Zəroş Mirzəbağır qızı Həmzəyeva (Əliyeva) (22 mart 1925, Nehrəm – 6 iyun 2004, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), "" ordenli (2000)‚ Prezidentin fəxri təqaüdçüsü (1995).
Zəroş Həmzəyeva | |
---|---|
Doğum tarixi | 22 mart 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyun 2004 (79 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Uşağı | |
Atası | Mirbağır bəy Əliyev |
Anası | Əfşan xanım Makulu |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1941-ci ildən |
Mükafatları |
Həyatı
Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart 1925-ci ildə Naxçıvan MSSR-in Nehrəm kəndində doğulub. Qızlıq soyadı Əliyevadır. Məşhur aktyor və rejissor İbrahim Həmzəyevlə ailə həyatı qurandan sonra "Həmzəyeva" soyadını daşıyıb. Aktrisa kimi də məhz "Zəroş Həmzəyeva" kimi məşhurlaşıb.
Zəroş Həmzəyevanın atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib. Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan poeziyaya və musiqiyə rəğbət bəsləyib.
Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyil göstərib. Məktəbin dram dərnəyində çıxış edib. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyasında Yetər rolunu oynayıb.
Zəroş Həmzəyeva 2004-cü il iyun ayının 6-da Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Fəaliyyəti
Yeniyetmə qız səhnəyə ilk çıxışından maraqlı oyun nümayiş etdirib. Sərbəstliyi və emosional dəyişmə bacarığı ilə teatrın kollektivini heyran qoyub. Ona görə də elə həmin vaxtdan teatrın truppasına aktrisa götürülüb. Qısa müddətdə teatrın aktyor ansamblına uyuşub və bir neçə ildə kollektivin qabaqcıl sənətkarı kimi şöhrət və rəğbət qazanıb. Zəroş Həmzəyeva 1948-ci ildə həyat yoldaşı İbrahim Həmzəyevlə birlikdə Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrında aktrisa işləyib. Bir il ərzində burada ondan çox səhnə obrazında çıxış edib.
Aktrisa bir sıra tamaşalarda, xüsusən "Vaqif" tamaşasında Xuraman rolunda Akademik teatrın görkəmli sənətkarları ilə tərəfmüqabil olub. Teatr ictimaiyyəti hər dəfə onun ifasını yüksək qiymətləndirib.
İfa etdiyi rollar
Zəroş Həmzəyeva dramaturq Cəfər Cabbarlının qadın qəhrərnanlarının ən yaxşı ifaçılarından sayılır. O, müxtəlif illərdə və müxtəlif rejissorların quruluşlarında ədibin "Solğun çiçəklər" (Sara), "Nəsrəddin şah" (Sitarə), "Aydın" (Gültəkin), "Sevil" (Sevil), "Almaz" (Almaz və Yaxşı), "1905-ci ildə" (Sona), Süleyman Rəşidinin (Əliyev) "Canlı heykəl" (Anna İvanovna), ("Od gəlini" (Solmaz), "Oqtay Eloğlu" (Firəngiz), "Yaşar" (Yaqut) dramlarının tamaşalarında baş rolları ifa edib. Bu rolların bir qisınıni ayrıayrı quruluşlarda təkrarən oynayıb. Aktrisanın baş rollar siyahısında Xumar, Südabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Estrelya ("Sevilya ulduzu", Lope de Veqa), Şirin və Məryəm ("Fərhad və Şirin", Səməd Vurğun), Gülcahan ("Nadir şah", Nəriman Nərimanov), Süsən ("Namus", Aleksandr Şirvanzadə), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Dezdemona ("Otello", Vilyam Şekspir), Zinyət və Zalxa ("Toy", Sabit Rəhman), Məhzəti, İsmət ("Məhsəti" və "İsmət", Kəmalə Ağayeva), Mətanət ("Çicəkli dağ", Məmmədhüseyn Təhmasib), Luiza ("Sahil əməliyyatı", Cəmşid Əmirov), kruçinina ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) kimi sanballı xarakterlər var.
Xarakterik rollar oynamaqda Zəroş Həmzəyeva geniş yaradıcılıq imkanlarına malik idi. Aktrisa əlvan ifadə vasitələri ilə Aqafiya ("Evlənmə", Nikolay Qoqol), Göyərçin ("Ədalət", Bəxtiyar Vahabzadə), Fəxrəndə ("Bayramın birinci günü", Nazim Hikmət), Xuraman ("Vaqif", Səməd Vurğun), Südabə ("Günəş doğur", Əbülfəz Abbasquliyev), Ana ("Ana ürəyi", Islam Səfərli), Həyat ("Həyat", Mirzə İbrahimov), Nazlı ("Nişanlı qız", Sabit Rəhman), Diləfruz ("Odlu diyar", Hüseyn Razi), Reyhan ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Yeganə ("Ibrahim", Cabbar Məcnunbəyov), Pəri ("Pəri cadu", Əbdurrəhim bəy Haqverdiyev), Mehriban ("Vicdan əzabı" Əlyar Yusifli), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Fəxrəndə ("Bayramın birinci günü", Nazim Hikmət), Münəvvər ("Toros canavari", Əziz Nesin), Mirondalina ("Mehmanxana sahibəsi", Karlo Haldoni), At Balaxanım ("Adamın adamı", Anar), Mələk xanım ("İtirilmiş sağlıq", Hüseyn İbrahimov), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov) rollarını oynayıb. Zəroş xanımın kiçik, lakin ürəyəyatımlı və şirin səsi olub. Buna görə də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Leyli və Leylinin anası), "Əsli və Kərəm" (Əsli) operalarında, "Arşın mal alan" (Gülçöhrə, Telli və Asya), "Məşədi İbad" (Gülnaz), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (Pərizad), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Durna və Lalə), Məcid Şamxalovla Zakir Bağırovun "Qaynana" (Afət) operettalarında əsas partiyaları ifa edib. Onun yüksək səhnə mədəniyyəti və ifadə zənginliyi oynadığı musiqili tamaşa obrazlarına dinamik ritm və emosional təravət verib.
Zəroş Həmzəyeva daxilən ehtiraslı və çılğın aktrisa idi. Bu keyfiyyətləri son dərəcə həssas meyarlarla oynadığı obrazların xarakterlərinə uyğun şəkildə, fərqli ştrixlərlə canlandırırdı. Ona görə də bu ehtiras və bu çılğınlıq bir-birindən fərqlənirdi.
Aktrisa faciə obrazlarında qatı boyalarla, dramatik personajların ifasında tipik ştrixlərlə, lirik rollarda zərif psixologizmlə təcəssüm tapırdı.
Aktrisanın musiqili səsi vardı, səhnə danışığı aydın, səlis, ifadəli və cazibəli idi. Zəroş xanım hər rolun məzmun tutumuna, ictimai-psixoloji ruhuna, daxili dramatizmınin gərginliyinə uyğun olaraq səsinin variasiyalarından məharətlə istifadə edirdi. Səhnədə həssas və diqqətcil yöndaş olması ilə seçilib. Mürəkkəb kompozisiyalı, kəskin dramatizmli tamaşaların çətin psixoloji məqamlarda da səhnə diqqətini saxlaya bilirdi. Zəroş Həmzəyeva vəziyyətin mahiyyətini dəqiq qiymətləndirirdi. Bununla da epizodda iştirak edən aktyor və ya aktrisanın psixoloji hadisəni sərbəst oynamalarına, onun fəlsəfi mahiyyətini tamaşaçılara dürüst çatdırmalarına, əsas vurğunu rejissorun ali məqsədinə yönəltmələrinə zəmin yaradırdı.
Təltif və mükafatları
Zəroş Həmzəyeva 14 oktyabr 1964-cü ildə "Azərbaycan SSR əməkdar artisti", 21 oktyabr 1967-ci ildə isə "xalq artisti" fəxri adlarına layiq görülüb. O, 1995-ci ildə fəxri təqaüdə çıxıb. 27 mart 2000-ci ildə təltif edilib.
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
Filmoqrafiya
İstinadlar
- "ZƏROŞ MİRZƏBAĞIR QIZI HƏMZƏYEVA". 15 noyabr 2019. 2019-11-15 tarixində .
- "AXTARIŞLAR (ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq) AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN İNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTU" (PDF).
- "Xalq artisti Zəroş Həmzəyevanın xatirə lövhəsi aşılmışdır". 7 iyun 2008. 2021-11-27 tarixində . İstifadə tarixi: 2019-11-15.
- "Z. M. Həmzəyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 27 mart 2000. 2021-01-28 tarixində . İstifadə tarixi: 21 yanvar 2021.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində . İstifadə tarixi: 2 may 2019.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zeros Mirzebagir qizi Hemzeyeva Eliyeva 22 mart 1925 Nehrem 6 iyun 2004 Baki Azerbaycan teatr ve kino aktrisasi Azerbaycan SSR xalq artisti 1967 Sohret ordenli 2000 Prezidentin fexri teqaudcusu 1995 Zeros HemzeyevaDogum tarixi 22 mart 1925 1925 03 22 Dogum yeri Nehrem AzerbaycanVefat tarixi 6 iyun 2004 2004 06 06 79 yasinda Vefat yeri Baki AzerbaycanMilliyyeti azerbaycanliVetendasligi SSRI AzerbaycanHeyat yoldasi Ibrahim HemzeyevUsagi Nizami HemzeyevAtasi Mirbagir bey EliyevAnasi Efsan xanim MakuluFealiyyeti aktrisaFealiyyet illeri 1941 ci ildenMukafatlari 19672000HeyatiZeros Mirzebagir qizi Hemzeyeva 22 mart 1925 ci ilde Naxcivan MSSR in Nehrem kendinde dogulub Qizliq soyadi Eliyevadir Meshur aktyor ve rejissor Ibrahim Hemzeyevle aile heyati qurandan sonra Hemzeyeva soyadini dasiyib Aktrisa kimi de mehz Zeros Hemzeyeva kimi meshurlasib Zeros Hemzeyevanin atasi dovrunun taninmis ziyalilarindan olub O qizinin tehsil almasina xususi sey gosterib Anasi Efsan xanim Makulu Irevanin taninmis kubarlarindan olan Ibrahim xanin qizidir Ibrahim xan poeziyaya ve musiqiye regbet besleyib Zeros xanim orta tehsili Nehrem kendinde alib Doqquz on yaslarindan seir soylemeye deklamasiyaya meyil gosterib Mektebin dram derneyinde cixis edib Sehneye ilk defe 1941 ci ilde on alti yasinda cixib Onu pesekar sehneye Ibrahim Hemzeyev celb edib Ilk sehne obrazi kimi Necef bey Vezirovun Haci Qember Yagisdan cixdiq yagmura dusduk komediyasinda Yeter rolunu oynayib Zeros Hemzeyeva 2004 cu il iyun ayinin 6 da Bakida vefat edib ve Ikinci Fexri xiyabanda defn olunub FealiyyetiYeniyetme qiz sehneye ilk cixisindan maraqli oyun numayis etdirib Serbestliyi ve emosional deyisme bacarigi ile teatrin kollektivini heyran qoyub Ona gore de ele hemin vaxtdan teatrin truppasina aktrisa goturulub Qisa muddetde teatrin aktyor ansamblina uyusub ve bir nece ilde kollektivin qabaqcil senetkari kimi sohret ve regbet qazanib Zeros Hemzeyeva 1948 ci ilde heyat yoldasi Ibrahim Hemzeyevle birlikde Qaryagin indiki Fuzuli Dovlet Dram Teatrinda aktrisa isleyib Bir il erzinde burada ondan cox sehne obrazinda cixis edib Aktrisa bir sira tamasalarda xususen Vaqif tamasasinda Xuraman rolunda Akademik teatrin gorkemli senetkarlari ile terefmuqabil olub Teatr ictimaiyyeti her defe onun ifasini yuksek qiymetlendirib Ifa etdiyi rollar Zeros Hemzeyeva dramaturq Cefer Cabbarlinin qadin qehrernanlarinin en yaxsi ifacilarindan sayilir O muxtelif illerde ve muxtelif rejissorlarin quruluslarinda edibin Solgun cicekler Sara Nesreddin sah Sitare Aydin Gultekin Sevil Sevil Almaz Almaz ve Yaxsi 1905 ci ilde Sona Suleyman Residinin Eliyev Canli heykel Anna Ivanovna Od gelini Solmaz Oqtay Eloglu Firengiz Yasar Yaqut dramlarinin tamasalarinda bas rollari ifa edib Bu rollarin bir qisinini ayriayri quruluslarda tekraren oynayib Aktrisanin bas rollar siyahisinda Xumar Sudabe Seyx Senan ve Seyavus Huseyn Cavid Estrelya Sevilya ulduzu Lope de Veqa Sirin ve Meryem Ferhad ve Sirin Semed Vurgun Gulcahan Nadir sah Neriman Nerimanov Susen Namus Aleksandr Sirvanzade Gulcamal Qatir Memmed Zeynal Xelil Dezdemona Otello Vilyam Sekspir Zinyet ve Zalxa Toy Sabit Rehman Mehzeti Ismet Mehseti ve Ismet Kemale Agayeva Metanet Cicekli dag Memmedhuseyn Tehmasib Luiza Sahil emeliyyati Cemsid Emirov krucinina Gunahsiz muqessirler Aleksandr Ostrovski kimi sanballi xarakterler var Xarakterik rollar oynamaqda Zeros Hemzeyeva genis yaradiciliq imkanlarina malik idi Aktrisa elvan ifade vasiteleri ile Aqafiya Evlenme Nikolay Qoqol Goyercin Edalet Bextiyar Vahabzade Fexrende Bayramin birinci gunu Nazim Hikmet Xuraman Vaqif Semed Vurgun Sudabe Gunes dogur Ebulfez Abbasquliyev Ana Ana ureyi Islam Seferli Heyat Heyat Mirze Ibrahimov Nazli Nisanli qiz Sabit Rehman Dilefruz Odlu diyar Huseyn Razi Reyhan Atayevler ailesi Ilyas Efendiyev Yegane Ibrahim Cabbar Mecnunbeyov Peri Peri cadu Ebdurrehim bey Haqverdiyev Mehriban Vicdan ezabi Elyar Yusifli Sole xanim Lenkeran xaninin veziri Mirze Feteli Axundzade Fexrende Bayramin birinci gunu Nazim Hikmet Munevver Toros canavari Eziz Nesin Mirondalina Mehmanxana sahibesi Karlo Haldoni At Balaxanim Adamin adami Anar Melek xanim Itirilmis sagliq Huseyn Ibrahimov Zohre Esq ve intiqam Suleyman Sani Axundov rollarini oynayib Zeros xanimin kicik lakin ureyeyatimli ve sirin sesi olub Buna gore de Uzeyir bey Hacibeyovun Leyli ve Mecnun Leyli ve Leylinin anasi Esli ve Kerem Esli operalarinda Arsin mal alan Gulcohre Telli ve Asya Mesedi Ibad Gulnaz Zulfuqar bey Hacibeyovun Evliyken subay Perizad Suleyman Rustem ve Seid Rustemovun Durna Durna ve Lale Mecid Samxalovla Zakir Bagirovun Qaynana Afet operettalarinda esas partiyalari ifa edib Onun yuksek sehne medeniyyeti ve ifade zenginliyi oynadigi musiqili tamasa obrazlarina dinamik ritm ve emosional teravet verib Zeros Hemzeyeva daxilen ehtirasli ve cilgin aktrisa idi Bu keyfiyyetleri son derece hessas meyarlarla oynadigi obrazlarin xarakterlerine uygun sekilde ferqli strixlerle canlandirirdi Ona gore de bu ehtiras ve bu cilginliq bir birinden ferqlenirdi Aktrisa facie obrazlarinda qati boyalarla dramatik personajlarin ifasinda tipik strixlerle lirik rollarda zerif psixologizmle tecessum tapirdi Aktrisanin musiqili sesi vardi sehne danisigi aydin selis ifadeli ve cazibeli idi Zeros xanim her rolun mezmun tutumuna ictimai psixoloji ruhuna daxili dramatizminin gerginliyine uygun olaraq sesinin variasiyalarindan meharetle istifade edirdi Sehnede hessas ve diqqetcil yondas olmasi ile secilib Murekkeb kompozisiyali keskin dramatizmli tamasalarin cetin psixoloji meqamlarda da sehne diqqetini saxlaya bilirdi Zeros Hemzeyeva veziyyetin mahiyyetini deqiq qiymetlendirirdi Bununla da epizodda istirak eden aktyor ve ya aktrisanin psixoloji hadiseni serbest oynamalarina onun felsefi mahiyyetini tamasacilara durust catdirmalarina esas vurgunu rejissorun ali meqsedine yoneltmelerine zemin yaradirdi Teltif ve mukafatlariZeros Hemzeyeva 14 oktyabr 1964 cu ilde Azerbaycan SSR emekdar artisti 21 oktyabr 1967 ci ilde ise xalq artisti fexri adlarina layiq gorulub O 1995 ci ilde fexri teqaude cixib 27 mart 2000 ci ilde Sohret ordeni teltif edilib Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudu 11 iyun 2002FilmoqrafiyaYay gununun xezan yarpaqlari film 1986 Istinadlar ZEROS MIRZEBAGIR QIZI HEMZEYEVA 15 noyabr 2019 2019 11 15 tarixinde AXTARISLAR edebiyyatsunasliq folklorsunasliq dilcilik ve senetsunasliq AZERBAYCAN MILLI ELMLER AKADEMIYASI NAXCIVAN BOLMESININ INCESENET DIL VE EDEBIYYAT INSTITUTU PDF Xalq artisti Zeros Hemzeyevanin xatire lovhesi asilmisdir 7 iyun 2008 2021 11 27 tarixinde Istifade tarixi 2019 11 15 Z M Hemzeyevanin Sohret ordeni ile teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Fermani 27 mart 2000 2021 01 28 tarixinde Istifade tarixi 21 yanvar 2021 Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudlerinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami az e qanun az 7 September 2022 tarixinde Istifade tarixi 2 may 2019