Azərbaycan ənənəvi evləri — azərbaycanlıların tarixən, ənənəvi üsulları istifadə edərək inşa etdikləri evlər.
Növləri
Qazma və ya pəyə evlər (Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində adlandırdıqları kimi) dağlıq bölgələrdə son dövrlərə qədər qalmışdır. Düzbucaqlı plana malikdir və tikilməsi rahatdır. Bu evlərin arxa və yan divarları qazma nəticəsində torpaqdan ibarət olur, qabaq tərəfi ilə daş hörgü ilə bağlanır. Tavan dirəklər vasitəsilə düzəldilir. Bağ mövsümündə Nügədi, Rustov, Çiçi, Səbətlər kimi meyvəçiliyin böyük rol oynadığı kəndlərin əhalisi müvəqqəti olaraq bağa köçmək üçün belə evlər (qazma ev) tikərdilər. Pəyəbaşı tipli tikililər pəyə və qaradam evləri arasında aralıq növ təşkil edir, bir tavanın altında həm yaşayış evi, həm də mal-qara yerləşirdi.
Azərbaycanlılar və digər qafqazlılar üçün qaradam evləri xarakterikdir. Müxtəlif regionlarda "öylük", "şeşə öylük", "pəyəbaşı" (Xanlar), "qara ev", "dörddirək ev", "xaçkərənli ev", "evdamı", "qış damı", "qış evi" (Naxçıvan), "evdamı" (Kəlbəcər), "dam" (Qubadlı), "çardaxlıdam", "beşikdam", "öydamı", "dam" (Borçalı) kimi tanınır. XVIII əsrdən XX əsrin əvvəllərinə qədər qaradam evləri əsasən Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisində, qismən Dağlıq Qarabağ və Naxçıvanda mövcud idi. Naxçıvan qaradam evləri yerüstü tikilirdi.
Aran kəndlərində inşası rahat başa gələn yerüstü evlər geniş yayılmışdır. XIX–XX əsrin əvvəllərində belə yüngül çubuq (qarğı, qamış) evlərin regional olaraq müxtəlif adları mövcud olmuşdur: "çovustan" (Naxçıvan, Qarabağ və İran Azərbaycanı), "çubuq ev", "darbənd" (Quba-Xaçmaz), "qom ev", "hörmə ev" (Muğan), "çubuq hörmə", "çəpərə ev", "çitəmə" (Şəki-Zaqatala), "qarğı ev", "qamış ev", "tapan ev" (Şirvan), "durma" (qərb regionu və Gəncəbasar).
XIX–XX əsrin əvvəllərində möhrə tipli evlər də geniş yayılmışdır. Belə evlər çay daşından tikilmiş istinadın üzərində və ya torpaqdan başlayaraq inşa edilirdi. Möhrənin qatları kürsü adlanır və hər kürsünün üzərinə seysmik məqsəd üçün ağac qurşaq verilirdi. Dağlıq və düzənlik ərazilərdə isə çaydaşı və ya qayadaşından istifadə edilərək tikilən, yastı damlı, alçaq "daxal" evlər üstünlük təşkil edirdi.
Azərbaycanın düzən rayonlarında salyani evlər yayılmışdır. Şirvan düzündə, qismən də Qobustan kəndlərində bu evlərə rast gəlinir. Salyani evlərin damının yamacları çox dik formada olur. Evlərin kəllə divarları çardaqdan etibarən üçbucaq şəklində inşa edilir. Şirvan və Gəncəbasarda yayılmış şirvani evlərinin isə yüksəkliyi az olur, dam örtüyünün forması balıqbelidir. Ağacdan inşa edilmiş evlərə isə kərtmə və cımğa evlər misal göstərilə bilər. Ağacdan tikilən evlər arasında dirəklər üzərində qurulan və qülləyəbənzər nümunəsi olan ləm vacib yer tutur. Yay istirahəti üçün istifadə edilən bu ev forması rütubətli, soyuq bölgələrdə, xüsusilə Lənkəran bölgəsində yayılmışdır.
Azərbaycanda yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir. Bunlar arasında dəyə (Şirvanda "qarakeçə" adlanır) və alaçıq daha çox istifadə edilmişdir. İkisinin arasında ölçü və möhkəmlik fərqi var. Dəyənin ölçüsündən asılı olaraq onun quraşdırılmasında 30–50 çubuğa, 4–6 keçəyə (qəlib) ehtiyac duyulur. Keçə "həllac" adlı bacarıqlı ustalar tərəfindən düzəldilir.
XVIII–XIX əsrlərdə təkotaqlı eyvanlı evlər azərbaycanlılar arasında yaşayış evi kimi vacib yer tutmuşdur, müasir dövrdə də məşhurdur. Çoxotaqlı və çoxmərtəbəli kompozisiyaların (malikanə, imarət, mülk, yarımsaray tipli evlər) ilkin forması məhz təkotaqlı eyvanlı evlər olmuşdur.
- Ənənəvi Azərbaycan yurdu (alaçıq)
- XIX əsrin əvvəllərinə aid şüşəbəndli yaşayış binası. Şuşa
- Mehmandarovların evi. Şuşa
- Azərbaycanlının evi. Bakı
- Daş ev. Bakı ətrafı
Komponentləri
Azərbaycan mətbəxində ocaq və ya təndir olur. Bəzi kənd evlərində soba da olur. Ancaq bunlar daha çox mətbəxdən ayrı, hətta evdən ayrı qurulur. Zirzəmidə (evin anbarında) isə qışlıq üçün yeməklər və mətbəxdə hələ istifadəsinə ehtiyac olmayan qidalar saxlanılır. Hər evdə mətbəx anbarla əlaqəli olmalıdır. Hətta Azərbaycan evlərində yalnız ətlərin və yağların saxlandığı bir "soyuqluq" yeri vardır. Ancaq əsasən anbar və soyuqluq eyni yer olur və ət, yağ, taxıl, quru tərəvəzlər burada saxlanılır. Anbarda qidalar "tərək" adlandırılan rəflərdə, sandıqlarda, çuvallarda, divarlara asılan torbalarda saxlanılır və ya ipə düzülərək asılır. Çəltik saxlamaq üçün istifadə edilən anbarlar həyətdə, alt evlərdə, eyvanlarda, yardımçı binalarda saxlanılırdı. Taxıl saxlamaq üçün istifadə edilən taxta anbar qurğuları evin birinci mərtəbəsində və ya təsərrüfat binaların iç hissəsinə qoyulurdu.
Çəltik dənlərinin qurudulması isə yaşayış evlərinin döşəmələrinə sərərək, həmçinin çardaqlardan istifadə edərək həyata keçirilirdi. İpəkqurdlarının barama sarıyana qədər saxlanması üçün kümxana, talvar və çardaqlar, hətta bəzən tövlələr istifadə olunurdu. Kümxanalar ipəkçiliyin geniş yayıldığı bölgələrdə inşa edilmişdir. Arıçılar isə pətəkləri evlərin ətrafında, həyətyanı bağda yerləşdirir.
Ev əşyaları
XIX–XX əsrin əvvəllərində Azərbaycanda evlərin daxili sahmanı Şərq xüsusiyyətlərinə malik idi. Qazma və qaradamlı tipli evlərdə daxili sahmana o qədər də fikir verilmirdi. Ancaq yerüstü evlərdə vəziyyət fərqli idi. Yemək, istirahət, məişət işləri yerdə edildiyi üçün döşəmənin təmiz saxlanması lazımlı idi. Döşəmənin üzərinə kilim, xalça, keçə, gəbə və s. örtülürdü. Bunların üstündə isə qoyun dərisindən düzəldilmiş ayaqaltılar, mütəkkə, döşəkçələr və balış qoyulurdu. Kasıb evlərində divara həsir, varlı evlərində isə xalçalar asılır. Varlılar xalçaların üzərinə bədii tikmələr, silah, saz, əcdadların portretləri və qətələr (zərli xətlə yazılmış Quran ayələri) asırdılar. Evin dör başı adlanan xüsusi yerində evin başçısı və ya qonaq üçün nazbalış qoyulur, Naxçıvan bölgəsində bu yer "şahnişin" adlanırdı.
Əşyaların saxlanması üçün yük yeri (camaxatan) istifadə olunurdu. Divar açırımları (taxça, rəf, divar şkafı, yük yeri, dolab, buxarı və s.) da bunun üçün idi. Yük yerinin üstünün örtülməsi üçün ipək və pambıq parçalardan düzəldilmiş pərdələr, varlı evlərində isə tikmə naxışlı "zərəndaz" pərdələr işlədilirdi.
İnteryer dekorasiyası
Ənənəvi Azərbaycan evinin interyeri qonaq və istirahət otaqlarına bölünür, həmişə sadə, yer baxımından açıq olurdu. Qonaq və istirahət otaqlarında az sayda arakəsmələr və hündür olmayan mebel var idi. İnsanlar adətən yerdə otururdular. Xalça və kilimlər evin əsas elementləri idi. Evin ümumi interyerindən bəhs etmək üçün istifadə edilən "bəsat" ("xalça") sözü də bunun sübutudur. XIX–XX əsrin əvvəllərində qışda isti saxlayan və yayda sərinlik verən keçələr evlərin bəzədilməsi və döşənməsi üçün istifadə edilirdi. Evlərin bəzədilməsində işlədilən naxışlı keçə "nəmənd" adlanır.
Bəzənməmiş divar səthləri tağlı pəncərələr ya da qablar və gündəlik əşyalar qoyulması məqsədilə istifadə edilən taxçalar üçün oyulurdu. Bəzi qab-qacaq və ya kiçik əşyalar divarın yuxarı hissəsindəki rəflərdə və ya konsollarda saxlanılırdı.
Ornamental stükko interyerin bədii bəzəyində istifadə edilmiş, taxça, karniz və müqarnaları əhatə etmişdir. Varlı evlərində və xan saraylarında divarlar suvaq və kətan üzərində rəsmlər və ya ov və ziyafət səhnələri olan dekorativ lövhələrlə bəzənmişdir. Pape-maşedən hazırlanmış memarlıq detallarında da dekorativ rəsmdən istifadə edilmişdir. Verandalı və böyük pəncərələri olan evlərdə taxta çərçivədə möhkəmləndirilmiş rəngli şüşə mozaikadan arakəsmələr düzəldilirdi. Taxta sütunlar, dayaqlar, damlar və qapıların hamısı oyma ilə bəzədilirdi. Şəki xanlarının saraylarının (XIX–XX əsrlər) interyerlərində tarixi və ədəbi mövzularla çəkilmiş, güzgü şüşəli müqarnalar və frizlər də daxil olmaqla geniş çeşidli texnikalardan istifadə olunurdu.
Azərbaycanda bütün dülgərlər üçün evlərin taxtadan daxili sütunlarını, tirlərini və kölgəliklərini oymaq standart bir təcrübə idi. Ağac üzərində oyma mütəxəssisləri həmçinin qapıların, stolların, stulların, kitab tutacaqlarının və taxta qabların bəzədilməsi üzərində işləyirdi. 1917-ci ildən sonra, 1930-cu illərə qədər ağac sənətkarlığında tənəzzül baş verdi. 1930-cu illərdə ağac üzərində oyulmuş milli motivlər sayı getdikcə artan iri ictimai binaların dizaynına daxil edildi. Əbdülhüseyn Babayev ən istedadlı oyma ustalarından biri idi və müxtəlif texnikalara bələd idi. Onun kitab tutacağı (1937) bir, iki və ya üç kitab üçün kürsü yaratmaq məqsədilə açılan tək ağac parçasından hazırlanmış bir müasir "dizayn möcüzəsi" idi.
1920-ci ildən sonra daxili dekorasiyanın ənənəvi prinsipləri ictimai binaların dizaynında da tətbiq olundu. 1937-ci ildə Moskvada keçirilən Ümumrusiya Kənd Təsərrüfatı Sərgisində Azərbaycan SSR pavilyonunda memar Sadıq Dadaşov və Mikayıl Useynov və rəssam Lətif Kərimov kompleks bəzəkli zal ərsəyə gətirdilər. Gips friz və lövhələrə həkk olunmuş motivlərə beşguşəli ulduzlar, oraqlar və çəkiclər, çiçəklər, meyvələr, üzümlər və pambıq qozaları daxil idi. 1960-cı illərdən etibarən stükkonun istifadəsi əsasən dekorativ rəsm, mozaika və metaloplastika üsulları ilə əvəz olundu. Ənənəvi şüşə işi ilə birlikdə, şüşə hazırlamaq üçün başqa formalar təqdim edildi.
- Usta Qənbər tərəfindən Şəki xan sarayının ikinci mərtəbəsinin şərqdəki kiçik zalında çəkilmiş "Həyat ağacı" təsviri. Reproduksiya. Azərbaycan Milli İncəsənət Muzeyi
- Naxçıvan xan sarayının Güzgülü zalı
- İskəndər Rüstəmovun evində otaqlar arası divarda rəsm. Şuşa
- Səfi bəyin evinin divar bəzəyi. Şuşa
- "Arşın mal alan" operettası səhnə dekoru. Moskva
Adət-ənənə
Mərasimlər
Novruz bayramında icra edilən qurşaqsallamanın papaqatdıya çevrilməsi ev tikilişinin dəyişməsi ilə əlaqədardır. Əvvəllər tikilən evlərin damı hamar olur, ortasında baca yerləşirdi. Belə evlər "tatı" adlanırdı. Bu evlərin bir-birinə bitişik yerləşməsi və damlarının hamar olması nəticəsində insanlar evləri damüstü gəzə bilirdi. Ancaq tatı evlərinin yerini kirəmitli və ya şiferli evlərin əvəz etməsi nəticəsində evlərdən hədiyyə yığılması da damdan (qurşaqsallama) qapıya (papaqatdı) enmişdir.
Kiçik Çillənin çərşənbələrində insanlar lopa yandırıb evin ətrafında 3 dəfə fırladaraq şər qüvvələrdən qorunacaqlarına inanırlar. Həmçinin döyüşdə övladlarını itirən ailələr evlərindən qara yas bayrağı asardılar.
İnanclar
Azərbaycan mifologiyasında şər ruhlar olan damdabacalar bütün evlərin həyətlərində yaşaya bilər. Ancaq onlar sürü şəklində məscidlərin, köhnə evlərin, dəyirmanların xarabalıqlarında yaşayırlar. Həmçinin hər evin bir iyəsi vardır. Bəzən adına "Ev cini" də deyilir. Astana cini isə evin astanasının sahibidir, ona görə də axşam vaxtı çöldə oturmaq və ya əli qoynunda durmaq olmaz. Çərşənbə arvadı çərşənbə günü bir evdə işlər tamamlanmamış isə ora girən və ziyan vuran cadugərdir.
Evdə insan olmasa da, evə girəndə salam verərlər. Çünki evdə kimsələr var. Onlar evə bərəkət gətirər, quş cildində insanın yuxusuna girərlər. Mətnlərdə Qaraçuxa daim evlə bağlı olur. Onun damın üstündə yatdığı, evə girən zaman Qaraçuxaya salam vermək lazım olduğu qeyd olunur. Qaraçuxanın evi tərk etməsi isə o ailənin bəxtinin bağlanması kimi yozulur. Evdə və həyətdə qara qarğanın görünməsi yaxşı əlamət deyil.
Kolu, tikanlı ağacların budaqlarını və üzərlik bitkisini evlərin astanasından asırdılar ki, pis nəzərləri içəri buraxmasın. Bağbağata ziyan dəyməsin deyə itin kəllə sümüyünü çəpərin üstünə sancırdılar. Əjdaha Azərbaycan tərəkəmələrinin xalça motivlərində rast gəlinir, evin qoruyucusu (talismanı) olaraq istifadə edilir.
İstinadlar
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 53-54
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 168
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 55-56
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 58
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 60-61
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 62-63
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 64-65
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 67
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 68
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 76-78
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 71
- Kartari, 1986. səh. 341-343
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 121
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 102
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 120
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 212
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 325
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 81-82
- Azərbaycan etnoqrafiyası, II cild, 2007. səh. 83
- Salmanov, E., Blair, S., & Bloom, J. (2003). Azerbaijan. Grove Art Online. Retrieved 22 Oct. 2023.
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 440
- Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 443
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 44
- Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 19-20
- Kalafat, 1998. səh. 54
- SMOMPK: Azərbaycan folkloru materialları, 2-ci cild, 2019. səh. 98-100
- Beydili, 2003. səh. 205
- Beydili, 2003. səh. 204
- Karakurt, 2011. səh. 96
- Beydili, 2003. səh. 314
- Avcılık İnanç Ve Ritüellerine Bakış. Aynur Celilova. Sosyal Araştırmalar ve Davranış Bilimleri Dergisi, 2019, Cilt 5, Sayı 8, s. 62–86.
- Qafarlı, Ramazan, AZƏRBAYCAN TÜRKLƏRİNİN MİFOLOGİYASI, ADPU, 2010
- Beydili, 2003. səh. 193
Ədəbiyyat
- Azərbaycan etnoqrafiyası, Üç cilddə I cild., Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb, 2007.
- Azərbaycan etnoqrafiyası, Üç cilddə II cild., Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb, 2007, ISBN .
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022–03–21 at the Wayback Machine (türk.)
- Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
- Kalafat, Yaşar. Eski Türk Dini İzleri (türk). 1998.
- Kartari, A. (1986). Azeri ve Fırat Havzası Mutfak Kültürlerinin Karşılaştırmalı İncelemesi. Belleten, Türk Folkloru Yayınları, İstanbul.
- SMOMPK: Azərbaycan folkloru materialları, 2-ci cild. Bakı, Elm və təhsil, 2019, −264 səh.
Əlavə oxu
- AZİZSOY, ANAR. (2016). ÇARLIK RUSYA SI DEVRİ ŞEKİ (AZERBAYCAN) TARİHİ KENT DOKUSUNDA OLUŞAN DEĞİŞİM VE GELİŞEN KONUT TİPLERİNDE SÜRDÜRÜLEN GELENEKSEL UNSURLAR. Journal of International Social Research. 9. 610–626. 10.17719/jisr.20164420136.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan enenevi evleri azerbaycanlilarin tarixen enenevi usullari istifade ederek insa etdikleri evler Azerbaycanlinin evinin zali Susa 1865 ci il NovleriAzerbaycanda orta esrler evi Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi Qazma ve ya peye evler Azerbaycanin Kicik Qafqaz Gencebasar ve qerb bolgelerinde adlandirdiqlari kimi dagliq bolgelerde son dovrlere qeder qalmisdir Duzbucaqli plana malikdir ve tikilmesi rahatdir Bu evlerin arxa ve yan divarlari qazma neticesinde torpaqdan ibaret olur qabaq terefi ile das horgu ile baglanir Tavan direkler vasitesile duzeldilir Bag movsumunde Nugedi Rustov Cici Sebetler kimi meyveciliyin boyuk rol oynadigi kendlerin ehalisi muveqqeti olaraq baga kocmek ucun bele evler qazma ev tikerdiler Peyebasi tipli tikililer peye ve qaradam evleri arasinda araliq nov teskil edir bir tavanin altinda hem yasayis evi hem de mal qara yerlesirdi Azerbaycanlilar ve diger qafqazlilar ucun qaradam evleri xarakterikdir Muxtelif regionlarda oyluk sese oyluk peyebasi Xanlar qara ev dorddirek ev xackerenli ev evdami qis dami qis evi Naxcivan evdami Kelbecer dam Qubadli cardaxlidam besikdam oydami dam Borcali kimi taninir XVIII esrden XX esrin evvellerine qeder qaradam evleri esasen Kicik Qafqaz dagliq ve dageteyi erazisinde qismen Dagliq Qarabag ve Naxcivanda movcud idi Naxcivan qaradam evleri yerustu tikilirdi Aran kendlerinde insasi rahat basa gelen yerustu evler genis yayilmisdir XIX XX esrin evvellerinde bele yungul cubuq qargi qamis evlerin regional olaraq muxtelif adlari movcud olmusdur covustan Naxcivan Qarabag ve Iran Azerbaycani cubuq ev darbend Quba Xacmaz qom ev horme ev Mugan cubuq horme cepere ev citeme Seki Zaqatala qargi ev qamis ev tapan ev Sirvan durma qerb regionu ve Gencebasar XIX XX esrin evvellerinde mohre tipli evler de genis yayilmisdir Bele evler cay dasindan tikilmis istinadin uzerinde ve ya torpaqdan baslayaraq insa edilirdi Mohrenin qatlari kursu adlanir ve her kursunun uzerine seysmik meqsed ucun agac qursaq verilirdi Dagliq ve duzenlik erazilerde ise caydasi ve ya qayadasindan istifade edilerek tikilen yasti damli alcaq daxal evler ustunluk teskil edirdi Azerbaycanin duzen rayonlarinda salyani evler yayilmisdir Sirvan duzunde qismen de Qobustan kendlerinde bu evlere rast gelinir Salyani evlerin daminin yamaclari cox dik formada olur Evlerin kelle divarlari cardaqdan etibaren ucbucaq seklinde insa edilir Sirvan ve Gencebasarda yayilmis sirvani evlerinin ise yuksekliyi az olur dam ortuyunun formasi baliqbelidir Agacdan insa edilmis evlere ise kertme ve cimga evler misal gosterile biler Agacdan tikilen evler arasinda direkler uzerinde qurulan ve qulleyebenzer numunesi olan lem vacib yer tutur Yay istiraheti ucun istifade edilen bu ev formasi rutubetli soyuq bolgelerde xususile Lenkeran bolgesinde yayilmisdir Azerbaycanda yaylaq vaxti istifade edilen evler alaciq coma deye muxuru qarakece dunnuklu ev kolux magardeye ve s dir Bunlar arasinda deye Sirvanda qarakece adlanir ve alaciq daha cox istifade edilmisdir Ikisinin arasinda olcu ve mohkemlik ferqi var Deyenin olcusunden asili olaraq onun qurasdirilmasinda 30 50 cubuga 4 6 keceye qelib ehtiyac duyulur Kece hellac adli bacariqli ustalar terefinden duzeldilir XVIII XIX esrlerde tekotaqli eyvanli evler azerbaycanlilar arasinda yasayis evi kimi vacib yer tutmusdur muasir dovrde de meshurdur Coxotaqli ve coxmertebeli kompozisiyalarin malikane imaret mulk yarimsaray tipli evler ilkin formasi mehz tekotaqli eyvanli evler olmusdur Enenevi Azerbaycan yurdu alaciq XIX esrin evvellerine aid susebendli yasayis binasi Susa Mehmandarovlarin evi Susa Azerbaycanlinin evi Baki Das ev Baki etrafiKomponentleriAzerbaycanda orta esrler metbexi Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi Azerbaycan metbexinde ocaq ve ya tendir olur Bezi kend evlerinde soba da olur Ancaq bunlar daha cox metbexden ayri hetta evden ayri qurulur Zirzemide evin anbarinda ise qisliq ucun yemekler ve metbexde hele istifadesine ehtiyac olmayan qidalar saxlanilir Her evde metbex anbarla elaqeli olmalidir Hetta Azerbaycan evlerinde yalniz etlerin ve yaglarin saxlandigi bir soyuqluq yeri vardir Ancaq esasen anbar ve soyuqluq eyni yer olur ve et yag taxil quru terevezler burada saxlanilir Anbarda qidalar terek adlandirilan reflerde sandiqlarda cuvallarda divarlara asilan torbalarda saxlanilir ve ya ipe duzulerek asilir Celtik saxlamaq ucun istifade edilen anbarlar heyetde alt evlerde eyvanlarda yardimci binalarda saxlanilirdi Taxil saxlamaq ucun istifade edilen taxta anbar qurgulari evin birinci mertebesinde ve ya teserrufat binalarin ic hissesine qoyulurdu Celtik denlerinin qurudulmasi ise yasayis evlerinin dosemelerine sererek hemcinin cardaqlardan istifade ederek heyata kecirilirdi Ipekqurdlarinin barama sariyana qeder saxlanmasi ucun kumxana talvar ve cardaqlar hetta bezen tovleler istifade olunurdu Kumxanalar ipekciliyin genis yayildigi bolgelerde insa edilmisdir Aricilar ise petekleri evlerin etrafinda heyetyani bagda yerlesdirir Ev esyalari XIX XX esrin evvellerinde Azerbaycanda evlerin daxili sahmani Serq xususiyyetlerine malik idi Qazma ve qaradamli tipli evlerde daxili sahmana o qeder de fikir verilmirdi Ancaq yerustu evlerde veziyyet ferqli idi Yemek istirahet meiset isleri yerde edildiyi ucun dosemenin temiz saxlanmasi lazimli idi Dosemenin uzerine kilim xalca kece gebe ve s ortulurdu Bunlarin ustunde ise qoyun derisinden duzeldilmis ayaqaltilar mutekke dosekceler ve balis qoyulurdu Kasib evlerinde divara hesir varli evlerinde ise xalcalar asilir Varlilar xalcalarin uzerine bedii tikmeler silah saz ecdadlarin portretleri ve qeteler zerli xetle yazilmis Quran ayeleri asirdilar Evin dor basi adlanan xususi yerinde evin bascisi ve ya qonaq ucun nazbalis qoyulur Naxcivan bolgesinde bu yer sahnisin adlanirdi Esyalarin saxlanmasi ucun yuk yeri camaxatan istifade olunurdu Divar acirimlari taxca ref divar skafi yuk yeri dolab buxari ve s da bunun ucun idi Yuk yerinin ustunun ortulmesi ucun ipek ve pambiq parcalardan duzeldilmis perdeler varli evlerinde ise tikme naxisli zerendaz perdeler isledilirdi Interyer dekorasiyasiSekixanovlarin evinin interyeri Seki Enenevi Azerbaycan evinin interyeri qonaq ve istirahet otaqlarina bolunur hemise sade yer baximindan aciq olurdu Qonaq ve istirahet otaqlarinda az sayda arakesmeler ve hundur olmayan mebel var idi Insanlar adeten yerde otururdular Xalca ve kilimler evin esas elementleri idi Evin umumi interyerinden behs etmek ucun istifade edilen besat xalca sozu de bunun subutudur XIX XX esrin evvellerinde qisda isti saxlayan ve yayda serinlik veren keceler evlerin bezedilmesi ve dosenmesi ucun istifade edilirdi Evlerin bezedilmesinde isledilen naxisli kece nemend adlanir Bezenmemis divar sethleri tagli pencereler ya da qablar ve gundelik esyalar qoyulmasi meqsedile istifade edilen taxcalar ucun oyulurdu Bezi qab qacaq ve ya kicik esyalar divarin yuxari hissesindeki reflerde ve ya konsollarda saxlanilirdi Ornamental stukko interyerin bedii bezeyinde istifade edilmis taxca karniz ve muqarnalari ehate etmisdir Varli evlerinde ve xan saraylarinda divarlar suvaq ve ketan uzerinde resmler ve ya ov ve ziyafet sehneleri olan dekorativ lovhelerle bezenmisdir Pape maseden hazirlanmis memarliq detallarinda da dekorativ resmden istifade edilmisdir Verandali ve boyuk pencereleri olan evlerde taxta cercivede mohkemlendirilmis rengli suse mozaikadan arakesmeler duzeldilirdi Taxta sutunlar dayaqlar damlar ve qapilarin hamisi oyma ile bezedilirdi Seki xanlarinin saraylarinin XIX XX esrler interyerlerinde tarixi ve edebi movzularla cekilmis guzgu suseli muqarnalar ve frizler de daxil olmaqla genis cesidli texnikalardan istifade olunurdu Azerbaycanda butun dulgerler ucun evlerin taxtadan daxili sutunlarini tirlerini ve kolgeliklerini oymaq standart bir tecrube idi Agac uzerinde oyma mutexessisleri hemcinin qapilarin stollarin stullarin kitab tutacaqlarinin ve taxta qablarin bezedilmesi uzerinde isleyirdi 1917 ci ilden sonra 1930 cu illere qeder agac senetkarliginda tenezzul bas verdi 1930 cu illerde agac uzerinde oyulmus milli motivler sayi getdikce artan iri ictimai binalarin dizaynina daxil edildi Ebdulhuseyn Babayev en istedadli oyma ustalarindan biri idi ve muxtelif texnikalara beled idi Onun kitab tutacagi 1937 bir iki ve ya uc kitab ucun kursu yaratmaq meqsedile acilan tek agac parcasindan hazirlanmis bir muasir dizayn mocuzesi idi 1920 ci ilden sonra daxili dekorasiyanin enenevi prinsipleri ictimai binalarin dizayninda da tetbiq olundu 1937 ci ilde Moskvada kecirilen Umumrusiya Kend Teserrufati Sergisinde Azerbaycan SSR pavilyonunda memar Sadiq Dadasov ve Mikayil Useynov ve ressam Letif Kerimov kompleks bezekli zal erseye getirdiler Gips friz ve lovhelere hekk olunmus motivlere besguseli ulduzlar oraqlar ve cekicler cicekler meyveler uzumler ve pambiq qozalari daxil idi 1960 ci illerden etibaren stukkonun istifadesi esasen dekorativ resm mozaika ve metaloplastika usullari ile evez olundu Enenevi suse isi ile birlikde suse hazirlamaq ucun basqa formalar teqdim edildi Usta Qenber terefinden Seki xan sarayinin ikinci mertebesinin serqdeki kicik zalinda cekilmis Heyat agaci tesviri Reproduksiya Azerbaycan Milli Incesenet Muzeyi Naxcivan xan sarayinin Guzgulu zali Iskender Rustemovun evinde otaqlar arasi divarda resm Susa Sefi beyin evinin divar bezeyi Susa Arsin mal alan operettasi sehne dekoru MoskvaAdet eneneEsas meqale Azerbaycan milli menevi deyerleriMerasimler Esas meqale Azerbaycanda merasimler Novruz bayraminda icra edilen qursaqsallamanin papaqatdiya cevrilmesi ev tikilisinin deyismesi ile elaqedardir Evveller tikilen evlerin dami hamar olur ortasinda baca yerlesirdi Bele evler tati adlanirdi Bu evlerin bir birine bitisik yerlesmesi ve damlarinin hamar olmasi neticesinde insanlar evleri damustu geze bilirdi Ancaq tati evlerinin yerini kiremitli ve ya siferli evlerin evez etmesi neticesinde evlerden hediyye yigilmasi da damdan qursaqsallama qapiya papaqatdi enmisdir Kicik Cillenin cersenbelerinde insanlar lopa yandirib evin etrafinda 3 defe firladaraq ser quvvelerden qorunacaqlarina inanirlar Hemcinin doyusde ovladlarini itiren aileler evlerinden qara yas bayragi asardilar Inanclar Esas meqale Azerbaycan mifologiyasi Azerbaycan mifologiyasinda ser ruhlar olan damdabacalar butun evlerin heyetlerinde yasaya biler Ancaq onlar suru seklinde mescidlerin kohne evlerin deyirmanlarin xarabaliqlarinda yasayirlar Hemcinin her evin bir iyesi vardir Bezen adina Ev cini de deyilir Astana cini ise evin astanasinin sahibidir ona gore de axsam vaxti colde oturmaq ve ya eli qoynunda durmaq olmaz Cersenbe arvadi cersenbe gunu bir evde isler tamamlanmamis ise ora giren ve ziyan vuran cadugerdir Evde insan olmasa da eve girende salam vererler Cunki evde kimseler var Onlar eve bereket getirer qus cildinde insanin yuxusuna girerler Metnlerde Qaracuxa daim evle bagli olur Onun damin ustunde yatdigi eve giren zaman Qaracuxaya salam vermek lazim oldugu qeyd olunur Qaracuxanin evi terk etmesi ise o ailenin bextinin baglanmasi kimi yozulur Evde ve heyetde qara qarganin gorunmesi yaxsi elamet deyil Kolu tikanli agaclarin budaqlarini ve uzerlik bitkisini evlerin astanasindan asirdilar ki pis nezerleri iceri buraxmasin Bagbagata ziyan deymesin deye itin kelle sumuyunu ceperin ustune sancirdilar Ejdaha Azerbaycan terekemelerinin xalca motivlerinde rast gelinir evin qoruyucusu talismani olaraq istifade edilir IstinadlarAzerbaycan etnoqrafiyasi II cild 2007 seh 53 54 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 168 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 55 56 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 58 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 60 61 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 62 63 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 64 65 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 67 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 68 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 76 78 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 71 Kartari 1986 seh 341 343 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 121 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 102 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 120 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 212 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 325 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 81 82 Azerbaycan etnoqrafiyasi II cild 2007 seh 83 Salmanov E Blair S amp Bloom J 2003 Azerbaijan Grove Art Online Retrieved 22 Oct 2023 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 440 Azerbaycan etnoqrafiyasi I cild 2007 seh 443 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 44 Azerbaycan etnoqrafiyasi III cild 2007 seh 19 20 Kalafat 1998 seh 54 SMOMPK Azerbaycan folkloru materiallari 2 ci cild 2019 seh 98 100 Beydili 2003 seh 205 Beydili 2003 seh 204 Karakurt 2011 seh 96 Beydili 2003 seh 314 Avcilik Inanc Ve Rituellerine Bakis Aynur Celilova Sosyal Arastirmalar ve Davranis Bilimleri Dergisi 2019 Cilt 5 Sayi 8 s 62 86 Qafarli Ramazan AZERBAYCAN TURKLERININ MIFOLOGIYASI ADPU 2010 Beydili 2003 seh 193EdebiyyatAzerbaycan etnoqrafiyasi Uc cildde I cild Azerbaycan Milli Elmler Akademiyasi Arxeologiya ve Etnoqrafiya Institutu Baki Serq Qerb 2007 Azerbaycan etnoqrafiyasi Uc cildde II cild Azerbaycan Milli Elmler Akademiyasi Arxeologiya ve Etnoqrafiya Institutu Baki Serq Qerb 2007 ISBN ISBN 5 17 033764 7 Azerbaycan etnoqrafiyasi Uc cildde III cild 2007 Azerbaycan Milli Elmler Akademiyasi Arxeologiya ve Etnoqrafiya Institutu Baki Serq Qerb Turk Efsane Sozluyu Deniz Qaraqurd Turkiye 2011 OTRS CC BY SA 3 0 Arxivlesdirilib 2022 03 21 at the Wayback Machine turk Turk Mitolojisi Ansiklopedik Sozluk Celal Beydili 2003 Yurt Yayinevi turk Kalafat Yasar Eski Turk Dini Izleri turk 1998 Kartari A 1986 Azeri ve Firat Havzasi Mutfak Kulturlerinin Karsilastirmali Incelemesi Belleten Turk Folkloru Yayinlari Istanbul SMOMPK Azerbaycan folkloru materiallari 2 ci cild Baki Elm ve tehsil 2019 264 seh Elave oxuAZIZSOY ANAR 2016 CARLIK RUSYA SI DEVRI SEKI AZERBAYCAN TARIHI KENT DOKUSUNDA OLUSAN DEGISIM VE GELISEN KONUT TIPLERINDE SURDURULEN GELENEKSEL UNSURLAR Journal of International Social Research 9 610 626 10 17719 jisr 20164420136