Qafqaz Albaniyasının toponimləri – Qafqaz Albaniyası ərazisində yayılmış toponimlər.
Mənbələrdə Albaniya ərazisində çoxlu yer adları çəkilir. II əsr müəllifi Klavdi Ptolemey Albaniya ərazisində 29 yaşayış məntəqəsi və 5 çay adını çəkir. Bu toponimlərin mənşəyi haqqında geniş ədəbiyyat var, lakin demək olar, heç birinin mənası açılmamışdır. Prof. Q. Qeybullayev isə onun göstərdiyi Sanua, Qelda, Alam, Baruka, Tabilaka və İobula toponimlərini müvafiq olaraq Albaniyanın Xeni, Qelavu, orta əsrlərdə Olom, Ulam və müasir Berikey (Dərbənd rayonunda), Tövlə (Qəbələ rayonu) və Balakən adları ilə qarşılaşdırır. Maraqlıdır ki, Ptolemey Sioda toponimini Kürlə Arazın birləşdiyi yerdə (təxminən indiki Cavad kəndinin yerində) olduğunu qeyd edir. Ehtimal ki, bu toponim Suv-ada çayların qovuşduqları yürdə üç tərəfdən su ilə əhatə olunan ada formalı yer sözüdür və Suada toponimi zaman keçdikcə Cavad formasını qəbul etmişdir. Ptolemeyin qeyd etdiyi Alban, Qelda, Kamexiya, Osika və Tilbida toponimləri müvafiq surətdə Albaniyanın Alban, Gel, Şamake, Şaka və Silb tayfalarının adlarını əks etdirir. Ptolemeyin qeyd etdiyi Alam toponimi türkcə olam, olom keçid sözündən ibarətdir. İori və Alazan çaylarının qovuşuğunda orta əsrlərdə Olom toponimi vardı.
Albaniya toponimlərinin çoxu Musa Kalankatlının Alban tarixində qeyd edilmişdir, lakin tədqiqat göstərmişdir ki, bu mənbədə göstərilən yer adlarını iki qismə ayırırlar: Albaniyada yaşamış tayfaların adlarını əks etdirənlər; yerin müsbət və mənfi relyef formalarını bildirən sözlərdən ibarət adlar. Birinci qrupa Habant, Arajank, Arandjinak, Aranrot, Qarqar, Qoroz, Kanqark, Kolb, Kolt, Medz-Arank, Medz-Kolmank, Pazkank, Trtu, Tuçkatak, Çol, Çur, Xarqlank, Xunanakert və s. aid edilir. Bu toponimlərin Albaniyada yaşayan türkmənşəli Abant, Araz, Aran, Qarqar, Gorus, Kəngər, Kol (Kul), Çol (Çul), Peçeneq, Tərtər, Katak, Xun (Hun) tayfalarının adlarını əks etdirir. Albaniyanın Lpink, Lubnas, Hereti və Xeni toponimləri isə Dağıstanmənşəli tayfaların adlarını əks etdirir.
Antik və erməni mənbələrində
A l a z a n – Albaniya ilə İberiya arasında sərhəd çaylarından birinin adı. Türkcə al qədim türkcə al – geniş sahə, böyük düzən, açıqlıq və özən (üzən) – çay, vadi sözlərindəndir. Dağlıq Altaydakı Alazan çayının adı ilə müqayisə olunur.
K ü r – Albaniyanın içərisindən axan çayın adı. İlk tədqiqatlarda Qafqazmənşəli ad sayılmışdır.. Qafqaz albanlarının dilindəki "su anbarı" sözünə qarşılıq olduğu, yaxud II Kirin adı ilə adlandırıldığı düşünülür. Türkcə kür – bol (sulu), qüvvətli, sürətli, sarsılmaz, məğrur mənasına gəlir.
K e r a v n – Albaniyanın şimal-şərqdə Qafqaz dağlarında dağ adı. Yunanca "Κεραύνια ὄρη" — "ildırımın parçaladığı zirvələr" mənasına gəlir. Dağıstanın Dərbənd bölgəsində indiki Qaranay oroniminin yunanca yazılışıdır. Türkcə qara və nay, nüy – meşə sözlərindən ibarətdir. 859-cu ildə ərəblərin Xəzər ölkəsindən Şəmkirə köçürdükləri ailələr özləri ilə bu adı da gətirmişlər. Şəmkir rayonunda Qaranuy toponimi var.
T a l q e – İndiki Pirallahı adasını er. əv. I əsr müəllifi Pomponi Mela Talqe, II əsr müəllifi Ptolemey Talka kimi yazmışlar. Türkcə tilqə sözündəndir (Midiyada Tilaşuri). I əsr müəllifi Pliniy bu adanı Zazata kimi yazmışdır. Türkcə saz – bataqlıq, yeraltı suların üzə çıxdığı sahə, gilli yer (Azərbaycan dilində saz qamışlıq) və ada (bəzi türk dillərində, məsələn, özbəkcə ata) dörd tərəfi su ilə əhatələnmiş quru yer, ərazi sözlərindəndir.
T o s a r e n – Ptolemeyə görə, Kür sahili bölgələrdən birinin adı. Türkcə tus – düz və aran – isti yer, düzən yer, qışlaq yer sözlərindəndir. Türkiyədə Arpaçay boyunda da bir çuxur bölgə Aran (digər adı Diqor-Qarabağ) adlanır. Orta əsr ispan tarixçisi (1441–1522) isə onu Ermənistan ərazisi kimi göstərir.
B a l a s a k a n – İlk dəfə III əsrdən adı çəkilir. Türkcə pala – düzən, çöl sözü və sak etnonimindən olduğu güman olunur. I Şapurun adı çəkilir.
A r t s a k – Albaniyanın dağlıq bölgəsinin bir hissəsinin adı; Yuxarı Qarabağ. Türkcə art dağlıq ərazi, yüksəklik sözü və sak etnonimindən olduğu güman olunur. Şahin Mkrtçyana görə isə Albaniyanın ilk hökmdarı Aranın adından gəlir və "Ar(an)ın bağı" mənasındadır.
A r k u q e t – Sisakanda bir çayın adı. Arquçay hidroniminin ermənicə yazılışıdır. Türkcə arqu – yarğanlarla parçalanmış Древнетюркский словарь, М., 1969 , səh 54 sözündəndir. Həkəri çayının yarğanlardan axan yuxarı hissəsinin adıdır.
B a l k – Sisakanda yaşayış məntəqəsi adı. Türkcə balk – şəhər, möhkəmləndirilmiş yer sözündəndir. Qədim ermənicə Balk kimi yazılmış bu toponimin çox qədim tarixi var: hələ er. əv. VIII əsrə aid Urartu mənbəində sonrakı Zəngəzur mahalına Urartu çarının hərbi səfəri ilə əlaqədar yazıda Velikuxi toponimi çəkilir. Bu toponimdəki uxi sözü urartu dilində şəkilçi olduğuna görə Velik kimi yazılmış toponim ermənicə yazılışda Balkdır. Keçən əsrə qədər Azərbaycanın Zəngəzur mahalında (indi Ermənistana aid hissəsində) Belek adlı kənd vardı.
Q o ş – Arsakda kənd adı. Türkcə koş – müvəqqəti köç yeri, köçəbə, düşərgə sözündəndir.
D a s x o r a n – Albaniyada yaşayış məntəqəsi idi. Türkcə das – daş və oran, oren, uran – yer, heyvan üçün hasarlanmış yer, yaxud Altay dillərində oron – köçəbə, düşərgə, oba sözlərindən ibarətdir.
D u r – Arsakda kənd adı. Türkcə tur düşərgə sözündəndir.
K a v a – Albaniyanın qərbində mahal adı. IX əsr gürcü mənbəində Kavazin. Türkcə kava (kaya) – qaya və san, sın – dağ beli sözlərindəndir. İndiki Göyəzən dağının adında qalmışdır.
K o s t – Arsakda kənd adı. Tam adı Koston. adların sonluqlarının ixtisara salınması səciyyəvi hal idi. Türkcə kos – köç və tön – uzunvarı təpə sözlərindəndir.
T a ş t o n – Sisakanda kənd adı. Türkcə taş – qaya, və tön – uzunvarı təpə sözlərindəndir. Ermənistanda Mehri rayonunda indiki Taştun kəndinin adında qalmışdır.
U r d u – Arsakda məntəqə adı. Türkcə ordu – xan yurdu, xan düşərgəsi sözündəndir.
Q l a ç – Arsaxda məntəqə adı. Ehtimal ki, türkcə kılıç – dağ qılıncı sözündəndir.
A l a s o p – Arsakda məntəqə adı. Türkcə ala, yazı və ona (oba) sözlərindəndir.
Q a q ç ö l ü – indiki Qarayazının bir hissəsi. Türkcə qaq – köçərilərin qış düşərgəsi sözündəndir. Kürdəmir rayonunda Kaq-Hacılı, Lerik rayonunda Qaqoy, Yuxarı Qarabağda Kaqartsi toponimlərindəki qaq, kaq sözü ilə eynidir.
T a n d z i k – Arsakda məntəqə adı. Tan (mənası məlum deyil) və türkcə – çik (azərbaycanca-cik) şəkilçisindəndir. Kiçik-Tan mənasındadır. İndiki Bulutan (əslində Ulu-Tan) toponiminin antonimidir. Qeyd edilməlidir ki, 1728-ci ilə aid bir mənbədə orada Müsliman-Tan adlı kənd də qeyd olunmuşdur.
T a p a t – Arsakda məntəqə adı. Türkcə tap – təpə sözündəndir. Tap, , Qala-Tap və b. toponimlərdəki tap sözü ilə eynidir.
Exçerxo (Exçerxor, Exçerxis) – dağ da adı. Bu oronimin əvvəlində türkcə aq sözünün durması şübhəsizdir. Sonrakı komponent güman ki, türkcə çeraq – mineral bulaq (müqayisə üçün, Ərdəbil yaxınlığında Çarıq-Su adlı yer vardır) sözünün təhrifidir.
Mxitar Qoşun əsərlərində
Albaniyanın bir neçə toponimi XII əsr Alban tarixçisi Mxitar Qoşun əsərində çəkilir.
A d a x e r a y – Arsakda məntəqə adı. Türkcə ata (Azərbaycanda Ataqut, Ataxan və b. kənd adlarında olduğu kimi) və qərəqə – köçərilərin qış evi, gecə alaçıqlar qurulan yer sözlərindəndir.
K a y k o y – Ç o r – Arsakda məntəqə adı. Türkcə kaq (y səsi ermənicə yazılışda əlavə olunmadır) – maldarların qış düşərgəsi, oy- ev, dam car – dərə sözlərindəndir.
T v a r a s a t a p – IX əsrə aid gürcü mənbəində Tvarasatap toponimi qeyd olunur. Türkcə tabur – arabalardan möhkəmləndirilmiş düşərgə və təpə sözlərindəndir. XIX əsrdə Borçalı qəzasındakı Tovrətəpə, ya da Qazax rayonundakı Töyrətəpə toponimləri ilə lokalizə oluna bilər.
T m b a t – Türkcə tam – qala, qala divari və qədim yaşayış məntəqə adlarının bəziləri üçün səciyyəvi bat, bab sözlərindəndir.
Ç u l a (indiki Culfanın qədim adı). Türkcə yul (cul) – yol, keçid sözlərindəndir.
X r a m – Türk – monqol dillərində xərəm – qala sözündəndir. Yuxarı Qarabağda indiki Xramort (Xərəm – Yurt toponiminin ermənicə təhrifidir) toponimi ilə müqayisə edilir.
Stepan Orbelianın əsərində
(XIII əsr) Sisakanın mahallarının adlarını çəkir çəkir: Tsquqk (həm də Vayosdzor), Qeqarkuni, Sotk, Aqahec (yaxud Xojaraberd), Haband, Baqk (yaxud Atqen), Kovvsakan, Arevik (yaxud Taşton və Meğri), Dzork (yaxud Baqaberd qalası və Kapan), Erindjak və Qoxtan, Cahuk. Sisakanın ərazisi Azərbaycanın Qubadlı–Zəngilan zonasını, indiki Ermənistanın Meğri, Basarkeçər, Qacaran rayonlarını və Naxçıvanın Ordubad–Əlincə bölgəsini əhatə edirdi. Qədim ermənicə verilmiş bu adların türkcə əsl formaları belədir: Tusluk, Quqar, Satak, Ala-İç (sonra Qacar), Abant, Balk (sonra Atqen), Kusakan, Arəvik həm də (Taşton), Əlincə, Kolt və Culfa.
Həmin adların Vayosdzordan (azərbaycanca ) qeyri heç biri ermənicə deyil. Bu mənbədə Dzork kimi yazılmış toponimin ermənicə dzor – dərə sözü ilə izah edilməsinə cəhd gğstərilmişdir, lakin prof. Q. Qeybullayev qeyd edir ki, ermənicə "dzor" sözünün bu toponimlə heç bir əlaqəsi yoxdur, bunu həmin ada əlavə olunmuş k səsi də göstərir, çünki həmin səs qədim erməni dilində bir qayda olaraq tayfa adlarına əlavə olunurdu və cəm bildirirdi. Əslində həmin mahal adı Çor (Çur) kimidir və türk mənşəli çor (şor) tayfasının adını əks etdirir. Bunu Moisey Xorenasinin əsərində Şorapor kimi qeyd olunması da təsdiq edir.
Ərəbdilli mənbələrdə
IX–XII əsrlərdə yaşamış ərəb coğrafiyaçılarının əsərlərində Arranda bir sıra yeni toponimlərin adı çəkilir.
B a r m a k – məşhur Xıdırzində pirinin yerləşdiyi Beşbarmaq qayasının adı.. Türkcə parmak – daş təpə sözündəndir.
S a n a r – Kürlə Arazın birləşdiyi yer. Türkcə sənqər – burun (qurunun suya girmiş burun şəkilli hissəsi) sözündəndir. Suqovuşanda yaranmış burun şəkilli quru ərazinin adıdır.
H ə n d a n. – Qarabağda dağ adı. Müəllifin əsərinin üzünü köçürmüş katiblərin səhvi üzündən Xan – Otaq adının təhrifidir. Ermənicə təhrif forması Xanadzak (Xan – kəndi) kəndinin adıdır.
Ə r – R u b – Qarabağda bir mahalın adı. Harov toponiminin (Füzuli rayonunda Horovlu kəndi) ərəbcə təhrifidir.
B e y l a q a n (əsl adı Biləqan). Mil düzündə xarabalıqları Örənqala adı ilə qalmaqda olan qədim şəhərin adıdır. Türkcə pila – düzən, açıq yer sözü və qan şəkilçisindəndir. Toponimin bu etimologiyası Biləqanın Mil düzündə yerləşməsi ilə təsdiq olunur.
K o t u r ç a t – Türkcə kotur – keçəl, seyrək bitkili yer və çat – iki dağ tirəsinin birləşdiyi yer, qayalıq yüksəklik, yarğanlı və dərəli dağ yamacı, dağ qolu sözlərindəndir.
K r a p a ş t i – Türkcə qara, baş (zirvə) sözlərindən və tı (lı) şəkilçisindəndir. Qarabaşlı sözünün təhrifidir.
Ç a p a r – Türkcə poçt atının saxlandığı yer mənasındadır.
İstinadlar
- VDİ, 1948, № 1
- Strabon, XI, 3, 2.
- Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 755
- Молчанова О. Т. Топономический словарь Горного Алтая. Горно-Алтайск, 1979, səh 128
- Strabon, XI, 4, 2.
- Алиев К. Г. О названии реки Кура. ДАН Азерб. ССР, 1959, № 4
- Pospelov, E. M. Geograficheskie nazvaniya mira (Moskva, 1998), p. 231.
- Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, səh 106
- Ptolemey, V, 8, 14.
- Keraunia, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon
- Мурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 491
- Ptolemey, V, 12, 9
- Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, səh 287
- Ямпольский 3. И. К изучению летописи Кавказской Албаний Изв. АН Азерб. ССР, серия общ. наук. 1957, № 9, səh 6
- Antonii Nebrissensis … Dictionarium Redivivum Sive Novissimè Emendatum, Auctum, Locupletatum & In Meliorem Formam Restitutum: Pars Prima : Continens … Interpretationibus … [1]
- Еремян С. Т. Раннефеодальные государства Закавказья в III–VII вв. "Очерки истории СССР". М., 1958
- Радлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV , IV, 2, 1162
- Richard Nelson Frye — The History of Ancient Iran
- Древнетюркский словарь, М., 1969, səh 55
- Mkrtchyan, Shahen. Treasures of Artsakh. Yerevan: Tigran Mets Publishing, 2000, p. 10.
- Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, II, səh 59
- Пагиреев Д. Д. Алфавитный указатель к пятиверстной карте-Кавказского края. Тифлис, 1913, səh 31
- Радлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV , II, 2, səh 626
- Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982 , I, səh 477–479
- Г. М. Василевич. Топонимы тунгусского происхождения. "Этнография имен". М., 1971, с. 167
- Радлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV, III, 2, səh 1475
- Меликсетбеков Л. М. Обзор источников по истории Азербайджана. Вып. II, Баку, 1939
- Радлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV, IV, səh 626
- Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, səh 280
- Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
- Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982 , III, səh 24–25
- Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991
- Меликсетбеков Л. М. Обзор источников по истории Азербайджана. Вып. II, Баку, 1939
- Пагиреев Д. Д. Алфавитный указатель к пятиверстной карте-Кавказского края. Тифлис, 1913, səh 229
- Древнетюркский словарь, М., 1969, səh 529
- Степанов Орбелиан, Из истории рода Сисакан: Пер. с др. армянского Г. Тер-Григоряна, Азэрб ЕА Тарих Институтунун елми архиви, инв. 1274, II fəsil
- Vəlixanlı N. M. IX – XII əsr ərəb coğrafiyaşünas – səyyahları Azərbaycan haqında. Bakı, 1974, səh 61
- C. S. Ramstadt. Studies in Korean etumology. Helsinki. 1949
Ədəbiyyat
- Q. Qeybullayev – Azərbaycan toponimləri (II cilddə), II nəşri, Bakı, 2007
- Q. Qeybullayev – "Azərbaycan türklərinin təşəkkülü tarixindən" Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qafqaz Albaniyasinin toponimleri Qafqaz Albaniyasi erazisinde yayilmis toponimler Menbelerde Albaniya erazisinde coxlu yer adlari cekilir II esr muellifi Klavdi Ptolemey Albaniya erazisinde 29 yasayis menteqesi ve 5 cay adini cekir Bu toponimlerin menseyi haqqinda genis edebiyyat var lakin demek olar hec birinin menasi acilmamisdir Prof Q Qeybullayev ise onun gosterdiyi Sanua Qelda Alam Baruka Tabilaka ve Iobula toponimlerini muvafiq olaraq Albaniyanin Xeni Qelavu orta esrlerde Olom Ulam ve muasir Berikey Derbend rayonunda Tovle Qebele rayonu ve Balaken adlari ile qarsilasdirir Maraqlidir ki Ptolemey Sioda toponimini Kurle Arazin birlesdiyi yerde texminen indiki Cavad kendinin yerinde oldugunu qeyd edir Ehtimal ki bu toponim Suv ada caylarin qovusduqlari yurde uc terefden su ile ehate olunan ada formali yer sozudur ve Suada toponimi zaman kecdikce Cavad formasini qebul etmisdir Ptolemeyin qeyd etdiyi Alban Qelda Kamexiya Osika ve Tilbida toponimleri muvafiq suretde Albaniyanin Alban Gel Samake Saka ve Silb tayfalarinin adlarini eks etdirir Ptolemeyin qeyd etdiyi Alam toponimi turkce olam olom kecid sozunden ibaretdir Iori ve Alazan caylarinin qovusugunda orta esrlerde Olom toponimi vardi Albaniya toponimlerinin coxu Musa Kalankatlinin Alban tarixinde qeyd edilmisdir lakin tedqiqat gostermisdir ki bu menbede gosterilen yer adlarini iki qisme ayirirlar Albaniyada yasamis tayfalarin adlarini eks etdirenler yerin musbet ve menfi relyef formalarini bildiren sozlerden ibaret adlar Birinci qrupa Habant Arajank Arandjinak Aranrot Qarqar Qoroz Kanqark Kolb Kolt Medz Arank Medz Kolmank Pazkank Trtu Tuckatak Col Cur Xarqlank Xunanakert ve s aid edilir Bu toponimlerin Albaniyada yasayan turkmenseli Abant Araz Aran Qarqar Gorus Kenger Kol Kul Col Cul Peceneq Terter Katak Xun Hun tayfalarinin adlarini eks etdirir Albaniyanin Lpink Lubnas Hereti ve Xeni toponimleri ise Dagistanmenseli tayfalarin adlarini eks etdirir Antik ve ermeni menbelerindeA l a z a n Albaniya ile Iberiya arasinda serhed caylarindan birinin adi Turkce al qedim turkce al genis sahe boyuk duzen aciqliq ve ozen uzen cay vadi sozlerindendir Dagliq Altaydaki Alazan cayinin adi ile muqayise olunur K u r Albaniyanin icerisinden axan cayin adi Ilk tedqiqatlarda Qafqazmenseli ad sayilmisdir Qafqaz albanlarinin dilindeki su anbari sozune qarsiliq oldugu yaxud II Kirin adi ile adlandirildigi dusunulur Turkce kur bol sulu quvvetli suretli sarsilmaz megrur menasina gelir K e r a v n Albaniyanin simal serqde Qafqaz daglarinda dag adi Yunanca Keraynia ὄrh ildirimin parcaladigi zirveler menasina gelir Dagistanin Derbend bolgesinde indiki Qaranay oroniminin yunanca yazilisidir Turkce qara ve nay nuy mese sozlerinden ibaretdir 859 cu ilde ereblerin Xezer olkesinden Semkire kocurdukleri aileler ozleri ile bu adi da getirmisler Semkir rayonunda Qaranuy toponimi var T a l q e Indiki Pirallahi adasini er ev I esr muellifi Pomponi Mela Talqe II esr muellifi Ptolemey Talka kimi yazmislar Turkce tilqe sozundendir Midiyada Tilasuri I esr muellifi Pliniy bu adani Zazata kimi yazmisdir Turkce saz bataqliq yeralti sularin uze cixdigi sahe gilli yer Azerbaycan dilinde saz qamisliq ve ada bezi turk dillerinde meselen ozbekce ata dord terefi su ile ehatelenmis quru yer erazi sozlerindendir T o s a r e n Ptolemeye gore Kur sahili bolgelerden birinin adi Turkce tus duz ve aran isti yer duzen yer qislaq yer sozlerindendir Turkiyede Arpacay boyunda da bir cuxur bolge Aran diger adi Diqor Qarabag adlanir Orta esr ispan tarixcisi 1441 1522 ise onu Ermenistan erazisi kimi gosterir B a l a s a k a n Ilk defe III esrden adi cekilir Turkce pala duzen col sozu ve sak etnoniminden oldugu guman olunur I Sapurun adi cekilir A r t s a k Albaniyanin dagliq bolgesinin bir hissesinin adi Yuxari Qarabag Turkce art dagliq erazi yukseklik sozu ve sak etnoniminden oldugu guman olunur Sahin Mkrtcyana gore ise Albaniyanin ilk hokmdari Aranin adindan gelir ve Ar an in bagi menasindadir A r k u q e t Sisakanda bir cayin adi Arqucay hidroniminin ermenice yazilisidir Turkce arqu yarganlarla parcalanmis Drevnetyurkskij slovar M 1969 seh 54 sozundendir Hekeri cayinin yarganlardan axan yuxari hissesinin adidir B a l k Sisakanda yasayis menteqesi adi Turkce balk seher mohkemlendirilmis yer sozundendir Qedim ermenice Balk kimi yazilmis bu toponimin cox qedim tarixi var hele er ev VIII esre aid Urartu menbeinde sonraki Zengezur mahalina Urartu carinin herbi seferi ile elaqedar yazida Velikuxi toponimi cekilir Bu toponimdeki uxi sozu urartu dilinde sekilci olduguna gore Velik kimi yazilmis toponim ermenice yazilisda Balkdir Kecen esre qeder Azerbaycanin Zengezur mahalinda indi Ermenistana aid hissesinde Belek adli kend vardi Q o s Arsakda kend adi Turkce kos muveqqeti koc yeri kocebe duserge sozundendir D a s x o r a n Albaniyada yasayis menteqesi idi Turkce das das ve oran oren uran yer heyvan ucun hasarlanmis yer yaxud Altay dillerinde oron kocebe duserge oba sozlerinden ibaretdir D u r Arsakda kend adi Turkce tur duserge sozundendir K a v a Albaniyanin qerbinde mahal adi IX esr gurcu menbeinde Kavazin Turkce kava kaya qaya ve san sin dag beli sozlerindendir Indiki Goyezen daginin adinda qalmisdir K o s t Arsakda kend adi Tam adi Koston adlarin sonluqlarinin ixtisara salinmasi seciyyevi hal idi Turkce kos koc ve ton uzunvari tepe sozlerindendir T a s t o n Sisakanda kend adi Turkce tas qaya ve ton uzunvari tepe sozlerindendir Ermenistanda Mehri rayonunda indiki Tastun kendinin adinda qalmisdir U r d u Arsakda menteqe adi Turkce ordu xan yurdu xan dusergesi sozundendir Q l a c Arsaxda menteqe adi Ehtimal ki turkce kilic dag qilinci sozundendir A l a s o p Arsakda menteqe adi Turkce ala yazi ve ona oba sozlerindendir Q a q c o l u indiki Qarayazinin bir hissesi Turkce qaq kocerilerin qis dusergesi sozundendir Kurdemir rayonunda Kaq Hacili Lerik rayonunda Qaqoy Yuxari Qarabagda Kaqartsi toponimlerindeki qaq kaq sozu ile eynidir T a n d z i k Arsakda menteqe adi Tan menasi melum deyil ve turkce cik azerbaycanca cik sekilcisindendir Kicik Tan menasindadir Indiki Bulutan eslinde Ulu Tan toponiminin antonimidir Qeyd edilmelidir ki 1728 ci ile aid bir menbede orada Musliman Tan adli kend de qeyd olunmusdur T a p a t Arsakda menteqe adi Turkce tap tepe sozundendir Tap Qala Tap ve b toponimlerdeki tap sozu ile eynidir Excerxo Excerxor Excerxis dag da adi Bu oronimin evvelinde turkce aq sozunun durmasi subhesizdir Sonraki komponent guman ki turkce ceraq mineral bulaq muqayise ucun Erdebil yaxinliginda Cariq Su adli yer vardir sozunun tehrifidir Mxitar Qosun eserlerindeAlbaniyanin bir nece toponimi XII esr Alban tarixcisi Mxitar Qosun eserinde cekilir A d a x e r a y Arsakda menteqe adi Turkce ata Azerbaycanda Ataqut Ataxan ve b kend adlarinda oldugu kimi ve qereqe kocerilerin qis evi gece alaciqlar qurulan yer sozlerindendir K a y k o y C o r Arsakda menteqe adi Turkce kaq y sesi ermenice yazilisda elave olunmadir maldarlarin qis dusergesi oy ev dam car dere sozlerindendir T v a r a s a t a p IX esre aid gurcu menbeinde Tvarasatap toponimi qeyd olunur Turkce tabur arabalardan mohkemlendirilmis duserge ve tepe sozlerindendir XIX esrde Borcali qezasindaki Tovretepe ya da Qazax rayonundaki Toyretepe toponimleri ile lokalize oluna biler T m b a t Turkce tam qala qala divari ve qedim yasayis menteqe adlarinin bezileri ucun seciyyevi bat bab sozlerindendir C u l a indiki Culfanin qedim adi Turkce yul cul yol kecid sozlerindendir X r a m Turk monqol dillerinde xerem qala sozundendir Yuxari Qarabagda indiki Xramort Xerem Yurt toponiminin ermenice tehrifidir toponimi ile muqayise edilir Stepan Orbelianin eserinde XIII esr Sisakanin mahallarinin adlarini cekir cekir Tsquqk hem de Vayosdzor Qeqarkuni Sotk Aqahec yaxud Xojaraberd Haband Baqk yaxud Atqen Kovvsakan Arevik yaxud Taston ve Megri Dzork yaxud Baqaberd qalasi ve Kapan Erindjak ve Qoxtan Cahuk Sisakanin erazisi Azerbaycanin Qubadli Zengilan zonasini indiki Ermenistanin Megri Basarkecer Qacaran rayonlarini ve Naxcivanin Ordubad Elince bolgesini ehate edirdi Qedim ermenice verilmis bu adlarin turkce esl formalari beledir Tusluk Quqar Satak Ala Ic sonra Qacar Abant Balk sonra Atqen Kusakan Arevik hem de Taston Elince Kolt ve Culfa Hemin adlarin Vayosdzordan azerbaycanca qeyri hec biri ermenice deyil Bu menbede Dzork kimi yazilmis toponimin ermenice dzor dere sozu ile izah edilmesine cehd ggsterilmisdir lakin prof Q Qeybullayev qeyd edir ki ermenice dzor sozunun bu toponimle hec bir elaqesi yoxdur bunu hemin ada elave olunmus k sesi de gosterir cunki hemin ses qedim ermeni dilinde bir qayda olaraq tayfa adlarina elave olunurdu ve cem bildirirdi Eslinde hemin mahal adi Cor Cur kimidir ve turk menseli cor sor tayfasinin adini eks etdirir Bunu Moisey Xorenasinin eserinde Sorapor kimi qeyd olunmasi da tesdiq edir Erebdilli menbelerdeIX XII esrlerde yasamis ereb cografiyacilarinin eserlerinde Arranda bir sira yeni toponimlerin adi cekilir B a r m a k meshur Xidirzinde pirinin yerlesdiyi Besbarmaq qayasinin adi Turkce parmak das tepe sozundendir S a n a r Kurle Arazin birlesdiyi yer Turkce senqer burun qurunun suya girmis burun sekilli hissesi sozundendir Suqovusanda yaranmis burun sekilli quru erazinin adidir H e n d a n Qarabagda dag adi Muellifin eserinin uzunu kocurmus katiblerin sehvi uzunden Xan Otaq adinin tehrifidir Ermenice tehrif formasi Xanadzak Xan kendi kendinin adidir E r R u b Qarabagda bir mahalin adi Harov toponiminin Fuzuli rayonunda Horovlu kendi erebce tehrifidir B e y l a q a n esl adi Bileqan Mil duzunde xarabaliqlari Orenqala adi ile qalmaqda olan qedim seherin adidir Turkce pila duzen aciq yer sozu ve qan sekilcisindendir Toponimin bu etimologiyasi Bileqanin Mil duzunde yerlesmesi ile tesdiq olunur K o t u r c a t Turkce kotur kecel seyrek bitkili yer ve cat iki dag tiresinin birlesdiyi yer qayaliq yukseklik yarganli ve dereli dag yamaci dag qolu sozlerindendir K r a p a s t i Turkce qara bas zirve sozlerinden ve ti li sekilcisindendir Qarabasli sozunun tehrifidir C a p a r Turkce poct atinin saxlandigi yer menasindadir IstinadlarVDI 1948 1 Strabon XI 3 2 Sevortyan E V Etimologicheskij slovao tyurkskih yazykov Tom I M 1974 tom II M 1978 tom III M 1982 I seh 755 Molchanova O T Toponomicheskij slovar Gornogo Altaya Gorno Altajsk 1979 seh 128 Strabon XI 4 2 Aliev K G O nazvanii reki Kura DAN Azerb SSR 1959 4 Pospelov E M Geograficheskie nazvaniya mira Moskva 1998 p 231 Sevortyan E V Etimologicheskij slovao tyurkskih yazykov Tom I M 1974 tom II M 1978 tom III M 1982 III seh 106 Ptolemey V 8 14 Keraunia Henry George Liddell Robert Scott A Greek English Lexicon Murzaev E M Slovar narodnyh geograficheskih terminov M 1985 seh 491 Ptolemey V 12 9 Sevortyan E V Etimologicheskij slovao tyurkskih yazykov Tom I M 1974 tom II M 1978 tom III M 1982 III seh 287 Yampolskij 3 I K izucheniyu letopisi Kavkazskoj Albanij Izv AN Azerb SSR seriya obsh nauk 1957 9 seh 6 Antonii Nebrissensis Dictionarium Redivivum Sive Novissime Emendatum Auctum Locupletatum amp In Meliorem Formam Restitutum Pars Prima Continens Interpretationibus 1 Eremyan S T Rannefeodalnye gosudarstva Zakavkazya v III VII vv Ocherki istorii SSSR M 1958 Radlov V V Opyt slovarya tyurkskih narechij t I IV IV 2 1162 Richard Nelson Frye The History of Ancient Iran Drevnetyurkskij slovar M 1969 seh 55 Mkrtchyan Shahen Treasures of Artsakh Yerevan Tigran Mets Publishing 2000 p 10 Sevortyan E V Etimologicheskij slovao tyurkskih yazykov Tom I M 1974 tom II M 1978 tom III M 1982 II seh 59 Pagireev D D Alfavitnyj ukazatel k pyativerstnoj karte Kavkazskogo kraya Tiflis 1913 seh 31 Radlov V V Opyt slovarya tyurkskih narechij t I IV II 2 seh 626 Sevortyan E V Etimologicheskij slovao tyurkskih yazykov Tom I M 1974 tom II M 1978 tom III M 1982 I seh 477 479 G M Vasilevich Toponimy tungusskogo proishozhdeniya Etnografiya imen M 1971 s 167 Radlov V V Opyt slovarya tyurkskih narechij t I IV III 2 seh 1475 Meliksetbekov L M Obzor istochnikov po istorii Azerbajdzhana Vyp II Baku 1939 Radlov V V Opyt slovarya tyurkskih narechij t I IV IV seh 626 Sevortyan E V Etimologicheskij slovao tyurkskih yazykov Tom I M 1974 tom II M 1978 tom III M 1982 III seh 280 Q Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Baki 1994 Sevortyan E V Etimologicheskij slovao tyurkskih yazykov Tom I M 1974 tom II M 1978 tom III M 1982 III seh 24 25 Gejbullaev G A K etnogenezu azerbajdzhancev tom 1 Baku 1991 Meliksetbekov L M Obzor istochnikov po istorii Azerbajdzhana Vyp II Baku 1939 Pagireev D D Alfavitnyj ukazatel k pyativerstnoj karte Kavkazskogo kraya Tiflis 1913 seh 229 Drevnetyurkskij slovar M 1969 seh 529 Stepanov Orbelian Iz istorii roda Sisakan Per s dr armyanskogo G Ter Grigoryana Azerb EA Tarih Institutunun elmi arhivi inv 1274 II fesil Velixanli N M IX XII esr ereb cografiyasunas seyyahlari Azerbaycan haqinda Baki 1974 seh 61 C S Ramstadt Studies in Korean etumology Helsinki 1949EdebiyyatQ Qeybullayev Azerbaycan toponimleri II cildde II nesri Baki 2007 Q Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Azerbaycan Dovlet Nesriyyati Baki 1994Hemcinin baxQafqaz Albaniyasi Azerbaycan Azerbaycan turklerinin etnogenezi