Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir.
Zabrat | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponim
Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat.
Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar. Əvvəllər kəndin adı Sabirat-yəni sabirlərin yaşadığı yer adlanmışdı. Sonrakı əsrlərdə ad tədricən dəyişməyə başlamışdı. Yəni əvvəlcə S hərfi Z ilə əvəz olunaraq Zabirat kimi tələffüz edilməyə başlamış, sonralar isə Zabrat formasına düşmüşdür. Zabrat kəndi VII əsrlərdə yaranmışdır. Onlar Xəzər dənizinin şimal sahillərində yaşayan tayfalar idi. Sabirlər haqqında ilk dəfə yunan alimi Ptolomey (II əsr) məlumat vermişdir. Sabirlərin Sibirdə, İrtış çayı yaxınlığında yaşamaları ehtimal olunur. Mənbələrdə hunlardan sayılan bu tayfanın VI əsrdən Dərbənd keçidindən keçərək Qafqaz Albaniyası ərazisində məskunlaşması qeyd olunur. Müxtəlif tarixi hadisələrlə əlaqədar olaraq tayfalar bir yerdən başqa yerə köçmüşlər. Sabir tayfasının bir hissəsi Xəzər dənizi sahillərində məskunlaşaraq Zabrat yaşayış məntəqəsinin əsasını qoymuşdur.
Mikro toponim
XIX əsrin sonu-XX əsrin əvvəllərində məşhur azərbaycanlı neftxuda Murtuza Müxtarova məxsus neft mədəni və zavod ərazisində yaranmış fəhlə qəsəbəsi. 1936-cı ildə burada eyni adlı dəmir yol stansiyası açılmışdır. XX əsrin 50-60-cı illərində Zabrat kəndi ərazisində yaradılmış sovxoz-yaşayış məskəni, üzüm-meyvə bağıarı, qara-çınqıl taxıl sahələri, çöl bağları və s.mövcuddur. Ləəş bağları- Dəniz kənarında Nardaranla Kürdəxanı arasında çox böyük bağlıq ərazi. Təxminən 900 hektara qədər ərazini əhatə Ləəş bağlarının 2/3 hissəsi Zabrat əhalisinə, qalan hissəsi Maştağa, Balaxanı, Hökməli camaatına məxsusdur. Ləəş bağlarının özünəməxsus iqlimi, flora və faunası, şəfaverici xüsusiyyətə malik qumu vardır. Bu bağlarda yetişən əncir və üzümünün müxtəlif növləri Azərbaycanda məşhurdur.
Coğrafiyası və iqlimi
Zabrat - Maştağa, Ramana, Sabuncu, Balaxanı, Məhəmmədi, Kürdəxanı qəsəbələrinin əhatəsindədir. Zabrat qəsəbəsi Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. 1806-1918-ci illərdə Zabrat kəndi Bakı quberniyası (1958-ci ilə qədər Şamaxı quberniyası) Bakı qəzası, Maştağa sahəsi adlanan inzibati bölgüyə aid edilirdi. Hazırda Zabrat qəsəbəsinə köhnə Zabrat kəndi, I Zabrat, Kaspiysk (Qəspişkə) Muxtarov və İstixana adlanan yaşayış yerləri aiddir. Zabrat torpaqları dəniz kənarı-Ləəş bağlarından başlamışdır, yəni kəndin birbaşa dənizə çıxışı olmuşdur.
İqlim şəraitinin formalaşmasına relyef və səth örtüyü ilə yanaşı Xəzər dənizi və Hava kütlələri də təsir edir. Region günəşli saatların və günlərin miqdarına görə fərqlənir. Regionda yağıntının paylanması Bakının cənub -qərbində 130–150 mm, şəhərdə və yarımadanın cənubunda 200 mm, şimala doğru artaraq 300 mm, Xızı dağlarında isə 300–500 mm-dək düşür. Yağıntının daha çox düşdüyü aylar ilin soyuq mövsümündə xüsusilə noyabr, oktyabr aylarında olur.
Tarixi abidələr
- XIX əsr Hacı Tağı Məscidi.-Məscid Bakının Zabrat kəndində yerləşib. XIX əsrdə inşa edilib. İç sahəsi 12x15,5 metrdir. Zabrat kənd məscidi yonulmuş mişar daşından tikilib. Həyətyanı sahəsi daş plitələrlə döşənib. Divarların qalınlığı 1 metrdir. Məscidin döşəməsi də daş plitədəndir. Əsas ibadət zalında baş pəncərə qoyulub. Mehrab yonulmuş daşlarla işlənib və mərkəz hissədə yerləşib. Minbər səkkizpilləlidir və taxtadan düzəldilib. Məscidin qadınlar şöbəsi kişilər şöbəsindən taxta hasarla ayrılıb. Tavan dörd sütun üzərində dayanıb. Sütunlar on iki tağla bir-birinə birləşib. Döşəmədən tavanadək hündürlüyü 7 metr, döşəmədən günbəzədək isə 11 metrdir. Günbəzin diametri 4,5 metrdir və onda səkkiz pəncərə qoyulub. Məscidin bir neçə yerində kitabə həkk olunub. Kitabələrin biri məscidin tarixi haqqında məlumat verir. Bu məscid yerli kənd sakini Hacı Tağı tərəfindən tikilib. Sovetlər dövründə bura anbar, fabrik, əmanət kassası və başqa məqsədlərlə istifadə olunub. 1990-cı illərdə onun fəaliyyəti bərpa olunub, habelə təmir edilərək abad vəziyyətə salınıb.
- Balaca Məscid.-Zabratın yaşı ilə bir olan Balaca məscid. Yerlilərin buna Balaca məscid adı qoymağının səbəbi var. Belə ki, Zabratda iki məscid var, sakinlər də onları bir-birindən asan seçib ayırmaq üçün belə bölgü aparıblar. Bu məscidin isə altı əsrdən çox yaşının olduğu bildirilir.Kəndin nüfuzlu ağsaqqallarından olan Hacı Kənan deyir ki, məsciddə son dəfə aparılan təmir işlərinin tarixi dörd əsr bundan əvvələ gedib çıxır. Həsənov Rüfət məscidin divarları üzərində artıq pozulmaq üzrə olan ərəb hərifləri ilə yazılmış yazıları göstərərək bunları deyir: Kənd ağsaqqalları da hesab edirlər ki, bu məscid Zabratın yaşı ilə birdir. Məscid dörd əsr bundan qabaq təmir olunub. Bunun üzərində yazılan yazılar da deyilənləri təsdiq edir. Qədimlərdə burada güclü zəlzələ olub. Zəlzələ nəticəsində bütün Zabratda hər yer dağılıb, həyat dayanıb. Bircə buradakı bu məscid və pir dağılmayıb. Buna da səbəb odur ki, məscid və onun yaxınlığındakı pir qayanın üstündə tikilib. Həmçinin onların altında yeraltı yollar var imiş. Buna görə də bu məscid və pir dağılmayıb. Düzdür, indi məscid fəaliyyət göstərir və insanlar bura ibadət etməyə gəlirlər. Ancaq həmin pirin yerində indi evlər tikilib, onun izləri də tamamilə itib. Buna görə də o müqəddəs məkan tarixin səhifələrindən silinib.
- Böyük Vətən Müharibəsində həlak olanlara xatirə abidəsi
- Qarabağ şəhidlərinin xatirə kompleksi
Əhali
AzStat-ın 1 yanvar 2017-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə 27.912 nəfər əhali yaşayır. Zabrat əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. 1735-ci ildə Nadir şah Zabrat və bir neçə kəndi Aşur xan Əfşara bağışlayır, o da əfşar tayfasından xeyli nəsilləri bura köçürür, Mehdixanlılar, Şoduqlular, Növbətlilər, Kəblə Rəşidilər, Xalxali nəsilləri bu tayfadan olmuşlar. Kəndin əhali sayı 1842-ci ildə 151 nəfər idi və Bakı kəndləri arasında əhali sayına görə axrıncı yerlərdə olsa da, sonrakı illərdə əhali sayı daha sürətlə artmış, 1886-cı ildə 779, 1904-ci ildə 942, 1913-cü ildə 4461 nəfər idi. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndlərdən biri olub, əhali sayına görə 7-ci yerdə idi. XIX əsrin sonunda kənddə neft hasilatı ilə bağlı fəhlə qəsəbələri Kaspiysk, Muxtarov, Həmşəhərlilər məhəlləsi və XX əsrin əvvəli alman muhacirlərinin saldığı Varovski məskənləri yaranmışdı (1941-ci ildə almanlar Qazaxstana sürgün edilir). 1926-cı ildə əhali sayı 7405 və 1939-cu ildə 2225 nəfər olmuşdur. 1920-ci illərdə əhalinin sürətli artımı, 1930-cu illərdə azalması prosesi baş vermişdir. 1936-cı ildə Zabrat kəndinə qəsəbə statusu verildi. Əhali sayı 1959-cu ildə 18,3 min, 1970-ci ildə 16,5 min, 1989-cu ildə 15,6 min, 1999-cu ildə 20,8 min, 2009-cu ildə min və 2017-ci ildə 29,1 min nəfər olmuşdur.
Əhalinin məşğuliyyəti
Zabrat əhalisinin məşğuliyyəti əkinçilik, maldarlıq, qismən sənətkarlıq və ticarət olmuşdur. Zabratda taxılçılıqla yanaşı, xırçılıq, bostançılıq, bağçılıq, daha məhsuldar bitki növlərinin və sortların yaradılmasında böyük təcrübəyə malik olmuşıar.Zabrat özünün üzüm növləri və zəfəranı ilə seçilən kəndlərdəndir.Zəfəran sahəsi 250 hertar olmuşdur. Zabratda əhalinin məşğuliyyətləri içərisində dəvəçiliyin özünəməxsus rolu vardı. Azərbaycan etnoqrafiyası kitabının dəvəçilik bölməsində Zabratda dəvə saxlanılması və Dəvədamlarının və ya Dəvəliyin yəni xüsusi tövlələrin tikilməsi haqqında izahlı məlumat verilmişdi. Zabratda əhali vaxtilə toxuculuq, xalçaçılıq, zərgərlik, dəmirçilik, silahsızlıq, pinəçilik, nalbəndlik,xarratlıq, qalayçılıq, tuluzçuluq, daşyonma, boyaqçılıq və s. sənətkarlıq növləri mövcud olmuşdur.
Sənaye müəssisələri
- Zabrat Neftqazmaş ASC zavodu- 1930-cu ildə neft-mədən avadanlıqları və alətlərinin istehsalı və təmirindən ibarətdir.
- Zabrat maşınqayırma zavodu-Zabrat maşınqayırma zavodu 1921-ci ildən fəaliyyət göstərir. Ərazisi 4.6 ha olub, 118 nəfər işçi heyəti vardır. Zavod buruq qüllələrin istehsalı üzrə ixtisaslaşmışdır. Hal-hazırda özüllər, metal konstruksiyaların istehsalı ilə fəaliyyət göstərir. Zavod APİ və İSO beynəlxalq sertifikatlara malikdir. Zavod qüllə özüllərini Rusiyaya ixrac edir.
- Zabrat neft maşınqayırma zavodu- Bakı neft maşınqayırma zavodu TASC 2010-cu ildə Səttərxan adına maşınqayırma zavodu TASC və Bakı neft mədən maşınqayırma zavodu TASC-in birləşməsi nəticəsində yaranmışdır. Zavod quyuların qazılması və əsaslı təmiri üçün neft mədən avadanlıqların istehsalı sahəsi üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullar fontan armaturları, qazma rotorları, siyirtmələri göstərmək olar. Zavodun ərazisi 19.6 ha-dır. Zavodda 314 nəfər işçi çalışır. Ukrayna və Rusiyaya fontan armaturları və kəmər başlıqları ixrac edir.
Tanınmış şəxslər
- Məşədixanım Nemətova — AMEA-nın müxbir üzvü.
- Nihan Əliyev — riyaziyyat üzrə elmlər doktoru, professor.
- Xavər Vəliyev — polkovnik.
- — tarixçi.
- — tarixçi.
- — görkəmli neftçi.
2 dəfə Lenin ordeni ilə təltif olunmuş onun övladları:
- — əməkdar dəmiryolçu, BAKI METROPOLİTENİ-nin baş mühəndisi
- — geologiya,minerologiya elmlər doktoru.
- Nəriman Əliyev — texnika elmləri doktoru, professor, Rusiya federasiyasının 3 qat laureatı, aparıcı elmi işçi, beynəxalq "EKO-ENERGETİKA" akademiyasının fəxri doktor-professoru.
- — şərqşünas.
- Ağayar Axundzadə — cüdo üzrə baş məşqçi.
- — rəssam.
- — aktyor.
Səhiyyə müəssisələri
21 №-li Şəhər Poliklinikası, 22 №-li Uşaq Ruhi-əsəb Sanatoriyası, 37 №-li Kardiorevmatoloji Uşaq Sanatoriyası, Zabrat Müalicə Diaqnostika Mərkəzi.
Mədəniyyəti
Əvəz Paşayev adına Mədəniyyət Evi, 32 nömrəli musiqi məktəbi,Sabunçu rayon MKS-nin 4 və 12 saylı kitabxana filialları fəaliyyət göstərir.
Təhsil ocaqları
- Tam orta məktəblər: 71, 75, 81, 192, 307
- İlk-peşə təhsil müəssisələri: 15 saylı Bakı Peşə Liseyi.
- Məktəbəqədər müəssisələri: 260, 282 saylı körpələr evi-uşaq bağçası, 197 saylı uşaq bağçası.
Həmçinin bax
Xarici keçidlər
- İlham Əliyev Zabrat qəsəbəsində əlillər üçün sosial reabilitasiya mərkəzlərinin və sığınacaqların açılışında iştirak edib
- Sabunçu rayonu Zabrat qəsəbəsinin sakinləri ilə görüş zamanı İlham Əliyevin nitqi
- Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbə sakinləri ilə görüşü keçirildi
Ədəbiyyat
- Azərbaycan Etnoqrafik məcmuəsi 4 cilddə. Bakı 1964-1980
- Səlimov Şağani İzahlı etnoqrafiya lüğəti Bakı-1996
- Abramov M.A. Abşeron təsərrüfatının coğrafiyası Bakı-1975
İstinadlar
- Гейбуллаев Г.А. Топонимия Азербайджана. (историко-этнографическое исследование) Баку Элм, 1986. 192 с.
- M.Nermətova. Əsrlərin daş yaddaşı B.1987, ГейбуллаевГ.А. К этногенезу Азербайджанцев Б 1991
- Etibar Bədəlov Abşeron iqtisadi-coğrafi rayonunda sosial-demoqrafik problemlər və məskunlaşma məsələləri. "Avropa" məşriyyatı-2016
- Bakı Şəhər Statistika İdarəsi 2015-02-07 at the Wayback Machine: Statistikanın bölmələri: Demoqrafik göstəricilər: Bakı şəhərinin rayonları və qəsəbələri üzrə əhalinin sayı 2016-09-29 at the Wayback Machine
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 2014-07-02 at the Wayback Machine: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı 2014-07-02 at the Wayback Machine (min nəfər)
- А.С.Сумбатзаде.Сельское хозяйство Азербайджана в xıx веке.с.220
- Asif Hüseynli Zabrat və zabratlılar Nurlan 2007
- "Professor Nihan Əliyev, Şəxsi səhifəsi". 5 July 2022 tarixində . İstifadə tarixi: 20 June 2019.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zabrat Bakinin Sabuncu rayonunda qesebe Abseron yarimadasinin merkezinde deniz seviyyesinden 20 30 m hundurlukde yerlesir Zabrat40 28 44 sm e 49 56 52 s u Olke AzerbaycanTarixi ve cografiyasiSaat qursagi UTC 04 00Zabrat Vikianbarda elaqeli mediafayllarToponimZabrat toponiminin menasinin arasdirmasinda AMEA nin Cografiya Institutunun toponimika uzre mutexessisi c u f d Abasova Mahire xanimin tedqiqine gore yasli sakinlerden topladigi melumata gore bu kend qedim Zer kendinin batdigi yerde zelzele neticesinde salinmisdir Zer kendi 5 esr bundan evvel tebii felaket neticesinde dagilmisdir Hemin kendin yerinde hazirda II Zabrat en qedim kend ve I Zabrat 110 120 il bundan evvel salinmisdir kendleri yerlesir Zabrat toponimini Iran dillerinde Zab qaynaq cesme bulaq at cixarilan yer bol coxlu yeni neft bulagi menasinda olmasini qeyd edir Zabrat toponiminin basqa bir izahi da var Zer kendi Zerkend Zerbat Zabrat Zabrat toponiminin diger elmi izahini ise merhum akademik Mesedi xanim Nemete gore turk tayfalarindan olan sabirlerin adi ile bagli olmasidir Sabir turklerinin bir qolu Zabrat kendinin esasini qoymuslar Evveller kendin adi Sabirat yeni sabirlerin yasadigi yer adlanmisdi Sonraki esrlerde ad tedricen deyismeye baslamisdi Yeni evvelce S herfi Z ile evez olunaraq Zabirat kimi teleffuz edilmeye baslamis sonralar ise Zabrat formasina dusmusdur Zabrat kendi VII esrlerde yaranmisdir Onlar Xezer denizinin simal sahillerinde yasayan tayfalar idi Sabirler haqqinda ilk defe yunan alimi Ptolomey II esr melumat vermisdir Sabirlerin Sibirde Irtis cayi yaxinliginda yasamalari ehtimal olunur Menbelerde hunlardan sayilan bu tayfanin VI esrden Derbend kecidinden kecerek Qafqaz Albaniyasi erazisinde meskunlasmasi qeyd olunur Muxtelif tarixi hadiselerle elaqedar olaraq tayfalar bir yerden basqa yere kocmusler Sabir tayfasinin bir hissesi Xezer denizi sahillerinde meskunlasaraq Zabrat yasayis menteqesinin esasini qoymusdur Mikro toponimXIX esrin sonu XX esrin evvellerinde meshur azerbaycanli neftxuda Murtuza Muxtarova mexsus neft medeni ve zavod erazisinde yaranmis fehle qesebesi 1936 ci ilde burada eyni adli demir yol stansiyasi acilmisdir XX esrin 50 60 ci illerinde Zabrat kendi erazisinde yaradilmis sovxoz yasayis meskeni uzum meyve bagiari qara cinqil taxil saheleri col baglari ve s movcuddur Lees baglari Deniz kenarinda Nardaranla Kurdexani arasinda cox boyuk bagliq erazi Texminen 900 hektara qeder erazini ehate Lees baglarinin 2 3 hissesi Zabrat ehalisine qalan hissesi Mastaga Balaxani Hokmeli camaatina mexsusdur Lees baglarinin ozunemexsus iqlimi flora ve faunasi sefaverici xususiyyete malik qumu vardir Bu baglarda yetisen encir ve uzumunun muxtelif novleri Azerbaycanda meshurdur Cografiyasi ve iqlimiZabrat Mastaga Ramana Sabuncu Balaxani Mehemmedi Kurdexani qesebelerinin ehatesindedir Zabrat qesebesi Baki seheri Sabuncu rayonu erazisine daxildir 1806 1918 ci illerde Zabrat kendi Baki quberniyasi 1958 ci ile qeder Samaxi quberniyasi Baki qezasi Mastaga sahesi adlanan inzibati bolguye aid edilirdi Hazirda Zabrat qesebesine kohne Zabrat kendi I Zabrat Kaspiysk Qespiske Muxtarov ve Istixana adlanan yasayis yerleri aiddir Zabrat torpaqlari deniz kenari Lees baglarindan baslamisdir yeni kendin birbasa denize cixisi olmusdur Iqlim seraitinin formalasmasina relyef ve seth ortuyu ile yanasi Xezer denizi ve Hava kutleleri de tesir edir Region gunesli saatlarin ve gunlerin miqdarina gore ferqlenir Regionda yagintinin paylanmasi Bakinin cenub qerbinde 130 150 mm seherde ve yarimadanin cenubunda 200 mm simala dogru artaraq 300 mm Xizi daglarinda ise 300 500 mm dek dusur Yagintinin daha cox dusduyu aylar ilin soyuq movsumunde xususile noyabr oktyabr aylarinda olur Tarixi abidelerXIX esr Haci Tagi Mescidi Mescid Bakinin Zabrat kendinde yerlesib XIX esrde insa edilib Ic sahesi 12x15 5 metrdir Zabrat kend mescidi yonulmus misar dasindan tikilib Heyetyani sahesi das plitelerle dosenib Divarlarin qalinligi 1 metrdir Mescidin dosemesi de das plitedendir Esas ibadet zalinda bas pencere qoyulub Mehrab yonulmus daslarla islenib ve merkez hissede yerlesib Minber sekkizpillelidir ve taxtadan duzeldilib Mescidin qadinlar sobesi kisiler sobesinden taxta hasarla ayrilib Tavan dord sutun uzerinde dayanib Sutunlar on iki tagla bir birine birlesib Dosemeden tavanadek hundurluyu 7 metr dosemeden gunbezedek ise 11 metrdir Gunbezin diametri 4 5 metrdir ve onda sekkiz pencere qoyulub Mescidin bir nece yerinde kitabe hekk olunub Kitabelerin biri mescidin tarixi haqqinda melumat verir Bu mescid yerli kend sakini Haci Tagi terefinden tikilib Sovetler dovrunde bura anbar fabrik emanet kassasi ve basqa meqsedlerle istifade olunub 1990 ci illerde onun fealiyyeti berpa olunub habele temir edilerek abad veziyyete salinib Balaca Mescid Zabratin yasi ile bir olan Balaca mescid Yerlilerin buna Balaca mescid adi qoymaginin sebebi var Bele ki Zabratda iki mescid var sakinler de onlari bir birinden asan secib ayirmaq ucun bele bolgu apariblar Bu mescidin ise alti esrden cox yasinin oldugu bildirilir Kendin nufuzlu agsaqqallarindan olan Haci Kenan deyir ki mescidde son defe aparilan temir islerinin tarixi dord esr bundan evvele gedib cixir Hesenov Rufet mescidin divarlari uzerinde artiq pozulmaq uzre olan ereb herifleri ile yazilmis yazilari gostererek bunlari deyir Kend agsaqqallari da hesab edirler ki bu mescid Zabratin yasi ile birdir Mescid dord esr bundan qabaq temir olunub Bunun uzerinde yazilan yazilar da deyilenleri tesdiq edir Qedimlerde burada guclu zelzele olub Zelzele neticesinde butun Zabratda her yer dagilib heyat dayanib Birce buradaki bu mescid ve pir dagilmayib Buna da sebeb odur ki mescid ve onun yaxinligindaki pir qayanin ustunde tikilib Hemcinin onlarin altinda yeralti yollar var imis Buna gore de bu mescid ve pir dagilmayib Duzdur indi mescid fealiyyet gosterir ve insanlar bura ibadet etmeye gelirler Ancaq hemin pirin yerinde indi evler tikilib onun izleri de tamamile itib Buna gore de o muqeddes mekan tarixin sehifelerinden silinib Boyuk Veten Muharibesinde helak olanlara xatire abidesi Qarabag sehidlerinin xatire kompleksiEhaliAzStat in 1 yanvar 2017 cu il tarixine olan resmi melumata esasen qesebede 27 912 nefer ehali yasayir Zabrat ehalisinin sayi haqqinda ilk melumatlar XIX esrin evvellerine aid olsa da tarixi dovrun tehlillerine gore orta esrlerde ve hetta XVIII esrde de bu kendin ehalisi defelerle cox olmusdur 1735 ci ilde Nadir sah Zabrat ve bir nece kendi Asur xan Efsara bagislayir o da efsar tayfasindan xeyli nesilleri bura kocurur Mehdixanlilar Soduqlular Novbetliler Keble Residiler Xalxali nesilleri bu tayfadan olmuslar Kendin ehali sayi 1842 ci ilde 151 nefer idi ve Baki kendleri arasinda ehali sayina gore axrinci yerlerde olsa da sonraki illerde ehali sayi daha suretle artmis 1886 ci ilde 779 1904 ci ilde 942 1913 cu ilde 4461 nefer idi 1913 cu ilde Baki kendleri arasinda meden zavod rayonu erazisine aid olan kendlerden biri olub ehali sayina gore 7 ci yerde idi XIX esrin sonunda kendde neft hasilati ile bagli fehle qesebeleri Kaspiysk Muxtarov Hemseherliler mehellesi ve XX esrin evveli alman muhacirlerinin saldigi Varovski meskenleri yaranmisdi 1941 ci ilde almanlar Qazaxstana surgun edilir 1926 ci ilde ehali sayi 7405 ve 1939 cu ilde 2225 nefer olmusdur 1920 ci illerde ehalinin suretli artimi 1930 cu illerde azalmasi prosesi bas vermisdir 1936 ci ilde Zabrat kendine qesebe statusu verildi Ehali sayi 1959 cu ilde 18 3 min 1970 ci ilde 16 5 min 1989 cu ilde 15 6 min 1999 cu ilde 20 8 min 2009 cu ilde min ve 2017 ci ilde 29 1 min nefer olmusdur Ehalinin mesguliyyetiZabratda Demirciler mehellesi Zabrat ehalisinin mesguliyyeti ekincilik maldarliq qismen senetkarliq ve ticaret olmusdur Zabratda taxilciliqla yanasi xirciliq bostanciliq bagciliq daha mehsuldar bitki novlerinin ve sortlarin yaradilmasinda boyuk tecrubeye malik olmusiar Zabrat ozunun uzum novleri ve zeferani ile secilen kendlerdendir Zeferan sahesi 250 hertar olmusdur Zabratda ehalinin mesguliyyetleri icerisinde deveciliyin ozunemexsus rolu vardi Azerbaycan etnoqrafiyasi kitabinin devecilik bolmesinde Zabratda deve saxlanilmasi ve Devedamlarinin ve ya Develiyin yeni xususi tovlelerin tikilmesi haqqinda izahli melumat verilmisdi Zabratda ehali vaxtile toxuculuq xalcaciliq zergerlik demircilik silahsizliq pinecilik nalbendlik xarratliq qalayciliq tuluzculuq dasyonma boyaqciliq ve s senetkarliq novleri movcud olmusdur Senaye muessiseleriZabrat Neftqazmas ASC zavodu 1930 cu ilde neft meden avadanliqlari ve aletlerinin istehsali ve temirinden ibaretdir Zabrat masinqayirma zavodu Zabrat masinqayirma zavodu 1921 ci ilden fealiyyet gosterir Erazisi 4 6 ha olub 118 nefer isci heyeti vardir Zavod buruq qullelerin istehsali uzre ixtisaslasmisdir Hal hazirda ozuller metal konstruksiyalarin istehsali ile fealiyyet gosterir Zavod API ve ISO beynelxalq sertifikatlara malikdir Zavod qulle ozullerini Rusiyaya ixrac edir Zabrat neft masinqayirma zavodu Baki neft masinqayirma zavodu TASC 2010 cu ilde Setterxan adina masinqayirma zavodu TASC ve Baki neft meden masinqayirma zavodu TASC in birlesmesi neticesinde yaranmisdir Zavod quyularin qazilmasi ve esasli temiri ucun neft meden avadanliqlarin istehsali sahesi uzre ixtisaslasmisdir Istehsal etdiyi mehsullar fontan armaturlari qazma rotorlari siyirtmeleri gostermek olar Zavodun erazisi 19 6 ha dir Zavodda 314 nefer isci calisir Ukrayna ve Rusiyaya fontan armaturlari ve kemer basliqlari ixrac edir Taninmis sexslerMesedixanim Nemetova AMEA nin muxbir uzvu Nihan Eliyev riyaziyyat uzre elmler doktoru professor Xaver Veliyev polkovnik tarixci tarixci Asif Huseynli gorkemli neftci 2 defe Lenin ordeni ile teltif olunmus onun ovladlari emekdar demiryolcu BAKI METROPOLITENI nin bas muhendisi geologiya minerologiya elmler doktoru Neriman Eliyev texnika elmleri doktoru professor Rusiya federasiyasinin 3 qat laureati aparici elmi isci beynexalq EKO ENERGETIKA akademiyasinin fexri doktor professoru serqsunas Agayar Axundzade cudo uzre bas mesqci ressam aktyor Sehiyye muessiseleri21 li Seher Poliklinikasi 22 li Usaq Ruhi eseb Sanatoriyasi 37 li Kardiorevmatoloji Usaq Sanatoriyasi Zabrat Mualice Diaqnostika Merkezi Zabrat poliklinikasiMedeniyyetiEvez Pasayev adina Medeniyyet Evi 32 nomreli musiqi mektebi Sabuncu rayon MKS nin 4 ve 12 sayli kitabxana filiallari fealiyyet gosterir Tehsil ocaqlariZabrat mektebiTam orta mektebler 71 75 81 192 307 Ilk pese tehsil muessiseleri 15 sayli Baki Pese Liseyi Mektebeqeder muessiseleri 260 282 sayli korpeler evi usaq bagcasi 197 sayli usaq bagcasi Hemcinin baxBaki kendleri Abseron yarimadasiXarici kecidlerIlham Eliyev Zabrat qesebesinde eliller ucun sosial reabilitasiya merkezlerinin ve siginacaqlarin acilisinda istirak edib Sabuncu rayonu Zabrat qesebesinin sakinleri ile gorus zamani Ilham Eliyevin nitqi Sabuncu Rayon Icra Hakimiyyeti bascisinin Zabrat qesebe sakinleri ile gorusu kecirildiEdebiyyatAzerbaycan Etnoqrafik mecmuesi 4 cildde Baki 1964 1980 Selimov Sagani Izahli etnoqrafiya lugeti Baki 1996 Abramov M A Abseron teserrufatinin cografiyasi Baki 1975IstinadlarGejbullaev G A Toponimiya Azerbajdzhana istoriko etnograficheskoe issledovanie Baku Elm 1986 192 s M Nermetova Esrlerin das yaddasi B 1987 GejbullaevG A K etnogenezu Azerbajdzhancev B 1991 Etibar Bedelov Abseron iqtisadi cografi rayonunda sosial demoqrafik problemler ve meskunlasma meseleleri Avropa mesriyyati 2016 Baki Seher Statistika Idaresi 2015 02 07 at the Wayback Machine Statistikanin bolmeleri Demoqrafik gostericiler Baki seherinin rayonlari ve qesebeleri uzre ehalinin sayi 2016 09 29 at the Wayback Machine Azerbaycan Respublikasinin Dovlet Statistika Komitesi 2014 07 02 at the Wayback Machine 2013 cu ilin evveline iqtisadi ve inzibati rayonlar elece de seher yasayis menteqeleri uzre ehalinin cins bolgusunde sayi 2014 07 02 at the Wayback Machine min nefer A S Sumbatzade Selskoe hozyajstvo Azerbajdzhana v xix veke s 220 Asif Huseynli Zabrat ve zabratlilar Nurlan 2007 Professor Nihan Eliyev Sexsi sehifesi 5 July 2022 tarixinde Istifade tarixi 20 June 2019 Vikianbarda Zabrat ile elaqeli mediafayllar var