Mir İbrahim Mir Tağı oğlu Həmzəyev (25 dekabr 1908 və ya 1908, Yelizavetpol – 4 fevral 1982 və ya 1982, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan SSR xalq artisti (1965).
İbrahim Həmzəyev | |
---|---|
Digər adları | Miribrahim Həmzəyev Mir İbrahim Həmzəyev |
Doğum tarixi | |
Doğum yeri | Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Naxçıvan |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Həyat yoldaşları | Zəroş Həmzəyeva (1938–1982) Barat Şəkinskaya (1931–1933) |
Uşaqları | Ayrum, Himalay, Nizami, Arzu, Solmaz |
Fəaliyyəti | teatr aktyoru və rejissoru |
Fəaliyyət illəri | 1920–1982 |
Təhsili | Bakı Teatr Məktəbi |
Mükafatları | |
Həyatı
Miribrahim Həmzəyev 1908-ci il dekabrın 25-də Gəncə şəhərində tanınmış mömin ailədə anadan olub. 1916-cı ildə Gəncədəki yeni tipli altısinifli məktəbə gedib. 1920-ci ildə Gəncə fəhlə klubunun nəzdindəki dram dərnəyinə üzv olub və buradakı tamaşalarda müntəzəm çıxış edib. 1920–1921-ci illərdə Gəncə hərbi komissarlığında işləyib və bu zaman dram dərnəyindən ayrılmayıb. 1921–1925-ci illərəd Gəncə Pedaqoji Texnikumunda oxuyub. Həm burada, həm də şəhərdəki bir neçə dram dərnəyinin tamaşalarında oynayıb. 1925–1928-ci illərdə Gəncə mərkəzi klubunda direktor işləyib.
1930-cu ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinə daxil olan İbrahim Həmzəyev buranı 1933-cü ildə bitirir. O, Teatr Məktəbində təhsil alarkən paralel olaraq dram dərnəklərində çıxış edirdi. Tətillərdə tamaşalar hazırlayaraq özü də rollar oynayırdı. Ona 21 avqust 1931-ci ildə Hüseyn Ərəblinski adına dram dərnəyində 11 il fasiləsiz çalışdığına görə həmkarlar təşkilatı və dərnəyin kollektivi tərəfindən qızıl medalyon da hədiyyə edilmişdi.
Onun yaradıcılığı təcəssüm etdirən sənədlərdə aktyorun adı, əsasən, İbrahim kimi verilib.
İbrahim Həmzəyev 1932-ci il fevralın 8-də Bakı Türk İşçi Teatrının yardım heyətinə götürülür. Teatr Gəncəyə köçdükdən sonra, 21 mart 1933-cü ildə Gəncə Türk İşçi Teatrının (sonralar Gəncə Dövlət Dram Teatrı) aktyor truppasına daxil olur. 1936-cı ilin mayın 20-də Tiflis Dövlət Türk Dram Teatrına birinci kateqoriya aktyor ştatına qəbil olunan Miribrahim Həmzəyev həmin ilin 15 sentyabrında Tiflisdən qayıdaraq yenidən Gəncə Dövlət Dram Teatrının truppasına qəbul edilir. 1 il sonra, 26 sentyabr 1937-ci ildə ərizə yazaraq işdən çıxıb və 19 oktyabr 1937-ci ildə Naxçıvan teatrının truppasına aktyor götürülüb.
Əksəriyyətini özü və həmçinin Adil İsgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib. Dram dərnəyinin repertuarının əsasını İbrahim Həmzəyevin səhnə təfsiri verdiyi "Aydın", "Solğun çiçəklər" (Cəfər Cabbarlı), Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) tamaşaları təşkil edib.
İbrahim Həmzəyev 1930-cu illərin əvvəllərində Bakı Teatr Məktəbində təhsil alıb. Tələbəlik illərində Türk İşçi Teatrında yardım heyətinin üzvü olub. Teatr təhsilini başa vurandan sonra Gəncəyə qayıdıb. TİT Gəncəyə köçəndə kollektivə üzv olub.
Son dərəcə yaraşıqlı səhnə görkəmi, ifa məlahəti, ehtiraslı və emosional daxili aləmi, səhnədəki yöndaşları ilə münasibətlərində psixoloji dürüstlüyü olan İbrahim Həmzəyev bu kollektivdə çoxlu sayda rol oynayıb.
İbrahim Həmzəyev 1937-ci ildə Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamı ilə sənət yardımı üçün Naxçıvan teatrına göndərilib. Əvvəlcə bu teatrda quruluşçu rejissor və aktyor işləyib. Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda direktor və aktyor (1941–1945), direktor və baş rejissor (1943–1961. Qısa fasilələrlə), direktor (1964) işləyib. Arada yardım üçün Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına göndərilib (1947–1948-ci il teatr mövsümündə). Burada həyat yoldaşı Zəroş Həmzəyeva ilə birlikdə aktyor və rejissor kimi çahşıb. Qısa müddətdə teatrın yaradıcılığındakı durğunluğu aradan qaldırmağa nail olub.
Bütün bu illərdə aktyorluq fəaliyyətindən ayrılmayıb. Onun aktyorluq yaradıcılığının zəngin rollar qalereyasında 150-dən artıq səhnə obrazı var.
Naxçıvan teatrının aparıcı aktyorları 1940–1980-ci illərdə özlərinin möhtəşəm rollarının, teatrın tarixində hadisəyə çevrilən səhnə obrazlarının əksəriyyətini İbrahim Həmzəyevin quruluş verdiyi tamaşalarda ifa ediblər. Rejissor teatrın səhnəsində həm milli, həm də dünya dramaturqlarının klassik və çağdaş mövzulu əsərlərini tamaşaya hazırlayıb.
Rejissor musiqili komediya janrında Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "Ər və arvad", "Məşədi İbad", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan", Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna", Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" əsərlərinə quruluş verib.
İbrahim Həmzəyev tərcümə əsərlərinin teatrın repertuarında müəyyən yer tutınasma xüsusi diqqət yetirib. O, tərcümə pyeslərinin seçilməsində teatrın fundamental yaradıcılıq konsepsiyasını əsas götürüb, janr əlvanlığına, mövzu müxtəlifliyinə çalışıb. Bu baxımdan onun quruluşunda oynanılan "Otello" (Vilyam Şekspir), "Sevilya ulduzu" (Lope de Veqa), "İki ağanın bir nökəri" (Karlo Haldoni) tamaşaları teatrın repertuarında möhkəm yer tutan, forma və məzmun cazibədarlığı ilə seçilən, parlaq aktyor ifalarına görə əlvan olan səhnə əsərlərindəndir.
İbrahim Həmzəyev 1944-cü ildən Sov.İKP üzvü olmuşdur.
İbrahim Həmzəyev 4 fevral 1982-ci ildə Bakıda vəfat edib. 6 fevral 1982-ci ildə Naxçıvanda dəfn olunub.
Ailəsi
İbrahim Həmzəyev birinci dəfə Barat Şəkinskaya ilə ailə həyatı qurub. 3 may 1932-ci ildə onların yeganə övladları olan Solmaz Həmzəyeva doğulub. İkinci dəfə 1938-ci ildə Nehrəmli Zəroş Əliyeva ilə ailə qurmuşdur. Onların 4 övladı olub. 26 noyabr 1939-cu ildə onların birinci övladları Ayrum, 25 aprel 1940-cı ildə Himalay, 12 sentyabr 1943-cü ildə Nizami, 22 mart 1955-ci ildə isə dördüncü övladları Arzu anadan olub.
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 iyun 1965
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
- — 25 dekabr 1978
- — 25 fevral 1946
Teatr səhnəsində oynadığı rollar
Faciəvi-psixoloji sevgili və dramatik qəhrəman rolları
- Arif, Şeyx Sənan ("İblis" və "Şeyx Sənan", Hüseyn Cavid)
- Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm)
- Babək ("Babək", Osman Sarıvəlli)
- Çingiz ("Eşq və intiqam", Süleyman Sani Axundov)
- Yaşar, Elxan, Oqtay, Balaş, Aydın, Bəhram ("Yaşar", "Od gəlini", "Oqtay *Eloğlu", "Sevil", "Aydın" və "Solğun çiçəklər", Cəfər Cabbarlı)
- Nadir şah ("Nadir şah", Nəriman Nərimanov)
- Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov)
- Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə)
- Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil)
- Fərhad, Vaqif ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun)
- İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə)
- Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev)
- Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov)
- Tərlan ("Sənsiz" Şıxəli Qurbanov)
- Nizami ("Nizami", Mehdi Hüseyn)
- Otello, Rodriqo ("Otello", Vilyam Şekspir)
- Karl Moor ("Qaçaqlar", Fridrix Şiller)
- Bersenyev ("Hücum", Boris Lavrenyov)
- Pekievanov ("Zirehli qatar 14–69", Vyaçeslav İvanov)
- Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski)
- Sanço ("Sevilya ulduzu", Lope de Veqa)
- Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami)
- Seyran ("Namus", Aleksandr Şirvanzadə)
- Aleksandr ("İki qardaş", Mixail Lermontov).
İctimai-sosial mənşəli tipik və xarakterik rollar
- Qacar ("Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev)
- Həsən bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov)
- Camal ("Nişanlı qız", Sabit Rəhman)
- İbad ("Almaz", Cəfər Cabbarlı)
- Şahmar ("Aslan yatağı", Məmmədhüseyn Təhmasib)
- Adil bəy ("Laçın yuvası", Süleyman Sani Axundov)
- Cavad kişi ("Qız atası", Əfqan Əsgərov)
- Polis ("Toros canavarı", Əziz Nesin)
- Hacı Həsən ağa, Fazil ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə)
- İbişli ("Adamın adamı", Anar)
- Abbas ("Həyat", Mirzə İbrahimov)
- Oqtay Çingizov ("Sahil əməliyyatı", Cəmşid Əmirov)
- Nadir ("Vətən namusu", Georgi Mdivani)
- Surxay ("Toy", Sabit Rəhman).
Səhnələşdirdiyi əsərlər
Naxçıvan teatrında səhnəyə qoyduğu tamaşalar
- "Od gəlini", "Oqtay Eloğlu", "Nəsrəddin şah", "Solğun çiçəklər", "Yaşar" (Cəfər Cabbarlı)
- "Hacı Qəmbər" Nəcəf bəy Vəzirov
- "Ölülər" Cəlil Məmmədquluzadə
- "İki ananin bir oğlu", "Canlı heykəl" Süleyman Rəşidi
- "Səyavuş" Hüseyn Cavid
- "Nadir şah" Nəriman Nərimanov
- "Pəri cadu" Əbdürrəhim bəy Haqverdiyev
- "Fərhad və Şirin", "Vaqif" Səməd Vurğun
- "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Nişanlı qız" Sabit Rəhman
- "Bahar suları", "Atayevlər ailəsi" İlyas Əfəndiyev
- "Vicdan əzabı"
- "Komsomol poeması" İsgəndər Coşqun
- "Vətən" Abdulla Şaiq
- "Aqil və Sərvinaz" Əyyub Abbasov
- "İldırım" Cabbar Məcnunbəyov
- "Qatır Məmməd" Zeynal Xəlil
- "Od içində" Ənvər Məmmədxanlı
- "Ana ürəyi" İslam Səfərli
- "Odlu diyar" Hüseyn Razi
- "Qaçaq Nəbi" Süleyman Rüstəm
- "Otello" Vilyam Şekspir
- "Sevilya ulduzu" Lope de Veqa
İstinadlar
- Həmzəyev, Ibrahim Tağı oğlu // Çex Milli Hakimiyyət Məlumat bazası.
- Rəhimli, İ. İbrahim Həmzəyev. Bakı: Şərq-Qərb. 2017. səh. 7–13. ISBN .
- İlham Rəhimli. İbrahim Həmzəyev // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 113–114. ISBN .
- И. Т. Һәмзәјев // Коммунист. 6 феврал 1982-ҹи ил. С. 3.
- İctimai və humanitar elmlər seriyası. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİ. 264. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mir Ibrahim Mir Tagi oglu Hemzeyev 25 dekabr 1908 ve ya 1908 Yelizavetpol 4 fevral 1982 ve ya 1982 Baki Azerbaycan teatr aktyoru ve rejissoru Naxcivan Dovlet Musiqili Dram Teatrinin direktoru Azerbaycan SSR xalq artisti 1965 Ibrahim HemzeyevDiger adlari Miribrahim Hemzeyev Mir Ibrahim HemzeyevDogum tarixi 25 dekabr 1908Dogum yeri Yelizavetpol Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 4 fevral 1982 73 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri NaxcivanVetendasligi Rusiya imperiyasi AXC SSRI AzerbaycanHeyat yoldaslari Zeros Hemzeyeva 1938 1982 Barat Sekinskaya 1931 1933 Usaqlari Ayrum Himalay Nizami Arzu SolmazFealiyyeti teatr aktyoru ve rejissoruFealiyyet illeri 1920 1982Tehsili Baki Teatr MektebiMukafatlari 1965 1978 1946HeyatiMiribrahim Hemzeyev 1908 ci il dekabrin 25 de Gence seherinde taninmis momin ailede anadan olub 1916 ci ilde Gencedeki yeni tipli altisinifli mektebe gedib 1920 ci ilde Gence fehle klubunun nezdindeki dram derneyine uzv olub ve buradaki tamasalarda muntezem cixis edib 1920 1921 ci illerde Gence herbi komissarliginda isleyib ve bu zaman dram derneyinden ayrilmayib 1921 1925 ci illered Gence Pedaqoji Texnikumunda oxuyub Hem burada hem de seherdeki bir nece dram derneyinin tamasalarinda oynayib 1925 1928 ci illerde Gence merkezi klubunda direktor isleyib 1930 cu ilde Mirze Feteli Axundov adina Baki Teatr Mektebine daxil olan Ibrahim Hemzeyev burani 1933 cu ilde bitirir O Teatr Mektebinde tehsil alarken paralel olaraq dram derneklerinde cixis edirdi Tetillerde tamasalar hazirlayaraq ozu de rollar oynayirdi Ona 21 avqust 1931 ci ilde Huseyn Ereblinski adina dram derneyinde 11 il fasilesiz calisdigina gore hemkarlar teskilati ve derneyin kollektivi terefinden qizil medalyon da hediyye edilmisdi Onun yaradiciligi tecessum etdiren senedlerde aktyorun adi esasen Ibrahim kimi verilib Ibrahim Hemzeyev 1932 ci il fevralin 8 de Baki Turk Isci Teatrinin yardim heyetine goturulur Teatr Genceye kocdukden sonra 21 mart 1933 cu ilde Gence Turk Isci Teatrinin sonralar Gence Dovlet Dram Teatri aktyor truppasina daxil olur 1936 ci ilin mayin 20 de Tiflis Dovlet Turk Dram Teatrina birinci kateqoriya aktyor statina qebil olunan Miribrahim Hemzeyev hemin ilin 15 sentyabrinda Tiflisden qayidaraq yeniden Gence Dovlet Dram Teatrinin truppasina qebul edilir 1 il sonra 26 sentyabr 1937 ci ilde erize yazaraq isden cixib ve 19 oktyabr 1937 ci ilde Naxcivan teatrinin truppasina aktyor goturulub Ekseriyyetini ozu ve hemcinin Adil Isgenderovun hazirladiqlari tamasalarda bas rollari ifa edib Dram derneyinin repertuarinin esasini Ibrahim Hemzeyevin sehne tefsiri verdiyi Aydin Solgun cicekler Cefer Cabbarli Bextsiz cavan Ebdurrehim bey Haqverdiyev Haci Qara Mirze Feteli Axundzade tamasalari teskil edib Ibrahim Hemzeyev 1930 cu illerin evvellerinde Baki Teatr Mektebinde tehsil alib Telebelik illerinde Turk Isci Teatrinda yardim heyetinin uzvu olub Teatr tehsilini basa vurandan sonra Genceye qayidib TIT Genceye kocende kollektive uzv olub Son derece yarasiqli sehne gorkemi ifa melaheti ehtirasli ve emosional daxili alemi sehnedeki yondaslari ile munasibetlerinde psixoloji durustluyu olan Ibrahim Hemzeyev bu kollektivde coxlu sayda rol oynayib Ibrahim Hemzeyev 1937 ci ilde Xalq Maarif komissarligi Incesenet Isleri Idaresinin serencami ile senet yardimi ucun Naxcivan teatrina gonderilib Evvelce bu teatrda quruluscu rejissor ve aktyor isleyib Yuksek teskilatciliq bacarigina ve kollektivle islemek seristesine gore bu teatrda direktor ve aktyor 1941 1945 direktor ve bas rejissor 1943 1961 Qisa fasilelerle direktor 1964 isleyib Arada yardim ucun Qaryagin indiki Fuzuli Dovlet Dram Teatrina gonderilib 1947 1948 ci il teatr movsumunde Burada heyat yoldasi Zeros Hemzeyeva ile birlikde aktyor ve rejissor kimi cahsib Qisa muddetde teatrin yaradiciligindaki durgunlugu aradan qaldirmaga nail olub Butun bu illerde aktyorluq fealiyyetinden ayrilmayib Onun aktyorluq yaradiciliginin zengin rollar qalereyasinda 150 den artiq sehne obrazi var Naxcivan teatrinin aparici aktyorlari 1940 1980 ci illerde ozlerinin mohtesem rollarinin teatrin tarixinde hadiseye cevrilen sehne obrazlarinin ekseriyyetini Ibrahim Hemzeyevin qurulus verdiyi tamasalarda ifa edibler Rejissor teatrin sehnesinde hem milli hem de dunya dramaturqlarinin klassik ve cagdas movzulu eserlerini tamasaya hazirlayib Rejissor musiqili komediya janrinda Uzeyir bey Hacibeyovun Arsin mal alan Er ve arvad Mesedi Ibad Zulfuqar bey Hacibeyovun Evliyken subay Elli yasinda cavan Suleyman Rustem ve Seid Rustemovun Durna Sabit Rehman ve Suleyman Elesgerovun Ulduz eserlerine qurulus verib Ibrahim Hemzeyev tercume eserlerinin teatrin repertuarinda mueyyen yer tutinasma xususi diqqet yetirib O tercume pyeslerinin secilmesinde teatrin fundamental yaradiciliq konsepsiyasini esas goturub janr elvanligina movzu muxtelifliyine calisib Bu baximdan onun qurulusunda oynanilan Otello Vilyam Sekspir Sevilya ulduzu Lope de Veqa Iki aganin bir nokeri Karlo Haldoni tamasalari teatrin repertuarinda mohkem yer tutan forma ve mezmun cazibedarligi ile secilen parlaq aktyor ifalarina gore elvan olan sehne eserlerindendir Ibrahim Hemzeyev 1944 cu ilden Sov IKP uzvu olmusdur Ibrahim Hemzeyev 4 fevral 1982 ci ilde Bakida vefat edib 6 fevral 1982 ci ilde Naxcivanda defn olunub AilesiIbrahim Hemzeyev birinci defe Barat Sekinskaya ile aile heyati qurub 3 may 1932 ci ilde onlarin yegane ovladlari olan Solmaz Hemzeyeva dogulub Ikinci defe 1938 ci ilde Nehremli Zeros Eliyeva ile aile qurmusdur Onlarin 4 ovladi olub 26 noyabr 1939 cu ilde onlarin birinci ovladlari Ayrum 25 aprel 1940 ci ilde Himalay 12 sentyabr 1943 cu ilde Nizami 22 mart 1955 ci ilde ise dorduncu ovladlari Arzu anadan olub Teltif ve mukafatlari Azerbaycan SSR xalq artisti fexri adi 21 iyun 1965 Azerbaycan SSR emekdar artisti fexri adi 17 iyun 1943 Qirmizi emek bayragi ordeni 25 dekabr 1978 Emekde ferqlenmeye gore medali 25 fevral 1946Teatr sehnesinde oynadigi rollarFacievi psixoloji sevgili ve dramatik qehreman rollari Arif Seyx Senan Iblis ve Seyx Senan Huseyn Cavid Qacaq Nebi Qacaq Nebi Suleyman Rustem Babek Babek Osman Sarivelli Cingiz Esq ve intiqam Suleyman Sani Axundov Yasar Elxan Oqtay Balas Aydin Behram Yasar Od gelini Oqtay Eloglu Sevil Aydin ve Solgun cicekler Cefer Cabbarli Nadir sah Nadir sah Neriman Nerimanov Melik Memmed Melik Memmed Eyyub Abbasov Heyder bey Haci Qara Mirze Feteli Axundzade Qatir Memmed Qatir Memmed Zeynal Xelil Ferhad Vaqif Ferhad ve Sirin ve Vaqif Semed Vurgun Isgender Oluler Celil Memmedquluzade Ferhad Bextsiz cavan Ebdurrehim bey Haqverdiyev Fexreddin Musibeti Fexreddin Necef bey Vezirov Terlan Sensiz Sixeli Qurbanov Nizami Nizami Mehdi Huseyn Otello Rodriqo Otello Vilyam Sekspir Karl Moor Qacaqlar Fridrix Siller Bersenyev Hucum Boris Lavrenyov Pekievanov Zirehli qatar 14 69 Vyaceslav Ivanov Neznamov Gunahsiz muqessirler Aleksandr Ostrovski Sanco Sevilya ulduzu Lope de Veqa Gave Demirci Gave Semseddin Sami Seyran Namus Aleksandr Sirvanzade Aleksandr Iki qardas Mixail Lermontov Ictimai sosial menseli tipik ve xarakterik rollar Qacar Aga Mehemmed sah Qacar Ebdurrehim bey Haqverdiyev Hesen bey Mesedi Ibad Uzeyir bey Hacibeyov Camal Nisanli qiz Sabit Rehman Ibad Almaz Cefer Cabbarli Sahmar Aslan yatagi Memmedhuseyn Tehmasib Adil bey Lacin yuvasi Suleyman Sani Axundov Cavad kisi Qiz atasi Efqan Esgerov Polis Toros canavari Eziz Nesin Haci Hesen aga Fazil Oluler ve Deli yigincagi Celil Memmedquluzade Ibisli Adamin adami Anar Abbas Heyat Mirze Ibrahimov Oqtay Cingizov Sahil emeliyyati Cemsid Emirov Nadir Veten namusu Georgi Mdivani Surxay Toy Sabit Rehman Sehnelesdirdiyi eserlerSuleyman Residinin Iki ananin bir oglu Ibrahim Hemzeyev terefinden rejisorluq edilen tamasanin afisasi Naxcivan teatrinda sehneye qoydugu tamasalar Od gelini Oqtay Eloglu Nesreddin sah Solgun cicekler Yasar Cefer Cabbarli Haci Qember Necef bey Vezirov Oluler Celil Memmedquluzade Iki ananin bir oglu Canli heykel Suleyman Residi Seyavus Huseyn Cavid Nadir sah Neriman Nerimanov Peri cadu Ebdurrehim bey Haqverdiyev Ferhad ve Sirin Vaqif Semed Vurgun Toy Xosbextler Eliqulu evlenir Nisanli qiz Sabit Rehman Bahar sulari Atayevler ailesi Ilyas Efendiyev Vicdan ezabi Komsomol poemasi Isgender Cosqun Veten Abdulla Saiq Aqil ve Servinaz Eyyub Abbasov Ildirim Cabbar Mecnunbeyov Qatir Memmed Zeynal Xelil Od icinde Enver Memmedxanli Ana ureyi Islam Seferli Odlu diyar Huseyn Razi Qacaq Nebi Suleyman Rustem Otello Vilyam Sekspir Sevilya ulduzu Lope de VeqaIstinadlarHemzeyev Ibrahim Tagi oglu Cex Milli Hakimiyyet Melumat bazasi Rehimli I Ibrahim Hemzeyev Baki Serq Qerb 2017 seh 7 13 ISBN 978 9952 517 03 3 Ilham Rehimli Ibrahim Hemzeyev Azerbaycan Teatr Ensiklopediyasi 3 cildde 2 ci cild Baki Azernesr 2017 seh 113 114 ISBN 978 9952 8021 9 1 I T Һәmzәјev Kommunist 6 fevral 1982 ҹi il S 3 Ictimai ve humanitar elmler seriyasi AZERBAYCAN MILLI ELMLER AKADEMIYASI NAXCIVAN BOLMESI 264 ISBN ISSN 2218 4783