Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım;1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.
Tezer Daşqıran | |
---|---|
8 mart 1944 – 12 mart 1954 Kastamonu (1944) Qars (1946, 1950) | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 4 may 1979 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | Əhməd Ağaoğlu |
Anası | Sitarə Ağaoğlu |
Həyat yoldaşı | Bekir Nimetullah Daşqıran |
Uşaqları | Oğlu: Şevket Mete Daşqıran Qızı: Suna Güler |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır.
Həyatı
Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub.
Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır.
1931-ci ildə Tezer o dönəmin tanınmış həkimlərindən olan Nimet Daşqıranla ailə qurur və Vyanaya gedir. 1933-cü ildə Türkiyəyə qayıdır. Cütlüyün iki övladı olur. Qızları Suna arxeologiya, oğlanları Mete isə İsveçrədə siyasət üzrə təhsil alır.
Türkiyədə 1934-cü ildə qadınlara parlamentə seçilmək hüququ verilir. 1941-ci ildə Tezer Daşqıran Kastamonudan millət vəkili seçilir. Bu barədə Sürəyya Ağaoğlu xatirələrində yazır: "1941-ci ildə qardaşım Səmədi Daxiliyyə vəkili çağıraraq "Bir çox gənci millət vəkili seçmək istəyirik, səni də istəyirik, müraciət elə" deyir. O vaxtlar tək partiyalı rejim olduğu üçün seçkilər təyinatdan o tərəfə getmirdi. Seçkinin axşamı radioda Səmədin adının oxunacağını gözləyərkən Tezerin adını eşitdik. O da millət vəkili namizədliyini radiodan öyrənmişdi. İsmət İnönü Tezeri Ankara Qız Liseyinin müdiri kimi, eyni zamanda da Maarif Şurasından tanıyırdı və çıxışlarını bəyənirdi. Tezer Kastamonu deputatı oldu. Təbii ki, ailəmiz üçün Tezerin və ya Səmədin başarısı arasında fərq yox idi. Çox sevindik".
1946-cı ildə Tezer Daşqıran Qarsın ilk qadın millət vəkili kimi parlamentə seçilir. 1950-ci ildə 10 kişi namizəd arasında ən çox səsi əldə edərək, Qarsdan növbəti dəfə deputat seçilir. Deyilənlərə görə, həmin dönəmdə Qarsda doğulan qız uşaqlarının əksəriyyətinə onun şərəfinə Tezer adı qoyulub.
Millət vəkilliyi dönəmində Tezer Daşqıran təhsil, qadın və uşaq hüquqları ilə bağlı çıxışlar edir, bu sahədə müxtəlif işlər görür. Məsələn, 11 iyun 1951-ci ildə parlamentdəki çıxışında Daşqıran təhsilsiz vətəndaşlar üçün xüsusi təhsil proqramlarının hazırlanmasını, onlar üçün xüsusi əlifbanın yazılması və gərəkli bilgilərin olduğu kitabların kəndlərə yayılmasını, radio vasitəsilə dərslərin verilməsini təklif etmişdi. Eləcə də, dilin sadələşdirilməsinin fəal tərəfdarlarından biri olur.
Tezer Daşqıran 4 may 1979-cu ildə İstanbulda vəfat edib. İstanbul ilinin Tuzla rayonunda 1987-ci ildən etibarən onun adını daşıyan məktəb fəaliyyət göstərir.
Kitabları
1928-ci ildə 24 yaşlı Tezer Daşqıran "Suri ve Tatbiki Mantık" adlı liseylər üçün məntiq kitabı yazır. Cümhuriyyətin ilk illərində dərslik kitablarının az olması Tezeri bildiyi fransız dilindən tərcümələr edərək, belə bir kitabı hazırlamağa məcbur etmişdi. Tezer kitabın bir nüsxəsini də baxması üçün, içərisinə "türk qadınlarının xilaskarı Atatürkə" yazaraq Mustafa Kamala göndərir. Atatürk bir toyda Tezeri görərkən ətrafındakı izdihama baxmayaraq ona yaxınlaşır, kitaba görə təbrik edir və ətrafındakılara dönərək deyir: "Görürsünüzmü, bu kiçik qız liseylər üçün məntiq kitabı yazıb, türk qızlarının bu sahədə yetişmələrinə sevinmək lazımdır". Daha sonra Atatürk kitabda olan ağır terminlərin yeni, sadə sözlərlə ifadə edilməsinin gərəkliliyini bildirir. Bu kitaba görə Tezer tərəfindən mükafatlandırılır.
Tezer Daşqıran "Stüart Mill" (filosofun həyat və yaradıcılığı haqqında), "Suçlu çocuklarımız" (qardaşı Səməd Ağaoğlu ilə birlikdə uşaq islah evində aparılan araşdırma), "Türk əxlaqının ilkələri", "Qadın hüquqları", "Vətəndaşın əl kitabı" və digər kitabların da müəllifidir.
Tezer Daşqıran Türkiyədə qadın hüquqlarını müdafiə edən və bu mövzuda əsərlər yazan şəxs kimi xatırlanır. Bu fəaliyyətinə görə, o, bacısı Sürəyya ilə birlikdə Amerikada təşkil olunan Qadınlar Birliyi Konqresinə dəvət alır, lakin texniki problemlər səbəbindən orada iştirak edə bilmir. Sürəyya Ağaoğlu isə tədbirə qatılır.
Ailəsi
- Atası — Əhməd Ağaoğlu, publisist, maarifçi, yazıçı, pedaqoq, alim və ictimai xadim.
- Anası — Sitarə Ağaoğlu.
- Qardaşı — , Qrönoblda ali mühəndislik təhsili almış, Türkiyənin çağdaş elektrik şəbəkələrinin qurulmasının pionerlərindən biri kimi tanınmışdı.
- Qardaşı — Səməd Ağaoğlu, Türkiyənin demokratikləşdirilməsində mühüm rolu olan Demokrat Partiyasının qurucularından idi. 1950–1960-cı illərdə Adnan Menderes hökumətində baş nazirin müavini, sənaye naziri və iqtisadiyyat naziri vəzifələrini tutmuşdu. Üç dəfə TBMM-ə deputat seçilmişdir.
- Bacısı — Sürəyya Ağaoğlu, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı, Beynəlxalq Qadın Hüquqşünaslar Assosiasiyasının vitse-prezidenti,İslam dünyasının ilk qadın vəkili. 1960-cı ildə Qadın Hüquqçular Birliyinin BMT Cenevrə Təşkilatı təmsilçisi seçilmişdir.
- Bacısı — , Türkiyənin tanınmış pediatorlarından biri.
- Əri — Nimet Daşqıran, dönəmin tanınmış cərrahlarından biri.
- Oğlu — Mete Daşqıran.
- Qızı — Suna Daşqıran, iki dəfə ailəli olub. İlk nikahından iki övladı var. İkinci həyat yoldaşı erməni əsilli Türkiyə fotoqrafı Ara Gülər olub.
- Nəvəsi — Ayşə, İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində alətində ifa edir.
- Nəvəsi — , "" qrupunun gitara çalanı və yaradıcılarından biri. Uzun müddət Barış Manço ilə birlikdə işləyib. Mançonun ən məşhur mahnılarından biri olan ""nin musiqisi ona aiddir.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- "TBMM 7. dönem milletvekilleri listesi". İpfs.io. 30 iyun 2018 tarixində .
- "TBMM 8. dönem milletvekilleri listesi". İpfs.io. 30 iyun 2018 tarixində .
- "TBMM 9. dönem milletvekilleri listesi". İpfs.io. 30 iyun 2018 tarixində .
- "MÜHACİRƏT İRSİMİZDƏN: MƏHƏMMƏDƏMİN RƏSULZADƏNİN OTUZ MƏKTUBU" (PDF). 2022-09-10 tarixində (PDF). İstifadə tarixi: 2022-09-10.
- Dilqəm Əhməd, 2015. səh. 50
- . İnterpress.az. 2018-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- Dilqəm Əhməd, 2015. səh. 51
- Dilqəm Əhməd, 2015. səh. 52
- . Okullarhayatolsun.meb.gov.tr. 2018-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- "Агаоглы Ахмед бек Мирза Гасан бек оглы". Uzeyirbook.musigi-dunya.az. 2016-03-05 tarixində . İstifadə tarixi: 2018-07-01.
- "Yaşam boyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu)". 525-ci qəzet. 2 iyul 2018 tarixində .
- . Odatv.com. 2018-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-01.
- "Müzik dünyasına bomba düştü". Haberturk.com. 2016-10-31 tarixində . İstifadə tarixi: 2018-07-03.
Ədəbiyyat
- Dilqəm Əhməd. Birlik jurnalı (PDF) (1000 nüs.). Bakı: "TİME-Print". 2015. səh. 50-52.
Xarici keçidlər
- Əhməd bəyin qızı: “Həmin kişilər özlərinə ancaq müti qadın axtarırlar”
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tezer Dasqiran turk Tezer Taskiran dogum adi Tezexanim 1907 Baki 4 may 1979 Istanbul Azerbaycan esilli Turkiye siyasetcisi maarifci ve yazici O 1944 cu ilde Kastamonudan 1946 ve 1950 ci illerde ise Qarsdan Turkiye Boyuk Millet Meclisine deputat secilib Tezer DasqiranTurkiye Boyuk Millet Meclisinin deputati8 mart 1944 12 mart 1954 Kastamonu 1944 Qars 1946 1950 Sexsi melumatlarDogum tarixi 1907Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 4 may 1979 1979 05 04 Vefat yeri Istanbul Istanbul ili TurkiyeDefn yeri Ferikoy mezarligiMilliyyeti azerbaycanliVetendasligi TurkiyePartiya CHPFealiyyeti siyasetciAtasi Ehmed AgaogluAnasi Sitare AgaogluHeyat yoldasi Bekir Nimetullah DasqiranUsaqlari Oglu Sevket Mete Dasqiran Qizi Suna GulerDini Islam Vikianbarda elaqeli mediafayllar Yuzlerle meqalenin ve 12 kitabin muellifi olan Tezer Dasqiran Ehmed Agaoglunun qizi Semed Agaoglunun ve Sureyya Agaoglunun ise bacisidir HeyatiTezer Dasqiran 1907 ci ilde Bakida dogulub Esl adi Tezexanim nenesinin adi olsa da Turkiyeye kocdukden sonra Tezer olaraq resmilesdirilib Orta tehsilini Istanbulda Bezmi i Alem liseyinde indiki Istanbul Qiz Liseyi alib 1924 cu ilde ise Istanbul Darulfununun indiki Istanbul Universiteti felsefe bolumunde ali tehsilini basa vurub Universiteti bitirdikden sonra Tezer Ankara qiz ve oglan liseylerinde felsefe muellimi kimi fealiyyet gosterir O oglan mektebinde ders deyen ilk qadin muellim olur Daha sonra Ankara Qiz Liseyinin ve Istanbul Qiz Muellimler Mektebinin mudiri vezifelerinde calisir 1931 ci ilde Tezer o donemin taninmis hekimlerinden olan Nimet Dasqiranla aile qurur ve Vyanaya gedir 1933 cu ilde Turkiyeye qayidir Cutluyun iki ovladi olur Qizlari Suna arxeologiya oglanlari Mete ise Isvecrede siyaset uzre tehsil alir Turkiyede 1934 cu ilde qadinlara parlamente secilmek huququ verilir 1941 ci ilde Tezer Dasqiran Kastamonudan millet vekili secilir Bu barede Sureyya Agaoglu xatirelerinde yazir 1941 ci ilde qardasim Semedi Daxiliyye vekili cagiraraq Bir cox genci millet vekili secmek isteyirik seni de isteyirik muraciet ele deyir O vaxtlar tek partiyali rejim oldugu ucun seckiler teyinatdan o terefe getmirdi Seckinin axsami radioda Semedin adinin oxunacagini gozleyerken Tezerin adini esitdik O da millet vekili namizedliyini radiodan oyrenmisdi Ismet Inonu Tezeri Ankara Qiz Liseyinin mudiri kimi eyni zamanda da Maarif Surasindan taniyirdi ve cixislarini beyenirdi Tezer Kastamonu deputati oldu Tebii ki ailemiz ucun Tezerin ve ya Semedin basarisi arasinda ferq yox idi Cox sevindik 1946 ci ilde Tezer Dasqiran Qarsin ilk qadin millet vekili kimi parlamente secilir 1950 ci ilde 10 kisi namized arasinda en cox sesi elde ederek Qarsdan novbeti defe deputat secilir Deyilenlere gore hemin donemde Qarsda dogulan qiz usaqlarinin ekseriyyetine onun serefine Tezer adi qoyulub Millet vekilliyi doneminde Tezer Dasqiran tehsil qadin ve usaq huquqlari ile bagli cixislar edir bu sahede muxtelif isler gorur Meselen 11 iyun 1951 ci ilde parlamentdeki cixisinda Dasqiran tehsilsiz vetendaslar ucun xususi tehsil proqramlarinin hazirlanmasini onlar ucun xususi elifbanin yazilmasi ve gerekli bilgilerin oldugu kitablarin kendlere yayilmasini radio vasitesile derslerin verilmesini teklif etmisdi Elece de dilin sadelesdirilmesinin feal terefdarlarindan biri olur Tezer Dasqiran 4 may 1979 cu ilde Istanbulda vefat edib Istanbul ilinin Tuzla rayonunda 1987 ci ilden etibaren onun adini dasiyan mekteb fealiyyet gosterir Kitablari1928 ci ilde 24 yasli Tezer Dasqiran Suri ve Tatbiki Mantik adli liseyler ucun mentiq kitabi yazir Cumhuriyyetin ilk illerinde derslik kitablarinin az olmasi Tezeri bildiyi fransiz dilinden tercumeler ederek bele bir kitabi hazirlamaga mecbur etmisdi Tezer kitabin bir nusxesini de baxmasi ucun icerisine turk qadinlarinin xilaskari Ataturke yazaraq Mustafa Kamala gonderir Ataturk bir toyda Tezeri gorerken etrafindaki izdihama baxmayaraq ona yaxinlasir kitaba gore tebrik edir ve etrafindakilara donerek deyir Gorursunuzmu bu kicik qiz liseyler ucun mentiq kitabi yazib turk qizlarinin bu sahede yetismelerine sevinmek lazimdir Daha sonra Ataturk kitabda olan agir terminlerin yeni sade sozlerle ifade edilmesinin gerekliliyini bildirir Bu kitaba gore Tezer terefinden mukafatlandirilir Tezer Dasqiran Stuart Mill filosofun heyat ve yaradiciligi haqqinda Suclu cocuklarimiz qardasi Semed Agaoglu ile birlikde usaq islah evinde aparilan arasdirma Turk exlaqinin ilkeleri Qadin huquqlari Vetendasin el kitabi ve diger kitablarin da muellifidir Tezer Dasqiran Turkiyede qadin huquqlarini mudafie eden ve bu movzuda eserler yazan sexs kimi xatirlanir Bu fealiyyetine gore o bacisi Sureyya ile birlikde Amerikada teskil olunan Qadinlar Birliyi Konqresine devet alir lakin texniki problemler sebebinden orada istirak ede bilmir Sureyya Agaoglu ise tedbire qatilir AilesiAtasi Ehmed Agaoglu publisist maarifci yazici pedaqoq alim ve ictimai xadim Anasi Sitare Agaoglu Qardasi Qronoblda ali muhendislik tehsili almis Turkiyenin cagdas elektrik sebekelerinin qurulmasinin pionerlerinden biri kimi taninmisdi Qardasi Semed Agaoglu Turkiyenin demokratiklesdirilmesinde muhum rolu olan Demokrat Partiyasinin qurucularindan idi 1950 1960 ci illerde Adnan Menderes hokumetinde bas nazirin muavini senaye naziri ve iqtisadiyyat naziri vezifelerini tutmusdu Uc defe TBMM e deputat secilmisdir Bacisi Sureyya Agaoglu Turkiyedeki bir sira ictimai teskilatlarin yaradicisi Beynelxalq Qadin Huquqsunaslar Assosiasiyasinin vitse prezidenti Islam dunyasinin ilk qadin vekili 1960 ci ilde Qadin Huquqcular Birliyinin BMT Cenevre Teskilati temsilcisi secilmisdir Bacisi Turkiyenin taninmis pediatorlarindan biri Eri Nimet Dasqiran donemin taninmis cerrahlarindan biri Oglu Mete Dasqiran Qizi Suna Dasqiran iki defe aileli olub Ilk nikahindan iki ovladi var Ikinci heyat yoldasi ermeni esilli Turkiye fotoqrafi Ara Guler olub Nevesi Ayse Istanbuldaki Ataturk Medeniyyet Merkezinde aletinde ifa edir Nevesi qrupunun gitara calani ve yaradicilarindan biri Uzun muddet Baris Manco ile birlikde isleyib Manconun en meshur mahnilarindan biri olan nin musiqisi ona aiddir IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir TBMM 7 donem milletvekilleri listesi Ipfs io 30 iyun 2018 tarixinde TBMM 8 donem milletvekilleri listesi Ipfs io 30 iyun 2018 tarixinde TBMM 9 donem milletvekilleri listesi Ipfs io 30 iyun 2018 tarixinde MUHACIRET IRSIMIZDEN MEHEMMEDEMIN RESULZADENIN OTUZ MEKTUBU PDF 2022 09 10 tarixinde PDF Istifade tarixi 2022 09 10 Dilqem Ehmed 2015 seh 50 Interpress az 2018 06 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 06 30 Dilqem Ehmed 2015 seh 51 Dilqem Ehmed 2015 seh 52 Okullarhayatolsun meb gov tr 2018 06 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 06 30 Agaogly Ahmed bek Mirza Gasan bek ogly Uzeyirbook musigi dunya az 2016 03 05 tarixinde Istifade tarixi 2018 07 01 Yasam boyu suren dostluq Eli bey Huseynzade ve Ehmed Agaoglu 525 ci qezet 2 iyul 2018 tarixinde Odatv com 2018 07 01 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 07 01 Muzik dunyasina bomba dustu Haberturk com 2016 10 31 tarixinde Istifade tarixi 2018 07 03 EdebiyyatDilqem Ehmed Birlik jurnali PDF 1000 nus Baki TIME Print 2015 seh 50 52 Xarici kecidlerEhmed beyin qizi Hemin kisiler ozlerine ancaq muti qadin axtarirlar