Qazi Bürhanəddin (1345, Kayseri – 1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim.
Qazi Bürhanəddin Əhməd bəy Salur | |
---|---|
1381 – 1398 | |
Əvvəlki | (Ərətna bəyliyi bəyi olaraq) |
Sonrakı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kayseri, Qaramanoğulları bəyliyi |
Vəfat tarixi | |
Vəfat yeri | Sivas |
Vəfat səbəbi | |
Milliyyəti | Azərbaycan türkü |
Fəaliyyəti | şair |
Atası | Kayseri qazısı |
Uşağı |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Həyatı
Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər.
Onun babası Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır. Əhmədin anası isə səlcuq sarayında yaşamış məşhur dövlət xadimlərin birinin nəvəsi idi. Qazi Bürhanəddin anasını erkən yaşlarından itirdiyindən onun tərbiyəsi ilə atası məşğul olub. 1356-cı ildə o, atası ilə Dəməşqə gedir, lakin bir müddətdən sonra yenidən onlar Qeysəriyə qayıdırlar və Əhmədin atası sarayda qazı kimi işləməyə başlayır.
Bütün kübar ailələrindən çıxan uşaqlar kimi Qazi Bürhanəddin də vətənində öz dövrünə görə yaxşı ilkin təhsil alır, 1358-ci ildə isə təhsilini davam etdirmək üçün Misirə yola düşür. Burada ilahiyyatı (fiqh, hədis və tibb), tibbi, nücumu, fəlsəfəni və digər elmləri öyrənir. Daha sonra özünün ilahiyyat, təbiət və riyaziyyat sahələrində biliklərini artırmaq məqsədilə Dəməşqə, bütün Şərqdə məşhur olan alim yanına gedir. Şair on doqquz yaşında ikən Məkkəyə gedir, atası öləndən sonra isə Hələbə köçür.
Siyasi fəaliyyəti
1365-ci ildə Qeysəriyə dönərək, Ərətna hökmdarı Məhəmmədin qızı ilə evlənir. Bu hadisədən bir müddət sonra onu atasının yerinə qazi təyin edirlər. Bu vəzifədə on ildən də artıq işləyən Qazi Bürhanəddin öz yüksək savadı, mədəniyyəti və ədalətliliyi ilə bütün xalqın hörmətini qazanır.
Artan hökmdarı Məhəmməd öldükdən sonra onun taxtına oğlu Əli oturur. Əli azyaşlı olduğu üçün dövlətin bütün işlərini Qazi Bürhanəddin görür və 1378-ci ildə vəzir təyin olunur. İki ildən sonra Əli də ölür və Bürhanəddin onun körpə uşağının atabəyi olur. Beləliklə, dövlətə bütün rəhbərlik onun əlinə keçir. 1381-ci ildə Qazi Bürhanəddin öz adını daşıyan yeni bir dövlət yaradır və Sultan elan edilir. Bundan sonra onun bütün həyatı daxili və xarici düşmənələrə qarşı fasiləsiz yürüş və döyüşlərdə keçir. Öz aralarında daimi çəkişmələr aparan qaramanlı, osmanlı, türkmən tayfaları arasındakı düşmənçiliyi yox etmək və ölkədə qanun-qaydanı möhkəmləndirmək üçün o, əlindən gələni edir. Bürhanəddin xarici siyasət sahəsində qeyri-adi uzaqgörənlik və müdriklik göstərir. Osmanlı sultanı , Qızıl Orda xanı Toxtamış, Əmir Teymur kimi təhlükəli rəqiblərin və onlarla xırda əmirlərin əhatəsində qalan Bürhanəddin düz 17 il öz ölkəsində sülhü və əmin-amanlığı qoruya bilir. Siyasi vəziyyət tələb edəndə o, I Bayəzidlə, yaxud Teymurla açıq mübarizəyə girir, zərurət yarandıqda keçmiş rəqibləri Toxtamış xan, yaxud da məmlük sultanı ittifaq bağlayır.
Bürhanəddin ölkəni Teymurun işğalından xilas edir və qonşu əmirlərlə uğurlu müharibələr aparır. Onun səyləri boşa getmir. Ölkə möhkəmlənir və çiçəklənir. Bürhanəddin ticarət, maarif və elmin inkişafına yardım edir, mədrəsələr, karvansaralar açdırır, körpülər saldırır.
Qazi Bürhanəddin 1398-ci ildə Ağqoyunlu hökmdarlarından bəylə döyüşdə həlak olur və Sivas şəhərində dəfn edilir. Bundan sonra ölkədə hakimiyyət onun yeganə oğlu keçir. Ancaq gənc hökmdar hakimiyyəti əldə saxlaya bilmir və Qazi Bürhanəddinin belə çətinliklə yaratdığı dövlət tərəfindən dağıdılır. Ölkənin torpaqları Osmanlı dövlətinin tərkibinə keçir.
Qazı Bürhanəddin, Səlcuqların məğlubiyyətindən sonra Sivas və ətrafında qurulan Eretna Bəyliyində 1335–1381-ci illərdə sıra ilə kadılık, vəzirlik və padişahlıq vəkilliyi kimi vəzifələrdə işləmiş və bir müddət sonra bəyliyin zəifləməsindən istifadə edərək öz adını daşıyan dövlətini qurmuşdur. 1381-ci ildə qurduğu bu dövlət 17 il yaşamış və 1398-ci ildə Ağqoyunlu hökmdarı Qara Yuluq Osman Bəy tərəfindən Qazi Bürhanəddin öldürülmüşdür. Bürhanəddindən sonra hakimiyyətə gələn oğlu Ələddin Əli Teymur təhlükəsi səbəbi ilə paytaxt Sivası Osmanlılara təslim etdi və Sivas valiliyinə Mehmet Çələbinin vali təyin olunması ilə süqut etmişdir.
Qazi Bürhanəddin Azərbaycan tarixi və ədəbiyyatı ilə yanaşı Osmanlı tarixində də silinməz iz qoymuşdur. Belə ki,1392-ci ildə Qazi Bürhanəddin, Osmanlı İmperiyası ordusunu Çorum yaxınlığında Qırxdilim adlı yerdə yendi və bu savaşda İldırım Bəyazidin varisi – oğlu öldürüldü.
Yaradıcılığı
Qazi Bürhanəddin, macərə ilə dolu bir həyat yaşamışdır. Məlumatlı, adil, zəki və sözünü əsirgəməyən bir dövlət xadimi olduğu rəvayət edilmişdir. Bu xüssiyyətlərindən əlavə, içdən və yanıq bir eşq şairidir. Lirik şeirlərində cəsarət gözə çarpır və bu istiqamətiylədə klassik şeirdən fərqlənir. Eşq şeirlərindən əlavə din və təsəvvüf ilə bağlı şeirləri də vardır. Bir Türkcə divanı ilə, iki Ərəbcə yazılmış əsəri mövcuddur.
Dövlət idarəçiliyi Bürhanəddinə elm və sənətlə məşğul olması üçün maneçilik törətmir. Yüksək savada malik şair-hökmdarın fəlsəfi konsepsiyası onun "Tərci üt-tövzih" ("İzahların təkrarı") və "İksir-üs səadət fi əsrar-ül ibadət" ("Səadət iksiri ibadət əsrarında") adı ilə ərəbcə yazdığı risalələrdə əks olunmuşdur. Bürhanəddinin görüşlərinə sufi və hürufi fəlsəfəsinin böyük təsiri olduğu aydın görsənir. O öz şerlərini üç dildə – Azərbaycan türkcəsində, fars və ərəb dillərində yazıb. Azərbaycan türkcəsində "Divan"ı bircə nüsxədə saxlanmışdır. Bu nüsxə hələ müəllifin sağlığında xəttat Xəlil ibn Əhməd tərəfindən yazılıb və hal-hazırda . Onu Londona ingilis səfirliyinin işçisi Tomas 1890-cı ildə İstanbuldan gətirmişdir. "Divan" Azərbaycan alimi, professor tərəfindən 1988-ci ildə Bakıda nəşrə hazırlanmış və kitab şəklində işıq üzü görmüşdür. Ə. Səfərli şairin qısa tərcümeyi-halını da kitaba daxil etmişdir. Bu "Divan" 1319 qəzəl 20 rübai və 108 tuyuqdan ibarətdir.
Akademik A. Krımski yazır: "Bürhanəddinin "Divan"ı qeyri-bərabər həcmli iki hissədən ibarətdir. İlk və böyük bölüm qəzəllərdir. İkinci və nisbətən kiçik hissədə hər şeydən əvvəl iyirmiyə qədər rübaisini qeyd etməliyik. Bunlar türkcə yazılmış ilk "rübaiyyat"dır. Həmin hissədə bunlardan başqa mistik-erotik məzmunlu qısa tuyuqlar da əsas yer tutur."
"Tuyuq"ların təhlili sufizm və Bürhanəddin yaradıcılığına təsirindən xəbər verir. Şairin sevgi lirikası isə öz növbəsində bir çox türkdilli şairlərə örnək olmuşdur. Bunlar folklora yaxınlığı və fars-ərəb mənşəli sözlərin nisbətən az işlədilməsi, həmçinin gözəl bənzətmə və istiarələrlə seçilir.
Əcaba, dərdümün dəvası qanı?
Əcaba, rəncümün şəfası qanı!
Ayağı tozuna yüz ururam
Ki, göz ağrısı tutiyası qanı!
Zülfi hil binübən irişdi cana
Ənbərin xattinün yayası qanı!
Kimiya ilə qıldı zər yüzümi
Yarı bulmağa simiyası qanı!
Sidqümi bildi hüsni eşqində,
Bəs bizə vəslinün səfası qanı?
Bürhanəddinin bir sıra şerlərində mərdlik və hünər tərənnüm olunur:
Həmişə aşiq könlü biryan bolur,
Hər nəfəs qərib gözü biryan bolur,
Sufilərin diləgi mehrab, nəmaz,
Ər kişinun arzusı meydan bolur.
Ər yigit qayda ürkər ürkülərdən
Yaxşı at bəlinləməz ilkülərdən.
Düşmənlər bizdə bolsa ditrəşsünlər
Qağan aslan qaynınmaz dilkülərən.
Qazi Bürhanəddinin yaradıcılığı Azərbaycan ədəbiyyatının mühüm mərhələlərindən birini əhatə edir. Belə ki, Qazi Bürhanəddin Azərbaycan türkcəsi ilə yazdığı divanı bizə çatan ilk şairdir. Bundan başqa Qazi Bürhanəddin Azərbaycan ədəbiyyatında, eləcə də ümumtürk ədəbiyyatında qəzəl şeir janrında yazan ilk şairdir.
Bürhanədiin ana dilində – Azərbaycan türkcəsində yazmış böyük Azərbaycan şairlərindən biridir. Onun poeziyası özündən sonra gələn və hər biri Azərbaycan ədəbiyyatının parlaq ulduzları olan Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Kişvəri, Həbibi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif və bu kimi bir çox şairlərin yaradıcılıqına ciddi təsir göstərmişdir. Elə buna görə də onun lirikası bir çox türkdilli ölkələrdə populyardır. Elə buna görə Bürhanəddinin adı orta əsr təzkirəçi və tarixçiləri tərəfindən tez-tez xatırlanmışdır.
Həmçinin bax
Mənbə
- Bürhanəddin Qazi. . Tərtib edən: Əlyar Səfərli; Redaktor: Samət Əlizadə. Bakı: "Öndər nəşriyyat", 2005, 728 səhifə.
İstinadlar
- """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində . İstifadə tarixi: 2019-05-13.
Xarici keçidlər
- http://www.sozunsozu.com/forum/archive/index.php?t-3272.html[ölü keçid]
- http://dusharge.azeriblog.com/2008/10/03/tuyughlar-ve-qazi-burhaneddin[ölü keçid]
- http://kitab.az/cgi-bin/catlib2/topictree.cgi?lang=az&topic=000c0106&field_id=&field_name=[ölü keçid]
- http://degelsin.com/forum/YaBB.pl?num=1188274210
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qazi Burhaneddin 1345 Kayseri 1398 Sivas mensece Azerbaycan turklerinden olan XIV esrin meshur sairi dovlet xadimi ve alim Qazi Burhaneddin Ehmed bey Salurbeyi1381 1398Evvelki Eretna beyliyi beyi olaraq SonrakiSexsi melumatlarDogum tarixi 1345Dogum yeri Kayseri Qaramanogullari beyliyiVefat tarixi 1398Vefat yeri SivasVefat sebebiMilliyyeti Azerbaycan turkuFealiyyeti sairAtasi Kayseri qazisiUsagi Azerbaycan Respublikasi Nazirler Kabinetinin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari ile Qazi Burhaneddin Azerbaycan Respublikasinda eserleri dovlet varidati elan edilen muelliflerin siyahisina daxil edilmisdir HeyatiGorkemli dovlet xadimi meshur serkerde ve sair Qazi Burhaneddin 1344 cu il de Qeyseriye seherinde dunyaya goz acmisdir O menseyine gore qedim turk oguz boylarindan sayilan Salur tayfasina mensub idi Bele bir ehtimal da var ki onun qedim babalari Xarezmden gelmisdiler Sairin adi Ehmed kunyesi Ebulabbas texellusu ise Qazi Burhaneddin idi O irsen kecen qazilik huququna malik yuksek savad derecesi ve esl necabeti ile meshur olan bir aileden idi Qeyseri seherinin qazilari Celaleddin Hebib Husameddin Huseyn Siraceddin Suleyman bu nesildendirler Onun babasi Anadoluda yaradilmis Eretna beyliyinin banisi sarayinda yasamis ve beyliyin siyasi heyatinda muhum rol oynamisdir Sairin atasi Semseddin Mehemmed de oz dovrunun meshur qazilerinden sayilir Ehmedin anasi ise selcuq sarayinda yasamis meshur dovlet xadimlerin birinin nevesi idi Qazi Burhaneddin anasini erken yaslarindan itirdiyinden onun terbiyesi ile atasi mesgul olub 1356 ci ilde o atasi ile Demesqe gedir lakin bir muddetden sonra yeniden onlar Qeyseriye qayidirlar ve Ehmedin atasi sarayda qazi kimi islemeye baslayir Butun kubar ailelerinden cixan usaqlar kimi Qazi Burhaneddin de veteninde oz dovrune gore yaxsi ilkin tehsil alir 1358 ci ilde ise tehsilini davam etdirmek ucun Misire yola dusur Burada ilahiyyati fiqh hedis ve tibb tibbi nucumu felsefeni ve diger elmleri oyrenir Daha sonra ozunun ilahiyyat tebiet ve riyaziyyat sahelerinde biliklerini artirmaq meqsedile Demesqe butun Serqde meshur olan alim yanina gedir Sair on doqquz yasinda iken Mekkeye gedir atasi olenden sonra ise Helebe kocur Siyasi fealiyyeti1365 ci ilde Qeyseriye donerek Eretna hokmdari Mehemmedin qizi ile evlenir Bu hadiseden bir muddet sonra onu atasinin yerine qazi teyin edirler Bu vezifede on ilden de artiq isleyen Qazi Burhaneddin oz yuksek savadi medeniyyeti ve edaletliliyi ile butun xalqin hormetini qazanir Artan hokmdari Mehemmed oldukden sonra onun taxtina oglu Eli oturur Eli azyasli oldugu ucun dovletin butun islerini Qazi Burhaneddin gorur ve 1378 ci ilde vezir teyin olunur Iki ilden sonra Eli de olur ve Burhaneddin onun korpe usaginin atabeyi olur Belelikle dovlete butun rehberlik onun eline kecir 1381 ci ilde Qazi Burhaneddin oz adini dasiyan yeni bir dovlet yaradir ve Sultan elan edilir Bundan sonra onun butun heyati daxili ve xarici dusmenelere qarsi fasilesiz yurus ve doyuslerde kecir Oz aralarinda daimi cekismeler aparan qaramanli osmanli turkmen tayfalari arasindaki dusmenciliyi yox etmek ve olkede qanun qaydani mohkemlendirmek ucun o elinden geleni edir Burhaneddin xarici siyaset sahesinde qeyri adi uzaqgorenlik ve mudriklik gosterir Osmanli sultani Qizil Orda xani Toxtamis Emir Teymur kimi tehlukeli reqiblerin ve onlarla xirda emirlerin ehatesinde qalan Burhaneddin duz 17 il oz olkesinde sulhu ve emin amanligi qoruya bilir Siyasi veziyyet teleb edende o I Bayezidle yaxud Teymurla aciq mubarizeye girir zeruret yarandiqda kecmis reqibleri Toxtamis xan yaxud da memluk sultani ittifaq baglayir Burhaneddin olkeni Teymurun isgalindan xilas edir ve qonsu emirlerle ugurlu muharibeler aparir Onun seyleri bosa getmir Olke mohkemlenir ve ciceklenir Burhaneddin ticaret maarif ve elmin inkisafina yardim edir medreseler karvansaralar acdirir korpuler saldirir Qazi Burhaneddin 1398 ci ilde Agqoyunlu hokmdarlarindan beyle doyusde helak olur ve Sivas seherinde defn edilir Bundan sonra olkede hakimiyyet onun yegane oglu kecir Ancaq genc hokmdar hakimiyyeti elde saxlaya bilmir ve Qazi Burhaneddinin bele cetinlikle yaratdigi dovlet terefinden dagidilir Olkenin torpaqlari Osmanli dovletinin terkibine kecir Qazi Burhaneddin Selcuqlarin meglubiyyetinden sonra Sivas ve etrafinda qurulan Eretna Beyliyinde 1335 1381 ci illerde sira ile kadilik vezirlik ve padisahliq vekilliyi kimi vezifelerde islemis ve bir muddet sonra beyliyin zeiflemesinden istifade ederek oz adini dasiyan dovletini qurmusdur 1381 ci ilde qurdugu bu dovlet 17 il yasamis ve 1398 ci ilde Agqoyunlu hokmdari Qara Yuluq Osman Bey terefinden Qazi Burhaneddin oldurulmusdur Burhaneddinden sonra hakimiyyete gelen oglu Eleddin Eli Teymur tehlukesi sebebi ile paytaxt Sivasi Osmanlilara teslim etdi ve Sivas valiliyine Mehmet Celebinin vali teyin olunmasi ile suqut etmisdir Qazi Burhaneddin Azerbaycan tarixi ve edebiyyati ile yanasi Osmanli tarixinde de silinmez iz qoymusdur Bele ki 1392 ci ilde Qazi Burhaneddin Osmanli Imperiyasi ordusunu Corum yaxinliginda Qirxdilim adli yerde yendi ve bu savasda Ildirim Beyazidin varisi oglu olduruldu YaradiciligiQazi Burhaneddin macere ile dolu bir heyat yasamisdir Melumatli adil zeki ve sozunu esirgemeyen bir dovlet xadimi oldugu revayet edilmisdir Bu xussiyyetlerinden elave icden ve yaniq bir esq sairidir Lirik seirlerinde cesaret goze carpir ve bu istiqametiylede klassik seirden ferqlenir Esq seirlerinden elave din ve tesevvuf ile bagli seirleri de vardir Bir Turkce divani ile iki Erebce yazilmis eseri movcuddur Dovlet idareciliyi Burhaneddine elm ve senetle mesgul olmasi ucun manecilik toretmir Yuksek savada malik sair hokmdarin felsefi konsepsiyasi onun Terci ut tovzih Izahlarin tekrari ve Iksir us seadet fi esrar ul ibadet Seadet iksiri ibadet esrarinda adi ile erebce yazdigi risalelerde eks olunmusdur Burhaneddinin goruslerine sufi ve hurufi felsefesinin boyuk tesiri oldugu aydin gorsenir O oz serlerini uc dilde Azerbaycan turkcesinde fars ve ereb dillerinde yazib Azerbaycan turkcesinde Divan i birce nusxede saxlanmisdir Bu nusxe hele muellifin sagliginda xettat Xelil ibn Ehmed terefinden yazilib ve hal hazirda Onu Londona ingilis sefirliyinin iscisi Tomas 1890 ci ilde Istanbuldan getirmisdir Divan Azerbaycan alimi professor terefinden 1988 ci ilde Bakida nesre hazirlanmis ve kitab seklinde isiq uzu gormusdur E Seferli sairin qisa tercumeyi halini da kitaba daxil etmisdir Bu Divan 1319 qezel 20 rubai ve 108 tuyuqdan ibaretdir Akademik A Krimski yazir Burhaneddinin Divan i qeyri beraber hecmli iki hisseden ibaretdir Ilk ve boyuk bolum qezellerdir Ikinci ve nisbeten kicik hissede her seyden evvel iyirmiye qeder rubaisini qeyd etmeliyik Bunlar turkce yazilmis ilk rubaiyyat dir Hemin hissede bunlardan basqa mistik erotik mezmunlu qisa tuyuqlar da esas yer tutur Tuyuq larin tehlili sufizm ve Burhaneddin yaradiciligina tesirinden xeber verir Sairin sevgi lirikasi ise oz novbesinde bir cox turkdilli sairlere ornek olmusdur Bunlar folklora yaxinligi ve fars ereb menseli sozlerin nisbeten az isledilmesi hemcinin gozel benzetme ve istiarelerle secilir Ecaba derdumun devasi qani Ecaba rencumun sefasi qani Ayagi tozuna yuz ururam Ki goz agrisi tutiyasi qani Zulfi hil binuben irisdi cana Enberin xattinun yayasi qani Kimiya ile qildi zer yuzumi Yari bulmaga simiyasi qani Sidqumi bildi husni esqinde Bes bize veslinun sefasi qani Burhaneddinin bir sira serlerinde merdlik ve huner terennum olunur Hemise asiq konlu biryan bolur Her nefes qerib gozu biryan bolur Sufilerin dilegi mehrab nemaz Er kisinun arzusi meydan bolur Er yigit qayda urker urkulerden Yaxsi at belinlemez ilkulerden Dusmenler bizde bolsa ditressunler Qagan aslan qayninmaz dilkuleren Qazi Burhaneddinin yaradiciligi Azerbaycan edebiyyatinin muhum merhelelerinden birini ehate edir Bele ki Qazi Burhaneddin Azerbaycan turkcesi ile yazdigi divani bize catan ilk sairdir Bundan basqa Qazi Burhaneddin Azerbaycan edebiyyatinda elece de umumturk edebiyyatinda qezel seir janrinda yazan ilk sairdir Burhanediin ana dilinde Azerbaycan turkcesinde yazmis boyuk Azerbaycan sairlerinden biridir Onun poeziyasi ozunden sonra gelen ve her biri Azerbaycan edebiyyatinin parlaq ulduzlari olan Mehemmed Fuzuli Imadeddin Nesimi Kisveri Hebibi Sah Ismayil Xetai Molla Penah Vaqif ve bu kimi bir cox sairlerin yaradiciliqina ciddi tesir gostermisdir Ele buna gore de onun lirikasi bir cox turkdilli olkelerde populyardir Ele buna gore Burhaneddinin adi orta esr tezkireci ve tarixcileri terefinden tez tez xatirlanmisdir Hemcinin baxEretna beyliyi Azerbaycan sairlerinin siyahisi Azerbaycan edebiyyatiMenbeBurhaneddin Qazi Tertib eden Elyar Seferli Redaktor Samet Elizade Baki Onder nesriyyat 2005 728 sehife ISBN 9952416732Istinadlar Eserlerin dovlet varidati elan edilmesi Qaydalari nin ve Eserleri dovlet varidati elan edilen muelliflerin ve dovlet varidati elan edilen filmlerin Siyahisi nin tesdiq edilmesi haqqinda Azerbaycan Respublikasi Nazirler Kabineti nin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari az nk gov az 2019 05 11 2020 11 24 tarixinde Istifade tarixi 2019 05 13 Xarici kecidlerhttp www sozunsozu com forum archive index php t 3272 html olu kecid http dusharge azeriblog com 2008 10 03 tuyughlar ve qazi burhaneddin olu kecid http kitab az cgi bin catlib2 topictree cgi lang az amp topic 000c0106 amp field id amp field name olu kecid http degelsin com forum YaBB pl num 1188274210