Sentimentalizm (fr. sentimentalisme və fr. sentiment - hiss, duyğu) — əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatəyə alan təlimlərin ümumi adı. Fəlsəfə və ədəbiyyatda daha geniş rast gəlinir. Çox vaxt rasionalizmə qarşı çıxma olaraq qəbul edilir. Ədəbi termin kimi ilk dəfə Lessinqin təsiriylə J.J. Bode tərəfindən 1868-də istifadə edilib. Duyğunu əsas alan bir ədəbiyyat janrında duyarlığı və romantikliyi əsas və ölçü sayan sənət anlayışını ifadə edir. İçə bağlanma, dəymədüşərlilik, gözü yaşlı bir duyğululuq, gedərək xoşbəxtliyi ümidsizlik, heç nə etməmək kimi yollarda axtarır.
Tarixi
Sentiment - hissiyyat sözü ilk dəfə Lourens Stern "Sentimental səyahət" romanından götürülmüşdür. Dünya ədəbiyyatında sentimentalizimin ilk nümunəsini yaradan Samuel Riçardson olmuşdur. Ümümən bu cərəyanın ilk yaradıçıları - , , və olmuşdur. Cəryanı yaradanlar Berklinin və Yumun görüşlərini, subyektiv idealizmi əsas götürmüşlər.
Sentimentalizm XVIII əsrin 50- 60-cı illərində, feodalizmə qarşı mübarizə gücləndiyi illərdə, İngiltərədə yaranmışdır. XVIII əsrdə Avropa ölkələrini istisadi- siyasi və mədəni tərəqqinin ümumi əlamətləri birləşdirirdi. Çünki bu əsrdə İngitərədə burja inqlabı qələbə çalmış, Fransa, Almaniya, İtaliya və İspaniyada yeni sosial- iqtisadi əlaqələr yaranmışdır. İlk sentimental əsər Riçardsonun "Ser Çarlz Qrandisonun əhvalatı" romanı hesab olunur. Cərayanın görkəmli nümayəndəsi Oliver Qoldsmit belə Riçardsonun yaradıçılığından təsirlənmişdır.
Ümumi xarakteriskası
Sentimental ədəbiyyatda allah, mənəviyyat, ailə səadəti, sevginin bəşəriliyi, təbiətin və kəndin təbiiliyi haqqında bədii-fəlsəfi düşüncələr geniş miqyas almışdır. İnsanın hiss və duyğularının təsviri təbiətin təsvirindən belə güclü yönə düşmüşdü. Sentimentalizmin ideya-estetik prinsipləri, fikri-bədii əsaslı klassisizmdən fərqlənmişdir. Klassisizmin ağıl kultunu sentimentalizmin hiss kultu əvəz etmişdir.
XVIII əsr Avropa ədəbiyyatında irihəcmli epik və dramatik əsərlərdən çox istifadə olunmuşdur. Məzmun müasir həyatdan, yaşayışın, məişətin və fərdi münasibətlərin müxtəlif sahələrindən alınmışdır. Əsərlərdə mürəkkəb konfliktlər qurulmamış, janrlara, formaya və faktlara sərbəst yanaşılmışdır. Tez- tez sentimental ruhlu məktublardan və sərgüzəştlərdən, öz- özü ilə söhbətlərdən, didaktik mükalimə və təsvirlərdən istifadə olunmuşdur.
Sentimentalistlər ədəbiyyata yeni məfkurəvi istiqamət, forma yeniliyi və müxtəlifliyi, ailə- məişət romanları, insanların fəryadını, münasibətlərini sadəlik və səmimiliyini ifadə edən komediyalar, şəxsi intim münasibətlər və elegiyalar gətirmişlər. " Mən" yüksək qiymətləndirilmiş, bədii axtarışlara, fantaziyaya, həyatı dərk və ifadə etməyin bir üsulunun digərinə qarışmasına, təbiət mənzərələrinin, kəndin özünəməxsusluğunun təsvirinə geniş yer verilir.
Təbiət və ölüm - sentimentalizmin əsas mövzusu olmuşdur. Daha çox ingilis ədəbiyyatında ölüm pafosu həmişə təbiəti təsvirlə vəhdətlənmiş, inkişaf, şəhər ziddiyətləri sənətkarları ümüdsüzləşdirmişdir. Sentimental ədəbiyyatda təbiət - əbədi və əzəli gözəllik inkişafa qarşı qoyulmuş, insanın dünyadan- kədər və fəryad dolu bir aləmdən ayrılmasında səadət axtarılmışdır.
Dünya ədəbiyyatında sentimentalizm
İngilis ədəbiyyatında sentimentalizm
Dünya ədəbiyyatında sentimentalzmin ilk nümunəsini yaradan bir sənətkarın - Riçardonun " Ser Çarlz Qrandisonun əhvalatı", " Klarissa, və " Pamela" romanlarında hisslər, lirik-sentimental düşüncələr, psixoloji gərginlik və sarsıntılar əhvalatların, dolaşıq sevgi xətlərinin özündən yaranır. Xeyrxah bir adam- Qrandison daxilən hərəkət edir, özü öz düşüncələrindən ayrılmır. Onu sevən qızların hansına könül verəcəyini, hisslərini hansı istiqamətə yönəldəcəyini müəyyənləşdirə bilmir. "Pamela, yaxud qiymətləndirilmiş ləyaqət" əsərində Riçardson fasiləsiz alçaldılanların iztirablarını, dözüm və əxlaqi-mənəvi təmizliklərini əyanlara qarşı qoymuşdur.
Ceyms Tomsonun " İlin fəsilləri" poemasında kədər təbiətə, təbiət də kədərə hopmuş, hər fəslin obrazı yaranmışdır. Eduard Yunq pafosu hüznlə aşılanan şeirlər- "qəbiristanlıq şeirləri" yazmışdır. Onun lirik qəhrəmanı zülmətlə, qəbiristanlıqla, axirətlə qarşılaşır. Tomas Qreyin əsərlərindən birini " Kənd qəbiristanlığında yazılmış elegiyalar" adlandırmışdır. " Elegiyalar" insan, zaman, ədəbiyyat və ruh, ölüm və təbiət haqqında vahiməli bir aləmdə - qəbiristanlıqda düşüncələrdi.
Oliver Qoldsimit " Arı" jurnalında emosional, dövrün hakim sinfinin- burjuaziyasının zövqünə və marağına uyğun əsərlər çap etdirmişdir. "Səyyah", " Dağılan kənd" komediyalarının, " Vekfild" romanının, "Xeyirxah insan" və " O, qalib gəlmək üçün sakitləşir" poemalarının məzmununu kənd həyatından almış, feodal hərc- mərcliyini tənqid etmiş, kral üsuli- idarəsini və mütləqiyyəti bəyənmişdir.
Fransız ədəbiyyatında sentimentalizm
Fransada ədəbiyyatında sentimentalizmi klassik formada özünü bildirib. Jan Jak Russo " Yeni Eloiza" və "Emil" romanlarında didaktik söhbətlərdən, ricət, haşiyə, mühakimə və əhatəli təbiət təsvirlərindən istifadə etmişdir. Çünki onun niyyəti insanların hissiyatına təsir göstərmək, dünyabaxışı və mənəviyyatı formalaşdırmaq, burjua əxlaq normalarını tənqid etmək idi. 1790-cı illərdə, Böyük Fransa inqilabı mərhələsində sentimentalizm tədricən öz mövqeyini itirir və yerini daha inqılabı ruhlu klassisizmə verirı.
Rus ədəbiyyatında sentimentalizm
Rus ədəbiyyatına sentimentalizm Avropa ədəbiyyatından gəlmişdir. Rus sentimentalizminin əsasında cəmiyyətin müxtəlif zümrələrinin, eləcə də dvoryanlığın təəssüfü, kədər və heyrəti dayanmışdır. Rusiyada sentimentalizmin ilk nümunəsi Aleksandr Radişevin "Bir həftənin gündəliyi" psixoloji- didaktiv miniatürü olmuşdur. "Bir həftənin gündəliyi", "Tobolskidə yaşayan dostuma məktub", "Müqəddəs Uşakovun həyatı" və " Peterburqdan Moskvaya səyahət" əsərlərini yazanda Radişev ingilis və fransız sentimentalizmi ilə tanış olmuş, Lorens Sterninin " Sentimental səyahət" və publisist abbat Peynalın " İki Hindistanın tarixi" romanlarından təsirlənmişdir. İlk üç əsərdə obrazların daxili hissi, fikri-psixoloji hərəkətlərini əsas almış, insan "öz hissiyyatının quludur"- düşüncəsini əsaslandırmağa çalışmışdır. Ancaq ümumən Rus ədəbiyyatının yeni ideyalar aləminə daxil olması dövrü- sentimentalizm tarixi Nikolay Karamzindən başlayır. Onun " Bədbəxt Liza", " Boyar qızı Natalya" və " Rus səyyahının məktubları" əsərləri ilə başlamışdır. Karamzin Rusiyada ilk dəfə olaraq ölü kitab dilini cəmiyyətin canlı dili ilə əvəz etmiş və insan ehtiraslarını, qəlb həyatını təsvirə aparmışdır.
Azərbaycan ədəbiyyatında sentimentalizm
Azərbaycanda da sentimentalizm formalaşa, dövrün ədəbi prosesini əhatə edə bilməmişdir. Ancaq Şərq ədəbiyyatında şəxsi həyatın, intim hisslərin, həyəcan, sərgüzəşt, təəssürat, mənəviyyat, inilti və sızıltının təsviri sentimentalzmdən çox-cox əvvəl olmuşdur. " Xəmsə" müəllifləri sadəəmək adamlarının obrazını yaratmış, lirik- psixoloji səhnələrdə ah və fəğanı mütərəqqi ziyalıların kədəri kimi ümumiləşdirimişlər. Məhəmməd Füzulinin qəzəllərində məşuqənin gözəllik və nəcibliyindən daha çox aşiqin nisgilli etirafları, həsrət, kədər və göz yaşı qələmə alınmışdır. "Leyli və Məcnun" da faciə Leyninin həyatını və mənəviyyatını bürüyür. Dövran onu məzara salır, bilmir kim satır, kim alır. Yanan şamla özünün daxili aləmi arasında bir yaxınlıq tapır.
Abbasqulu ağa Bakıxanovun "Kitabi- Əskəriyyə"sində - iki gəncin sərgüzəştində, İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım"ında, Abdulla bəy Divanbəyoğlu "Can yanğısında", Cəfər Cabbarlının ilk hekayə və pyeslərində sentimental təsvirlər dərinləşmiş, hisslər yeni mövqelərindən qiymətləndirilmişdir.
Həmçinin bax
Xarici keçidlər
- Ədəbiyyat ensiklopediyası (rus.)
İstinadlar
- "Толковый словарь Ушакова". 2017-09-18 tarixində . İstifadə tarixi: 2014-11-25.
- Abbas Hacıyev.Ədəbiyyat nəzəriyyəsi. Bakı.1996.s.338-342
- "Сентиментализм в литературе". 2022-05-07 tarixində . İstifadə tarixi: 2014-11-26.
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-26.
- Belinski V.Q. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı.1954.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sentimentalizm fr sentimentalisme ve fr sentiment hiss duygu exlaqi heyatin olcusu olaraq duygunu ehateye alan telimlerin umumi adi Felsefe ve edebiyyatda daha genis rast gelinir Cox vaxt rasionalizme qarsi cixma olaraq qebul edilir Edebi termin kimi ilk defe Lessinqin tesiriyle J J Bode terefinden 1868 de istifade edilib Duygunu esas alan bir edebiyyat janrinda duyarligi ve romantikliyi esas ve olcu sayan senet anlayisini ifade edir Ice baglanma deymeduserlilik gozu yasli bir duygululuq gederek xosbextliyi umidsizlik hec ne etmemek kimi yollarda axtarir TarixiLourens Stern Sentiment hissiyyat sozu ilk defe Lourens Stern Sentimental seyahet romanindan goturulmusdur Dunya edebiyyatinda sentimentalizimin ilk numunesini yaradan Samuel Ricardson olmusdur Umumen bu cereyanin ilk yaradicilari ve olmusdur Ceryani yaradanlar Berklinin ve Yumun goruslerini subyektiv idealizmi esas goturmusler Sentimentalizm XVIII esrin 50 60 ci illerinde feodalizme qarsi mubarize guclendiyi illerde Ingilterede yaranmisdir XVIII esrde Avropa olkelerini istisadi siyasi ve medeni tereqqinin umumi elametleri birlesdirirdi Cunki bu esrde Ingiterede burja inqlabi qelebe calmis Fransa Almaniya Italiya ve Ispaniyada yeni sosial iqtisadi elaqeler yaranmisdir Ilk sentimental eser Ricardsonun Ser Carlz Qrandisonun ehvalati romani hesab olunur Cerayanin gorkemli numayendesi Oliver Qoldsmit bele Ricardsonun yaradiciligindan tesirlenmisdir Umumi xarakteriskasiSentimental edebiyyatda allah meneviyyat aile seadeti sevginin beseriliyi tebietin ve kendin tebiiliyi haqqinda bedii felsefi dusunceler genis miqyas almisdir Insanin hiss ve duygularinin tesviri tebietin tesvirinden bele guclu yone dusmusdu Sentimentalizmin ideya estetik prinsipleri fikri bedii esasli klassisizmden ferqlenmisdir Klassisizmin agil kultunu sentimentalizmin hiss kultu evez etmisdir XVIII esr Avropa edebiyyatinda irihecmli epik ve dramatik eserlerden cox istifade olunmusdur Mezmun muasir heyatdan yasayisin meisetin ve ferdi munasibetlerin muxtelif sahelerinden alinmisdir Eserlerde murekkeb konfliktler qurulmamis janrlara formaya ve faktlara serbest yanasilmisdir Tez tez sentimental ruhlu mektublardan ve serguzestlerden oz ozu ile sohbetlerden didaktik mukalime ve tesvirlerden istifade olunmusdur Sentimentalistler edebiyyata yeni mefkurevi istiqamet forma yeniliyi ve muxtelifliyi aile meiset romanlari insanlarin feryadini munasibetlerini sadelik ve semimiliyini ifade eden komediyalar sexsi intim munasibetler ve elegiyalar getirmisler Men yuksek qiymetlendirilmis bedii axtarislara fantaziyaya heyati derk ve ifade etmeyin bir usulunun digerine qarismasina tebiet menzerelerinin kendin ozunemexsuslugunun tesvirine genis yer verilir Tebiet ve olum sentimentalizmin esas movzusu olmusdur Daha cox ingilis edebiyyatinda olum pafosu hemise tebieti tesvirle vehdetlenmis inkisaf seher ziddiyetleri senetkarlari umudsuzlesdirmisdir Sentimental edebiyyatda tebiet ebedi ve ezeli gozellik inkisafa qarsi qoyulmus insanin dunyadan keder ve feryad dolu bir alemden ayrilmasinda seadet axtarilmisdir Dunya edebiyyatinda sentimentalizmIngilis edebiyyatinda sentimentalizm Tomas QreyNikolay Karamzin Dunya edebiyyatinda sentimentalzmin ilk numunesini yaradan bir senetkarin Ricardonun Ser Carlz Qrandisonun ehvalati Klarissa ve Pamela romanlarinda hissler lirik sentimental dusunceler psixoloji gerginlik ve sarsintilar ehvalatlarin dolasiq sevgi xetlerinin ozunden yaranir Xeyrxah bir adam Qrandison daxilen hereket edir ozu oz dusuncelerinden ayrilmir Onu seven qizlarin hansina konul vereceyini hisslerini hansi istiqamete yoneldeceyini mueyyenlesdire bilmir Pamela yaxud qiymetlendirilmis leyaqet eserinde Ricardson fasilesiz alcaldilanlarin iztirablarini dozum ve exlaqi menevi temizliklerini eyanlara qarsi qoymusdur Ceyms Tomsonun Ilin fesilleri poemasinda keder tebiete tebiet de kedere hopmus her feslin obrazi yaranmisdir Eduard Yunq pafosu huznle asilanan seirler qebiristanliq seirleri yazmisdir Onun lirik qehremani zulmetle qebiristanliqla axiretle qarsilasir Tomas Qreyin eserlerinden birini Kend qebiristanliginda yazilmis elegiyalar adlandirmisdir Elegiyalar insan zaman edebiyyat ve ruh olum ve tebiet haqqinda vahimeli bir alemde qebiristanliqda dusuncelerdi Oliver Qoldsimit Ari jurnalinda emosional dovrun hakim sinfinin burjuaziyasinin zovqune ve maragina uygun eserler cap etdirmisdir Seyyah Dagilan kend komediyalarinin Vekfild romaninin Xeyirxah insan ve O qalib gelmek ucun sakitlesir poemalarinin mezmununu kend heyatindan almis feodal herc mercliyini tenqid etmis kral usuli idaresini ve mutleqiyyeti beyenmisdir Fransiz edebiyyatinda sentimentalizm Fransada edebiyyatinda sentimentalizmi klassik formada ozunu bildirib Jan Jak Russo Yeni Eloiza ve Emil romanlarinda didaktik sohbetlerden ricet hasiye muhakime ve ehateli tebiet tesvirlerinden istifade etmisdir Cunki onun niyyeti insanlarin hissiyatina tesir gostermek dunyabaxisi ve meneviyyati formalasdirmaq burjua exlaq normalarini tenqid etmek idi 1790 ci illerde Boyuk Fransa inqilabi merhelesinde sentimentalizm tedricen oz movqeyini itirir ve yerini daha inqilabi ruhlu klassisizme veriri Rus edebiyyatinda sentimentalizm Rus edebiyyatina sentimentalizm Avropa edebiyyatindan gelmisdir Rus sentimentalizminin esasinda cemiyyetin muxtelif zumrelerinin elece de dvoryanligin teessufu keder ve heyreti dayanmisdir Rusiyada sentimentalizmin ilk numunesi Aleksandr Radisevin Bir heftenin gundeliyi psixoloji didaktiv miniaturu olmusdur Bir heftenin gundeliyi Tobolskide yasayan dostuma mektub Muqeddes Usakovun heyati ve Peterburqdan Moskvaya seyahet eserlerini yazanda Radisev ingilis ve fransiz sentimentalizmi ile tanis olmus Lorens Sterninin Sentimental seyahet ve publisist abbat Peynalin Iki Hindistanin tarixi romanlarindan tesirlenmisdir Ilk uc eserde obrazlarin daxili hissi fikri psixoloji hereketlerini esas almis insan oz hissiyyatinin quludur dusuncesini esaslandirmaga calismisdir Ancaq umumen Rus edebiyyatinin yeni ideyalar alemine daxil olmasi dovru sentimentalizm tarixi Nikolay Karamzinden baslayir Onun Bedbext Liza Boyar qizi Natalya ve Rus seyyahinin mektublari eserleri ile baslamisdir Karamzin Rusiyada ilk defe olaraq olu kitab dilini cemiyyetin canli dili ile evez etmis ve insan ehtiraslarini qelb heyatini tesvire aparmisdir Azerbaycan edebiyyatinda sentimentalizmAzerbaycanda da sentimentalizm formalasa dovrun edebi prosesini ehate ede bilmemisdir Ancaq Serq edebiyyatinda sexsi heyatin intim hisslerin heyecan serguzest teessurat meneviyyat inilti ve siziltinin tesviri sentimentalzmden cox cox evvel olmusdur Xemse muellifleri sadeemek adamlarinin obrazini yaratmis lirik psixoloji sehnelerde ah ve fegani mutereqqi ziyalilarin kederi kimi umumilesdirimisler Mehemmed Fuzulinin qezellerinde mesuqenin gozellik ve necibliyinden daha cox asiqin nisgilli etiraflari hesret keder ve goz yasi qeleme alinmisdir Leyli ve Mecnun da facie Leyninin heyatini ve meneviyyatini buruyur Dovran onu mezara salir bilmir kim satir kim alir Yanan samla ozunun daxili alemi arasinda bir yaxinliq tapir Abbasqulu aga Bakixanovun Kitabi Eskeriyye sinde iki gencin serguzestinde Ismayil bey Qutqasinlinin Resid bey ve Seadet xanim inda Abdulla bey Divanbeyoglu Can yangisinda Cefer Cabbarlinin ilk hekaye ve pyeslerinde sentimental tesvirler derinlesmis hissler yeni movqelerinden qiymetlendirilmisdir Hemcinin baxRealizm edebiyyat Klassisizm SimvolizmXarici kecidlerEdebiyyat ensiklopediyasi rus Istinadlar Tolkovyj slovar Ushakova 2017 09 18 tarixinde Istifade tarixi 2014 11 25 Abbas Haciyev Edebiyyat nezeriyyesi Baki 1996 s 338 342 Sentimentalizm v literature 2022 05 07 tarixinde Istifade tarixi 2014 11 26 2016 03 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 11 26 Belinski V Q Rus edebiyyati klassikleri haqqinda Baki 1954