Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır.
Ümumi məlumat
Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər.
Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Xristianlıq teologiyası
Xristianlığın əsas ehkamlarında eyni mövqeyi tutan pravoslav, katolik və protestant kilsələri bir çox detallarda fərqli təlimlərə etiqad edirlər, buna görə də bir məzhəbin içində belə sistematik teologiyanın bir neçə variantı ola bilər. Protestant müəlliflərin arasında P. Tillix, U. Qrudəm kimi müəlliflərin sistematik teologiya əsərləri xeyli yayılmış və başqa dillərə tərcümə olunmuşdur. Rus baptist ilahiyyatçısı M. V. İvanovun "Sistematik teologiyanın əsasları" əsərində baptist təlimləri öz əksini tapmışdır. Pravoslav kilsəsində V. N. Losskiyin "Doqmatik teologiya" adında sanballı əsəri şöhrət qazanmışdır.
Teologiya bir çox sahələrdən ibarət olan mürəkkəb elmdir. Müxtəlif xristian məzhəblərində teologiyanın sahələrə, fənlərə bölünməsi fərqlidir, lakin ümumiyyətlə xristian teologiyasında aşağıdakı əsas sahələri qeyd etmək olar: Allah haqqında təlim olaraq "xüsusi teologiya" (o cümlədən Üç Üqnum, Allahın adları və sifətləri), vəhy, yaradılış, teodiseya (şərin mövcudluğunu izah edən elm), Bibliya antropologiyası, hamartiologiya (günah haqqında təlim), xristologiya (Məsihin şəxsiyyəti haqqında təlim), pnevmatologiya (Müqəddəs Ruh haqqında təlim), soteriologiya (xilas haqqında təlim), ekklesiologiya (kilsəni tədqiq edən elm), missiologiya, esxatologiya (dünyanın axırı haqqında təlim), sakramentologiya (vəftiz və Rəbbin süfrəsi kimi "sakramentlər" (müqəddəs mərasimlər) haqqında təlim), patrologiya (kilsə atalarını tədqiq edən elm), angelologiya və demonologiya (mələkləri və cinləri tədqiq edən elm).
Xristian teologiyası, dəyişməz təməl əqidələri sabit qaldığı halda, daim inkişaf edən və dəyişən bir hadisədir. Ehkamçı teologiya bütün dövrlərin mütəfəkkirləri tərəfindən tənqid edilmişdir. Bu səbəbdən xüsusilə son əsrlərdə teoloqların elmə və tənqidə daha çox açıq olmaları teologiyanı getdikcə ifrat ehkamçılıqdan uzaqlaşdırır, məzhəblər və dinlər arasında sağlam dialoqun artmasına zəmin yaradır.
İstinadlar
- Paul Tillich. Systematic Theology. (3 volumes). Rus dilinə tərcümə bax: http://knigosite.ru/library/books/52239[ölü keçid]
- Wayne Grudem (1995). Systematic Theology. Zondervan. (). Rus dilinə tərcümə bax: http://tpor.ru/duxovnoe/uejn-grudem-sistematicheskoe-bogoslovie 2016-03-12 at the Wayback Machine
- Bax: http://rusbaptist.stunda.org/sistem.htm 2022-03-27 at the Wayback Machine
- Bax: http://predanie.ru/lib/book/69664/ 2016-03-04 at the Wayback Machine
Mənbə
- Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Богословие Библейское"
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Teologiya yun 8eos theos Tanri yun logos logos bilim her hansi bir dinin xususi menada ise xristianligin teliminin sistemlesdirilmesi Bu sahe ile mesgul olan insanlar teoloq adlanir Umumi melumatBir qayda olaraq Bibliyaya umumdunya kilse meclislerinin qerarlarina ve protestantlardan basqa kilse atalarinin telimlerine Muqeddes Yaziya ve Muqeddes Eneneye esaslanan xristian teologiyasinin tarixi nisbeten yenidir XVIII esre qeder ilahiyyatcilar adeten Bibliya metninin tarixi edebi kontekstine ehemiyyet vermeden sitat getirerek telim vermisler Bibliya teologiyasi musteqil bir elm olaraq XVIII esrde protestant kilsesinde meydana geldi Protestantlar umumiyyetle Muqeddes Enenenin avtoritetini qebul etmedikleri ve yalniz Bibliyani vehy saydiqlarina gore sistematik teologiyani yaradan protestantlarin baslica usulu Bibliyani Bibliya vasitesile serh etmek qaydasindan ibaret idi Muqeddes Eneneye boyuk ehemiyyet veren pravoslav ve katolik teoloqlari evveller protestantligin tesirinden ehtiyatlanaraq bele teologiyaya bir qeder subhe ile yanasmislar Lakin sonra elmi usullara esaslanan teologiyanin tekce protestant deyil pravoslav ve katolik telimine de tetbiq edilmesinin mumkunluyunu ve zeruretini gormusdurler Xristianliq teologiyasiXristianligin esas ehkamlarinda eyni movqeyi tutan pravoslav katolik ve protestant kilseleri bir cox detallarda ferqli telimlere etiqad edirler buna gore de bir mezhebin icinde bele sistematik teologiyanin bir nece varianti ola biler Protestant muelliflerin arasinda P Tillix U Qrudem kimi muelliflerin sistematik teologiya eserleri xeyli yayilmis ve basqa dillere tercume olunmusdur Rus baptist ilahiyyatcisi M V Ivanovun Sistematik teologiyanin esaslari eserinde baptist telimleri oz eksini tapmisdir Pravoslav kilsesinde V N Losskiyin Doqmatik teologiya adinda sanballi eseri sohret qazanmisdir Teologiya bir cox sahelerden ibaret olan murekkeb elmdir Muxtelif xristian mezheblerinde teologiyanin sahelere fenlere bolunmesi ferqlidir lakin umumiyyetle xristian teologiyasinda asagidaki esas saheleri qeyd etmek olar Allah haqqinda telim olaraq xususi teologiya o cumleden Uc Uqnum Allahin adlari ve sifetleri vehy yaradilis teodiseya serin movcudlugunu izah eden elm Bibliya antropologiyasi hamartiologiya gunah haqqinda telim xristologiya Mesihin sexsiyyeti haqqinda telim pnevmatologiya Muqeddes Ruh haqqinda telim soteriologiya xilas haqqinda telim ekklesiologiya kilseni tedqiq eden elm missiologiya esxatologiya dunyanin axiri haqqinda telim sakramentologiya veftiz ve Rebbin sufresi kimi sakramentler muqeddes merasimler haqqinda telim patrologiya kilse atalarini tedqiq eden elm angelologiya ve demonologiya melekleri ve cinleri tedqiq eden elm Xristian teologiyasi deyismez temel eqideleri sabit qaldigi halda daim inkisaf eden ve deyisen bir hadisedir Ehkamci teologiya butun dovrlerin mutefekkirleri terefinden tenqid edilmisdir Bu sebebden xususile son esrlerde teoloqlarin elme ve tenqide daha cox aciq olmalari teologiyani getdikce ifrat ehkamciliqdan uzaqlasdirir mezhebler ve dinler arasinda saglam dialoqun artmasina zemin yaradir IstinadlarPaul Tillich Systematic Theology 3 volumes Rus diline tercume bax http knigosite ru library books 52239 olu kecid Wayne Grudem 1995 Systematic Theology Zondervan ISBN 978 0 310 28670 7 Rus diline tercume bax http tpor ru duxovnoe uejn grudem sistematicheskoe bogoslovie 2016 03 12 at the Wayback Machine Bax http rusbaptist stunda org sistem htm 2022 03 27 at the Wayback Machine Bax http predanie ru lib book 69664 2016 03 04 at the Wayback MachineMenbeMen A protoierej Bibliologicheskij slovar v 3 h t Moskva Fond imeni Aleksandra Menya 2002 Bogoslovie Biblejskoe