Ləkit məbədi — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir.
Ləkit məbədi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Qax |
Yerləşir | Ləkit |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | IV-VI əsrlər |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
İstinad nöm. | 8 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Məbədin dairəvi divarları xaricdən pilyastrlar vasitəsilə 28 hissəyə bölünür. Ləkit kilsəsində daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Bu pilonlar günbəz və barabanı saxlamaqla yanaşı, həm də tetrakonxun Hər eksedrası üç sütun vasitəsiylə formalaşdırılmış künclərini vurğulayır. Bu sütunlar kvadrat formalı özüllər (interkolumni 120 sm) üzərində durmaqla hər biri bir metr diametrə malik olmuşdur.
Tarixi
İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır. Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir.
Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Belə ki, Moisey Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilirdilər.
Mütəxssislər müəyyən etmişlər ki, Ləkit məbədi kilsəyə çevrilərkən onun əsas memarlıq quruluşuna toxunulmamış (özündə güclü bütpərəstlik elementləri əks etdirməsinə baxmayaraq), yalnız xristian dininin ehkamlarına uyğun olaraq səcdəgah əlavə edilmişdir.
Məbədin tikilmə tarixi haqqında isə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Rus alimi P. D. Baranovski məbədi VII əsrə aid edir. K. M. Məmmədzadə isə Ləkit kilsəsinin Kilsədağ kilsəsindən sonrakı dövrdə, təxminən VI əsrin ortalarında inşa edilməsini qeyd edir.
Memarlıq xüsusiyyətləri
Təsvir
Ləkit dairəvi məbədi Cənubi Qafqazın ən qədim dolama hissəli tetrakonxlarından biridir. Ləkit məbədindən əvvəl Qafqaz Albaniyasında artıq dairəvi məbədlərin inşa ənənəsi var idi. Həmin dövrd inşa edilmiş dairəvi kilsələrdən ikisi – Kilsədağ və Mamrux kilsələri xaraba formasında dövrümüzə çatmışdır. Bunlar 10.40 və 10.70 m daxili diametrə malik məbədlər idi. Lakin, xristianlığın geniş yayılması daha böyük məbədlərin inşasını tələb edirdi. Çoxsaylı dini abidələrlə zənginliyinə görə Qafqaz Albaniyasının şimal-qərb hissəsində xüsusi əhəmiyyətli ərazi olması güman olunan Ləkitdə kilsə inşa edən memarın qarşısında da belə bir tələb qoyulmuşdu.
Ərazinin seysmik aktivliyə malik olması tikilinin günbəzinin diametrinin genişləndirilməsi imkanını məhdudlaşdırmaqla, daxili həcmin genişləndirilməsi imkanlarını daha da çətinləşdirirdi. Buna görə də daxili strukturun xaçvari həlli, məbədin konstruktiv və kompozisiya quruluşuna daha uyğun gəlirdi. Tağvari örtüyün tətbiq edilməsi ilə məbədin mərkəz hissəsində daha əlverişli konstruktiv imkan yaradılmış və bu da lazımi ölçüdə günbəzin inşa edilməsində böyük rol oynamışdır. Bununla yanaşı, xaçvari quruluşun xristianlıq üçün ideya-məna və simvolik əhəmiyyətini də nəzərə almaq lazımdır.
Ləkit dairəvi məbədi Qax rayonunun Ləkit kəndinin cənubunda, fındıq ağacları ilə zəngin yüksəkliyin kənarında yerləşir. Xarabalıqlar, bir zamanlar əzəməti ilə diqqət çəkmiş məbədin plan quruluşunu dəqiq müəyyənləşdirməyə imkan versə də, onun yuxarı mərtəbələrinin quruluşunu haqqında bu və ya digər dərəcədə əsaslandırılmış nəzəriyyələr mövcuddur. Digər dairəvi alban məbədləri kimi, Ləkit kilsəsi də xaricdən dairəvi formaya malik divarlara malikdir. Lakin, sələflərindən fərqli olaraq, onun diametri daha böyük olmaqla 18.8 metrə bərabərdir.
Struktur quruluşu
Məbədin dairəvi divarları xaricdən pilyastrlar vasitəsilə 28 hissəyə bölünür. 1.4 metr enə malik divarlar daxildən bir-birindən 3 metr məsafədə yerləşdirilmiş 20 yarımdairəvi sütun vasitəsiylə dəstəklənir. Kilsənin şərq tərəfində iki kiçik yan otağı yerləşir. Digər dairəvi alban kilsələrində olduğu kimi, Ləkit kilsəsində də yan otaqlar kilsənin əsas binasına kənardan birləşən strukturlar kimi inşa edilmişdir. Kilsədağ və Mamrux kilsələrində kiçik yan otaqlar məbədin əsas binasının formasını təkrarlasalar da, Ləkit kilsəsində onlar daha yetkin forma alaraq, müstəqil apsidaya malik tikililər şəklində inşa edilmişdir. Həmçinin onların binanın ümumi konstruksiyasında oynadıqları rol da dəyişmişdir.
Ləkit kilsəsində daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Ümumilikdə həcmlərin ətrafında qruplaşan bütün kompozisiya mili, Mamrux məbədində olduğu kimi, planda daxilləri kəsilmiş dördkünc formaya malik olan və yarımdairəvi profillərlə tərtib edilən dörd ədəd pilonun köməyi ilə yaradılmışdır. Bu pilonlar günbəz və barabanı saxlamaqla yanaşı, həm də tetrakonxun Hər eksedrası üç sütun vasitəsiylə formalaşdırılmış künclərini vurğulayır. Bu sütunlar kvadrat formalı özüllər (interkolumni 120 sm) üzərində durmaqla hər biri bir metr diametrə malik olmuşdur. Digər Cənubi Qafqaz və Bizans dairəvi tetrakoxlarından fərqli olaraq Ləkit kilsəsində eksedraların cüt olmayan stun sayı da diqqət cəlb edir. Bununla yanaşı orta sütun düz əsas giriş qapısının qarşısında yerləşməklə qapı qədər enə malikdir.D.D.Axundov məbədin bu xüsusiyyətini mərkəzi ibadətgah hissəsinin xaricdən görünməməli olmasına əsaslanan qədim politeist ənənəsi ilə izah edir.G.Məmmədova isə qeyd edir ki, ola bilsin ki, binada cüt olmayan sütun sayı tələb edən konstruktiv tələblər də olmuşdur.
Tetrakonxun dairəvi məbəd kompozisiyasına uyğunlaşdırılması dairəvi məbədlər üçün yeni bir problem – qeyri-ənənəvi genişlik əldə etmiş dolama hissənin dam örtüyünün həll edilməsi – yaratmışdır. Bu problemin həll edilməsi üçün hər pilonun raxasında bir sütun yerləşdirilmişdir. Ekserin sütunları ilə birlikdə onlar səxxizbucaqlı fiqur formalaşdırırdılar ki, bu fiqur üzərində də dolama hissənin çatmatağ tavanı dayanırdı.
- Ləkit dairəvi kilsəsinin dövrümüzə çatmış hissəsi xarici divarları
- Ləkit dairəvi kilsəsinin şərq qapısının daxildən görünüşü
- Ləkit dairəvi kilsəsinin daxili sütunlarından birinin dövrümüzə çatmış hissəsi
- Ləkit dairəvi kilsəsinin yaxşı yonulmuş daşdan hazırlanmış qapı çərçivəsinin qalığı
- Ləkit dairəvi kilsəsinin qərb yan otağının qalıqları
İstinadlar
- Гияси, Д.А. Архитектура Азербайджана. Эпоха Низами. Москва - Баку: Государственное архитектурное издательство Академии архитектуры СССР. 1947. (#accessdate_missing_url)
- Карахмедова, А.А. "О некоторых памятниках митраизма на территории Кавказской Албании". ИАН АзССР, серия истории, философии и права (№ 1). 1975.
- H.Əzimov,Ş.Əhmədov. Qax abidələri. Bakı: Səda. 1998.
- Барановский, П. Памятники в селениях Кум и Лекит. М – Б: ААЭН. 1947. səh. 33.
- Məmmədzadə, K. M. Azərbaycanda inşaat sənəti. Bakı: Elm. 1978. səh. 31.
- Мамедова, 2004. səh. 70
- Мамедова, 2004. səh. 71
- Ахундов, Д.А. Пути развития круглых храмов Азербайджана. Баку: Уч. зап. АИСИ, сер. 10, №1. 1976. səh. 12.
Ədəbiyyat
- Караахмедова, А.А., Христианские памятники Кавказской Албании (Алазаньская долина), ИАН АзССР, серия истории, философии и права, 1975
- Караахмедова, А.А., О некоторых памятниках митраизма на территории Кавказской Албании, 1986
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Lekit mebedi Qax rayonunun Lekit kendinin 1 km uzaqliginda yerlesen qedim alban mebedi Insaat texnikasi baximindan mutexessisler kilsenin insa tarixini IV VI esrlere aid edirler Mebedin teqriben IV esrde Albaniya hokmdari III Momun Vacaqanin hakimiyyeti dovrunde kilseye cevrildiyi guman edilir Lekit mebediMebedin xarabaliqlari41 28 42 sm e 46 50 59 s u Olke AzerbaycanSeher QaxYerlesir LekitAidiyyati Alban Hevari KilsesiTikilme tarixi IV VI esrlerUslubu Qafqaz Albaniyasinin memarligiAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 8KateqoriyaMebedEhemiyyetiDunya ehemiyyetliLekit kilsesiKilsenin plani Vikianbarda elaqeli mediafayllar Mebedin dairevi divarlari xaricden pilyastrlar vasitesile 28 hisseye bolunur Lekit kilsesinde daxili mekanin teskili de xususi diqqet celb edir Bu pilonlar gunbez ve barabani saxlamaqla yanasi hem de tetrakonxun Her eksedrasi uc sutun vasitesiyle formalasdirilmis kunclerini vurgulayir Bu sutunlar kvadrat formali ozuller interkolumni 120 sm uzerinde durmaqla her biri bir metr diametre malik olmusdur TarixiInsaat texnikasi baximindan mutexessisler kilsenin insa tarixini IV VI esrlere aid edirler Lekit mebedi Cenubi Qafqaz tetrakonxlarinin tesekkul tapmasi ucun esas olmusdur Kilse qedim zerdustu mebedi esasinda yaradilmisdir Mebedin elmi cehetden oyrenilmesi ve berpa isleri XX esrin 40 ci illerinde P D Baranovskinin rehberliyi ile aparilmisdir Mebedin etrafi meselikden temizlenmis ve dagilmaqda olan divarlardan biri mohkemlendirilmisdir Mebedin teqriben IV esrde Albaniya hokmdari III Momun Vacaqanin hakimiyyeti dovrunde kilseye cevrildiyi guman edilir Bele ki Moisey Kalankatli mehz bu hokmdarin dovrunde Albaniyada xristianligin genis teblig edilmesi diger dinlerin ise teqib edilmesi haqqinda melumat verir Bele bir dovrde Qafqaz Albaniyasinda bir cox eski dinlere mexsus mebedler xristian elementleri elave edilerek kilselere cevrilirdiler Mutexssisler mueyyen etmisler ki Lekit mebedi kilseye cevrilerken onun esas memarliq qurulusuna toxunulmamis ozunde guclu butperestlik elementleri eks etdirmesine baxmayaraq yalniz xristian dininin ehkamlarina uygun olaraq secdegah elave edilmisdir Mebedin tikilme tarixi haqqinda ise muxtelif tedqiqatcilar ferqli fikirler soylemisler Rus alimi P D Baranovski mebedi VII esre aid edir K M Memmedzade ise Lekit kilsesinin Kilsedag kilsesinden sonraki dovrde texminen VI esrin ortalarinda insa edilmesini qeyd edir Memarliq xususiyyetleriTesvir Kilsenin Qax Tarix Muzeyinde saxlanan maketiKilsenin en kesimi plani Lekit dairevi mebedi Cenubi Qafqazin en qedim dolama hisseli tetrakonxlarindan biridir Lekit mebedinden evvel Qafqaz Albaniyasinda artiq dairevi mebedlerin insa enenesi var idi Hemin dovrd insa edilmis dairevi kilselerden ikisi Kilsedag ve Mamrux kilseleri xaraba formasinda dovrumuze catmisdir Bunlar 10 40 ve 10 70 m daxili diametre malik mebedler idi Lakin xristianligin genis yayilmasi daha boyuk mebedlerin insasini teleb edirdi Coxsayli dini abidelerle zenginliyine gore Qafqaz Albaniyasinin simal qerb hissesinde xususi ehemiyyetli erazi olmasi guman olunan Lekitde kilse insa eden memarin qarsisinda da bele bir teleb qoyulmusdu Erazinin seysmik aktivliye malik olmasi tikilinin gunbezinin diametrinin genislendirilmesi imkanini mehdudlasdirmaqla daxili hecmin genislendirilmesi imkanlarini daha da cetinlesdirirdi Buna gore de daxili strukturun xacvari helli mebedin konstruktiv ve kompozisiya qurulusuna daha uygun gelirdi Tagvari ortuyun tetbiq edilmesi ile mebedin merkez hissesinde daha elverisli konstruktiv imkan yaradilmis ve bu da lazimi olcude gunbezin insa edilmesinde boyuk rol oynamisdir Bununla yanasi xacvari qurulusun xristianliq ucun ideya mena ve simvolik ehemiyyetini de nezere almaq lazimdir Lekit dairevi mebedi Qax rayonunun Lekit kendinin cenubunda findiq agaclari ile zengin yuksekliyin kenarinda yerlesir Xarabaliqlar bir zamanlar ezemeti ile diqqet cekmis mebedin plan qurulusunu deqiq mueyyenlesdirmeye imkan verse de onun yuxari mertebelerinin qurulusunu haqqinda bu ve ya diger derecede esaslandirilmis nezeriyyeler movcuddur Diger dairevi alban mebedleri kimi Lekit kilsesi de xaricden dairevi formaya malik divarlara malikdir Lakin seleflerinden ferqli olaraq onun diametri daha boyuk olmaqla 18 8 metre beraberdir Struktur qurulusu Lekit kilsesinin daxili qaliqlarinin cenub qapisi terefden umumi gorunusu Merkezde kilsenin ust mertebeleri gunbezini saxlayan sutunlarin qaliqlaridir Mebedin dairevi divarlari xaricden pilyastrlar vasitesile 28 hisseye bolunur 1 4 metr ene malik divarlar daxilden bir birinden 3 metr mesafede yerlesdirilmis 20 yarimdairevi sutun vasitesiyle desteklenir Kilsenin serq terefinde iki kicik yan otagi yerlesir Diger dairevi alban kilselerinde oldugu kimi Lekit kilsesinde de yan otaqlar kilsenin esas binasina kenardan birlesen strukturlar kimi insa edilmisdir Kilsedag ve Mamrux kilselerinde kicik yan otaqlar mebedin esas binasinin formasini tekrarlasalar da Lekit kilsesinde onlar daha yetkin forma alaraq musteqil apsidaya malik tikililer seklinde insa edilmisdir Hemcinin onlarin binanin umumi konstruksiyasinda oynadiqlari rol da deyismisdir Lekit kilsesinde daxili mekanin teskili de xususi diqqet celb edir Umumilikde hecmlerin etrafinda qruplasan butun kompozisiya mili Mamrux mebedinde oldugu kimi planda daxilleri kesilmis dordkunc formaya malik olan ve yarimdairevi profillerle tertib edilen dord eded pilonun komeyi ile yaradilmisdir Bu pilonlar gunbez ve barabani saxlamaqla yanasi hem de tetrakonxun Her eksedrasi uc sutun vasitesiyle formalasdirilmis kunclerini vurgulayir Bu sutunlar kvadrat formali ozuller interkolumni 120 sm uzerinde durmaqla her biri bir metr diametre malik olmusdur Diger Cenubi Qafqaz ve Bizans dairevi tetrakoxlarindan ferqli olaraq Lekit kilsesinde eksedralarin cut olmayan stun sayi da diqqet celb edir Bununla yanasi orta sutun duz esas giris qapisinin qarsisinda yerlesmekle qapi qeder ene malikdir D D Axundov mebedin bu xususiyyetini merkezi ibadetgah hissesinin xaricden gorunmemeli olmasina esaslanan qedim politeist enenesi ile izah edir G Memmedova ise qeyd edir ki ola bilsin ki binada cut olmayan sutun sayi teleb eden konstruktiv telebler de olmusdur Tetrakonxun dairevi mebed kompozisiyasina uygunlasdirilmasi dairevi mebedler ucun yeni bir problem qeyri enenevi genislik elde etmis dolama hissenin dam ortuyunun hell edilmesi yaratmisdir Bu problemin hell edilmesi ucun her pilonun raxasinda bir sutun yerlesdirilmisdir Ekserin sutunlari ile birlikde onlar sexxizbucaqli fiqur formalasdirirdilar ki bu fiqur uzerinde de dolama hissenin catmatag tavani dayanirdi Kilsenin xarabaliqlari Lekit dairevi kilsesinin dovrumuze catmis hissesi xarici divarlari Lekit dairevi kilsesinin serq qapisinin daxilden gorunusu Lekit dairevi kilsesinin daxili sutunlarindan birinin dovrumuze catmis hissesi Lekit dairevi kilsesinin yaxsi yonulmus dasdan hazirlanmis qapi cercivesinin qaligi Lekit dairevi kilsesinin qerb yan otaginin qaliqlariIstinadlarGiyasi D A Arhitektura Azerbajdzhana Epoha Nizami Moskva Baku Gosudarstvennoe arhitekturnoe izdatelstvo Akademii arhitektury SSSR 1947 accessdate missing url Karahmedova A A O nekotoryh pamyatnikah mitraizma na territorii Kavkazskoj Albanii IAN AzSSR seriya istorii filosofii i prava 1 1975 H Ezimov S Ehmedov Qax abideleri Baki Seda 1998 Baranovskij P Pamyatniki v seleniyah Kum i Lekit M B AAEN 1947 seh 33 Memmedzade K M Azerbaycanda insaat seneti Baki Elm 1978 seh 31 Mamedova 2004 seh 70 Mamedova 2004 seh 71 Ahundov D A Puti razvitiya kruglyh hramov Azerbajdzhana Baku Uch zap AISI ser 10 1 1976 seh 12 EdebiyyatKaraahmedova A A Hristianskie pamyatniki Kavkazskoj Albanii Alazanskaya dolina IAN AzSSR seriya istorii filosofii i prava 1975 Karaahmedova A A O nekotoryh pamyatnikah mitraizma na territorii Kavkazskoj Albanii 1986 Mamedova Gyulchohra Zodchestvo Kavkazskoj Albanii Baku Chashyoglu 2004 Mamedova Gyulchohra Hristianskoe kultovoe zodchestvo Kavkazskoj Albanii epohi rannego srednevekovya Baku Elm 1985Hemcinin baxAlban Hevari Kilsesi Qafqaz Albaniyasinin memarligi