnizonu reisinin iyunun 7 de imzaladigi emr seciyyevidir Emrin imzalanmasina sebeb kimi Abseron yarimadasinda qirmizi herbcilerin ehali terefinden oldurulmesi yaralanmasi bezilerinin ise itkin dusmesi gosterilirdi 11 ci ordu komandanligi bu hadiseleri kutlevi usyana xeberdarliq kimi qebul edir ve ehalinin naraziligini yerindece bogmaga calisirdi Ona gore qarnizon reisi Baki kendlerinin ehalisinden evlerinde saxladiqlari silahlari tehvil vermeyi teleb edirdi Kend sakinleri ise qarnizon rehberliyinin teleblerinin eksine olaraq ozlerini qorumaq ucun saxladiqlari silahlari tehvil vermeye meyl gostermirdiler Bele olduqda sakinlerden 10 nefer girov goturulmus ve bir nece gunden sonra gullelenmisdiler Lakin 11 ci ordu komandanliginin heyata kecirdiyi tedbirler ehalinin naraziligini daha da artirdi Hemcinin baxAprel isgali Gence Usyani Quba usyani Lenkeran usyani Qarabag usyani Zaqatala usyani Terter usyaniEdebiyyatAzerbaycan tarixi 7 cildde c 6 B 2000 XX esr Azerbaycan tarixi c 2 B 2004 Ibisov F Azerbaycanin kendinde sosial siyasi prosesler 1920 1930 B 1996 Qaffarov T Azerbaycan tarixi 1920 1991 B 1999 Ibragimov B Zhizn otdannaya narodu B 1989IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Ehmed Isayev Gence usyani Azerbaycan qez 2010 8 avqust s 4 2019 06 09 tarixinde Istifade tarixi 2018 04 09 Qaraca Bextiyar 1920 ci ilin aprel cevrilisinden sonra baslayan xalq usyanlari Azerbaycan qez 2015 28 aprel s 11 2021 09 21 tarixinde Istifade tarixi 2018 04 09 Mehemmed Emin Resulzade Azerbaycan Cumhuriyyeti Mehemmed Emin Resulzade Azerbaycan hurriyyet ve istiqlal haqqinda PDF 2022 05 25 tarixinde PDF Istifade tarixi 2018 04 09 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki 2004 s 352 Cumhuriyyetimizin fedaileri Yusif Camal bey Camal Pasa ve silahdaslari 2021 10 27 tarixinde Istifade tarixi 2018 04 09 1920 ci ilde Qarabagda Zaqatalada Lenkeranda xalq usyanlari 2023 06 29 tarixinde Istifade tarixi 2018 04 09 Ibrahimli Fezail Azerbaycan tarixinde sosial siyasi prosesler 1920 1930 Baki 2001