Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var.
Müqəddəs Yelisey kilsəsi | |
---|---|
Kiş Alban məbədi | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Kiş |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | I əsrdən – XII əsrə kimi beş tikinti mərhələsi |
Üslubu | Alban memarlığı |
İstinad nöm. | 53 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
"Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar.
Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır.
Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. , ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var.
"Alban ölkəsinin tarixi"ndə göstərilir ki,
"Ədalət Günəşi"nin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı öz varlığının şöhrətinə sahib olması zamanda o, öz müqəddəs və sevimli şagirdlərinin (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari Faddey təyin olunmuşdur. Faddey Artaz vilayətinə gəlir və burada çar Sanatürkün əliylə şəhid olur. Faddeyin şagirdi müqəddəs Yelisey Qüds şəhərinə qayıdıb, öz dindaşı havarinin həsəd oyadan şəhidliyi haqda söhbət edir. Bundan sonra Yelisey Qüdsün birinci patriki Ağamızın qardaşı müqəddəs tövsiyəsiylə müqəddəs Ruh naminə Şərqə təyin edilir. Yelisey öz sərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılıb İrana gedir və oradan ermənilərin gözündən qaçaraq Məsküt elinə keçir. Öz təbliğini o, Çolada başlayır və müxtəlif yerlərdə şagird toplayaraq, onlara xilaskarı andırmağa çalışırdı. Müqəddəs patrik Gisa gəlir, burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsələrinin və şəhərlərinin başlanğıcıdır və biz şərqlilərə xristianlığı qəbul edilməsi mənbəsidir."
1824-cü ildə Şəki əyalətində əhalinin ilk siyahıyaalınması zamanı Kiş kəndində 1 nəfər də olsun xristian, o cümlədən xristian din xadimi qeydə alınmamışdır.Rəşid bəy Əfəndiyevin şəhadətinə görə də 20-ci əsrin əvvəllərində Kiş kəndində 1 nəfər də olsun xristian yox imiş, amma o, qeyd edir ki şəhərdə, yəni Nuxa (Şəki) şəhərində məskən salmış Zuğ (زوغ) (Tuğ?) erməniləri kilsəni "… mənimsəmişlər və divarının üzünə suvaq vurub üstünə dəmir çəkmişlər. Bu minvalı zahirisini asarü-ətiqəlik (tarixi abidə) halından çıxarmışlar". Rəşid bəy həmçinin, bu kilsənin "həvarilərdən zamanından qalma" olduğunu vurğulamaqla yanaşı, həm də qeyd etmişdir ki abidənin ətrafında qazıntılar aparılarsa "gözəl nəticələr verməyi şübhəsizdir".
Fərziyyələr
Tədqiqatçıların Yeliseyin kilsə tikmiş olduğu Kiş kəndi haqqında da müxtəlif fərziyyələri var. Z. N. Yampolski həmin yaşayış məntəqəsinin Şəkidə yerləşən Kiş kəndi, R. B. Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia edmişdilər.
Strabon qədim albanların dini haqqda məlumat verərkən, onların Helios, Zevs və Selenaya sitayiş etdiklərini, Selenaya isə xüsusi rəğbət olduğunu yazmışdır. "Selena məbədi İberiya sərhədləri yaxınlığında yerləşir. Buranın kahini çardan sonra ikinci adamdır. O, geniş və yaxşı məskunlaşmış müqəddəs torpaqları və məbəd qullarını idarə edir."
Z. N. Yampolski e.ə. V əsr – b.e. II əsrlərinə aid mənbələri tədqiq edərək Albaniyada məbəd, Allaha həsr olunmuş vilayətin olduğunu qeyd etmişdir. A. E. Krımski Selena məbədinin Şəki vilayətində yerləşdiyini, K. V. Trever isə Şəki vilayətinin e.ə. I əsrdə İberiya sərhədlərindən uzaqda yerləşdiyini və bu məbədin Qum bazilikasının yerində olduğunu söyləmişdir.
Şəki vilayətinin indiki Şəki–Zaqatala bölgəsinin ərazisini əhatə etdiyini nəzərə alındıqda, bu müqəddəs vilayətin məhz Şəki vilayəti olduğu güman edilir. Şəki vilayəti cənub-şərqdə Qəbələ, qərbdə və cənub-qərbdə Kambisenayla, şimal-şərqdə Lpina ilə həmsərhəd idi. Onun şimal sərhədi İberiyaya kimi uzanırdı. Şəki vilayətinin müqəddəs vilayət olması fikrini təsdiq edən bir fakt da keçmiş Şəki vilayətinin ərazisinə aid olan Şəki – Balakən bölgəsində Qum bazilikası (IV – V əsrlər), Ləkit kilsəsi (V – VI əsrlər),Zəyzid (VI–VII əsrlər) və s. kimi məbədlərin olmasıdır ki, onlar da əvvəllər dini mərasimlər keçirilən köhnə məbəd qalıqlarının yerində inşa edilib. Bu proses Ermənistan və Gürcüstanda da eyni tərzdə baş vermişdir. Ərəblər Azərbaycanı işğal etdikdən sonra onlar da paqan və ya xristian məbədlərinin üzərində məscidlər tikir və ya onları məscidə çevirirdilər. Bunlara misal olaraq İçərişəhərdəki cümə məscidini və Katuk monastrını (V–XII əsr) göstərmək olar.
Kiş məbədinin tikilməsi haqda da tədqiqatçıların bir-birilə ziddiyyət təşkil edən fikirləri mövcuddur. 2000 – 2001-ci illərdə Kiş məbədində aparılmış arxeoloji qazıntılarda arxeoloq – məsləhətçi kimi Norveç tərəfini təmsil edən professor Bernar Sturfiel məbədin XI – XII əsrlərdə tikildiyini iddia edir. O, öz fikrini aşağıda göstərilmiş üç mülahizə əsasında sübüt etməyə çalışmışdır:
I. Kiş məbədinin tikintisi zamanı bünovrə qazılmış torpaq qatından götürülmüş nümunələrin radiokarbon analizinin nəticələrinin 990–1160-cı illərə aid olduğunu əsas gətirərək məbədin bünövrəsinin ən aşağı qatının da bu vaxt salındığını;
II. Məbədin ən aşağı qəbirlərinin bu əraziyə gəlmiş ilk xristianlara məxsus olduğunu və bu qəbirlərdəki insan sümüklərinin radiokarbon analizinin nəticələrinin 980–1060-cı illər olduğuna əsaslanaraq Kişə xristianların göstərilən tarixdə gəldiklərini;
III. Mehrabın arxeoloji tədqiqindən əldə olunan nəticələr Kiş məbədinin 3 mərhələdən ibarət fəaliyyət dövrünün I mərhələsində , II–III mərhələlərində isə təriqətinə riayət etdiyinə əsaslanaraq məbədin apostollar tərəfindən deyil, XI–XII əsrlərdə gəlmə xristianlar tərəfindən tikilmişdir.
Digər Norveç alimi Byon Veqqi Kişdə xristianlığın mövcudluğunu təsdiqləyən yazılı mənbənin V əsrdən qədim olmadığına əsaslanaraq məbədin də tikilməsini bu tarixdən sonraya aid olduğunu qeyd etmişdir.
2000–2001-ci illərdə Kiş məbədində aparılan arxeoloji qazıntılara rəhbərlik etmiş memarlıq doktoru arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq Kiş məbədinin sadə təknefli bazilikadan günbəzli memarlığadək 5 tikinti mərhələsini müəyyənləşdirmişdir. Prof. V. Kərimov qeyd edir ki, Kiş məbədinin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir.
Memarlıq xüsusiyyətləri
Kiş kilsəsi günbəzlə örtülmüş zal formalı kilsələr qrupuna aid olmaqla, şərq tərəfdən yarımdairəvi apsida ilə tamamlanır. Kilsənin planlaşdırma həlli erkən orta əsrlər Qafqaz Albaniyası memarlığı üçün xarakterik xüsusiyyətlərə malikdir. Bir qədər uzun ibadət zalı bir cüt pilyastrla iki hissəyə bölünür. Şərq tərəfdən zala altar apsidası birləşir. Pilyastrlar vasitəsiylə T-formalı məkan kəsişən arkaların saxladığı tağvari damla örtülür. Apsidanın triumfal arkası da bu cür həndəsi quruluşa malikdir. Yan divarların pilyastrlar və apsida arasındakı dərin hissələri də anoloji görünüşə malik ikimərtəbəli arkalarla tamamlanır. Dörd arka vasitəsiylə formalaşdırılmış düzbucaqlı sferik parusların köməyi ilə barabanın oval təməlinə keçir, bu təməl üzərində günbəz yüksəlir.
Kilsənin ən maraqlı xüsusiyyətlərindən biri ibadət zalının düzbucaqlı həcminə birləşən yarımsilindrik altar apsidasıdır. Digər bir mühüm cəhət isə yan divarların günbəzaltı hissəsində yerləşən və xaç-günbəz formalı kilsələrin transeptini xatırladan divar tağları əmələ gətirən üçbucaqlı formaya malik hissələrdir. Bu cür psevdotransept nəinki Qafqaz Albaniyası memarlığı, eyni zamanda Qafqaz ölkələri memarlığında unikal haldır.
Kilsə iri əhəngdaşı bloklarından inşa edilmişdir. Pəncərə kənarları üç hissəli yarımdairələrlə əhatələnmişdir ki, onların da ortada olanı kənarda olanlardan iki dəfə enlidir. Barabanın yarımslindrik həcmi təməldə və karnizdən bir qədər aşağııda yarımdairəvi profilə malikdir. Binanın indiki planlaşdırma həlli, altar apsidası ilə birlikdə IV–V əsrlərdə formalaşmış, sonrakı dövrdə günbəz inşa edilmişdir.
Memarlıq mərhələləri və təhlili
2000-ci illərdə Azərbaycan və Norveç tədqiqatçı-arxeoloqları tərəfindən həyata keçirilmiş "Kiş" layihəsi əsasında kilsə memarlıq, arxeologiya və tarixi baxımdan tədqiq edilmiş, restavrasiya və muzeyifikasiya işləri həyata keçirilmiş, əsas inşaat mərhələləri müəyyən edilmişdir. Bu qazıntılar məhdud ərazidə aparılmasına baxmayaraq, Kiş məbədinin fəaliyyəti dövrünün bütün mərhələlərini izləməyə imkan vermişdir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Kiş kilsəsi I–II əsrlərdə, tunc və erkən dəmir dövrünə aid materiallarla zəngin qədim ibadət yerinində inşa edilmişdir. Kiş məbədi sadə təkzallı bazilikadən günbəzli memarlığadək 5 tikinti mərhələsi keçmişdir. Məbədin ən aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan onun ilkin tikinti tarixinin təyin etməyə imkan yaratmışdır. Abidə dövrümüzə yeniləşdirilmiş görkəmində gəlib çatmışdır. Məbədin divarları həm içəridən, həm də çöl hissədən qismən suvaqlanmışdır (B. Strufyel də gəldiyi qənaətdə məhz bu suvaq qatının radiokarbon analizinə əsaslanırdı).
Qapı və pəncərələrə görə yenidənqurma işlərinin əsasən tikilinin yuxarı hissəsində aparıldığını müəyyənləşdirilmişdir. Adi təkzaldan ibarət olan kilsə özündə ilkin və sonrakı tikililərin maraqlı detallarını saxlayır. Kiş məbədi əhəngdaşından tikilmişdir. Məbədin daxili cüt sütunla 2 hissəyə bölünür ki, şərq hissəsi qərb hissədən kiçikdir. Məbədin divarlarında heç bir yazı yoxdur. Kilsə divarlarının çıxıntısı nalabənzər olub, 2 dərin deşiyi var. Mehrab mərkəzdə yerləşib və düzbucaqlı formasındadır. Məbədin orta hissəsində dəyişikliklər baş verib ki, bu da onun bütün həcmini örtən 2 sütun və mehrabın çıxıntısı üzərində dayanan günbəzin qoyulmasıyla əlaqədardır. Bütün bu dəyişikliklərə görə, həmin dövrdə xristian memarlığında konstruksiya probleminin artıq həll olunduğunu və alban xristian məbədi nümunəsində dini binaların tikildiyi fikrini söylənmişdir. Kiş məbədi qədim bünövrə üzərində tikilib. III – V əsrlərdə onun üzərində kiçik təkzallı bazilika tipli kilsə tikilib və VI – VII əsrlərdə həmin kilsə memarlıq formasını dəyişib.
1,08 – 1,12 sm dərinlikdə, məbəd binasının ən aşağı qatında qədim bünövrə aşkara çıxarılmışdır ki, onun da üzərində Kiş kilsəsinin erkən divarları ucaldılmışdır. Bünövrə böyük olmayan qaya və çay daşlarından hörülmüşdür. Arxeoloji tədqiqatlar nəticəsində üzərində məbəd ucaldılmış bu bünövrənin e.ə. IV əsrdə salınması məlum olmuşdur. Qədim bünövrə düzbucaqlı planda tikilmiş və divarın qərb hissəsində nəzərə çarpan ovalşəkilli forma əmələ gətirmişdir. Bünövrənin dərinliyi 110 sm-dir.
III tikinti mərhələsi VI – VIII əsrləri əhatə edir ki, bu zaman da məbədin yuxarı hissəsində yenidənqurma işləri aparılmış və ona çadırlı örtüyü olan baraban əlavə olunmuşdur. Arxeoloji qazıntılar nəticəsində məbədin giriş qapısının altında qədim bünövrənin qalıqları aşkar olunmuşdur ki, onun da üzərində e. I – II əsrində Kiş məbədi ucaldılmışdır.
A. S. Xaxanova Qafqaza səfərləri haqqında məlumat verərkən provaslav Kiş məbədinə qriqoryan ermənilərin iddia etdikləri və məbədin gürcü – erməni memarlığında tez – tez rast gəlinən günbəzinin olduğunu qeyd etmişdir. O, yazır ki, "…məbədin mehrabı yarımdairə formasındadır və görünür ki, elə də uzaq olmayan dövrdə erməni mehrabına oxşadılaraq məbədin quruluşunun qəsdən dəyişdirilməsinə cəhd edilmişdir."
B. Sturfielin məbədin fəaliyyəti dövrünün I mərhələsində diofizit sonuncu 2 inkişaf mərhələsində monofizit təriqətinə riayət etdiyi fikrini belə izah edilir ki, VI əsrin əvvəllərində, VII əsrdə cənubi Qafqazda Bizansın siyasi təsirinin güclənməsi ilə əlaqədar olaraq, alban və gürcü kilsələri diofizit cərəyanına qoşuldular. Bu dövr məbədin III tikinti mərhələsinə uyğun gəlir ki, bu zamanda məbəd diofizit təriqətinin ehkamlarına uyğun yenidən qurulmuşdur. 705-ci ildə Ərəb Xilafəti siyasi məqsədlərlə öz tabeliyində olan xristian əhalisinin, kilsənin fəaliyyətini əlaqələndirməyə və nəzarət altında saxlamağa cəhd göstərərək, erməni kilsəsinin bilavasitə yaxından köməyilə alban kilsəsini monofizit kilsəyə çevirdi və iyerarxik baxımdan onu monofizit məzhəbli erməni kilsəsinə tabe etdi.
Bu zamanda da məbəd monofizit təriqətinin ehkamlarına uyğun olaraq yenidən qurulmuşdur. B. Sturfielin təyin etmiş olduğu III mərhələ isə A. Xaxanovanın qeyd etdiyi "elə uzaq olmayan dövrdə edilmiş yenidənqurma işləri ilə" həmdövrdür. Belə güman edilir ki, bu yenidənqurma işləri 1836-cı ildə Rusiya hakim dairələrinin qərarı ilə Alban kilsəsinin ləğv olunmasından sonra Kiş məbədinin uyğunlaşdırılması məqsədilə edilmişdir. Arxeoloq Nəsib Muxtarovun verdiyi məlumata görə, 1864, 1930-cu illərdə kilsə ermənilər tərəfindən təmir olunmuş və nəticədə onun görünüşü əsaslı şəkildə dəyişdirilmişdir.
Arxeoloji tədqiqatlar
Arxeoloji qazıntılar zamanı məbədin şimal-şərq divarlarının yarımqövs çıxıntısının altında torpaq qəbir aşkar olunmuşdur. Qəbrin örtüyü 3 qatdan ibarət olub, I qat gil, kömür, kül və torpaq, II qat gil, III qat isə eynilə I qata oxşar qarışıqdan ibarət idi. Gilli torpaqda oval şəkilli 90 x 60 sm ölçüsündə olan torpaq qəbir şərq – qərb istiqamətində idi. Qəbir məbədin şərq divarının təməlinin içərisinə daxil olmuşdur ki, buranın da döşəməsi hamarlanmış və küncləri basılmışdır, küllü döşəmənin üzərində iki kiçik öküz başı dəfn olunmuşdur. Onlar qırmızı dulus bardağın iri qırıqları üzərinə qoyulmuş vəziyyətdə idilər və onların üzləri şərqə istiqamətləndirilmişdir. Kəllələrin üzərində və ətrafında müxtəlif tipli dulus qabların qırıqları, buynuz qırığı, yumru daş, heyvanların digər sümükləri arasında isə sümük ox aşkar olunmuşdur.
Qəbrin dulus avadanlığı iri qabların hissələrindən ibarətdir ki, onlar da Kür-Araz mədəniyyətinə aiddirlər. Məməşəkilli əltutanlar, bardağın yumurtaya bənzər gövdəsi, daraqşəkilli bəzək və s. son eneolit dulusçuluğuna xas olan cəhətlərdir. Dulus məmulatı yerli xarakterlidir. 2 öküz başlı torpaq qəbir sözsüz ki, ayin xarakterlidir. Azərbaycanda arxeoloji tədqiqatlar aparılmış və Babadərviş abidələrində də bu cür ayin xarakterli dəfn adətləri qeydə alınmışdır. Torpaq qəbir e.ə. IV – III minilliyin qovşağına aiddir. Məbəd tikilərkən ustaların qəbrin mövcudluğu haqda məlumatları olub. Belə hesab edilir ki, bu ərazi köhnə müqəddəs yer hesab edilib ki, burada da qəbiristan və ya yaşayış yeri ola bilər.
Kişdə arxeoloji tədqiqatlardan sonra belə qərara gəlinmişdir ki, Şəki bölgəsinin Kiş kəndi ərazisində yerləşən məbəd həqiqətən də Müqəddəs Yelisey tərəfindən tikilmiş, şərq kilsələrinin anası və mitropoliya olmuş, Kişdə hələ xristianlıqdan da öncə Qafqaz Albaniyasında xüsusilə rəğbət bəslənilən Selena ilahəsinə həsr olunmuş məbədin mövcud olmuş və burada Gis – Kürmük arxiyekiskopluğu, sonra isə Yelisey, Çuketi və Şəki yekiskoplarının mərkəzi yerləşmişdir.
Bizim dövrümüzə qədər kilsəni salamat saxlamış tarixi Azərbaycan torpağının qədim və zəngin mədəniyyəti haqqında müasir nəsillərə maddi dəlillər vermişdir. Kişdəki məbəd nəinki Qafqaz Albaniyasında (Azərbaycanda), eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın başlandığını simvollaşdıran görkəmli tarixi abidədir.
İstinadlar
- F. Məmmədova – Azərbaycanın siyası tarixi və tarixi coğrafiyası, Bakı, 1994, səh 61
- В Ямпольский З.Н. К изучению летописи К. Албании. AMEA-nın xəbərləri, Bakı, 1957, 9, səh 231
- Вилаят Керимов. О периодизации античной и репнесредневековой архитектуры Кишского храма. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qafqazın Arxeologiyası və Etnoqrafiyası" beynəlxalq elmi konfransının materialları. Bakı, 2000
- "J. Bjornar Storfjell – The Kish Church". 2010-12-16 tarixində . İstifadə tarixi: 2011-06-04.
- Wegge Born – From Jerusalem to Gis: An investigation of the Eliseus-tradition in Courcasis. Paper Presented at the Conference Caucasus Albanians in the Past and Present. B, 2003, səh 35
- "M. Th. Houtsma – E. J. Brill's first encyclopaedia of Islam 1913–1936, Стр. 346". 2016-04-03 tarixində . İstifadə tarixi: 2011-07-24.
- Вилаят Керимов, Бьернар Стурфиел. Киш. Б., 2003, səh 23
- Моисей Каланкатуклу. Albaniya tarixi, I kitab, VI fəsil, Bakı,1993
- Крымский А.Е. Страницы из истории северного или Кавказского Азербайджана (Классическая Албания) II Шеки вЂ" İ. Marrın xatirəsinə həsr olunmuş məcmuə. M-L, 1938
- Ямпольский З.Н. К изучению летописи К. Албании. AMEA-nın xəbərləri, Bakı, 1957, в"–9
- "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi – Kiş alban məbədi – Havari kilsəsi". 2016-04-05 tarixində . İstifadə tarixi: 2011-07-24.
- >M. Kalankatlı, Albaniya tarixi, səh. 27 (II kitab, 17. 2022-07-08 at the Wayback Machine
- "Святой Елисей//иеромонах Алексий (Никоноров). История христианства в Кавказской Албании. Диссертация на соискание ученой степени кандидата богословия". 2022-03-27 tarixində . İstifadə tarixi: 2011-10-05.
- Камералное описание жителей города Нухи и Шекинской провинции за 1824 год, составленоно капитаном Харченновым и поручиком Скоржинским. Dövlət Tarix Arxivi, fond 24; № 1, s/v.162
- "Rəşid bəy Əfəndiyev. Nuxa qəzasında olan asarü-ətiqələr haqqında, səh.3, Bakı, 1925". 2022-03-27 tarixində . İstifadə tarixi: 2011-10-05.
- В Ямпольский З.Н. К изучению летописи К. Албании. AMEA-nın xəbərləri, Bakı, 1957, в"–9, səh 237–238
- Вилаят Керимов. Предварительные археологические исследования Кишского комплекса. В Azərbaycan Arxeologiyası və etnoqrafiyası jurnalı I buraxılış. B., 2003, səh 25
- Strabon Qeoqrafiə /Stranatovsknin tərcüməsilə/. Kitab XI, IV başlıq, Moskva, 1964, səh 477
- Ямпольский З.Н. К изучению летописи К. Албании. AMEA-nın xəbərləri, Bakı, 1957, в"–9, səh 237–238
- Крымский А.Е. Страницы из истории северного или Кавказского Азербайджана (Классическая Албания) II Шеки İ. Marrın xatirəsinə həsr olunmuş məcmuə. M-L, 1938, səh 371
- Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании М.-Л. 1959, səh 302
- F. Məmmədova – Qafqa Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993
- Барановский П.Д. Памятники в селениях Кум и Лекит. Архитектура Азербайджана /Эпоха Низами/ М.-Б., 1947, səh 29–30
- Геюшов Р.Б. Христианство в Кавказской Албании Б., 1984, səh 20
- Усейнов М.А. Памятники Азербайджанского зодчества. Баку, 1951, səh 58
- Karaxmedova A. A. Xristianskie pamətniki Kavkazskoy Albanii (Alazanskaə dolina) B, 1986, səh 20.
- Вилаят Керимов, Бьернар Стурфиел. Киш. Б., 2003, səh 132–151
- Wegge Born “From Jerusalem to Gis: An investigation of the Eliseus-tradition in Courcasis”. Paper Presented at the Conference Caucasus Albanians in the Past and Present. B, 2003, səh 25.
- Вилаят Керимов. О периодизации античной и репнесредневековой архитектуры Кишского храма. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qafqazın Arxeologiyası və Etnoqrafiyası" beynəlxalq elmi konfransının materialları. Bakı, 2000, səh 97
- Məmmədova, 2004. səh. 42
- Məmmədova, 2004. səh. 44
- Вилаят Керимов. Предварительные археологические исследования Кишского комплекса. Azərbaycan Arxeologiyası və etnoqrafiyası jurnalı I buraxılış. B., 2003, səh 108 – 110.
- Вилаят Керимов, Бьернар Стурфиел. Киш. Б., 2003, səh 42–43
- Вилаят Керимов. Предварительные археологические исследования Кишского комплекса. В Azərbaycan Arxeologiyası və etnoqrafiyası jurnalı I buraxılış. B., 2003, səh 110
- В Хаханова А.С. Экспедиции на Кавказе. 1882, 1893 и 1895 гг. " Закатальский округ. Материалы по Археологии Кавказа, собранные экспедициями Императорского Московского археологического общества, снаряженными на Высочайшие дарованные средства. Выпускь VII, Москва, 1898, səh 30.
- F. Məmmədova – Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. B., 1993, səh 225
- Вилаят Керимов, Бьернар Стурфиел. Киш. Б., 2003, səh 165
- A. A. Karaxmedova. Qruntovoe poqrebenie Kişskoy cherkvi. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qafqazın Arxeologiya və Etnoqrafiyası" Beynəlxalq elmi konfransının materiaları. B., 2000, səh 90
- A. A. Karaxmedova. Qruntovoe poqrebenie Kişskoy cherkvi. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qafqazın Arxeologiya və Etnoqrafiyası" Beynəlxalq elmi konfransının materiaları. B., 2000, səh 92–94
- Məmmədova F. – Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. B., 1993, səh 226
- Вилаят Керимов, Бьернар Стурфиел. Киш. Б., 2003, səh 182
Ədəbiyyat
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мамедова Ф.Дж. Политическая история и историческая география Кавказской Албании (III в.до н.э. – VIII в.н.э.). Баку: ЭЛМ, 1986, стр.97.
- Пириев В.З. Об исторической географии Азербайджана. Сб. "Историческая география Азербайджана". Баку: ЭЛМ, 1987, стр.104–110.
- Моисей Каланкатурский. История албан. Патнакова СМб, 1881, стр.8.
- Керимов В. Отчет о результатах аркитектурно-архиологических раскопок Кишского комплекса в мае – июне 2001 года. Баку: 2001, (рукопись)
- Карахмедова А.А. Христианские памятники Кавказской Албании. Баку: ЭЛМ, 1989.
- Мамедова Г. Культовое зодчество Кавказской Албании. Баку: ЭЛМ, 1997.
- Məmmədova G., Hacıyeva S., Abdullayev T. Kiş – Qafqaz Albaniyasının görkəmli memarlıq abidəsi. Bakı: XXI YNE, 2002.
- H. Əzimov Ş. Əhmədov. Qax abidələri. Bakı: 1998.
Həmçinin bax
Xarici keçidlər
- J. Bjornar Storfjell – The Church in Kish
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kis kilsesi ve ya Muqeddes Yelisey kilsesi Seki rayonunun Kis kendi erazisinde yerlesen tarix memarliq abidesi Bezi muelliflere gore Qafqazin ilk kilsesidir Muxtelif dovrlerde alban gurcu ve ermeni kilsesi kimi fealiyyet gostermesi haqqinda bezi fikirler var Muqeddes Yelisey kilsesiKis Alban mebediKilsenin eksteryer gorunusuKilsenin interyer gorunusu41 14 56 sm e 47 11 35 s u Olke AzerbaycanSeher SekiYerlesir KisAidiyyati Alban Hevari KilsesiTikilme tarixi I esrden XII esre kimi bes tikinti merhelesiUslubu Alban memarligiAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 53KateqoriyaKilseEhemiyyetiDunya ehemiyyetliKis kilsesi Vikianbarda elaqeli mediafayllarTarixiKis kilsesi Ay ilahesi Selenaya hesr edilmis paqan mebedinin ozulleri uzerinde insa edilmisdir Alban olkesinin tarixi ne gore Isanin din qardasi muqeddes Yakov terefinden xristianligi teblig etmek ucun Albaniyaya gonderilmis Muqeddes Yelisey evvelce bir muddet Cola ve Uti vilayetinde missionerlik etmis sonra ise Gis adli kende gederek orada kilse tikmisdir Muasir xristian ilahiyyetcileri bu hadisenin 60 ci ilden az sonraya tesaduf etdiyine inanmaqdadirlar Neinki Qafqaz Albaniyasinin hetta butun Cenubi Qafqazin bu ilk xristian kilsesinin tikildiyi yer bir cox tedqiqatcilarin fikrince mehz indiki Seki rayonunun Kis kendidir ve hemin sebebden de indi Sekinin Kis kendindeki kilse Muqeddes Yelisey kilsesi adi ile taninmaqdadir Alban apastol kilsesi Qafqazda elece de butun xristian dunyasinda en qedim kilselerdendir ilk kilsesinin yaradilmasi apostollarin adi ile baglidir ki qedim menbelerde de bu kilsenin Kis kendinde Gis tikilmesi haqda melumatlar var Alban olkesinin tarixi nde gosterilir ki Edalet Gunesi nin zuhur olan gunlerinde ve bizim xilaskarimiz Derkedilmez Varligin sohret ve mahiyyeti olan Atamizin zuhur edib butun insanlarin qeydine qalmaqla ve hec bir zaman ayrilmadigi oz varliginin sohretine sahib olmasi zamanda o oz muqeddes ve sevimli sagirdlerinin havarilerini butun dunyaya tebligatci kimi gonderir ve biz Serq xalqina muqeddes havari Faddey teyin olunmusdur Faddey Artaz vilayetine gelir ve burada car Sanaturkun eliyle sehid olur Faddeyin sagirdi muqeddes Yelisey Quds seherine qayidib oz dindasi havarinin hesed oyadan sehidliyi haqda sohbet edir Bundan sonra Yelisey Qudsun birinci patriki Agamizin qardasi muqeddes tovsiyesiyle muqeddes Ruh namine Serqe teyin edilir Yelisey oz serencamina Serqi Albaniyani alir Qudsden ayrilib Irana gedir ve oradan ermenilerin gozunden qacaraq Meskut eline kecir Oz tebligini o Colada baslayir ve muxtelif yerlerde sagird toplayaraq onlara xilaskari andirmaga calisirdi Muqeddes patrik Gisa gelir burada kilse tikir ve qansiz qurban verir Bu yer Serqin butun kilselerinin ve seherlerinin baslangicidir ve biz serqlilere xristianligi qebul edilmesi menbesidir 1824 cu ilde Seki eyaletinde ehalinin ilk siyahiyaalinmasi zamani Kis kendinde 1 nefer de olsun xristian o cumleden xristian din xadimi qeyde alinmamisdir Resid bey Efendiyevin sehadetine gore de 20 ci esrin evvellerinde Kis kendinde 1 nefer de olsun xristian yox imis amma o qeyd edir ki seherde yeni Nuxa Seki seherinde mesken salmis Zug زوغ Tug ermenileri kilseni menimsemisler ve divarinin uzune suvaq vurub ustune demir cekmisler Bu minvali zahirisini asaru etiqelik tarixi abide halindan cixarmislar Resid bey hemcinin bu kilsenin hevarilerden zamanindan qalma oldugunu vurgulamaqla yanasi hem de qeyd etmisdir ki abidenin etrafinda qazintilar aparilarsa gozel neticeler vermeyi subhesizdir Ferziyyeler Tedqiqatcilarin Yeliseyin kilse tikmis oldugu Kis kendi haqqinda da muxtelif ferziyyeleri var Z N Yampolski hemin yasayis menteqesinin Sekide yerlesen Kis kendi R B Goyusov ise bu kendin Xocavend rayonundaki Kis kendi oldugunu iddia edmisdiler Strabon qedim albanlarin dini haqqda melumat vererken onlarin Helios Zevs ve Selenaya sitayis etdiklerini Selenaya ise xususi regbet oldugunu yazmisdir Selena mebedi Iberiya serhedleri yaxinliginda yerlesir Buranin kahini cardan sonra ikinci adamdir O genis ve yaxsi meskunlasmis muqeddes torpaqlari ve mebed qullarini idare edir Z N Yampolski e e V esr b e II esrlerine aid menbeleri tedqiq ederek Albaniyada mebed Allaha hesr olunmus vilayetin oldugunu qeyd etmisdir A E Krimski Selena mebedinin Seki vilayetinde yerlesdiyini K V Trever ise Seki vilayetinin e e I esrde Iberiya serhedlerinden uzaqda yerlesdiyini ve bu mebedin Qum bazilikasinin yerinde oldugunu soylemisdir Selena mebedinin yerinde Kis kilsesini insa etdirmis Seki yaxinliginda sehid edilmis hevari Muqeddes Yelisey ikona Cotaari kilsesi Seki vilayetinin indiki Seki Zaqatala bolgesinin erazisini ehate etdiyini nezere alindiqda bu muqeddes vilayetin mehz Seki vilayeti oldugu guman edilir Seki vilayeti cenub serqde Qebele qerbde ve cenub qerbde Kambisenayla simal serqde Lpina ile hemserhed idi Onun simal serhedi Iberiyaya kimi uzanirdi Seki vilayetinin muqeddes vilayet olmasi fikrini tesdiq eden bir fakt da kecmis Seki vilayetinin erazisine aid olan Seki Balaken bolgesinde Qum bazilikasi IV V esrler Lekit kilsesi V VI esrler Zeyzid VI VII esrler ve s kimi mebedlerin olmasidir ki onlar da evveller dini merasimler kecirilen kohne mebed qaliqlarinin yerinde insa edilib Bu proses Ermenistan ve Gurcustanda da eyni terzde bas vermisdir Erebler Azerbaycani isgal etdikden sonra onlar da paqan ve ya xristian mebedlerinin uzerinde mescidler tikir ve ya onlari mescide cevirirdiler Bunlara misal olaraq Iceriseherdeki cume mescidini ve Katuk monastrini V XII esr gostermek olar Kis mebedinin tikilmesi haqda da tedqiqatcilarin bir birile ziddiyyet teskil eden fikirleri movcuddur 2000 2001 ci illerde Kis mebedinde aparilmis arxeoloji qazintilarda arxeoloq meslehetci kimi Norvec terefini temsil eden professor Bernar Sturfiel mebedin XI XII esrlerde tikildiyini iddia edir O oz fikrini asagida gosterilmis uc mulahize esasinda subut etmeye calismisdir I Kis mebedinin tikintisi zamani bunovre qazilmis torpaq qatindan goturulmus numunelerin radiokarbon analizinin neticelerinin 990 1160 ci illere aid oldugunu esas getirerek mebedin bunovresinin en asagi qatinin da bu vaxt salindigini II Mebedin en asagi qebirlerinin bu eraziye gelmis ilk xristianlara mexsus oldugunu ve bu qebirlerdeki insan sumuklerinin radiokarbon analizinin neticelerinin 980 1060 ci iller olduguna esaslanaraq Kise xristianlarin gosterilen tarixde geldiklerini III Mehrabin arxeoloji tedqiqinden elde olunan neticeler Kis mebedinin 3 merheleden ibaret fealiyyet dovrunun I merhelesinde II III merhelelerinde ise teriqetine riayet etdiyine esaslanaraq mebedin apostollar terefinden deyil XI XII esrlerde gelme xristianlar terefinden tikilmisdir Diger Norvec alimi Byon Veqqi Kisde xristianligin movcudlugunu tesdiqleyen yazili menbenin V esrden qedim olmadigina esaslanaraq mebedin de tikilmesini bu tarixden sonraya aid oldugunu qeyd etmisdir 2000 2001 ci illerde Kis mebedinde aparilan arxeoloji qazintilara rehberlik etmis memarliq doktoru arxeoloji qazintilarin neticelerine esaslanaraq Kis mebedinin sade teknefli bazilikadan gunbezli memarligadek 5 tikinti merhelesini mueyyenlesdirmisdir Prof V Kerimov qeyd edir ki Kis mebedinin memarliq xususiyyetleri Qafqaz Albaniyasi memarliginin ilkin xristian merhelesine aiddir Memarliq xususiyyetleriKis kilsesi sade birnefli plan esasinda insa edilmis ve gunbezle tamamlanmis zal gunbez formasina malikdir Kis kilsesi gunbezle ortulmus zal formali kilseler qrupuna aid olmaqla serq terefden yarimdairevi apsida ile tamamlanir Kilsenin planlasdirma helli erken orta esrler Qafqaz Albaniyasi memarligi ucun xarakterik xususiyyetlere malikdir Bir qeder uzun ibadet zali bir cut pilyastrla iki hisseye bolunur Serq terefden zala altar apsidasi birlesir Pilyastrlar vasitesiyle T formali mekan kesisen arkalarin saxladigi tagvari damla ortulur Apsidanin triumfal arkasi da bu cur hendesi qurulusa malikdir Yan divarlarin pilyastrlar ve apsida arasindaki derin hisseleri de anoloji gorunuse malik ikimertebeli arkalarla tamamlanir Dord arka vasitesiyle formalasdirilmis duzbucaqli sferik paruslarin komeyi ile barabanin oval temeline kecir bu temel uzerinde gunbez yukselir Kilsenin en maraqli xususiyyetlerinden biri ibadet zalinin duzbucaqli hecmine birlesen yarimsilindrik altar apsidasidir Diger bir muhum cehet ise yan divarlarin gunbezalti hissesinde yerlesen ve xac gunbez formali kilselerin transeptini xatirladan divar taglari emele getiren ucbucaqli formaya malik hisselerdir Bu cur psevdotransept neinki Qafqaz Albaniyasi memarligi eyni zamanda Qafqaz olkeleri memarliginda unikal haldir Kilse iri ehengdasi bloklarindan insa edilmisdir Pencere kenarlari uc hisseli yarimdairelerle ehatelenmisdir ki onlarin da ortada olani kenarda olanlardan iki defe enlidir Barabanin yarimslindrik hecmi temelde ve karnizden bir qeder asagiida yarimdairevi profile malikdir Binanin indiki planlasdirma helli altar apsidasi ile birlikde IV V esrlerde formalasmis sonraki dovrde gunbez insa edilmisdir Memarliq merheleleri ve tehlili Kilsenin gumbezalti hissesinin gorunusu ve umumi interyeri 2000 ci illerde Azerbaycan ve Norvec tedqiqatci arxeoloqlari terefinden heyata kecirilmis Kis layihesi esasinda kilse memarliq arxeologiya ve tarixi baximdan tedqiq edilmis restavrasiya ve muzeyifikasiya isleri heyata kecirilmis esas insaat merheleleri mueyyen edilmisdir Bu qazintilar mehdud erazide aparilmasina baxmayaraq Kis mebedinin fealiyyeti dovrunun butun merhelelerini izlemeye imkan vermisdir Arxeoloji tedqiqatlar neticesinde mueyyen edilmisdir ki Kis kilsesi I II esrlerde tunc ve erken demir dovrune aid materiallarla zengin qedim ibadet yerininde insa edilmisdir Kis mebedi sade tekzalli bazilikaden gunbezli memarligadek 5 tikinti merhelesi kecmisdir Mebedin en asagi qatlarinin arxeoloji tedqiqi mubahiselere sebeb olan onun ilkin tikinti tarixinin teyin etmeye imkan yaratmisdir Abide dovrumuze yenilesdirilmis gorkeminde gelib catmisdir Mebedin divarlari hem iceriden hem de col hisseden qismen suvaqlanmisdir B Strufyel de geldiyi qenaetde mehz bu suvaq qatinin radiokarbon analizine esaslanirdi Qapi ve pencerelere gore yenidenqurma islerinin esasen tikilinin yuxari hissesinde aparildigini mueyyenlesdirilmisdir Adi tekzaldan ibaret olan kilse ozunde ilkin ve sonraki tikililerin maraqli detallarini saxlayir Kis mebedi ehengdasindan tikilmisdir Mebedin daxili cut sutunla 2 hisseye bolunur ki serq hissesi qerb hisseden kicikdir Mebedin divarlarinda hec bir yazi yoxdur Kilse divarlarinin cixintisi nalabenzer olub 2 derin desiyi var Mehrab merkezde yerlesib ve duzbucaqli formasindadir Mebedin orta hissesinde deyisiklikler bas verib ki bu da onun butun hecmini orten 2 sutun ve mehrabin cixintisi uzerinde dayanan gunbezin qoyulmasiyla elaqedardir Butun bu deyisikliklere gore hemin dovrde xristian memarliginda konstruksiya probleminin artiq hell olundugunu ve alban xristian mebedi numunesinde dini binalarin tikildiyi fikrini soylenmisdir Kis mebedi qedim bunovre uzerinde tikilib III V esrlerde onun uzerinde kicik tekzalli bazilika tipli kilse tikilib ve VI VII esrlerde hemin kilse memarliq formasini deyisib 1 08 1 12 sm derinlikde mebed binasinin en asagi qatinda qedim bunovre askara cixarilmisdir ki onun da uzerinde Kis kilsesinin erken divarlari ucaldilmisdir Bunovre boyuk olmayan qaya ve cay daslarindan horulmusdur Arxeoloji tedqiqatlar neticesinde uzerinde mebed ucaldilmis bu bunovrenin e e IV esrde salinmasi melum olmusdur Qedim bunovre duzbucaqli planda tikilmis ve divarin qerb hissesinde nezere carpan ovalsekilli forma emele getirmisdir Bunovrenin derinliyi 110 sm dir III tikinti merhelesi VI VIII esrleri ehate edir ki bu zaman da mebedin yuxari hissesinde yenidenqurma isleri aparilmis ve ona cadirli ortuyu olan baraban elave olunmusdur Arxeoloji qazintilar neticesinde mebedin giris qapisinin altinda qedim bunovrenin qaliqlari askar olunmusdur ki onun da uzerinde e I II esrinde Kis mebedi ucaldilmisdir A S Xaxanova Qafqaza seferleri haqqinda melumat vererken provaslav Kis mebedine qriqoryan ermenilerin iddia etdikleri ve mebedin gurcu ermeni memarliginda tez tez rast gelinen gunbezinin oldugunu qeyd etmisdir O yazir ki mebedin mehrabi yarimdaire formasindadir ve gorunur ki ele de uzaq olmayan dovrde ermeni mehrabina oxsadilaraq mebedin qurulusunun qesden deyisdirilmesine cehd edilmisdir B Sturfielin mebedin fealiyyeti dovrunun I merhelesinde diofizit sonuncu 2 inkisaf merhelesinde monofizit teriqetine riayet etdiyi fikrini bele izah edilir ki VI esrin evvellerinde VII esrde cenubi Qafqazda Bizansin siyasi tesirinin guclenmesi ile elaqedar olaraq alban ve gurcu kilseleri diofizit cereyanina qosuldular Bu dovr mebedin III tikinti merhelesine uygun gelir ki bu zamanda mebed diofizit teriqetinin ehkamlarina uygun yeniden qurulmusdur 705 ci ilde Ereb Xilafeti siyasi meqsedlerle oz tabeliyinde olan xristian ehalisinin kilsenin fealiyyetini elaqelendirmeye ve nezaret altinda saxlamaga cehd gostererek ermeni kilsesinin bilavasite yaxindan komeyile alban kilsesini monofizit kilseye cevirdi ve iyerarxik baximdan onu monofizit mezhebli ermeni kilsesine tabe etdi Bu zamanda da mebed monofizit teriqetinin ehkamlarina uygun olaraq yeniden qurulmusdur B Sturfielin teyin etmis oldugu III merhele ise A Xaxanovanin qeyd etdiyi ele uzaq olmayan dovrde edilmis yenidenqurma isleri ile hemdovrdur Bele guman edilir ki bu yenidenqurma isleri 1836 ci ilde Rusiya hakim dairelerinin qerari ile Alban kilsesinin legv olunmasindan sonra Kis mebedinin uygunlasdirilmasi meqsedile edilmisdir Arxeoloq Nesib Muxtarovun verdiyi melumata gore 1864 1930 cu illerde kilse ermeniler terefinden temir olunmus ve neticede onun gorunusu esasli sekilde deyisdirilmisdir Arxeoloji tedqiqatlarKis kilsesi erazisinde tapilmis Qafqaz Albanlarina aid mezar Arxeoloji qazintilar zamani mebedin simal serq divarlarinin yarimqovs cixintisinin altinda torpaq qebir askar olunmusdur Qebrin ortuyu 3 qatdan ibaret olub I qat gil komur kul ve torpaq II qat gil III qat ise eynile I qata oxsar qarisiqdan ibaret idi Gilli torpaqda oval sekilli 90 x 60 sm olcusunde olan torpaq qebir serq qerb istiqametinde idi Qebir mebedin serq divarinin temelinin icerisine daxil olmusdur ki buranin da dosemesi hamarlanmis ve kuncleri basilmisdir kullu dosemenin uzerinde iki kicik okuz basi defn olunmusdur Onlar qirmizi dulus bardagin iri qiriqlari uzerine qoyulmus veziyyetde idiler ve onlarin uzleri serqe istiqametlendirilmisdir Kellelerin uzerinde ve etrafinda muxtelif tipli dulus qablarin qiriqlari buynuz qirigi yumru das heyvanlarin diger sumukleri arasinda ise sumuk ox askar olunmusdur Qebrin dulus avadanligi iri qablarin hisselerinden ibaretdir ki onlar da Kur Araz medeniyyetine aiddirler Memesekilli eltutanlar bardagin yumurtaya benzer govdesi daraqsekilli bezek ve s son eneolit dulusculuguna xas olan cehetlerdir Dulus memulati yerli xarakterlidir 2 okuz basli torpaq qebir sozsuz ki ayin xarakterlidir Azerbaycanda arxeoloji tedqiqatlar aparilmis ve Babadervis abidelerinde de bu cur ayin xarakterli defn adetleri qeyde alinmisdir Torpaq qebir e e IV III minilliyin qovsagina aiddir Mebed tikilerken ustalarin qebrin movcudlugu haqda melumatlari olub Bele hesab edilir ki bu erazi kohne muqeddes yer hesab edilib ki burada da qebiristan ve ya yasayis yeri ola biler Kisde arxeoloji tedqiqatlardan sonra bele qerara gelinmisdir ki Seki bolgesinin Kis kendi erazisinde yerlesen mebed heqiqeten de Muqeddes Yelisey terefinden tikilmis serq kilselerinin anasi ve mitropoliya olmus Kisde hele xristianliqdan da once Qafqaz Albaniyasinda xususile regbet beslenilen Selena ilahesine hesr olunmus mebedin movcud olmus ve burada Gis Kurmuk arxiyekiskoplugu sonra ise Yelisey Cuketi ve Seki yekiskoplarinin merkezi yerlesmisdir Bizim dovrumuze qeder kilseni salamat saxlamis tarixi Azerbaycan torpaginin qedim ve zengin medeniyyeti haqqinda muasir nesillere maddi deliller vermisdir Kisdeki mebed neinki Qafqaz Albaniyasinda Azerbaycanda elece de butun Qafqazda teqriben iki min il bundan evvel xristianligin baslandigini simvollasdiran gorkemli tarixi abidedir IstinadlarF Memmedova Azerbaycanin siyasi tarixi ve tarixi cografiyasi Baki 1994 seh 61 V Yampolskij Z N K izucheniyu letopisi K Albanii AMEA nin xeberleri Baki 1957 9 seh 231 Vilayat Kerimov O periodizacii antichnoj i repnesrednevekovoj arhitektury Kishskogo hrama AMEA Arxeologiya ve Etnoqrafiya Institutunun Qafqazin Arxeologiyasi ve Etnoqrafiyasi beynelxalq elmi konfransinin materiallari Baki 2000 J Bjornar Storfjell The Kish Church 2010 12 16 tarixinde Istifade tarixi 2011 06 04 Wegge Born From Jerusalem to Gis An investigation of the Eliseus tradition in Courcasis Paper Presented at the Conference Caucasus Albanians in the Past and Present B 2003 seh 35 M Th Houtsma E J Brill s first encyclopaedia of Islam 1913 1936 Str 346 2016 04 03 tarixinde Istifade tarixi 2011 07 24 Vilayat Kerimov Bernar Sturfiel Kish B 2003 seh 23 Moisej Kalankatuklu Albaniya tarixi I kitab VI fesil Baki 1993 Krymskij A E Stranicy iz istorii severnogo ili Kavkazskogo Azerbajdzhana Klassicheskaya Albaniya II Sheki vЂ I Marrin xatiresine hesr olunmus mecmue M L 1938 Yampolskij Z N K izucheniyu letopisi K Albanii AMEA nin xeberleri Baki 1957 v 9 Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyi Kis alban mebedi Havari kilsesi 2016 04 05 tarixinde Istifade tarixi 2011 07 24 gt M Kalankatli Albaniya tarixi seh 27 II kitab 17 2022 07 08 at the Wayback Machine Svyatoj Elisej ieromonah Aleksij Nikonorov Istoriya hristianstva v Kavkazskoj Albanii Dissertaciya na soiskanie uchenoj stepeni kandidata bogosloviya 2022 03 27 tarixinde Istifade tarixi 2011 10 05 Kameralnoe opisanie zhitelej goroda Nuhi i Shekinskoj provincii za 1824 god sostavlenono kapitanom Harchennovym i poruchikom Skorzhinskim Dovlet Tarix Arxivi fond 24 1 s v 162 Resid bey Efendiyev Nuxa qezasinda olan asaru etiqeler haqqinda seh 3 Baki 1925 2022 03 27 tarixinde Istifade tarixi 2011 10 05 V Yampolskij Z N K izucheniyu letopisi K Albanii AMEA nin xeberleri Baki 1957 v 9 seh 237 238 Vilayat Kerimov Predvaritelnye arheologicheskie issledovaniya Kishskogo kompleksa V Azerbaycan Arxeologiyasi ve etnoqrafiyasi jurnali I buraxilis B 2003 seh 25 Strabon Qeoqrafie Stranatovsknin tercumesile Kitab XI IV basliq Moskva 1964 seh 477 Yampolskij Z N K izucheniyu letopisi K Albanii AMEA nin xeberleri Baki 1957 v 9 seh 237 238 Krymskij A E Stranicy iz istorii severnogo ili Kavkazskogo Azerbajdzhana Klassicheskaya Albaniya II Sheki I Marrin xatiresine hesr olunmus mecmue M L 1938 seh 371 Trever K V Ocherki po istorii i kulture Kavkazskoj Albanii M L 1959 seh 302 F Memmedova Qafqa Albaniyasinin siyasi tarixi ve tarixi cografiyasi Baki 1993 Baranovskij P D Pamyatniki v seleniyah Kum i Lekit Arhitektura Azerbajdzhana Epoha Nizami M B 1947 seh 29 30 Geyushov R B Hristianstvo v Kavkazskoj Albanii B 1984 seh 20 Usejnov M A Pamyatniki Azerbajdzhanskogo zodchestva Baku 1951 seh 58 Karaxmedova A A Xristianskie pametniki Kavkazskoy Albanii Alazanskae dolina B 1986 seh 20 Vilayat Kerimov Bernar Sturfiel Kish B 2003 seh 132 151 Wegge Born vЂњFrom Jerusalem to Gis An investigation of the Eliseus tradition in CourcasisvЂќ Paper Presented at the Conference Caucasus Albanians in the Past and Present B 2003 seh 25 Vilayat Kerimov O periodizacii antichnoj i repnesrednevekovoj arhitektury Kishskogo hrama AMEA Arxeologiya ve Etnoqrafiya Institutunun Qafqazin Arxeologiyasi ve Etnoqrafiyasi beynelxalq elmi konfransinin materiallari Baki 2000 seh 97 Memmedova 2004 seh 42 Memmedova 2004 seh 44 Vilayat Kerimov Predvaritelnye arheologicheskie issledovaniya Kishskogo kompleksa Azerbaycan Arxeologiyasi ve etnoqrafiyasi jurnali I buraxilis B 2003 seh 108 110 Vilayat Kerimov Bernar Sturfiel Kish B 2003 seh 42 43 Vilayat Kerimov Predvaritelnye arheologicheskie issledovaniya Kishskogo kompleksa V Azerbaycan Arxeologiyasi ve etnoqrafiyasi jurnali I buraxilis B 2003 seh 110 V Hahanova A S Ekspedicii na Kavkaze 1882 1893 i 1895 gg Zakatalskij okrug Materialy po Arheologii Kavkaza sobrannye ekspediciyami Imperatorskogo Moskovskogo arheologicheskogo obshestva snaryazhennymi na Vysochajshie darovannye sredstva Vypusk VII Moskva 1898 seh 30 F Memmedova Azerbaycanin siyasi tarixi ve tarixi cografiyasi B 1993 seh 225 Vilayat Kerimov Bernar Sturfiel Kish B 2003 seh 165 A A Karaxmedova Qruntovoe poqrebenie Kisskoy cherkvi AMEA Arxeologiya ve Etnoqrafiya Institutunun Qafqazin Arxeologiya ve Etnoqrafiyasi Beynelxalq elmi konfransinin materialari B 2000 seh 90 A A Karaxmedova Qruntovoe poqrebenie Kisskoy cherkvi AMEA Arxeologiya ve Etnoqrafiya Institutunun Qafqazin Arxeologiya ve Etnoqrafiyasi Beynelxalq elmi konfransinin materialari B 2000 seh 92 94 Memmedova F Azerbaycanin siyasi tarixi ve tarixi cografiyasi B 1993 seh 226 Vilayat Kerimov Bernar Sturfiel Kish B 2003 seh 182EdebiyyatMamedova Gyulchohra Zodchestvo Kavkazskoj Albanii Baku Chashyoglu 2004 Mamedova F Dzh Politicheskaya istoriya i istoricheskaya geografiya Kavkazskoj Albanii III v do n e VIII v n e Baku ELM 1986 str 97 Piriev V Z Ob istoricheskoj geografii Azerbajdzhana Sb Istoricheskaya geografiya Azerbajdzhana Baku ELM 1987 str 104 110 Moisej Kalankaturskij Istoriya alban Patnakova SMb 1881 str 8 Kerimov V Otchet o rezultatah arkitekturno arhiologicheskih raskopok Kishskogo kompleksa v mae iyune 2001 goda Baku 2001 rukopis Karahmedova A A Hristianskie pamyatniki Kavkazskoj Albanii Baku ELM 1989 Mamedova G Kultovoe zodchestvo Kavkazskoj Albanii Baku ELM 1997 Memmedova G Haciyeva S Abdullayev T Kis Qafqaz Albaniyasinin gorkemli memarliq abidesi Baki XXI YNE 2002 H Ezimov S Ehmedov Qax abideleri Baki 1998 Hemcinin baxVikianbarda Kis kilsesi ile elaqeli mediafayllar var Qafqaz Albaniyasi Qafqaz Albaniyasinin memarligi Alban Hevvari Kilsesi Muqeddes YeliseyXarici kecidlerJ Bjornar Storfjell The Church in Kish