Mamrux məbədi — Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş qədim alban kilsəsi. Bəzi tədqiqatçıların fikrincə, kilsə Ay və Günəş tanrıları məbədi əsasında inşa edilmişdir.
Mamrux kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Zaqatala |
Yerləşir | Mamrux |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | IV-V əsrlər |
İstinad nöm. | 385 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir. Kilsənin kiçik yan otaqlarla əhatə olunmuş altar hissəsi daha yaxşı saxlanmışdır. Lakin, digər hissələrin divar qalıqları da ən azı yerdən bir metr hündürlüyə qalxır.
Məbədin planlaşdırma strukturu onu, üçyaruslu məkan kompozisiyası ilə təmin edir. Mamrux məbədinin kompozisiya özəlliyini kvadratşəkilli günbəzaltı məkan təşkil edir və bu, onunla Kilsədağ məbədi arasındakı prinsipial fərqi müəyyən edir. Dörd əzəmətli pilon sütunları əvəz etmişdir, onlardan xarici divarlara doğru geniş ölçülü tağlar salınmışdır.
Tarixi
Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir.
Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Belə ki, Moisey Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilirdilər.
Məbədin planlaşdırma struktur və həcm-məkan həllini tədqiq edən mütəxəssislər onun inşa tarixini IV-V əsrlərə aid edilər.
Memarlıq xüsusiyyətləri
Təsvir
Mamrux kilsəsinin memarlıq xüsusiyyətləri Cənubi Qafqaz və Yaxın Şərqin mərkəzi günbəzli tikililəri üçün xarakterik xüsusiyyətlərə malikdir. Ətraf ərazilərdə səpələnmiş daş divarların hörgü qalıqları bir zamanlar bu ərazidə böyük bir dini kompleksin mövcudluğundan xəbər verir. Monastır kompleksindən dövrümüzə məbədin qalıqları, kompleksi əhatə edən qala divarlarının qalıqları, və üç dairəvi plana malik qüllə - kontrfors çatmışdır.
Kilsənin kiçik yan otaqlarla əhatə olunmuş altar hissəsi daha yaxşı saxlanmışdır. Lakin, digər hissələrin divar qalıqları da ən azı yerdən bir metr hündürlüyə qalxaraq, abidənin planının müəyyənləşdirilməsini təmin edir. Cənub, şimal və qərb tərəfdən girişə malik olan əsas dairəvi kilsə binasına şərq tərəfdən altar hissəsi birləşir. Kifayət qədər dərin bemə malik olan altar, Kilsədağ məbədində olduğu kimi iki tərəfdən dairəvi yan otaqlarla əhatələnmişdir.
Məbədin girişləri dərin, hündür portallar şəklində həll edilmişdi. Kilsədağ və Ləkit dairəvi məbədlərindən fərqli olaraq, Mamrux məbədinin memarı fərqli yolla gedərək yan otaqlar və əsas kilsə binasının şərq divarı arasındakı hissəni də divarla hörürək əlavə iki otaq da yaratmışdır. Bu otaqlar funksionallığı ilə yanaşı həm də struktur baxımından da mühüm əhəmiyyətə malik olmaqla konstruktiv təzyiq daşımış, binanın əsas kütləsinə birləşən iki kənar hissəni də vahid həcmdə birləşdirmişdir. G. Məmmədova hesab edir ki, bu, məbədin yerləşdiyi ərazinin yüksək seysmik aktivliyini nəzərə alan memarın tikilini daha davamlı və kompakt etmək cəhdinin göstəricisidir.
Struktur quruluşu
12.8 metr diametrə malik olan əsas kilsə binası dörd pilon vasitəsiylə daxildən iki hissəyə bölünmüşdür: dolama hissə və gümbəzaltı kvadrat hissə. Hər hansı bir dekor işləmələrindən məhrum olunmuş əsasların konfiqurasiyası onların konstruktiv daşıyıcı funksiyalarına ciddi şəkildə uyğun gəlir. Bir-birinə perpendikulyar olan iki kürək pilonları günbəzaltı kvadratları yaradan qövsləri üzərində saxlayırdılar. Dolama hissə tərəfə yönəldilmiş əsasın üçüncü tərəfinin səthi isə, forma üzrə xarici divarların daxili səthinin əyrisini dəqiq şəkildə təkrarlayır. O, digər iki tərəflə müqayisədə kifayət qədər genişdir. Divarların formasının pilonlarda bu cür təkrarlanması dolama hissənin dairəvi formasını daha qabarıq şəkildə nəzərə çatdırır. Sütunların forması, dövrümüzə çatmamış, lakin tikinti qalıqlarına əsasən kərpiclə inşa edilmiş dam örtüyünün formasının da müəyyən edilməsinə imkan verir. Dirəklərin böyük kürək hissələrini xarici divarlarla birləşdirən yarımdairəvi kiçik tağlar ehtimal ki, bütün dolama hissəni səkkiz bölməyə ayırırdı. Onlardan daha hündür olan dörd bölmə günbəzaltı kvadrat və xarici divar arasında yerləşirdi. Beləliklə, dolama hissənin daha əvvəlki eyni mənalı bölmələrinin təbəqələşdirilməsi qeyd olunmuş və mərkəzində günbəzin ucaldığı əsas kvadrat hissədə qarşılıqlı perpendikulyar oxlar üzrə yönələn və səmaya doğru ucalan dörd qanadın seçilməsi baş vermişdir.
Dairəvi plana malik olan yan otaqlar 3.20 metr diametrə malikdir. Hər otaq bayıra açılan iki pəncərəyə və 40 sm enə malik, kiçik giriş otağına açılan qapıya malikdir. 95 sm dərinliyə və 85 sm enə malik nişlər altar və otaqlar arasında divar hörgüsünü yüngülləşdirir.
Günbəzaltı kvadratın dayaqları düz giriş hissələrin qabağında yerləşərək kilsənin mərkəzindən girişləri görünməz edir. Bu, Kilsədağ kilsəsinin kiçik yan otaqlarındandan fərqli olaraq, Mamrux kilsəsində onların ikinci dərəcəli, xidməti xarakter daşıdığını göstərir.
Şirindaşla üzlənmiş altar konxası da dövrümüzə çatmışdır. Kilsənin divarları çaydaşından inşa edilib. Şərq fasadında əhəngdaşından üzlüklərin bir hissəsi qorunub saxlanmışdır. Pilonlar beton qarışığı və çaydaşından inşa edilmişdir. Dağılmış tağların dövrümüzə çatmış qalıqlarından, onların 24x24x5 və 23x23x5 sm ölçülü kərpiclərdən inşa edilməsi müəyyən edilmişdir. Divarlar daxildən suvaqlanmış və rəsmlərlə bəzədilmişdir. Altar apsidası və şimal yan otağı arasındakı divar üzərində rəsmlərin qalıqları saxlanmışdır.
Məbədin planlaşdırma strukturu onu, üçyaruslu məkan kompozisiyası ilə təmin edir. Birinci yarus altar və girişlər, ikinci yarus dolama hissə, üçüncü yarus isə baraban və günbəzdən ibarətdir. Yuxarı yarusların örtüyü dövrümüzə çatmamışdır. G. Məmmədova qeyd edir ki, dolama hissənin tağvari, mərkəzi kvadratın isə günbəz örtüyünə malik olmasını demək üçün əsas vardır. Ehtimal ki, günbəzdən kvadrat təmələ keçid, regionun sinxron abidələri üçün də xarakterik olan konxa trompları vasitəsiylə həyata keçirilmişdir.
Mamrux məbədinin kompozisiya özəlliyini kvadratşəkilli günbəzaltı məkan təşkil edir və bu, onunla Kilsədağ məbədi arasındakı prinsipial fərqi müəyyən edir. Dörd əzəmətli pilon sütunları əvəz etmişdir, onlardan xarici divarlara doğru geniş ölçülü tağlar salınmışdır; tağlar, yükboşaltma qövsləri, pilonlar və xarici divarlar ilə birlikdə binanın sərt məkan sxemini formalaşdırırlar. Əsas ox üzrə yerləşdirilmiş altar qərb qapıları vasitəsilə daxil olan şəxslər tərəfindən aydın şəkildə müşahidə olunurdu. Ancaq, burada konsentrik çevrələrin kompozisiya mərkəzinin və onun funksional mərkəzi hesab edilən məbədin əsas dini altar apsidası arasında müəyyən antaqonizm hissinin yaranması müşayiət olunurdu. Bu ziddiyyət Ləkit məbədindəki altar apsidasının günbəzaltı kvadrata maksimal şəkildə yaxınlaşdırılması və onun açıq tipli şərq konxasında yerləşdirilməsi yolu ilə həll olunmuşdur.
İstinadlar
- Карахмедова, А.А. "О некоторых памятниках митраизма на территории Кавказской Албании". ИАН АзССР, серия истории, философии и права (№ 1). 1975.
- Караахмедова, А.А. Христианские памятники Кавказской Албании (Алазаньская долина). Баку. 1986.
- Ахундов, Д.А. "Пути развития круглых храмов Азербайджана". Уч. зап. АИСИ. сер. 10 (№1). 1976: 10. (#accessdate_missing_url)
- Мамедова, 2004. səh. 69
- Мамедова, Г.Г. Христианское культовое зодчество Кавказской Албании эпохи раннего средневековья. Баку: Элм. 1985. səh. 12.
- Мамедова, 2004. səh. 65
- Мамедова, 2004. səh. 66
- Мамедова, 2004. səh. 67
- Мамедова, 2004. səh. 64
- Мамедова, 2004. səh. 68
Ədəbiyyat
- Караахмедова, А.А., Христианские памятники Кавказской Албании (Алазаньская долина), ИАН АзССР, серия истории, философии и права, 1975
- Караахмедова, А.А., О некоторых памятниках митраизма на территории Кавказской Албании, 1986
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mamrux mebedi Qax rayonunun Gulluk ve Zaqatala rayonunun Mamrux kendleri yaxinliginda Armatay daginin zirvesinde insa olunmus qedim alban kilsesi Bezi tedqiqatcilarin fikrince kilse Ay ve Gunes tanrilari mebedi esasinda insa edilmisdir Mamrux kilsesi41 32 42 sm e 46 46 28 s u Olke AzerbaycanSeher ZaqatalaYerlesir MamruxAidiyyati Alban Hevari KilsesiTikilme tarixi IV V esrlerAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 385KateqoriyaMebedEhemiyyetiOlke ehemiyyetliMamrux kilsesiKilsenin plani Vikianbarda elaqeli mediafayllar Mamruxdaki mebed mutexessisler terefinden kompozisiya baximindan Kilisedagdaki rotonda dord terefi beraber olan bina ile Qax rayonunun Lekit kendindeki tetrakonx arasinda bilavasite vesile kimi qiymetlendirilir Kilsenin kicik yan otaqlarla ehate olunmus altar hissesi daha yaxsi saxlanmisdir Lakin diger hisselerin divar qaliqlari da en azi yerden bir metr hundurluye qalxir Mebedin planlasdirma strukturu onu ucyaruslu mekan kompozisiyasi ile temin edir Mamrux mebedinin kompozisiya ozelliyini kvadratsekilli gunbezalti mekan teskil edir ve bu onunla Kilsedag mebedi arasindaki prinsipial ferqi mueyyen edir Dord ezemetli pilon sutunlari evez etmisdir onlardan xarici divarlara dogru genis olculu taglar salinmisdir TarixiMamruxdaki mebed mutexessisler terefinden kompozisiya baximindan Kilisedagdaki rotonda dord terefi beraber olan bina ile Qax rayonunun Lekit kendindeki tetrakonx arasinda bilavasite vesile kimi qiymetlendirilir Mebedin teqriben IV esrde Albaniya hokmdari III Momun Vacaqanin hakimiyyeti dovrunde kilseye cevrildiyi guman edilir Bele ki Moisey Kalankatli mehz bu hokmdarin dovrunde Albaniyada xristianligin genis teblig edilmesi diger dinlerin ise teqib edilmesi haqqinda melumat verir Bele bir dovrde Qafqaz Albaniyasinda bir cox eski dinlere mexsus mebedler xristian elementleri elave edilerek kilselere cevrilirdiler Mebedin planlasdirma struktur ve hecm mekan hellini tedqiq eden mutexessisler onun insa tarixini IV V esrlere aid ediler Memarliq xususiyyetleriTesvir Mamrux kilsesinin memarliq xususiyyetleri Cenubi Qafqaz ve Yaxin Serqin merkezi gunbezli tikilileri ucun xarakterik xususiyyetlere malikdir Etraf erazilerde sepelenmis das divarlarin horgu qaliqlari bir zamanlar bu erazide boyuk bir dini kompleksin movcudlugundan xeber verir Monastir kompleksinden dovrumuze mebedin qaliqlari kompleksi ehate eden qala divarlarinin qaliqlari ve uc dairevi plana malik qulle kontrfors catmisdir Kilsenin kicik yan otaqlarla ehate olunmus altar hissesi daha yaxsi saxlanmisdir Lakin diger hisselerin divar qaliqlari da en azi yerden bir metr hundurluye qalxaraq abidenin planinin mueyyenlesdirilmesini temin edir Cenub simal ve qerb terefden girise malik olan esas dairevi kilse binasina serq terefden altar hissesi birlesir Kifayet qeder derin beme malik olan altar Kilsedag mebedinde oldugu kimi iki terefden dairevi yan otaqlarla ehatelenmisdir Mebedin girisleri derin hundur portallar seklinde hell edilmisdi Kilsedag ve Lekit dairevi mebedlerinden ferqli olaraq Mamrux mebedinin memari ferqli yolla gederek yan otaqlar ve esas kilse binasinin serq divari arasindaki hisseni de divarla horurek elave iki otaq da yaratmisdir Bu otaqlar funksionalligi ile yanasi hem de struktur baximindan da muhum ehemiyyete malik olmaqla konstruktiv tezyiq dasimis binanin esas kutlesine birlesen iki kenar hisseni de vahid hecmde birlesdirmisdir G Memmedova hesab edir ki bu mebedin yerlesdiyi erazinin yuksek seysmik aktivliyini nezere alan memarin tikilini daha davamli ve kompakt etmek cehdinin gostericisidir Struktur qurulusu Kilsenin Azerbaycan Tarix Muzeyinde saxlanan das maketiKilsenin en kesimi plani 12 8 metr diametre malik olan esas kilse binasi dord pilon vasitesiyle daxilden iki hisseye bolunmusdur dolama hisse ve gumbezalti kvadrat hisse Her hansi bir dekor islemelerinden mehrum olunmus esaslarin konfiqurasiyasi onlarin konstruktiv dasiyici funksiyalarina ciddi sekilde uygun gelir Bir birine perpendikulyar olan iki kurek pilonlari gunbezalti kvadratlari yaradan qovsleri uzerinde saxlayirdilar Dolama hisse terefe yoneldilmis esasin ucuncu terefinin sethi ise forma uzre xarici divarlarin daxili sethinin eyrisini deqiq sekilde tekrarlayir O diger iki terefle muqayisede kifayet qeder genisdir Divarlarin formasinin pilonlarda bu cur tekrarlanmasi dolama hissenin dairevi formasini daha qabariq sekilde nezere catdirir Sutunlarin formasi dovrumuze catmamis lakin tikinti qaliqlarina esasen kerpicle insa edilmis dam ortuyunun formasinin da mueyyen edilmesine imkan verir Direklerin boyuk kurek hisselerini xarici divarlarla birlesdiren yarimdairevi kicik taglar ehtimal ki butun dolama hisseni sekkiz bolmeye ayirirdi Onlardan daha hundur olan dord bolme gunbezalti kvadrat ve xarici divar arasinda yerlesirdi Belelikle dolama hissenin daha evvelki eyni menali bolmelerinin tebeqelesdirilmesi qeyd olunmus ve merkezinde gunbezin ucaldigi esas kvadrat hissede qarsiliqli perpendikulyar oxlar uzre yonelen ve semaya dogru ucalan dord qanadin secilmesi bas vermisdir Dairevi plana malik olan yan otaqlar 3 20 metr diametre malikdir Her otaq bayira acilan iki pencereye ve 40 sm ene malik kicik giris otagina acilan qapiya malikdir 95 sm derinliye ve 85 sm ene malik nisler altar ve otaqlar arasinda divar horgusunu yungullesdirir Gunbezalti kvadratin dayaqlari duz giris hisselerin qabaginda yerleserek kilsenin merkezinden girisleri gorunmez edir Bu Kilsedag kilsesinin kicik yan otaqlarindandan ferqli olaraq Mamrux kilsesinde onlarin ikinci dereceli xidmeti xarakter dasidigini gosterir Sirindasla uzlenmis altar konxasi da dovrumuze catmisdir Kilsenin divarlari caydasindan insa edilib Serq fasadinda ehengdasindan uzluklerin bir hissesi qorunub saxlanmisdir Pilonlar beton qarisigi ve caydasindan insa edilmisdir Dagilmis taglarin dovrumuze catmis qaliqlarindan onlarin 24x24x5 ve 23x23x5 sm olculu kerpiclerden insa edilmesi mueyyen edilmisdir Divarlar daxilden suvaqlanmis ve resmlerle bezedilmisdir Altar apsidasi ve simal yan otagi arasindaki divar uzerinde resmlerin qaliqlari saxlanmisdir Mebedin planlasdirma strukturu onu ucyaruslu mekan kompozisiyasi ile temin edir Birinci yarus altar ve girisler ikinci yarus dolama hisse ucuncu yarus ise baraban ve gunbezden ibaretdir Yuxari yaruslarin ortuyu dovrumuze catmamisdir G Memmedova qeyd edir ki dolama hissenin tagvari merkezi kvadratin ise gunbez ortuyune malik olmasini demek ucun esas vardir Ehtimal ki gunbezden kvadrat temele kecid regionun sinxron abideleri ucun de xarakterik olan konxa tromplari vasitesiyle heyata kecirilmisdir Mamrux mebedinin kompozisiya ozelliyini kvadratsekilli gunbezalti mekan teskil edir ve bu onunla Kilsedag mebedi arasindaki prinsipial ferqi mueyyen edir Dord ezemetli pilon sutunlari evez etmisdir onlardan xarici divarlara dogru genis olculu taglar salinmisdir taglar yukbosaltma qovsleri pilonlar ve xarici divarlar ile birlikde binanin sert mekan sxemini formalasdirirlar Esas ox uzre yerlesdirilmis altar qerb qapilari vasitesile daxil olan sexsler terefinden aydin sekilde musahide olunurdu Ancaq burada konsentrik cevrelerin kompozisiya merkezinin ve onun funksional merkezi hesab edilen mebedin esas dini altar apsidasi arasinda mueyyen antaqonizm hissinin yaranmasi musayiet olunurdu Bu ziddiyyet Lekit mebedindeki altar apsidasinin gunbezalti kvadrata maksimal sekilde yaxinlasdirilmasi ve onun aciq tipli serq konxasinda yerlesdirilmesi yolu ile hell olunmusdur IstinadlarKarahmedova A A O nekotoryh pamyatnikah mitraizma na territorii Kavkazskoj Albanii IAN AzSSR seriya istorii filosofii i prava 1 1975 Karaahmedova A A Hristianskie pamyatniki Kavkazskoj Albanii Alazanskaya dolina Baku 1986 Ahundov D A Puti razvitiya kruglyh hramov Azerbajdzhana Uch zap AISI ser 10 1 1976 10 accessdate missing url Mamedova 2004 seh 69 Mamedova G G Hristianskoe kultovoe zodchestvo Kavkazskoj Albanii epohi rannego srednevekovya Baku Elm 1985 seh 12 Mamedova 2004 seh 65 Mamedova 2004 seh 66 Mamedova 2004 seh 67 Mamedova 2004 seh 64 Mamedova 2004 seh 68EdebiyyatKaraahmedova A A Hristianskie pamyatniki Kavkazskoj Albanii Alazanskaya dolina IAN AzSSR seriya istorii filosofii i prava 1975 Karaahmedova A A O nekotoryh pamyatnikah mitraizma na territorii Kavkazskoj Albanii 1986 Mamedova Gyulchohra Zodchestvo Kavkazskoj Albanii Baku Chashyoglu 2004 Mamedova Gyulchohra Hristianskoe kultovoe zodchestvo Kavkazskoj Albanii epohi rannego srednevekovya Baku Elm 1985Hemcinin baxAlban Hevari Kilsesi Qafqaz Albaniyasinin memarligi