Bu məqalə Saatlı rayonu haqqındadır. Saatlı şəhəri üçün Saatlı səhifəsinə baxın. |
Saatlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Saatlı şəhəridir.
Rayon | |
Saatlı | |
---|---|
| |
Ölkə | |
Daxildir | Mil-Muğan |
İnzibati mərkəz | Saatlı |
İcra başçısı | Elmir Bağırov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 25 may 1943 |
Sahəsi | 1 180.5 km² |
Əhalisi | |
Əhalisi | 107 800 nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SAT |
Telefon kodu | 994 21 |
Poçt indeksi | AZ 4900 |
Avtomobil nömrəsi | 49 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
"Saatlı" etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər. Saatlıların bir qismi Qazax zonasında, 1795–1798-ci illərdə isə saatlıların bir hissəsi Qarabağda məskunlaşmışdılar. Saatlı tayfasının adı Çuxursəəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin – Saadlı tayfasının etnik adıdır.
Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi olan Saatlı rayon ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilmişdir. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində e. ə. II–III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır.
Saatlı rayonunun Muğan düzünün mərkəzində yerləşməsi, Araz çayının bol suyu bu ərazidə əhalinin məskunlaşmasına, əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olmalarına əlverişli şərait yaratmışdır. Saatlı rayonunun hazırkı Cəfərxan kəndində hələ XX əsrin əvvəllərində yaradılmış təcrübə stansiyası, sonralar "Muğan-təcrübə meliorasiya stansiyası" adını almış məntəqənin Muğan düzündə torpaqların şorlaşmasının qarşısının alınmasında, meliorasiya işlərinin elmi-nəzəri əsaslarla aparılmasında böyük rolu olmuşdur.
Xüsusən XX əsrin 50-ci illərindən sonra bu stansiyanın fəaliyyəti genişlənərək bölgədə əsl elmi bazaya çevrilmişdir. Görkəmli tədqiqatçı alimlərimiz C. Ə. Əliyev, S. X. Hüseynzadə, V. P. Valabuyev və digərləri uzun illər həmin Cəfərxan Muğan-təcrübə meliorasiya stansiyasında səmərəli elmi tədqiqat işləri aparmışlar.
Saatlı rayonunun təşkil edilməsi 1941–1945-ci illər müharibəsi dövrünə düşmüşdür. Həmin illərdə rayondan 1600 nəfər cəbhəyə göndərilmiş və onlar 77-ci, 223-cü, 402-ci, 416-cı diviziyalarda şərəflə döyüşmüşlər. Onlardan 533 nəfər həlak olmuşdur. 1949-cu ildə Ermənistan SSR-in bir sıra rayon və kəndlərindən zorla qovulmuş azərbaycanlı əhalinin xeyli hissəsi, 1953-cü ildə Mərkəzi Komitənin xüsusi göstərişi ilə İranla sərhəd ərazidən köçürülən Cəlilabad rayonunun 7 kəndinin əhalisi, 1958–1959 və 1989-cu illərdə Orta Asiya respublikalarından Axıska türkləri, 1988–1989-cu ildə başlanan Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qərbi Azərbaycandan dədə-baba torpaqlarından didərgin salınan soydaşlarımızın müəyyən hissəsi Saatlı rayonunda məskunlaşmışdır.
Ermənistanın respublikamıza təcavüzü nəticəsində başlanan müharibədə Saatlı rayonunun gəncləri də döyüşmüşlər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə Saatlı 116 nəfər şəhid vermişdir. 1995-ci ilin mart hadisələrində həlak olmuş Hüseynov Elşən İbrahim oğlu qəhrəmanlığına görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
XX əsrin 70–80-ci illərdə Saatlı rayonunda 19 məktəb binası, 390 çarpayılıq mərkəzi xəstəxana, 450 yerlik mədəniyyət sarayı, 11 kənd həkim məntəqəsi, musiqi məktəbi, 450 yerlik məktəbəqədər müəssisələr, 32 mənzilli beşmərtəbəli 2 yaşayış binası, ikimərtəbəli univermaq, universam, bir sıra idarə və müəssisələr üçün yeni inzibati binalar, pambıq təmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı tikilərək rayon əhalisinin istifadəsinə verilmiş, çoxsaylı sənaye, nəqliyyat və xidmət təşkilatları yaradılmışdır.
Müstəqillik illərində rayonda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Həmin illərdə Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 yerlik "Came" məscidi, 2030 yerlik 8 yeni məktəb binası, 750 yerlik iki şadlıq sarayı, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər" parkı, "Muğan" və "Fəvvarələr" parkları, 5 yeni həkim məntəqəsi, stadion, idman meydançaları, quşçuluq broyler fabriki, çoxsaylı sosial obyektlər və özəl istehsalat müəssisələri tikilərək əhalinin istifadəsinə verilmişdir.
2004-cü ildə Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan meydanda böyük öndər Heydər Əliyevin əzəmətli büstü qoyularaq abidə kompleksi ucaldılmışdır.
Tarixi
Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı rayonu Azərbaycan Respublikasında inzibati rayondur. 1943-cü il 25 mayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 30/21 nömrəli qərarına əsasən Saatlı müstəqil rayon kimi təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 6-da yenidən müstəqil rayon statusu almışdır. Saatlı rayonu Kür-Araz ovalığının mərkəzi hissəsində yerləşir. Sahəsi 1180,5 km², əhalisi 92,3 min nəfərdir (01.01.2009). Mərkəzi Saatlı şəhəridir.
Rayona Saatlı şəhəri və Azadkənd, Qarayevkənd, Mircəlal, Nəsimikənd, Şirinbəyli, Fətəlikənd, Xanlarkənd, Əlisoltanlı, Potubəyli, Hacıqasımlı, Kamallı, Qaracalar, Gomuşçu, Seyidoba, Qara-Nuru, Qazanbatan, Qıraqlı, Bəylik, Mustafabəyli, Yeni Novruzlu, Məmmədabad, Əliabad, Genişkənd, Nərimankənd, Dəllər, Novruzlu, Musalı, Sarıcalar, Cəfərxan, Əbilkənd, Mollavazlı, Sımada, Günəşli, Bəylər, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli, Qaralar, Məzrəli, Naharlı, Soltanabad, Çolpı kəndləri daxildir.
Coğrafiyası
Saatlı rayonunun ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıdır. Antropogen çöküntüləri yayılmışdır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvarda 1,4 °C, iyulda 26,2 °C-dir. İllik yağıntı 300 mm-dir.
Ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir adına və Aşağı Muğan suvarma kanalları, Mil-Muğan kollektoru keçir. Sarısu gölünün bir hissəsi rayonun ərazisindədir.
Rayonda boz-çəmən, boz, şorakət, bataqlıq-çəmən torpaqları yayılmışdır. Bitkiləri, əsasən, yarımsəhra və səhra tiplidir. Heyvanları: çöl donüzü, qumsiçanı, su qunduzu, canavar, tülkü, dovşan, ilan, çaqqal və s. Quşları: bəzgək, turac, dovdaq və s.
Saatlı, əsasən, kənd təsərrüfatı rayonudur, təsərrüfatlarında pambıqçılıq, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və s. mühüm yer tutur. "Saatlı Pambıq" ATSC-nin emal zavodu, "Şəki İpək" ASC-nin pambıqçılıq idarəsi və pambıq qəbulu məntəqəsi, "Pambıq" kiçik müəssisəsi, şirə emalı müəssisələri, 16 un dəyirmanı, 2 üzlük plitə sexi, quşçuluq-broyler sexi və s. var.
Relyefi
Saatlı rayonu Mil və Muğan düzləri ərazisində yerləşib okean səviyyəsindən aşağıdadır (-18 m-ə qədər).
Geoloji quruluşu
Antropogen çöküntülər
Çayları və su hövzələri
Ərazisindən Araz, şimal sərhədi boyu az məsafədə Kür çayı keçir. Araz Türkiyə ərazisində Bingöl silsiləsindəki (2600 m) külli miqdarda bulaqlardan formalaşır.
Landşaftları və bioloji müxtəlifliyi
Ərazi, əsasən, yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə malikdir. Boz-çəmən, çəmən-boz, şorakət, bataqlıq-çəmən, torpaqları yayılmışdır. Ərazinin florası bir neçə bitki formasiyalarına malikdir. Rütubətin yüksək olduğu yerlərdə, əsasən, adi qamış,dəniz , qarğı , suoxu suincilosu , cil , skripoides кimi çəmən- bataqlıq bitkiləri geniş yayılmışdır. Qrunt sularının səviyyəsinin yuxarı olduğu çəmən tipli torpaqlarda şirin biyan , çayır , çöl sarmaşığı və efemer bitkilər yayılmışdır. Kür və Araz çaylarının bilavasitə sahillərində tuqay meşələrinin fraqmentləri qalmışdır. Burada ağyarpaq qovaq , ağ tut , adi söyüd, qarağac (Ul- mus scabra) ağaclarına, budaqlı yulğun, böyürtkan kollarına rast gəlinir.
Faunası
Ərazi, əsasən, su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz , ağalın qaz , ağqaş qaz , qırın ızıdöş kazarka , harayçı ququ quşu , fısıldayan ququ quşu , anqut və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar adi tülkü və s. canlılar yaşayır.
Arxeoloji abidələr
Cəfərxan kəndi yaxınlığında antik dövrə aid Cəfərxan qəbiristanlığı arxeoloji abidə. Üç tip qəbir abidəsi (küp, torpaq, çiy kərpiclə hörülmüş) qeydə alınmışdır. Ölülər bükülü vəziyyətdə dəfn olunmuşdur. Muğan düzü əhalisi oturaq həyat sürmüş, Kiçik Asiya, Aralıq dənizi tayfaları ilə mədəni-iqtisadi əlaqələr yaratmışlar. Varxankənd, Əlisoltanlı, Azadkənd kəndləri yaxınlığında m.ə. II–I əsrlərə aid arxeoloji abidələr. Keçiqıran küp qəbirlər nckropolu. Qıraq- lı kəndi yaxınlığında Daş Dövrünə aid Araz düşərgəsi. Qaralar kəndi yaxınlığında Tunc Dövrünə aid yaşayış yeri.
Tarixi-mədəni abidələri
Sancalar kəndi yaxınlığında antik dövrə aid nekropol. Məhəmmədabad kəndi yaxınlığında II–III əsrlərə aid nekropol. Qaralar kəndi ərazisində m.ə. III əsrlər — antik dövrlərə aid nckropollar. Nərimankənd kəndi yaxınlığında XI–XIII əsrlərə aid yaşayış yeri.
Əhalisi
Təhsil, səhiyyə və digər mədəni abidələri
Rayonda 49 ümumtəhsil məktəbi, peşə liseyi, tibb kolleci, 6 məktəbdənkənar tərbiyə müəssisəsi, 22 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi kitabxana, 63 kitabxana filialı, 27 klub, kinoteatr, yeddiillik uşaq musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, rəsm qalereyası, 2 xəstəxana, 17 tibb məntəqəsi, 13 həkim məntəqəsi, gigiyena və epidemiologiya mərkəzi, 16 aptek, idman mərkəzi, voleybol klubu və s. vardır.
Yerli media
Saatlı rayonunda televiziya verici stansiyası 1998-ci ildən televiziya proqramlarını rayon ərazisinə yayımlayır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 1954-cü ildə Azərbaycan KP Saatlı rayon komitəsi və Saatlı rayon Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin orqanı olan "Dönüş" qəzeti nəşr olunmağa başlamışdır. 1991-ci ildən isə "Dönüş" qəzeti öz fəaliyyətini müstəqil ictimai-siyasi qəzet kimi göstərir. Elektron mətbu orqanı olaraq isə "www.saatlinews.com" xəbərlər portalı fəaliyyət göstərir.
Avtomobil, dəmir yolları
Saatlı rayonunun ərazisində III və IV kateqoriyalı avtomobil yolları vardır. Bütövlükdə avtomobil yollarının uzunluğu 241 kilometr təşkil edir. Bundan III kateqoriyalı Qazıməmməd-Qaratəpə-Bəhrəmtəpə avtomobil yolu 25 kilometr, III kateqoriyalı Qalaqayın-Aqrobaz avtomobil yolu 25 kilometrdir. IV kateqoriyalı yerli əhəmiyyətli yollar isə 191 kilometr təşkil edir.
Saatlı rayon ərazisindən Ələt-Naxçıvan dəmiryolu xətti keçir ki, bu II kateqoriyalıdır. Qeyd olunan bu dəmiryol xəttinin Cəfərxan kəndindən Becar yaşayış məntəqəsinə qədər əhatə edən 80–109-cu kilometrləri Saatlı rayonu ərazisindədir.
Dəmiryol xəttinin 80–109-cu kilometrlərinin əhatə etdiyi həmin sahədə 2 dəmiryolu stansiyası – Sarıcalar və Saatlı dəmiryol stansiyaları yerləşir. Saatlı dəmir yolu stansiyasının yaxınlığında Araz çayı üzərindən keçən əsrin əvvəllərində tikilmiş dəmiryol körpüsü mövcuddur.
Tarixi və memarlıq abidələri
Azərbaycanın əlverişli iqlimi və təbii şəraiti Araz çayı ətrafında insanların hələ qədim daş dövründən məskən salmasına şərait yaratmışdır. Saatlının arxeoloji abidələri Araz çayının hər iki sahilindən tapılmaqla yaşayış yerləri və qəbir abidələrindən ibarətdir. Arxeoloji abidələrin əsasını isə XX əsrin əvvəllərində tədqiqatçılar tərəfindən aşkar edilmiş nekropollar təşkil edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq edilmiş aşağıda adları qeyd olunan arxeoloji abidələr mühafizə olunur:
- Cəfərxan nekropolu – antik dövrü əhatə edir, Sarıcalar kəndi ərazisindədir.
- Keçiqıran küp qəbirləri nekropolu – e. ə. I minilliyi əhatə edir, Azadkənd kəndi yaxınlığındadır.
- Azadkənd nekropolu – e. ə. II–I əsrləri əhatə edir, Azadkənd kəndi ərazisindədir.
- I Qaralar nekropolu – e. ə. III–I əsrləri əhatə edir, Qaralar kəndi ərazisindədir
- II Qaralar nekropolu – e. ə. III–II əsrləri əhatə edir, Qaralar kəndi ərazisindədir.
- III Qaralar nekropolu – e. ə. IX–XVII əsrləri əhatə edir, Qaralar kəndi ərazisindədir.
- Muğan nekropolu – e. ə. VI–I əsrləri əhatə edir, Muğan kanalının yaxınlığındadır.
- Abasbəyli nekropolu – e. ə. II–III əsrləri əhatə edir, Sarısuçay-Cərgəlana çay töküldüyü yerdədir.
- Məmmədabad nekropolu – e. ə. II–III əsrləri əhatə edir, Məmmədabad kəndi ərazisində yerləşir.
Qədim yaşayış yerləri
- Araz düşərgəsi – Araz çayının sahillərində indiki Qıraqlı kəndi yaxınlığında daş dövrünə aid edilən düşərgə izi olmaqla neolit dövrünə aid edilir.
- Qaralar tunc dövrü yaşayış yeri – Qaralar kəndi yaxınlığında aşkar edilməklə e. ə. III–II minilliklərə aid edilir.
- Abasbəyli yaşayış yeri – indiki Nərimankəndin şərq tərəfində aşkar edilmişdir – bu abidə XI–XIII əsrlərə aid edilir.
- Muğan yaşayış yeri – rayonun Azadkənd kəndi ərazisində aşkar edilməklə insanlar tərəfindən əsrlər boyu qışlaq kimi istifadə olunmuşdur.
- Məmmədabad yaşayış yeri – buradan tapılmış materiallar əsasında yaşayış yerini X–XVI əsrlərə aid edirlər.
- Sarısu yaşayış yeri – buradan tapılmış saxsı qablar IX–XII əsrlər üçün səciyyəvidir.
- Əlisoltanlı və Bəylər orta əsr yaşayış yerləri – tapılmış məişət əşyaları XII–XVI əsrlərə aid edilir.
Həmçinin bax
Mənbə
- Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 869. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə.
İstinadlar
- Ümumi məlumat. — Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — İnzibati kənd rayonları (01.01.2006), səhifə 12. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə.
- "Arxivlənmiş surət". 2020-06-07 tarixində . İstifadə tarixi: 2020-05-02.
- Musayev M.Ə., Hacıyev D.V., Qasımov Ə.Q. və b. Azərbaycanm heyvanlar aləmi, 3 cilddə. Bakı: Elm,2000–2004.
- .Abutalibov M.H., Hajiyev V.J. Vegetation of Azerbaijan, Baku; Ishig, 1976
- Tuayev D. Azərbaycan quşlannın kataloqu. Bakı: Şur, 1996
- . 2011-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-01.
Xarici keçidlər
- www.saatlinews.com 2011-08-31 at the Wayback Machine
- Saatlı Rayon İcra Aparatı
- Saatlı Rayon Gənclər və İdman idarəsi[ölü keçid]
Saatlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Saatli rayonu haqqindadir Saatli seheri ucun Saatli sehifesine baxin Bu adin diger istifade formalari ucun bax Saatli deqiqlesdirme Saatli rayonu Azerbaycan Respublikasinda inzibati erazi vahidi Inzibati merkezi Saatli seheridir RayonSaatli39 55 51 sm e 48 22 10 s u Olke AzerbaycanDaxildir Mil MuganInzibati merkez SaatliIcra bascisi Elmir BagirovTarixi ve cografiyasiYaradilib 25 may 1943Sahesi 1 180 5 km EhalisiEhalisi 107 800 neferReqemsal identifikatorlarISO kodu AZ SATTelefon kodu 994 21Poct indeksi AZ 4900Avtomobil nomresi 49Resmi sayt Vikianbarda elaqeli mediafayllarUmumi melumat Saatli etnonimi XIV esrin sonunda Arpacayin asagi axari ve Araz cayinin sag sahilinde yerlesen Cuxur Seed adli eyaletde yaranmisdir Evveller Arpacayin asagi axari ve Arazin sag sahilinde yasayan saatlilarin xeyli hissesi XV esrin 30 cu illerinden qonsu erazilere kocmusler Saatlilarin bir qismi Qazax zonasinda 1795 1798 ci illerde ise saatlilarin bir hissesi Qarabagda meskunlasmisdilar Saatli tayfasinin adi Cuxurseedde yasayan tayfanin yaxud Emir Seedin adini dasiyan ve qedimden Agridag vadisinde yasamis Azerbaycan turklerinin Saadli tayfasinin etnik adidir Yayi quraq kecen mulayim isti yarimsehra ve quru col iqlimi olan Saatli rayon erazisinde qedim dovre aid yasayis meskenlerinin oldugu subut edilmisdir Azadkend Fetelikend Ceferxan Varxankend Elisoltanli kendlerinde e e II III minilliklere aid arxeoloji abideler o cumleden saxsi qablarin qaliqlari tapilmisdir Saatli rayonunun Mugan duzunun merkezinde yerlesmesi Araz cayinin bol suyu bu erazide ehalinin meskunlasmasina ekincilik heyvandarliq ve qusculuqla mesgul olmalarina elverisli serait yaratmisdir Saatli rayonunun hazirki Ceferxan kendinde hele XX esrin evvellerinde yaradilmis tecrube stansiyasi sonralar Mugan tecrube meliorasiya stansiyasi adini almis menteqenin Mugan duzunde torpaqlarin sorlasmasinin qarsisinin alinmasinda meliorasiya islerinin elmi nezeri esaslarla aparilmasinda boyuk rolu olmusdur Xususen XX esrin 50 ci illerinden sonra bu stansiyanin fealiyyeti genislenerek bolgede esl elmi bazaya cevrilmisdir Gorkemli tedqiqatci alimlerimiz C E Eliyev S X Huseynzade V P Valabuyev ve digerleri uzun iller hemin Ceferxan Mugan tecrube meliorasiya stansiyasinda semereli elmi tedqiqat isleri aparmislar Saatli rayonunun teskil edilmesi 1941 1945 ci iller muharibesi dovrune dusmusdur Hemin illerde rayondan 1600 nefer cebheye gonderilmis ve onlar 77 ci 223 cu 402 ci 416 ci diviziyalarda serefle doyusmusler Onlardan 533 nefer helak olmusdur 1949 cu ilde Ermenistan SSR in bir sira rayon ve kendlerinden zorla qovulmus azerbaycanli ehalinin xeyli hissesi 1953 cu ilde Merkezi Komitenin xususi gosterisi ile Iranla serhed eraziden kocurulen Celilabad rayonunun 7 kendinin ehalisi 1958 1959 ve 1989 cu illerde Orta Asiya respublikalarindan Axiska turkleri 1988 1989 cu ilde baslanan Ermenistanin isgalciliq siyaseti neticesinde Qerbi Azerbaycandan dede baba torpaqlarindan didergin salinan soydaslarimizin mueyyen hissesi Saatli rayonunda meskunlasmisdir Ermenistanin respublikamiza tecavuzu neticesinde baslanan muharibede Saatli rayonunun gencleri de doyusmusler Azerbaycanin erazi butovluyu ve suverenliyi ugrunda geden doyuslerde Saatli 116 nefer sehid vermisdir 1995 ci ilin mart hadiselerinde helak olmus Huseynov Elsen Ibrahim oglu qehremanligina gore Azerbaycanin Milli Qehremani adina layiq gorulmusdur XX esrin 70 80 ci illerde Saatli rayonunda 19 mekteb binasi 390 carpayiliq merkezi xestexana 450 yerlik medeniyyet sarayi 11 kend hekim menteqesi musiqi mektebi 450 yerlik mektebeqeder muessiseler 32 menzilli besmertebeli 2 yasayis binasi ikimertebeli univermaq universam bir sira idare ve muessiseler ucun yeni inzibati binalar pambiq temizleme ve sud zavodlari corekbisirme kombinati tikilerek rayon ehalisinin istifadesine verilmis coxsayli senaye neqliyyat ve xidmet teskilatlari yaradilmisdir Musteqillik illerinde rayonda tikinti quruculuq abadliq isleri genis vuset almisdir Hemin illerde Araz cayi uzerinde uzunlugu 238 ve 320 metr olan iki boyuk korpu 800 yerlik Came mescidi 2030 yerlik 8 yeni mekteb binasi 750 yerlik iki sadliq sarayi sehidlerin xatiresine abide kompleksi 31 mart azerbaycanlilarin soyqirimi xatire kompleksi Heyder parki Mugan ve Fevvareler parklari 5 yeni hekim menteqesi stadion idman meydancalari qusculuq broyler fabriki coxsayli sosial obyektler ve ozel istehsalat muessiseleri tikilerek ehalinin istifadesine verilmisdir 2004 cu ilde Azerbaycan xalqinin umummilli liderinin adini dasiyan meydanda boyuk onder Heyder Eliyevin ezemetli bustu qoyularaq abide kompleksi ucaldilmisdir TarixiMugan duzunun merkezinde Araz cayinin her iki sahilinde yerlesen Saatli rayonu Azerbaycan Respublikasinda inzibati rayondur 1943 cu il 25 mayda Azerbaycan SSR Ali Soveti Reyaset heyetinin 30 21 nomreli qerarina esasen Saatli musteqil rayon kimi teskil edilmisdir 4 yanvar 1963 cu ilde Sabirabad rayonuna birlesdirilen Saatli rayonu 1965 ci il yanvarin 6 da yeniden musteqil rayon statusu almisdir Saatli rayonu Kur Araz ovaliginin merkezi hissesinde yerlesir Sahesi 1180 5 km ehalisi 92 3 min neferdir 01 01 2009 Merkezi Saatli seheridir Rayona Saatli seheri ve Azadkend Qarayevkend Mircelal Nesimikend Sirinbeyli Fetelikend Xanlarkend Elisoltanli Potubeyli Haciqasimli Kamalli Qaracalar Gomuscu Seyidoba Qara Nuru Qazanbatan Qiraqli Beylik Mustafabeyli Yeni Novruzlu Memmedabad Eliabad Geniskend Nerimankend Deller Novruzlu Musali Saricalar Ceferxan Ebilkend Mollavazli Simada Gunesli Beyler Dede Qorqud Heyderabad Ehmedbeyli Qaralar Mezreli Naharli Soltanabad Colpi kendleri daxildir CografiyasiSaatli rayonunun erazisi duzenlikdir ve deniz seviyyesinden 28 metr asagidir Antropogen cokuntuleri yayilmisdir Yayi quraq kecen mulayim isti yarimsehra ve quru col iqlimi var Orta temperatur yanvarda 1 4 C iyulda 26 2 C dir Illik yaginti 300 mm dir Erazisinden Araz cayi simal serhedinden Kur cayi Sabir adina ve Asagi Mugan suvarma kanallari Mil Mugan kollektoru kecir Sarisu golunun bir hissesi rayonun erazisindedir Rayonda boz cemen boz soraket bataqliq cemen torpaqlari yayilmisdir Bitkileri esasen yarimsehra ve sehra tiplidir Heyvanlari col donuzu qumsicani su qunduzu canavar tulku dovsan ilan caqqal ve s Quslari bezgek turac dovdaq ve s Saatli esasen kend teserrufati rayonudur teserrufatlarinda pambiqciliq taxilciliq heyvandarliq terevezcilik ve s muhum yer tutur Saatli Pambiq ATSC nin emal zavodu Seki Ipek ASC nin pambiqciliq idaresi ve pambiq qebulu menteqesi Pambiq kicik muessisesi sire emali muessiseleri 16 un deyirmani 2 uzluk plite sexi qusculuq broyler sexi ve s var RelyefiSaatli zencirotu Saatli rayonu Mil ve Mugan duzleri erazisinde yerlesib okean seviyyesinden asagidadir 18 m e qeder Geoloji qurulusuAntropogen cokuntulerCaylari ve su hovzeleriErazisinden Araz simal serhedi boyu az mesafede Kur cayi kecir Araz Turkiye erazisinde Bingol silsilesindeki 2600 m kulli miqdarda bulaqlardan formalasir Landsaftlari ve bioloji muxtelifliyiSaatli Misir Vagi Erazi esasen yayi quraq kecen mulayim isti yarimsehra ve quru col iqlimine malikdir Boz cemen cemen boz soraket bataqliq cemen torpaqlari yayilmisdir Erazinin florasi bir nece bitki formasiyalarina malikdir Rutubetin yuksek oldugu yerlerde esasen adi qamis deniz qargi suoxu suincilosu cil skripoides kimi cemen bataqliq bitkileri genis yayilmisdir Qrunt sularinin seviyyesinin yuxari oldugu cemen tipli torpaqlarda sirin biyan cayir col sarmasigi ve efemer bitkiler yayilmisdir Kur ve Araz caylarinin bilavasite sahillerinde tuqay meselerinin fraqmentleri qalmisdir Burada agyarpaq qovaq ag tut adi soyud qaragac Ul mus scabra agaclarina budaqli yulgun boyurtkan kollarina rast gelinir FaunasiSaatli bitki taxtabiti Erazi esasen su bataqliq quslari ile zengindir Burada boz qaz agalin qaz agqas qaz qirin izidos kazarka harayci ququ qusu fisildayan ququ qusu anqut ve s quslara rast gelinir Burada memelilerden canavar adi tulku ve s canlilar yasayir Arxeoloji abidelerCeferxan kendi yaxinliginda antik dovre aid Ceferxan qebiristanligi arxeoloji abide Uc tip qebir abidesi kup torpaq ciy kerpicle horulmus qeyde alinmisdir Oluler bukulu veziyyetde defn olunmusdur Mugan duzu ehalisi oturaq heyat surmus Kicik Asiya Araliq denizi tayfalari ile medeni iqtisadi elaqeler yaratmislar Varxankend Elisoltanli Azadkend kendleri yaxinliginda m e II I esrlere aid arxeoloji abideler Keciqiran kup qebirler nckropolu Qiraq li kendi yaxinliginda Das Dovrune aid Araz dusergesi Qaralar kendi yaxinliginda Tunc Dovrune aid yasayis yeri Tarixi medeni abideleriSancalar kendi yaxinliginda antik dovre aid nekropol Mehemmedabad kendi yaxinliginda II III esrlere aid nekropol Qaralar kendi erazisinde m e III esrler antik dovrlere aid nckropollar Nerimankend kendi yaxinliginda XI XIII esrlere aid yasayis yeri EhalisiEsas meqaleler Azerbaycan ehalisinin siyahiyaalinmasi 1999 ve Azerbaycan ehalisinin siyahiyaalinmasi 2009 Tehsil sehiyye ve diger medeni abideleriRayonda 49 umumtehsil mektebi pese liseyi tibb kolleci 6 mektebdenkenar terbiye muessisesi 22 mektebeqeder tehsil muessisesi merkezi kitabxana 63 kitabxana filiali 27 klub kinoteatr yeddiillik usaq musiqi mektebi tarix diyarsunasliq muzeyi resm qalereyasi 2 xestexana 17 tibb menteqesi 13 hekim menteqesi gigiyena ve epidemiologiya merkezi 16 aptek idman merkezi voleybol klubu ve s vardir Yerli mediaSaatli rayonunda televiziya verici stansiyasi 1998 ci ilden televiziya proqramlarini rayon erazisine yayimlayir Azerbaycan Respublikasi Prezidentinin Isler Idaresinin 1954 cu ilde Azerbaycan KP Saatli rayon komitesi ve Saatli rayon Xalq Deputatlari Sovetinin icraiyye komitesinin orqani olan Donus qezeti nesr olunmaga baslamisdir 1991 ci ilden ise Donus qezeti oz fealiyyetini musteqil ictimai siyasi qezet kimi gosterir Elektron metbu orqani olaraq ise www saatlinews com xeberler portali fealiyyet gosterir Avtomobil demir yollariSaatli rayonunun erazisinde III ve IV kateqoriyali avtomobil yollari vardir Butovlukde avtomobil yollarinin uzunlugu 241 kilometr teskil edir Bundan III kateqoriyali Qazimemmed Qaratepe Behremtepe avtomobil yolu 25 kilometr III kateqoriyali Qalaqayin Aqrobaz avtomobil yolu 25 kilometrdir IV kateqoriyali yerli ehemiyyetli yollar ise 191 kilometr teskil edir Saatli rayon erazisinden Elet Naxcivan demiryolu xetti kecir ki bu II kateqoriyalidir Qeyd olunan bu demiryol xettinin Ceferxan kendinden Becar yasayis menteqesine qeder ehate eden 80 109 cu kilometrleri Saatli rayonu erazisindedir Demiryol xettinin 80 109 cu kilometrlerinin ehate etdiyi hemin sahede 2 demiryolu stansiyasi Saricalar ve Saatli demiryol stansiyalari yerlesir Saatli demir yolu stansiyasinin yaxinliginda Araz cayi uzerinden kecen esrin evvellerinde tikilmis demiryol korpusu movcuddur Tarixi ve memarliq abideleriAzerbaycanin elverisli iqlimi ve tebii seraiti Araz cayi etrafinda insanlarin hele qedim das dovrunden mesken salmasina serait yaratmisdir Saatlinin arxeoloji abideleri Araz cayinin her iki sahilinden tapilmaqla yasayis yerleri ve qebir abidelerinden ibaretdir Arxeoloji abidelerin esasini ise XX esrin evvellerinde tedqiqatcilar terefinden askar edilmis nekropollar teskil edir Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci il tarixli 132 sayli qerari ile tesdiq edilmis asagida adlari qeyd olunan arxeoloji abideler muhafize olunur Ceferxan nekropolu antik dovru ehate edir Saricalar kendi erazisindedir Keciqiran kup qebirleri nekropolu e e I minilliyi ehate edir Azadkend kendi yaxinligindadir Azadkend nekropolu e e II I esrleri ehate edir Azadkend kendi erazisindedir I Qaralar nekropolu e e III I esrleri ehate edir Qaralar kendi erazisindedir II Qaralar nekropolu e e III II esrleri ehate edir Qaralar kendi erazisindedir III Qaralar nekropolu e e IX XVII esrleri ehate edir Qaralar kendi erazisindedir Mugan nekropolu e e VI I esrleri ehate edir Mugan kanalinin yaxinligindadir Abasbeyli nekropolu e e II III esrleri ehate edir Sarisucay Cergelana cay tokulduyu yerdedir Memmedabad nekropolu e e II III esrleri ehate edir Memmedabad kendi erazisinde yerlesir Qedim yasayis yerleri Araz dusergesi Araz cayinin sahillerinde indiki Qiraqli kendi yaxinliginda das dovrune aid edilen duserge izi olmaqla neolit dovrune aid edilir Qaralar tunc dovru yasayis yeri Qaralar kendi yaxinliginda askar edilmekle e e III II minilliklere aid edilir Abasbeyli yasayis yeri indiki Nerimankendin serq terefinde askar edilmisdir bu abide XI XIII esrlere aid edilir Mugan yasayis yeri rayonun Azadkend kendi erazisinde askar edilmekle insanlar terefinden esrler boyu qislaq kimi istifade olunmusdur Memmedabad yasayis yeri buradan tapilmis materiallar esasinda yasayis yerini X XVI esrlere aid edirler Sarisu yasayis yeri buradan tapilmis saxsi qablar IX XII esrler ucun seciyyevidir Elisoltanli ve Beyler orta esr yasayis yerleri tapilmis meiset esyalari XII XVI esrlere aid edilir Hemcinin baxSaatli eksperimenti film 1983 Men Mugana vurgunam film 1986 MenbeAzerbaycan Respublikasinin inzibati erazi vahidleri Kend rayonlari sehife 869 Azerbaycan Milli Ensiklopediyasi 25 cildde Mesul katib akademik T M Nagiyev Azerbaycan cildi Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 884 sehife ISBN 9789952441017IstinadlarUmumi melumat Azerbaycan Respublikasinin inzibati erazi vahidleri Inzibati kend rayonlari 01 01 2006 sehife 12 Azerbaycan Milli Ensiklopediyasi 25 cildde Mesul katib akademik T M Nagiyev Azerbaycan cildi Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 884 sehife ISBN 9789952441017 Arxivlenmis suret 2020 06 07 tarixinde Istifade tarixi 2020 05 02 Musayev M E Haciyev D V Qasimov E Q ve b Azerbaycanm heyvanlar alemi 3 cildde Baki Elm 2000 2004 Abutalibov M H Hajiyev V J Vegetation of Azerbaijan Baku Ishig 1976 Tuayev D Azerbaycan quslannin kataloqu Baki Sur 1996 2011 08 31 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2011 08 01 Xarici kecidlerwww saatlinews com 2011 08 31 at the Wayback Machine Saatli Rayon Icra Aparati Saatli Rayon Gencler ve Idman idaresi olu kecid Saatli rayonu ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin